R

Ön söz

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Ədliyyə Nazirliyinin razılığı ilə qeydə alınmış QHT-dir. Təşkilat qeyri-kommersiya qurumu kimi qeydiyyata alınıb və qurumun əməliyyatlarının tənzimlənməsində bütün qanunlara riayət edir. Bu Davranış Qaydaları yalnız öz əsas dəyərləri və normaların müşahidəsinin təminatını əks etdirmir, eyni zamanda hökumətlə, geniş ictimaiyyət və başqa tərəfdaşlarla səmərəli və effektiv əməkdaşlıq edir.

Qaydaların Məqsədi

Davranış Qaydaları aşağıdakıları təmin edəcək:


 Könüllü şəkildə öz-özünü tənzimləyərək fəaliyyətlərin şəffaf və izahlı göstərilməsini;
 Davranışların yüksək standartlarından istifadə edərək, cəmiyyətə kömək etmək və səmərəli qərar qəbuletmə prosesləri ilə bağlı xidmətlərin BAMF tərəfindən inkişaf etdirilməsini;
 BAMF-ın işçi heyəti, müxtəlif maraqlı tərəflər və vətəndaş cəmiyyəti arasında əlaqənin gücləndirilməsini;
 BAMF-ın öz üzvləri arasında təcrübə mübadiləsini təşviq etməklə və təcrübələrindən nəticə çıxarmaqla, işçi heyətin fəaliyyətinin gücləndirilməsini.


DAVRANIŞ STANDARTLARI

1. İnsanlara məxsus

I. İnsanların və icmaların öz problemlərinin özləri tərəfindən həll edilməsinə cəhd göstəririk. Öz həyatlarına təsiri olan qərarlarda insanların iştirakının inamlı və uğurlu olması üçün onlara dəstək və imkan yaradırıq.
II. Birlikdə çalışdığımız icmaların məqsədləri və bizim icma tərəfdaşlarının müəyyən etdikləri prioritetlər üçün Biz həmrəy şəkildə fəaliyyət göstərəcəyik.
III. Biz hədəfə alınmış icmalardan mümkün qədər kişiləri,qadınları, cavanları və uşaqları cəlb edəcəyik və onlar da layihə və proqramların anlayışı, həyata keçirilməsi və qiymətləndirilməsində məsuliyyətli olmalıdırlar.
IV. Biz yerli əhalinin biliyinə, fərdi şəxsiyyətinə, ləyaqətinə, mədəniyyətinə, inam və dəyərlərinə hörmət edəcəyik. Lakin şəxsi və icmaya xələl gətirə biləcək ənənəvi təcrübəni dəstəkləmirik.
V. Layihələr insanların ehtiyaclarının ödənilməsinə, ətraf mühitin və əmin-amanlığın qorunmasına uyğun olaraq planlaşdırılacaqdır.
VI. Bizim layihələr nadir təcrübə və marağı olan insanların iştirakı ilə tərtib ediləcək, planlaşdırırlacaq, yerinə yetiriləcək, nəzarət ediləcək və qiymətləndiriləcəkdir.
VII. Bizim təşkilat və müəyyən olunmuş icmalar arasında effektli və səmərəli ehtiyat bölgüsünə riayət ediləcəkdir.
VIII. Beynəlxalq aləmdə tanınmış insan hüquqlarına hörmət edəcəyik və buna sadiq qalacağıq.



2.Ədalət və bərabərlik
I. Biz bütün fəaliyyətimiz zamanı maraqlı tərəflər, icma tərəfdaşları və vətəndaş cəmiyyəti ilə münasibətdə ədalətlilik, qərəzsizlik və bərabərlik nümayiş etdirəcəyik.


3.Ədalət və bərabərlik

I. Biz bütün fəaliyyətimiz zamanı maraqlı tərəflər, icma tərəfdaşları və geniş ictimaiyyətlə münasibətdə ədalətlilik, qərəzsizlik və bərabərlik nümayiş etdirəcəyik.


4. Mənəvi və etik bütövlük

I. Fəaliyyətimiz boyunca sadiq olacağıq və təşkilatın mənəvi və etik bütövlüyünə xələl gətirən təcrübələrdən çəkinəcəyik.
II. Missiyamız və strateji məqsədlərimiz üçün mümkün olan bütün resurs və imtiyazlardan səmərəli şəkildə isifadə edəcəyik.
III. Biz yalnız məqsədləri, missiyası və qabiliyyəti uyğun olan, müstəqilliyimizə və şəxsiyyətimizə xələl gətirməyən mənbələrdən olan vəsaitləri və ianələri qəbul edəcəyik.


5. Şəffaflıq və hesabatlıq

I. Hökumət və icma tərəfdaşları, ictimaiyyət, donorlar və digər maraqlı tərəflər ilə münasibətdə şəffaf və hesabatlı olacağıq. Biz bütün işlər, resurslar və onların istifadəsi barədə ictimaiyyəti məlumatlandırmaq üçün mövcud imkanlardan istifadə edəcəyik.
II. Dövri audit, maliyyə və fəaliyyət hesabatlarını bütün əlaqədar orqanlara təqdim edəcəyik.
III. Biz Azərbaycan hökumətinin Konstitusiya qanunlarına, qaydalarına, tənzimləmələrinə uyğun şəkildə hərəkət edəcəyik.
IV. Biz maliyyə siyasətlərini və sistemlərini hesaba uyğun şəkildə idarə edilməsi üçün sabit inkişaf etdirəcək və bölüşdürəcəyik.
V. Biz maliyyə istifadəsi, uçotu və artırılması ilə bağlı məsələlərdə qaydalara uyğun hərəkət edəcəyik.
VI. Məqsədə uyğun olaraq resurslardan istifadəni maliyyə və mühasibat sisteminə uyğun həyata keçirəcəyik.


6. Düzgün İdarəetmə

I. Biz missiyamızı, məqsədlərimizi və təşkilati quruluşumuzu müəyyən edən yazılı Nizamnaməyə və ya Memoranduma riayət edəcəyik.
II. İş təcrübələri, heyətə yardımda və şura tərkibində bizim bərabər öhdəliyimizi təsdiq edən yazılı siyasəti inkişaf etdirəcəyik.
III. Bütün təşkilati strukturumuz fərdi münaqişədən və vəzifə marağından uzaq olacaqdır.
IV. İdarəetmə orqanının xidmətləri sərbəstdir və xidmət zamanı çəkilmiş xərclərə görə kompensasiya veriləcəkdir.


7. Müstəqillik

I. Bizim fəaliyyətimiz, təcrübələrimiz və hədəfimiz əhalinin geniş sektorunun maraqlarını təşviq edəcəkdir.
II. Biz icma dəyərlərinə və ənənələrə hörmət edəcəyik, lakin bununla yanaşı missiyamıza və prinsiplərimizə müqavimət olduğu halda öz muxtariyyətimizi qorumağa cəhd edəcəyik.


8. Əlaqə və Əməkdaşlıq

I. Təşkilatlarımızın və müəyyən olunmuş əhalinin daha yaxşı əlaqə qurması və tərəfdaşlığı üçün biz tərəfdaşlıq və əməkdaşlıq mühiti yaradacağıq.
II. Biz sektor daxilində və xaricində əməkdaşlıq və komanda ruhu təşviq edəcəyik.
III. Biz məlumatları, təcrübələri və mənbələri missiyamıza uyğun şəkildə sektorun daxilində və xaricində öyrənmək məqsədi ilə paylaşacağıq və məlumat mübadiləsi edəcəyik.



9. Gender Bərabərliyi

I. Biz gender balansının, bərabərliyinin və bütün inkişaf təşəbbüslərində qadınların bərabər iştirakının təmin edilməsinə çalışacağıq.
II. Bu məsələnin bəşər resurslarının inkişafına inteqrasiya edilməsinə cəhd göstərəcəyik və iş təcrübələrində, əlaqələrdə ayrı - seçkiliyə yol verməyəcəyik.
III. Qərargahlarda qərar qəbul edilərkən, vəzifələrdə, sahələrdə, məsləhət qruplarında , şuralarda qadınların sayının artırılmasına cəhd edəcəyik.
IV. Bizim siyasətimiz və prosedurlarımız təlimlərdə, peşə sahəsində gender bərabərliyinə əsaslanaraq planlaşdırılacaqdır.


10. Cinsi istismar

Biz insan ləyaqətinin bütün münasibətlərdə təminatına hörmətlə yanaşmalıyıq. Biz BMT-nin qəbul etdiyi Nümayəndələrarası Daimi Komitənin cinsi təcavüz və istismarının qarşısını alan 6 prinsipinə və eləcə də aşağıdakılara riayət etməliyik:

I. Əmək münasibətləri əsasında humanitar işçilər tərəfindən cinsi istismar və təcavüz əxlaq qaydalarının kobud şəkildə pozulmasıdır.
II. 18 yaşına çatmamış uşaqlarla cinsi münasibətlər yetkinlik yaşından asılı olmayaraq qadağandır. Uşağın yaşı haqqında səhv fikir bəraət qazandırmır.
III. Ləyaqəti alçaldan və ya cinsi istismar məqsədilə pul, iş, əmtəə və ya cinsi xidmətlər və ya digər təhqiredici xidmətlər qadağandır. Buraya həmçinin benefisiarların kömək mübadiləsi də daxildir.
IV. Humanitar işçilər və benefisiarlar arasında cinsi əlaqələr onları əvvəlcədən hüquqi cəhətdən qeyri-bərabər vəziyyətə gətirib çıxarır. Belə münasibətlər humanitar köməyin nüfuzunu və ona olan etibarı qırır.
V. Əgər humanitar işçidə öz həmkarı tərəfindən ona qarşı cinsi istismar və təcavüz şübhəsi və ya təhlükəsi yaranarsa, o, öz şübhələri barədə bu və ya digər müəssisədə yaradılmış hesabat mexanizmi agentləri vasitəsi ilə məlumat verməlidir.
VI. Humanitar işçilər cinsi istismar və təhqirlərə qarşı dözülməzlik şəraiti yaratmalıdırlar ki, bu da davranış qaydasını həyata keşirməyə kömək edir. Bütün dərəcədən olan rəhbərlər bu sahədə sistemin inkişafı və dəstəyinə görə xüsusi məsuliyyət daşıyırlar.



11. Ekoloji Təhlükəsizlik

I. Biz ətraf mühitin qayğısına və bütün fəaliyyətimizdə eko sistemin idarəçiliyinə məsuliyyətlə yanaşacağıq.

12. Sabitlik


I. Bütün layihələrimiz ictimaiyyət və başqa uğurlu olması üçün onlara dəstək və imkan yaradırıq. Birlikdə çalışdığımız icmalara və ya dövlət orqanlarına təqdim olunan layihələr planlaşdırılır və sabitliyin yüksəldilməsinə kömək etməlidir.
II. Biz icmalarımızın və ya icma tərəfdaşlarımızın özünütəqdimetmə istiqamətində işləməliyik.

13.Təsir

I. Biz layihələrimiz üçün onların səmərəli və aktuallığını qiymətləndirməklə dəqiq və ölçüləbilən göstəriciləri inkişaf etdirməliyik
II. Biz fəaliyyətimizin qısa və uzun müddətli məqsədini qiymətləndirmək üçün müxtəlif idarəetmə və qiymətləndirmə vasitələrini tətbiq etməliyik.
III. Biz fəaliyyətimizin qiymətləndirilməsinin nəticələrini ictimaiyyətə açıq elan edəcəyik..
IV. Layihələrimizin daxili və xarici qiymətləndirilməsi üçün lazımi mexanizmlər həyata keçirəcəyik .








Qeyd
Bu Davranış Qaydası BAMF-ın İdarə Şurası Heyəti tərəfindən qəbul edilmişdir. BAMF-ın Sədri Şuranın nümayəndəsi kimi bu Davranış Qaydasını təşkilatın mütləq sənədi kimi təsdiq etməsində səlahiyyət daşıyır.