R

Layihənin əsas mahiyyəti ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində ictimai fəallığın artırılması üçün bir sıra addımların atılması,tələbələrin sosial fəaliyyətinin inkişaf etdirilməsidir. Eyni zamanda cəmiyyətin bilikli, savadlı, bacarıqlı kadrlarla təmin olunmasına şəraitin yaradılması da vacib məsələlərdən biridir. Bu  istiqamətdə layihənin ideyası tələbələrin daha asanlıqla özlərini inkişaf etdirmələri üçün “Tələbə Xidmət Ofisi”nin yaradılaması və bu ofisin vəzifələrinin müəyyən edilməsidir.   

Layihənin məqsədi təhsil müəsisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilmələridir. Həmçinin tələbələrin həm təhsil prossesində, həm də ictimai fəallıqlarında əhatə dairəsinin genişləndirilməsi onların ixtisaslarına daha maraqla yanaşmalarına,fəallıq nümayiş etdirmələrinə, elmi və digər yaradıcılıqların inkişaf edirmələrinə, biliklərin praktiki əhəmiyyətini dərk etmələrinə gətirib çıxarır. Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq hisslərinin yaradılması və ünsiyyətin möhkəmləndirilməsidir. Buda öz növbəsində tələbələrin hələ təhsil aldıqları müddətdən kollektivlə işləmə bacarıqlarının möhkəmlənməsi deməkdir. Belə olduqda tələbələr arasında sıx münasibətlər yaranır və beləliklə onlarda çalışmaq həvəsi, qarşıya çıxan çətinlikləri rahatlıqla aradan qaldırmaq, xoş əhval ruhiyyənin yaranması kimi müsbət xüsusiyyətlər özünü göstərir. Eyni zamanda tələbələrin təhsil aldıqları müddətdə öz hərəkətlərini düzgün qiymətləndirmək, işinə məsuliyyətlə yanaşmaq, kollektiv arasında xoş təəssürrat yaratmaq kimi bir sıra vərdişlər aşılanmalıdır ki,  təhsil müddətlərini bitirdikdən sonra əmək fəaliyyətlərini icra edən zaman müəyyən çətinliklərlə qarşılaşmasınlar. Digər bir tərəfdən isə hər bir tələbənin bilik və bacarıqlarına uyğun şəraitin yaradılması və bu zaman özlərini nümayiş etdirməkdə çətinlik çəkən tələbələrə dəstək olunması vacibdir. Çünki əsas məqsəd dünyagörüşlü, savadlı, intelektual Azərbaycan vətəndaşının formalaşmasıdır.

Layihənin Bakı, Sumqayıt və Gəncə regionlarda keçirilməsində əsas məqsəd burada yerləşən təhsil müəssisələrində təhsil alan tələbələr arasında sıx əlaqələrin qurulması, hər bir regionda sosial problemlərin həllinin araşdırılması və həlli yollarının tapılması,həmçinin yerləşdiyi ərazidən asılı olmayaraq burada təhsil alan tələbələr arasında səviyyənin bərabərləşdirilməsi və digər məsələlər nəzərdə tutulur.

“Tələbə Xidmət Ofisi”nin yaradılmasında məqsəd sadalanan bütün məsələlərin daha asanlıqla həyata keçirilməsi, təhsil alan tələbələrin vaxtlarına qənaət edərək daha faydalı məlumatların daha sürətli əldə etməsi,ofisin xidmətlərinə müraciət edərkən məlumatların ətraflı şəkildə izah edilməsi və hər bir tələbənin maraq dairəsinə, bilik səviyyəsinə uyğun təkliflərin olunması və bu istiqamətdə addımların atılmasıdır.