BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDU HAQQINDA
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil qeyri-hökumət təşkilatıdır. 2007-cil ildən BMT İqtisadi-Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçisi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının (PM/WRA), Beynəlxalq Sülh Bürosunun (IPB), Beynəlxalq Mətbuat İnstitutunun (İPİ) üzvüdür.
BAMF BMT qurumları, Avropa Komissiyası, ABŞ Dövlət Departamenti, ABŞ Beynəlxalq İnkşaf Agentliyi, Dünya Bankı, Yaponiya hökuməti, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, ABŞ-ın “Lutheran World Relief” və “Caunterpart” Beynəlxalq Humanitar Təşkilatları, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), “Finka Azərbaycan” Qeyri Bank Kredit Təşkilatı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu və digər beynəlxalq və yerli nüfuzlu təşkilatlarla tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun yaradıcılarındadır. 2007-ci ildən BAMF Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilib.
Fond 4 əsas istiqamətdə fəaliyyət göstərir: Media və vətəndaş cəmiyyətinin inkişafı; İcmaların inkişafı; Qaçqın və məcburi köçkünlərin problemləri; Sülh quruculuğu və münaqişələrin həlli.
ÜMUMİ XÜLASƏ
2013-cü il BAMF-ın fəaliyyətində inkşafa meylli, beynəlxalq əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması, müxtəlif aspektləri əhatə edən sosial-humanitar proqramların icrası baxımından uğurlu il kimi qeyd edilməlidir.Hesabat ilində əldə edilən ən vacib uğurlar BAMF-ın nəinki Azərbaycandan, eləcə də Cənubi Qafqazdan olan ilk QHT kimi BMT-nin Sosial-İqtisadi Şurasına xüsusi məşvərətçi statusla üzvlük məsələsinin müzakirəsi, beynəlxalq donor agentlikləri və təşkilatları ilə 2015-ci ildən sonra davamlı inkşaf məqsədlərinə dair strateji görüşlərin keçirilməsi, İsveç İnkşaf Agentliyi (SİDA), Cenevrə Media Mərkəzi kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının yaradılması, münaqişələrin həlli, sülh quruculuğu, insan hüquqlarının qorunması, ekoloji problemlərin həlli sahələri üzrə 2014-cü il üçün tərəfdaşlıq perspektivlərinin yaradılması kimi sahələri əhatə etmişdir. Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) missiyasına uyğun olaraq media və ifadə azadlığının qorunması istiqamətində görülən tədbirlərin davam etdirilməsi, BMİ-nin Bakı regional mərkəzinin işinin daha da gücləndirilməsi, Qazaxıstan, Qırğızıstan və Gürcüstanda BMİ-nin yerli milli komitələrini yaratmaqla fəaliyyət coğrafiyasının genişləndirilməsi də BAMF-ın fəaliyyətində əhəmiyyətli hadisələrdən olmuşdur. BAMF-ın 2013-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və Amerika Dövlət Departamenti ilə uğurlu fəaliyyət strategiyası çoxtərəfli əməkdaşlıq çərçivəsində qaçqın və məcburi köçkünlərin reinteqrasiyası yönümündə yeni proqramın icrasına zəmin yaratmışdır. UNİCEF ilə birgə aparılan uğurlu fəaliyyət sayəsində “Azərbaycan Gənclərinə Dəstək” proqramının 2014-cü ildə daha 14 rayonda həyata keçirilməsinə dair razılaşma layihənin artıq model olaraq digər ölkələrdə inkşaf etdirilməsi üçün geniş imkanlar açmışdır. Davamlı İnkşaf hədəfləri istiqamətləri üzrə fəaliyyət platformasına qoşulan BAMF 2013-cü ilin mart ayında BMT-nin Ətraf Mühiti üzrə Proqramının Əsas Qrup və İştirakçılarının Assambleyasına üzv qəbul edilmişdir. Artıq 2013-cü ilin iyul ayında BAMF, BMT-nin Ətraf Mühiti Təşkilatı (UNEP) və Beynəlxalq Əməkdaşlıq naminə Şimal Alyansı təşkilatı (ANPED) ilə birlikdə 2013 ilin iyul ayında MDB məkanından olan 20-dən çox qeyri hökumət təşkilatlar ının və Azərbaycanın hökumət nümayəndələrinin iştirakı ilə 2015-ci ildən sonra Davamlı inkşaf hədəflərinin konturlarını müəyyən edən “Davamlı inkşaf və yaşıl iqtisadiyyat” mövzusunda beynəlxalq tədbirin keçirilməsi və “Bakı deklarasiyası” nın hazırlanması ilə post Sovet məkanında ilkə imza atmış oldu. Tədbirin sonunda qəbul edilmiş proqram bəyanat və platforma BMT-nin Yüksək Səviyyəli Seqment görüşündə müzakirələr üçün təqdim olundu.
BAMF 2000-ci ildən Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. Ötən ilin sentyabr ayında BAMF-ın rəhbəri, BSB-nin Stokholmda keçirilən Baş Assambleyasında Ali Şurasının üzvü, eyni zamanda BSB-nin 18 ölkədə (Azərbaycan, Gürcüstan, Türkmənistan, Türkiyə, İran, İraq, Kipr, Livan, İsrail, İordaniya, Küveyt, Bəhreyn, Qatar, BƏƏ, Oman, Yəmən, Səudiyyə Ərəbistan, Suriya) təmsilçisi seçilməklə, QHT adına daha bir uğur qazanmış oldu. Qeyd olunmalıdır ki, bu mötəbər təşkilatın üzvlərindən 14 nəfəri Nobel Sülh mükafatı ilə təltif edilmiş, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bu ali mükafata layiq görülmüşlər.
BAMF 20 ildir vətəndaş cəmiyyəti, hökumət və müxtəlif maraqlı tərəflərlə bərabər əməkdaşlığının bariz nümunəsi olaraq qalmaqdadır. Beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq sayəsində potensialın artırılması və təşəbbüslərin dəstəklənməsi sahəsində əhəmiyyətli işlər görmüş təşkilat, həmçinin, təbliğat və siyasi əhəmiyyətli metodiki sənədlərin işlənib hazırlanmasından da kənarda qalmamışdır. Bu gün ölkənin aparıcı qeyri-hökumət təşkilatına çevrilən BAMF-ın həyata keçirdiyi müxtəlif humanitar layihələrdə hazırda 150 nəfərdən çox insan çalışır. BAMF 2013-cü ili inkşaf ili olaraq başa vurmuş oldu.
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
A. MEDİA VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI
2013-cü ildə BAMF media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işlərdə bir sıra nailiyyətlər əldə etmiş, qarşıda duran məsələləri daha ətraflı əhatə etmək məqsədi ilə media fəaliyyətini genişləndirmişdir. Fəaliyyətinin böyük aspektinin mətbuatla bağlı olduğunu nəzərə alaraq, BAMF nəinki Azərbaycanda, eləcə də regionda güclü media və vətəndaş cəmiyyətinin yaradılmasına nail olmaq prosesinə dəstək verməyə çalışır. Ötən il ərzində BAMF, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına yönəlik xeyli sayda media tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan hökuməti QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu eləcə də digər donorlar vasitəsilə inkşaf prosesinə təminatı davam etdirib. BAMF ümumilikdə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin peşəkarlığında daha böyük uğurlara nail olmaq üçün bu yöndə olan inkşaf prosesində yaxından iştirak edir.
2013-cü ildə Beynəlxalq Mətbuat İnstitutu və BMT-nin İqtisadi-Sosial Şurası BAMF-ın media və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı illik fəaliyyətlərində daha əhəmiyyətli yer tutur.
Mətbuat azadlığı fəaliyyətinə dəstək
2013-cü ildə ildə BAMF nəinki Azərbaycanda, Qafqazda və Orta Asiyada, ümumilikdə şərqi Avropada media və insan hüquqları sahəsində baş verən proseslərin yaxından izlənilməsi, vətəndaş cəmiyyəti institutlarının öyrənilməsi, beynəlxalq təcrübəyə istinadən demokratik islahatların təşviq edilməsində fəal iştirakçı olmuş, media şəbəkəsinin inkşafında yaxından iştirak etmişdir.
Fondun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü, BMİ-nin Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəri kimi ilin əvvəlində Gürcüstanda səfərdə olub. O, Gürcüstanda BMİ-nin üzvü olmaq üçün müraciət edən bir qrup jurnalistlərlə görüşüb.
Qonşu ölkənin tanınmış jurnalistləri Natia Koberidze, David Paitçadze, Mixeil Tavxelidze, Eka Tsamalaşvili və Paata Veşapidze ilə görüşündə təşkilatın rəhbəri BMİ-nin missiyasından, gördüyü işlərdən danışaraq, bu istiqamətdə onlarla ətraflı müzakirələr aparıb. Müzakirələr zamanı BMİ-nin Gürcüstan Milli Komitəsinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq perspektivləri üçün qərar qəbul edilmişdir.
Bundan sonra BAMF-ın sədri, Beynəlxalq Mətbuat İnstitutu (BMİ) İdarə Heyətinin üzvü və qurumun postsovet respublikaları və Şərqi Avropa ölkələri üzrə mandatını həyata keçirən Bakı Regional Mərkəzinin rəhbəri olaraq bu ilin aprel ayında Qazaxıstan və Qırğızıstan respublikalarına səfər çərçivəsində XI Avrasiya Media Forumunda iştirak etmiş, hər iki ölkədə BMİ-nin Milli Komitələrinin yaradılması, media və azad söz şəbəkəsinin genişləndirilməsi, eləcə də BAMF-ın müvafiq qurumlarla əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
Səfər ərəfəsində Qırğızıstan “Xəbər” Milli İnformasiya Agentliyi, Qırğızıstan Respublikası İctimai Yayım Korporasiyası və Qırğızıstan KİV İşçilərinin Həmkarlar Təşkilatında müstəqil medianın və söz azadlığının inkşafı və bu sahədə BMİ Milli Komitələrinin rolunun artırılması məsələləri, ölkələr arasında davamlı əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılmışdır.
Obyektiv informasiyanın yayılması, azad söz və azad fikrin təbliğ edilməsi, münaqişə bölgələrindən doğru informasiyanın dünya ictimaiyyətinin diqqətinə çatdırılması və bu fəaliyyətin təşviq edilməsi, BAMF-ın media sahəsində əsas fəaliyyət istiqamətlərindəndir. 2013-cü ilin sentyabr ayı Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİ İB), Beynəlxalq Avrasiya Mətbuat Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən Türkiyə Radio və Televiziya qurumunun (TRT) rəhbəri İbrahim Şahin obyektiv informasiyanın yayılmasında göstərdiyi xidmətlərə görə xüsusi ödüllə mükafatlandırıldı. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşğun, millət vəkilləri və ictimai xadimlər iştirak etmişdirlər.
2013-cü ildə BAMF nəinki regionda eləcə də Yaxın və Orta Asiyada, eləcə də Şərqi Avropada azad söz və mətbuatın gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması, ifadə azadlığının təmin edilməsi, dünya mətbuat şəbəkəsinin nəzəri, texniki imkanlarının artırılması istiqamətindəki səylərini davam etdirmişdir.
Bu məqsədlə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü kimi 2013-cü ilin may ayında Beynəlxalq Mətbuat İnstitutunun İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən Dünya Konqresinə qatılmışdır. Konqresdə dünyada mətbuatın vəziyyəti, BMİ-nin inkşaf stratejiyası, hədəfləri və missiyasına dair geniş müzakirələr aparılmışdır. Elə həmin ilin oktyabr ayında BAMF-ın sədri Avstriyanın paytaxtı Vyana şəhərində qlobal media şəbəkəsi olan BMİ-nin İdarə Heyətinin iclasında iştirak edib. İdarə Heyətinin toplantısı zamanı, mətbuat azadlığı istiqamətində 2013-cü ildə əldə olunmuş nailiyyətlər, BMİ-yə üzvlüklə bağlı strateji sənəd, BMİ-nin 2014-cü il üçün media azadlığı strategiyası və prioritetləri, BMİ-nin 2014-cü il dünya konqresi, innovativ xəbər platforması və digər məsələlər müzakirə mövzusu olub.
BAMF-ın Bakıdakı baş ofisində yerləşən BMİ Bakı Regional Təşəbbüs Mərkəzi Milli Komitələri əlaqələndirməklə, nəticədə regionda ifadə azadlığını, jurnalist peşəkarlığını, medianın daha çox inkişafı məsələlərini təbliğ etməyi prioritet vəzifələrdən biri etmişdir.
BAMF BMİ ilə əməkdaşlıq vasitəsi ilə Azərbaycan jurnalistləri üçün təbliğat işini davam etdirir. BMİ-nin internet saytında Azərbaycandakı medianın vəziyyətini əks etdirən bir neçə bəyanat yer alıb ki, həmin bəyanatların hər birində BAMF vəzifəsini peşəkarcasına yerinə yetirən bütün jurnalistlərin ifadə azadlığı haqqının olduğu barədə hər zaman açıq mövqe nümayiş etdirib. BMİ katibliyi Mərkəzi Asiya, Şərqi Avropa və Azərbaycanda medianın vəziyyətinin monitorinqində BAMF-la işini davam etdirir.
BAMF Azərbaycanda media islahatlarının həyata keçirilməsi üçün Milli və Beynəlxalq Media təşkilatları ilə işini davam etdirmişdir. Belə islahatlar diffamasiyanın dekriminallaşdırılması (Azərbaycan Mətbuat Şurası və ATƏT ilə), yeni davranış və jurnalistika etikasının inkişafı sahələrində aparılıb. Bu məqsədlə BMİ-nin İcraçı Direktorunun jurnalistlərin həbsdən azad olunması və diffamasiyanın ləğvinin qanuniləşdirilməsi ilə bağlı bəyənatları ictimailəşdirilmişdir.
Davamlı İnkşaf Hədəfləri və BMT-nin Sosial-İqtisadi Şurası:
2013-cü ildə Azərbaycanda və regionda Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasına dəstək BAMF-ın əsas prioriteti olub. Mart ayında BAMF və Beynəlxalq Əməkdaşlıq üzrə Şimal Alyansının (ANPED) davamlı inkişafa dair üst-üstə düşən maraqları müzakirə olunaraq, Davamlı İnkişaf Məqsədilərinə dair fəaliyyətin icra olunması üçün ANPED-lə əməkdaşlığa başlamaqla bağlı qərar qəbul edilmişdir. Daha sonra BMT-nin Avropa İqtisadi Komissiyasının 65-ci sessiyasında iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təmsilçiləri BMT-nin strateji agentlikləri, Cenevrədəki media qrupları, eləcə də Fondun tərəfdaşları və üzv olduğu şəbəkə nümayəndələri ilə Cenevrədə yerləşən və jurnalistlərin insan haqları sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən “C-media” təşkilatının rəhbərliyi, Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansının icraçı direktoru, BMT-nin Ətraf Mühit Proqramının Tərəfdaşlıq, Ətraf Mühit və Sağlamlıq məsələləri üzrə regional əlaqələndiricisi ilə də faydalı danışıqlar aparmışdırlar.
BAMF Davamlı İnkişaf Hədəflərinin Azərbaycan, Mərkəzi Asiya və Qafqaz regionunda təbliğini öz prioritet məsələsinə çevirmişdir. Bu regionların Davamlı İnkişaf Məqsədlərinin müzakirəsi prosesindəki təmsil olunma səviyyəsi hələ də yetərli deyildir. Bu məqsədlə təşkilat Azərbaycanda və digər post Sovet məkanında milli və regional QHT-lərə Minilliyin İnkişaf Məqsədlərinin təbliği sahəsində rəhbərlik etmişdir; Bu istiqamətdə iyun ayında “2015-ci ildən sonra Dayanıqlı İnkşaf : Yaşıl İqtisadiyyat” mövzusunda BAMF-ın ANPED-lə birgə keçirdiyi beynəlxalq tədbir 10 post Sovet ölkəsindən 20-dən çox vətəndaş cəmiyyəti təşkilatının biri araya gətirilməsi baxımından əhəmiyyətli oldu. BAMF Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın ən aktual məsələləri üzrə davamlı inkşaf prosesi ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının regional platformasının yaradılmasına öz töhvəsini vermək üçün yüksək səviyyəli tədbirlərdə iştirakçılığını 2013-cü ildə də davam etdirmişdir.
2013-cü ilin 23-26 sentyabr tarixlərində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin Dayanıqlı İnkişaf üzrə Komissiyanın “İrəliyə Doğru - Yüksək Səviyyəli Siyasi Forum” mövzusunda sessiyasında iştirak etməklə, Azərbaycandan ilk QHT təmsilçisi kimi 193 üzv dövlətin, həmçinin BMT nümayəndəliklərinin, hökumətlərarası qurumların, beynəlxalq təşkilatların, milli və yerli QHT-lərin təmsil olunduğu vətəndaş cəmiyyətinin əsas qruplarının üzvləri ilə birlikdə Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda hökumətlərarası proseslərə qatıldı.
BAMF Yüksək Səviyyəli Siyasi Forumd a qəbul olunması üçün təqdim edilən və sosial, iqtisadi, ekoloji aspektləri özündə əks etdirən yekun sənədin hazırlanmasında fəal rol oynamışdır.
Bununla yanaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçiləri əlillərin maraqlarına uyğun dayanıqlı inkişafın əsas məqsədləri ilə bağlı yüksək səviyyəli toplantıda əmək qabiliyyətsizliyi problemi və əmək qabiliyyəti olmayan insanların inkişafı ilə məşğul olan bütün təşkilatlar və maraqlı tərəflərlə müzakirələrə qoşulmuşlar. Daha sonra BAMF təmsilçiləri BMT Fondu tərəfindən təşkil olunan “Minilliyin İnkişaf Məqsədlərinin (MİM) uğurları” mövzusuna həsr olunmuş ziyafətdə BMT baş katibinin müavini Yan Elissason, Bill və Melinda Qeyts Fondunun həmtəsisçisi Melinda Qeyts, ictimai xadim və iqtisadçı, Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus, “Erikson” şirkətinin baş direktoru, bəzi filantroplar, akademiklər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə bir araya gəlmişlər.
Öz potensialını daim genişləndirən, eləcə də regionu uğurla təmsil edən BAMF, ilin sonlarında Avrasiya və Mərkəzi Asiya regionlarında ECOSOC brendini genişləndirmək məqsədilə özünün məşvərətçi statusunun reklassifikasiyası üçün müraciət etdi. Statusundakı yeniləmə BAMF-a BMT qərarlarına tövsiyələri ilə töhfəsi sayəsində daha geniş təsir imkanları verəcəkdir. Həmçinin BAMF öz yeni statusundan mandat kimi istifadə edərək regiondakı digər QHT-lər və Vətəndaş Cəmiyyəti Təşkilatlarını BMT strateji planında daha fəal iştirak istiqamətində səfərbər etmək niyyətindədir.
B. İCMALARIN İNKİŞAFI
BAMF 2013-cü ildə də icmaların inkişafı, qaçqın və məcburi köçkünlərin ehtiyaclarının öyrənilməsi, eləcə də münaqişədən sonra müharibənin təsirinə məruz qalmış icmaların qurulmasına ciddi əhəmiyyət verib. BAMF 20 ildən çoxdur ki, bu istiqamətdə Azərbaycan Hökuməti, UNCHR, UNİCEF, Beynəlxalq Miqrasiya Təşkilatı, Amerika Dövlət Departamenti, BMT Agentlikləri, Kounterpart beynəlxalq humanitar təşkilatı, OXFAM, Yaponiyanın Azərbaycandakı səfirliyi, USAİD və digər tərəfdaşlarla birgə yenidənqurma prosesini təmin edən layihələr həyata keçirməklə müharibənin dağıdıcı təsirinə məruz qalmış icmaların cəmiyyətə reinteqrasiyası prosesində fəallıq göstərir.
2013-cü ildə BAMF, Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə yerli vətəndaş cəmiyyəti təşkilatları, qaçqın və məcburi köçkün ailələri, həyat yoldaşları miqrasiya etmiş və ailəsini dolandırmaq məcburiyyətində qalan qadınlar, gender əsaslı zorakılıq qurbanları və hüquq məsləhətinə ehtiyacı olan şəxslərin sosial-iqtisadi inkşafına dəstək üçün ABŞ Dövlət Departamentinin Məcburi Köçkünlər və Miqrasiya Bürosunun maliyyə dəstəyi ilə “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsinin icrasına başlamışdır. Bir illik dövrü əhatə edəcək layihənin 2014-cü ilin sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulmuşdur. BMT fəaliyyətlərin həyata keçirilməsində BAMF-na dəstək verərək hüquq məsləhət mərkəzlərinin işinin təşkilinə, tərəfdaş icma əsaslı təşkilatların potensialının artırılmasına, yardımçı olmaq missiyasını öhdəsinə götürmüşdür.
Layihə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birbaşa dəstəyi ilə həyata keçirilir. Təsadüfi deyildir ki, layihənin başlanması ilə əlaqədar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən layihənin həyata keçirildiyi regionların icra hakimiyyəti orqanlarına dəstək məktubu göndərilmiş, BMT QAK isə layihənin xarici monitorinqini öz öhdəsinə götürmüşdür.
Layihəsi çərçivəsində Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonlarında qaçqın və məcburi köçkün qəsəbələrini və digər yaşayış mərkəzlərini əhatə edən tədqiqatlar çərçivəsində 4000 ədəd (hər regionda 1000-ə yaxın) sorğu keçirilmiş, adı çəkilən rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin demoqrafik, sosial iqtisadi vəziyyəti öyrənilməklə metodoloji vəsait hazırlanmışdır. Sorğuların keçirilməsi zamanı hər ailədən bir nəfərin sorğuda iştirak etməsinə səy göstərilmiş, bununla da BAMF sorğu nəticələrinin daha effektiv olmasina, sorğunun miqyasının daha geniş olmasına, və son nəticədə daha zəngin məlumat əldə etməyə çalışmışdır.
UNICEF: Azərbaycan Gənclərinə Dəstək Proqramı
BAMF 20 dekabr 2013-cü ildə UNİCEF-lə əməkdaşlıq haqqında müqaviləyə əsasən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” (AGDP) layihəsinin davamı olaraq Azərbaycan Gənclərinə Dəstək “Gənclər fəaliyyətdə” layihəsinin icrasına başladı. Müqavilə ilə hər iki tərəf Layihənin icrasına başlamaq fəliyyətlərini rəsmiləşdirdilər və növbəti ilin ilk ayından etibarən layihəni həyata keçirmək haqqında niyyətlərini bəyan etdilər. Azərbaycan Gənclərinə Dəstək “Gənclər fəaliyyətdə” layihəsi 2012-ci ildə həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin məntiqi davamı və inkşaf etdirilmiş modeldir. Yeni layihənin hədəf rayonları yeni 14 rayonu (Göygöl, Naftalan, Gəncə, Mingəçevir, Füzuli, Xocavənd, Ağdaş, Ucar, Laçın, Zərdab, İmişli, Saatlı, Kürdəmir və Şirvann) əhatə etməklə ümumilikdə AGDP layihəsinin təsir dairəsini 21 rayona çatdırmış oldu. Beləliklə, BAMF və UNİCEF-in birgə əməkdaşlığı ilə həyata keçirilən gənclərə yardım sahəsində yeni bir model layihə inkşaf etdirildi və digər regionlarda replikasiyası tövsiyyə olundu.
Təlim və Regional təşəbbüslər 2013-cü ildə regional təşəbbüslərin dəstəklənməsi, müxtəlif mövzularda təlim və seminarlar, eləcə də icma əsaslı işlər BAMF-ın fəaliyyətində əsas istiqamətlərdən olmuşdur.
Beynəlxalq Avrasiya Mətbuat Fondu, BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin təşəbbüsü ilə BAMF-ın Tərtər rayonunda yerləşən Regional Peşə və Təlim Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “Məişət zorakılığına “Yox” deyək!” adlı tədbir keçirmişdir. Əksəriyyəti qadınlar olmaqla Tərtər rayonunun kənd və qəsəbələrindən olan vətəndaşlar, təhsil işçiləri, həkimlər, rayon polis şöbəsinin əməkdaşları, evdar qadınlar, icma fəalları qeyri zorakı münasibətlərə təşviq edilmilər. Tədbir zamanı təşkilatlar əsasən erkən evlilik, məişət zorakılığı kimi həssas məsələlərlə bağlı maarifləndirmə işlərinə dəstək nümayiş etdirmişlər.
2013-cü ilin may ayında Bərdə və Tərtər rayonlarında Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə Minilliyin İnkişaf Məqsədləri çərçivəsində 2015-ci ildən sonrakı inkşaf, miqrasiya və insan alveri məsələlərinin müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilmişdir. Müşavirədə Bərdə və Tərtər rayonları ilə yanaşı, qon şu Ağcabədi, Yevlax, Ağdam, Goranboy rayonlarından icra strukturlarının rəhbərləri, hüquq mühafizə orqanlarının, gənclər və idman idarələrinin, yerli özünüidarəetmə orqanlarının təmsilçiləri də iştirak etmişlər. Müşavirələrdə miqrasiya və insan alverinə dair müzakirələr olmuşdur. İştirakçılar miqrasiya məsələlərinə həm qlobal kontekstdən, həm də Azərbaycan kontekstindən yanaşaraq indiyədək olan vəziyyət və 2015-ci ildən sonra miqrasiya və insan alverinə dair görülməsi vacib olan işlərlə bağlı öz fikirlərini bildirmiş, təkliflər irəli sürmüşlər.
2013-cü il 4 aprel tarixində Beynəlxalq Mina Təhlükəsi ilə mübarizə günündə BAMF, BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə (UNDPİ) Azərbaycanın Bərdə rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yerlərdə köçkün qəsəbəsində 1400 ağacın əkilməsi kompaniyasını həyata keçirdi. “FİNCA Azərbaycan”qeyri bank kredit təşkilatı tərəfindən maliyyələşən layihə simvolik xarakter daşıyaraq məcburi köçkünləri ətraf mühitə münasibətdə duyarlı davranmağa həvəsləndirmək və məhv olmuş ağacları yeniləri ilə əvəz etmək məqsədi daşımışdır. Bərdə rayonu məcburi köçkünlərin ən sıx yaşadığı regiondur. Rayon ərazisində Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin reinteqrasiyası məqsədi ilə bir neçə qəsəbələr də salınmışdır. BAMF-ın “Yeni qəsəbələrimizin inkişafına dəstək göstərmək üçün bir ağac ək” təşəbbüsünün əsas səbəbi də məhz minadanzərərçək ənlər tərəfindən becərilən həmişə yaşıl ağacların məcburi köçkünlərin məskunlaşdığı yerlərdə əkməklə ekologiyaya töhvə verməkdən ibarət idi. Əsas ideya məcburi köçkünlərə mülkiyyət hissini aşılamaq və müvəqqəti işğal durumunu unutdurmaqdan daha çox, onları daimi reinteqrasiyaya ruhlandırmaq idi.
Ümumilikdə BAMF 2013-cü ilin müxtəlif vaxtlarında tərəfdaşları ilə birgə “İnsan alveri qurbanlarına dair jurnalistlər və QHT nümayəndələrinə təlim”, “Liderlik və ünsiyyət”, “Liderlik və kommunikasiya”, “Gənclər –Bizim İstədiyimiz dünya”, “Jurnalistikada Təhlükəsizlik qaydaları” , “Mina Təhlükəsin dair Maarifləndirmə” və bir sıra digər təlimlərin və ictimai kompaniyaların həyata keçirilməsində yaxından iştirak etmişdir.
3. Mikro-kredit: Kiçik və orta miqyaslı bizneslər
Əsasən məcburi köçkünlər və ümumilikdə müharibə qurbanlarının yaşadığı icmalara xidmət məqsədi ilə BAMF tərəfindən Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının prioritetləri əsasında yaradılmış Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit” öz fəaliyyətini genişləndirməkdə davam etmişdir. 2013-cü ildə müxtəlif maliyyə mənbələrindən daxil olan kapital ehtiyatları “Avrasiya Kredit” təşkilatına hədəf qruplarının ehtiyaclarını daha əhatəli şəkildə qarşılamaq imkanı vermişdir. 2013-cü ilin sonuna olan məlumatlara görə, “Avrasiya Kredit” 3.627 müştərinin faydalandığı 2.042.925 AZN miqdarında maliyyə portfelinə malikdir.
2010-2011-ci illərdə Ford Fondu və CGAP tərəfindən “Sosial göstəricilərə dair hesabat”-a görə MİX Gümüş Sertifikatı, 2012-ci ildə “ Sosial missiyasını ən yaxşı icra edən üzv təşkilat” kimi Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) xüsusi mükafatını alan “Avrasiya Kredit” , 2013-cü ildə Sosial Fəaliyyətin İdarəedilməsində Universal Standartlar üzrə Təcrübələrin Paylaşılması” nominasiyasında AMFA-nın xüsusi mükafatına layiq görülmüşdür.
BOKT, Amerika Dövlət Departamenti, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçiriləcək “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi üzrə aztəminatlı insanlara güzəştli mikrokreditlər verilməsi təşəbbüsünə, eləcə də Azərbaycan Mikromaliyyə Assosiasiyasının, İslam İnkşaf Bankı ilə birgə Azərbaycanda Qadın Sahibkarlarının Gücləndirilməsinə dəstək layihəsinə qoşulmaqla 2013-cü ildə də sosial hədəflərinə sadiq qalmışdır.
C. QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSƏLƏLƏRİ
Azərbaycandan olan məcburi köçkünlərlə, eləcə də qaçqın və sığınacaq axtaranlarla işləyən BAMF öz fəaliyyətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) ilə əməkdaşlıq etməkdədir.
1. Məcburi köçkünlərin yaşayışına dair fəaliyyət və UNCHR İşçi Qrupu
BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirdi. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqlarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF tərəfindən müəyyən olundu. Seçilmiş məcburi köçkünlər təyinatı üzrə hazırlanmış tədris planından istifadə edilməklə peşə bacarıqlarına dair təlimləndirildilər. 2013-cu ildə BAMF məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, peşə vərdişlərinin artırılması məqsədi ilə müharibə qurbanları və məcburi köçkünlər üçün nəzərdə tutulan xalçaçılıq, kompüter, reklam dizaynı, kənd təsərrüfatı təcrübəsi və çörək bişirməyə dair xüsusi təlimlərini davam etdirmiş, onların uşaqlarının kompüter biliklərinin artırılması üçün təmənnasız kompüter dərslərini davam etdirmişdir. Təkcə 2013-cü ildə 350 nəfərdən yuxarı məcburi köçkün uşaq internet və kompüter sahəsində müvafiq biliyə yiyələnmişdirlər. 2013-cü ildə BAMF ABŞ Dövlət Departamentinin Əhali və Miqrasiya bürosunun dəstəyi, UNCHR –ın prioritetlərinə uyğun olaraq həyata keçirməyə başladığı “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsinə başlamaqla ümumilikdə ehtiyacların müəyyən edilməsi məqsədi ilə sorğuların keçirilməsi, qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və inteqrativ proseslərin gücləndirilməsi istiqamətində önəmli addım atmış oldu.
BAMF hər il olduğu kimi 20 İyun Məcburi Köçkünlər Gününü UNCHR prioritetlərinə uyğun olaraq Azərbaycan Respublikası Humanitar Yardım üzrə Respublika Komissiyasının təşkil etdiyi tədbir çərçivəsində qeyd etmişdir. Bununla yanaşı məcburi köçkünlərin mənəvi –psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif xeyriyyə konsertlərinə təşkilatçılıq etmişdir.
2. İnkişafda olan sığınacaq və miqrasiyaya dair ECRE dialoqu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) şəbəkəsinə daxil olan hökumətlərarası, eləcə də beynəlxalq QHT-lərin və bir sıra Avropa İttifaqının (Aİ) agentliklərinin də qatıldığı “İnkişafda olan miqrasiya və sığınacaq üzrə dialoq” adlı iclasında qəbul edilmiş platformaya qoşulub. İclasda uzunmüddətli qaçqın və məcburi köçkün həyatı yaşayan şəxslərin problemlərinin həll edilməsində QHT-lərin rolu müzakirə edilib. BAMF-ın nümayəndəsi Azərbaycandan olan QHT-lərin mövqeyini iştirakçıların nəzərinə çatdırıb, Azərbaycan hökumətinin ölkədəki minlərlə məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqda məlumat verib.
İclasda ECRE, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Komissiyasının Humanitar Yardım və Mülki Müdafiə departamenti, eləcə də İnkişaf üçün Diaspora Forumu, Qırmızı Xaç, Qaçqın Aksiyası və bir sıra diasporalar da iştirak edib. “Tədbirdə qaçqın və məcburi köçkünlərin işləri ilə məşğul olan müxtəlif icraçıların verdikləri töhfələr barədə toplanmış təcrübənin diqqətə çatdırılması çox faydalı olmuşdur. Tədbir zamanı Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatları arasında məcburi köçkünlərin problemlərinin qlobal səviyyədə həllinin tapılmasına yönəlik qarşılıqlı əməkdaşlıq təcrübəsinin hər zaman genişləndiyi vurğulanıb. Bundan əlavə, ölkələrin Avropa İttifaqı və BMT kimi beynəlxalq qurumların razılaşdırılmış konvensiya və qətnamələrinə diqqətlə yanaşılmasına dair çağırış edilmişdir.
Qeyd edək ki, BAMF 2007-ci ildən ECRE-nin üzvüdür və hazırda bu şəbəkəyə 30 ölkədən 76 QHT daxildir. BMT-nin QHT bölməsinin (ECOSOC) Xüsusi Məşvərətçi Statuslu üzvü olan BAMF ECRE-nin yüksək səviyyəli tədbirlərində və digər müvafiq sessiyalarında nəzərə alınan müxtəlif sənədlər hazırlayıb təqdim etmək səlahiyyətinə malikdir.
D. SÜLH QURUCULUĞU VƏ MÜNAQİŞƏLƏRİN HƏLLİ
BAMF-ın İcma Mina Aksiyası Komandası (İMAK) Azərbaycanın Göygöl, Goranboy və Tərtər regionlarında minatəmizləmə əməliyyatını davam etdirmişdir. 2013-cü ildə minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 6.178.617 kvadratmetr ərazidə təmizləmə əməliyyatları həyata keçirilmiş, 34 mina və müharibənin partlamamış qalıqlarını aşkara çıxarmışdır.
BAMF-ın minatəmizləmə əməliyyatı birbaşa Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən koordinasiya edilir və monitorinq olunur. Təmizləmə komandasının missiyasına əhalinin öz doğma yurduna qayıtmasına, eləcə də regionun sosial-iqtisadi inkişafına kömək edəcək dərəcədə minatəmizləmə vəzifələri daxildir.
2013-cü ildə İMAK-ın heyət üzvlər ANAMA və Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GICHD) tərəfindən təşkil olunmuş İnformasiya İdarəetmə Sisteminin Yeni Nəsil, dəyərləndirmə və komanda liderlərinin təlimlərində iştirak etmişlər. Təlimlər təhlükəli ərazilərin ölçülməsi, rəqəmsal ölçmə, koordinat sistemi, İMAS yeni standartlarını əhatə etmişdir. İyul ayında ANAMA –nın İnformasiya departamentliyinin təşkil etdiyi geodeziya ölçmələrinə dair seminarın praktik məşğələsinin interaktiv keçirilməsi məqsədi ilə İraq, İordaniya, ABŞ, Anqola, Qvatemala, Rusiya, Tacikistan, Ukrayna, Liviya, Livan, Şri-Lanka, Uqandadan olan 20 nəfər nümayəndə ilə komanda üzvlərinin görüşü keçirilmişdir. Görüş zamanı ölçmə əməliyyatlarının aparılması, sahənin xəritələşdirilməsi, DGPS ölçmələrinin yerinə yetirilməsi və.s istiqamətlərdə fikir mübadiləsi aparılmışdır.
Həmişə olduğu kimi, 2013-cü ildə də BAMF mina təhlükəsinə dair maarifləndirmə (MTM) təlimlərini həyata keçirib. MTM mütəxəssisləri Tərtər və Goranboyun 20-dən çox kəndində əhali arasında maarifləndirmə işləri aparıblar. MTM işləri zamanı 120 ədəd mina və müharibənin partlamamış qalıqları icmaların müraciətləri əsasında aşkar olunaraq zərərsizləşdirilmişdir. Azərbaycanın mina qurbanları üçün BAMF tərəfindən yaradılmış qurum olan Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası (AMZA) 2013-cü ildə üzvlərinə köməyi davam etdirdi. Təxminən 20 nəfərdən çox mina qurbanına hüquqi, tibbi, və maliyyə yardımı edilmiş. Əlil uşaqların, onların ailə üzvlərinin reabilitasiyası istiqamətində işlər görmüşdür. AMZA icraçıları fəal şöbələrin olduğu regionlara bir neçə səfər etdi, həmçinin Tərtərdə təbliğat görüşləri keçirildi. Peşə Təlim Mərkəzinin nəzdində yaradılmış fermanın fəaliyyəti daha da gücləndirilməklə müharibədən zərərçəkənlərin faydalanma imkanları daha da artırıldı. Hal-hazırda BAMF-ın gördüyü işlər nəticəsində 50 –dən yuxarı minadan zərərçəkən və ya onların ailə üzvləri bəhrələnməkdədir.
E. KÖNÜLLÜLÜK
BAMF təşkilatın fəaliyyət istiqamətləri üzrə iş təcrübəsi əldə etmək istəyən könüllülər üçün açıqdır. 2013- ci ildə BAMF-ın müxtəlif şöbələrində bir neçə şəxs könüllülük etdi. BAMF heyəti könüllülər üçün bir neçə potensial inkişaf yönümlü təlimlərin keçirilməsinə cəlb olundu.
Əsasən Bakı Slavyan Universitetinin tələbələrindən ibarət könüllülər qrupu icra olunan layihələrə qoşulmaqla, tədqiqatlar aparmaqla praktik bilik və bacarıqlarının artırılmasında nailiyyətlər əldə etmişdirlər. Bununla yanaşı Amerikanın Sülh Korpusunun könüllüsü Li Maddoks BAMF-ın Təlim Peşə Mərkəzinin işinə yardım göstərməklə, biznes fəaliyyətin təşviq edilməsi, aztəminatlı uşaqların internet istifadəsi və dil bacarıqlarının inkşaf etdirilməsi, eləcə də minadanzərərçəkənlərlə bağlı uğurlu hekayətlərin hazırlanmasında, regionların milli-mədəni dəyərlərini əks etdirən media hesabatları çap etmişdir. 2013-cü ildə könüllülük fəaliyyəti Azərbaycanda milli QHT kimi qeydiyyatdan keçmiş Bakı Beynəlxalq Tələbə Klubu ilə birgə daha sıx aparılmış, bir sıra tədbirlərin keçirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində birgə fəaliyyət göstərilmişdir.