R


I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1 . Bu Qanunun məqsədi
1.1. bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı
münasibətləri tənzimləyir.
1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.
1.3. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini,
yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini,
idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.
1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə
orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir.
M a d d ə 2 . Qeyri-hökumət təşkilatı
2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar
əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü,
özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə
edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən
könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimaifaydalı
məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə
qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.
2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi
partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki
qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında
keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və
exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin
seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı
exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə
birlikdə iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında
və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi
təklifləri ilə çıxış edə bilər. i[1]
M a d d ə 3 . Qeyri-hökumət təşkilatının adı və olduğu yer
3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini
göstərən adı olmalıdır.
3.2. Qeyri-hökumət təşkilatının olduğu yer onun nizamnaməsində göstərilmiş hüquqi
ünvanı ilə müəyyən edilir.
3.3. Qeyri-hökumət təşkilatının hüquqi ünvanı dəyişdikdə müvafiq icra hakimiyyəti
orqanına bu barədə 7 gün müddətindən az olmamaq şərti ilə yazılı məlumat verilməlidir.
I I f ə s i l
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ TƏŞKİLATİ-HÜQUQİ FORMALARI, NÖVLƏRİ VƏ
İŞTİRAKÇILARI
M a d d ə 4 . Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları
Qeyri-hökumət təşkilatları istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər.
M a d d ə 5 . Qeyri-hökumət təşkilatlarının növləri
Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis
oluna bilərlər.
M a d d ə 6 . Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi
6.1. Qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında ümumazərbaycan, regional və
yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər. Qeyri-hökumət təşkilatının fəaliyyət
ərazisi təşkilat tərəfindən müstəqil müəyyən olunur.
6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının
bütün ərazisinə şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət
təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər.
6.3. Beynəlxalq qeyri-hökumət təşkilatları - öz fəaliyyət dairəsi ilə Azərbaycan
Respublikasının və ən azı başqa bir xarici dövlətinin ərazilərini əhatə edən ictimai birliklərdir.
M a d d ə 7 . Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri
7.1. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının
ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. ii[2]
7.2. Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və
onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.
7.3. Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda
təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.
7.4. Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış
təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət
göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı
məsuliyyət daşıyır.
7.5. Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir və
qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir.
M a d d ə 8 . Qeyri-hökumət təşkilatlarının iştirakçıları
8.1. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların
iştirakçılarına təsisçilər və köməkçilər aiddir.
8.2. İctimai birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki
qanunvericiliyə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.
8.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər.
8.4. Qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq
olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının
müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.iii[3]
M a d d ə 9 . Qeyri-hökumət təşkilatlarının təsisçiləri
9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri -
16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər.
9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı
hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis
müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka
münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
M a d d ə 1 0 . İctimai birliklərin üzvləri
10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.
10.2. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər
orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə,
nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə
tələblərinə riayət etməlidirlər.
10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri
nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən
birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.
M a d d ə 1 1 . Qeyri-hökumət təşkilatlarının köməkçiləri
Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyrihökumət
təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı
ilə təşkilatı cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyrihökumət
təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə
orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu
qeyri-hökumət təşkilatının təsis sənədləri ilə müəyyən edilir.
I I I f ə s i l
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ YARADILMASI, YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV
EDİLMƏSİ
M a d d ə 1 2 . Qeyri-hökumət təşkilatının yaradılması
12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyrihökumət
təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.
12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin
(təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi
qəbul olunur.
M a d d ə 1 3 . Qeyri-hökumət təşkilatının nizamnaməsi
13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və
yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri,
ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət
təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və
dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda
əmlakından istifadə qaydası müəyyən edilməlidir.
13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu
yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma
qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv
edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır.
M a d d ə 1 4 . Qeyri-hökumət təşkilatının nizamnaməsinə dəyişikliklərin
edilməsi
14.1. İctimai birliyin nizamnaməsinə dəyişikliklər onun ali idarəetmə orqanının qərarı ilə
edilə bilər. Fondun nizamnaməsinə dəyişikliklərin edilməsi fondun Himayəçilik Şurası
tərəfindən və yalnız fondun məqsədləri istiqamətində edilə bilər.
14.2. Fondun nizamnaməsi fondun Himayəçilik Şurası tərəfindən bir şərtlə dəyişdirilə bilər
ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər
fondun nizamnaməsinin dəyişilməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı
qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə gətirərsə, nizamnamədə
dəyişikliklərin mümkünlüyü isə nəzərdə tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər
tərəfindən dəyişilməyibsə, bu nizamnaməyə dəyişikliklərin edilməsi hüququ fondun
Himayəçilik Şurasının ərizəsinə əsasən məhkəməyə mənsubdur.
14.3. Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklərin dövlət qeydiyyatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyri-hökumət təşkilatının
nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
M a d d ə 1 5 . İctimai birliyin təsis edilməsi haqqında bildiriş
15.1. İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın
qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazılı
müraciət vasitəsi ilə həyata keçirilir. İctimai birliyin rəhbəri tərəfindən imzalanmış müraciətə
təsis protokolu da əlavə olunmalıdır.
15.2. Müvafiq icra hakimiyyəti orqanı ictimai birliyin təsis edilməsi haqqında bildirişi alan
gün bildirişin daxil olmasını təsdiq edən sənədi ictimai birliyin nümayəndəsinə verir və ya poçt
vasitəsilə göndərir.
M a d d ə 1 6 . Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı
16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs
statusunu əldə edir.
M a d d ə 1 7 . Dövlət qeydiyyatına alınmasından imtina
17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. iv[4]
17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və
təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini
göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim
olunur. v[5]
17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular
aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə
mane ola bilməz.
17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati
qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. vi[6]
M a d d ə 1 8 . Qeyri-hökumət təşkilatının fəaliyyətinə xitam verilməsi
Qeyri-hökumət təşkilatının fəaliyyətinə qeyri-hökumət təşkilatın yenidən təşkil edilməsi
(birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi
yolları ilə xitam verilir.
M a d d ə 1 9 . Qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi
19.1. Qeyri-hökumət təşkilatı bu Qanunda nəzərdə tutulan qaydada yenidən təşkil edilə
bilər. Qeyri-hökumət təşkilatının yenidən təşkili onun təsisçilərinin və ya təşkilatın nizamnamə
ilə vəkil edilmiş orqanın qərarı ilə həyata keçirilə bilər.
19.2. Qeyri-hökumət təşkilatının yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və
çevrilmə formalarında həyata keçirilə bilər.
19.3. Qeyri-hökumət təşkilatının başqa təşkilatın ona qoşulma formasında yenidən təklif
edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam
verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır. vii[7]
19.4. Qeyri-hökumət təşkilatının ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın
fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi
haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.
19.5. Qeyri-hökumət təşkilatının çevrilmə formasında təşkil edilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın
təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan
sayılır.
19.6. Qeyri-hökumət təşkilatının yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan
bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada
həll olunur.
M a d d ə 2 0 . Qeyri-hökumət təşkilatının ləğvi
Qeyri-hökumət təşkilatı hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.
M a d d ə 2 1 . Ləğv edilən qeyri-hökumət təşkilatının əmlakı
Qeyri-hökumət təşkilatının ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.
I V f ə s i l
QEYRİ-HÖKUMƏT TƏŞKİLATIN FƏALİYYƏTİ
M a d d ə 2 2 . Qeyri-hökumət təşkilatının fəaliyyət növləri
22.1. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan
olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd
olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.
22.2. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında
bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş
sahibkarlıq fəaliyyətini həyata keçirilə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının
yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə
qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat
cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir.
22.3. Qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu aparır.
Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız
qanunla müəyyən olunur.
M a d d ə 2 3 . Qeyri-hökumət təşkilatının əmlakı
23.1. Qeyri-hökumət təşkilatının mülkiyyətində qanunvericiliklə qadağan olunmamış
növlərdə əmlak ola bilər. viii[8]
23.2. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
23.3. Fondun əmlakını onun təsisçiləri (təsisçisi) tərəfindən verilən əmlak təşkil edir. Fond
təsis olunduqdan sonra ona əmlak vermiş şəxs təsisçi hüququ qazanmır. Təsisçilər onların
yaratdığı fondun öhdəlikləri üçün, fondlar isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət
daşımır.
M a d d ə 2 4 . Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri
24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri
aşağıdakılardır:
24.0.1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük
haqları;
24.0.2. könüllü əmlak haqları və ianələri;
24.0.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;
24.0.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər,
gəlirlər;
24.0.5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
24.0.6. qrantlar;
24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.
V f ə s i l
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ İDARƏ OLUNMASI
M a d d ə 2 5 . İctimai birliyin idarə olunmasının əsasları
25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma
qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə
qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə
müəyyən edilir.
25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi
yığıncaqdır.
25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin
üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
25.4. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət
etməkdir.
25.5. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
25.5.1. ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;
25.5.2. ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
25.5.3. ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından
əvvəl dayandırılması;
25.5.4. illik hesabatın təsdiq edilməsi;
25.5.5. başqa təşkilatlarda iştirak;
25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.
25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən
azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından
çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda
iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.
25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi
tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.
M a d d ə 2 6 . İctimai birliyin icra orqanı
26.1. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin
fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.
26.2. İctimai birliyin icra orqanı ictimai birliyin filiallarını yaradır və nümayəndəliklərini
açır.
26.3. İctimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə
orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən
müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir.
M a d d ə 2 7 . Fondun idarə olunması
27.1. Fondun idarəsini fondun Prezidenti və ya idarə heyəti həyata keçirirlər.
27.2. Fondun himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun
başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin
edilməsinə, fond vəsaitinin istifadə edilməsinə, fəaliyyətinə nəzarəti və nizamnaməyə
dəyişikliklər edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata
keçirir. Fondun Himayəçilik şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.
27.3. Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri
tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.
V I f ə s i l
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI VƏ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARI
M a d d ə 2 8 . Dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları
arasında əlaqə
Qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Qeyrihökumət
təşkilatları qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata
keçirmək hüququna malikdir. Dövlət hakimiyyət orqanları qeyri-hökumət təşkilatlarına
maliyyə və başqa formalarda yardım edə bilərlər. Dövlət orqanlarında ictimai birliklərin
strukturları yaradılmır. ix[9]
M a d d ə 2 9 . Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət
29.1. Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır.
29.2. Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı,
xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya
sirri ola bilməz.
29.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.
M a d d ə 3 0 . ( Ç ı x a r ı l ı b ) x[10]
V I I f ə s i l
YEKUN MÜDDƏALARI
M a d d ə 3 1 . Qeyri-hökumət təşkilatının məsuliyyəti
31.1. Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.
31.2. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda qeyri-hökumət
təşkilatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya
pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər.
31.3. Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə
qaydasında şikayət vermək hüququna malikdir.
31.4. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya
pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı
məhkəmənin qərarı ilə ləğv edilə bilər.
31.5. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına
maneçilik törədən qeyri-hökumət təşkilatının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş
qaydada dayandırıla bilər. xi[11]
M a d d ə 3 2 . Əvvəllər qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının
yenidən qeydiyyata alınması
Bu Qanun qüvvəyə minməmişdən əvvəl dövlət qeydiyyatına alınmış qeyri-hökumət
təşkilatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası hüquqi
şəxslərinin Dövlət reyestrinə daxil edilməlidirlər.
M a d d ə 3 3 . Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 13 iyun 2000-ci il
№ 894-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 22 iyun 2001-ci il tarixli 157-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 576)
2. 5 oktyabr 2001-ci il tarixli 182-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 675)
3. 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16)
4. 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)
5. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
6. 28 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr
2005-ci il)
7. 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049)
8. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
9. 13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci
il, № 8, maddə 699)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
i[1] 28 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr 2005-
ci il) ilə 2.4-cü maddədə “(xarici fiziki və hüquqi şəxslər, nizamnamə kapitalında xarici fiziki və
hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən
qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatları istisna olmaqla)” sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası
Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və
başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun
olaraq qeyri-hökumət təşkilatları (xarici fiziki və hüquqi şəxslər, nizamnamə kapitalında xarici
fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının hüquqi şəxsləri
tərəfindən qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatları istisna olmaqla)
Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə
seçkiləri müşahidə edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında
və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi
təklifləri ilə çıxış edə bilər.
13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8,
maddə 699) ilə 2.4-cü maddənin ikinci cümləsində “müşahidə edə” sözlərindən sonra “və exit-poll
həyata keçirə” sözləri əlavə edilmişdir və 2.4-cü maddəyə yeni məzmunda üçüncü cümlə əlavə
edilmişdir, üçüncü cümlə müvafiq olaraq dördüncü cümlə hesab edilmişdir.
ii[2] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 7.1-ci maddədə "Qeydə
alınmış" sözləri "Dövlət qeydiyyatına alınmış" sözləri ilə əvəz edilmişdir.
iii[3] 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 8.4-cü və 8.5-ci maddələr
əlavə edilmişdir.
iv[4] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 17.1-ci maddə yeni
redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız həmin ad altında
digər qeyri-hökumət təşkilatı mövcud olduqda və ya dövlət qeydiyyatı üçün təqdim olunmuş
sənədlər Azərbaycan Respublikası Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının
digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda imtina edilə bilər.
v[5] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 17.2-ci maddədə "imtina
haqqında qərar," sözləri çıxarılmış və "yazılı surətdə" sözlərindən sonra "məlumat" sözü əlavə
edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərar,
imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və
maddələrini göstərilməklə, yazılı surətdə qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim
olunur.
vi[6] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 17.4-cü maddədə "imtina
haqqında qərardan" sözləri "imtinadan" sözü ilə əvəz edilmişdir.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 17.4-cü maddəsində
“imtinadan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.
vii[7] 5 oktyabr 2001-ci il tarixli 182-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 675) ilə Qanunun 19.3-cü
maddəsində "birləşmə və" sözləri çıxarılmış, "formalarında" sözü "formasında" sözü ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
19.3. Qeyri-hökumət təşkilatının başqa təşkilatın ona birləşmə və qoşulma formalarında
yenidən təklif edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə
xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.
viii[8] 5 oktyabr 2001-ci il tarixli 182-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 675) ilə Qanunun 23.1-ci maddəsində
"və ya operativ idarəsində" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
23.1. Qeyri-hökumət təşkilatının mülkiyyətində və ya operativ idarəsində qanunvericiliklə
qadağan olunmamış növlərdə əmlak ola bilər.
ix[9] 22 iyun 2001-ci il tarixli 157-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 576) ilə 28-ci maddəsinə aşağıdakı
məzmunda cümlə əlavə edilmişdir:
"Dövlət orqanlarında ictimai birliklərin strukturları yaradılmır."
x[10] 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 30-cu maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 3 0 . Qeyri-hökumət təşkilatların istifadə etdiyi vergi güzəştləri
Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları Azərbaycan Respublikası Vergi
Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə edirlər.
xi[11] 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə Qanuna 31.5-ci maddə əlavə
edilmişdir.