Bu arada BAMF, Rusiyanın qeyri-hökümət təşkilatı olan “Memorial İnternational” ilə birlikdə Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Rusiya üzrə tədqiqata , regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına rəhbərlik etmək üçün seçilmişdir. Bu regional nəşrdə müdafiə hüquqlari, potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskulaşmanın həlli yolları ilə bağlı Avropa Birliyi xaricində olan ölkələrə təsir edən məlumatları toplayacaq və problemləri təhlil edəcəkdir.

Qeyd edək ki, BAMF mötəbər qurum olan ECRE -nin artıq bir neçə ildir üzvüdür . BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni müntəzəm olaraq təmin edir. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür.

BAMF-ın Informasiya Departamenti