R

Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus ilə BAMF-ın Bakı ofisində Himayəçilik Şurasının üzvlərinin iştirakı ilə görüş keçirilib. 

Görüşdə BAMF prezidenti Umud Mirzəyev, BAMF-ın Himayəçilik şurasının sədri Çingiz Abdullayev, Himayəçilik şurasının üzvləri Əflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli iştirak ediblər.  

Professor Məhəmməd Yunus 20 fərqli ölkədən olan universitetlərdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Onun adı “Son 25 ilin ən nüfuzlu biznes adamları”, “Dövrümüzün 12 dahi sahibkarları”, “Top 100 intellektual şəxslər” kimi önəmli siyahılarda da çəkilməkdədir.

Qonaqları salamlayan Umud Mirzəyev BAMF-ın fəliyyəti, çoxillik missiyası, Qarabağda olan mina problem, yenidənqurma işləri və Qarabağ münaqişəsindən sonra Azərbaycanda baş verən mühüm dəyişikliklərdən söz açıb. Daha sonra Məhəmməd Yunusun təşəbbüsü ilə yaradılan “3 sıfır” klublarının Azərbaycanda fəaliyyətinin genişlənməsi, yeni klubların yaradılması, Qarabağ gənclərinin bu klublara cəlb olunması və bu il ölkəmizdə “3 sıfır” klublarının regional görüşünün keçirilməsi məsələsi müzakirə olunub. Həmçinin, Umud Mirzəyev tərəfindən təklif olunan yeni yaradılacaq Qarabağ Universitetində “Yunus Sosial Biznes Mərkəzi”-nin açılması ideyası da Məhəmməd Yunus tərəfindən bəyənilib və dəstəklənib. Görüş zamanı COP29 çərçivəsində əməkdaşlıq perspektivləri və ortaq fəaliyyətlər barəsində də danışıqlar aparılıb.

Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının üzvləri ilə tanışlıq olub. Çingiz Abdullayev ingilis dilinə tərcümə olunmuş 3 kitabını, Umud Mirzəyev isə Qarabağ mədəniyyətini və adət-ənənəsini əks etdirən xatirə hədiyyələrini Məhəmməd Yunusa təqdim edib. 

Sonda xatirə şəkilləri çəkilib.

***

BAMF-ın baş ofisində keçirilən görüşdən sonra Azərbaycan İqtisad Universitetinin (UNEC) Əsas - İçərişəhər korpusunda BAMF, Yunus Sosial Biznes Mərkəzi və UNEC arasında bağlanan üçtərəfli müqavilə əsasında 2016-cı ildə yaradılan “Yunus Sosial Biznes Mərkəzi”-nin yeni ofisinin açılışı baş tutub. Açılış mərasimində Professor Məhəmməd Yunus, AMEA-nın prezidenti İsa Həbibbəyli, UNEC-in rektoru Ədalət Muradov, BAMF-ın Himayəçilik şurasının sədri Çingiz Abdullayev və BAMF-ın prezidenti Umud Mirzəyev mərkəzin qırmızı lentini kəsiblər. BAMF və UNEC rəhbərliyinin, müəllim-tələbə heyətinin və digər qonaqların iştirak etdiyi açılışda Professor Məhəmməd Yunus tərəfindən yeni açılan Sosial Biznes mərkəzin ilk mühazirəsi səsləndirilib.  

Daha sonra BAMF-ın müşayəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Professor Məhəmməd Yunusu Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin yerləşdiyi İsmailiyyə binası və akademiyanın fəaliyyəti ilə tanış edib. Gəzinti zamanı İsa Həbibəyli dəyərli qonağa sarayın qədim tarixi haqqında məlumat verib və ölkəmizin milli dəyərləri əks etdirən hədiyyələr təqdim edib.  

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə 11-ci Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunus ilk dəfə olaraq 2016-cı ildə BAMF-ın dəvəti ilə ölkəmizdə olub. O, həmin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Onun prezidentin müşaviri və 3 fərqli nazir ilə ayrı-ayrılıqda görüşləri də baş tutmuşdur. Həmin səfər zamanı ADA universitetində diplomatlarla görüşdə, UNEC-də isə Yunus Sosial Biznes Mərkəzinin açılışında iştirak edən Məhəmməd Yunusun "Kasıbların Bankiri" adlı kitabı BAMF tərəfindən Azərbaycan dilinə tərcümə edilərək, çap etdirilmiş və özünün iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. 

2T5A0064.jpg

2T5A0224.jpg

2T5A9788.jpg

2T5A9716.jpg

2T5A9712.jpg

2T5A9800.jpg

2T5A0027-gigapixel-cgi-1x.jpeg

2T5A0008.jpg

2T5A0094.jpg

2T5A0169.jpg

2T5A0248.jpg

2T5A0497.JPG

2T5A0528.JPG