1. Ümumi müddəalar

1.1. Beynəlxalq Avrasiya Mətbuat Fondu (bundan sonra “Fond”) beynəlxalq müstəqil təşkilatdır.


1.2. Fondun təsisçiləri jurnalistlər, müxtəlif dövlətlərin nümayəndələridir.


1.3. Fond hüquqi şəxsdir, onun müstəqil balansı, hesablaşma hesabı, Azərbaycanda manat və valyuta, habelə dünya banklarında valyuta hesabları, dairəvi möhürü, ştampı, adlı blankları, emblemi və rekvizitləri vardır.


1.4. Fondun baş qərargahı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir.


2. Fondun məqsəd və vəzifələri


2.1. Fondun fəaliyyət predmeti hərbi münaqişələrin baş verdiyi rayonlardan obyektiv informasiyanın toplanması və onun yayılması, regional hərbi münaqişələrin sülh yolu ilə tənzimlənməsi məqsədi ilə həmin regionun tarixi, siyasi və digər aspektlərini öyrənib, təhlil etməkdən ibarətdir. Fondun elmi-tədqiqat fəaliyyəti mümkün silahlı qarşıdurmanın proqnozlaşdırılması və aradan qaldırılmasına yönəldilib.


2.2. Dağlıq Qarabağda üçüncü tərəfin müdaxiləsi ilə hərbi qarşıdurmanın baş verməsində real təhlükənin yaranması ilə əlaqədar olaraq, Qarabağ probleminin sülh yolu ilə həll edilməsi Fondun fəaliyyətində prioritet istiqamət hesab edilir.


2.3. Fəaliyyətinin predmetinə müvafiq olaraq Fondun əsas vəzifələri aşağıdakılardan ibarətdir:


a) Müstəqil jurnalistlərin, xalq elçilərin (diplomatları), Fondun üzvlərinin və işçilərinin döyüş bölgələrinə səfərlərini təşkili, bu səfərlərin maliyyələşdirilməsi, döyüş bölgələrində olarkən jurnalistlərin və Fond nümayəndələrinin həyatının sığortalanması, habelə onların təhlükəsizliyinə müəyyən təminatların verilməsinin təmin edilməsi;


b) Dünya kütləvi informasiya vasitələrində obyektiv informasiyanı yayimlanması;


v) Hərbi əməliyyatlar gedən rayonlardan əldə edilən məlumatların operativ yayınlanması üçün fondun məlumat agentliyinin yaradılması;


q) Qüvvədə olan qanunvericilyə uyğun olaraq kitab, jurnal, qəzet və digər nəşrlərin dövri və birdəfəlik çap edilməsi və yayımlanması;


ğ) Fondun fəaliyyəti ilə əlagədar olan konfrans, simpozium, seminar, xeyriyyə aksiyalarını və digər tədbirləri təşkil etmək və həmin tədbirlərdə iştirak etmək;


d) Müstəqil elmi-tədqiqat ekspertizalarının təşkilində və aparılmasında iştirak etmək;


e) Qüvvədə olan qanuna və bu Nizamnaməyə zidd olmayan digər fəaliyyət növlərini həyata keçirmək.


3. Fondun üzvləri


3.1. Dünyanın istənilən nöqtəsində regional münaqişələrin həll edilməsi və aradan qaldırılmasında mümkün maddi, intellektual və mənəvi köməyini etməyə hazır olan və Fondun Nizamnaməsini tanıyan fiziki şəxslər, habelə əmək kollektivləri onun üzvi ola bilərlər.


3.2. Fond öz üzvlərinə Fond adından çıxış etmək hüququ verir və onlar istənilən milli zəmində baş verən münaqişəsi olan ölkəyə məlumat toplamaq, xalq diplomatiyasını həyata keçirmək və hərbi əməliyyatların həll edilməsində digər işləri həyata keçirmək üçün göndərilə bilərlər.


3.3. Fond üzvləri aşağıdakı hüquqlara malikdirlər:


a) Fondun fəaliyyəti ilə əlaqədar olan məsələlərin müzakirəsində, onun planlarının, proqram və tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;


b) Fond rəhbərliyini seçmək, onun rəhbər və digər orqanlarına seçilmək;


v) Fondun fəaliyyətinə dair təkliflər vermək;


q) Fondun fəaliyyəti haqqında məlumat əldə etmək;


ğ) Öz hüquq və qanuni maraqlarının qorunması məqsədilə Fonda kömək üçün müraciət etmək;


d) Digər ictimai təşkilatların üzvi olmaq.


3.4. Fondun üzvləri fəaliyyət göstərdikləri dövlətin daxili və xarici siyasətinə qarışmamaq prinsipinə riayət etməlidirlər.


3.5. Fondun üzvliyindən çıxmaq istəyən şəxs Fondun İdarə Heyətinə xəbərdarlıq etməlidir.


3.6. Fondun üzvi olub, ancaq onun fəaliyyətində uzun müddət iştirak etməyən şəxs Fondun üzvi olmaq hüququnu itirir.


4. Hüquqi müddəalar


4.1. Fond öz adından müqavilə bağlaya, əmlak ala, şəxsi qeyri əmlak hüququna malik ola, arbitraj və tretey məhkəməsində iddiaçı və cavabdeh sifətində çıxış edə bilər. Fondun üzvləri fəaliyyət göstərdikləri dövlətin daxili və xarici siyasətinə qarışmamaq prinsipinə riayət etməlidirlər.


4.2. Fond yalnız öz əmlakı daxilində öhdəliklər üzrə məsuliyyət daşıyır.


4.3. Fond öz bölmələrini yaratmaq hüququna malikdir.


4.3.1. Fondun bölmələri Fondun əsas vəsaitləri hesabına vəsaitlərlə təmin edilir, İdarə Heyəti tərəfindən təsdiq edilmiş mövcud Nizamnaməyə, Bölmənin Nizamnaməsinə və digər müddəalara əsasən fəaliyyət göstərir. Bölmənin əmlakı onların ayrı balansında və Fondun müstəqil balansında öz əksini tapır.


4.3.2. Şöbənin fəaliyyətinə rəhbərlik Fond tərəfindən təyin edilmiş şəxs tərəfindən yerinə yetirilir. Rəhbər şəxs Fond tərəfindən verilmiş səlahiyyətlər və etibar əsasında fəaliyyət göstərir.


4.3.3. Bölmələr Fond tərəfindən mövcud qanunauyğunluğa əsasən yaradılır.


5. Fondun vəsaitləri


5.1. Fondun maliyyə vəsaiti aşağıdakı mənbələrdən yaradılır:



- təşkilat və ayrı-ayrı şəxslər tərəfindən edilmiş ianə və məqsədli qoyuluşlar, özünün istehsalat-təsərrüfat fəaliyyətindən ayırmalar;
- bank krediti və ya başqa kreditlər;
- fəaliyyətdə olan qanunauyğun digər daxil olmalar.


5.2. Maliyyə vəsaiti Fondun hesablaşma hesabına daxil olur. Fondun hesabına daxil olmuş maliyyə vəsaiti müəyyənləşdirilmiş qayda üzrə aşağıdakılar üçün sərf edilir:



- məqsədli proqramların və Fondun tədbirlərinin həyata keçirilməsinə;
- Xeyriyyə fəaliyyətinin həyata keçirilməsinə;
- Fondun cari fəaliyyətinə sərf edilən xərclərin ödənilməsinə;
- Fondun Nizamnamə müddəalarına zidd olmayan digər məqsədlər üçün;


5.3. Fondun daşınan və daşınmayan əmlakı həm şəxsi, həm də icarəyə götürülmüş əmlak hesabına yaradıla bilər. Fondun əmlakı mövcud Nizamnaməyə zidd olmayan məqsədlər üçün istifadə edilir.


5.4. Fondun digər vəsaitləri Fond tərəfindən müəyyən edilmiş qanuni qaydada və Fondun məqsəd və vəzifələrinə uyğun olaraq yaradılır və istifadə edilir.


5.5. Fondun pul, material və digər vəsaitləri kollektiv mülkiyyətdir. Pul, material və digər vəsaitlərin bölüşdürülməsi Fondun sədrlərindən birinin şəxsində idarə heyəti hesab edilir.


5.6. Fondun vəsaitləri onun inkişafına sərf edilə bilər.


5.7. Fondun büdcə ilə işi fəaliyyətdə olan qanuna müvafiq həyata keçirilir.



6. Fondun idarəetmə orqanları

6.1. Ümumi iclas Fondun ali idarəetmə orqanıdır.


6.1.1. Ümumi İclas 4 ildə bir dəfədən az olmamaqla çağırılır.


6.2. Ümumi İclas Fondun ali icraedici orqanını - İdarə Heyətini seçir və onun üzvlərinin sayını təsdiq edir.


6.2.1. İdarə Heyəti 4 il müddətinə seçilir.


6.2.2. Həmsədrlərdən biri bu və ya digər səbəbdən öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, onda Ümumi İclasın fövqalədə iclasında yeni həmsədr seçilir.


6.2.3. İdarə heyəti öz qərarı əsasında Fondun şöbəsini (bölmələrini) yarada və onun rəhbərini təyin edə bilər.


6.2.4. Həmsədrlərin hər birinə İdarə Heyətinin iclasında səsvermək hüquqi verilir. İdarə heyətinin qərarı yekdilliklə qəbul edildiyi andan qüvvəyə minir.


6.3. Əlaqələndirici şura Fondun əlaqələndirici orqanıdır.


6.3.1. Əlaqələndirici Şura Fondun həyata keçirdiyi tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsində iştirak edir. İdarə Heyətilə Əlaqələndirici Şura Fondun müəssisə və idərələrinin, habelə fondun digər ölkələrindəki bölmələrinin maliyyələşdirilməsi məsələlərini həll edir.


6.3.2. Əlaqələndirici Şura seçkili orqandır və Ümumi İclas tərəfindən seçilir.


6.3.3. Əlaqələndirici Şuranın sədri 4 il müddətinə Ümumi İclasda seçilir. O,İdarə Heyətinin iclaslarında iştirak edir və səsvermə hüququna malikdir.


7. Fondun nəzarətedici orqanları


7.1. Fondun nəzarətedici orqanı Təftiş Komissiyasıdır.


7.1.1. Təftiş Komissiyası 5 nəfərlik tərkibdə Ümumi İclasda seçilir.


7.1.2. Təftiş Komissiyası Fondun maliyyə fəaliyyətinə və onun idarələrinin fəaliyyətinə nəzarət edir.


7.1.3. Təftiş Komissiyası 4 ildə bir dəfə hesabat verir.


7.1.4. Təftiş Komissiyasının sədri Ümumi İclas tərəfindən 4 il müddətinə seçilir.


7.1.5. Təftiş Komissiyası öz fəaliyyətində müstəqildir və Fondun İdarə Heyətinə tabe deyil.


8. Fondun və onun bölmələrinin ləğv edilməsi


8.1. Fondun fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, bu Nizamnaməyə uyğun Fondun təsisçilərinin qərarı ilə ləğv edilə bilər.


8.2. Fondun ləğv edilməsi üçün komissiya yaradılır.


8.2.1. Ləğvetmə zamanı Komissiya Fondun maddi vəsaitlərinin uçotunu aparır və maddi dəyərlər haqqında son qərar verən təsisçiləri xəbərdar edir.


8.3. Fondun bölmələri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, bu Nizamnaməyə uyğun Fondun təsisçilərinin qərarı ilə ləğv edilə bilər.


8.3.1. Bölmələrin ləğv edilməsi üçün Komissiya yaradılır.


8.3.2. Ləğvetmə zamanı Komissiya bölmənin balansında olan maddi dəyərlərin uçotunu aparır və həmin maddi dəyər haqqında son qərar verən İdarə Heyətini xəbərdar edir.