Layihənin həyata keçirildiyi tarix: Layihənin icrasına 1997-ci ildən başlanmışdır. Hal-hazırda layihə davam edir.

Donor: Layihə BAMF-ın daxili imkanları hesabına həyata keçirilir.
Layihənin həyata keçirildiyi əhatə dairəsi: Azərbaycan Respublikasının bütün şəhər və rayonları.

Layihənin məqsədi: layihə çərçivəsində Azərbaycanın baş xiyabanı olan Şəhidlər Xiyabanı, orada uyuyan şəhidlər haqqında elmi-publisistik, ensiklopedik-bioqrafik kitabın hazırlanması.

Əldə edilən nəticə: Layihənin həyata keçirilməsi nəticəsində Şəhidlər Xiyabanında dəfn edilən 934 nəfər haqqında məlumat toplanmış və materiallar hazırlanmış, xiyabanın tarixi, ötən əsrin əvvəllərində ermənilər tərəfindən törədilmiş mart qırğınları və digər tarixi hadisələr barədə tarixi oçerklər yazılmış, kitab çap üçün hazır vəziyyətə gətirilmişdir.