Layihənin həyata keçirildiyi tarix: Sentyabr-dekabr 2009-cu il.

Donor: Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu

Layihəni n həyata keçirildiyi əhatə dairəsi: Bakı şəhəri və respublikanın rayonları

Layihənin məqsədi: Azərbaycanın dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq medianın təcrübəsinin öyrənilməsi və tətbiq olunması, xarici ölkələrin mətbuatında Azərbaycan həqiqətlərinin təbliği vəziyyətinin öyrənilməsi, beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin əsasının qoyulması və bununla da Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin yaxşılaşdırılması layihənin əsas məqsədidir.

Əldə olunan nəticə: Azərbaycanın dünya informasiya məkanına daxil olmasının vəziyyəti aydınlaşmış və bu sahədə mövcud olan problemlər aşkara çıxarılmışdır. Azərbaycan həqiqətlərinin beynəlxalq mediada təbliği sahəsində görülən işlər müəyyənləşdirilmiş, təcrübələrin bölüşdürülməsində, informasiya mübadiləsində mühüm mərhələnin başlanğıcı qoyulmuş, beynəlxalq media mənsubları ilə Azərbaycanın KİV təmsilçiləri arasında əməkdaşlıq əlaqələrinin yaranması və inkişaf etməsi üçün real imkanlar yaranmış, Azərbaycan həqiqətlərinin beynəlxalq mediada təbliği sahəsində yeni yollar və vasitələr müəyyənləşdirilmişdir.