Azərbaycanın davamlı tərəqqisini qeyd edən cənab Agarval Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, gələn qonaqların əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını bildirib. BAMF sədri də öz növbəsində dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu tədbirin yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənildiyini , o cümlədən Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən də müsbət qarşılandığını bildirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirən Hindistan Maliyyə İnstitutunun rəhbəri təşkilat haqqında xoş sözlər deyib, BAMF-ın beynəlxalq fəaliyyətini və statusunu BMT-nin analoji xüsusiyyətləri ilə müqayisə edib və BAMF-ın regionda “Kiçik BMT” rolunu oynadığını bildirib. O , tezliklə Hindistan Maliyyə İnstitutunun BAMF-la iki qurum arasında əməkdaşlığın yol xəritəsi olacaq birgə anlaşma memorandumunun imzalanmasının vacib olduğunu , bu istiqamətdə işlər görəcəklərini xüsusi vurğulayıb.

BAMF-ın informasiya departamenti