R
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti və Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Macarıstan Respublikasının Azərbaycandakı səfiri Voktor Sedergenyi və Səfirliyin xarici siyasət və ticarət məsələləri üzrə rəsmi diplomatı xanım Ruslana Dunas-Varg, eləcə də Səfirliyin İkinci Katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber ilə görüşdü. Görüşdə rəsmi qonaqlar arasında Vaşinqtondan olan ECL-in Peç Universitetindəki təlimatçısı və müəllimi Peter Sabath da iştirak edirdi.
 
Görüşdə Səfirlik və BAMF, xüsusən də təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
 
Ziyarət tanışlıq xarakteri daşıyıb. Müzakirələr zamanı BAMF prezidenti qurumun fəaliyyətinin əsas istiqamətləri barədə danışdı, müxtəlif beynəlxalq qurumlar, diplomatik nümayəndəliklər və BMT agentlikləri ilə birlikdə həyata keçirilən bir sıra humanitar layihələri təqdim etdi. Tərəflər gələcəkdə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin mümkün variantlarını müzakirə etdilər.
 
Qeyd etmək lazımdır ki, BAMF, ECL (Müasir dillər üzrə sertifikat almaq üçün Avropa konsorsiumu) imtahanının Azərbaycan, Gürcüstan, İran və Orta Asiyada hazırlanması və keçirilməsi üçün yeganə imtahan mərkəzi olan Avrasiya Təhsil Mərkəzinin yaradıcısıdır.
 
Mərkəzin ECL Beynəlxalq İmtahan Mərkəzinin yerləşdiyi Macarıstan Peç Universiteti ilə rəsmi müqaviləsi vardır.
 
Onu da qeyd edək ki, sabah, yanvarın 14-də, Bakıda İngilis dilinin öyrənilməsinə müasir və praktik bir yanaşma mövzusunda 3 günlük Pre-ECL təlimi başlayır. Təlim Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Macarıstanın ECL mərkəzi ilə birlikdə təşkil edilib və tələbə və müəllimlərdən ibarət 50 nəfərlik geniş kütlənin iştirakını planlaşdırır. Təlimin ikinci günü tədbirə Gürcüstandakı tərəfdaşlar və iştirakçılar qatılacaqlar.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi humanitar və təhsil sahəsindəki gələcək birgə layihələr barədə düşünmək barədə razılığa gəldilər.
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 

 

1