R

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilir. 

Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, millət vəkilləri Musa Quliyev, Ceyhun Məmmədov, BAMF prezidenti Umud Mirzəyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, ziyalılar, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak edirlər. 

Tədbiri giriş nitqi ilə Umud Mirzəyev açıb. O, əvvəlcə İkinci Qarabağ müharibəsində şəhid düşən Azərbaycan hərbiçilərini yad edib və 1 dəqiqəlik sükut elan edilib. 

BAMF prezidenti layihə haqqında qonaqlara məlumat verib:

"Kifayət qədər ciddi layihədir. Filmi izləyəndən sonra layihə haqqında daha geniş məlumatlı olacaqsınız". 

Açılış nitqlərindən sonra layihə çərçivəsində hazırlanan “Deportasiya – Şahidlərin gözü ilə” adlı sənədli filmi nümayiş etdirilib. Ardınca isə virtual muzeyin “deport.az” saytının təqdimatı baş tutub və sayt haqqında ətraflı məlumat verilib. 

Layihə çərçivəsində ilkin mərhələdə deportasiya hadisələrində zərər çəkmiş və canlı şahidlik etmiş 80 nəfər müsahibədə, 25 nəfər anket sorğuda, ümumilikdə isə həmin dövrə aid foto, məzun albomları və sənədlərini təqdim edənlərlə birlikdə 150-ə yaxınQərbi azərbaycanlı virtual muzeyin formalaşmasında iştirak edib. Hazırda muzeydə 300-dən çox foto və 200-ə yaxın sənəd toplanmışdır.

Qeyd edək ki, layihənin əsas məqsədi Qərbi azərbaycanlıların deportasiya siyasəti nəticəsində məruz qaldığı soyqırım və cinayətləri Virtual muzey vasitəsilə beynəlxalq müstəvidə tanıtmaq və onların təsirli həyat hekayələrini yayımlayaraq yaşadıqları acıları göstərməkdir.Həmçinin, beynəlxalq səviyyədə bu cinayətlərin ictimailəşdirilməsi həmin insanların hüquqlarının bərpa edilməsinə dair əsasları gücləndirəcəkdir.Növbəti hədəf isə daha çox iştirakçının müsahibələrə cəlb olunması, toplanan materialların sayının artırılması və digər virtual muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasıdır.

_T5A9298.JPG

_T5A9301.JPG

_T5A9337.JPG

_T5A9345.JPG

_T5A9350.JPG

_T5A9353.JPG