Layihənin həyata keçirildiyi tarix: 25 may -25 iyul 2001-ci il.
Donor: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı.
Layihənin həyata keçirildiyi əhatə dairəsi: Füzuli rayonunun Horadiz qəsəbəsi, Əhmədalılar, Mollaməhərrəmli, Babı, Arayatlı və Kərimbəyli kəndləri.
Layihənin məqsədi: Qarabağ müharibəsində və digər səbəblərdən əlil olanlara dərzilik, ayaqqabı və məişət cihazlarının təmiri peşələrinin öyrədilməsi olmuşdur. Təlim avadanlıqları ilə təchizat BAMF-ın hesabına aparılmışdır.
Əldə edilən nəticə: Layihə həyata keçirildiyi dövrdə peşə vərdişlərinin öyrədilməsi təliminə 60 nəfərə yaxın adam cəlb edilmiş, təcrübəli ustaların hesabına onlara dərzilik, ayaqqabı və məişət cihazlarının təmiri peşələri öyrədilmişdir.