R

 TARİXİ UĞUR

Azərbaycanın milli QHT-lərindən biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq uğuruna şahidlik etmək məqsədilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə geniş  tədbir keçirildi. Toplantıda  BAMF-a BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsini ölkəmizin vətəndaş cəmiyyətinin həyatında mühüm hadisə adlandıran dövlət rəsmiləri, xarici qonaqlar bu uğurun arxasında böyük əmək, təcrübə və etimad qazanmaq bacarığının durduğunu dedilər. Dünyada 10 milyondan artıq milli QHT-nin fəaliyyət göstərdiyini bildirən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bunlardan yalnız 148-nin BMT-nin belə tüksək statusuna layiq görüldüyünü bildirdi. Həqiqətən də, keçmiş postsovet məkanında Rusiyadan sonra BAMF-ın simasında yalnız Azərbaycan QHT-sinin bu yüksək statusa layiq görülməsi ölkəmiz üçün böyük nailiyyət və qürurdur. Qonaqlar bir daha təsdiqlədilər ki, əldə edilən müvəffəqiyyət  təsadüfi deyil. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek BAMF-a yüksək məşvərətçi statusunun verilməsinin,  Azərbaycan QHT-ləri ilə BMT-nin əməkdaşlıq imkanlarının artmasına xidmət edəcəyini bildirib. BAMF-ın 1992-ci ildən bu yana vətəndaş cəmiyyəti sahəsində göstərdiyi fəaliyyətin BMT tərəfindən dəyərləndirildiyini bildirən Antonius Broek əldə edilən statusun həm şərəfli ad, həm də ictimai sektor qarşısında böyük məsuliyyət olduğunu qeyd edib. Birgə əməkdaşlığın Azərbaycanın milli prioritetlərinə, əsas problemlərinin həllinə yönəlməli olduğunu qeyd edən cənab Broek "Minilliyin çağırışı" Proqramının və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının buna münbit şərait yaratdığını qeyd edib. Azərbaycan Parlamentinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qanunlara edilən əlavə və dəyişikliklər zamanı ən tənqidi və səmərəli fikirlərin məhz QHT-lərin dilindən eşitdiyini deyib. Millət vəkili əlavə edib ki, çox zaman bu arqumentlər qarşısında peşəkar hüquqşünaslar olaraq onlar güzəştə getməyə məcbur qalırlar. O, BAMF-ın BMT-nin İSŞ-nın yüksək məşvərətçi statusu qazanmasının bir təşkilatın deyil, bütövlükdə Azərbaycan QHT-lərinin nailiyyəti olduğunu vurğulayıb. Təqdimat mərasiminə təşrif buyurduğuna görə bütün qonaqlara təşəkkürünü bildirən BAMF sədri Umud Mirzəyev, rəhbərlik etdiyi təşkilatın, Azərbaycanın və Avrasiya regionunun mədəni humanitar inkişafı və sülh quruculuğu istiqamətində bundan sonra da etibarlı tərəfdaş olmaqda davam edəcəyini bəyan edib.

 

 ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

  1. MEDİA VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI

Ipi tədbir

Bu il BAMF media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işlərdə bir sıra nailiyyətlər əldə etmişdir.  BAMF qarşıda duran məsələləri daha ətraflı  əhatə etmək məqsədi ilə media fəaliyyətini genişləndirib.  Fəaliyyətinin böyük aspektinin mətbuatla bağlı olduğunu nəzərə alaraq, BAMF Azərbaycanda güclü media və vətəndaş cəmiyyətinin yaradılmasına nail olmaq prosesinə dəstək verməyə çalışır. Təşkilat söz azadlığı və medianın inkişafında artıq bir çox irəliləyişə nail olub.  Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına yönəlik bir sıra media tədbirlərinə ev sahibliyi edib. BAMF ümumilikdə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin peşəkarlığında daha böyük uğurlara nail olmaq  üçün bu yöndə olan inkişaf prosesində yaxından iştirak edir. Bundan başqa təşkilat Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi də bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.

Bu il Beynəlxalq Mətbuat İnstitutunun Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Konqresi və Baş Assambleyası ilə əlamətdar oldu. Konqresdə “Jurnalistika və Etika”, “Afrikada Tədqiqatçı Jurnalistlərin Hesabatları”, “Təhlükəli Ərazilərdə Jurnalistika Təhlükəsizliyi Qaydaları”,“Media Azadlığının 20 İlliyi”, “Cari Proseslərin Mətbuat Azadlığına Təsiri”, “Çinin İnkişaf edən Dünyada Rolu” və sairə mövzular ətrafında müzakirələr aparıldı.
 Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyevin də iştirak etdiyi Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi idarə heyəti üzvləri tərəfindən təsdiq edilib, müddəti bitməkdə olan idarə heyəti üzvlərinin və yeni heyət üzvlərinin namizədliyi nəzərdən keçirilib. Baş Assambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev tərəfindən namizədliyi irəli sürülən Əl-Cəzirə Telekanalının İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri Sami-Əlhajın namizədliyi müzakirəyə çıxarılıb və o, idarə heyətinə üzv seçilib. Görüşdə BAMF və Əl-Cəzirə telekanalı arasında əməkdaşlıq müqaviləsinin imzalanması və Bakıda “Dağlıq Qarabağda İnsan Hüquqları” mövzusunda konfrans keçirilməsi qərara alınır. Sentyabrın 27-ində BMİ-nin İdarə heyətinin İstanbul şəhərində görüşü keçirilir. Toplantıda bir sıra vacib məsələlər müzakirə olunur ki, bunlara 2015-ci ilin mart ayında Myanmada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və 64-cü Baş Assambleyasının iclası daxildir. Eyni zamanda dünya mediasının hazırki durumu , üzləşdiyi yeni çağırışlar , İdarə heyətinin növbəti görüşünün reallaşdırılması və qarşıda duran digər fəaliyyətlər tədbir iştirakçılarının geniş şəkildə müzakirə predmeti olub . Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə 2012-ci ildə Bakıda Beynəlxalq Mətbuat İnstitutunun "Neft, qaz və media" beynəlxalq konfransı baş tutub. Hazırda BAMF Beynəlxalq Mətbuat İnstitutunun Bakı Regional Təşəbbüs mərkəzinin fəaliyyətini koordinə edir .

 

  • Əlcəzirə forum və ad günü

Beynəlxalq Avrasiya Mətbuat Fondu bu il  xüsusilə beynəlxalq media sahəsində əməkdaşlığını daha da genişləndirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev və fondun əməliyyat departamentinin rəhbəri Ramil Əzizov Qatarın paytaxtı Doha şəhərində, “Əl-Cəzirə” Media Şəbəkəsi tərəfindən təşkil olunan “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda beynəlxalq forumda iştirak edib.  “Əl-Cəzirə” Media Şəbəkəsinin rəhbəri Hamad bin Tamer al Thani və Türkiyənin baş nazirinin müavini Bülent Arınç ümumilikdə islam dünyasında baş verən dəyişikliklərin mahiyyətinə toxunublar. Tədbirdə çıxış edən yüksək səviyyəli qonaqlar regionun inkişafı üçün qarşılıqlı dialoq və əməkdaşlıq imkanlarının gücləndirilməsindən danışıblar. Daha sonra forumda  ən müxtəlif aktual  mövzularda panel müzakirələr başlanıb. “Böhran dövründə insan haqlarının və medianın rolu” mövzusunda paneldə çıxış edən Umud Mirzəyev Azərbaycan ərazilərinin işğalı faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində birgə səylərin birləşdirilməsinin vacibliyini bildirib. Fondun sədri  bütün media qurumlarını, insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti qurumlarını işğal faktorunun aradan qaldırılmasında eləcə də medianın, insan hüquq və azadlıqlarının qorunmasında həmrəy olmağa çağırıb. Daha sonra cənab Mirzəyev  paneldə çıxış edən  tanınmış dövlət xadimləri BMT baş katibinin İnsan Haqları üzrə müşaviri ilə birgə media və insan hüquqları sahəsində səylərin birləşdirilməsi, müvafiq normativ sənədlərin icrasına nəzarət və ümumi fəaliyyətin hüquqi formatının müəyyən edilməsi, humanitar böhran və münaqişələr dövründə medianın rolu, azad sözün və ifadə sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli tapşırıqlarda qorunması, zorakılıqların qarşısının alınması və sair məsələlərə dair müzakirələrə qatılıb. U. Mirzəyev tədbirin özəl qonaqları olan beynəlxalq təşkilatların nümayəndələri ilə birgə  forum zamanı səslənən fikirlərin ümumiləşdirilərək maraqlı tərəflərlə paylaşılması və regionda daha ciddi bir media və insan haqlarının qorunması şəbəkəsinin yaradılmasına dair Əl-Cəzirə rəhbərliyi ilə müzakirələrə qoşulub. Daha sonra BAMF-ın sədri Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj ilə görüşüb, “Əl-Cəzirə”nin Azərbaycandan yayımlanması perspektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair beynəlxalq forumun təşkilinə dair danışıqlar aparıb. 

Bu il fondun sədri cənab Mirzəyev Cəzasızlığa Son Beynəlxalq Günün və Əl Cəzirə Media Şəbəkəsinin 18–ci ildönümünün qeyd olunması münasibətilə 01-03 noyabr tarixlərində keçirilən beynəlxalq konfransa da qatılıb. Xatırladaq ki, 02 noyabr BMT-nin Baş Assambleyasının 2013-cü il dekabr ayında qəbul etdiyi qətnamə ilə Beynəlxalq Cəzasızlığa son beynəlxalq günü kimi qeyd edilməkdədir. Beynəlxalq Cəzasızlığa Son beynəlxalq günü dünya ictimaiyyətinin, vətəndaş cəmiyyəti təşkilatlarının, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, qanunsuz həbslərə, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Son on ildə münaqişə ocaqlarında, öz peşə fəaliyyətini yerinə yetirərkən 700 nəfərdən çox jurnalist həlak olmuşdur. Bu cinayətlərin yalnız 5 faizi tədqiq edilmiş cinayətkarlar tapılaraq mühakimə olunmuşdurlar. Bununla yanaşı minlərlə jurnalist itkin düşmüş, zorakılıqlara, qanunsuz təzyiqlərə məruz qalmışdırlar. Əl Cəzirə Media Şəbəkəsinin İnsan Haqları və Media departamenti tərəfindən Dohada təşkil edilən bu tədbirdə də BMT Baş Assambleyasının qətnaməsi əsasında gələcək fəaliyyət mexanizmlərinin gücləndirilməsi, medianın vəziyyəti və jurnalistlərə qarşı risk hallarının azaldılması, təhlükəsiz fəaliyyətin təmin edilməsi ilə bağlı BMT-yə üzv dövlətlərin fəaliyyət perspektivlərinə dair İşçi Planını hazırlayıb Cenevrə İnsan Haqları İnstitutuna və BMT Baş Assambleyanın diqqətinə çatdırmaqdan ibarət olub. Tədbirdə, jurnalistlərin təhlükəsizliyi- çətinliklər və uğurlu təcrübələr, jurnalistlərin müdafiəçisi və mətbuat azadlığı, media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və.s məsələlər müzakirə edilib. Müzakirələr zamanı, qloballaşan dünyada jurnalistlərin professionallığının artması ilə paralel onlara edilən təhdidlərin də artmasından ciddi narahatlıq ifadə edilib. Tədbirdə çıxış edən Umud Mirzəyev beynəlxalq təşkilatların media qurumlarına, ölkələrə ikili standartlarla yanaşmasının qəbul edilən qərarlara etmadsızlıq yaratdığını ifadə edib. Bununla yanaşı BMT qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasında assosiativ əlaqələrin genişləndirilməsini uğurlu addım hesab etdiyini bildirib. Müzakirələr zamanı media azadlığının gücləndirilməsi məqsədi ilə qanunverici bazanın inkişaf etdirilməsi, cəzasızlığın aradan qaldırılması istiqamətində təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib qərarlar qəbul edilib. Görüşdə UNESCO, İCRC, BMT İnsan haqları Təlim mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalist Hüquqularının Müdafiə Mərkəzi, BMT Mətbuat Emblemi Kompaniyası (UNPEC), İnsan Haqlarına Baxış və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyi və nüfuzlu media orqanlarının kapitanları iştirak edib. Əl-Cəzirə Media Şəbəkəsinin 18-ci ildönümü münasibəti ilə beynəlxalq simpozium da isə Əl-Cəzirənin geniş fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər, Misirdə həbsdə olan jurnalistlərin azad edilməsi, jurnalistlərin və insan haqlarının müdafisəi sahəsində tədbirlər planı, təhlükəsiz jurnalist konsepsiyası müzakirə olunub. Tədbir çərçivəsində BAMF-ın sədri Əl-Cəzirə rəhbərliyi ilə görüşüb. Əl-Cəzirənin icraçı direktoru Mustafa Souj Azərbaycanla bağlı proqramların hazırlanaraq dünyaya yayımlanması, Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, Qarabağ münaqişəsinin işılandırılmasında maraqlı olduğunu bildirib. Səfər çərçivəsində Umud Mirzəyev Afrikanın media qurumlarını özündə birləşdirən Media Təşəbbüsləri Forumunun direktoru Erik Çinje, UNESCO-nun ərəb ölkələrindəki direktoru xanım Anna Paolini, Beynəlxalq Əmək təşkilatının proqramlar üzrə meneceri Helena Harrof-Tavel və digər rəsmi şəxslərlə görüşüb, səmərəli müzakirələr aparıb. Forum çərçivəsində Umud Mirzəyevin  Azərbaycanın Qətərdəki səfiri cənab Tofiq Abdullayevlə də görüşü baş tutub. Görüş zamanı Azərbaycanın tanıdılması və beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq media qurumları və instituttları ilə birgə səylərin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

  • Avropa Şurası prezidentlə görüş

Beynəlxalq səviyyədə əlaqələrini genişləndirən BAMF bu il Avropa Şurası Parlament Assambleyasının iyun ayında Fransanın Strasburq şəhərində keçirilən yay sessiyasına dəvət alıb. Sessiya çərçivəsində müzakirələrə və tarixi çıxışlara canlı şahidlik edən  fondun sədri Umud Mirzəyev AŞPA prezidenti xanım Ann Brassörlə görüşüb.1 saata  yaxın davam edən görüşdə o, xanım Brassörə Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanda, o cümlədən bütün regionda demokratiyanın inkişafına vurduğu ziyan barədə, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı haqqında fikirlərini çatdırıb. Görüşdə cənab Mirzəyev bir daha xanım Brassörün diqqətinə çatdırıb ki, Azərbaycan vətəndaşları Avropaya, bütünlüklə dünyaya inteqrasiya yolunu seçib. Xüsusilə bu prosesdə vətəndaş cəmiyyətinin təmsilçiləri öz məsuliyyətlərini daha çox dərk etməli və aktiv rol oynamalıdırlar.

  • Radio Strasburg

Avropa Şurası Parlament Assambleyası çərçivəsində fondun nümayəndələri Strasburqun tanınmış  “RBS” radiosunun qonağı olub. Radioda çıxış edən fond təmsilçiləri Azərbaycanın tarixi, ölkənin xarici və daxili siyasəti, o cümlədən, ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı barədə Strasburqdakı dinləyicilərə geniş məlumat veriblər.

  • Ahmed Nasser Bakıda

2014-cü ildə təşkilat BMT və onun agentlikləri ilə də sıx əməkdaşlıq edib. Xüsusilə ECOSOC, UNICEF, UNHCR və BMT-nin Bakı ofisi ilə mütəmadi olaraq yazışmalar aparılıb, təşkilatın fəaliyyəti ilə bağlı tövsiyələr və birgə həyata keçiriləcək layihələr geniş müzakirə olunub. Bu müzakirələr «Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum»da iştirak məqsədilə Bakıya gələn BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naserlə də davam etdirilib. Cənab Nasser Mətbuat Şurasında qonaq olarkən ona Azərbaycanda medianın durumu barədə geniş məlumat verilib. BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri isə öz növbəsində BMT-nin gerçəkləşdirdiyi tədbirlərdə jurnalistlərin akkreditasiyası məsələlərindən, eləcə də həmin toplantıların dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlərin spesifik cəhətlərindən bəhs edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri , o cümlədən Mətbuat Şurasının sədr müavini olan Umud Mirzəyev isə BMT baş katibi Ban Ki-moon iqlim dəyişiklikləri ilə bağlı media təmsilçilərinə ünvanladığı müraciət üzərində dayanıb. O bildirib ki, Şura müraciətdən irəli gələn məqamlarla əlaqədar YUNESKO-nun Moskva ofisi ilə birgə Bakıda jurnalistlər üçün treninqlər təşkil edib. Görüşdə həmçinin qeyd olunub ki, BMT Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolunun artırılması istiqamətində həm Mətbuat Şurası, həm də BAMF-la  yaxından əməkdaşlıq edə bilər.

  • Macarlar BAMF-da

Macar Turan Fondunun rəhbəri Andras Bironun rəhbərlik etdiyi  Macarıstanın aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətininin bu il Azərbaycana səfəri reallaşıb. Nümayəndə heyəti səfər çərçivəsində BAMF-ın ofisində olub. Görüşdə birgə əməkdaşlıq və əlaqələrin qurulması imkanları müzakirə olunub. Daha sonra qonaqlar Tovuz və Gəncə şəhərlərinə səfər ediblər . Macar qonaqlar  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin müşayəti ilə Tovuzun Gala Tarixi Muzeyində, Gəncədə Nizami Gəncəvinin Məqbərəsi, Şah Abbas məscidi, Cavad Xan türbəsi, o cümlədən Qala Qapılarındakı tarixi muzeylə yaxından tanış olublar. 

  • PEOPLE TO PEOPLE                     

160-dan çox ölkədə nümayəndəliyi olan “People to People İnternational” ( İnsandan İnsana Beynəlxalq ) təşkilatının prezidenti Clark Plexico da bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunu baş ofisini ziyarət edib. Fondun sədri Umud Mirzəyevlə görüş zamanı qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü və gələcək əməkdaşlığın ən müxtəlif istiqamətləri nəzərdən keçirilib. Səfər çərçivəsində “People to People İnternational” təşkilatının prezidenti eyni zamanda Bakı Beynəlxalq Tələbələr Klubunun təlim mərkəzində olub, klubun gənc üzvləri ilə görüşüb. Görüş zamanı cənab Plexico rəhbəri olduğu təşkilat haqqında gənclərə məlumat verib, daha sonra onların suallarını cavablandırıb və gələcək planlar,  layihələr haqqında danışıb.
 

  • Amerika səfirliyi son ziyarət birgə əməkdaşlıq

BAMF-ın baş ofisini ziyarət edənlər arasında Amerika Birləşmiş Ştatlarının  Azərbaycandakı səfirliyinin İctimaiyyət İşləri üzrə Müşaviri Stefan Qaysın başçılıq etdiyi səfirliyin nümayəndə heyəti də olub. Qonaqları qəbul edən BAMF-ın sədri Umud Mirzəyev onlara BAMF-ın yaranması və fəaliyyətindən danışıb, son illər həyata keçirdikləri layihələr barədə geniş məlumat verib. BAMF-ın həyata keçirdiyi humanitar fəaliyyət ABŞ səfirliyinin nümayəndə heyətində çox böyük təəssürat yaradıb və onlar məcburi köçkün qadınların vətəndaş cəmiyyətində iştirakı, həssas icmalara peşə təlimi və insan alveri kimi sahələrlə bağlı gələcək regional layihələr üçün mümkün əməkdaşlığa maraq ifadə ediblər. Bununla yanaşı BAMF-ın sədri Umud Mirzəyev qonaqları maraqlandıran qanunvericilikdə QHT-lərin fəaliyyətləri ilə bağlı edilmiş yeni dəyişikliklər ilə əlaqədar məsələyə də aydınlıq gətirib. BAMF-ın sədri ölkədə vətəndaş cəmiyyəti qurumlarının inkişafına yönəlmiş bir siyasətin həyata keçirildiyini bildirib və qeyd edib ki, QHT-lərlə bağlı qanunda edilmiş dəyişikliklərin BAMF-ın gələcək fəaliyyətinə hər hansı bir mənfi təsir göstərəcəyini düşünmür. Çünki BAMF bir beynəlxalq qurum olaraq fəaliyyət göstərdiyi ölkələrin, o cümlədən Azərbaycanın qanunlarına hörmətlə yanaşıb və hər zaman həyata keçirdiyi layihələrin qeydiyyatı, digər zəruri prosedurlarını tam olaraq ölkə qanunlarına müvafiq formada həyata keçirib. Görüşdə yeni ildə hər iki tərəf üçün maraqlı olan müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivləri müəyyən olunub və müzakirələr aparılıb. Xatırladaq ki, BAMF 2007-ci ildən başlayaraq ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edir.

 

                                                  İCMALARIN İNKİŞAFI

BAMF-ın icma inkişafına dair əsas məşğul olduğu sahə müharibənin təsirinə məruz qalmış icmaların münaqişə sonrası yenidən qurulmasına aid məsələlərdir. Artıq 22 ildir ki, BAMF yenidənqurma prosesini təmin edən layihələr həyata keçirməklə müharibənin dağıdıcı təsirinə məruz qalmış, icmaların cəmiyyətə reinteqrasiyası prosesində fəallıq göstərir. Azərbaycan hökumətinin regional inkişaf planını genişləndirməsinə və regionlarda, icmalarda artıq uğurlu struktur inkişafı yaşanmasına baxmayaraq, BAMF regionlarda yaşayan əhalinin insan potensialının inkişafında rol oynamasına dəstək verməkdə davam edir.

  • AYAP 

Bu əsnada ciddi nəticələri olan, öz unikallığı ilə təkcə Azərbaycanda yox, həm də regionda fərqlənən Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsini xüsusi vurğulamaq lazımdır. Bu layihə Azərbaycan Respublikasında region gəncləri ilə bağlı indiyədək həyata keçirilən ən uğurlu layihələrdən biri sayılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun nüfuzlu beynəlxalq təşkilat UNICEF-lə birlikdə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin ilk mərhələsi Azərbaycanın yeddi rayonunu Goranboy, Yevlax, Beyləqan, Bərdə, Ağcabədi, Ağdam, Tərtər rayonlarını əhatə edirdi. 2012-2013-cü illərdə həyata keçirilmiş layihənin əldə etdiyi uğurlar və layihənin vacibliyini nəzərə alaraq BAMF UNICEF-lə birgə həmin layihəni 2014-cü ildə daha geniş ərazidə, ölkənin 14 rayonunda Göygöl, Naftalan, Gəncə, Mingəçevir, Füzuli,Xocavənd, Ağdaş, Ucar, Laçın, Zərdab, İmişli, Saatlı, Kürdəmir və Şirvan rayonlarını əlavə edərək reallaşdırdı. Kənd və rayonlardan olan gənclərə bilik və bacarıqlar aşılanmış, region gənclərini təlimlərə cəlb etməklə onları həmin regionların gələcək liderləri kimi yetişdirmək mümkün olmuş, ümumi şəhər toplantıları vasitəsilə yerli icra hakimiyyətləri ilə gənclərin əməkdaşlığı reallaşdırılmış, gənclər ictimai həyatda fəal olmağa həvəsləndirilmiş, gənclər arasında sağlam həyat tərzi təbliğ edilmiş və bu haqda maarifləndirici fəaliyyətlər həyata keçirilərək onlara zərərli vərdişlərdən çəkindirmək mümkün olmuş, beynəlxalq səviyyədə ən yaxşı təcrübələri paylaşmaqla həm gələcək layihələr, həm də digər ölkələr üçün gənclərin inkişafına dair nümunə modeli yaradılmışdır. Beləliklə BAMF “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində Azərbaycanın 21 rayonunda regionda inkişafa mane olan problemlərdən azad olmuş, intellektual səviyyəsi normal, sosial fəaliyyətlərə könüllü şəkildə qoşulan gənc dəstək qrupları formalaşdırmışdır. 2013-2014-cü illər ərzində görülən işlər nəticəsində hədəf rayonların icra hakimiyyətləri ilə dəstək qruplarının əməkdaşlığına nail olunub. Əldə olunan ən uğurlu nailiyyətlərdən biri də layihənin rəsmi internet səhifəsinin istifadəyə verilməsidir, hansı ki, bu layihənin ölkə daxilində və beynəlxalq tanıtımı üçün böyük imkanlar yaradır. Layihə çərçivəsində ən əlamətdar hadisə isə 2014-cü ilin noyabr ayında, 2016-cı il Avropa Gənclər Paytaxtı elan olunan Azərbaycanın Gəncə şəhərində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində beynəlxalq konfransın baş tutması oldu. “Könüllülük: Qərar qəbul etmədə gənclərin iştirakı” adlanan  konfransda layihə çərçivəsində Azərbaycanın 14 şəhər və rayonunda (Ağdaş, Kürdəmir, Naftalan, Ucar, Saatlı, Göygöl, Mingəçevir, Gəncə, Xocavənd, Şirvan, Füzuli, Laçın, İmişli, Zərdab) yaradılmış, gənclərdən ibarət dəstək qruplarının təmsilçiləri, həmin şəhər və rayonların icra hakimiyyəti rəsmiləri qatılıb. Bundan başqa konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, layihəyə donorluq edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze, BAMF-ın sədri Umud Mirzəyev və MDB ölkələrindən gələn gənclərdən ibarət nümayəndə heyəti iştirak edib.
Konfransın məqsədi gənclərin “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində öz rayonlarında reallaşdırdıqları kiçik layihələrin təqdimatı və ən yaxşı layihələrin mükafatlandırılması, layihənin hədəf götürdüyü məsələlərin, növbəti illər üçün planlaşdırılan fəaliyyətlərin müzakirəsi, gənclərin hədəf götürülmüş məsələlərlə bağlı fikir və təkliflərinin eşidilməsi və region gənclərinin öz yaşadıqları şəhər və rayonların ictimai həyatında fəal olmalarına nail olmaq idi . Ən yaxşı üç layihəyə görə Xocavənd rayonu, Gəncə şəhəri və İmişli rayonu gənclərindən ibarət dəstək qrupları mükafata layiq görüldü. Həyata keçirilən layihələr “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən bütün hədəf 14 şəhər və rayonun tanıdılması istiqamətində böyük bir şans yaratdı. Bununla gənclərin icra hakimiyyətləri ilə birgə əməkdaşlığını, Azərbaycanda  aparılan gənclər siyasətinin yüksək səviyyədə olmasını beynəlxalq aləmdə nümayiş etdirmək imkanı əldə edildi.  Bundan başqa keçirilən konfransda Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı kimi beynəlxalq təbliğatına, tanıdılmasına, təkcə Gəncə gənclərinin deyil Azərbaycanın digər regionlarının gənclərinin də bu prosesə cəlb olunmasına nail olundu.

 

 Avrasiya Kredit

Beynəlxalq Avrasiya Mətbuat Fondu 2014-cü ildə əsas fəaliyyət istiqamətlərindən biri olan icmaların inkişafı məsələsində müharibədən zərərçəkmiş ərazilərdə və işğaldan azad olunmuş regionlarda fəaliyyət strategiyasını genişləndirmiş, öz sosial prinsiplərinə və missiyasına da sadiq qalmışdır. Belə ki, fondun təsis etdiyi “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı “Avrasiya –Kredit” 2014-cü il ərzində Amerika Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi “ Qadınların İnkişafı” layihəsinin eləcə də İslam İnkişaf Bankının donorluğu ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının həyata keçirdiyi “ Qadınlar “ layihələrinin əsas tərəfdaşı olmuş və aztəminatlı əhali qruplarının  xüsusən regionda yaşayan 215 qadının fərdi sahibkarlıq imkanlarının artırılması məqsədi ilə güzəştli mikrokreditlər ayırmışdır. 2014-cü ildə Azərbaycanın Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Bərdə rayonlarında aztəminatlı və müharibə təsirinə məruz qalan, məcburi küçkün, minadanzərərçəkən insanların mikrokreditlərdən yararlanmasına dəstək olmuşdur. Nəticədə BOKT “Avrasiya-Kredit”  2014 –cü il ərzində 2.170.823 AZN portfel ehtiyatı ilə benefisiarların sayını 3319 nəfərə çatdırmışdır. Bu benefisiarların 43% hissəsini məcburi köçkünlər, 4% hissəsini isə minadanzərərçəkənlər, əlillər və ya onların ailə üzvləri təşkil etmişdir. Sosial yönümlü Fəaliyyət Prinsiplərinə sadiq qalan  BOKT “Avrasiya-Kredit” 2010-2011-ci illərdə Ford Fondu və Dünya Yoxsullarına Qabaqcıl Yardım (CGAP) tərəfindən “Sosial göstəricilərə dair hesabat”-a görə Beynəlxalq Mikromaliyyə Mübadilə Şəbəkəsinin (MİX) Gümüş Sertifikatını, 2012-ci ildə “Sosial missiyasını ən uğurlu icra edən üzv təşkilat” kimi Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas mükafatını almış, 2013-cü ildə Sosial Fəaliyyətin İdarəedilməsində Universal Standartlar üzrə Təcrübələrin Paylaşılması” nominasiyasında AMFA-nın xüsusi nominasiyası üzrə qalib elan edilmişdir.

 

  • Ekologiya tədbir BAMF-ın ofisində

BAMF geniş spektri əhatə edən fəaliyyətlər toplusuna malikdir. Bunlardan biri də Ekologiya sahəsidir. BAMF Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə 2010-cu ildə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində Bakıda, regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçiləri, tələbə-jurnalistlər üçün keçirilən 3 günlük konfrans-seminarın təşkilatçılarından olub.
Bununla yanaşı BAMF Azərbaycan Mətbuat Şurasının, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabı və www.mediaclimate.org saytını hazırlayıb. Hər iki iş YUNESKO-nun “Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram"ı çərçivəsində reallaşmış “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsinin tərkib hissələri kimi ərsəyə gəlib. 
Nəşr edilən kitab çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutub. www.mediaclimate.org saytı  da eyni məqsədlə hazırlanıb. Təsadüfi deyil ki, bütün bu işlərin fonunda BAMF 2013-cü ildən etibarən BMT Ətraf Mühit Proqramının üzvü olan yeganə Azərbaycan təşkilatıdır və bu mötəbər qurumun Assambleyasının keçirilən sessiyalarında müşahidəçi qismində iştirak etmək haqqı qazanıb. Bu il Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə BMT-nın Ətraf Mühit Proqramı ( UNEP - United Nations Environment Programme ) arasında birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. BAMF-ın proqram departamentinin rəhbəri Ayaz Mirzəyev Brüssel səfəri müddətində UNEP-in təmsilçisi, Avropa Ekoloji Bürosunun direktoru Leida Rijnhoutla görüş keçirib. Görüşdə  BAMF-ın ətraf mühitin mühafizəsi sahəsində səmərəli layihələr keçirmək imkanı geniş müzakirə olunub. Bundan başqa  BMT-nin Baş Katibinin təşəbbüsü ilə keçirilən İqlim Dəyişikliyi ilə bağlı Sammit ərəfəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində “İqlim Dəyişikliyi və İnkişaf” Alyansı İqlim Dəyişikliyi üzrə Hökumətlər arası Panelin (İPCC) 5-ci Qiymətləndirmə Hesabatı müzakirəyə çıxarılıb və mediaya təqdim olunub. Tədbirdə bir sıra ekspertlərlə yanaşı, SOCAR-ın Ekologiya idarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxsləri də iştirak ediblər.

  • Yaponlar tərtərdə

2014-cü ildə BAMF kənd yerlərində yaşayan insanları yoxsulluqdan uzaqlaşdırmaq məqsədinə əsaslanan icma təsərrüfatına dəstək təşəbbüslərini yenə də diqqətdə saxlamışdır. Belə təşəbbüslərdən biri də hələ 2010-cu ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə BAMF tərəfindən inşa edilmiş Tərtər Peşə və Təlim Mərkəzinin Kooperativ Təsərrüfatının təkmilləşdirilməsidir.  PTM Kooperativ Təsərrüfatının icma inkişafına dəstəyinin təsirini nəzərə alaraq, Yaponiya Səfirliyi “Öt Kökləri İnkişaf Proqramı” çərçivəsində təsərrüfatın genişləndirilməsinə dəstək göstərməyə razı oldu. 15 fevral 2012-ci ildən etibarən səfirliyin maliyə dəstəyi ilə BAMF özündə 2 layihə fəaliyyətini ehtiva edən “Tərtər PTM-in Kooperativ Təsərrüfatının çoxşahəli təsərrüfata çevrilməsi” layihəsinin icrasına başlayır. Artezian quyusu qazılmaqla BAMF suvarma sistemi inşa edir, ət və süd məhsulları əldə etmək məqsədi ilə inəklərin saxlanıldığı  heyvan tövləsini inşa etdirir.  PTM-də mexaniki təsərrüfata dəstək məqsədi ilə ağır ferma texnikası alınır. BAMF layihəni uğurla yekunlaşdırır. Bu il Yaponiya səfirinin birinci müavini, xanım Fumi Layihə çərçivəsində yaradılmış Kooperativ Ferma və Peşə Təlim Mərkəzinə baxış keçirmək üçün Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində xanım Fumi layihə zamanı Kooperativ Fermanın inkişafı üçün Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə alınmış texniki avadanlıqlara və eyni zamanda layihənin icra olunduğu vaxtla cari vəziyyət haqqında məlumatlar alıb. Layihə çərçivəsində görülən işlər və ən əsası uğurlu nəticə Yaponiya səfirliyinin təmsilçilərini  məmnun edib.

 

  • Tərtər Folklor tədbiri

Bununla yanaşı bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun AMEA Folklor institutu, Tərtər

rayon İcra Hakimiyyəti , “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və birgə təşkilatçılığı ilə Tərtər şəhərində “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Qarabağa məxsus xalq oyun və tamaşalarından nümunələr təqdim olunub. Keçirilən tədbirin ABŞ, Rusiya, İran və Orta Asiyadan gəlmiş tədqiqatçı-alimlər üçün xüsusi maraq kəsb edib. Tədbirdə çıxış edən professor Anna Oldfield və başqaları türk xalqlarına məxsus aşıq sənəti, ümümtürk folklorunun təbliğ olunduğu Beynəlxalq konfransın önəmliyini vurğulayıblar. Sonda 4 bölmədə 50-yə yaxın müxtəlif mövzuları əhatə edən elmi məruzə dinlənilib.

 

                QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSƏLƏLƏRİ

 Azərbaycandan olan məcburi köçkünlərlə, eləcə də qaçqın və sığınacaq axtaranlarla sıx işləyən BAMF 2014-cü ildə də öz fəaliyyətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR), Avropa Komissiyasının Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə təşkilatı (ECRE) ilə geniş əməkdaşlıq etdi. UNHCR-ın Azərbaycan nümayəndəliyi BAMF-ın əsas nümayəndəsi və digər proqram əməkdaşları ilə görüşmək məqsədi ilə dəfələrlə əlaqə saxlayıb və təşkilatın ofisinə baş çəkib. Xüsusilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədi ilə yerli vətəndaş cəmiyyəti təşkilatlarının və icma əsaslı təşkilatların potensialının artırılması” layihəsi çərçivəsində Ağcabədi rayonunda keçirilən şəhər toplantısını vurğulamaq olar ki, tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov  geniş nitq söyləmiş, Azərbaycan dövlətinin, o cümlədən BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb. Cənab Novikov qeyd edib ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub. Bundan başqa qeyd olunmalıdır ki, BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir.  Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olunacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF tərəfindən müəyyən olunur.  Seçilmiş məcburi köçkünlər təyinatı üzrə hazırlanmış tədris planından istifadə edilməklə peşə bacarıqlarına dair təlimləndirilirlər. 2010-cu ildə Tərtərdə inşa edilmiş BAMF-un Peşə Təlimi Mərkəzi məxsusi təlimlər keçilən müharibə qurbanlarını və məcburi köçkünləri xalçaçılıq, kompüter, reklam dizaynı, kənd təsərrüfatı təcrübəsi və çörək bişirməyə dair xüsusi təlimlər və müvafiq xidmətlərlə təchiz etmək məqsədilə yaradılıb. Bu istiqamətlər kişilərin, qadınların və gənclərin mərkəzin xidmətlərindən yararlanmalarını mümkün edib.

 Bu il BAMF inkişafda olan sığınacaq və miqrasiyaya dair Avropa Komissiyasının Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə xüsusi qurumu ( ECRE ) ilə dialoqu da genişləndirib. Bu il  birgə layihələrin həyata keçirilməsi müzakirə olunub, BAMF-ın Proqram Departamentinin rəhbəri ECRE-nin illik sessiyasında təmsil olunub. Tədbirdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Avropa təcrübəsindən geniş söz açılıb. Qeyd edək ki, BAMF mötəbər qurum olan ECRE -nin artıq bir neçə ildir üzvüdür . BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni müntəzəm olaraq təmin edir.  Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür. BAMF qaçqın və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunu və mühümlüyünü qiymətləndirməkdə davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunmuş maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlılığı təmin etmək BAMF-ın strategiyasıdır.

 

       “Məcburi Köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq üçün Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT)  və İcma Əsaslı Təşkilatların (İƏT) potensialının gücləndirilməsi”

Təsadüfi deyil ki, məhz bu il , öz strategiyasından irəli gələrək BAMF region üçün unikal olan bir layihənin reallaşdırılmasına nail olmuşdur . BAMF  “Məcburi Köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq üçün Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT)  və İcma Əsaslı Təşkilatların (İƏT) potensialının gücləndirilməsi” adlanan layihəni ABŞ Dövlət Departamentinin Məcburi Köçkünlər və Miqrasiya Bürosu ilə əməkdaşlıq quraraq, Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirmişdir. Bir illik bir dövrü əhatə edən bu layihə 2014-cü ilin sonunda yekunlaşmışdır. Layihənin əsas hədəfi benefisiarları yerli vətəndaş cəmiyyəti təşkilatları, qaçqın və məcburi köçkün ailələri, həyat yoldaşları  miqrasiya etmiş və ailəsini dolandırmaq məcburiyyətində qalan qadınlar, gender əsaslı zorakılıq qurbanları və hüquq məsləhətinə ehtiyacı olan şəxslərdir. Layihə çərçivəsində aparılacaq fəaliyyətlərin əsas icraçısı kimi BAMF, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyasını da layihənin icrasına cəlb etmişdir. BMqT fəaliyyətlərin həyata keçirilməsində BAMF-a dəstək verərək hüquq məsləhət mərkəzlərinin işinin təşkilinə, tərəfdaş icma əsaslı təşkilatların potensialının artırılmasına yardımçı olmaq missiyasını öhdəsinə götürmüşdür. Layihə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birbaşa dəstəyi ilə həyata keçirilib. Təsadüfi deyildir ki, layihənin başlanması ilə əlaqədar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən layihənin həyata keçirildiyi regionların icra hakimiyyəti orqanlarına dəstək məktubu göndərilmiş, BMT QAK isə layihənin xarici monitorinqini öz öhdəsinə götürmüşdür. İndi tam əminliklə deyə bilərik ki, bu unikal layihə sayəsində BAMF aşağıdakı məqsədlərə çatmışdır :

 

  • Məcburi Köçkünlərlə işləyən QHT-lər, İƏT-ların  20 nəfərlik əməkdaşı üçün keçirilən 3 günlük təlimlər (təşkilati idarəetmə,  həssas qrupların sosial müdafiəsi, peşə məsləhəti bacarıqları) keçirilmiş.
  • Məcburi Köçkün hüquqi məsləhət mərkəzləri yaradılmış və avadanlıqla təchiz edilmişdir;  Proqram müddəti ərzində bu mərkəzlər vasitəsilə ən azı 950-dən artıq məsləhətləşmələr keçirilib.
  • 4 hədəf  rayonda Məcburi köçkünlərin sosial, iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə hər  rayonda 1 QHT olmaqla 4 tərəfdaş QHT müəyyənləşdirilərək ofis avadanlığı ilə təchiz olunmuş, həmçinin təşkilati idarəçilik üzrə təlimatlandırılmışlar.
  • 100 biznesmen, icma koorporativləri və icma sahibkarları müəyyən edilmiş, kateqoriyalara bölünmüş, şəbəkələşdirilmiş və biznes bacarıqlarının inkişafı üzrə 5 günlük təlim və seminarlar keçmişlər (Hər hədəf rayondan həm məcburi köçkün, həm də qəbul edən icma əhalisindən olmaqla 25 nəfər)layihənin sonuna kimi benefisiarların 80 % seminarın səmərəli olması barədə hesabat veriblər.
  • 100 məcburi köçkün kənd təsərüfatı təcrübələri, abadlıq işləri, komputer və dizayn, şirniyyat və çörək bişirmə, toxuculuq və dərzilik üzrə 3 aylıq, hər həftə 12 saatlıq təlimlər keçmişdir. Təlimdən sonrakı araşdırma və işə götürənlər, məktəb və peşə məktəbləri yoxlamasının nəticələri göstərdiyi kimi layihənin sonuna kimi, benefisiarların 60 %-i işə götürülmüşdür və ya öz təhsillərini davam etdirmişlər.
  • Təlimi uğurla başa vuran 100 nəfər biznesə başlamaq üçün $2000 USD dəyərində texniki və maliyyə dəstəyi ilə təmin olunmuşdur; ən azı 60 faiz benefisiar grant əldə etdikdən sonra daxili gəlirlərini minimum 20 faiz artırıb.
  • Məcburi köçkünlərə mikro-kreditlərin verilməsi ilə  Ağdam, Bərdə, Beyləgan and Ağcabədidə  60-80 kiçik və orta sahibkarlıq müəssisəsi yaradılıb; Bu müəssisələr  əlavə 500 məcburi köçkünü işlə təmin etmək iqtidarındadır.
  • 60%-i məcburi köçkün və 40% -i yerli qeyri məcburi köçkün olmaqla ən azı 100 qadınının iştirakı ilə qarşılıqlı fəaliyyət forumları yaradılıb.
  • Hər rayonda 500 hədəf əhali olmaqla, uğurlu təcrübə və ya cəmiyyətin inteqrasiyasının faydaları barəsində məcburi köçkün və yerli əhali arasında 4 maarifləndirmə sessiyaları keçirilib.
  • Məcburi köçkün və qeyri-məcburi köçkünlərin bir-birini anlamağa çalışdığı zaman qarşılaşdıqları problemləri paylaşmaq üçün hökümət rəsmiləri və yerli əhalidən ibarət 11 şəhər görüşü təşkil olunub və ən azı 150-dən artıq iştirakçı problemlərin ən yaxşı həll üsulunu müəyyənləşdirmişdir.
  • 4 məcburi köçkün qadın qrupu hər ay bir dəfə yerlərdə cəmiyyət əsaslı problemləri müzakirə etmək, ehtiyacların prioritetləşdirilməsi və tövsiyyələrlə təmin olunmaq məqsədilə görüşüb.
  • Qadın qruplarının qaldırdığı icmanın ən azı 3 prioritet problemi hökumət nümayəndələri tərəfindən həll edilib.
  • Mümkün hüquqi yardım, necə müraciət etmək və əlaqə saxlamaq barəsində 6,000 məlumat vərəqəsi paylanmışdır.
  • Məcburi köçkünlərin müvafiq hüquq müdafiəsinə aid olan şəxsi və kommunal narazılıqlarını təmin etmək məqsədilə tərəfdaş QHT-lərin təyin edilmiş işçi heyəti/hüquqşünasları onlara biliklərini artırmaq, məsləhətçi bacarıqlarını, koordinasiya formalarını təkmilləşdirmək üzrə iş yerlərində təlim keçmişlər . Layihə dövrü ərzində 950 nəfərdən artıq şəxs BAMF-un tərəfdaş QHT-ləri tərəfindən hüquqi yardım almışdır.
  • Bu hüquqi problemləri BAMF-un tərəfdaşlarına təqdim edən benefisiarların 70-80%-inin   problemləri öz həllini tapıb.

 

  • Amerikalılar PRM monitoring səfər

2014-ci ilin noyabr ayının 11-də  ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu (PRM) Beynəlxalq  Avrasiya Mətbuat Fondunun (BAMF) Bakı ofisində bu layihənin monitorinq və qiymətləndirmə  missiyasını  həyata keçirmişdir. Nümayəndə heyətinə Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun təmsilçiləri: - Qaçqınlar üzrə Regional Kordinator- Raimonds Pavloviskis , ABŞ səfirliyinin siyasi mütəxəssisi - Bəhruz Məmmədov  və  Qaçqınlar üzrə Regional Kordinatorun Köməkçisi Eka Todria daxil idi. Nümayəndə heyəti ilə görüş zamanı layihənin inkişafı  üzrə vizual və əyani təqdimatlar göstərilib, layihənin davam etdirilməsinin detalları müzakirə olunub. Raymonds Pavlovskis təşkilatının BAMF-la əməkdaşlığından məmnunluğunu  ifadə edərək  hər iki təşkilatın gələcəkdə də  tərəfdaşlığına ümid etdiyini bildirib. 

 

                  SÜLH QURUCULUĞU VƏ MÜNAQİŞƏLƏRİN HƏLLİ

2014-cü ildə də BAMF sülh quruculuğu, konfliktologiya və insan hüquqlarının müdafiəsində mühüm nailliyyətlər əldə etmişdir. Yarandığı ilk gündən Fond araşdırmanın ən yaxşı metodlarının tədqiqi , Qafqazda etnik və hərbi münaqişələrin həlli kimi məsuliyyətləri öz üzərinə götürmüşdür və bütün fəaliyyət istiqamətlərində BAMF, bir çox layihələr həyata keçirmişdir . Bunlar arasında xüsusilə “Evdə Sülh, Ölkədə Sülh,Dünyada Sülh”, “Ərazilərin minalardan təmizlənməsi üzrə birinci dərəcəli tədqiqat”, “Minaların mənfi təsirinin tədqiqi“ ,  “NATO və Regionun təhlükəsizliyi” mövzusunda keçirilən tədbirləri qeyd etmək olar. 2014-cü il də bu əsnada kifayət qədər yadda qalan oldu.  

  • Almanlar ziyarət

Bu il Almaniyanın nüfuzlu Helmut Şmit adına Beynəlxalq Siyasət İnstitutunun nümayəndə heyətinin  BAMF-ın baş qərargahına ziyarəti baş tutdu. İnstitutunun rektoru August Pradettonun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərində əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin tənzimlənməsində vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə daha geniş məlumat toplamaq idi. Nümayəndə heyətinin üzvlərinin həm Qarabağ münaqişəsi, həm də rəhbərlik elədiyi təşkilatın fəaliyyəti barədə suallarına cavab verən fondun sədri Umud Mirzəyev  Azərbaycanın münaqişənin həllində həmişə dialoqa üstünlük verdiyini, sülhə can atdığını bəyan eləyib. Qarabağ münaqişəsinin alovlanması tarixindən açıq qarşıdurmalara keçən müddətədək Sovet rəhbərliyinin Azərbaycana  qarşı törətdiyi cinayətlər, həm Ermənistandan qaçqın düşən, həm də işğal olunmuş Azərbaycan torpaqlarından məcburən çıxarılan azərbaycanlıların üzləşdiyi ağrılı hadisələr haqda qonaqlara geniş məlumat verilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi bu ağrılı-acılı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində beynəlxalq media strukturları ilə sıx əməkdaşlıq edən BAMF-un oynadığı rol vizual olaraq, tarixi videokadrlar vasitəsilə qonaqlara təqdim edilib. Görüşdən sonra BAMF-ın qərargahı ilə tanış olan Almaniyadan olan nümayəndə heyətinin üzvləri görüşdə əldə etdikləri təəssürat və məlumatları öz həmkarları ilə bölüşəcəklərinə söz veriblər.

    

      ATƏT parlament assambleyasının sədri ziyarət

Eyni mövzu bu il BAMF-un qərargahını ziyarət edən ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke ilə görüşdə də prioritet oldu. Qonaqlara BAMF-ın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə ətraflı məlumat verən fondun sədri Umud Mirzəyev, Dağlıq Qarabaş münaqişəsi nəticəsində yaranan problemlərə də toxunub. Müzakirə zamanı bu görüşdən  məmnun qaldıqlarını bildirən hər iki qonaq BAMF ilə, eləcə də digər təşkilatlarla mədəniyyət, təhsil və sahibkarlığın inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək niyyətlərində olduqlarını bəyan ediblər.
 

                     BATUMİ forumu Bamf

BAMF bu il ilk dəfə olaraq qatıldığı  Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının təşkilatçılığı ilə  Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunun işində də aktiv iştirak edib . Bu müasir forum vətəndaş cəmiyyəti təmsilçiləri üçün ciddi müzakirə meydanıdır . Foruma qatılan fondun sədri Umud Mirzəyev aparılan müzakirələrə aktiv qoşulub, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu və Avrointeqrasiya ilə bağlı fikirlərini forum iştirakçıları ilə bölüşüb. Müzakirələrdə bir neçə dəfə  çıxış edən cənab Mirzəyevin irəli sürdüyü təkliflər forumun əksər  iştirakçıları tərəfindən müsbət qarşılanıb, son  nəticədə qəbul edilən sənədlərdə bu təkliflər nəzərə alınıb. 

  • İPB məlumatları və əməkdaşlıq, təbliğ

Şübhəsiz ki, BAMF-ın əsas prioritet fəaliyyət istiqamətlərindən biri də qlobal məqsədli tədbirlər vasitəsilə qlobal sülhə nail olmağa kömək etməkdir. BAMF-ın nizamnaməsində aydın şəkildə məqsədinin beynəlxalq ictimaiyyətə xidmət etmək olduğu göstərilmişdir.Bu əsnada təşkilatın Beynəlxalq Sülh Bürosu ilə əməkdaşlığı da bu il yeni bir mərhələyə qədəm qoymuşdur. Xatırladaq ki, 2013-cü ildə İsveçin paytaxtı Stokholmda BSB-nun üç illik toplantısında iştirak edən BAMF-ın sədri Umud Mirzəyev bu qurumun Ali Şurasının üzvü seçilmişdir. Ali Şuranın üzvü Umud Mirzəyev Qərbi Asiyanın 18 ölkəsinin Azərbaycan, Gürcüstan, Ermənistan, Qətər, Yəmən, Fələstin, Əmman, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Livan, Bəhreyn və İraqın təmsilçisi kimi çıxış edir. Qeyd etmək lazımdır ki, BAMF Azərbaycanda bu missiyanı reallaşdıran ilk QHT-dır. Bu il də Beynəlxalq Sülh Bürosu ilə sıx əməkdaşlıq edilmiş, zəruri olan tədbirlər və nəşrlər barədə məlumatlar mətbuata təqdim olunmuş, birgə bəyanatlar hazırlanmışdır.  

  • İcma Mina aksiyası

Bu il  BAMF-ın “İcma Mina Aksiyası” Komandası (İMAK) 2014-cü il ərzində Azərbaycanın işğal olunmuş əraziləri ilə həmsərhəd və işğaldan azad olunmuş regionlarında xüsusən Tərtər, Goranboy, Göygöl, Bərdə rayonlarında minatəmizləmə, ləğv etmə və tək sursat əməliyyatlarını davam etdirmişdir.  2014-cü ildə minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 8.837.197  kvadratmetr (883 ha) ərazidə təmizləmə əməliyyatları həyata keçirilmiş, ümumilikdə 405 ədəd mina və  müharibənin partlamamış qalıqları aşkara olunaraq zərərsizləşdirilmişdir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlərə uyğun olaraq minatəmizləmə əməliyyatları həyata keçirən  BAMF-ın İcma Mina Aksiyası komandası 2014-cü il üçün qarşıya qoyular vəzifələrə əsasən regionların sosial-iqtisadi inkişaf planına uyğun olaraq təsərrüfat sahələrinin və infrastrukturun risk təhlükəsindən azad edilməsi, insanların doğma yerlərinə qayıtması və iqtisadi fəaliyyətin qurulması üçün benefisiarların təhlükəsiz fəaliyyətinə şərait yaratmışdır. Ümumilikdə minatəmizləmə əməliyyatı nəticəsində sözü gedən regionlarda 15 min nəfərdən çox insan bəhrələnmişdir.

İMAK mütəxəssisləri 2014-cü ildə Mina Təhlükəsi ilə Mübarizə Proqramı çərçivəsində 22 kənddə 1650 nəfərə Mina Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müvafiq maarifləndirmə işləri aparmış, təhlükəli ərazilərdə iri bilbordlar basdırmış, əyani vəsaitlər paylanılmış, işarələmə və nişanlama işləri həyata keçirmişdir. 

2014-cü ildə İMAK-ın heyət üzvlər ANAMA və Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GICHD) tərəfindən ANAMA-nın Göygöl bazasında 12 dövlətin müvafiq qurum nümayəndələrinin iştirakı təşkil edilmiş Geodetik sistemlərin ölçmə əməliyyatlarında tətbiqi, Mina Aksiyasında İnformasiyanın İdarə edilməsi (İMSMA) Yeni Nəsil  təlimlərində, daha sonra Mina Aksiyasında və Müharibənin Partlamamış qalıqlarının təmizlənməsində Regional Ali İdarəetmə təlimində iştirak etmişdirlər.   

 BAMF təsis etdiyi Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyası və Tərtər Peşə Təlim Mərkəzi vasitəsi ilə 2014-cü ildə də minadanzərərçəkənlər və ya onların ailə üzvlərinə eləcə də müharibə təsirinə məruz qalan digər əhali qrupları üçün tibbi, hüquqi, psixoloji və məşğulluq sahələri üzrə yardımını davam etdirmiş, 200 nəfərdən çox insanın ailə təsərrüfat imkanlarının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində layihələr həyata keçirmişdir. Fondun 2014-cü ildə gördüyü işlərlə yaxından tanış olan UNHCR, UNICEF, İOM, Amerika Dövlət Departamentinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri dövlət və vətəndaş cəmiyyəti təşkilatının birgə səyləri nəticəsində əldə olunan nəticələri yüksək dəyərləndirmişdirlər. 

                                                     KÖNÜLLÜLÜK

BAMF təşkilatın fəaliyyət istiqamətləri üzrə iş təcrübəsi əldə etmək istəyən könüllülər üçün açıqdır.  2014- ci ildə də BAMF-ın müxtəlif şöbələrində bir neçə şəxs könüllülük etdi. BAMF heyəti könüllülər üçün bir neçə potensial inkişaf yönümlü təlimlərin keçirilməsinə cəlb olundu.

  • Qızlar günü Asan xidməti və BMT-in Bakı ofisi ilə birlikdə 

BAMF daim gender məsələlərinə xüsusi önəm verib. Təsadüfi deyil ki, fondun işçilərinin 35 faizə yaxını xanım əməkdaşlardır. Fond həyata keçirdiyi layihələrdə də bu amilə ciddi yanaşır.  Təsadüfi deyil ki, bu il Beynəlxalq Qızlar Günü münasibətilə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun  (BAMF) baş ofisinin konfrans mərkəzində qızların imkanlarının genişləndirilməsi və insan hüquqlarının təmin edilməsinin vacibliyi barəsində dəyirmi masa keçirilib.Birləşmiş Millətlər Təşkilatının Bakı Ofisi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birgə keçirilən tədbirdə xüsusilə qızların təhsil imkanları, onların cəmiyyətdə xüsusi rol oynaması geniş müzakirə olunub. ASAN Xidmətin əməkdaşı Vüsalə Kərimova iştirakçılarla Paraolimpiya Oyunlarındakı müvəffəqiyyəti hekayəsini paylaşıb. Tədbirdə digər xanım iştirakçıları da Azərbaycanda bir qız kimi böyüməyin nə demək olması haqqında fikirlərini bölüşüblər.
BAMF-ın sədri  Umud Mirzəyev isə tədbir iştirakçılarına imkan və xidmətlərin məhdud olduğu Azərbaycan regionlarında qadınların dəstəklənməsi sahəsində sədrlik etdiyi təşkilatın necə fəaliyyət göstərməsi haqqında məlumat verib . 

  • Lütfül Kabir “Proqram Menecment” təlimlər

 Ümumiyyətlə bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni istifadəyə verilən təlim mərkəzi öz fəaliyyətini genişləndirib və bir sıra yadda qalan layihələrə imza atıb. Bunlardan biri  Management sahəsində böyük təcrübəyə malik Dr. Lutful Kabirin "Program Management" üzrə təlimləridir ki, həm fondun əməkdaşları, həm də digər müraciət edənlər tərəfindən böyük maraqla qarşılanıb.

 

  • Elnarəmedia ilə birlikdə fiziki qüsürlu gənclər üçün təlim

Bundan başqa təlim mərkəzində "Beynəlxalq Avrasiya Mətbuat Fondu"nun dəstəyi və " Elnaramedia "nın təşkilatçılığı ilə, "Məqsəd" adlı layihə"yə də start verildi. Layihə çərçivəsində 19-29 yaşlarında, əlilliyi olan gənclərə vətəndaş jurnalistikası bacarıqları aşılanıb. Layihənin məqsədi, ölkəmizdə əlilliyi olan gənclərin cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaq və vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkmək, cəmiyyətin diqqətini bu sahəyə yönəltmək idi. Britaniyadan olan tanınmış təlimçi Dan Mason, təlimlərdə uğurlu foto çəkilişin əsas qaydaları və çəkilən fotolardan video sujet hazırlamağın sirrlərini gənclərlə bölüşüb.

  • Conversation club 

 Daim jurnalistləri düşünən və onlara dəstək olan Beynəlxalq Avrasiya Mətbuat Fondu 2014-cü ildə onlar üçün təmənnasız olaraq ingilis dili təlimlərinə start verdi. BAMF-ın amerikalı əməkdaşı Michael Montafinin keçdiyi təlimdə əsasən ingilis dilində danışıq bacarığının artırılması qarşıya məqsəd qoyulur. Mütəmadi olaraq jurnalistlər üçün münasib olan şənbə günü keçirilən təlimdə media nümayəndələrin iştirakı pulsuzdur.

 

           (1944- 2014)                           

2014-cü ilin son ayında beynəlxalq ictimaiyyət yüksək peşakarlığı ilə fərqlənən, böyük vətəndaşlarından birini itirdi . Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaxın dostu , Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov dekabrın 11-də  vaxtsız  vəfat etmişdir. Onun rəhbərliyi altında ANAMA dünyada ən yüksək peşəkarlığı ilə fərqlənən humanitar minatəmizləmə qurumlarından birinə çevrilib. Məhz onun və ətrafına topladığı peşakar komandası sayəsində ANAMA beynəlxalq bir brend kimi dünyanın ən müxtəlif ölkələrində fəaliyyətini qurub. Bu dövlətlər sırasında Əfqanıstan, Gürcüstan , Tacikistan , Türkiyə, İraq və İordaniya var. Bundan başqa Avropa Birliyinin üzvləri, ABŞ, Vyetnam və Küveytin rəsmi qurumları ilə əməkdaşlıq münasibətləri yaradılıb. İndi Beynəlxalq humanitar qurumlar ANAMA-ya ərazilərin minalardan təmizlənməsi üzrə komandaların beynəlxalq məktəbi kimi baxır. Nazim İsmayılov bir vətənpərvər vətəndaş, gözəl insan və dəyərli ictimai xadim kimi daim BAMF kollektivinin, ümumilikdə  Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq, o heç vaxt unudulmayacaq və əziz xatirəsi anılacaq .