Ön söz
2015-ci il donor və tərəfdaşlarımızla fəaliyyətin uzunmüddətli strategiya əsasında qurulması, media və vətəndaş cəmiyyəti qurumları qarşısında duran problemlərin həlli, davamlı inkişaf konsepsiyasından irəli gələn prioritetlərin icrası, BMT agentlikləri və beynəlxalq təşkilatlarla əlqələrin inkişaf etdirilməsi baxımından Beynəlxalq Avrasiya Mətbuat Fondu üçün əlamətdar oldu. 2015-ci ildə dünyada dini-milli qarşıdurmaların, münaqişələrin tüğyan etdiyi bir zamanda sülh quruculuğunun təbliği və təşviqi, qlobal etimadın qorunması məqsədi ilə Avrasiya Media Şəbəkəsinin əsası qoyuldu, multukultralizm və dini tolerantlığın tərənnüm edilməsi, Azərbaycanın əldə etdiyi uğurların dünyaya çatdırılması istiqamətində müxtəlif elmi-praktik, mədəni tədbirlər keçirildi, macar tərəfdaşlarımızla birgə müharibə fəlakətlərindən bəhs edən “İşğalın Qurbanı” layihəsi müvəffəqiyyətlə yekunlaşdırıldı. Məhz bu il uzun müddətdir arzuladığımız bir xoş hadisəni də reallaşdırdıq. Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində aparıcı rola malik təşkilatımızın müasir , beynəlxalq standartlara cavab verən baş ofisi dostlarımız, tərəfdaşlarımız və yüksək səviyyəli qonaqlarımızın iştirakı ilə istifadəyə verildi. Müasir ofisimizdə biz il ərzində dəyərli yerli və xarici qonaqları qəbul etdik, yeni və uğurlu layihələrin əsasını qoyduq. 2014-cü ildə BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək – Əsas Məşvərətçi statuslu (General Status) üzvlüyünü qazanan təşkilatımız ənənəsinə sadiq qalaraq bu ildə BMT-nin iclaslarında aktiv iştirak elədi. BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyası dövlət və vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulmasında BAMF-ın model prinsipləri, çağrışları və təcrübəsinə dair təqdimatla əlamətdar oldu. Yeni ofisimizdə BMT-nin çağırışlarına uyğun müxtəlif mövzuları əhatə edən beynəlxalq və yerli tədbirlər keçirdik. Bir sözlə bu ildə öz məqsəd və missiyamızdan çıxış edərək, BMT-nin ali statusuna layiq olmaq üçün gecə-gündüz zəhmət çəkdik, fəaliyyətimizi beynəlxalq standartlara uyğunlaşdırdıq. Müasir dövrün tələblərinə uyğun layihələr icra etdik və vətəndaş cəmiyyətinin qurulmasında öz töhvəmizi verdik. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının səviyyəsini göstərən uğurlu nəticələr əldə etdik. Mən fəxrlə deyirəm ki, 2015-ci ildə də biz üzərimizə götürdüyümüz beynəlxalq məsuliyyətə sadiq olduq. Xüsusilə multikultural dəyərlər və dini tolerantlığın qorunması ilə bağlı Bakıda dünyanın nüfuzlu dini ekspertlərini bir araya toplayıb, dinlərin bəşəriyyətin üzləşdiyi müasir qarşıdurmalarda barışdırıcı və sülhə dəvət edən missiyaya dair dünyaya mesaj vermiş olduq. Biz yorulmadan işlədik. “Evdə Sülh, Ölkədə Sülh, Cahanda Sülh” missiyamıza uyğun yeni ideyalara həyat verdik, yeni dostlar qazandıq. Azərbaycanda, ümumilikdə isə Avrasiya məkanında gördüyümüz böyük miqyaslı işlərin, həyata keçirdiyimiz layihələrin, könüllü fəaliyyətlərimizin müqabilində dostlarımızın, xarici tərəfdaş təşkilatların ,təmsil etdiyimiz dövlətin nümayəndələrinin ünvanımıza söylədiyi xoş sözlər bizim ən böyük hədiyyəmiz oldu. Əminəm ki, 2016-cı il də, bizim tərəfdaşlarımızla münasibətlərdə və yeni zirvələri fəth eləməyimizdə yadda qalan il olacaq.
BAMF-ın sədri Umud Mirzəyev
BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDU HAQQINDA
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil qeyri-hökumət təşkilatıdır. BMT İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçisi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının (PM/WRA), Beynəlxalq Sülh Bürosunun (IPB), Beynəlxalq Mətbuat İnstitutunun (İPİ) üzvüdür.
BAMF BMT qurumları, xüsusilə UNDPI, UNICEF, UNESCO,UNHCR, Avropa Komissiyası, ABŞ Dövlət Departamenti, Dünya Bankı, Yaponiya dövləti, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Sülh Bürosu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və digər beynəlxalq və yerli nüfuzlu təşkilatlarla tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun yaradıcılarındadır.
BAMF, 2007-ci ildən Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilib.
Fond 4 əsas istiqamətdə fəaliyyət göstərir: Media və vətəndaş cəmiyyətinin inkişafı; İcmaların inkişafı; Qaçqın və məcburi köçkünlərin problemləri; Sülh quruculuğu və münaqişələrin həlli.
2015-ci il BAMF -ın baş ofisinin açılışı xüsusilə əlamətdar oldu. Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, müxtəlif ölkələrin Azərbaycandakı səfirləri, diplomatlar, beynəlxalq qurumların təmsilçiləri, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Baş ofisin açılış lentini Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və BMT-nin Azərbaycandakı rezident koordinatoru cənab Antonius Broek kəsərək ofisə baxış keçirdilər. Mərasimdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fəaliyyətinin 23 illiyi ərzində dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər və beynəlxalq QHT-lərlə sıx əlaqələr qurduğunu bildirdi. “Bu gün BAMF, vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibədən əziyyət çəkmiş regionlarda sosial -iqtisadi proqramlar həyata keçirir, sülhquruculuğu və sülhməramlı aksiyaların icrasına öz töhvəsini verir” deyən BAMF sədri vətəndaş cəmiyyəti hərəkatının güclü əsaslarda qurulması istiqamətində hökumətin və beynəlxalq qurumların dəstəyini xüsusi qeyd edib. Azərbaycanda vətəndaş cəmiyyətinə diqqət və qayğı olmasaydı, sözsüz ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu uğurlara imza ata bilməzdi”.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir Azərbaycanda səmərəli fəaliyyət göstərir. O, BAMF –da formalaşan peşəkar kadrların göstərdikləri əzmkarlıq sayəsində əldə etdikləri bilklər və qazanılan nailiyyətləri Azərbaycanın inkişafına töhvə olduğunu qeyd edib və bunun digərləri üçün bir örnək olduğunu vurğulayıb.
Mərasimdə iştirak edən BMT-nin Azərbaycandakı rezident koordinatoru cənab Antonius Broek BMT-nin Sosial və İqtisadi Şurasının Ən Yüksək Statuslu üzvü BAMF-ın ofisinin açılışının vətəndaş cəmiyyətinə göstərilən diqqət və BMT dəyərlərinin təbliği baxımından önəmli olduğunu bildirib. O, Azərbaycanda davamlı inkişafın təşviqi, sosial inteqrasiya və sülh quruluculuğu yolunda tərəfdaşlığın BAMF-ın çətiri altında yeni ideyalarla zənginləşəcəyinə, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri və BMT agentlikləri arasında əməkdaşlığa yeni üfüqlər açacağına inandığını bildirib. Sonda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yeni binasıının açılışını qeyd edən BAMF-a gələcək fəaliyyətində uğurlar arzu edib.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Ali Mükafatı ilə təltif edilib. Mükafat, BAMF-ın baş ofisinin açılışı ilə bağlı keçirilən mərasimdə qurumun sədri Umud Mirzəyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. Bununla yanaşı BMT qurumlarının qeyri hökumət təşkilatları ilə səmərəli fəaliyyətinə görə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Broek, BAMF və Amerika Dövlət Departamenti arasında uzunmüddətli əməkdaşlığın uğurlu inkişafında Amerikanın Azərbaycandakı səfirliyi və səfirliyin nümayəndəsi Stiven Qays, faydalı əməkdaşlığa görə Yaponiyanın Azərbaycandakı səfiri cənab Tsuquo Takahaşi , eləcə də Avropa Birliyi ölkələri və vətəndaş cəmiyyəti qurumları arasında münasibətlərin inkişaf etdirilməsində dəstəyinə görə Avropa Birliyinin ölkəmizdəki səfiri xanım Malena Mard BAMF-ın “Fəxri diplomu” ilə təltif edilib.
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
MEDİA VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI
2015-ci ildə Azərbaycan Mətbuatının yaranmasının 140 illiyi qeyd olundu . Hazırda ölkə mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Dövlətin və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında özünəməxsus rolu olan media ictimai rəyin formalaşdırılması ilə yanaşı, müxtəlif təmayüllərin cəmiyyətdə təşəkkül tapması üçün, əsas vasitədir. Azərbaycan Mediasının bu əlamətdar günündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Mətbuat Şurasının İdarə Heyəti üzvlərini qəbul edib. Qəbulda iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxış edərək , Azərbaycan mediasının inkişafı ilə bağlı görülən işlərə və perspektiv planlara dair ölkə başçısına məlumat verib. BAMF sədri ölkəmizdə medianın inkişafı, media qurumlarının prioritet hesab etdiyi məsələlərin həllində Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun medianın fəaliyyətini effektli şəkildə koordinasiya etməsi, media qurumlarının inkişafına hərtərəfli yardımını xüsusi qeyd etməklə yanaşı BAMF-ın timsalında beynəlxalq statusa malik media və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinin dəstəklənməsinin uğurlu nəticələrindən də söz açıb. Ölkə rəhbəri BAMF sədrinin medianın imkanlarının beynəlxalq standartlara çatdırılması ilə bağlı təkliflərini xüsusilə qeyd edib, zəruri tədbirlərin görülməsini alqışladığını ifadə edib. O, media qurumları ilə beynəlxalq təşkilatlar arasında əlaqələrin inkişafı, medianın beynəlxalq auditoriyaya çıxışı perspektivlərinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə geniş çıxışla media sahəsinin təmsilçilərinə müraciət edən dövlət başçısı isə Azərbaycan Mətbuatının beynəlxalq standartlar səviyyəsində inkişaf etməsinə , şəffaf və operativ olmasına dövlətin daim dəstək göstərəcəyini bildirib.
Beynəlxalq Mətbuat İnstitutu ilə əməkdaşlıq çərçivəsində fəaliyyətlər
BAMF, 2015-ci ildə qarşıda duran məsələləri daha ətraflı əhatə etmək məqsədi ilə beynəlxalq media sahəsində fəaliyyətlərini genişləndirib. Fəaliyyətinin böyük aspektinin mətbuatla bağlı olduğunu nəzərə alaraq, BAMF Azərbaycanda güclü media və vətəndaş cəmiyyətinin yaradılmasına nail olmaq prosesinə dəstək verməyə çalışıb. Təşkilat söz azadlığı və medianın inkişafında çoxtərəfli əməkdaşlığını davam etdirib, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına yönəlik bir sıra media tədbirlərinə ev sahibliyi edib. BAMF ümumilikdə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin peşəkarlığında daha böyük uğurlara nail olmaq üçün bu yöndə olan inkişaf prosesində yaxından iştirak edir. Bundan başqa təşkilatın sədri Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü, BMİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi bu nüfuzlu qurumun dünyada azad söz və medianın inkişafı sahəsində təşəbbüslərinə öz töhvəsini verir, BMİ-nin Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda və regionda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.
Bu il Beynəlxalq Mətbuat İnstitutunun Myanmada Baş Assambleyasının planlaşdırılan iclasında da Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, BMİ-nin idarə heyətinin üzvü Umud Mirzəyev təmsil edib. BMİ-nin idarə heyətinin iclasında qurumun ötənilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub. BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən xanım Barbara Trionfi idarə heyəti tərəfindən qurumun icraçı direktoru vəzifəsinə seçilib, qurumun komitə və komissiyalarının tərkibi və fəaliyyət istiqamətləri təsdiq edilib. Bundan başqa, idarə heyəti strateji tərəfdaşlarla əməkdaşlıq məsələlərini də müzakirə edib. U.Mirzəyev Baş Assambleya çərçivəsində BMT-nin fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçi Deyvid Key ilə görüşüb. Görüşdə BMT-nin İqtisadi və Sosial Şurasının ən yüksək məşvərətçi statuslu üzvü kimi BAMF-ın BMT-nin digər qurumları ilə münasibətləri geniş müzakirə olunub. Assambleya çərçivəsində U.Mirzəyev Myanmanın informasiya texnologiyaları naziri Ye Htut və Myanma Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə də görüşlər keçirib. Hazırda BAMF, BMİ-nin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan milli komitələrinin təmsil olunduğu Beynəlxalq Mətbuat İnstitutunun Bakı Regional Təşəbbüs mərkəzinin fəaliyyətini koordinasiya edir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev 2015-ci ilin 17 oktyabr tarixində Vyanada keçirilən Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin iclasında iştirak edib.Tədbir çərçivəsində Umud Mirzəyev BMİ-nun sədri Con Yearwood, BMİ-nin icraçı direktoru Barbara Trionfi , o cümlədən təşkilatın idarə heyətindəki həmkarları Banqladeşin “Boishakhi” TV-nın rəhbəri Bülbül Ahsan , Böyük Britaniyanın BBC kanalının redaktoru Ken MakQarri, Əl Cəzirə Media şəbəkəsinin İnsan hüquqları departamentinin rəhbəri Sami Əl Hac , BMİ-nin keçmiş sədri Araşdırmaçı Jurnalistlər fondunun rəhbəri rusiyalı Qalina Sidorova ilə görüşüb , müzakirələr aparıb. Ümumi iclasda isə dünya mediası ilə bağlı bir sıra vacib qlobal məsələlər müzakirə olunub və bəzi hadisələrə aydınlıq gətirilib. BMİ-nin missiyası, məqsədləri, uzunmüddətli strategiyasına yenidən baxılıb, təşkilatın yeni əlaqələri və əməkdaşlığı müzakirə edilib. Həmçinin 2016-cı ildə keçirilməsi nəzərdə tutulan BMİ-nin Dünya Konqresinə hazırlıqlar barədə idarə heyəti üzvləri öz fikirlərini səsləndiriblər. Təşkilatın nizamnaməsinə yenidən baxılıb, təşkilata üzv olmağın yeni qaydaları təsdiqlənib.
2015-ci ildə Beynəlxalq Mətbuat İnstitunun (BMİ) yaradılmasının 65-ci ildönümü qeyd olunub. Bu münasibətlə Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilən tədbirdə çıxış edən BAMF-ın sədri, BMİ-nin idarə heyətinin üzvü, BMİ-nin Milli Komitələrə iş üzrə Regional Təşəbbüs Mərkəzinin sədri Umud Mirzəyev BMİ-nin dünyanın tanınmış media qurumları arasında aparıcı möqeyindən danışıb. BMİ-nin azad sözün müdafiəsi, jurnalistikanın inkişafı, ifadə azadlığının qorunması istiqamətində fəaliyyətindən söz açan BAMF-ın sədri bu ali media qurumunun Azərbaycan Milli Komitəsinin fəaliyyətindən bəhs edən məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. “BAMF, 2004-cü ildən BMİ-nin üzvüdür. 2011-ci ildən bu mötəbər təşkilatın ali qurumunda-idarə heyətində təmsil olunur və BMİ-nin fəaliyyətində söz sahibi olan təşkilatlardandır.
2015-ci ildə də BAMF beynəlxalq media strukturları ilə əməkdaşlıq edib, onların nümayəndələrinin Azərbaycana səfərlərinin təşkilində, geniş reportajların hazırlanmasında, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəlakətlərin, işğal faktorunun, öz yurd yuvalarından qaçqın düşmüş insanların haqq səsinin dünyaya çatdırılmasında aktiv rol oynayıb. Təkcə bu il İtaliya, Almaniya, Hollandiya, Böyük Britaniya, Latviya, Litva, Efiopiya, Rusiya, İsrail, İndoneziya, Qətərdən olan nüfuzlu media qurumlarında çalışan 15 nəfərə yaxın jurnalist BAMF-da qonaq olmuşlar. BAMF, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı, doktor Fatima Ahmad Alsmadinin “Azərbaycan və Körfəz ölkələri arasında əlaqələr, həmçinin Azərbaycanın regional əlaqələri, Azərbaycanın Qafqazda və Xəzər dənizi regionunda gələcək rolu” mövzusunda geniş araşdırma reportajın hazırlanmasına yaxından dəstək göstərmişdir. Fatima Ahmad Alsmadi Bakıda səfərdə olarkən, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələrə üzrə köməkçisi cənab Əli Həsənov, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi , Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlar üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Strateji Araşdırmalar Mərkəzi, dini konfessiya nümayəndələri, vətəndaş cəmiyyəti qurumları və digər dövlət, özəl qurumların təmsilçiləri ilə görüşüb , onlardan geniş müsahibə götürüb. Görüşlərdə Azərbaycanın qlobal miqyasda multikulturalizm ideyalarının fəal müdafiəçisi olduğu qeyd olunub, Azərbaycanda dövlət səviyyəsində keçirilən ənənəvi Mədəniyyətlərarası Dialoq Forumları, Dini liderlərin Ümumdünya Sammiti, milli-mənəvi və bəşəri ideyaları uğurla təbliğ edən Heydər Əliyev Fondunun himayədarlığı ilə YUNESKO və İSESKO xətti ilə, habelə beynəlxalq təşkilatlar və elm mərkəzləri ilə birgə ölkəmizdə və xaricdə keçirdiyi mötəbər tədbirlər barədə məlumat verilib. Qonağın diqqətinə çatdırılıb ki, bu səylər sayəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bakıda keçirilən görüşlər əsasında Azərbaycanla bağlı hazırlanan hesabat reportaj dünyanın aparıcı beyin mərkəzlərindən olan “Əl-Cəzirə Araşdırmaları Mərkəzi” nin rəsmi saytında ərəb və ingilis dillərində nəşr edilmişdir.
Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu
Ümumiyyətlə, dini tolerantlıq və multikultural dəyərlərin mediada işıqlandırılması məsələləri 2015-ci ildə BAMF-ın prioritet istiqamətlərindən olmuşdur. Bu məqsədlə 2015-ci ilin sentyabr ayında Fondun təşkilatçılığı ilə Bakıda "Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" adlı forum keçirildi. Ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertlərinin iştirak etdiyi tədbir ciddi rezonans doğurdu. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri və ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədi ilə təşkil olunan forumda çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu deyib. O bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrildiyini bildirib. Dini inancların təhqir edilməsi, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb və Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır. Tədbirdə Azərbaycan Respublikasının Millətlərarası, Multikukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, AR Milli Məclisinin vitse-prezidenti Bahar Muradova,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AR-nın Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmər Cavadlı, Dini Xəbər yazarları Assosiasiyasının Din və Peşələr Mərkəzinin direktoru Debra Mason, AR Mətbuat Şurasının sədri Əflatun Amaşov , Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri və digərləri çıxış ediblər. Tədbirdə ABŞ-ın Dini Xəbər yazarları Assosiasiyasının və Din və Peşələr Mərkəzinin direktoru Debra Mason, Misirin Sultan Həsən Məscidinin axundu Xalid Hemayə , ABŞ-ın “Dini Xəbərlər Xidməti” media orqanının beynəlxalq strategiya departamentinin direktoru Brian Pellot , Beynəlxalq Mətbuat İnstitutunun Gürcüstan Milli Komitəsinin nümayəndəsi Paata Veshapidze , Beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut ,Misirin “Rozal Yusif” qəzetində jurnalist və tədqiqatçı olan Əhməd Əbu Seyyid Əhməd Tərabeyik , Pakistanın “Mətbuat Azadlığı Konsorsumu ” təşkilatının rəhbəri Malik Ayub Xan kimi tanınmış din xadimləri və dini ekspertlər də dəyərli fikirlərini bildiriblər .
Forum çərçivəsində Bakıya gələn qonaqlara BAMF-ın ofisində sədr Umud Mirzəyev təşkilatın tarixi, fəaliyyəti haqqında, o cümlədən Azərbaycanın üzləşdiyi faciələr barəsində geniş məlumat verib. Şəhidlər xiyabanı və Xocalı faciəsi qurbanlarının məzarlarını ziyarət edən xarici nümayəndə heyəti daha sonra Bakı Beynəlxalq Multikulturalizm mərkəzində, Qafqaz Müsəlmanları İdarəsində, Rus Provaslav kilsəsində, Dağ Yəhudiləri İcması İdarəsində görüşləri təşkil edilib. Forum çərçivəsində Azərbaycanın Quba rayonunda, yəhudilərin əsas yurd yeri kimi tanınan “Qırmızı Qəsəbə”-yə səfər edən qonaqlara Qəsəbənin ən böyük sinaqoqu olan Altı Günbəz sinaqoqunda yəhudilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin tarixindən başlayaraq bu günə qədər keçdikləri dövr, yaşayış tərzi, xüsusi bayramlar, sinaqoqda ibadət barədə ətraflı məlumat verilib. Quba səfəri zamanı qonaqlar Quba Soyqırımı Memorial Kompleksinə baş çəkərək bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar haqda eləcə də həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış abidə və onun tarixi barədə ətraflı məlumat alıblar. Forum çərçivəsində təşkil olunan ikinci səfər Qəbələnin Nic kəndinə olub. Udin Kilsəsində baş tutan görüş zamanı kilsənin yaranma tarixi və buraya ibadət üçün gələn udin əhalisi, onların burada məskunlaşması barədə geniş məlumat verilib. Kilsədə saxlanılan tarixi əks etdirən materiallar qonaqların diqqətini çox cəlb edib. Forum çərçivəsində baş tutan görüşlər Şəkinin Kiş kəndində yerləşən Qafqazın ən qədim xristian kilsələrindən olan qədim Alban məbədində yekunlaşıb. Qonaqlar Azərbaycanda dinlərarası dialoqun, dini abidələrin və inancların qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində görülən işləri müxtəlif millətlərdən və dindən olan insanların birgə yaşamasına dair ən gözəl nümunə hesab etdiklərini ifadə ediblər.
2015-ci il BAMF-ın media sahəsi üzrə çoxlu sayda xarici qonaqlara ev sahibliyi edib. Bu illin dekabr ayında Avropanın 7 ölkəsini (İtaliya, Almaniya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Hollandiya və İsrail) təmsil edən bir qrup xarici jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fonduna baş çəkib. Səfərin əsas məqsədi dondurulmuş münaqişələr, bu münaqişələrin region ölkələrinə təsiri, Qarabağın Azərbaycanın ictimai-siyasi və sosial həyatında önəmli rolu, münaqişələrin həllində qarşılıqlı əməkdaşlıq perspektivləri, eləcə də həll yolları ilə bağlı fikir mübadiləsi aparmaq, vətəndaş cəmiyyəti strukturlarının fəaliyyəti ilə tanış olmaqdan ibarət olub. Müzakirələr zamanı BAMF-ın sədri Umud Mirzəyev münaqişələrin həllində Azərbaycanın haqlı mövqeyi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, dünyanın əsas güc mərkəzlərinin işğal faktoruna göz yumması, BAMF-ın müharibənin təsirinə məruz qalmış ərazilərdə uzunmüddətli fəaliyyətinə dair qonaqlara ətraflı məlumat verib. O, dünya ictimaiyyətini, beynəlxalq qurumları, media orqanlarını Azərbaycanın üzləşdiyi bu haqsızlığa biganə qalmamağa çağırıb. O, İşğal faktorunun uzun müddət davam etməsinin Azərbaycan vətəndaş cəmiyyəti qurumlarında, sadə insanlar arasında qərb dövlətlərinə inamsızlıq və etimadsızlıq mühitinin yaratdığını ifadə edib.
Avrasiya Media Şəbəkəsinin əsası qoyuldu.
2015-ci ildə BAMF, beynəlxalq media nümayəndələrini qonaq etməklə yanaşı “Avrasiya-Press”, “Avrasiya-Prodakşn” və “Avrasiya-Gündəliyi” analitik informasiya portalını özündə birləşdirən Avrasiya-Media Şəbəkəsinin əsasını qoyub. 04 dekabr 2015-ci ildə yeni yaradılan qurumun və onun tərkib hissəsi olan “Avrasiya-Gündəliyi” beynəlxalq analitik-informasiya portalının təqdimat mərasimi keçirilib. “Avrasiya-Gündəliyi” ümumilikdə qlobal və xüsusən regional münaqişələrin sülh yolu ilə həll edilməsi istiqamətində fikirlərin formalaşdırılması, analitik təhlillərin aparılması, müzakirə müstəvisinin yaradılması məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Avrasiya Media Şəbəkəsinin birgə təşəbbüsüdür. Portalın fəaliyyətinin əsas missiyası Avrasiya məkanında və bütövlükdə dünyada baş verən münaqişələrə dair doğru dürüst informasiyanın yayılması, münaqişələr barədə reallığın əsl mənzərəsini dünyaya çatdırmaqdan ibarətdir.
Hökumət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirlərinin və media rəhbərlərinin iştirak etdikləri açılış mərasimində çıxış edən portalın baş redaktoru, Malik Əyyub Sumbalın məlumatına görə layihənin əsas hədəflərindən biri jurnalistika vasitəsi ilə sülhün təbliğ edilməsidir. O qeyd edib ki, “ Avrasiya-Gündəliyi fikir və konsepsiyasını BAMF-dan götürüb və sülh konsepsiyasına dair ekspert təhlillərini təqdim etmək üçün irəli atılan bir addımdır. Portalda ekspertlər tərəfindən regional münaqişələrin həlli istiqamətində məqalələr yer alacaq. 5 dildə - ingilis, rus, ərərb, türk və azərbaycan dillərində yayımlanan analitik informasiya portalının Asiyada, Afrikada, Avropada, Yaxın Şərqdə, Şimali və cənubi Amerikada 20-dən yuxarı təmsilçiləri fəaliyyət göstərəcək . Tədbirdə ictimai xadimlər , dövlət rəsmiləri ,xarici ölkələrin Azərbaycandakı səfirləri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri çıxış edərək Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün “Avrasiya Gündəliyi” xəbər portalının əhəmiyyətini xüsusi qeyd ediblər. Təqdimat mərasimində Beynəlxalq Mətbuat İnstitutunun baş direktoru xanım Barbara Triffoninin və Beynəlxalq Sülh Bürosunun baş katibi Kolin Arçerin “Avrasiya-Gündəliyi” beynəlxalq analitik-informasiya portalına təbrik mesajları auditoriyanın diqqətinə çatdırılıb. Qeyd edək ki, portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alır.
Beynəlxalq Avrasiya Mətbuat Fondu Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti Forumunda
BAMF bu il Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun işində də aktiv iştirak edib. Forumun Vilnüsdə keçirilən “Avropada əmək münasibətləri və iş zəmanətlərinin nizamlanmasında Sosial dialoqun əhəmiyyəti” mövzusunda beynəlxalq konfransında BAMF sədri Umud Mirzəyev də iştirak edib. İyun ayının 18-19-u tarixlərində Vilnüsdə baş tutmuş konfransda “Effektiv fəal əmək bazarı siyasəti-ölkələr üçün Aİ-nin çağırışı”, “Avropa əmək bazarlarının təhlükəsizliyi və uyğunluğunun axtarılması” və s kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Əsasən Ukrayna, Belarusiya, Moldova və Gürcüstandan olan Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti nümayəndələri arasında baş tutmuş görüşlərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar, sosialyönümlü fəaliyyətlər, vətəndaş cəmiyyətinin durumu və həyata keçirilən fəaliyyətlər, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının əhəmiyyəti barəsində müzakirələr aparılmış və bu istiqamətdə verilmiş suallar cavablandırılmışdır.
Səfər çərçivəsində BAMF-ın sədri Umud Mirzəyev, Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırılması istiqamətində illərlə çalışmış, əslən Litvalı olan BAMF-ın Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytisin iştirakı ilə Azərbaycan Respublikasının Litvadakı səfirliyində Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının şərqi Avropa qurumları ilə əməkdaşlığı müzakirə olunmuşdur.
Sülh və münaqişələrin dünyaya daha düzgün və obyektiv çatdırılmasında aparıcı jurnalistlərin və yazıçıların çox vacib rolu var. Riqaya səfəri çərçivəsində BAMF sədri Riçard Lapaytislə birgə , BAMF-ın yaradılmasında əvəzsiz xidmətləri olmuş, Latviyanın tanınmış ictimai xadimlərindən olan, yazıçı-jurnalist Modris Auzinşin Riqada yerləşən məzarını ziyarət edib. Ziyarətdə yazıçı Larisa Rixtir, regionda nüfuzlu qurumlardan olan Baltik Forumunun icraçı direktoru Aleksandr Vasilyev, Modris Auzinşin xanımı Larisa və oğlu Krist də iştirak edib. Ziyarət zamanı BAMF-ın sədri Umud Mirzəyev mərhumun konfilikt bölgələrindəki gördüyü işlərə, münaqişə bölgələrdən hazırladığı reportajlara ehtiram əlaməti olaraq Bakıdan apardığı 100 ədəd qərənfili Modris Auzinşin məzarı üzərinə qoyub.
Qeyd etmək lazımdır ki, Modris Auzinş 80-ci illərin sonlarından başlayaraq Post-Sovet məkanında baş verən konfilikt bölgələrinin əksəriyyətinə çoxsaylı səfərləri olub, münaqişələrin həllində müxtəlif jurnalist yazıları, proqram və tezislərlə çıxış edib.
DAYANIQLI İNKİŞAF VƏ İCMALARLA İŞ
Beynəlxalq Avrasiya Mətbuat Fondu 2015-cı ildə vətəndaş cəmiyyəti sahəsində beynəlxalq məsuliyyəti çərçivəsində aktiv rol oynamağa davam etmişdir. Təşkilatın sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında yaxından iştirak etmiş, 20-24 aprel tarixləri ərzində BMT-nin Nyu-York Şəhərindəki qərargahında baş tutan sessiya çərçivəsində, BAMF-ın Nyu York təmsilçisi Serqey Matsko ilə birgə bir sıra rəsmilərlə və beynəlxalq qurumlarla faydalı görüşlər keçirmişdir. Onlar Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyində olmaqla yanaşı, BMT-nin Demokratiya Fondunda, o cümlədən nüfuzlu Kolumbiya Universitetində, BMT-nin vacib agentlikləri olan BMT-nin Uşaq Fondu (UNICEF) , BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı (UNHCR) və Avropa İttifaqının təmsilçilərinin də qatıldığı Ukraynadakı humanitar böhranla bağlı dinləmələrə də qatılıblar. Tədbirlər çərçivəsində BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə görüşən, BAMF sədri BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olan təşkilatların birgə şəbəkəsinin yaradılması ilə bağlı təkliflər irəli sürüb. Cənab Padovaya BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində təlim keçən minadan zərərçəkən qadınlar tərəfindən toxunmuş xalça hədiyyə olunub. Aprelin 23-ü isə BAMF sədri əsas müzakirə mövzusu ““Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli ? ” mövzusuna həsr olunan sessiyaya qatılaraq, Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri çərçivəsində 15 il ərzində görülən işlərlə bağlı çıxış edib. Bunlar sırasında elektron hökümətin qurulması istiqamətində görülmüş olan işlər, ASAN xidmətin işə düşməsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər prioritet hesab olunmuşdur deyən U. Mirzəyev Dayanıqlı İnkişaf Məqsədlərindən söz açarkən hökumət və vətəndaş cəmiyyəti ilə birgə fəaliyyətin önəmini qeyd edib. O, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində BAMF-ın BMT-nin əsas 17 prioritet sahəsi üzrə milli müzakirələrin aparılması, prioritet strategiyanın və proqramların icrası, bu istiqamətdə dövlət və vətəndaş cəmiyyəti qurumlarının qarşılıqlı fəaliyyətinə dəstək verdiyini bildirib. Tədbirdə BMT-yə üzv olan 193 ölkədən ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmilər iştirak edib .
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və sədr müavini Ramil Əzizov, təşkilatın beynəlxalq məsləhətçisi Lutful Kabirlə birlikdə Nobel Sülh Mükafatı laureatı Məhəmmd Yunusun dəvəti ilə 25-31 May 2015 tarixlərində Beynəlxalq Yunus Mərkəzi tərəfindən təşkil olunan “6-cı Sosial Biznes Günü” beynəlxalq konfransa qatılıb. Konfransda qlobal yoxsulluğun azaldılması, BMT-nin davamlı inkişaf strategiyasının dəstəklənməsi üçün “Biz iş axtaranlar deyilik, Biz iş yaradanlarıq” social biznesin inkişafı çağrışlarına qoşulan BAMF sədri Beynəlxalq Yunus Mərkəzində, dünyanın 41 ölkəsində fəaliyyət göstərən, 5 mindən çox yerli bölməsi olan Gramen Bankın və Gramen İnam Fondunun təsisçisi, mikromaliyyənin və sosial mikrokreditləşmənin yaradıcısı, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus və Yunus Mərkəzinin rəhbəri Lamiyə Morşidlə görüşən BAMF-ın sədri iki tərəfli əməkdaşlığın gücləndirilməsi, sosial biznes və davamlı inkişaf prioritetlərinin birgə əməkdaşlıq çərçivəsində inkişafı istiqamətində işgüzar müzakirələr aparıb. Sülh Mükafatı Laureatı Məhəmməd Yunus BAMF-ın vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətini yüksək dəyərləndirdiyini və yoxsulluğun azaldılması məqsədi ilə sosial biznesin inkişaf etdirilməsi üçün birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində sülh carçılarının səsinin önəmli olduğunu qeyd edən Umud Mirzəyev Beynəlxalq Yunus Mərkəzinin dünyada sülhün və davamlı inkişafın təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib. Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondu, Yunus Mərkəzi və Azərbaycanın, eləcə də post Sovet ölkələrinin aparıcı akademik mərkəzlərinin iştirakı ilə Bakıda Qlobal Sülh və Sosial Sammitin keçirilməsi və dünyaya birgə sülh mesajlarının verilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Dünyanın 11 ölkəsində, Beynəlxlaq ASA (Ümid) təşkilatının rəhbəri Şafiqul Haqu Çoduri ilə görüşən Umud Mirzəyev Banqladeşdə qeyri hökumət təşkilatlarının kifayət qədər uğurlu və uzun bir yol keçdiyini, bu baxımdan da ikitərəfli münasibətlərin qurulmasını, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Cənab Çoduri, təşkilatında 28 mindən çox insanın çalışdığını və dünyanın 11 ölkəsində bir milyard ABŞ dollarına yaxın büdcə ilə fəaliyyət göstərdiklərini qeyd edib. O, vətəndaş cəmiyyətinin inkişaf etdrilməsi, yoxsulluğun aradan qaldırılması, səhiyyə və təhsil sahələrində BAMF-la birgə əməkdaşlıq sayəsində ciddi nəticələr əldə olunacağını qeyd edib. “Çox az bir məbləğlə fəaliyyətə başlayaraq, Beynəlxalq ASA Holdinqinin, ASA Universitetinin və digər təsisatların qurucusu kimi deyə bilərəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa hər zaman açığıq” deyən Çoduri BAMF-ın fəaliyyət istiqamətlərinin olduqca maraqlı olduğunu və əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə inandığını söyləyib. Qeyd edək ki, “Forbes” Jurnalı 60 vətəndaş cəmiyyəti və mikromaliyyə qurumu arasında ASA Holdinqi 2014 –cü ildə yoxsulluğun azaldılması istiqamətində fəaliyyətinə görə birinci yerə layiq görüb. Səfər çərçivəsində Umud Mirzəyev və BAMF-ın nümayəndələri Asiya ölkələrində yaxşı tanınmış, 160 ölkənin jurnalistlərini özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü, Boyşaki televiziyasının rəhbəri Bülbül Əhsən ilə davamlı inkişaf və media sahəsində faydalı müzakirələr aparıb. Dəkkə şəhərində təşkil edilən İctimai Təhsil naminə kompaniyanın yaranma ildönümünə həsr edilmiş ziyafətə qatılan Umud Mirzəyev 2015-ci il uşaqların müdafiəçisi, davamlı inkişaf və sülh fəalı Nobel Sülh Mükafatı laureatı Kaylaş Satyari ilə görüşüb. BAMF-ın fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının istiqamətləri haqda Kaylaş Satyariyə məlumat verən U.Mirzəyev Nobel Sülh mükafatı laureatlarının dünyanın münaqişə ocaqlarının olduğu ölkələrə səfərlərinin vacibliyini qeyd edib və onu Azərbaycana dəvət edib. Ziyafət zamanı Umud Mirzəyev Banqladeşin Ticarət naziri Tofail Əhməd, Maliyyə naziriliyinin daxili resurslar şöbəsinin müdiri M. Cəlil, Səhiyyə və Ailə planlaması nazirliyinin katibi Nasir Uddin, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparıb.
Davamlı inkişaf və sosial koorporativ fəaliyyətin dəstəklənməsi sahəsində uğurlara imza atan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Paşabankın xüsusi layihəsi olan BiznesKlass verilişində ilin qabaqcıl mikromaliyyə qurumunun yaradıcısı olaraq sualları cavablandırıb. Müsahibədə əsas mövzü BAMF tərəfindən yaradılmış Bank olmayan Kredit Təşkilatı "Avrasiya-Kredit" –in əldə etdiyi nailiyyətlər olub. Azərbaycan Diplomatik Akademiyasında (ADA) baş tutan müsahibədə BAMF sədri 2007-ci ildən fəaliyyət göstərən "Avrasiya-Kredit"– in fəaliyyəti haqqında ətraflı məlumat verərək , bu kredit strukturunun gələcək planlarını da açıqlayıb.
O bildirib ki, qaçqınlara və məcburi köçkünlərə , az təminatlı ailələrə, əlillərə, xüsusilə də müharibədən zərər çəkmiş ərazilərdə yaşayan mina qurbanları və yoxsul əhaliyə mikro-kreditlərin verilməsi məqsədi ilə “Avrasiya Kredit” MMC beynəlxalq donorlarla əməkdaşlıq edir . Bu proses hazırda yerli donorlarla da davam edir. Xüsusilə BAMF-ın regionlarda reallaşdırdığı layihələr çərçivəsində “Avrasiya Kredit” kiçik kreditlər vasitəsiylə region əhalisinin fərdi təsərrüfat imkanlarının yaradılmasında , son nəticədə həmin kreditorların maliyyə vəziyyətinin dayanıqlılığının təmin olunmasında yaxından iştirak edir. “Avrasiya Kredit” –in əldə etdiyi uğurlar həm də icma problemlərinin həll olunmasına nail olmaq üçün müəyyənləşdirilmiş funksiyaların genişləndirilməsi yolunda BAMF-ın fəaliyyətlərinin yeni mərhələsidir.
BOKT əvvəlki illərdə, “Dünya kasıblarına qabaqcıl maliyyə çıxışı” (CGAP) və “Ford Fondu” tərəfindən “Beynəlxalq Mikromaliyyə Mübadiləsi İnformasiya Şəbəkəsi” nin (MİX Market) 2010-cu və 2011-ci illər üzrə gümüş mükafatı ilə təltif edilmiş, 2012-ci ildə Dünya Mikromaliyyəsində Tanınma üzrə beynəlxalq mükafatlandırmada nominant kimi çıxış etmiş və fəaliyyəti təqdir edilmiş, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) “Sosial Missiyanı ən uğurlu yerinə yetirən üzv təşkilat” nominasiyası üzrə 2011-ci ilin qalibi elan olunmuşdur.
2015-ci il BAMF öz əsas fəaliyyət istiqaməti İcmaların inkişafı istiqamətində də ciddi uğurlara imza atmışdır. BMT-nin 2015-ci ildən sonra Davamlı İnkişaf Hədəflərinə uyğun olaraq BAMF, yoxsulluğun azaldılması, riskli ərazilərə yaxın icmalarda məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması, peşə təlimləri vasitəsi ilə insanların məşğulluq imkanlarının yaradılması,yaşıl iqtisadiyyatın təşviqi, sosial biznesin dəstəklənməsi və.s istiqamətlər üzrə fəaliyyətlərini gücləndirmişdir.
Artıq bir neçə ildir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu və FİNCA Azərbaycan arasında işgüzar əməkdaşlıq uğurla davam edir. Əməkdaşlığın daha geniş anlamda qurulması məqsədi ilə FİNCA Azərbaycanın ölkə direktoru Timoti Tarranta və maliyyə direktorunun BAMF-ın rəhbər heyəti ilə səmərəli görüşləri olmuşdur. Görüş zamanı fəaliyyət perspektivlərinin inkişaf etdirilməsi, strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkə prezidentinin banklara və bank olmayan kredit təşkilatlarına yönəlik tövsiyyələri nəzərə alınaraq icmalarla birgə sosial korporativ layihələrin həyata keçirilməsi qərara alınmışdır.
Bununla yanaşı FİNCA Azərbaycan və BOKT Avrasiya-Kredit arasında birgə fəaliyyət formatının müəyyən edilməsi, aztəminatlı insanlarla fəaliyyətin gücləndirilməsi istiqamətində ümumi razılığa gəlinmişdir. Görüş zamanı BAMF sədri Umud Mirzəyev bank olmayan kredit təşkilatlarına qarşı diqqətin vacibliyini vurğulayıb. Bunun üçün sosial korporativ layihələrin həyata keçirilməsinin və prosesə vətəndaş cəmiyyəti təşkilatlarının, icmaların cəlb olunmasının gərəkliliyini qeyd edib.
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSƏLƏLƏRİ
2015-ci il Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan Qaçqın və Məcburi Köçkünlərin məsələləri ilə bağlı da fond üçün əlamətdar il oldu. BAMF, Belkçikanın paytaxtı Brüsseldə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının ( ECRE ) xüsusi çağırılmış iclasında keçmiş Sovet ölkələrində miqrasiya məsələlərinin tədqiqatına rəhbərlik edəcək iki təşkilatdan biri seçildi. BAMF-a, Rusiyanın qeyri-hökümət təşkilatı olan “Memorial İnternational” ilə birlikdə Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Rusiya üzrə tədqiqata , regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına rəhbərlik etmək üçün xüsusi səlahiyyət verildi. Bu regional nəşrdə müdafiə hüquqları, potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskulaşmanın həlli yolları ilə bağlı Avropa Birliyi xaricində olan ölkələrə təsir edən məlumatları toplayacaq və problemləri təhlil edəcəkdir. Qeyd edək ki, BAMF mötəbər qurum olan ECRE -nin artıq bir neçə ildir üzvüdür. BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni müntəzəm olaraq təmin edir. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla əməkdaşlıq edir.
2015 ci ildə öz prioritetlərinə uyğun BAMF BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) Azərbaycan nümayəndəliyi ilə aktiv birgə fəaliyyət göstərdi. İlk olaraq bu beynəlxalq təşkilatın nümayəndəsi Aleksandr Novikov BAMF-ın baş ofisini ziyarət etdi, birgə fəaliyyətin konturları haqqında geniş müzakirə aparıldı .
Daha sonra isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin (UNCHR) rəhbəri Dag Sigurdson BAMF-ın Bakıdakı ofisində oldu. Qonağı BAMF-ın fəaliyyəti ilə tanış edən təşkilatin sədri Umud Mirzəyev BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb. Görüş zamanı Azərbaycanda məcburi köçkünlərin qarşılaşdığı problemlər, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, proqramlar, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Qeyd edək ki, BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimləri və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir .
SÜLH QURUCULUĞU VƏ MÜNAQİŞƏRİN HƏLLİ
BAMF-ın əsas prioritet fəaliyyət istiqamətlərindən biri də qlobal təşəbbüslər sayəsində bəşəri sülhə nail olmağa kömək etməkdir. Bu məqsədlə təşkilatın Beynəlxalq Sülh Bürosu ilə əməkdaşlığı da bu il yeni bir mərhələyə qədəm qoymuşdur. Xatırladaq ki, 2013-cü ildə İsveçin paytaxtı Stokholmda BSB-nun üç illik toplantısında iştirak edən BAMF-ın sədri Umud Mirzəyev bu qurumun Ali Şurasının üzvü seçilmişdir. Ali Şuranın üzvü Umud Mirzəyev Qərbi Asiyanın 18 ölkəsinin Azərbaycan, Gürcüstan, Ermənistan, Qətər, Yəmən, Fələstin, Əmman, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Livan, Bəhreyn və İraqın təmsilçisi kimi çıxış edir. Qeyd etmək lazımdır ki, BAMF Azərbaycanda bu missiyanı reallaşdıran ilk QHT-dır. 2015-ci ildə də Beynəlxalq Sülh Bürosu ilə sıx əməkdaşlıq edilmiş, dünyada sülhün bərqərar olması, sülhməramlı aksiyalar və digər zəruri olan tədbirlər və nəşrlər barədə məlumatlar mətbuata təqdim olunmuş, birgə bəyanatlar hazırlanmışdır.
Sülh Quruculuğu və münaqişələrin həlli BAMF üçün həmişə prioritet sahə olub. Bu səhədə təşkilat 2015-cı ildə də yadda qalan layihələrə imza atıb, bu mövzudakı vacib görüşlərə təşkilatın təmsilçiləri aktiv şəkildə qatılıb. Humanitar Tədqiqatlar Cəmiyyətinin Avropa İttifaqının maliyyə və Barışıq Resursları təşkilatının dəstəyi ilə reallaşdırılan “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda
Avropa Tərəfdaşlığı (EPNK)” layihəsi çərçivəsində müzakirələrə qatılan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycanın vətəndaşı cəmiyyəti adından Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinə iradlarını bildirib. O, Avropa Birliyi Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirdiyini, son illər müşahidə olunan ikili standartlar siyasəti , Azərbaycan cəmiyyətində və mediasında bu quruma qarşı etimadsızlığın yaranmasından narahatlığını ifadə edib. BAMF sədri Avropa Birliyinin təcavüzkara münasibətdə yumşaq yanaşmasından da narahat olduğnu qeyd edib.
2015-ci ildə BAMF xarici ekspertlərin müharibənin fəlakətləri ilə tanış etmək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq istiqamətdə fəal işlər görmüşdür. Bu məqsədlə Qarabağ münaqişəsi haqqında filmin çəkilişini həyata keçirən Macarıstandan olan çəkiliş qrupunun Azərbaycana səfəri təşkil edilmişdir. Xocalı soyqırımı növbəti ildönümü münasibəti ilə keçirilən tədbirlərə qatılan xarici qonaqların ilk olaraq Azərbaycanın Dağlıq Qarabağ İcmasının rəhbərliyi və ekspertləri müharibədən ziyan çəkmiş Xocalı, Füzuli, Tərtər, Bərdə, və digər rayon rəhbərliyi, vətəndaş cəmiyyəti qurumları və məcburi köçkünlərlə görüşləri təşkil edilib. Görüşlər zamanı Xocalı faciəsi haqda qonaqlara ətraflı məlumatlar verilib, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə diqqət çəkilib. BAMF sədri Umud Mirzəyev xüsusi vurğulayıb ki, hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırım aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Ümumiyyətlə, Azərbaycan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmağa və hətta bir sıra ölkələrin parlamentlərində müvafiq hüquqi sənədlərin qəbuluna nail olub. Görüşdən sonra Şəhidlər Xiyabanı və amansızcasına qətlə yetirilən Xocalı sakinlərinin məzarları ziyarət olunub.
BAMF-ın ofisində BMT-nin 70 illiyi qeyd olundu
BAMF-ın Bakı ofisində BMT-nin 70 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbir zamanı bir sıra şəxslərin çıxışları və müzakirə sessiyası olub.Tədbirdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bəşəriyyətin ən çətin və sınaq qarşısında olduğu bir dönəmdə BMT-nin dünyada sülhün, tərəqqinin, əmin-amanlığın simvoluna çevrilməsini və illərdir ki, dünyada təhlükəsizliyin, sülhün, dayanıqlı inkişafın, fundamental insan hüquqlarının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, sülhməramlı aksiyalar və bir sıra digər məsələlərdə dövlət və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrini bir araya gətirməklə bəşər övladının firavan yaşamına, tərəqqisinə yönəlik təşəbbüslərdən söz açıb. Həmçinin BAMF-ın BMT strukturları ilə illərdir davam edən əməkdaşlığından və bu yönümdə həyata keçirdiyi layihələrdən söhbət açıb. Cənab Mirzəyev BMT-nin Sosial–İqtisadi Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin əsas qayəsi kimi BMT-nin prinsip və qaydaları, strateji proqramlarını diqqətə çatdırıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu il misirli jurnalist və tədqiqatçı Əhməd Əbdoh Tarabekin “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabının təqdimat mərasimi də keçirilib. BAMF-ın Bakı ofisində baş tutan mərasimi giriş sözü ilə açan Fondun sədri Umud Rəhimoğlu kitabın ərəb dilində çap edilməsinin əhəmiyyətindən danışıb. Tədbirdə Orta Asiya və Qafqaz məsələləri üzrə bir mütəxəssisin Dağlıq Qarabağın coğrafiyası və tarixinə, bu bölgədə yaranan münaqişəyə, onun həlli yollarına nəzər salmasını 500 milyon əhalisi olan 23 ərəb ölkəsi üçün siyasi və mədəni bir hadisə adlandırılıb.456 səhifədən ibarət olan “Qarabağ Qafqazda sülhün yoludur” kitabı Azərbaycanın Misirdəki səfirliyin dəstəyilə dərc edilib.
Nəhayət bu il BAMF Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində Avropadakı ən uğurlu layihələrindən birinə imza atdı. Avropada bir ilk olaraq, Budapeştin tanınmış Urania Beynəlxalq Kinoteatrında Qarabağ problemiylə əlaqədar “Atəşkəs” sənədli filminin təqdimatı reallaşdı. Sənədli film, Macarıstan-Azərbaycan ortaq məhsuludur. Sənədli filmin əsas xüsusiyyəti isə yalnız hərbi problemləri, qarşıdurmaları deyil, Qarabağ faciəsinə dair tarixi faktları, ekspert rəylərini, münaqişənin həlli yollarına dair müxtəlif rəyləri, müharibəyə dair şəxsi arxiv materiallarını da əhatə etməsidir. Filmin nümayişi, çoxlu sayda önəmli şəxslərin dəvət edilməsiylə, Macarıstan Turan Fondu tərəfindən reallaşdırıldı. Macarıstan Parlamentinin spikerinin baş müşaviri, 8 millət vəkili, 5 Bələdiyyə başçısı, çoxlu sayda diplomat ilə yanaşı Azərbaycanın Budapeştdəki səfiri, Türkiyənin Budapeştdəki səfiri, TIKA-nın Budapeşt müdiri və nümayəndələri, Macarıstan sənətçiləri, elm adamları, məktəb müdirləri, məşhur idmançılar, tanınmış insanlar və macar jurnalistlər filmin təqdimatında iştirak ediblər. 50 dəqiqəlik filmin nümayişi avropalı tamaşaçılar tətərfindən rəğbətlə qarşılanıb. Macar Turan Fondunun sədri və filmin direktoru Andras Biro filmin Macarıstan Azərbaycan dostluğuna, qardaşlığına möhkəm əsaslar yaratdığını bildirməklə yanaşı, filmin Avropada böyük rezonans doğuracağını ifadə edib. Filmin rejissoru Erik Bognar məhz bu film vasitəsi ilə Azərbaycanın haqq ədalət mövqeyi ilə yaxından tanış olduğunu, bu xalqın yaradıcılıq, sülhpərvərliyinə, qonaqpərvərliyinə heyran qaldığını bildirib.
BAMF Mina Təhlükəsi ilə Mübarizə Proqramında - İcma Mina Aksiyası
Bu il BAMF-ın “İcma Mina Aksiyası” Komandası (İMAK) 2015-ci il ərzində Azərbaycanın işğal olunmuş əraziləri ilə həmsərhəd və işğaldan azad olunmuş regionlarında xüsusən Tərtər, Goranboy, Göygöl, Bərdə rayonlarında minatəmizləmə, ləğv etmə və tək sursat əməliyyatlarını davam etdirmişdir. 2015-ci ildə minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 4.306.802 kvadratmetr (430 ha) ərazidə təmizləmə əməliyyatları həyata keçirilmiş, ümumilikdə 95 ədəd mina və müharibənin partlamamış qalıqları aşkar olunaraq zərərsizləşdirilmişdir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlərə uyğun olaraq minatəmizləmə əməliyyatları həyata keçirən BAMF-ın İcma Mina Aksiyası komandası 2014-cü il üçün qarşıya qoyular vəzifələrə əsasən regionların sosial-iqtisadi inkişaf planına uyğun olaraq təsərrüfat sahələrinin və infrastrukturun risk təhlükəsindən azad edilməsi, insanların doğma yerlərinə, icmalara qayıtması və iqtisadi fəaliyyətin qurulması üçün benefisiarların təhlükəsiz fəaliyyətinə şərait yaratmışdır. Ümumilikdə minatəmizləmə əməliyyatı nəticəsində sözü gedən regionlarda 20 min nəfərdən çox insan bəhrələnmişdir.
İMAK mütəxəssisləri 2015-ci ildə Mina Təhlükəsi ilə Mübarizə Proqramı çərçivəsində 22 kənddə 1650 nəfərə Mina Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müvafiq maarifləndirmə işləri aparmış, təhlükəli ərazilərdə iri bilbordlar basdırmış, əyani vəsaitlər paylanılmış, işarələmə və nişanlama işləri həyata keçirmişdir.
BAMF təsis etdiyi Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyası və Tərtər Peşə Təlim Mərkəzi vasitəsi ilə 2015-ci ildə də minadanzərərçəkənlər və ya onların ailə üzvlərinə eləcə də müharibə təsirinə məruz qalan digər əhali qrupları üçün tibbi, hüquqi, psixoloji və məşğulluq sahələri üzrə yardımını davam etdirmiş, ailə təsərrüfat imkanlarının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində proqramları davam etdirmişdir.
04 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günüdür
15 ilə yaxındır ki, BMT İnkişaf Proqramının Mina Təhlükəsi ilə Mübarizə Proqramına qoşulan və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlərə uyğun olaraq tədqiqatlar, minatəmizləmə əməliyyatları həyata keçirən və ciddi sosial layihələr reallaşdıran BAMF, hər il 04 Aprel Beynəlxalq Mina Təhlükəsi Mübarizə günü münasibəti ilə Azərbaycanın müxtəlif rayonlarında sosial korporativ layihələr həyata keçirir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İcma Mina Aksiyası” Komandası (İMAK) 04 aprel – “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” ilə əlaqədar Tərtər, Ağcabədi, Bərdə rayonlarında xüsusi tədbirlər keçirib. BAMF-ın Tərtər Peşə Təlim Mərkəzinin əkin sahəsində minadanzərəçəkənlər tərəfindən yetişdirilən 400 ədəd şam ağacı FINCA Azerbaycan Qeyri-Bank Kredit Təşkilatının nümayəndələri ilə birgə Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində əkilib. Bu ərazidə əsasən işğal altında olan Laçın və Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı qaçqın qəsəbələri yerləşir.
Bununla yanaşı “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İcma Mina Aksiyası” komandası məcburi köçkünlərin məskunlaşdığı Tərtərin cəbhə xətti ərazilərinə yaxın yerləşən Şıxarx və Həsənqaya eləcə də Goranboy rayonunun Tap Qaraqoyunlu, Hacallı kəndlərində Mina Təhlükəsinə dair maarifləndirmə istiqamətində müvafiq izahat işləri aparıb.
Xatırladaq ki, 04 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırışdır.
ƏMƏKDAŞLIQ İMKANLARININ GÜCLƏNDİRİLMƏSİ
2015-ci il ərzində BAMF-ın yeni ofisində Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, beynəlxalq əməkdaşlıq imkanlarının gücləndirilməsi sahəsində çox vacib görüşlər keçirilib, müzakirələr aparılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat Xidmətinin rəhbəri, əməkdar jurnalist Akif Əli Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar. Görüş zamanı beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi vəziyyət, dövlət və vətəndaş cəmiyyəti münasibətləri, media və vətəndaş cəmiyyəti qurumlarının beynəlxalq münasibətlərin inkişaf etdirilməsindəki roluna dair müzakirələr aparılıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BAMF-ın beynəlxalq arenadakı rolu, beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib.
Xüsusilə xarici ölkələrin səfirlik və nümayəndəliklərinin təmsilçilərinin BAMF-ın ofisini ziyarət etməsi təşkilatın fəlaiyyətin beynəlxalq istiqamətdə qurulmasında çox vacib rol oynayıb. Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, xanım Drout-Lozinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində olub. Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, təhsil və mədəni proqramlar xüsusilə regionlarda təlim mərkəzləri, mikromaliyyələşmə, maarifləndirmə və s. məsələlər müzakirə olunub . BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olmuşdur.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi məsələlər üzrə məsləhətçisi cənab Vadim Sidyçenkonun da Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olmuşdur. Fondun sədri cənab Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 20 ildən çox təcrübəyə malik olduğunu bildirmiş və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu Ukraynalı rəsminin diqqətinə çatdırmışdır. Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı müzakirələr ediblər.
Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Səfirin daimi Nümayəndəsi Dr. Wolfgang Mössinger və Birinci Katib Dr. Frederik Hanken də 2015-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisini ziyarət edən qonaqlar sırasında olublar. BAMF-ın əsas heyəti ilə görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, institutlar arası mübadilə proqramları, könüllü tələbələrin təcrübə mübadiləsi, peşə təlim mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, mikromaliyyələşmə, məktəblilərin iqtisadi biliklərinin artırılması sahəsində maarifləndirmə və s. məsələlər müzakirə olunub. Sadalanan fəaliyyət istiqamətlərində alman tərəfinin dəstəyi BAMF üçün xüsusilə əhəmiyyətlidir, belə ki, Almaniya dünyada maliyyə bacarıqları və ikili təhsil sisteminin keyfiyyəti üzrə dünya lideridir. Qonaqlar , eyni zamanda Bank Olmayan Kredit Təşkilatı „Avrasiya Kredit“-in fəaliyyəti ilə yaxından tanış olublar. „Avrasiya Kredit“-in Baş direktoru səfirliyin nümayəndələrinə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Almaniya Səfirliyi və BAMF yaxın gələcəkdə mümkün birgə layihə kimi münaqişə rayonlarında məktəblilərə həyatlarının erkən dövrlərində maliyyə vəsaitinə qənaət etmənin vacibliyi layihəsinin icrasını planlaşdırırlar.Görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu.
2015-ci ildə BAMF-ın ofisində olanlar sırasında ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, cənab Stefan Qays Stephen Guice və səfirliyin məsul əməkdaşları da var . Birgə görüşdə bir sıra məsələlər müzakirə olunub. Beynəlxalq Avrasiya Mətbuat Fondu və ABŞ səfirliyi arasında mövcud əməkdaşlıq, həyata keçirilmiş birgə layihələr müzakirə olunub. Görüşdə BAMF-ın ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinə verdiyi töhfələrdən söz açılıb. Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri cənab Stephen Guice isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu mövqeyinin də dəyişməz olaraq qaldığını vurğulayıb. Sonra görüş gələcək layihələrin müzakirəsi ilə davam edib.
BAMF ofisində Türkcə Danışan Ölkələr Beynəlxalq Qəzeticilər Dərnəyinin sədri Güngör Yavuzaslan da yüksək səviyyə də qəbul olunub. Görüş zamanı, İraq, Suriya və digər münaqişə bölgələrində məskunlaşmış türklərin problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, mədəni-kultroloji, humanitar əlaqələrin genişləndirilməsinin vacibliyi müzakirə olunub. Umud Mirzəyev Qafqaz regionundan, Orta Şərqdən yazan jurnalistlərin bir arada toplanması, münaqişə bölgələrinə səfərlərin təşkili, obyektiv informasiyanın toplanması istiqamətində əməkdaşlıq imkanlarının daha geniş beynəlxalq kontekstdə qurulması üçün tədbirlərin keçirilməsini və müxtəlif dillərdə hazırlanmış məlumatların dünya mediasına çıxarılmasına zərurət olduğunu bildirib. Görüşün sonunda Türk dünyasından yazan yazarların Bakı konqresinin keçirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi qərarlaşdırılıb.
Bu il BAMF beynəlxalq səviyyəli memorandum da imzalayıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tərəflər Azərbaycan və İsrail həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zərurətini nəzərə alaraq, mətbuat və informasiya sahələrində, eləcə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətlərində əməkdaşlığın qurulması məqsədi ilə birgə fəaliyyət göstərəcəklər. Hər iki təşkilat sosial-mədəni tədbirlər vasitəsi ilə , iki ölkə jurnalistləri və ictimai xadimləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini təşviq edəcəklər. Bununla yanaşı ölkələrinin iqtisadi, siyasi, mədəni və sosial həyatı ilə daha yaxından tanış olmaq və fikir mübadiləsi aparmaq məqsədi ilə kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini təşviq edəcəklər.
2015-ci il BAMF üçün həm beynəlxalq, həm yerli səviyyədə əməkdaşlıq arealını genişləndirmək baxımından çox səmərəli il olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini ziyarət edib. Komitənin sədri Mübariz Qurbanlı ilə görüşdə nümayəndə heyətinin rəhbəri , BAMF-in sədri Umud Mirzəyev Azərbaycanda tolerantlığın ən yüksək formada mövcudluğundan söz açaraq bildirib ki, Azərbaycan multikultural dövlət olduğu üçün müxtəlif mədəniyyətlər vahid ideya ətrafında birləşiblər. Bu sahədə komitənin uğurlu fəaliyyətinə toxunan cənab Mirzəyev komitənin vətəndaş cəmiyyəti təmsilçiləri ilə əməkdaşlığının gələcək prespektivlərindən də söz açıb. Cənab Qurbanlı bildirib ki, komitə bütün qurumlarla , o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğatı və təşviqatı üçün birgə tədbirlərin keçirilməsində maraqlıdır. Çünki bu tədbirlərin əsas məqsədi, milli adət və ənənələrin qorunmasını təmin etmək və inkişaf etdirməkdən ibarətdir.
İlin yadda qalan görüşlərindən biri də Yaponiyanın Azərbaycandakı səfiri Tsuguo Takahashi ilə baş tutan görüş oldu. Görüşdə mövcud layihələrin durumu və gələcək əməkdaşlığın perspektiv imkanları müzakirə edilib. Görüşdə cənab səfir bildirib ki, BAMF-ın mayın 22-i baş tutan ofisinin açılışı mərasimi çox yüksək səviyyədə keçib. O, Yaponiya Hökumətinin BAMF-ın icmanın inkişafı sahəsində gördüyü işləri Tərtər Peşə Təlim Mərkəzi vasitəsi ilə aztəminatlı insanların peşə vərdişlərinin artırılması, kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafı üzrə gördüyü işləri bundan sonra da dəstəkləyəcəyini qeyd edib. Xatırladaq ki , mayın 22-si baş tutan mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyinə BAMF-ın “Fəxri diplomu” təqdim edilib.
BAMF-ın sədri Umud Mirzəyev Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinə də baş çəkib. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin rəhbəri cənab Əhməd Sami əl-Aydi mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib və ölkələrimizin qarşılıqlı fəaliyyətlərindən söz açıb. Fikir mübadiləsi əsnasında keçən görüşdə gələcək əməkdaşlıq perspektivlərindən danışılıb, gələcəkdə BAMF və Misir Mədəniyyət Mərkəzinin birgə müxtəlif tədbirlər keçirməsi barədə təkliflər səsləndirilib. BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan BAMF kimi nüfuzlu təşkilatın fəaliyyətinin Ərəb ölkələrində də işıqlandırılmasının vacibliyini qeyd edən Cənab Əhməd Sami əl-Aydi bunun Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılmasında mühüm addım olacağını bildirib. Daha sonra, Umud Mirzəyev mərkəzin səyyar sərgisi və 8000-dən çox kitabdan ibarət böyük kitabxanası ilə tanış olub. Cənab Əhməd Sami əl-Aydi sonda Umud Mirzəyevə Misir mədəniyyətini əks etdirən orijinal papirus olan tablonu hədiyyə edib.
2015-ci ildə BAMF-ın sədri Umud Mirzəyev və təşkilatın beynəlxalq məsləhətçisi Lutful Kabir Mərakeşin Azərbaycandakı səfiri, BAMF-ın yaxın dostu Həsən Hami ilə birgə gələcək əməkdaşlıq perspektivləri, ərəb dünyası və Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin inkişaf etdirilməsi, tarixi-mədəni tədbirlərin təşkili istiqamətində fikir mübadiləsi aparılmışdır.
Bu il Azərbaycanın ən köklü və geniş beynəlxalq şəbəkəyə malik media orqanı AzərTAc-ın 95 illik yubileyi keçirildi. Bu nüfuzlu media orqanına təbriklərini çatdıranlar arasında BAMF-ın kollektivi də oldu. Görüşdə fondun sədri Umud Mirzayev agentliyin son illərdə qazandığı nailiyyətlərin qürurverici olduğunu söyləyib. AzərTAc-ın baş direktoru Aslan Aslanov agentliyin keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri, son illərdə əldə etdiyi uğurlar, xüsusilə dünyanın nüfuzlu xəbər agentlikləri alyanslarının rəhbər heyətində təmsil olunması barədə məlumat verib. Baş direktor BAMF-ın ölkəmizdə media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib. Görüşdə AzərTAc ilə BAMF arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu il Bakı şəhəri böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onlardan biri də məhz Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısıdır. Bu toplantıda iştirak edən BAMF sədri Bakıya dəvət olunan Hindistan Maliyyə İnstitutunun yaradıcısı və rəhbərlər şurasının hazırki sədri, professor J.D.Agarval ilə görüşüb. Cənab Agarvalın ailə üzvlərinin də iştirak etdiyi görüşdə BAMF-la Hindistan Maliyyə İnstitutu arasında əməkdaşlığın perspektiv imkanları müzakirə olunub. Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirən cənab Agarval bunu Azərbaycanla Asiya İnkişaf Bankı və Asiya maliyyə qurumları arasında uğurlu əməkdaşlığın bariz nümuməsi kimi dəyərləndirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirən Hindistan Maliyyə İnstitutunun rəhbəri təşkilat haqqında xoş sözlər deyib, BAMF-ın beynəlxalq fəaliyyətini və statusunu BMT-nin analoji xüsusiyyətləri ilə müqayisə edib və BAMF-ın regionda “Kiçik BMT” rolunu oynadığını bildirib.
Asiyadan olan yüksək səviyyəli qonaqlarımız sırasında İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis, onu müşayət edən Milli komissiyanın yüksək mütəxəssisi Elfansuri Xeyrah və “Jakarta Post” qəzetinin jurnalisti Viramalla Ancayah da olub. BAMF-ın ofisində keçirilən görüşdə Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri və bu münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Vətəndaş Cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə məlumat verib.Qeyd edilib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət göstərilir. Bu qəbildən olan insanların problemləri yüksək səviyyədə həll edilir. Lakin bütün məcburi köçkünlərin bir arzusu var - ata-baba torpaqlarına qayıtmaq.İndoneziya nümayəndə heyətinin rəhbəri Nur Xolis isə deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların hüquqlarının pozulması, onların öz doğma torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir.
BAMF-ın ofisini ziyarət edənlər sırasında Beynəlxalq Əmək Təşkilatının (ILO) Azərbaycandakı rəsmi nümayəndəsi Yaşar Həmzəyev də olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində fondun rəhbərliyi ilə görüşən cənab Həmzəyev təmsil etdiyi təşkilatın Azərbaycandakı fəaliyyətinin prioritetləri barədə məlumat verib. Görüşdə BAMF-la Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Qonaq təşkilatın ofisi və işçi heyətinin fəaliyyəti ilə yaxından tanış olub işçi heyətin beynəlxalq təlimlərə cəlb edilməsi istiqamətində faydalı əməkdaşlıq imkanlarına toxunub.
Baş ofisi İordaniyanın Amman şəhərində yerləşən əsası 2007-ci ildə Şahzadə Feisal Əl Hüseyn tərəfindən qoyulan “Sülhün carcıları” təşkilatının proqram rəhbəri Lama Hattab və proqramlar üzrə mütəxəssis Dinesha Suppiah da bu il BAMF-ın qonağı olub.
BAMF-ın sədri Umud Mirzəyev və təşkilatın işçi heyətinin iştirakı ilə baş tutan görüşdə bir sıra sülhyönümlü fəaliyyətlərin Azərbaycanda təşviqi mövzusu müzakirə olunub, gələcəkdə könüllülük proqramları və gənclər üçün liderlik fəaliyyətləri təşkil etməklə cəmiyyətdə tolerantlığı və fəal iştirakçılılığın təmin edilməsinə dair fikir mübadiləsi aparılıb. İki təşkilat arasında yerli və beynəlxalq səviyyədə sülhün təmin olunması məqsədilə gələcək əməkdaşlıqdan söhbət açılıb.
Sosial- Mədəni tədbirlər
Bu il BAMF aparıcı vətəndaş cəmiyyəti təmsilçisi kimi bir sıra mədəni və elmi layihələrin baş tutmasında aparıcı rol oynayıb, bu istiqamətdə öz peşakar bacarığını ortaya qoyub. İlk olaraq , BAMF-ın dəstəyi ilə Azərbaycandan olan geniş nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub. Novruz Bayramı günlərinə təsadüf edən səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu, Udmurtiyadakı “Dostluq” - Azərbaycan İctimai Mərkəzi və Udmurtiyanın Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Azərbaycan nümayəndə heyəti ilk olaraq Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyovla görüşüb. Görüşdə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyov bildirib ki, Azərbaycan və Rusiyanın münasibətlərinin bugünkü dinamik inkişafı bütün sahələrdə yaxşı nəticələrin əldə olunmasına şərait yaradır. Bizim əməkdaşlığımız dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır. Görüşdə Umud Mirzəyev isə bəyan etdi ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir. Moskvada və Rusiyanın digər şəhərlərində böyük miqdarda azərbaycanlı yaşayır ki, onlar arasında çoxlu sayda hörmət sahibi insanlar – həkimlər, alimlər, pedaqoqlar və ölkəmizi geniş şəkildə təbliğ edən digər peşə sahibləri var. Rusiyanın Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən “Dostluq” - Azərbaycan İctimai Mərkəzi də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi fəaliyyət göstərir. Mərkəzin məqsədi Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, mədəniyyət təşəbbusləri, Rusiya cəmiyyətinin mədəni həyatına Udmurtiyadakı azərbaycanlıların fəal inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, iki ölkə arasında əlaqələri möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Təşkilat fəaliyyətini hər iki ölkənin milli maraqları əsasında qurub və hər iki ölkənin prioritet hesab elədiyi istiqamətlər üzrə bundan sonra da davamlı olaraq aktiv işlər görmək niyyətindədir. Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən Udmurtiya Respublikasının rəhbərinə BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF-ın Ali mükafatı, dəyərli hədiyyələr təqdim olundu . Bununla yanaşı cənab Salavyova Novruzun atributları olan “Səməni” və şirniyyatlar da təqdim edilib. Azərbaycan nümayəndə heyətinin daha sonra Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyi , Udmurtiyanın Milli muzeyi, Kalaşnikov adına Muzey-sərgi mərkəzi, Müqəddəs Mixaylov kilsəsini və Udmurtiyanın bir sıra başqa tarixi məkanları ilə yaxından tanış olublar. Bununla yanaşı Udmurtiyadakı Azərbaycan diasporunun nümayəndələrilə geniş görüş keçirilib , birgə reallaşdırılacaq layihələr müzakirə olunub.
Səfərin sonunda Novruz Bayramı münasibətilə Udmurtiyanın mədəniyyət sarayında xanəndə Qoçaq Əsgərovun başçılıq etdiyi musiqi truppasının iştirakı ilə qala konsert keçirilib. Konsertə Udmurtiyanın ictimai xadimləri , hökümət təmsilçiləri ilə yanaşı , Azərbaycanda da kifayət qədər tanınan , Bakıda keçirilən Avroviziya yarışmasında Rusiyanı təmsil edən «Бура́новские ба́бушки» qrupunun üzvləri də iştirak ediblər
14-16 Avqust tarixlərində Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə "Atilla günü" keçirilib. Bu ilki "Atilla günü" gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır, macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi daşıyır. Mərasim məşhur hun sərkərdəsi Atillanın xatirəsinə həsr olunmuşdur və bu törən bəzən də”Əcdadlar günü” kimi də adlandırılır. Mərasimidə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bu cür tədbirlərin eyni kökdən, eyni soydan olan və eyni taleləri yaşamış insanların daha da çox bir-birlərini tanıması, bir-birlərinin yanında olması baxımından önəmli olduğunu vurğulayıb." Atilla günü"nün açılış mərasimində Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Macar Turan Cəmiyyətinin diplomu ilə təltif olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondu və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu ilin oktyabr ayının 10-12 si tarixlərində İran İslam Respublikasının mədəniyyət və incəsənət xadimləri - İran Təbriz aşıqlarının “Dalğa” qrupu nümayəndə heyəti iki günlük Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində İran Təbriz aşıqlarının “Dalğa” qrupunun 15 nəfərlik nümayəndə heyəti 11 oktyabr tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Qarabağ konfiliktinin qurbanları ilə, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, müharibədən zərər çəkmiş və öz el-obasından didərgin düşmüş insanlar ilə görüşü – konsert proqramı həyata keçirib. Möhtəşəm tədbirə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə və BAMF-ın sədri Umud Mirzəyevə təşəkkür edilib. Tədbirin sonunda Umud Rəhimoğlu və Qənirə Paşayeva “Dalğa” qrupunun üzvlərinə qiymətli hədiyyələr verib.
15 Oktyabr 2015-ci ildə İjevsk şəhərinin Xalqlar Dostluğu Evində, Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyinin və Xalqlar Dostluğu Evinin dəstəyi ilə “Udmurtiya Azərbaycan Dostluq İctimaiMərkəzi” BAMF-la birgə Udmurtiyanın milli mədəni birlikləri arasında Nə? Harada? Nə zaman? oyununun 40 illiyi münasibətilə həmin intellektual idman oyunun açıq çempionatını keçirib. Bayram tədbirində qonaqları səmimi salamlayan “Dostluq” Azərbaycan Diasporasının rəhbəri Zülfüqar Mirzəyev, Milli Siyasət Nazirliyinin rəhbərliyinə, Xalqlar Dostluğu Evinə, “AMOR”-un idarə heyətinin üzvü Həsənova Ayət Hümbət qızına və “AzərTac” İnformasiya Agentliyinə tədbirin təşkilatçılığında göstərdikləri köməyə və iştiraka görə təşəkkür etdi, sonra isə təhsil müəssisələrinin qızıl medal və diplom alan məzunlarını təntənəli şəkildə mükafatlandırdı. Oyuna klubun mütəxəssisləri, Nə? Harada? Nə zaman? Rusiya televiziya oyununun oyunçuları, oyunun qalibləri və “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko aparıcılıq ediblər.
Gənclərlə iş sahəsində fəaliyyət və Könüllülük.
Bu il Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda fəaliyyət göstərən aparıcı gənclər təşkilatları ilə də əməkdaşlığa xüsusi önəm verib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və İrəli İctima Birliyini rəhbərləri BAMF-ın ofisini ziyarət edərək birgə əməkdaşlıq imkanları, birgə layihələrin perspektivi və təşkilatlar arası strateji hədəfləri müzakirə ediblər.
BAMF sədri Umud Mirzəyev, Təhlükəsiz və İnklüziv İdman mövzusunda 2015-ci il Yeniyetmələr Bəyannaməsinin Təqdimat mərasimində də iştirak edib. Qeyd edək ki, bu tədbir Bakı 2015-ci ilk Avropa Oyunlarının sosial irsi ilə bağlı UNICEF-BEGOC tərəfdaşlığı çərçivəsində 2 günlük Yeniyetmələrin Milli Məsləhətləşməsinin kulminasiya nöqtəsidir. Bu tədbirə qatılan gənclərin böyük bir hissəsi, UNICEF-in Azərbaycan nümayəndəliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin gənc üzvləridir.
BAMF bu il də gənclərlə iş sahəsində əsas tərəfdaşı UNICEF –lə əməkdaşlığı davam etdirib. UNİCEF tərəfdaşları ilə birgə “İllik fəaliyyətlərin yenidən nəzərdən keçirilməsi və növbəti addımlar” adlı tədbir həyata keçirİb. Tədbirdə əsas məqsədlər olan cari ölkə proqramının xüsusilə 2015 ci il üçün irəliləyişlərin, nəaliyyətlərin və problemlərin yenidən nəzərdən keçirilməsi, 2016-2020-cil illər üçün Ölkə Proqramı və Dəyişmə Nəzəriyyəsi üzrə təqdimat etmişdir. Təqdimatdan sonra, Təhsil və Fəlakət Risklərinin Azaldılması, Uşaqların müdafiəsi, Gənc və yeniyetmələrin İnkişafı, Səhiyyə və Qidalanma proqramları mövzusunda qrup işləri davam etmişdir və maraqlı və ətraflı təqdimatlarla yekunlaşmışdır. BAMF –ın təmsilçisi Nahid Quliyev və AYAP layihəsinin regional kordinatorları Allahyarova Xanım, Quliyev Ceyhun, Kərimov Namaz Gənc və Yeniyetmələrin İnkişafı proqramının rəhbəri Aida Ailarovanın moderatorluq etdiyi qrupda fəal iştirak edərək hazırlanacaq proqrama öz töhfələrini vermişlər.
02 fevral Ümumrespublika Gənclər günü münasibəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində müzakirə xarakterli görüş keçirilib.Tədbiri açıq elan edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin, gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Tədbirə qatılan UNICEF-in Azərbaycan nümayəndəliyinin Yeniyetmə və Gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova isə bildirib ki, onun təmsil etdiyi beynəlxalq təşkilat Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri və gənclər təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıdır. Daha sonra, Beynəlxalq Avrasiya Mətbuat Fondu UNICEF-in maliyyə dəstəyi, Gənclər və İdman nazirliyinin yaxından iştirakı ilə Azərbaycanın ümumilikdə 14 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin qısa təqdimatı keçirilib.
2015-ci ilin dekabr ayında BAMF dəstəyi ilə yaradılan Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) təşkilatçılığı və Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin II ümumrespublika forumu” keçirilib.Forumun keçirilməsində BAMF BBTK-ya həmişə olduğu kimi təşkilati dəstək göstərməkdədir.
BBTK-nın sədri Aysəba Umutlu I forumdan ötən dövr ərzində BBTK-nın uğurlu və yadda qalan layihələrindən danışıb. Forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi gəncləri bir araya gətirmək, onlara özünü ifadə etmək imkanı vermək, layihənin icrası zamanı əcnəbi tələbələrin problemlərinin araşdırılması və maraq dairələrini öyrənmək, azərbaycanlı tələbələrlə əcnəbi tələbələr arasında ünsiyyətin möhkəmlənməsinə xidmət edən tədbirləri təşkil etməkdir. Forumda bildirilib ki, bu gün Azərbaycanda 58 ölkənin 5 minə yaxın vətəndaşı təhsil alır. Əgər I forumda 18 ölkədən 200-ə yaxın tələbə iştirak edirdisə, II forumda 25 ölkədən 300-dən çox tələbə iştirak etmişdir.
“Təklif bizdən, dəstək sizdən” devizi altında keçirilən forumda Bakıda təhsil alan əcnəbi tələbələr daha çox Beynəlxalq Gənclər Mərkəzinin yaradılması, yaradıcı və istedadlı tələbələr üçün sərgilərin təşkili, eləcə də Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə xüsusi turların həyata keçirilməsi ilə bağlı təkliflərlə çıxış ediblər. Azərbaycan mədəniyyətinə yüksək qiymət verən əcnəbi tələbələrin ifasında səslənən mahnı və rəqslər forumun gedişinə bir az da rəng qatıb.
Qeyd edək ki, forumda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, Azərbaycandakı müxtəlif səfirliklərin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən müxtəlif ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr iştirak edib.
Daim gənc nəslə beynəlxalq təcrübəni aşılamağa çalışan BAMF artıq bir neçə ildir ki, bu fəaliyyəti öz strategiyasına da daxil edib. 2015 ci il də bu istiqamətdə yadda qalan il oldu. Çoxlu sayda gənc BAMF-ın ofisində təcrübə keçmək, xarici mütəxəssislərlə görüşmək imkanı qazanıblar . Bu ilki İntern proqramı çərşivəsində həm beynəlxalq həm də yerli gənclər təşkilatın fəaliyyət istiqamətləri üzrə iş təcrübəsi qazanmaq və məlumat əldə etmək üçün öz vaxtlarından səmərəli şəkildə istifadə etdilər. İl ərzində BDU, Xəzər, ADA, universitetlərinin tələbələri təcrübə proqramlarında iştirak ediblər. Slavyan Universitetindən müxtəlif ixtisaslar üzrə təhsil alan 50 nəfərdən yuxarı tələbəsi BAMF-ın həyata keçirdiyi proqramlarda praktik biliklər toplamışdırlar. Almaniyanın Frankfurt, Hollandiyanın Utrex, Amerikanın Girne universitetinin tələbələri BAMF ın missiyasına uyğun sahələrdə xüsusilə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı tədqiqat aparmaq üçün ölkəmizdə olmuşlar. BAMF-ın sədri Umud Mirzəyev təcrübə proqramını uğurla başa çatdıran iştirakçıları sertifikatlarla təltif edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. İştirakçılar da öz növbələrində BAMF-ın yaratdığı imkanlara görə rəhbərliyə öz təşəkkürlərini bildirib, əldə etdikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində tətbiq edəcəklərini vurğulayıb.
BAMF –ın beynəlxalq statusu və qazandığı nəaliyyətlər əcnəbi tələbələrin də diqqətini çəkir və hər il olduğu kimi bu ildə tələbələr araşdırma aparmaq və təcrübə əldə etmək üçün ölkəmizə gəlirlər. Hollandiyanın Utrex Tətbiqi Elmlər Universitetinin tətbiqi elmlər fakültəsinin bir qrup araşdırmaçı tələbələri – Yoeri Vugts, Marjdein Bax və Mart Grol Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində olublar. Təşkilatın sədri Umud Mirzəyev ilə görüşən tələbələrə onları maraqlandıran araşdırma mövzuları olan qaçqın və məcburi köçkünlərin vəziyyəti barəsində məlumatlar verilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər haqqında, Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərdən və bunun insanların həyatında buraxdığı silinməz izlərdən söhbət açılıb. Qonaqlara hal-hazırda işğal altında olan 20% Azərbaycan torpaqları barəsində geniş məlumatlar verilib. BAMF-ın sədri bildirib ki, regionda sülhün və əmin amanlığın bərqərar olamasının əsas səbəblərindən biri bu problemin öz həllini tapmamasıdır. Həmçinin BAMF-ın sədri bu yönümdə keçirdiyi layihələr barəsində və təşkilatın gördüyü işlər haqqında qonaqları məlumatlandırıb. Daha sonra qonaqlar BAMF-ın Bakı ofisi ilə tanış olublar.
2015 ci ilin yekunu olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu Xəzər Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən təcrübə proqramının müvəffəqiyyətlə tamamlandığını elan edib. Xəzər Universitetinin tələbələri Vüsalə Hüseynova və Elvin Əbdurəhmanlı bir aylıq proqramı uğurla başa vurmuşdur. BAMF-ın sədri Umud Mirzəyev iştirakçıları sertifikatlarla təltif edərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Proqram iştirakçıları öz növbəsində, rəhbərliyə BAMF tərəfindən yaradılan imkana görə təşəkkürlərini bildiriblər və gələcək fəaliyyətlərində təcrübə proqramı zamanı əldə etdikləri bilik və bacarıqları tətbiq edəcəklərini qeyd ediblər.
CEPA - ixtisasın təkmilləşdirilməsi və peşə inkişafı mərkəzi
İxtisasın Təkmilləşdirilməsi və Peşə İnkişafı Mərkəzi (CEPA) 2014-cü ilin dekabrında BAMF-ın nəzdində yaradılmış və 2015 ci ildən fəaliyyətə başlamışdır. Bu mərkəzin yaradılmasında məqsəd ixtisaslı kadrlar hazırlamaq, onların təcrübəsini artırmaq və müxtəlif təkmilləşdirmə proqramları hazırlayaraq həyata keçirməkdir. Missiyasına sadiq qalan mərkəz, öz təcrübəli təlimçiləri vasitəsilə, Strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, işgüzar ünsiyyət, layihələrin idarə edilməsi, qeyri kommersiya sahəsində çalışan menecerlər üçün maliyyə ehtiyatlarının idarə edilməsinə dair kurslar təşkil etmişdir.
Təcrübəli Direktor tərəfindən idarə olunan mərkəzdə biznesin inkişafı, təlim və idarəetmə sahəsində zəngin təcrübəyə malik nüfuzlu beynəlxalq mütəxəssislər çalışırlar. Kursu başa vuran iştirakçılara fərqlənmə sertifikatı təqdim olunur. Mərkəzin yüksək səviyyəli beynəlxalq və yerli təlimçilərdən ibarət geniş şəbəkəsi vardır ki bu da sifariş edilən kurslar üçün mükəmməl təlimçi müəyyən etməyə və digər müntəzəm kursların keyfiyyətinə zəmanət verir.
Bundan əlavə BAMF-ın təsisçiliyi ilə yaradılan Tərtər Peşə Təlim Mərkəzi artıq neçə ildir ki, regionda humanitar proqramların dəstəklənməsi, insanların peşə vərdişlərinin inkişaf etdirilməsi, az təminatlı insanların müxtəlif proqramlara cəlb edilməsi ilə həyat şəraitlərinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrindən olan gənclərin cəmiyyətdə aktiv iştirakçılığının təşviq edilməsi, sülh məramlı aksiyalar çərçivəsində minaaxtaranlara müxtəlif təlimlərin keçirilməsi və s maarifləndirmə imkanları təklif edir.