R

 

Ermənistan humanitar atəşkəsi pozaraq, Azərbaycanın mülki əhalisinin yaşadığı məntəqələri hədəfə alıb. Bu dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinə raket zərbələri endirilib.

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev hadisə yerində olub və fikirlərini Azərbaycan Televiziyası ilə paylaşıb.

Umud Mirzəyev baş verən hadisələrin Gəncə əhalisinin əhvalına zərrə qədər də təsir etmədiyini bildirib.

O, hesab edir ki, məkrli düşmənin bu addımının arxasında onun cəbhədəki məğıubiyyyəti dayanır.

Sadəcə Gəncə deyil, digər şəhərlərə də zərbələrin endirilməsini qeyd edən Umud Mirzəyev düşmənin müharibə başlayandan bəri dünya liderlərinə duruş gətirə bilmədiyi üçün savaşı dayandırmaqdan ötrü yalvardığını bildirib.

O, Gəncənin hədəfə alınmasını şiddətlə qınayaraq, rəsmi qurumların Fövqəladə Hallar Nazirliyi və ANAMA-nın birgə fəaliyyətlərini yüksək qiymətləndirib.