Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Elmi-Metodik Şurası tərəfindən təsdiq edilmişdir
_________________________________________
“AVRASİYA PRESS”
Bakı-2011
Tərtib edən ekspertlər:
Urxan Ələkbərov – UNESCO-nun Azərbaycan Milli MaB
(İnsan və Biosfer) Komitəsinin sədri
Cahangir Məmmədli – Bakı Dövlət Universiteti jurnalistika
Fakültəsinin kafedra müdiri, professor
Hüseyn Bayramzadə – Azərbaycan Təhsil Nazirliyinin məsul
işçisi
Müasir mətbuatda ekoloji stabillik və iqlim dəyişmələri mövzusu. Bakı, “Avrasiya Press”, 2011, 20 səh.
“Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” layihəsi çərçivəsində nəşr edilən bu vəsait çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur.
© “AVRASİYA PRESS”, 2011.
Giriş
Ətraf mühitin çirklənməsi və pozulması bir sıra ekoloji, iqtisadi və sosial problemlərin yaranmasının əsasını təşkil edir və insanın bir şəxsiyyət və vətandaş kimi layiqli həyat sürməsini ənğəlliyir. Ətraf təbii mühitin pozulması və çirklənməsi hal-hazırda bəşəriyyət üçün bir sıra iqtisadi və sosial problemlər yaratmaqla yanaşı, eyni zamanda gələcəkdə yeni irimiqyaslı ekoloji fəsadların əmələ gəl¬mə¬sinə də təkan verir. Ətraf mühitin pozulması və çirklən¬məsin¬dən irəli gələn yeni törəmə ekoloji problemlər ara¬sında iqlim dəyişmələri xüsusi yer tutur. Dünyanın müxtəlif reqionlarında baş verən qasırğa və sellər, çayların daşması, dünyanın fərqli yerlərində müşahidə olunan quraq¬lıq və bunun tam əksi olan leysan yağışlar və çayların daşması şəhər və kəndlərin infrastrukturlarına, sənaye və kənd təsər¬rüfatına olduqca böyük zərər vurur. Nəticədə insanların həyatı, onların ərzaq və ekoloji təhlükəsizliyi bö¬yük risklərlə üzləşır. İqlim dəyişmələri qlobal xarakter daşıdığından bü¬tün dünya tərəfindən ona böyük diqqət ayrılır. Bu problemlərin qarşısının alınmasına yönəldilmiş kon¬ven¬siyalar, çoxsaylı beynəlxalq konfransların, o cüm¬lədən dün¬ya sammitlərinin keçirilməsi problemin və onun həllinə yönəldilmiş tədbirlərin xüsusi ciddiliyindən xəbər verir.
İqlim dəyişmələri və bu proseslərin əsasında duran ekoloji problemlərin törənməsi əksər hallarda insanın sənaye və kənd təsərrüfatında fəaliyyəti, məişətdə isə həyat tərzi və davranışı ilə əlaqədardır. İnsanlar tərəfindən törədilən və ekoloji baxımdan arzuolunmaz, yaxud ətraf təbii mühit üçün risk daşıyan fəaliyyət və ya hərəkətlər çox zaman məlumatsızlıqdan irəli gəlir. Bu səbəbdən əhalinin ekoloji problemlər və onun törəməsi olan iqlim dəyişmələrini törədən səbəblər, həmən proseslərin real və potensial fəsadları haqqında əhalini məlumatlandırmaq, onların bu sahadə bilik və bacarığını artırmaq xüsusi əhəmiyyət daşıyır.
Əhalinin bu aktual problemlər haqqında məlumat¬lan¬dırmasında mətbuatın rolu olduğca böyük və bir çox hallarda həlledici hesab edilə bilər. Təsadufi deyil ki, UNESCO 2009-cu ilin santyab ayında Parisda xüsusi toplantı keçirmişdi və bu tədbir iqlim dəyişməsi ilə əlaqədar problemlərin qarşılanmasında yayım mediyasının roluna həsr olunmuşdu. Toplantıda qəbul edilmiş Paris Deklorasiyasında yayim mediyasına iqlim dəyişmələri haqqında aparılan təbliğat və marifləndirmə işlərinin gücləndirilməsi tövsiyə olunmuıdur. Bu məqsədlərə nail olmaq üçün UNESCO-nun layihəsi çərçivəsində Azərbaycanda yayım mediyasında çalışan jurnalistlər və bu istiqamətdə ixtisaslaşan tələbələr üçün 2010-cu ilin dekabr ayında Bakıda xüsusi təlim seminarı keçirilmiıdir. Seminar UNESCO-nun Milli Komissiyasının təşəbbüsü ilə Azərbaycan Mətbuat Şurası, UNESCO-nun “İnsan və Biosfer” (MaB) Milli Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən keçirilmişdir. Tədbirin məqsədi yayım jurnalistlərinin iqlim dəyişmələri, bu hadisələri törədən amillər və onların qarşısının alınmasının yolları barəsində bilik və bacarıqlarını artırmaqdan ibarət idi və beynəlxalq içtimayət tərəfindən yükcək qiymətlən-dirilmişdir. Göstərilən məqsədlərə xidmət edən xüsusi məlumat kitabçasının dərc edilməsi bu istiqamətdə atılan ilk addımlardan idi və jurnalistləri müvafiq məlumatlarla təmin etməyə xidmət edir.
Azərbaycan Respublikasında hazırki təlim proqramının hazırlanması bu istiqamətdə atılan növbətli addımlardandır və ölkədə ixtisaslaşmaq üzrə olan elmi jurnalistikanın inkişafına xidmət edir.
Mövcud kursun mənimsənilməsi üçün bir semest ərzində 32 saat vaxt ayrılması, bunun da 20 saatının mühazirə, 12 saatının isə məşğələlərə həsr olunması nəzərdə tutulmuşdur.
Mövzular və onların məzmunu
1-ci MÖVZU
İqlim dəyişmələrinin qarşısının alınması və ekoloji stabilliyin təmin edilməsində tarixən top¬lanmış bilik və bacarığın mətbuatda təbli¬ğinin rolu
• Ətraf təbii mühit, o cümlədən canlı aləmin müha¬fizəsinə və səmərəli istifadəsinə aid tarixi məlumat və təcrübənin beynəlxalq, mərkəzi və yerli mət¬buatda işıqlandırılmasının əhəmiyyəti.
• Ətraf mühitin optimal idarə edilməsinə aid məlu¬matların Azərbaycanın qədim və orta əsr mən¬bələ¬rində olmasının, bu məlumatların qorun¬masının və istifadəsinin təbliği.
• Yerli biliklər və tarixən toplanmış təçrübələr haq¬qında nümunə və məlumatların işlənilməsi və dərc edilməsi.
• Ekoloji terminlərin düzgün istifadəsinin vacibliyi və buna yazı və verilişlərdə riayət edilməsi.
• Göstərilən istiqamətdə UNESCO və digər bey¬nəl¬xalq təşkilatlarla əməkdaşlığın mətbuatda işıq¬lan¬dırılması.
2-ci MÖVZU
Ətraf mühitə muasir baxış: bir mühit – müxtəlif kom-ponentlər (təbii mühit, iqtisadi mühit, sosial mühit, siyasi mühit və s.) konsepsiyasının mət¬buatda işıqlan¬dırılması. Bu istiqamətdə bey¬nəl¬xalq təşkilatlarla əməkdaşlıq
• Bir çox hallarda ətraf mühit terminindən ətraf təbii mühit terminin sinonimi kimi istifadə edilməsi.
• Digər hallarda “ətraf mühit” termini səhv olaraq “ekologiya” termini ilə eyniləşdirilməsi.
• Ekologiya ətraf mühit haqqında elmdir və onun jurnalist materiallarında düzgün təqdim edilməsi.
• Müasir anlayışlara görə ətraf mühit termini geniş məna daşıyır və özündə təbii, iqtisadi, sosial və siyasi mühitləri cəmləşdirir.
• Ətraf mühitin uğurlu idarə edilməsi üçün ətraf mühitin bütün elementlərinin (təbii, iqtisadi, sosial və siyasi) eyni zamanda nəzərə alınmasının vacibliyinin mətduatda təqdim edilməsi.
• Azərbaycan Respublikasında ətraf mühitin vahid kompleks şəklində idarə edilməsinə yönəldilmiş uğurlu siyasətin və bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlığın mətbuatda işıqlandırılması.
3-cü MÖVZU
Davamlı inkişaf anlayışına müasir baxış və onun ətraf mühitin optimal idarə edilməsində rolu. Davamlı inkişafın göstəriciləri. Davamlı inkişafın iqlim dəyişmələrinin və diğər ekoloji fəsadların qarşısının alınmasında rolunun mət-buatda işıqlandırılması
• Davamlı inkişafın yaranma zəruriyyəti və tarixi. Davamlı inkişaf anlayışına müasir baxış.
• Ətraf mühitin və təbii ehtiyatların optimal idarə edilməsində mətbuatın rolu.
• Gələcəksiz və qeyri-bərabər inkişaflar haqqında anlayışlar.
• Davamlı inkişafın bu neqativ proseslərin qarşısının alınmasında rolu.
• Davamlı inkişafın planlaşdırılmasında, idarə edil-məsində və qiymətləndirilməsində istifadə olunan beynəlxalq indikatorlar (göstəricilər).
• Mətbuatda davamlı inkişafın iqlim dəyişmələrinin və diğər ekoloji fəsadların qarşısının alınmasında rolu¬nun işıqlandırılması.
• Azərbaycanda davamlı inkişafın planlaşdırılması və idarə edilməsi istiqamətində əldə edilmiş nailiy¬yət¬lərin ölkə KİV-ində və xarici mətbuatda təqdimatı.
4-cü MÖVZU
Ətraf mühitin mühafizəsi və iqlim dəyiş¬mə¬ləri¬nin qar¬şısının alınması naminə dаvамlı və insan po¬tensialına əsaslanan inkişafın plan¬laşdırıl¬ma¬sında və idarə edil¬məsində mətbuatın rolu. İnsan inkişafı ekoloji stabilliyi təmin edən amil kimi. İnsan inkişafının əsas göstəriciləri. Azər¬baycan Respub¬likasında son illərdə insan poten¬sialına əsaslanan davamlı inkişaf isti¬qa¬mətində əldə edilmiş nailiy¬yətlərin mətbuatda işıqlandırılması
• Ekoloji stabilliyin və cəmiyyətin davamlı inkişafının əsasını təşkil edən insan potensialı və insan inkişafı.
• İnsan inkişafı haqqında anlayış. Müxtəlif ölkələrin inkişaf səviyyəsinin təbii-tarixi və insan poten¬sialından asılılıq dərəcəsi.
• İnsan inkişafı anlamının XX əsrin sonunda yaranma zəruriyyəti və yaranma tarixi.
• Gender bərabərliyinin təmin edilməsinin və yoxsulluq ilə mübarizənin ekoloji stabillikdə, iqlim dəyişmələrinin qarşısının alınmasında rolu.
• Davamlı inkişafın əsasını təşkil edən insan inki¬şafının təhsil, sağlamlıq və iqtisadi göstəriciləri.
• İnsan inkişafının səviyyəsi və iqlim dəyişmələri, digər ekoloji fəsadların əmələ gəlməsi və fəsadların aradan götürülməsi arasında müşahidə olunan əlaqələr.
• İnsan potensialının formalaşması Azərbaycan Respublikasında əsas prioritet vəzifələrdən biri kimi. Ölkənin bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən UNESCO ilə əməkdaşlığı.
5-ci MÖVZU
Ekoloji sivilizasiya davamlı inkişafın məqsədi kimi. Ekoloji sivilizasiyanı səciyyələndirən amil¬lər. İsteh¬lak mədəniyyəti və onun təbliğində mətbuatın rolu. Yaşıl iqtisadiyyat (sənaye, kəhd təsərrüfatı, inşaat, nəqliyyat) haqqında məlu¬mat¬ların mət¬buatda təq¬dim edilməsi
• Ekoloji sivilizasiya davamlı inkişafın məqsədi kimi.
• Ekoloji sivilizasiya iqlim dəyişmələrinin və digər ekoloji fəsadların baş vermə ehtimalını aradan qaldıran amil kimi.
• Ekoloji sivilizasiya konsepsiyasının yaranma tarixi və onun əsas mahiyyəti.
• Ekoloji sivilizasiyanın formalaşmasında insanların istehlak mədəniyyəti və bu mədəniyyətin formalaş-masında mətbuatın rolu.
• Ekoloji sivilizasiyanın formalaşmasında yaşıl iqti-sadiyyatın (yaşıl sənaye, inşaat və nəqliyyat, orqanik kənd təsərrüfatı, bərpa olunan enerji və s.) rolu və bu yeni yanaşmaların mətbuatda işıq¬landırılması.
• Yaşıl iqtisadiyyatın gəstəriciləri haqqında jurna¬list¬lərin bilik və bacarığının artırılmasının əhəmiyyəti.
• Dünyada yaşıl iqtisadiyyatın formalaşması və bu pro-sesin dinamikası haqqında məlumatların jurna¬list¬lər tərəfindən toplanması və yayılması.
• Azərbaycanda yaşıl iqtisadiyyatın formalaşmasında və bu prosesin surətləndirilməsində mətbuatın rolu.
6-cı MÖVZU
İqlim haqqında anlayış. İqlim dəyişmələri və iqlim dəyişkənliyi haqqıda anlayışlar, onların fərqləri və mətbuatda işıqlandırılması yolları. Paleoklima¬tologiya – qədim dövrlərin iqlimi haq¬qında anlayış. Müxtəlif qitə və ölkələrdə iqlimin formalaşması və ona təsir göstərən amillər
• Yer kürəsində müxtəlif tarixi dövrlərdə və fərqli bölgələrdə iqlimin həmişə eyni olmaması və dəyişməz qalmaması.
• İqlimin tarixən təbii səbəblərdən dəyişməsi barəsində məlumatların mətbuatda təqdim edilməsi.
• İnsan fəaliyyəti nəticəsində baş vermiş iqlim dəyişmələrinin jurnalistlərin materiallarında fərqləndirilməsi və bu barədə məlumatların əhaliyə çatdırılması yolları.
• İnsanın fəaliyyətinin və həyat tərzinin iqlim dəyiş-mələrinə təsiri.
• İqlim dəyişmələrinə mənfi təsir göstərən fəaliyyətin və həyat tərzinin aradan qaldırılmasında mətbuatın rolu.
7-ci MÖVZU
Qlobal istiləşmə və onun səbəbləri. İstixana qaz¬ları, onların təsnifatı və əmələ gəlmə səbəb¬ləri. Qlobal istiləşmə nəticəsində Yer kürəsinin fərqli bölgələrində iqlimin istiləşməsi və soyu¬ması. Qlobal istiləşmə və ozon qatının dağıl¬ması ilə əlaqədar iqlim proqnozları. Azər¬baycanın iqlim dəyişməsi sahəsində beynəlxalq əməkdaşlıq
• İnsan fəaliyyəti nəticəsində əmələ gələn istixana qaz-larının mənbələri və onların təsirlərinin mətbuatda işıqlandırılması.
• Təsirlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər.
• İstixana qazlarının atmosferə tullanılmasının aradan qaldırılması və azaldılması yolları.
• İqlim dəyişmələrinin və ozon qatının dağılmasının mənfi təsirlərinin idarə edilməsi yollarının mət¬buatda işıqlandırılması, əhalinin bu istiqamətdə məlu¬matlan-dırılmasının gücləndirilməsi.
• Azərbaycanın iqlim dəyişmələri və ozon qatının dağılmasına aid beynəlxalq konvensiyalarda iştirakı.
• Azərbaycan hökümətinin ekoloji siyasətinin mət¬buatda işıqlandırılması.
8-ci MÖVZU
Azərbaycanda müşahidə olunan iqlim dəyiş¬mələri. İqlim dəyişmələrinin təsirinin zəiflə¬dil¬məsi yolla¬rının mətbuatda təqdim edilməsi. Ölkədıə iqlimin istiləşməsindən fay¬da¬lanma yolla¬rının mətbuatda işıqlandırılması və bu im¬kanlar barədə əhalinin məlumatlan¬dırma¬sın¬da medianın vəzifələri
• Azərbaycanda iqlimin müxtəlifliyi və müvafiq olaraq ehtimal edilən təsirlərin ölkənin müxtəlif region¬larında fərqli olmasının mətbuatda işılandırılması yolları.
• İqlim dəyişmələrinin mənfi təsirlərinin zəiflədilməsi yolları və bu prosesdə vətəndaş cəmiyyətinin fəal iştirakının təşkilində mətbuatın rolu.
• Ölkədə iqlimin istiləşməsindən faydalanma yolla¬rının mətbuatda işıqlandırılması.
Fənnin tədrisinə ayrılan saatların
mövzular üzrə bölünməsi
Mövzuların adı Saatların bölünməsi
Cəmi Mühazirə Seminar
Mövzu 1. İqlim dəyişmələrin qarşısının alınması və ekoloji stabilliyyin təmin edilməsində tarixən toplanmış bilik və bacarığın mətbuatda təbliginin rolu.
4 3 1
Mövzu 2. Ətraf mühitə muasir baxış: bir mühit – müxtəlif komponentlər (təbii mühit, iqtisadi mühit, sosial mühit, siyasi mühit və s.) konsepsiyasının mətbuatda işıqlandırılması. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq.
. 4 3 1
Mövzu 3. Davamlı inkişaf anlayışına müasir baxış və onun ətraf mühitin optimal idarə edilməsində rolu. Davamlı inkişafın göstəriciləri. Mətbuatda davamlı inkişafın iqlim dəyişmələrinin və diğər ekoloji fəsadların qarşısının alınmasında rolu.
4 3 1
Mövzu 4. Ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin qarşısının alınması naminə dаvамlı və insan potensialına əsaslanan inkişafın planlaşdırılmasında və idarə edilməsində mətbuatın rolu. İnsan inkişafı ekoloji stabilliyi təmin edən amil kimi. İnsan inkişafının əsas göstəriciləri. Azərbaycan Respublikasında son illərdə insan potensialına əsaslanan davamlı inkişaf istiqamətində əldə edilmiş nailiyyətlərin mətbuatda işıqlandırılması.
4 3 1
Mövzu 5. Ekoloji sivilizasiya davamlı inkişafın məqsədi kimi. Ekoloji sivilizasiyanı səciyyələndirən amillər. İstehlak mədəniyyəti və onun təbliqində mətbuatın rolu. Yaşıl iqtisadiyyat (sənaye, kəhd təsərrüfatı, nəqliyyat) haqqında məlumatların mətbuatda təqdim ediməsi. 4 3 1
Mövzu 6. İqlim haqqında anlayış. İqlim dəyişmələri və iqlim dəyişkənliyi haqqıda anlayışlar, onların fərqləri və mətbuatda işıqlandırılması yolları. Paleoklimatologiya – qədim dövrlərin iqlimi haqqında anlayış. Müxtəlif qitə və ölkələrdə iqlimin formalaşması və ona təsir göstərən amillər.
4 3 1
Mövzu 7. Qlobal istiləşmə və onun səbəbləri. İstixana qazları, onların təsnifatı və əmələ gəlmə səbəbləri. Qlobal istiləşmə nəti¬cəsində Yer kürəsinin fərq¬li bölgələrində iqlimin istiləşməsi və soyuması. Qlobal istiləşmə və ozon qatının dağılması ilə əlaqədar iqlim proq¬nozları. Azərbaycanın iqlim dəyişməsi sahəsində beynəlxalq əməkdaşlıq.
4 3 1
Mövzu 8. Azərbaycanda müşahidə olunan iqlim dəyişmələri. İqlim dəyişmələrinin təsirinin zəiflədilməsi yollarının mətbuatda təqdim edilməsi. Ölkədıə iqlimin istiləşməsindən faydalanma yollarının mətbuatda işıqlandırılması və bu imkanlar barədə əhalinin məlumatlandırmasında medianın vəzifələri.
4 3 1
Cəmi: 32 24 8
İsyifadə olunan mənbələr:
1. İqlim dəyişmələri və ekoloji stabillik. Bakı, “Avrasiya Press”, 2011.
2. Davamlı insan inkişafının əsasları, Bakı, “Təhsil”, 2007.
3. Websayt: www.mediaclimate.org
MÜNDƏRİCAT
Giriş................................................................ 3
1-ci mövzu...................................................... 6
2-ci mövzu...................................................... 7
3-cü mövzu..................................................... 8
4-cü mövzu..................................................... 9
5-ci mövzu...................................................... 10
6-cı mövzu...................................................... 11
7-ci mövzu...................................................... 12
8-ci mövzu...................................................... 13
Fənnin tədrisinə ayrılan mövzuların
saatlar üzrə bölünməsi.................................... 14
QEYDLƏR
“Avrasiya Press” nəşriyyatı
Bakı ş. Mehdi Hüseyn küç. 1A
+994 12 539 76 97
+994 539 49 15
Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda
Xəbərlər