Nəşriyyat 2004-2007-ci illərdə bu möhtəşəm layihə çərçivəsində 80-dən artıq adda kitabı nəşrə hazırlanmışdır (buraya hər kitabın yenidən yığılması, redaktəsi, oxunuşu, səhifələnməsi daxildir). Bu kitabların hər biri 25 min tiracla nəşr edilərək sərəncama uyğun bütün ölkə kitabxanalarına hədiyyə edilmişdir. Ümumi tirac 2 milyondan artıqdır. Bu nəşrlər arasında Y.V.Çəmənzəminlinin «Seçilmiş əsərləri»(3 cilddə 2005), «Əkinçi» qəzetinin tam nüsxələrini özündə ehtiva edən «Əkinçi» (2005-ci il), F.Köçərli «Azərbaycan Ədəbiyyatı tarixi» (2 cilddə, 2005), S.Ə.Şirvaninin «Seçilmiş əsərləri» (3 cilddə 2006), E.Heminqueyin «Əcəl zəngi» romanı, «Antik ədəbiyyat antologiyası» (2 cilddə, 2006), «Rus ədəbiyyatı antologiyası» (2 cilddə, 2007) və s nəşrləri göstərmək olar.
Hazırda nəşriyyat öz fəaliyyətini uğurla davam etdirir. Təkcə son üç ildə «Avrasiya Press» Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 15-ə yaxın kitab hazırlayıb nəşr etmişdir. Bu nəşrlərdən A.İldırımın həyat və yaradıcılığını əhatə edən «Boğulmayan bir səs» kitabı, H.Javidin «Dram əsərləri», M.Müşfiqin 3 cildlik «Seçilmiş əsərləri», X.Əlibəylinin 2 cildlik «Seçilmiş əsərləri», 2 cildlik «Dünya ədəbiyyatı antologiyası» və s. digərlərini göstərmək olar.
2009-cu ildə «Avrasiya-Press» yenə də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə görkəmli yazıçımız İsa Muğannanın 6 cilddən ibarət «Seçilmiş əsərləri»ni yüksək səviyyədə hazırlayıb nəşr etmişdir. Yuxarıda göstərilən dövlət nəşrləri ilə yanaşı nəşriyyat müxtəlif müəlliflərin kitablarını da nəşrə hazırlayır. Belə nəşrlərdən təkcə son ildə nəşr olunmuş Etibar Muradxanlının «Siz mühasirədəsiniz leytenant», Qulu Ağsəsin «Nabran novellası», Ülkərin «Səmanın göz yaşı» (rus dilində), İlham Qaliboğlunun «Daş Qəfəs», Kifayət İsmayılqızının» «Uzaqlıq» və s. göstərmək olar.
“Avrasiya Press” nəşriyyatı haqqında məlumat
Xəbərlər