R

 

                                                                                                        07.01.2019-cu il tarixində Azərbaycan Kənd İnvestisiyaları Layihəsinin direktor müavini Gülbəniz Qənbərova və Qadın İnkişaf qruplarında biznes mütəxəssisi Əhməd Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyi ilə görüşüblər. Görüşdə kənd qadınları arasında sahibkarlıq imkanlarının inkişaf etdirilməsi, sosial biznes və sosial biznesin qadın qruplarında təşviq edilməsi məsələləri müzakirə olunub. Müzakirələrdə Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin koordinatoru Fəridə Əsgərzadə də iştirak edib.

Gülbəniz Qənbərova ölkəmizdə biznesin sosial tərəfinin fərqli model əsasında öz ana dilimizdə təqdim edilməsi üçün  Məhəmməd Yunusun  “Kasıbların Bankiri” kitabının yüksək peşəkarlıqla tərcümə olunmasında göstərdiyi əməyə görə BAMF-ın prezidenti Umud Mirzəyevə təşəkkürünü bildirib. O, kəndlərdə qadınların sosial səfərbərliyi, infrastruktur layihələrinin kənd icma nümayəndələrinə təhvil verilməsi, qadınların bacarıqlarının artırılması istiqamətində görülən işlərdən söz açıb.   Mövcud proqram əsasında Azərbaycanın kənd yerlərində 6 pilot qadın qruplarının fəaliyyətindən danışıb, onların həyat hekayələrinə toxunulub. Layihənin yekunu kimi qadın benefisiarların yaratdığı Kənd Qadınları Assosiasiyasının gələcək fəaliyyət perespektivləri müzakirə olunub. M. Yunusun “Kasıbların Bankiri” kitabında qeyd olunan tezislərin, uğur hekayələrinin qadınlara çatdırılmasının əhəmiyyəti qeyd olunub və kitabın növbəti tirajda nəşr olunmasının zəruri olduğu bildirilib.

U. Mirzəyev kənd təsərrüfatının inkişafında sosial biznes modeli əsasında BAMF-ın gördüyü işlərdən, ehtiyacların qiymətləndirilməsi sahəsində aparılan sorğulardan və yekun konsepsiyanın hazırlanmasından, Yunus Mərkəzi ilə əməkdaşlıqdan danışıb. O, "Kasıbların Bankiri" kitabında haqqında söz açılan inkişaf modelinin ölkəmizdə aparılan islahatlarla özünəməxsus uyğunluğundan danışıb.

F. Əsgərzadə  sosial biznes ideyasının təşviqi üçün sosial binzes konsepsiyasının və “Kasıbların Bankiri“ kitabının yenidən nəşrinin vacibliyini bildirib, bununla bağlı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə müzakirələrin keçirilməsinə toxunub.

BAMF-ın vitse-prezidenti Ramil Əzizov sosial biznesin yeni konsepsiyada ölkəmizdə replikasiyasının dünya üçün də bir nümunə olacağını ifadə edib. Sonda kənd qadın qruplarına dəstək üçün qarşılıqlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

 

Gözündə bayraq daşıyan Qarabağ ayğırı

 Almaniyada fəaliyyət göstərən “İG Karabagh and Eurasian horse breeds” (Qarabağ və Avrasiya at növlərinin dəstəklənməsi və inkişafı) təşkilatının prezidenti Verena Şolian, vitse-prezident Silke Ehrenberger və jurnalist Silke Dehe Azərbaycanda səfərdədirlər.

Verena Şolian əslən Almaniyadandır və bütün həyatı boyu atlarla maraqlanıb. 1990-cı illərin əvvəllərində o, Azərbaycanın Qarabağ atı cinsini özü üçün kəşf edir. Bu növün gözəlliyi və dözümlülüyü onu valeh etmişdi və 1994-cü ildən başlayaraq, özü Qarabağ atı cinsini saxlamağa və yetişdirməyə başlayır. Onun təsis etdiyi qeyri-kommersiya təşkilatının bütün dünyada 40-a yaxın əməkdaşı var. Təşkilat Qarabağ yarış atlarının yetişdirilməsi, dəstəklənməsi və geniş auditoriyaya təqdimatı ilə bağlı fəal iş aparır. Bu sahədə tərəfdaşlarla birgə dünya miqyasında iş görülür. Son onilliklər ərzində “İG Karabagh and Eurasian horse breeds” təşkilatı Azərbaycanın Qarabağ yarış atlarının təmsil olunduğu bir sıra tədbir və sərgilər keçirib. Təşkilatın Azərbaycandakı təmsilçisi Günay Rəhimbəylidir.

Bu, Azərbaycana ilk səfər deyil. Verena Şolian, Silke Ehrenberger və Silke Dehe Bakıya 10 dəfədən artıq səfər ediblər. Bu dəfə qonaqlar Azərbaycan Atçılıq Federasiyasının dəvəti ilə gəliblər. Səfər çərçivəsində qonaqlar Azərbaycan Atçılıq Federasiyasında və Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçiriblər. Səfərin məqsədi Almaniyada gəaliyyət göstərən bu təşkilatın yetişdirdiyi Qarabağ atlarının pasportlaşdırılması məsələsinin müzakirə olunmasıdır. Səfər çərçivəsində təşkilatın nümayəndələri, həmçinin Almaniyada fəaliyyət göstərən “Turan Atları” layihəsinin meneceri Murat Adıgüzel və Günay Rəhimbəyli ilə birgə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar.

BAMF-ın prezidenti Umud Mirzəyev qonaqları salamlayıb və gördükləri mühüm işlərə görə onlara təşəkkür edib. Görüş zamanı təşkilatın prezidenti Verena Şolian yetişdirdikləri atların çox sayda şəkillərinin əks olunduğu kitabı U.Mirzəyevə hədiyyə edib. O, kitabın məzmunu haqda qısa məlumat verib: "Kitabda gördüyünüz atların bəzilərinin adları Azərbaycan və türk sözləridir. Məsələn, "Sağol", "Salam", "İlkut", "Ağdam", "Şahin", "Sabah", "İpək". Bunlar Qarabağ, Quba və Ağdam atlarıdır. Təmiz Qarabağ atlarının sayının azalması ilə əlaqədar biz ona qohum cinsləri axtarıb, onları cütləşdirməli oluruq. Hələ ki, biz Qarabağ atlarını Turan (Türk) və eləcə də, Kabardin atları ilə cütləşdirməyi uğurla həyata keçirmişik".

Görüşdə iştirak edənlərin hamısının diqqətini kitabın üz qabığında atın gözünün təsviri və orada Azərbaycan bayrağının əksini tapması çəkib. Və bu, fotoşop deyil!

Verena Şolian bunun əvvəlcədən planlaşdırılmadığını deyib: "Atın şəklini çəkdiyimiz zaman, yanında əlində bayraqla bir həmkarımız durmuşdu. Biz əvvəlcə bunu görmədik, çünki şəkil çox kiçik idi və yalnız böyüdüldükdən sonra bayrağı gördük. Bu, heyrətamiz və çox gözəldir".

Umud Mirzəyev qonaqlara belə bir gözəl hədiyyə üçün təşəkkür edib:

-“Bu, mənim üçün həyatımda aldığım ən böyük hədiyyələrdən biridir. Bu vaxta qədər çox hədiyyələr almışam, amma hesab edirəm ki, bu, ən dəyərlilərindəndir. Mən Qarabağda böyümüşəm və bu atların necə atlar olduğunu, nə qədər dəyərli olduğunu bilirəm. Tanrının onları necə bir incəliklə yaratdığının fərqindəyəm. Sizin hər birinizə təşəkkür edirəm. Qarabağın təbiəti də, insanları da münaqişə anlayışından

 

tamamilə uzaq bir mahiyyət daşıyırlar. Bizim Qarabağ insanları həmişə sülhsevər olub, insanları barışa çağırıb. Bu gün işğal altında olan torpaqlarımıza həmin münaqişə kənardan gətirilib. Düşünürəm ki, sülh Qarabağda yenidən bərqərar olacaq, inşallah. Siz də bu atların məskənində gəzəcəksiniz. Sizin bu işləriniz, fəaliyyətiniz də əslində sülhə xidmət edir”. “Turan Atları” layihəsinin rəhbəri Murat Adıgüzel də U.Mirzəyevə xatirə hədiyyəsi verib. O, rəhbərlik etdiyi layihə barədə danışıb: “Biz Qarabağ atları ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Qırğızıstan atlarının cütləşməsindən aldığımız nəsli Turan atları adlandırmışıq. Hədəfimiz gələcəkdə daha çox Qarabağ atlarına da sahib olmaqdır. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan – hamısı öz millətimizdir. Azərbaycan isə mənim vətənimdir. Aramızdakı dostluq və qardaşlıq münasibətlərinin daha da sıx olmağını və hər zaman davam etməyini arzulayıram. Mənim ulu babalarım bu torpaqlarda canlarını verdiyi kimi, mən də öz qanımdan, canımdan keçməyə hazıram”. Sonda qonaqlara hədiyyələr təqdim olundu. Xanım qonaqlar nəfis işlənmiş Azərbaycan milli geyim dəstlərini geyinib, xatirə şəkli çəkdirdilər. 

Qeyd edək ki, atçılıq bütün türk xalqlarına məxsus çox qədim mədəniyyətdir. Azərbaycanın qədim bölgələrindən biri olan Qarabağ qədim dövrlərdən xüsusi at növləri - "Qarabağ yarış atları" ilə şöhrət qazanıb. Qarabağ at növləri yüksək dağlıq şəraitdə dözümlüyü, sakit davranışı və tünd şabalıdı rənginə görə qiymətləndirilir.

1993-cü ilin avqustunda Ermənistan qoşunları Qarabağın işğalını həyata keçirərkən Ağdam atçılıq zavodunu ələ keçirmişlər. Lakin zavodun at baxıcıları şəhərin işğalına az qalmış Qarabağ atlarını buradan çıxarmağı bacarıb. İşğal illərində at baxıcıları bu cinsin bütün xüsusiyyətlərini qoruyaraq, Qarabağ atının yeni nəslini yetişdirməyə müyəssər olublar.

 

BAMF prezidentinin “Səs” qəzetinə yubiley münasibəti ilə təbrik mesajı

 

Bu gün Azərbaycan müstəqil mətbuatının ilk nümunələrindən biri olan "Səs" qəzetinin yaranmasından 28 il keçir. Qəzetin ilk sayı 1991-ci il yanvar ayının 11-də işıq üzü görübdür. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidentindən "Səs" qəzetinə yubiley təbriki: 

Mən “Səs” qəzetinin səsini duyan ilk insanlardanam. Taleh elə gətirib ki, bu qəzetin ideya müəllifləri, qurucuları və bu qəzetin nəşr olunmasında haqqı keçən əksər yazarlarla əvvəlcədən münasibətlərimiz olub. Qəzet yaranan vaxt Azərbaycan media məkanında alternativ sözə, alternativ səsə böyük ehtiyac duyulurdu.Mən onun ilk nömrəsinin nəşr olunduğu günü də yaxşı xatırlayıram. Bu gün həmin vaxtdan 27 il keçir. “Səs” qəzeti ilk sayından başlayaraq millli və dövlətçilik maraqlarımıza xidmət edən, xalqımızın hər bir nümayəndəsinin haqq sözünün, haqlı səsinin tribunası olub. Bu illər ərzində “Səs” qəzeti öz dəst-xətti ilə respublikamızın mətbuat orqanları sırasında özünə layiqli yer tutub. Ulu Öndərimiz  Heydər Əliyevin təbirincə desək “Səs” qəzeti “tarixə düşmüş bir qəzetdir”. Bu gün “Səs” qəzeti ölkəmizin informasiya məkanında özünün xəbər agentliyi, televiziyası olan ciddi bir media qurumuna çevrilib. Bu işlərdə xüsusi xidmətləri olan həmkarımız Bəhruz Quliyevi və onun komandasını bir daha yubiley münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.  

Hörmətlə, 
Umud Mirzəyev 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

 

 

Paşinyan Ermənistanı hara aparacaq?

Nikol Paşinyan yenidən Ermənistanın baş naziri təyin edilib. O, yeni kabinetin tərkibi parlamentdə təsdiqləndikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu təyinat Ermənistanın regiondakı yerinə və mövqeyinə necə təsir göstərəcək? Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində və Ermənistan-Avropa İttifaqı münasibətlərində hansısa yenilik gözləməyə dəyərmi? Eurasia Diary-nin suallarını politoloq, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidentinin köməkçisi Anastasiya Lavrina cavablandırır.

A.Lavrina bildirir ki, Ermənistanda 20 il ərzində əhali hər zaman yalnız öz maddi maraqlarını güdən keçmiş hökumətin reallıqla uzlaşmayan bəyanatları və vədlərinin təsiri altında olub: "Keçmiş hökumətin yürütdüyü siyasət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək istəyinin olmaması Ermənistanın iqtisadi və sosial cəhətdən tam çökməsinə gətirib çıxardı.

Paşinyanın vəzifədə olduğu müddətdə biz yalnız hökumətin tərkibində hansısa dəyişikliklərin baş verdiyini müşahidə etdik. Bu günə qədər ölkəni iqtisadi böhran vəziyyətindən çıxaracaq ciddi islahatlar aparılmayıb. Əksinə, Ermənistanı dünya ictimaiyyəti üçün güclü və etibarlı tərəfdaş kimi tanıtmaq üçün göstərilən bütün cəhdlər uğursuz oldu. Demokratikləşdirilməsi və Qərblə tərəfdaşlığın gücləndirilməsi barədə gurultulu bəyanatlar isə xalqın Paşinyana səs verməsinə xidmət edən bir oyun idi". Ekspert hesab edir ki, ötən müddətdə iqtisadi inkişafa gətirib çıxara biləcək heç bir əhəmiyyətli layihə imzalanmayıb: "Ölkədə müxtəlif məsələlərlə əlaqədar etiraz aksiyaları hələ də davam edir. Rusiya qazının Ermənistan üçün qiyməti 15 dollar artaraq, 1000 kubmetr üçün 165 dollar təşkil edib. Ermənistan, eyni zamanda, təşkilatın bəzi üzvləri ilə mübahisəyə rəvac verərək, KTMT-də də fiaskoya məruz qaldı.

Bütün bunlar göstərir ki, birinci mərhələdə vəziyyətin ən azından sabitləşməsi naminə indi ölkənin daxili və xarici siyasətinin qurulması istiqamətində Paşinyanın qarşısında ciddi hədəflər dayanır. Və Paşinyanın baş nazir seçilmək yolunda göstərdiyi fəallığın əsl səbəbləri indi aydın olacaq - o, öz xalqına yalnız yalan vədlər verməklə məşğul olub, yoxsa həqiqətən də dövlətin inkişafına çalışmaq istəyib". Politoloqun fikrincə, artıq iqtisadi inkişafa dair planlar təqdim etməyin, xalqa vəd olunan hər şeyi yerinə yetirməyin vaxtı çatıb: "Əlbəttə, bu məqamda Paşinyan küncə dirənir. Ermənistanı təcriddən çıxartmaq və beynəlxalq layihələrdə iştirak etməyə imkan yaratmaq üçün yeganə yol regional əməkdaşlığı inkişaf etdirməkdir. Bu isə öz növbəsində, sərmayələrin axınına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına və bütün işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasına səbəb olacaq". O ki qaldı yeni-köhnə baş nazirin qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar barədə hələ siyasi səhnəyə çıxdığı ilk vaxtlarda verdiyi bəyanata, Anastasiya Lavrinanı bu məsələyə münasibəti birmənalıdır: "Separatçılarla danışıq aparmaqdan söhbət gedə bilməz. Paşinyan bunu artıq başa düşməli idi. Bu məsələdə onu Minsk Qrupunun həmsədri olan ölkələrdən heç biri dəstəkləmədi. Mənim fikrimcə, bu təklif danışıqları dondurmaq və Paşinyan üçün seçki kampaniyası ilə bağlı maraqları baxımdan vaxt qazanmaq məqsədi daşıyırdı. Ancaq sonda danışıqlar bərpa olundu.

Dağlıq Qarabağ münaqişəsinin reallıqları diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən beynəlxalq miqyasda getdikcə genişlənir və beynəlxalq sənədlərdə əksini tapır. Məsələn, Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq Prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə bənd var. Bu, şübhəsiz ki, çox vacibdir. Ermənistanda mövcud vəziyyəti yaxşı başa düşürlər və əgər Paşinyan öz ölkəsinin, xalqının qeydinə qalırsa, onda hökumətin formalaşmasından sonra o, özünün ən başlıca problemini həll etmək üçün konkret addımlar atmalıdır".

 

“Hər bir azərbaycanlı bilməlidir ki...”       

Azərbaycanın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir.

XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olan bu hadisə sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələrinin, Azərbaycan xalqına qarşı soyqırımının və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulmasının davamı kimi qiymətləndirilə bilər.
20 yanvar faciəsinin tarixi siyasi səbəbləri və nəticələri, habelə Azərbaycanın müstəqilliyi üçün əhəmiyyəti nədən ibarət oldu?                                                                       
“20 yanvar faciəsi sovet hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz kimi qiymətləndirilməlidir. Bu,  insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Milli üstəqillik və torpaqlarımızın  bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet imperiyasının süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi”. Bu sözləri Eurasia Diary-yə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu deyib. Onun fikrincə, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri ölkəmizə qarşı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı: “Sovet dövründə mərkəzin himayədarlığı    ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciəyə gətirib çıxardı”.                                                                          

Umud  Mirzəyev 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

BAMF prezidenti xatırladır ki, Rusiyada fəaliyyət göstərən “Şit” hüquq-müdafiə təşkilatının ekspertləri Bakıda baş vermiş bu qanlı hadisənin dəhşətli təfərrüatlarını ortaya çıxarmışdlar: “Onların rəyi mətbuatda da yayıldı. Həmin rəylərdə bildirilirdi ki, Bakının küçələrində adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmiş, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü. Ən dəhşətli detallardan biri bu idi ki, adamlar bəziləri süngü-bıçaqla qətlə yetirilmişdi. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdi. Bunlar hamısı 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, 1966-cı ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Paktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (Fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa Müqaviləsi) də daxil olmaqla, insan hüquqlarına dair bütün beynəlxalq müqavilələr kobudcasına pozulmuşdu”.  Umud Rəhimoğlu bildirib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlətçilik ideyaları möhkəmləndirildi və 1990-cı ilin qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
 BAMF prezidenti qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycanda sovet idarəçiliyinin sonu oldu: “Azərbaycan öz müstəqilliyini bərpa etdi. Hər il yanvarın 20-də biz müstəqillik uğrunda canından keçən vətəndaşlarımızı hörmətlə yad edirik. Hesab edirəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, bu faciəni xatırlamaq və şəhidlərimizin əziz xatirəsini yad etmək müqəddəs bir borcdur”.

Bakıda Beynəlxalq Mədəniyyətlərarası Assosiasiya ilə əməkdaşlıq memorandumu imzalanıb

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Portuqaliyanın Beynəlxalq Mədəniyyətlərarası Assosiasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb.

Assosiasiyanın prezidenti Aleksandro Kountinyo və BAMF prezidenti Umud Mirzəyev müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə ediblər.

Müzakirələr zamanı cəmiyyətin inkişafına, gənclərin, qaçqın və məcburi köçkünlərin nümayəndələrinə dəstək məqsədilə beynəlxalq humanitar, sosial və təhsil layihələrində tərəfdaşlığın müzakirəsinə xüsusi diqqət yetirilmişdir.

Tərəflər həmçinin, mübadilə proqramları çərçivəsində təhsilin inkişafı və hər iki ölkənin tələbələri üçün daha geniş imkanların təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İmzalanma mərasimində gənclərlə iş üzrə mütəxəssis və layihə meneceri Vitor Mendez, tikinti məsələləri və ətraf mühit üzrə mütəxəssis Pedro Pinto da iştirak edib.

Görüşün sonunda Umud Mirzəyev qonaqlara Qarabağ atlarını simvolizə edən xüsusi hədiyyə təqdim edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq ictimaiyyətdə konfliktin həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə mane olan ikili standartların mövcudluğu barədə danışıb.

 

    “Rotari klub”un təmsilçiləri BAMF prezidenti    Umud Mirzəyevlə görüşüblər                                  

Dünyaca məşhur “Rotari klub”un (Rotary Club) rəsmi nümayəndələri ölkəmizdə səfərdədirlər. Yanvarın 23-də onlar Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Fondun prezidenti Umud Mirzəyevlə görüşüblər.

"Rotari klub"un Avrasiya regionu üzrə baş təmsilçisi Altan Arslan görüş zamanı klubun əsas missiyası və planları barədə ətraflı məlumat verib. Altan Arslan qeyd edib ki, klubun 1 milyon 200 min üzvü var. Bu üzvlər “Rotarian” adlanır. Ümumilikdəysə dünya üzrə 36 min "Rotari klub" fəaliyyət göstərir. Bu klublar 200 müxtəlif regionda yerləşib. Azərbaycanda 2, Türkiyədə isə 85 klub mövcuddur. Rotari klubu müxtəlif regionlar üzrə bölünür: "Mən 2430 saylı regionun təmsilçisiyəm və sözügedən regiona Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan kimi ölkələr daxildir”.

Altan Arslan həmçinin bildirib ki, onun əsas missiyası bu ölkələrdə "Rotari klub"ları böyütmək və inkişaf etdirməkdir: "BAMF-ın layihələrindən və üzərində çalışdığı problemlərdən bütün "Rotari klub"lar məlumat sahibi ola bilər. Və mən məhz bu sarıdan əməkdaşlığımızı zəruri hesab edirəm. Ərazilərin minalardan təmizlənməsi layihəsində olduğu  

kimi, birlikdə bir çox uğurlu layihələr hazırlaya və gerçəkləşdirə bilərik. Belə layihələr beynəlxalq miqyasda rotarianların sayını artıra bilər".

BAMF Prezidenti Umud Mirəzyev də bu fikirləri bölüşdüyünü deyib: “Bu gün insanlar və bütövlükdə insanlıq üçün görülməsi zəruri olan bir çox işlər var. Biz sizinlə bütün layihə və tədbirlərdə əməkdaşlıq etməyə hazırıq. Fikrimcə, bir

 

 çox humanitar layihələr həyata keçirilməlidir ki, insanlar "Rotari klub"un mülki əhali üçün fəaliyyət göstərdiyini bilsin”.

Altan Arslan da öz növbəsində BAMF-la əməkdaşlıqdan məmnun olacaqlarını və BAMF-ın “Rotari-nin səsi” ola biləcəyini bildirib.

O, həmçinin "Rotari Fondu" (Rotary Foundation) barədə ətraflı məlumat verərək qeyd edib ki, bu fond 1917-ci ildə formalaşdırılıb. "Rotari fondu" klubun müxtəlif sahələrdəki fəaliyyətini maliyyələşdirən əsas strukturdur. Fondun özünün maliyyəsi üzvlərin hesabına təmin edilir.

Altan Arslanın sözlərinə görə, "Rotari Fondu"nun maliyyə dəstəyiylə həyata keçirilən dünya miqyaslı “PolioPlus” layihəsi çərçivəsində 1988-ci ildən bəri polimielit xəstəliyinə qarşı mübarizə aparılır: "Nigeriyada poliomielit xəstəliyinə yoluxma halları sıfıra enib. Bu, layihənin uğuruna işarə edir. "Polio" layihəsinin ən böyük dəstəkcisi Merinda və Bil Geyts fondudur. 3 gün əvvəl “Times” qazetində Bill Geytsin müsahibəsi yayımlanıb. Bill Geyts orada qeyd edir ki, “Həyatımda gördüyüm ən yaxşı iş poliomielitlə mübarizə üçün Rotari-yə dəstək verməyim olub”. Altan Arslan bildirib ki, Geyts Fondu "Rotari Fondu"na 950 milyon dollar vəsait ayırıb və ayrılan vəsaitin növbəti illərdə 1 milyard 858 milyon dollar qədər artırılacağına zəmanət verib.

Altan Arslanın sözlərinə görə, "Rotari klub" Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-lə sıx əməkdaşlıq edir: "Rotary-ın gücü ona üzv olan keyfiyyətli və peşəkar insanlardan və şəbəkədən gəlir".

Altan Arslan başda olmaqla, qonaqlar BAMF-ı 9-12 may tarixlərində Bakıda keçiriləcək illik konfransa dəvət ediblər. Bu barədə Altan Arslan BAMF prezidenti Umud Mirəzyevə müraciə edərək qeyd edib ki, “Sizi və təşkilatınızı 500-dən çox rotarianın qatılacağı illik konfransımıza dəvət edirik. Eyni zamanda, bizə media dəstəyi verməyinizi sizdən xahiş edirik. Sizin kimi önəmli və BMT səviyyəsində təmsil olunan bir qurumun media dəstəyini qazanmaq bizim üçün çox vacib bir məsələdir”.

Umud Mirzəyev də öz növbəsində səmimi dəvəti qəbul edib və "Rotari klub"la BAMF-ın media sahəsindəki əməkdaşlığının uğurlu olacağını bildirib: "Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən Qarabağ müharibəsi nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərin, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif sosial-humanitar layihələrin, fəaliyyətlərin icrasını hər zaman dəstəkləmişik".

"Rotari klub"un Azərbaycan nümayəndəsi Taylan Güyer isə " Azərbaycan həqiqətən dünyada işğal nəticəsində ikiyə bölünmüş tək ölkədir " - deyə bildirib.

Daha sonra qonaqlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan uşaqların həyatına dair BAMF-ın hazırladığı qısametrajlı filmi seyr ediblər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri Tərtərdə olublar

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin əməkdaşları C. Nabhan və G. Moloeznik BAMF-ın Tərtər bölgəsinin fəaliyyəti ilə tanış olmaq üçün bu regiona səfər ediblər.

Eurasia Diary xəbər verir ki, səfər zamanı onlar BAMF-ın Peşə Təlim Mərkəzinin imkanları, PTM-in təcrübə sınaq sahəsinin işi ilə yaxından tanış olub, BAMF-ın müharibədən zərərçəkmiş ərazilərdə gördüyü işlərə, layihələrə dair regional menecer Oğuz Mirzəyev tərəfindən məlumatlandırılıblar. Görüş zamanı hər iki təşkilatın gələcək əməkdaşlıq perespektivləri müzakirə olunub. 

 

“Bu, rəzalət və utancverici hadisədir” - BAMF həbsdə ölən erməni jurnalistlə bağlı bəyanat yaydı

Yanvarın 26-da “Haynews.am” xəbər saytının rəhbəri, "Erməni qartalları: "Vahid Ermənistan" partiyasının sədr müavini Mqer Eqiazaryan Ermənistandakı  "Nubaraşen" həbsxanasında vəfat edib.

Dələduzluqda ittiham olunan Eqiazaryan 2018-ci il dekabrın 5-dən aclıq aksiyasına başlayıb. Nəticədə o, saxlanıldığı həbsxanada vəfat edib. Bu hadisədə insan hüquqlarının  ölüm halına səbəb olan pozuntusu aydın görünsə də, beynəlxalq hüquq-müdafiə institutları məsələ ilə bağlı fikir bildirimək və eyni vaxtda bir neçə konvensiyanı pozmuş rəsmi İrəvanı günahlandırmağa tələsmirlər.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bəyanatı yayıb.

Fondun prezidenti Umud Mirzəyevin imzaladığı bəyanatda bildirilir ki, İrəvan həbsxanasında baş vermiş hadisəyə təəccüb doğuran sakit reaksiya, aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların bəzi ölkələrə münasibətdə qərəzli siyasət yürütməsinin növbəti nümunəsidir:

“Bu yaxınlarda blogger Mehman Hüseynovun həbsi Washington Post da daxil olmaqla, bir çox beynəlxalq kütləvi informasiya vasitələrində müzakirə olundu. Avropa Parlamenti, ATƏT, Avropa Şurası, Human Rights Watch, Freedom House Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdülər.

Bunun qarşılığında, insan hüquqlarına görə məsuliyyət daşıdığını bəyan edən həmin beynəlxalq qurumlar İrəvan həbsxanasında baş verənlər barədə səssiz qalmağa üstünlük verirlər. İnsanı, ittiham olunduğu iş ətraflı araşdırılmadan həbsxanaya salırlar, sonra da onun etiraz olaraq aclıq aksiyasına başlamasına heç bir reaksiya verilmir. Mqer Eqiazaryanın oğlu Vazgenin xahişi, o cümlədən, Ermənistanın baş nazirinə atasının işi ilə bağlı qeyri-obyektiv yanaşmadan şikayət etdiyi məktub da diqqətdən kənarda qalır.

İşin ən dəhşətli və ibrətamiz tərəfi budur ki, bütün bu hadisələr ixtisasca jurnalist olan bir şəxsin rəhbərlik etdiyi ölkədə baş verir. Bu, sadəcə, rəzalət və utancvericidir!

Jurnalistin həbsxanada ölümü barədə xəbər yalnız The Washington Post-da işıq üzü gördü; həmin məlumatda isə Ermənistan hökümətini qınayan bircə kəlmə də yoxdur...

Bu cür ikili standartla yanaşma halı ilk dəfə baş vermir. 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktında 8 nəfərin öldürülməsini, 2008-ci ildə  Ermənistanda keçirilmiş prezident seçkilərindən sonrakı etirazları və qətlləri, eləcə də bu yaxınlarda baş verən və Ermənistanda hakimiyyətin dəyişilməsinə səbəb olan "məxməri inqilab" qurbanlarını yada salmaq lazımdır. Bütün bu hadisələr dünya ictimaiyyəti və qərb institutları tərəfindən geniş şəkildə mühakimə olunmadı. Ermənistan hökumətinə lazımi təzyiq göstərilmədir.

 

Ermənilərin Azərbaycana qarşı təcavüzkar işğalçılıq siyasəti nəticəsində zərər çəkmiş, yurd-yuvasını tərk etmiş  bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulması ilə bağlı səsini çıxarmayan bu qurumlar belə bir  sosial fəlakət yaşayan Azərbaycanda demokratiyanın inkişaf etməməsindən danışırlar. Öz növbəsində, Avropa strukturlarının bəzi nümayəndələri işğal olunmuş Azərbaycan torpaqlarına səfər edib, separatçılarla görüşürlər. Məsələn, keçən il Avropa Parlamentinin 4 deputatının səfərini buna misal gətirmək olar.

Belə münasibət yalnız münaqişənin həlli prosesini gecikdirir, Avropa İttifaqı ilə Azərbaycan arasında dinamik əməkdaşlığa zərbə vurur və ikili standartlar siyasətinə birbaşa nümunədir. Qərb strukturları özləri üçün müəyyənləşdirməlidirlər - ya onlar, ümumiyyətlə, dövlətlərin daxili işlərinə müdaxilə etmirlər, ya da hamıya eyni dərəcədə ədalətli yanaşırlar.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas məşvərətçi statusa malik Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) dünya ictimaiyyətini - insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatları, dünya Kütləvi informasiya vasitələrini, BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, ATƏT-in müvafiq strukturlarını, habelə hüquq müdafiəçilərini İrəvan həbsxanasında baş verən hadisəyə ciddi yanaşmağa və Ermənistan hökumətindən ədalətli araşdırma aparılmasını tələb etməyə çağırır”.

“Bu, şəhidliyə hörmət və ehtiramın ifadəsidir...” - Prezidentin qərarları ictimai dəstək qazanır

Yanvarın 28-də Prezident İlham Əliyev şəhid ailələrinə və onların vərəsələrinə  birdəfəlik ödəmənin verilməsiylə bağlı yeni fərman imzaladı. Yeni fərmana görə, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

Ölkə prezidentinin yanvarın 30-da imzaladığı başqa bir sərəncamla, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 300 manata çatdırılıb.  Hər iki sənəd cəmiyyətdə təqdirlə qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Prezidentin sözügedən fərmanını alqışladığını bildirib: “Çox əlamətdar haldır ki, 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman məhz şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar olub. Bu, dövlət başçısının torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş insanlara, onların ailələrinə və bütövlükdə cəmiyyətimizin bu məsələdəki həssasiyyətinə münasibətidir. Elə o vaxt da sözügedən fərman böyük rəğbət və məmnunluqla qarşılanmışdı və şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dövlət başçısının göstərdiyi qayğının daha bir ifadəsi kimi qəbul olunmuşdu. Həmçinin, şəhid ailəsinə verilən Prezident təqaüdünün məbləğinin artırılması da əhalinin bu həssas kontingentinə ölkə rəhbərliyinin diqqət və qayğısının göstəricisidir”.

BAMF prezidenti bu məsələnin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatı xatırlatdı: “Nazirlik məlumat yaymışdı ki, indiyədək 3100 şəhid hərbi qulluqçunun vərəsəsinə ümumilikdə 34 milyon manat vəsait ödənilib və bu proses davam edir.

Prezidentin 28 yanvar tarixli fərmanı ilə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək şəhid olmuş daha 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb”.

Umud Mirzəyev Azərbaycanda şəhid ailələrinin, eləcə də müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi üçün hərtərəfli işlər həyata keçirildiyini bildirib: “Bu sahədə dövlət rəhbərliyinin tapşırıqlarının icrasını da müşahidə edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu prosesi xüsusi təşəbbüskarlıqla və layiqincə yerinə yetirir. Ümumiyyətlə, nazirliyin son aylardakı fəaliyyəti, yeni yanaşmalar və islahat xarakterli addımlar bu səhədə diqqətəlayiq dəyişikliklərə səbəb olub. Bu fəaliyyətlər hamısı dövlət başçısının tapşırığı və nəzarəti altında həyata keçirilir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüş, onlara verilən müavinətlərlə bağlı əlavə tədbirlər görülməsi Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə göstərilən xüsusi qayğının ifadəsidir”.

“Cənab İlham Əliyevin və Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi milli-mənəvi dəyərlər, mənəviyyat baxımından çox yüksək qiymətləndirilməlidir. Ümumiyyətlə, dövlətin, Prezidentin şəhid ailələrinə diqqət və qayğısı hər zaman olub. Keçirilən görüş və birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsinin daha da genişləndirilməsinə dair imzalanan fərman, eləcə də şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması barədə sərəncam ictimaiyyətin çox böyük marağına səbəb olub. Bütövlükdə ictimaiyyət, vətəndaş cəmiyyəti, QHT-lər şəhid ailələri ilə ölkə prezidentinin bu görüşünü çox yüksək dəyərləndirir”.

Bunu Eurasia Diary-ə açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O qeyd edib ki, 28-ci ilini yaşadığımız müstəqilliyimiz şəhidlərimizin canı və qanı bahasına qazanılıb: “Əlbəttə, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. Yəni bu dövlətin təməlini qoyub və bu prosesi ölkə prezidenti uğurla davam etdirir. Bu, bir siyasi idarəetmədir. Amma əlbəttə, biz bu müstəqilliyə, bayrağımızın yüksək zirvələrdə dalğalanmasına görə ilk növbədə şəhidlərimizə, onların ailələrinə borcluyuq. Ona görə də ölkə rəhbəri tamamilə düzgün addım ataraq, şəhid ailələrinə diqqət və qayğını artırır. Onların maddi-məişət təminatının yaxşılaşdırılması ilə bağlı vaxtaşırı müvafiq fərman və sərəncamlar imzalanır. Eyni zamanda, onlarla görüşün özü şəhid ailələri üçün çox böyük bir dəstək, böyük bir təsəllidir. Həmçinin şəhid ailələrinə münasibətin cəmiyyətdə ən yüksək səviyyəyə qaldırılması, onlarla ali məqamda görüşlərin keçirilməsi onlara hörmət və ehtiramın ifadəsidir. Bu nöqteyi-nəzərdən ölkə prezidenti mənəvi cəhətdən həm də çox savab bir iş gördü. Onların dövlət rəhbəri, ölkə prezidenti ilə görüşməyə, hardasa, kiməsə deyə bilmədiklərini birbaşa cənab Prezidentə deməyə həmişə ehtiyacı var. Bu nöqteyi-nəzərdən düşünürəm ki, məlum görüşün tarixi əhəmiyyəti var. Vətəndaş cəmiyyəti, QHT-lər də bu görüşü çox yüksək qiymətləndirir”.

R.Zeyni qeyd edib ki, birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsinin daha da genişləndirilməsinə dair imzalanan fərman bu məsələ ilə bağlı yaranmış problemin köklü şəkildə həll olunmasını təmin etmiş oldu: “Düşünürəm ki, bu fərman da çox böyük əhəmiyyətə malikdir. Çünki şəhid ailələrinin bəzilərindən müəyyən qüvvələr istifadə edir və onların iştirakı ilə müəyyən aksiyalar keçirirdilər. Bu kimi məsələlərə də son qoyuldu. Zənnimcə, bu da ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilən addımdır”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Eurasia Diary-ə verdiyi açıqlamasında qeyd edib ki, şəhid ailələri və Qarabağ qazilərinə dövlət qayğısı hələ Heydər Əliyevin rəhbərliyi dövründən başlayıb və bu kategoriyaya aid olan vətəndaşların sosial müdafiəsiylə bağlı vacib mexanizmlər o dövrdən qurulub:”Bu xətti hazırda böyük müvəffəqiyyətlə Prezident İlham Əliyev davam etdirir. Prezident hakimiyyətə gəldikdən bu yana şəhid ailələri və Qarabağ qazilərinə, eyni zamanda onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir”.

Emin Həsənli xatırladır ki, 2018-ci ildə Prezident İlham Əliyev Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik sosial siğorta muavinətlərinin ödənilməsi barədə fərman imzaladı: “Bu fərmanda hər ailəyə 11 min manat birdəfəlik sığorta ödənişi edilməsi nəzərdə tutulurdu. Lakin bu fərman şəhid olan könüllü döyüşçülər və polis əməkdaşlarınının ailələrinə sığorta ödənişlərinin edilməsini nəzərdə tutmurdu. Yəni fərman ancaq hərbi qulluqçular barədə qəbul edilmişdi. Ancaq prezident 2019-cu ildə yenidən bu məsələyə baxılması və şəhid ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün məsələni şəxsi nəzarətinə götürdü”.

E. Həsənlinin sözlərinə görə, Prezident şəhid ailələrinə öz qayğı və diqqətini nümayiş etdirərək fərmanın sosial əhatə dairəsini genişləndirdi və yalnız şəhid olmuş hərbi qulluqçuların deyil, polis əməkdaşları və könüllü döyüşçülərin də ailələrinə sözügedən birdəfəlik ödənişlərin edilməsi haqqında fərman imzaladı: “Bu, doğurdan da cənab prezidentin şəhid ailələrinə olan humanist yanaşmasının əyani təzahürüdür. Qeyd etmək lazımdır ki, dövlətimiz hər zaman ona zərrə qədər də olsun xidmət etmiş dəyərli vətəndaşlarını əsla unutmur və daim bu xidmətləri dəyərləndirir”.

E. Həsənli fərmanın icrası ilə bağlı optimistdir: “Düşünürəm ki, qısa bir zamanda ƏƏSMN bu işin icrasını tamamlayacaq. Prezidentin fərmanından sonra ƏƏSMN şəhid ailələrinə maksimum surətli və diqqətli bir şəkildə birdəfəlik ödənişlərin ödənilməsini təmin edəcək. Birdəfəlik ödəniş alacaq vətəndaşların məlumat bazaları artıq nazirlikdə mövcuddur. Bu baza əsasında artıq 3 min vətəndaşa ödənişlər edilib. İş böyük sürətlə aparılır və düşünürəm ki, ilin ortalarına qədər proses tamamlanacaq. Bir nəfər belə olsun, şəhid ailəsi dövlət qayğısından kənar qalmayıb və heç bir zaman qalmayacaq”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, keçmiş döyüşçü Rey Kərimoğlu bildirib ki, vətən uğrunda canını və sağlamlığını qurban vermiş şəxslərə münasibətdə bu mötəbər davranış, başda məmurlar olmaqla, bütün ictimaiyyətə örnək və nümunədir: “Bu gün Qarabağ Qaziləri İctimai Birliyi olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına müraciət qəbul etmişik. Orada da bildirmişik ki, tutduğu vəzifədən asılı olmayaraq, hər bir kəs şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və iştirakçılarına münasibətdə mütləq Prezidentdən nümunə götürməli, onun kimi davranmalıdır”.

Keçmiş döyüşçü qeyd edib ki, Prezidentin və xanımının şəhid ailələrinin görüşünə gedərək müjdəli xəbəri onlara verməklə yanaşı, onlara göstərdiyi diqqət və qayğı xüsusi ilə alqışlanmalıdır: “Biz də bunu alqışlayırıq!”

Rey Kərimoğlu əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə bir ciddi və ağır işin icrasını xüsusi diqqət və peşəkarlıqla həyata keçirir: “Nazirliyin bu məsələdəki operativ və şəffaf fəaliyyəti təqdir olunmalıdır”.

“Prezident hakimiyyətə gəldikdən bu yana daim şəhid ailələrinin sosial müdafiəsi işinin yaxşı təşkil edilməsi və bu kateqoriyaya aid olan vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət ayırır. Buna əyani sübut kimi qeyd edə bilərik ki, 2018-ci il prezident seçkilərində yenidən xalqın iradəsi və arzusuyla prezident seçilən İlham Əliyev seçki sonrasında qəbul etdiyi ilk fərman şəhid ailələrinə birdəfəlik sosial sığorta ödənişlərinin ödənilməsiylə bağlı oldu. Lakin bu fərman şəhid olan könüllü döyüşçülər və polis əməkdaşlarına şamil edilmirdi. Cənab prezident bu il 2018-ci ildəki fərmanın əhatə etmədiyi digər şəhid ailələrinə də birdəfəlik sığorta ödənişlərinin edilməsiylə bağlı əlavə fərman imzaladı” - Bu fikirləri Eurasia Diary-ə verdiyi açıqlamada Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib.

M. Mehdiyev həmçinin qeyd edib ki, Prezident bu humanist addımla bir çox ailələri sevindirdi: “Təbii ki, əlavə edilən fərmanla dövlətin maliyyə yükü daha da artacaq. Ancaq Azərbaycan Prezidenti bir daha sübuta yetirdi ki, Azərbaycan Respublikası sosial dövlətdir. Bu dövlətin əsas qayğısı vətədaş rifahının təmin edilməsidir”.

M. Mehdiyev hesab edir ki, fərmanın icra prosesində ciddi problemlər yaranmayacaq: “Çünki artıq birdəfəlik ödənişlər ediləcək bütün vətəndaşların məlumatları və siyahıları ƏƏSMN-nin məlumat bazasında yerləşdirilib. İndi əsas iş yeni fərmanla birdəfəlik ödəniş alacaq vətəndaşların məlumatlarını ümumi məlumat bazasına daxil etmək olacaq. Prezidentin qayğısı və diqqəti nəticəsində ən qısa zamanda bütün şəhid ailələrinə sözügedən ödənişlərin edilməsi təmin ediləcək”.

BAMF prezidenti 58 yaşını qeyd edir

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud (Rəhimoğlu) Mirzəyevin 58 yaşı tamam olur.

Bu münasibətlə BAMF prezidenti Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçilərindən, beynəlxalq təşkilatların  nümayəndələrindən, yerli və xarici qeyri-hökumət təşkilatlarının rəhbərlərindən, media rəhbərlərindən, çoxsaylı jurnalistlərdən, yazıçılardan, peşə və sənət adamlarından təbriklər alıb.

Ad günü münasibətilə BAMF-ın ofisində təşkil olunan tədbirdə Fondun və Eurasia Diary portalının əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Umud Mirzəyevi təbrik edib, ona xoş arzularını çatdırıblar.

BAMF kollektivi Umud Mirzəyevin doğum günün bir daha təbrik edir, ona can sağlığı və gərəkli fəaliyyətində uğurlar arzulayır!

Mirzəyev Umud Rəhim oğlu 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub.1968-78-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979-81-ci ilərdə hərbi xidmətdə olub.Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzeti ilə əməkdaşlıq edib. 1989-93-cü illərdə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib.

U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir. 1996-cı ildən BMT -nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və “Marşal” Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür.

BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC),NATO -nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır.

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar “Seçki-2008” Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin sədr müavinidir.

2009-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri olub.

“Yeni Müsavat”da abunə kampaniyası keçirilib - Çap mediasının durumu müzakirə edilib

Bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında millət vəkilləri, baş redaktorlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə çap mediasının vəziyyəti və qəzetin qorunub saxlanılmasının yolları müzakirə olunub. Eyni zamanda qəzetimizə abunə kampaniyası keçirilib.

Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çap mediasını qoruyub saxlamağın vacibliyindən danışaraq, bunun üçün oxucuların abunə kampaniyasının başladılmasının vacibliyindən danışıb. O cümlədən, çap mediasının qorunması istiqamətində çıxış yollarını qonaqların müzakirəsinə verib.

Çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı və Fazil Mustafa, BAMF prezidenti və Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev tanınmış jurnalist, teleaparıcı İlhamiyyə Rza, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və "Teleqraf Holdinq”in baş direktoru Aynur Camal qəzetin ayaqda durması üçün öz tövsiyələrini səsləndiriblər.

Deputat Çingiz Qənizadə metroda qəzet satışının bərpasından və vergi məsələsindən danışıb. O, qeyd edib ki, qəzetin daha çox regionlarda yayımını təşkil etməyə ehtiyac var. Tədbir qonaqların müzakirəsi ilə davam edib.

 

Meksikanın Azərbaycandakı səfiri BAMF-ın prezidenti ilə görüşüb 

Fevralın 5-də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edərək, təşkilatın prezidenti Umud Mirzəyevlə görüşüb.

Görüşdə həmçinin, səfirin köməkçisi Günel Hacıyeva, BAMF-ın vitse-prezidenti Ramil Əzizov və BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina iştirak ediblər.

Görüşdə təşkilatın və səfirliyin mövcud fəaliyyəti, eləcə də hər iki ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uzunmüddətli tərəfdaşlıq qurmaq imkanları müzakirə olunub.

BAMF-in prezidenti bildirib ki, Fond əhalinin müharibədən əziyyət çəkmiş həssas təbəqəsi, xüsusilə də qadınların və gənclərin müdafiəsi məqsədi ilə müxtəlif humanitar və sosial layihələr üzərində işləyir, bir çox nüfuzlu beynəlxalq və yerli təşkilatlarla, eləcə də diplomatik missiyalarla fəal əməkdaşlıq edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Umud Mirzəyev 2011-ci ildə Meksikanın Senatında Ermənistan ərazilərinin işğalı və Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyi üçün Meksika hökumətinə bir daha minnətdarlığını bildirib: "Dünyadakı bütün insanlar bu faciə barədə xəbərdar olmalıdırlar ki, bu, bir daha təkrarlanmasın".

Səfir Labardini dəvətə görə BAMF prezidentinə təşəkkür edib. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun inkişafına əngəl olur və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə uyğun şəkildə mümkün qədər tez həll olunmalıdır.

"Aydındır ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, işğal olunmuş ərazilər haqqında danışarkən bu, həmin ərazilərin işğalçılara aid olmadığı mənasını verir", - Rodriqo Labardini deyib.

Daha sonra Rodriqo Labardini Azərbaycan ilə Meksika arasındakı ikitərəfli əlaqələrin inkişafında əldə olunmuş mühüm nailiyyətləri qeyd edib. Həmçinin bildirib ki, 2019-cu ildə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensial mövcuddur və bu sahədə əlindən gələni edəcək.

Tərəflər hər iki ölkədə turizm, təhsil, mədəniyyət və s. kimi müxtəlif sahələrdə vətəndaş cəmiyyətləri arasında daha sıx inteqrasiyanın təşviq edilməsi və yaxşı tərəfdaşlıq münasibətləri qurulması ilə bağlı razılaşıblar.

Səfirə Azərbaycanın müharibədən əziyyət çəkmiş bölgələrində yaşayan uşaqların həyatını əks etdirən, BAMF-ın studiyasında hazırlanmış qısa film nümayiş etdirilib.

Görüşün sonunda Rodriqo Labardini Eurasia Diary beynəlxalq analitik informasiya portalına eksklüziv müsahibə verib. 

BAMF prezidentindən Fransa prezidentinin qərarına sərt reaksiya - “Bu, təcavüzkar, işğalçı dövlətin silahlandırılmasıdır"

Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir.

Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqrımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.  Bu  açıqlama xüsusən türk və Azərbaycan mətbuatında böyük rezonansa səbəb oldu və Fransa prezidenti Makron qınaq obyektinə çevrildi.

Məsələylə bağlı BAMF Prezidenti Umud Mirzəyev öz fikirlərini Eurasia Diary-ə bildirib.

U. Mirzəyev qeyd edir ki, bu bəyanat bizdə böyük təssüf doğurur. Əfsuslar olsun ki, Fransa tarixdə heç vaxt baş verməmiş və sadəcə erməni böhtanından ibarət olan bir arqumenti vacib tarixi hadisəyə çevirir, hətta bu hadisəni ölkə təqviminə daxil edərək anım gününə çevirmək istəyir. Təəssüf ki, Minsk qrupunun üzvü olan Fransa bütün dünyanın gözü önündə Xocalıda 613 nəfər günahsız insanın sadəcə etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə səssiz qalır və faktlarla, vidomatriallarla sübut edilmiş və hələdə şahidlərinin yaşadığı bir genosidi soyqırım olaraq tanımır. Bu ikili standartdır, tərəfli yanaşmadır. Mins qrupunun üzvü olan və Qarabağ konfliktinin həllində iştirak edən bir dövlətin bu cür addımlar atması onun Qarabağ problemində əyani bir şəkildə işğalçıdan “tərəf” olmasına dəlalət edir.

Müsahabimizin fikirlərinə görə, “Bu addım Fransanın sözdə erməni genosidini dövlət səviyyəsində tanıması mənasına gəlir. Bu isə açıq bir şəkildə təcavüzkarın, işğalçının “silahlandırılması”dır. Fransa nə üçün Azərbaycan torpaqlarının 20 fazini işğal edən, bir

milyona yaxın azərbaycanlını öz yurd-yuvasından didərgin salan, Xocalıda, Qaradağlıda yüzlərlə günahsız insanı sırf milli kimliyinə görə amansızca qətlə yetirən işğalçı bir dövlətin arxasında durur və ona dəstək olur? Məgər ən azı ermənilərin tarixi qədər saxta və qondarma olan “erməni genosidi”ni anım gününə çevirmək bu seperatçı dövlətə dəstək olmaq deyilmi?”

U. Mirzəyev qeyd edir ki, Fransanın bu yanaşması dünyada bir daha ədalət problemini günəmə gətirir. Doğurdan da beynəlxalq miqyasda bir xalqın başına gətirilən bütün bəla və müsibətlərə göz yumulur, eyni zamanda, bu faciələri törədən bir xalq “məzlum, fağır və miskin” adlandırılaraq ona arxa durulur.

U. Mirzəyevin fikirlərinə görə, Fransa prezidentinin bu qərarı ən çox Fransanın əlehinədir. Fransanın həm Azərbaycan, həm də Türkiyəylə, eyni zamanda, digər türkdilli dövlətlərlə sıx əlaqələri var. Ancaq bu qərar sözügedən əlaqələrə öz mənfi təsirini göstərəcək. Ümid edirəm ki, Fransa yüksələn ədalət səsinə qulaq qapamayacaq və ədalətsiz mövqeyinə bir son qoyub bu yalnışlıqdan dönəcək.

BAMF Fransa prezidentinin qərarını qətiyyətlə pisləyir

"Beynəlxalq Avrasiya Mətbuat Fondu Fransa prezidenti Emmanuel Makronun 24 aprel tarixinin "erməni soyqırımı"nın rəsmi anım günü kimi qeyd olunmasına dair bəyanatını qətiyyətlə pisləyir".

Bu barədə Fondun fevralın 6-da yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd olunur ki, Fransa hökuməti bu cür addımlarla Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar və işğalçı ölkəyə birbaşa dəstək verir.

"1980-ci illərin sonlarında etnik azərbaycanlıların Ermənistandan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayondan kütləvi deportasiyası son dərəcə qəddarlıqla həyata keçirilib və qətllərlə müşayiət olunub. Bir milyondan artıq azərbaycanlı ata-baba torpaqlarından vəhşiliklə qovulub, on minlərlə insan həlak olub, əlil olub, əsir götürülüb. Bir gecədə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində kütləvi qırğın törədərək, 613 dinc sakini öldürüb.

Bu günə qədər Xocalı soyqırımı dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və qınanılıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı 13 sənəd qəbul edib.

Bu ölkələr arasında Fransa hələ də yoxdur. 2001-ci ildə isə Fransa "erməni soyqırımı" nı rəsmən tanıyıb.

Bu gün Ermənistan törətdiyi vəhşiliklərdən əl çəkmir, əksinə, azərbaycanlıların soyqırımına vicdansızcasına haqq qazandırır və bu soyqırımı törədənləri ölkəsinin milli qəhrəmanı hesab edir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazisində tarixi abidələr və memarlıq nümunələrini dağıtmaqda davam edir. Bir milyondan artıq qaçqın və məcburi köçkün hələ də öz evinə qayıda bilmir.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında Əsas Məşvərətçi statusa malik sülhməramlı humanitar təşkilat olaraq, Beynəlxalq Avrasiya Mətbuat Fondu açıq şəkildə bəyan edir ki, bu cür hərəkətlər Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi statusu ilə daban-dabana ziddir. Başqa tərəfdən, bu hadisə müxtəlif ölkələrə münasibətdə ikili standartlarla yanaşmanın mövcudluğunu bir daha nümayiş etdirir.

Bu cür ədalətsiz davranış və işğalçının dəstəklənməsi Avropa dəyərləri və ədalət anlayışına zidd olmaqla, regionda sülhün bərqərar olmasına deyil, əksinə, münaqişənin daha da alovlandırılmasına xidmət edir".

 

Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyilə “Qeydimə Qal” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb

UNICEF və BAMF-ın birgə layihəsi olan “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nın (AYAP) təşkilatı dəstəyi ilə Goranboy rayonunun Səfikürd kənd tam orta məktəbində "Qeydimə qal" layihəsi çərçivəsində təlimlər həyata keçirilib.

Eurasia Diary xəbər verir ki, hər birində 30 nəfər olmaqla üç dəfə təlimlər təşkil olunub. Təlimlərdə Səfikürd kənd tam orta məktəbinin şagirdləri və AYAP məzunları olmaqla ümumilikdə 14-18 yaş arası 90 qız fəal iştirak edib.

Layihə rəhbəri Məmmədova Leyla iştirakçılara sözügedən layihənin məqsədlərini, bu layihənin onların həyatında nə kimi təsirləri olacağını və sosial təcridçilikdən azad olmağın yollarını izah edərək təlimi açıq elan edib.

Layihə barədə daha geniş məlumat vermək üçün iştirakçılara bukletler paylanılıb. Qeyd edək ki, layihəmizin məqsədi “Qızlar fəaliyyətdə” devizi altında qızların cəmiyyətimizdə sosial iştirakını artırmaq, onları maarifləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Daha sonra təlimçi Nahid Quluzadə gənc iştirakçılara müxtəlif mövzular üzərindən təlimlər keçib. Bu təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda iştirakçılar üçün çay/kofe fasiləsi təşkil edilib.

Təlimin sonunda layihə rəhbəri Məmmədova Leyla təlimləri uğurla başa vuran iştirakçıları təbrik edərək onlara sertifikat təqdim edib. Sonda xatirə şəkilləri çəkilib.

KİVDF-nin şərtləri baryer yaratmayacaq" - Umud Rəhimoğlu

Ayrılan maliyyə vəsaitinin effektivliyi baxımından Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtlərini dəyişməsi vacibdir. Şərtlərdə dəyişilmə birinci dəfə deyil, hər dəfə şərtlərdə dəyişilmələr vəsaitlərdən yararlanan KİV-lərin fəaliyyətinə nəzər salmaq imkanı verir.

Eurasia Diary xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Mətbuat Şurasının sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, tirajının artırılması, yayımı baxımından KİVDF-nin maliyyələşmə üçün şərtlərinə yenidən nəzər salınması vacib idi: “Bəzən qəzetlərin fəaliyyətinin dayandırılmasına dair fikirlər səslənir. Əlbəttə, fəaliyyətinin inkişaf etdirməsi və ya başqa şəkildə davam etdirməsi hər bir KİV-in özəl hüququdur”.

Umud Rəhimoğlu qeyd edib ki, internet media print medianı hər cəhətdən qabaqlayır: “Həm operativlik, həm də informasiyanın yayılması, daha böyük auditoriyanı zəbt etmək baxımından internet media misilsiz imkanlara malikdir. Buna görə də çap mediasında bir az problemlər yaşanır. Amma bu, o demək deyil ki, print mediaya sonu gəlib çatıb. Qətiyyən belə deyil. Hesab edirəm ki, qəzetlər Azərbaycan cəmiyyətində kifayət qədər arzu olunur. Həm paytaxtda, həm də regionlarda insanlar qəzetlərin bir çoxunun əldə olunmasında maraqlıdırlar. Qəzetlərin təkcə maliyyə dəstəyi yox, həm də reklamında, yayılması məsələsində yaranmış problemlərin aradan qaldırılmasında müəyyən yardıma ehtiyacı var”.BAMF prezidenti hesab edir ki, KİVDF-nin elan etdiyi şərtlər baryer yaratmayacaq: “Şərtlər ağırlaşdırıcı olsa da, ayrılacaq vəsaitlər də az olmayacaq. Maliyyə vəsaitinin artırılması da müzakirə mövzusudur. Ən azı bir dəfə çoxalması planlaşdırılır və bu maliyyə dəstəyinin qarşılığında şərtlərə əməl etmək imkanı var. Bəzi qəzetlər fəaliyyətini dayandırır, internet variantını daha da inkişaf etdirmək istəyirlər, bu da media qurumunun, baş redaktorunun özəl hüququdur”.

Umud Rəhimoğlu onlayn mediaya maliyyə ayrılması məsələsinin son illər müzakirə edildiyini vurğulayıb: “Mətbuat Şurasının sədri Əflatun Amaşovun bununla bağlı dəfələrlə parlamentdə çıxışları olub, həqiqətən internet mediaya dəstəyin göstərilməsinə böyük ehtiyac var. Onlayn mediaya dəstək göstərməklə daha böyük auditoriyalara çıxış imkanları əldə edəcəyik. Müxtəlif dillərdə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq camiəyə çatdırılmasına belə dəstək əhəmiyyətli rol oynaya bilər”.

 

 

“Gənclərin Mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi" təlimləri başa çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin Mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi" təlimləri başa çatıb.

UNICEF və BAMF-ın birgə layihəsi olan “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nın (AYAP) təşkilati dəstəyi ilə Tərtər rayonunda qaçqın və məcburi köçkün düşərgələrində yaşayan 14-29 yaş arası yeniyetmə və gənclərin Mina Təhlükəsizliyi sahəsində bilik və bacarıqların əldə edilməsi üçün təlimlər keçirilib.

Hər birində 20 nəfər olmaqla 5 dəfə təlimlər təşkil olunub. Layihə rəhbəri Xəlilov Elmin layihənin əsas məqsədləri barədə təlim iştirakçılarına məlumat verib. ANAMA-nın təcrübəli işcilərindən olan Rövşən Salmanov gənclərə minanın təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmağı, mina ilə qarşılaşdıqda necə rəftar etməli və hara müraciət etmələrini gənclərə praktik şəkildə aşılayıb.

Təlim iştirakçılarına layihə barədə bukletlər paylanılıb. Eyni zamanda iştirakçılar üçün çay/kofe fasiləsi təşkil edilib. Təlimin sonunda isə iştiraçılara layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib. 

 

 

"İnternet Mediasına İşıqlı Pəncərə" layihəsi keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "İnternet Mediasına İşıqlı Pəncərə" lahiyəsi çərçivəsində keçirilən təlimlər başa çatmışdır.

UNICEF və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə lahiyəsi olan "Azərbaycan Gənclərinə Dəstək Proqramı"nın (AYAP) təşkilatı dəstəyi ilə Bərdə rayonunda və kəndlərindəki orta məktəblərdə yeniyetmə və gənclərin Sosial Mediadan düzgün istifadə etmək qaydası barədə məlumat vermək üçün təlimlər keçirilib.

Hər birində 20 nəfər olmaqla 5 dəfə təlimlər təşkil olunub. Lahiyə rəhbəri Əhmədov Pərvin lahiyənin əsas məqsədləri barədə təlim iştirakçılarına məlumat verib. UNİCEF-in Məşvərət Şurasının fəal üzvilərindən olan Elmin Xəlilov təlimçi olaraq gənclərə sosial mediadan səmərəli istifadə qaydası və təhlükə ilə qarşılaşdıqda necə rəftar etməli olduqları haqda praktik təlimlər keçib.

Təlimin daha aktiv və maraqlı keçməsi üçün enercayzerlər təşkil edilib. İştirakçılar üçün çay/kofe fasiləsi təşkil edilib. Onlara lahiyə rəhbəri tərəfindən köynəklər və sertifikatlar təqdim olunub. Sonda xatirə fotosu və videolar çəkilib.

 

BAMF-da Xocalı soyqırımının 27-ci ildönümü anıldı 

Bugün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən geniş səhifəsi olan Xocalı savaşının 27-ci ildönümü anıldı.

İmdad Əfşar, Rəhilə Gülgün, Azər Həsrət, Fikrət Babaoğlu, Elçin Mirzəbəyli, Elşad Eyvazlı kimi tanınmış jurnalistlərin iştirakı ilə keçirilən tədbiri təşkilatın rəhbəri Umud Rəhimoğlu açdı. Əvvəlcə, faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.

27 il əvvəl törədilən qanlı qırğın barədə danışan Umud Rəhimoğlu bəyan etdi ki, bu adi soyqırım deyil, bir millətin digər bir millət üzərində təcavüzkar basqısıdır. Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində çağırışlar edilir. Biz hər birimiz səsimizi dünyaya duyurmalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəni davam etdirməliyik.

Tədbirdə Moskvada yaşayan əslən Qarabağdan olan soydaşımız, yazıçı Ulduz Qasımın yenicə nəşr edilən “Xocalı şikəstəsi” romanı təqdim edildi. Qeyd edək ki, müəllifin bundan əlavə altı kitabı işıq üzü görüb.

Romanı türkcəyə çevirən və orada yayımını təşkil edən İmdad Avşar əsər barədə geniş məlumat verdi.

Yazıçı-publisist Rəhilə Gülçin kitabın Azərbaycan nəşri barədə danışdı. Kitabda əsərin baş qəhrəmanı mübariz, müdrik Azərbaycan qadını Məryəm ananın ailəsinin erməni cəlladlarından qaçışı, beş gün meşədə yaşam uğrunda aparılan mübarizəsi əks olunur. Əsərdə qadınlar namus simvolu olaraq göstərilib. Kitabda Məryəm ana ilə yanaşı humanizmi təmsil edən onun həyat yoldaşı həkim Fərhad da göstərilir.

Qeyd edək ki, Ulduz xanımın növbəti hədəfi kitabının rus və ingilis dilində nəşr edilməsidir. Sonda müəllif tədbir iştirakçıları ilə fikirlərini bölüşdü.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi.

Əliməmməd Nuriyev 55 yaşında...

Bu gün, mart ayının 1-də azərbaycanlı ictimai xadim, hüquqşunas, sabiq millət vəkili, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında böyük xidmətləri olan, Azərbaycan ziyalısı  “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyevin 55 yaşı tamam olur. BAMF Prezidenti Umud Mirzəyev başda olmaqla BAMF kollektivi Əliməmməd Nuriyevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, fəaliyyətində müvəffəqiyyətlər arzu edir.
 

Nuriyev Əliməmməd Mali oğlu 1964-cü il martın 1-də Masallı rayon, Ərkivan kəndində anadan olub. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıb. 1989-1992-illərdə Azərbaycan Respublikasi Vəkillər Kollegiyasinın üzvü olaraq vəkil kimi fəaliyyət göstərib.

1992-ci ildən sonra Azərbaycan Хalq Cəbhəsi Partiyasının (AХCP) rəhbərliyində təmsil olunan Əliməmməd Nuriyеv partiyanın fəaliyyətində, sеçki prosеslərində, qanun layihələrinin proqram və konsеpsiyaların hazırlanmasında aktiv iştirak еdib, seçki qərərgahının sədri olub. Siyasi fəaliyyətlə yanaşı, Əlimməd Nuriyеv pеdaqoji sahədə də fəaliyyət göstərərək, 1995-2000-ci illərdə bir sıra ali məktəblərdə hüquq fənnini tədris еdib. O, həmçinin «Hüquq: azadlığımızın ölçüsü» еnsiklopеdik nəşrin müəllifidir. Bütün bunlarla yanaşı Əliməmməd Nuriyеv insanların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə ara vеrməyib. 1996-2000-ci illərdə o, hüquq müdafiə fəaliyyəti ilə məşğul olub. İkinci cağırışda Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Əliməmməd Nuriyеv Antikorrupsiya qanunvericiliyinin və siyasətinin hazırlanmasında fəal iştirak еdib. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının еkspеrtidir. 2003-cu ildən “Konstitusiya” Araşdırmaları Fondunun prezidentidir. 2006-cı ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru sеçilib. Azərbaycan Hüquqşunaslar Konfederasiyasının İdarə Heyətinin, Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların İmplementasiyası üzrə Beynəlxalq İşçi Qrupunun üzvüdür. 

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə seçkilər, Bələdiyyələrin statusu, Bələdiyyələrə seçkilər haqqında, habelə prezident seçkiləri haqqında alternativ qanun layihələrinin həmmüəlliflərindən biri olmuşdur. Əliməmməd Nuriyеv «Korrupsiyaya qarşı mübarizə haqqında», «Dövlət qulluqçuların etik davranış kodeksi haqqında», «İnformasiya əldə edilməsi haqqında» qanunların, «Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşması haqqında» qanun layihəsinin və digər bir çox qanun layihələrinin hazırlanmasında işçi qrupunun tərkibində fəaliyyət göstərib. «Yeni Nəsil» Jurnalistlər Birliyinin KİV haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir sıra qanun layihələrinin hazırlanmasında («Televiziya və radio yayımı haqqında», «İctimai televiziya haqqında», «İnformasiya azadlığı haqqında» «Diffamasiya haqqında») iştirak edib. Əliməmməd Nuriyev 2003-cü ildə «Frее Pеrsоn» təşkilatının sifarişi ilə «Dövlət Sirri» haqqında hazırlanmış qanun layihəsinin müəlliflərindən biridir.

Həmçinin, “AIDS xəstəliyinin yayılmasının qarşısının alınması haqqında” qanuna əlavə və dəyişiklər edilməsində, “Narkoloji xidmət və nəzarət haqqında”, “Psixiatriya yardımı haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Dərman vasitələri haqqında” qanunun hazırlanmasında iştirak edib. Əliməmməd Nuriyev “World Vision” təşkilatının sifarişi ilə “İnkluziv Təhsil haqqında” qanun layihəsini hazırlayıb. 2009-cu ildə isə “Neft Fondu haqqında” qanun layihəsini hazırlayıb. “QHT-lər (Fondlar) Haqqında” qanun layihəsinin hazırlanması zamanı işçi qrupunun üzvü olmuş, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupunun rəhbəridir. 2012-ci ildə World Vision Təşkilatının eksperti olaraq Ə. Nuriyev“ İnkluziv təhsil haqqında Qanun”a əlavə və təkliflərin hazırlanmasında iştirak edib. 2007-ci ildən Ədliyyə Naziri Yanında İctimai Komitənin üzvüdür, 2010-2012-ci illərdə Komitənin koordinatoru olub. 2008-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvüdür. 2015-ci ildən AR Prezidenti yanında Əfv Komissiyasının üzvü təyin edilib. 2016-cı ildən Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının koordinatoru seçilib. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti kimi çoxsaylı beynəlxalq layihələrin koordinatoru və eksperti kimi fəaliyyət göstərib. Beynəlxalq konfrans və forumlarda Azərbaycanı təmsil edib. Bir sıra ictimai xadimlər Əliməmməd Nuriyevi ad günü münasibətilə təbrik edib.

 Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev

Əliməmməd Nuriyev əsl Azərbaycan ziyalısı, fəal ictimai xadim və ən əsası, qəlbində hər an vətən sevgisini yaşadan bir azərbaycanlıdır. O illərdir yorulmadan Azərbaycana xidmət edir və bu yolda çox böyük nəaliyyətlərə imza atıb. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşmasında onun böyük əməyi olub. Əliməmməd Nuriyev nə zaman və harada çalışmasından asılı olmayaraq, hər zaman xalqın və dövlətin maraqlarına xidmət edib, dövlətimizin ən çətin zamanlarında fəallığı ilə seçilib və əlindən gələni əsirgəməyib. Əziz dostumu ad günü münasibətilə təbrik edirəm, ona ən əsası, can sağlığı arzu edirəm ki, hələ uzun illər dövlətimizə layiqincə xidmət edə bilsin.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov

Əliməmməd Nuriyev də iki dənə beş alanların sırasına qoşuldu. Əziz dostumuzu təbrik edirəm. Bu qədər çətin yollar keç, bu qədər taleyüklü məsələlərdə əhəmiyyətli rol oyna, dövlət və cəmiyyət üçün vacib olan məqamlarda önə çıx və təmizliyini qoruyub saxla. Bunu Əliməmməd Nuriyev bacarardı və bacardı. Bundan sonra da bacaracaq.  Əliməmməd Nuriyev həm siyasətçi, həm hüquqşünas, həm dövlət xadimi, həm millət vəkili, həm də ictimai sektorun ən qabaqda gedən nümayəndələrindən biri kimi öz sözünü deyib və hələ deyiləsi çox sözləri də var. Ləyaqətli və şərəfli həyat yolu keçən dostumuz, 55 yaşın mübarək olsun!

SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli

 

Əliməmməd Nuriyev malik olduğu müsbət şəxsi keyfiyyətlərinə görə qəlbimdə xüsusi yeri olan dəyərli dostlarımdan biridir. Onun həm intellektual potensialı, həm davranışı, həm də dövlətçiliyimizin qurulmasında və qorunmasındakı xidmətləri təqdirəlayiqdir. Əliməmməd Nuriyev kimi insanlar dövlətimizi ən yüksək kürsülərdə təmsil etmək və sözünü demək potensialına malik olmaqla hər zaman dövlətimizə sədaqət göstərmək iqtidarındadır ki, bu yolda ən xoş arzularımı çatdırıram. Qoşa beşin mübarək, əziz dostum! 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Bakı Pedaqoji Kollecinə direktor İsrail İsgəndərov   

Hörmətli Əliməmməd müəllim,

Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı və  fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin Azərbaycanda şəffaflığın, təhsilin və Vətəndaş Cəmiyyətinin inkişafındakı rolunuzu, Respublikamızın ictimai-sosial həyatındakı fəaliyyətinizi yüksək  qiymətləndirir, bu sahədəki uğurlarınıza sevinirik. Siz Azərbaycan Dövlət Pedaqoji Universitetin İctimai Surasının üzvü kimi  həyata keçirdiyiniz fəaliyyətinizlə təhsilimizin inkişafına, onun günbəgün artan nüfuzunun təbliğinə, gənclərimizin sağlam ruhda yetişməsinə əvəzsiz töhfələr verirsiniz. Hörmətli Əliməmməd müəllim, əziz Dostum! Sizi Doğum gününüz münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm.

BAMF ADA Universitetinin 7-ci Karyera Sərgisində iştirak etdi

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) martın 1-də ADA Universitetinin Karyera Mərkəzinin təşkil etdiyi 7-ci illik Karyera Sərgisində iştirak etdi. Sərgidə 500-dən çox iddialı bakalavr və magistr tələbəsinin müxtəlif təşkilatların nümayəndələri ilə ünsiyyət qurmaq imkanı oldu.

Eurasia Diary xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri Anastasiya Lavrina və Leyla Məmmədova təşkilatın əsas fəaliyyəti, habelə yerli və beynəlxalq strukturlarla birgə həyata keçirilən bir sıra humanitar, media, sosial və təhsil layihələri barədə danışdılar.

ADA tələbələri xüsusilə, təcrübə proqramı, müraciət proseduru və gələcək perspektivlərlə maraqlanıblar.

Tələbələrə həmçinin, BAMF tərəfindən təsis edilmiş, Azərbaycanda fəaliyyət göstərən yeganə ECL imtahan mərkəzi (müasir xarici dil bilikləri üzrə Avropa Konsorsiumu) "Avrasiya" Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat da verildi. Onlar Avrasiya Təhsil Mərkəzinin hazırladığı Amerika Birləşmiş Ştatları və Macarıstanda keçiriləcək iki yay məktəbi proqramı barədə məlumatlandırıldı.

Qeyd edək ki, 2017-ci ildə BAMF ADA Universiteti ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb və müxtəlif sahələrdə sıx əməkdaşlıq edir.

Hazırda ADA-nın tələbələri BAMF-ın ofisində təcrübə keçirlər. Bir neçə ay ərzində gənc mütəxəssislər layihələr hazırlamağı, hesabat yazmağı və müxtəlif elmi tədqiqatlar aparmağı öyrənirlər. Bundan əlavə, tələbələr beş dildə məlumatlar dərc edən «Eurasia Diary» beynəlxalq analitik informasiya portalında işləyərək praktiki bacarıqlar əldə edirlər. Daha müvəffəqiyyətli təcrübəçilər saytda öz yazılarını dərc etmək imkanı əldə edirlər. Praktikanı bitirdikdən sonra tələbələr sertifikatlar alır.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. BAMF-ın 5 əsas fəaliyyət istiqaməti var: Media və vətəndaş cəmiyyətinin inkişafı; Qaçqın və məcburi köçkünlərin problemləri; Cəmiyyətin inkişafı; Sülhyaratma fəaliyyəti və münaqişələrin həlli; Təhsil. BAMF bir neçə beynəlxalq struktur və proqramın üzvüdür: ABŞ Dövlət Departamenti, Xüsusi Tərəfdaşlıq Proqramı; Beynəlxalq Mətbuat İnstitutu (IPI); Qaçqın və Məcburi köçkünlərin işi üzrə Avropa Şurası (ECRE), Beynəlxalq Sülh Bürosu (IPB), ANPED və s. 2013-cü ilin sonundan BAMF, Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında ümumi məşvərətçi statusuna malik yeganə təşkilatdır.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin İnsan Haqqları Şurasının 40-cı sessiyasında iştirak edir

Nümayəndə heyəti bugün BMT İnsan Haqqları Komissarının vətəndaş cəmiyyəti qurumları ilə İllik toplantısında iştirak edəcək

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin Cenevrədə keçirilən İnsan Haqqları üzrə 40-cı sessiyasına və sessiya çərçivəsində keçirilən tədbirlərə qatılıb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, 4 mart tarixində BAMF-ın prezidenti Umud Mirzəyev, vitse prezident Ramil Əzizov və BAMF prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina BMT-nin 40-cı sessiyası çərçivəsində keçirilən dinləmələrdə iştirak edib. Nümayəndə heyəti bugün BMT İnsan Haqqları Komissarının vətəndaş cəmiyyəti qurumları ilə İllik toplantısında iştirak edəcək, Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun keçirəcəyi “Ərəb regionunda insan haqqları”, eləcə də “Dayanıqlı ətraf mühit üzrə insan haqqları” və “Müharibələrin uşaqlara təsiri” mövzusunda keçiriləcək paralel sessiyalar zamanı aparılacaq müzakirələrə qoşulacaqlar.

Martın 6-da nümayəndə heyətinin "Ərəb regionunda insan hüquqları", "İnsanların dayanıqlı ətraf mühitdə yaşamaq hüququ" və "Münaqişələrin uşaqlara təsiri" mövzusunda plenar iclaslara qatılacağı gözlənilir.

 7 mart tarixində isə BMT-nin İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində BAMF-ın Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə BMT-nin Cenevrə ofisində “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda  tədbiri keçiriləcək. Qeyd edək ki, BAMF-in nümayəndə heyətinin Cenevrəyə səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilib.

 

BMT İnsan Haqqları Şurasında BAMF-ın görüşləri davam edir

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT –nin Cenevrə ofisində İnsan Haqqları üzrə Ali Komissar Mişelle Baçelet Jeria ilə görüşə qatılıb. Görüşdə fəaliyyəti beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda qəbul edilməyən qurumların BMT-nin İnsan Haqlları qurumunda fəaliyyətinə açıq imkanların yaradılmasından yaranan narazılıqlar, ifadə azadlığı, insan haqqlarının qorunmasında vətəndaş cəmiyyətinin dəstəklənməsi, yaşlıların, eləcə də uşaqların hüquqlarına və.s dair məsələlər müzakirə olunub. 

BAMF prezidenti BMT-nin İnsan Haqqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəziri ilə görüşüb, BAMF-ın fəaliyyəti məlumat verib  və gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. BAMF nümayəndələri Beninin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Eloi Laourounun “Ətraf mühit diplomatiyası” kitabının təqdimatında iştirak ediblər. BAMF prezidenti Mali və Beninin BMT-dəki daimi nümayəndəlikləri ilə müzakirələr aparıb. Azərbaycan ərazilərinin işğalı nəticəsində Qarabağda ətraf mühitin, mədəni-sivilizasiyanın məhv edildiyini onların diqqətinə çatdırıb.

BAMF prezidenti U. Mirzəyevin İranın Terrorizm Qurbanlarının Müdafiəsi Assosiasiyasının nümayəndələri ilə görüşü olub. Görüş zamanı BAMF prezidenti  erməni hərbi birləşmələrinin Xocalı faciəsi, Qarabağın işğalı ilə müşayət olunan bir sıra terror əməlləri barədə söz açıb, terrora və işğal faktına qarşı vətəndaş cəmiyyəti qurumlarını bir yerdə fəaliyyətə səsləyib.

BAMF nümayəndə heyəti BMT İnsan Haqqları Şurasının sessiyası çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, müzakirələrə qoşulub. BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina insan hüquq müdafiəçilərinin qorunmasına dair tədbirdə əsas çıxışçılardan biri olub. O, çıxışında insan hüquq müdafiəçilərinin bəzən qeyri adekvat və qeyri dəqiq məlumatlarının ölkələr haqda yanlış rəyin formalaşmasına səbəb olduğunu, eləcə də insan hüquq müdafiəçilərinin qorunmasının vacibliyini qeyd edib. 

BAMF nümayəndə heyəti İnsan Haqqları  Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü Osman Əl Hacc ilə görüşüb. Görüş zamanı müharibə nəticəsində Azərbaycanın işğal altındakı ərazilərində və bu ərzilərlə həmsərhəd bölgələrdə dağılmış infrastrukturu, ekoloji fəlakəti əks etdirən sənədli film nümayiş etdirilib.Umud Mirzəyev BMT İnsan Haqqları məmuru Zəki Otman, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqqları departamentinin müşaviri Yevgeni Ustinov, Londonda yerləşən ARAMEA Fondunun idarə heyətinin üzvü Bassam Aloni, Yəmənin BMT –dəki sabiq səfiri İbrahim Əl-Addofi, mərkəzi ofisi Belçikada yerləşən Qlobal Filantrop Şəbəkəsinin rəhbəri Faisol Amrullah, İnkişaf və Hüquqlara dair Beynəlxalq Akademiyanın prezidenti Kamel Laifi, Kəndlər Birləşdirir - Birləşmiş Kəndlər təşkilatının nümayəndəsi Kossi Essiomle və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirib, onları Azərbaycan ərazilərinin  işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması üçün birgə əməkdaşlığa dəvət edib.  BAMF-ın “Sülh və Təhlükəsizlik üçün Su” tədbiri çərçivəsində birgə platformanın yaradılmasına çağırıb.

Qeyd edək ki, bu gün BMT-nin İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində BAMF-ın  Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə BMT-nin Cenevrə ofisində “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbiri keçiriləcək.

 

 

BAMF prezidenti dünyanın potensial su böhranı problemində suyu sülh naminə vasitəyə çevirməyə çağırdı

BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) prezidenti Umud Mirzəyev BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında çıxışında su təchizatı probleminə toxunub. O humanitar böhrana səbəb olan münaqişələrin və müharibələrin dağıdıcı xüsusiyyətlərini qeyd edib.

Eurasia Diary BAMF prezidentinin çıxışının tam mətnini oxuculara təqdim edir:

"Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Sizin hamınızı burada görmək mənim üçün xoşdur. 

Su müharibəyə səbəb olan amil olmaqla yanaşı həmçinin, danışıqları başlamaq, sülhün və inamın yaradılmasında vasitə olduğu üçün görüşün mövzusu çox vacibdir. Bu gün müharibələrin, etnik və dini münaqişələrin, ərazi mübahisələrinin və terrorçu hücumların, iqtisadi böhran və ekoloji fəlakətlərin ən dəhşətli təsirinin yaşandığı bir tarixi dövrdür.  Dünyanın 50-dən çox ölkəsində  baş verən münaqişələr, eləcə də ciddi fəlakətlər, müharibə səbəbilə yaranmış iqtisadi və ekoloji risklər 65 milyon insanı öz evlərini tərk etməyə məcbur edib.  

Bir çox bölgələrdə insanlar suyun hər bir damlası üçün mübarizə aparırlar. Kənd təsərrüfatının əsas fəaliyyət sahəsi olduğu ölkələrdə su çatışmazlığı insanları köçməyə məcbur edir.

Su həyat eləcə də, insanın normal yaşayışı və sağlamlığı üçün çox vacibdir. 2010-cu ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası insanın su və sanitariya hüququnu tanıyan qərar qəbul edib. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri 2016-cı ilin sentyabr ayında DİM-nin 6-cı məqsədindəki təhlükəsiz içməli su və sanitariya hüququnun təmin edilməsinə dair öhdəliyi üzərlərinə götürdülər. 

Ancaq bugün su çatışmazlığı əsas məqsədi sülhün, təhlükəsizliyin və davamlı inkişafın dəstəklənməsi olan beynəlxalq sənədlərə, beynəlxalq normalara və standartlara diqqət edilmədən siyasi maraqlar üçün istifadə olunur.  

Mənim ölkəm Azərbaycanda, eləcə də Suriyada, İordaniyada, Fələstində, İraqda, Yəməndə su ehtiyatlarının ələ keçirildiyi və qanunsuz nəzarətin olduğu bir zamanda təbii infrastrukturun inkişafına necə investisiya qoya bilərik?

Suriyalı qaçqınların təxminən 83%-i suyun məhdud olduğu  və ya mina və partlamamış sursatla dolu olduğu böyük və kiçik şəhərlərdə yaşayırlar. Orta Şərq və Şimali Afrika qeyri-sabitlik və su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığı mübahisəli ərazilərdə yaşayan insanların gündəlik həyatına böyük təsir göstərir.

Doğulduğum ölkə Azərbaycan, təxminən 30 ildir ki, işğaldan əziyyət çəkən ölkələr sırasındadır. Bugün 1.2 milyondan çox qaçqın və məcburi köçkün var. 80-ci illərin sonunda erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20%-ni - Dağlıq Qarabağ və 7 ətraf rayonları işğal edib. Bundan əlavə, 1992-ci ildən etibarən Azərbaycanın ən böyük su anbarı Sərsəng Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Bu anbar təxminən 96 min hektar sahənin suvarılması üçün tikilib. Minlərlə insan bu işğaldan və su çatışmazlığından əziyyət çəkir. Bu bölgələrdə yaşayan əhalinin əksəriyyəti qaçqın və məcburi köçkünlərdir.

Mən bütün vətəndaş cəmiyyəti nümayəndələrini, qaçqın və məcburi köçkünləri potensial su böhranı problemində suyu sülh naminə vasitəyə çevirməkdə öz səylərini birləşdirmək, əməkdaşlıq etmək üçün bir araya gəlməyə çağırıram.

Çıxışımın sonunda, mənim təşkilatım tərəfindən hazırlanmış, bölgəmdə və dünyada su problemini aydın şəkildə təsvir edən qısa videonu izləməyi təklif edirəm", deyə Umud Mirzəyev fikrini tamamlayıb.

 

Hərbi münaqişələr ətraf mühitin korlanmasına səbəb olur

BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) prezidentinin köməkçisi Anastasiya Lavrina BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında su çatışmazlığı və ekoloji cinayətlər barədə çıxış edib. Eurasia Diary çıxışın mətnini oxuculara təqdim edir:

Hörmətli xanımlar və cənablar, möhtərəm qonaqlar!

Bu gün burada olmaqdan və su qıtlığı və ekoloji cinayət kimi çox həssas və mühüm məsələ barədə danışmağa çox məmnunam.

Bu iki böyük problem heç də həmişə insan fəaliyyətinin sürətli inkişafının nəticəsində yaranmır. Bu gün bir çox hallarda ətraf mühitin korlanması artmaqda olan hərbi münaqişələr nəticəsində baş verir. Ölkələr hər hansı bir ərazi uğrunda mübarizə apararkən, işğalı dəstəkləyərkən ətraf mühiti korlayır və qanunları pozur.  Hərbi böhranlar ətraf mühitə qloballaşma və texniki tərəqqidən daha az ziyan vurmur.

Ətraf mühitə mənfi münasibət ekologiyanı korlayır və milyonlarla insanın, xüsusilə də, qadınlar və uşaqların yaxşı şəraitdə yaşamaq hüququnu pozur. Su amili çox vacibdir və davamlı inkişaf, stabillik, sülh, sağlam bir mühit, gender bərabərliyi və iqtisadi artıma nail olmağı nəzərdə tutan 2030-cu il  Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsilə birbaşa bağlıdır.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi təxminən 30 ildir davam edir və dünyanın ən uzun və qanlı münaqişələrindən biridir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən, erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. 25 ildən artıqdır ki, bu münaqişə işğal olunmuş ərazilərdə, həmçinin Azərbaycanın cəbhəyanı bölgələrində insanın inkişaf etməsi, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sahələrində çətinliklərə səbəb olur. Ermənistana qanunsuz olaraq faydalı qazıntılar, qiymətli daşlar aparılır. İşğal olunmuş ərazidə və istifadə olunmayan sahələrdə daimi məskunlaşmanın olmaması gəmiricilərin bura axın etməsi üçün yaxşı bir mühitdir və onlar get-gedə sərhədyanı ərazilərə yaxınlaşır ki, bu da  kənd təsərrüfatının inkişafına təhlükə yaradır. Yaxınlıqda yerləşən kəndlərin davamlı bombardman olunması, işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarından gələn su təchizatının bloklanması (hansı ki, bir az öncə ekranda izlədiniz) ekoloji fəlakətə gətirib çıxarır və bunun miqyası gündən-günə artmaqdadır. Qeyd etmək lazımdır ki, işğal olunmuş ərazidə meşə sahələrinin məhv edilməsi məqsədilə yanğınların törədilməsi hamımıza məlumdur. Alov ətrafa yayılır, bütün bitki örtüyünü yandırır və ətraf mühitə və təbiətə ciddi ziyan vurur. Bir çox insanların pul qazanmağının əsas yolu torpaq mülkiyyətinə sahib olmaqdır. Məhsulun məhv edilməsi isə insanların ailələrinin gəlir əldə etmək qabiliyyətini və qida ehtiyatını tükəndirir. Bundan əlavə, cəbhə bölgələrinin daim bombardmana məruz qalması açıq sahələrdə kənd təsərrüfatı ilə məşğul olmağı həyat üçün  təhlükəli edir.

Suyun çirkləndirilməsi və ona zəhərli maddələrin qatılması da mütləq qeyd olunmalıdır. İllər boyu Ermənistanın çirkli sularının mütəmadi olaraq bölgənin çaylarına axıdılması çay hövzəsinin ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb.

Bu cür davranışla, Ermənistan təkcə digər dövlətin ərazi bütövlüyü prinsiplərini deyil, eyni zamanda, işğal olunmuş dövlətin daşınar və daşınmaz əmlakının məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri pozmuş olur. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitə dair Proqramının tərəfdaşı kimi bu dövlətin mövcud siyasəti BMT-nin ekoloji standartlarına ziddir.

Dünya ictimaiyyətinin bəzi nümayəndələrinin, assosiasiyaların və xüsusi yaradılmış monitorinq qruplarının uzun sürən Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu ekoloji fəlakətin qarşısının alınması ilə bağlı çağırışlarına baxmayaraq,  erməni icması bütün bu çağırışları gözardı edir. Bundan başqa, mütəxəssislərin işğal olunmuş ərazilərə ziyarət etmələri və artmağa olan ekoloji fəlakətin miqyasını qiymətləndirməyə imkan vermirlər. Bununla yanaşı, ümumi suların və birgə idarə olunan sərhədyanı su ehtiyatları dialoq, sülh, regional və siyasi sabitlik və iqtisadi artımın təmin olunmasında mühüm birləşdirici faktordur. Azərbaycan bugün bu problemlə üzləşən yeganə ölkə deyil. Hərbi təcavüz, su qıtlığı və ekoloji problemlərdən əziyyət çəkən bir çox dövlətlər var. Bugün biz gələcək ekoloji cinayətlərin qarşısını almaq üçün səylərimizi birləşdirməli və birgə çalışmalıyıq. Bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların, hüquq-mühafizə orqanlarının, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarının və akademik strukturlardan ibarət güclü bir şəbəkəsi yaradılmalıdır.

 

BAMF Sərsəng su anbarını BMT-də gündəmə gətirdi

Martın 7-də  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin Cenevrə ofisində İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbir keçirib. Bu barədə Eurasia Diary xəbər verir.

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev dünyada gedən dini, etnik münaqişələr, terror aktları nəticəsində bəşəriyyətin ciddi ətraf mühit problemləri ilə üz-üzə qaldığını, müharibələrin dünyanın 50-dən çox ölkəsində sosial-iqtisadi fəlakətlər yaratdığını, 65 milyon insanın öz doğma yurd-yuvalarından qaçqın və köçkün düşdüyünü deyib.

“Azərbaycan da 30 ildən çoxdur ki, işğaldan əziyyət çəkir. Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən  işğal edilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Bundan savayı, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edilməkdədir. Bu səbəbdən minlərlə insan eləcə də 96 min ha ərazi su çatışmazlığından əziyyət çəkir”.

O, insan hüquqları və ətraf mühitin qorunması, regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi üçün işğal altında saxlanılan ərazilərin azad olunmasına çağırıb. Vətəndaş cəmiyyəti qurumlarını, qaçqın və məcburi köçkünləri, insan haqqları müdafiəçilərini insanların öz doğma yurd-yuvalarına qayıtmaq, yaşayıb, yaratmaq, sülhü bərqərar etmək naminə səylərini birləşdirməyə səsləyib.

Daha sonra su mənbələrinin qarşısının alınması, suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-ın hazırladığı “Su-Müharibə maşını” sənədli filmi vasitəsi ilə auditoriyaya çatdırlıb. Sənədli film izləyicilərin ciddi marağına səbəb olub. 

Digər çıxışçı Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri Nidal Salim Ermənistanı Azərbaycana qarşı sudan təzyiq kimi istifadəsini dayandırmağa, bu sahədə qəbul edilmiş beynəlxalq hüquqi sənədlərə əməl etməyə çağırıb. Bu gün dünyanın müxtəlif bölgələrində süni yaradılmış su problemlərinin insanlıq üçün ləkə gətirdiyini qeyd edib. 

İnsan Haqqları  Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü prof. Osman Əl Hacc su mənbələrinin istifadəsi zamanı təhlükəsizliyin qorunması, eləcə də  beynəlxalq hüquqi normalardan danışıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadəni beynəlxalq cinayət adlandırıb.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasını, nəzarətsiz ərazilərdə sudan qeyri insani istifadə olunmasının yol verilməz olduğunu bildirib. Bunun qarşısının alınması üçün BMT qurumlarına səslənib.

Daha sonra auditoriyanın sualları dinlənilib. BAMF-ın vitse prezidenti Ramil Əzizov verilən sualları cavablandırıb. Suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqqlarına təsiri, təhlükəsizlik məsələlərindən danışıb.

Tədbir BMT-nin Cenevrə ofisinin azərbaycan ornamentləri ilə bəzədilmiş Azərbaycan otağında keçirilib. Burada 30 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, missiya nümayəndələri iştirak edib.    

Qeyd edək ki, BAMF-in nümayəndə heyətinin Cenevrəyə səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilib.

 

Umud Mirzəyev BMT-nin nüfuzlu şəxsləri ilə görüşüb

Xəbər verdiyimiz kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin Cenevrədə keçirilən İnsan Haqqları üzrə 40-cı sessiyasına və sessiya çərçivəsində keçirilən tədbirlərə qatılıb.

Sessiyası çərçivəsində BAMF-ın prezidenti Umud Mirzəyev Cenevrə İnsan Haqqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəziri ilə görüşüb.

Eurasia Diary-nin verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Umud Mirzəyev Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox insanın hüquqlarının pozulması, fəlakət nəticəsində ətraf mühitə, sosial-iqtisadi infrastruktura dəyən ziyan haqda məlumat verib.

İ. Cəziri ölkə rəhbəri İlham Əliyev tərəfindən Azərbaycanın inkişafı, eləcə də mədəniyyətlərarası dialoq və tolerantlıq, islamafobiyaya qarşı mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirdiyini qeyd edib. O etnik, dini, milli münaqişələri kəskin şəkildə pislədiyini bildirib. İ. Cəziri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində qətnamə üzərində işlədiyini və BAMF-ın bu istiqamətdə töhvə verə biləcəyini ifadə edib. Görüşün sonunda İdris Cəziri Bakıya səfəri zamanı gələcək birgə əməkdaşlığın qurulması üçün ikitərəfli memorandumun imzalanması istiqamətində müzakirələrdən məmnunluğunu bildirib.

Martın 8-də BAMF-ın prezidenti U. Mirzəyevin BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi Katalina Devandas Aquilar ilə görüşü olub.

Görüş zamanı U. Mirzəyev BAMF haqda və Azərbaycanda fəaliyyət göstərən əlilliyi olan şəxslərin vətəndaş cəmiyyəti qurumları, Əlilliyi olan Təşkilatların İttifaqı barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada təmsil olunan müharibə əlilləri və digər əlilliyi olan şəxslərin gördüyü işlərdən qısaca söz açıb. Xanım Katalina Aquilar Azərbaycana səfəri zamanı əlilliyi olan şəxslərin vətəndaş cəmiyyəti qurumları ilə görüşün təşkili ilə bağlı U. Mirzəyevin təklifini yüksək dəyərləndirib.

Görüşün sonunda BAMF prezidenti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə BMT-nin xüsusi məruzəçisini təbrik edib və ona milli kəlağayı hədiyyə edib.

Qeyd edək ki, BAMF-in nümayəndə heyətinin Cenevrəyə səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilib.

 

 

British School-da Azərbaycanın cəbhə bölgələrindəki uşaqlara dəstək kampaniyasının təqdimatı keçirilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidentinin köməkçisi Anastasiya Lavrina martın 12-də Bakıda British School-da Fondun fəaliyyəti barədə təqdimat keçirib. Tədbirin moderatoru direktorun müavini Filip Roş olub.

Eurasia Diary xəbər verir ki, təqdimatın əsas məqsədi məktəbliləri beynəlxalq qurumun yerli və beynəlxalq səviyyədə əsas iş fəaliyyəti ilə, onun humanitar, təhsil və media layihələri və BMT-nin İqtisadi və Sosial Şurası yanında Əsas Məşvərətçi Statusunun təşkilata qazandırdığı üstünlüklər barədə məlumatlandırmaq olub.

Bundan əlavə, şagirdlərə qarşıdan gələn 1 İyun Beynəlxalq Uşaqlar Günü ərəfəsində təşkil olunacaq xeyriyyə kampaniyası barədə məlumat verilib. İştirak etmək və kitab, qələm və ya geyim hədiyyə etmək istəyən şəxslər bu vacib tədbirə dəvət olunublar.

"Münaqişələr baş verən ərazilərdə ən çox uşaqlar əziyyət çəkir. Onların normal həyat sürmək və yaxşı bir uşaqlıq dövrü yaşamaq haqqları pozulur. Azərbaycanın cəbhə bölgələrində yaşayan uşaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından çox əziyyət çəkir. Dövlət məcburi köçkün və qaçqın ailələrinə dəstək olmaq üçün əlindən gələni edir, ancaq bizim hər birimiz bu uşaqlara dəstək olmaq və onların həyatlarını az da olsa daha parlaq etmək üçün öz töhvəmizi verməyə çalışmalıyıq”, Anastasia Lavrina deyib.

Təqdimatdan təsirlənən Filip Roş fikirlərini bu cür ifadə edib:

“Bu rayonlar Bakıdan yalnız 300-350 km uzaqlıqda yerləşir, lakin burada münaqişədən dolayı ehtiyac içində yaşayan uşaqlar var. Siz bilirsiniz ki, evə gedib, yemək yeyib, yatağınızda yatacaqsınız, ancaq bu uşaqlar bu gün və sabah nə olacağından əmin deyillər. Bu uşaqların gələcəkdə nə ilə qarşılaşacağı məlum deyil”.

Məktəblilər yardım kampaniyasının bir hissəsi olmaq istədiklərini və uşaqlara müxtəlif mövzularda kömək etmək arzusunda olduqlarını nümayiş etdiriblər.

Təqdimatın sonunda cəhbə bölgələrində baş verən münaqişələrdən əziyyət çəkən uşaqlar haqqında Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən hazırlanmış qısa video çarx geniş auditoriyaya nümayiş olunub.

 

BAMF BMT İnsan Haqqları Şurasında dünyanı Ermənistanın Qarabağda törətdiyi zorakılığı dayandırmağa çağırdı

BAMF BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında iştirakı ilə bağlı mətbuat konfransı keçirib.

Eurasia Diary xəbər verir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu öz ofisində mətbuat konfransı keçirib. Mətbuat konfransı BAMF nümayəndə heyətinin Cenevrədə keçirilən BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında iştirakıyla bağlı olub.

Konfransda BAMF Prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elməddin Behbud, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət və digər ictimai xadimlər iştirak edib.

BAMF Prezidenti Umud Mirzəyev mətbuat konfransında çıxış edərək özünün rəhbərlik etdiyi BAMF nümayəndə heyətinin Cenevrədə keçirilən BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında iştirakıyla bağlı ətraflı məlumat verib. U. Mirzəyev qeyd edib ki, vətəndaş cəmiyyəti qurumlarının beynəlxalq müstəvidə fəaliyyəti daha da genişləndirilməli və şaxələndirilməlidir. Həmçinin, xüsusən Sərsəng su anbarı, işğal altındakı ərazilərimizdə yeni yaşayış məskənlərinin salınması və ölkəmiz üçün həyati əhəmiyyətə malik digər mövzularda vətəndaş cəmiyyəti qurumları birgə hərəkət etməli və bir-birilərinə dəstək olmalıdırlar. BAMF nümayəndə heyətinin Cenevrəyə səfərinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elməddin Behbud da mətbuat konfransında çıxış edənlərdən biri olub. O, dövlətin ölkədəki QHT və digər ictimai qurumlara gündən-günə artan dəstəyi barədə məlumat verib. Həmçinin, E. Behbud BAMF nümayəndə heyətinin Cenevrədə keçirilən beynəlxalq sessiyada iştirakını yüksək qiymətləndirib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə öz çıxışında BAMF-ın beynəlxalq müstəvidəki fəaliyyətinin ölkəmiz üçün əhəmiyyətinə toxunub. A. Həsrət BAMF başda olmaqla ölkə maraqlarına xidmət edən bütün təşkilatların maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da çıxış edərək vətəndaş cəmiyyəti qurumlarının daha aktiv fəaliyyətinin zəruriliyinə toxunub və BAMF-ın ölkə daxilində və xaricində milli maraqları qoruyan ən əsas qurumlardan biri olduğunu qeyd edib.

Tədbirin sonunda iştirakçılara Cenevrədə keçirilən beynəlxalq sessiya ilə bağlı şəkillər təqdim edilib, videoçarx və Sərsəng su anbarından bəhs edən “Su - müharibə maşını...” sənədli filmi nümayiş olunub. Tədbirdə “AZTV”, “AZERTAC”, “ATV”, “İTV” “Lent.az” və digər media nümayəndələri də iştirak edib.

 

Bu yay Ermənistanda siyasi təlatümlər baş verə bilər..... 

Bu gün BAMF-ın ofisində Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun iştirakı ilə “Yeni Regional çağırışlar fonunda Dağlıq Qarabağ problemi” adlı mətbuat konfransı keçirilib. Konfransda bir sıra mətbuat nümayəndələri iştirak edib.

“Paşinyan danışıqlardan qaçır, Qarabağ klanı pusqudadır”

E. Şahinoğlu Qarabağ problemi ətrafındakı danışıqları dəyərləndirərkən qeyd edib ki, danışıqlarda heç bir irəliləmə mövcud deyil. Təəssüflər olsun ki, Paşinyan hakimiyyətə gəldikdən sonra biz Ermənistanın mövqeyinin daha da sərtləşdiyini müşahidə edirik. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, Ermənistana ciddi təzyiq göstərilmədiyi halda danışıqlar masasından uğur gözləmək olmaz.

 

Əslində Paşinyan danışıqlarda fəal iştirak edə də bilməz. Çünki, o danışıqlarda haqsız tərəfdir. Paşinyan da bütün ermənilər də bilir ki, onlar qeyri-qanuni yolla Azərbaycan torpaqlarını işğal edib. Ona görə də danışıqların irəliləməsi üçün güzəştə getmək zəruridir. Lakin Paşinyan güzəştə gedə bilməz, çünki o daxili narazılıqdan və daxildə onun “ayağının büdrəməsini” gözləyən qüvvələrdən çəkinir. Qarabağ klanı bu gün passiv görünə bilər, ancaq hələ də onların əllərində kifayət qədər imkanlar var. Paşinyan da bunu bilir və görür ki, Qarabağ klanı pusqudadır. Bundan savayı o hakimiyyətə gələrkən erməni xalqına verdiyi vədlərin demək olar ki, heç birini yerinə yetirə bilməyib. Belə bir zamanda güzəşt Paşinyan iqtidarı üçün ən sonuncu variyantdır.

“Paşinyan ən böyük separatçıdır”

Ümumiyyətlə Ermənistanda bütün siyasətçilər hakimiyyətə gəldikdən sonra siyasi xəttlərini tamamilə dəyişdiriblər. Paşinyan da hakimiyyətə gəlməzdən əvvəl Dağlıq Qarabağ problemi barədə sülh və güzəşt tərəfdarı idi, ancaq iqtidara gəldikdən sonra o öz mövqeyini tamamilə sərtləşdirdi.

Paşinyandan əvvəlki Qarabağ klanının hakimiyyətini biz seperatçı hakimiyyət adlandırırdıq. Lakin yürütdüyü siyasət və verdiyi bəyanatlardan belə nəticəyə gəlirik ki, ən böyük separatçı elə Paşinyan özüdür. Bu gün Paşinyan “heç bir sülhü ərazilərə dəyişməyəcəyik” deməklə danışıqlar prosesini həm ləngidir, həm də Azərbaycanı qıcıqlandırır. Paşinyanın İrana rəsmi səfərindəki “selfi qalmaqalı” bir daha göstərdi ki, o, özündən əvvəlki dövlət başçılarından daha çox seperatçıdır.

Paşinyanın rejissor dostu: “İqtidar Paşinyanı dəyişdi”

Paşinyanın siyasi kursundakı bu dəyişimi ancaq biz demirik. Onun teatr rejissoru olan dostu Georgi Vanyan onun barəsində danışarkən deyir ki, “Paşinyan əvvəllər tam başqa cür bir insan idi. O dəfələrlə yazdığı məqalələrdə, hətta kitablarından birində qeyd etmişdi ki, Qarabağ bizə ancaq baş ağrısıdır, bu məsələ bizə durmadan yeni problemlər yaradır. Ancaq deputat olduqdan və hakimiyyətə gəldikdən sonra o tamamilə dəyişdi. İqtidar onu dəyişdirdi”.

“Yayda Ermənistanda təlatümlər başlaya bilər”

“Qeyd etdiyim kimi, Paşinyan seçkiqabağı kampaniyalarda erməni xalqına verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Ölkə iqtidadiyyatı ağır durumdadır. Türkiyə və Azərbaycanla sərhədlər bağlıdır. İranın öz iqtisadi durumu günü-gündən pisləşir. Rusiyaya gəldikdəysə onsuz da Ermənistan bu ölkədən həm iqtisadi, həm də hərbi cəhətdən asılı vəziyyətdədir. Paşinyanın Avropadan gözlədiyi yardımlar və investisiyalar da gəlib çıxmadı. Bütün bunların müqabilində Paşinyan Dağlıq Qarabağ probleminin həllində sülh üçün bütün qapıları bağlayır və düşünmək olar ki, növbəti aylarda kiçikmiqyaslı hərbi əməliyyatların başlanması artıq Ermənistanda daxili böhranın meydana gəlməsinə səbəb ola bilər. Belə hesab edirəm ki, Ermənistanda bu yay təlatümlər başlaya bilər” deyə, E. Şahinoğlu bildirib.

“Azərbaycan-Ermənistan müharibəsi başlasa KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər”

KTMT-nin Dağlıq Qarabağ probleminin həllindəki rolunu qiymətləndirən E. Şahinoğlu bildirib ki, KTMT elə bir siyasi institutdur ki, burada sistem işləmir. KTMT üzvləri arasında vahid birlik yoxdur. Və heç də bura üzv olan dövlətlər bir-birilərinə dəstək durmurlar. Həmçinin KTMT-yə üzv olan Belarusiya, Qazaxıstan kimi dövlətlər Azərbaycanla bir çox sahədə sıx əməkdaşlıq edir və bu məsələdə onun haqlı mövqeyini müdafiə edirlər. Ona görə də belə hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həllində KTMT-nin rolu çox zəifdir. Hətta Azərbaycan-Ermənistan müharibəsi başlasa belə KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər. Çünki KTMT Ermənistanın ərazi bütövlüyünə cavabdehdir, Dağlıq Qarabağ isə Ermənistan ərazisi deyil.

“Rusiyadan bu il bir ədəd belə silah almamışıq”

“Rusiya Azərbaycanın bir çox sahədə əməkdaşlıq etdiyi dövlətdir. Azərbaycana ötən il ən çox turist də məhz bu ölkədən gəlmişdir. Lakin ötən günlərdə Rusiya XİN-i öz vətəndaşlarını (erməni əsilli) Azərbaycana səfər edərkən ehtiyatlı olmağa çağırıb. Bu çağırış nə deməkdir? Yəni, Rusiya öz vətəndaşlarına “Azərbaycana getməyin” deyir. Həmçinin bu bəyanatdan savayı, Moskvada məşhur ermənipərəst “Lazarev klubunun” toplantısının keçirilməsinə icazə verilməsi və azərbaycanlıların çalışdığı bazarlarda onlara qarşı təzyiqlərin başlanması Rusiyanın Azərbaycanla əlaqələrində heç də xeyirxah olmadığına işarə edir. Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasətin səbəbləri müxtəlif ola bilər. Məsələn, Rusiyadan bu il bir ədəd belə silah almamışıq. Həmçinin prezident İlham Əliyev “Rusiyadan modern silahları almağa hazırıq” deməklə bir növ rus hökumətinə mesaj verdi ki, bizə müasir silahlar lazımdır və Rusiyanın sınıq-salxaq silahlarına ehtiyacımız yoxdur. Bütün bunlar iki dövlət arasında cüzi də olsa gərginliklərə səbəb ola bilər, ancaq Azərbaycanın yerləşdiyi region onu Rusiyayla münasibətləri daim nəzarətdə saxlamağa və bu ölkəylə əməkdaşlıq etməyə vadar edir” deyə, E. Şahinoğlu bildirib.

“Məhkəmə və seçki sahəsində də ciddi islahatların həyata keçirilməsi zəruridir”

Sonda isə E. Şahinoğlu qeyd edib ki, “Son dövürlər ard-arda Rusiya, İran və Gürcütanda heç də Azərbaycanın lehinə olmayan hadisələr baş verir, bəyanatlar verilir. Məhz belə bir dövrdə Azərbaycanda İlham Əliyevin sərəncamıyla sosial sahədə silsilə islahatlar aparılır. Xüsusən prezidentin son fərmanından sonra 431 məhkuma amnistiya verilməsi çox vacib və düşünülmüş bir addımdır. Siyasi fəalların azadlığa buraxılması ölkədəki müxalif kəsimin radikallığa meyilliliyini azaldacaq. Azərbaycana hər tərəfdən təzyiqlərin edildiyi bir dövrdə ölkə daxilində vətəndaş həmrəyliyini qoruyub saxlamaq dövlətimizin gələcəyi və inkişafı üçün ən vacib detaldır. Bu islahatların davamı olaraq Məhkəmə və seçki sahəsində də ciddi islahatların həyata keçirilməsi zəruridir.

 

Prezidentin əfv fərmanı ölkədə vətəndaş həmrəyliyinə hesablanıb -Umud Mirzəyev

BAMF prezidenti və Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev prezidentin əfv fərmanı və bu fərmana yanaşmalar mövzusunda Eurasia Diary ekskluziv açıqlamalar verib.

U. Mirzəyev qeyd edib ki, Prezident İlham Əliyevin sonuncu əfv fərmanı yüzlərlə ailəni, o cümlədən bizi sevindirdi. Bu fərman ölkə başçısının sosial, iqtisadi, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların məntiqi davamıdır. Bu həm də cəmiyyətimizin bütövləşməsinin, barışın ifadəsidir.

Belə hesab edirəm ki, Azərbaycan xalqının heç vaxt indiki qədər vətəndaş həmrəyliyinə ehtiyacı olmayıb. Biz bir xalq olaraq bu gün vətənimizin, Azərbaycanımızın bütövləşməsi ərəfəsindəyik. İşğal edilmiş ərazilərimizin qaytarılması və bərpası ərəfəsindəyik.

Son dövrlərdə iqtisadi sabitliyə nail olmamız və ordu quruculuğu prosesini tamamlamamız qısa bir zamanda bizim regionda lider dövlət olmağımıza səbəb oldu. Bu gün Azərbaycan öz milli maraqları əsasında siyasət yürüdən və hər şeydən öncə vətəndaşlarının rifahını və məmnuniyyətini düşünən bir sosial dövlətə çevrilmişdir.

Qeyd etmək istərdim ki, bu gün ölkədə gedən islahatlar da vətəndaş həmrəyliyinə hesablanıb. Xüsusən əfv fərmanı Azərbaycan xalqının birliyi və həmrəyliyi üçün xüsusi önəm kəsb edir. Çünki Prezident İlham Əliyev bu humanist addımla bir daha göstərdi ki, O, yalnız bəlli bir kəsimin deyil, siyasi görüşündən, həyat səviyyəsindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqının prezidentidir.

Ancaq çox təəssüflər olsun ki, bu fərmanı kölgədə qoymağa, onu müxtəlif beynəlxalq güclərin təzyiqlərinin nəticəsi kimi göstərməyə çalışanlar var. Bu istiqamətdə bəyanatlar verən şəxslərin hər biri, başda Əli İnsanov olmaqla Azərbaycanda vətəndaş həmrəyliyini və siyasi sabitliyi pozmağa çalışan qüvvələrə xidmət edir.

Əli İnsanov qeyd edib ki, beynəlxalq güclərin hesabına azad olub, lakin o unudur ki, onu Əli İnsanov edən hazırda tənqid etdiyi, xəyanət etdiyi iqtidardır. Onun açıqlamasında verdiyi mesajların ən təhlükəli tərəfi isə bu bəyanatların ölkəmizdə bölücülük dəyirmanına su tökməsidir. Biz bu cür çağırışları qəti şəkildə pisləyirik.

Ə. İnsanovun kimliyi, həm deputat, həm də nazir kimi fəaliyyəti Azərbaycan ictiamiyyətinə məlumdur. Onun kimi korrupsioner, tabeliyindəki insanlara, o cümlədən jurnalistlərə qarşı kobud və sərt rəftarı olan birinin demokratiyadan, insan haqlarından və hüquqdan dən vurması gülüncdür. Açığı heç qərbin də Əli İnsanov sancısı yox idi. Bu adam törətdiyi əməllərə görə, dövlət əmlakını mənimsəmək və korrupsiyaya görə həbs edilmişdi. Məmurlarımızın bir çoxu bu tarixi gerçəklikdən nəticə çıxarmalıdırlar. Xalqla bir yerdə olmaq, xalqın yanında olmaq, xalqa xidmət etmək vaxtı çoxdan çatıb. Onun adından hoqqabazlıq edənləri isə yaxşı tanıyırıq.

 

Rusiyadakı azərbaycanlıların əsas problemi nədir? - Hüquqşünas Elman Paşayevlə müsahibə

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev BAMF ofisində keçirilən toplantıda Eurasia Diary-ə eksklüziv açıqlamalar verib.

-Rusiyada yaşayan həmyerlilərimiz daha çox hansı hüquqi problemlərlə qarşılaşırlar və onların hüquqlarının qorunmasında hər hansısa maneələr yaradılırmı?

 

Xeyr, heç bir maneə yoxdur. Əslində Rusiyada qanunlara maksimum səviyyədə əməl edilir. Hökümət və yerli icra orqanları üçün əsas prioritet qanunların mühafizəsidir və bu qanunlar ölkədə yaşayan bütün etniklər üçün, o cümlədən də azərbaycanlılar üçün eynidir. Etniklərə yanaşmada heç bir ayrı-seçkilik yoxdur, qanun nəyi tələb edirsə, o da edilir. Azərbaycanlıların qarşılaşdığı hüquqi problemlərə qaldıqda isə onu demək istərdim ki, əsas problem həmvətənlərimizin Rusiya qanunlarından məlumatsızlığı və savadsızlığıdır. Bu ölkədə çalışan həmvətənlərimizin əksəriyyətinin heç vətəndaşlığı və ya rəsmi qeydiyyatı da yoxdur. Dəfələrlə üzləşilən problem də məhz vətəndaşlıq və qeydiyyat problemidir. Rusiyanın hüquq-mühafizə orqanları hansısa məntəqədə yoxlanış apardıqları zaman ilk olaraq qeydiyyat məsələsini araşdırırlar.

Təsəvvür edin azərbaycanlıların çoxu burada saxta qeydiyyat vərəqələriylə çalışırlar, yaşayırlar. Bir evə 90 nəfərə qədər azərbaycanlı qeydiyyata düşür. Sonra adi bir hüquqi problem yaşanan kimi belə saxta sənədlərlə çalışan azərbaycanlıları deportasiya edirlər və ya həbs edirlər. Burada günah Rusiya orqanlarında yox, məhz bizim həmvətənlərdədir. Rusiyaya çalışaq və ya yaşamaq məqsədilə gələn hər vətəndaş bu ölkənin qanunlarını, dilini və s. öyrənməlidir. Vətəndaşlıq almaq da çox sadə bir proseduradır. Bura gələn hər azərbaycanlı qeydiyyata durmalıdır, iş yeri və yaşayış yerini bildirməlidir, rus dilini öyrənmək üçün kurslara yazılmalıdır, sonra isə çox sadə bir rus dili imtahanı və sənədləşməylə vətəndaşlıq almaq mümkündür.

- Rusiyadakı diasporamızın durumunu Rusiyada yaşayan azərbaycanlı olaraq necə dəyərləndirirsiniz?

Vəziyyət çox acınacaqlıdır. Diasporamız burada yaşayan azərbaycanlılara dəstək olmaqdan çox onlar üçün yeni problemlər yaradır. Diaspora qurumlarımızdan biri olan Ümumrusya Azərbaycanlıları Konqresi ləğv edildi. Bu qurumun ləğv edilməsinə xüsusən Azərbaycandan ciddi etirazlar edildi. Ancaq demək istərdim ki, bu qurum hər hansısa siyasi səbəbdən deyil, məhz hüquqi problemlər üzündən bağlanılıb. Təsəvvür edin, Rusiyada hər ictimai təşkilat ildə bir dəfə Ədliyyə Nazirliyinə hesabat təqdim etməlidir. Ancaq bu qurum 3 dəfə müraciət edilməsinə rəğmən, hesabat təqdim etməkdən yayınıb.

 

Halbuki, hesabata dair müraciət bir dəfədən artıq edilmir. Yəni, digər diaspora qurumlarımızda da hər şeydən əvvəl hüquqi problemlər var. Fuad Abbasovun aylardır diaspora qurumlarımız haqqındakı verdiyi məlumatlar vəziyyətin nə qədər biabırçı həddə çatdığını bir daha gözlər önünə sərdi. Ancaq burada bir məsələyə də toxunmaq istərdim ki, mən dəfələrlə AzerRos rəhbəri Mehriban Sadıxovayla görüşmüşəm. Ona edilən iradları şəxsən özünə çatdırmışam. Düzü, o da mənim iradlarıma çox adekvat cavablar verdi. Düşünürəm ki, problemin onun özündə, şəxsiyyətində deyil, onun ətrafındadır. Lakin bütün bunlara rəğmən diaspora qurumlarımız birləşməli və vahid sistemin tərkib hissələri olmalıdır. Yalnız bu yolla mövcud problemlər həllini tapa bilər.

- Rusiyada azərbaycanlıların siyasi aktivliyini necə dəyərləndirirsiniz və Seçkilərdə və digər siyasi proseslərdə vətəndaşlarımızın ortaq mövqe sərgiləməsində əsas maneələr nələrdir?

Təəssüf ki, aktivlik səviyyəsi çox aşağıdır. Buradakı vətəndaşlarımızın əksəriyyəti seçkilərdə iştirak etmir. Onların başı sadəcə öz problemlərinə qarışıb, ancaq biz çalışırıq onlara izah edək ki, elə bir çox problemlərin həlli məhz siyasi aktivlikdən keçir. Bizə mane olan əsas amil isə elə biz özümüzük. Təəssüf ki, həmyerlilərimiz bir-birini dəstəkləmir, qabağa çəkmir, əksinə istər siyasi arenalarda, istər biznesdə, istərsə də digər sahələrdə bir-biriləri ilə mübarizə aparır.

Bütün bunlara rəğmən, biz bu sahədə cəhdlərimizi artırırıq. Düşünürəm ki, Fuad kimi iki jurnalist də olsa vətəndaşlarımız daha həmrəy və aktiv olar. Yeri gəlmişkən qeyd etmək istəyirik ki, bu il Rusiyada keçiriləcək seçkilərdə Moskvanın cənub-qərb seçki dairəsində “Çesna” Patiyasının (Həqiqət Partiyası) iki azəraycanlı üzvü, mən Elman Paşayev və Mehman Əliyev namizədlərin arasında yer alacağıq.

- Rusiyada illərdir hüquqşünas kimi çalışırsız və sahənizlə bağlı olaraq müxtəlif qruplardan olan vətəndaşlarla ünsiyyətdə olmusuz. Maraqlıdır ki, Ruisyada yaşayan ermənilər daha çox hansı problemlərlə bağlı hüquqşünas kimi sizə müraciət edirlər? 

Doğrusu, onların da əksər hüquqi problemləri daha çox savadsızlıqlıqdan meydana gəlir. Sadəcə burada erməni lobbisi çox güclüdür. Ermənilər bizdən fərqli olaraq bir-birilərini qabağa çəkirlər. Ancaq mənə müraciət edən ermənilərin əksəriyyəti dələduzluqdan şikayətləniblər. Bir maraqlı hadisəni danışmaq istərdim. Rusiyada yaşayan Bakı ermənisi bir dəfə mənə müraciət etdi ki, öz erməni şəriki onun bir milyon 200 min dollar məbləğində pulunu mənimsəyib və geri ödəmir.

Mən ondan soruşdum ki, niyə məhz bir azərbaycanlı hüquqşunasa müraciət etmisiz. O, cavab verdi ki, əvvəla mən sizin peşə bacarığınıza bələdəm, həmçinin mən erməni olsam da bakılıyam. Daha sonra biz məhkəməni udduq və orada mən həm də mediatr (vasitəçi) təyin edildim, yəni tərəfləri uzlaşdırmalı idim. Hakim öyrənəndə ki, iki erməni bir-birindən şikayət edir və onları bir azərbaycanlı barışdırır özünü saxlaya bilmədi və zalda qəhqəhə çəkərək güldü. Deyim ki, belə hallar tez-tez baş verir. Rusiyadakı ermənilər heç də bir yumruq kimi bir deyillər, onların da arasında bəzən problemlər olur. Sadəcə onlar bir erməni irəli getdikdə onu dəstəkləyir, onu geri çəkmirlər.

 

BAMF prezidenti türkdilli qrupun Xankəndiyə təxribatçı ziyarətini kəskin qınadı

20 mart 2019-cu ildə türkdilli şəxslərdən ibarət bir qrup hazırda erməni işğalı altında olan sözdə "erməni soyqırımı" qurbanlarının və Qarabağ müharibəsində həlak olmuş əsgərlərin xatirəsini yad etmək üçün Xankəndi şəhərində toplaşmışdılar. Eurasia Diary-nin verdiyi xəbərə görə, bununla bağlı ermənilər youtube-da video yerləşdirmişdi. Orada qrup üzvləri anti-türk və anti-Azərbaycan çağırışlar ediblər. Bu cür fəaliyyətlər sülhün təmin edilməsi və millətləri qarşılıqlı dialoqa hazırlamaq üçün göstərilən səylər kimi qəbul edilə bilməz. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) danışıqlar prosesini pozmaq üçün edilən belə cəhdləri qətiyyətlə pisləyir. BAMF-ın prezidenti Umud Mirzəyev bəyanatla çıxış edərək beynəlxalq strukturları, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, həm də Türkiyə Hökumətini və Almaniya hökumətini bu məsələni araşdırmaq üçün hər cür səy göstərməyə və bu vəziyyətin təkrarlanmasının qarşısını almağa çağırıb.

 

Eurasia Diary bəyanatın tam mətnini təqdim edir:

 

Türkdilli bir qrup şəxs 20 mart 2019-cu il tarixdə qonşu Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan şəhəri Xankəndini ziyarət edib. Erməni qəzeti "Bizim Ermənistan" səfərlə bağlı videomaterial yayıb. Videoda bu şəxslərin Azərbaycanla müharibədə həlak olmuş Qarabağ ermənilərinin abidəsi önünə çələng qoyması və çıxışları göstərilir.  

 

Görüntülərdən belə anlaşılır ki, qrup təxminən on nəfərdən ibarət olub. Qrup üzvlərindən birinin danışığı erməni dilinə sinxron tərcümə edilərkən, türk dilində çıxış qismən eşidilir və diqqətlə dinlədikdə türkçə danışan kişinin çıxışında "Arçax" sözünü eşitmək olur.

 

İştirakçılar Azərbaycanı faşist adlandırıblar və sözdə "erməni soyqırımı" qurbanlarının və Qarabağ müharibəsində həlak olmuş erməni əsgərlərin xatirəsini yad ediblər. Bundan əlavə, onlar Türkiyəni 1915-ci ildə erməni xalqına qarşı törədilən sözdə "soyqırım"ı tanımağa çağırıblar.

 

Dərc olunan materialda qeyd olunduğu kimi, qrup əsasən "Soyqırım əleyhdarları" və "Soyqırım qurbanları ilə həmrəylik" təşkilatlarının rəhbərləri və üzvlərindən ibarətdir. Bizə məlumdur ki, "Soyqırıma qarşı hərəkatın beynəlxalq səviyyədə tanınması üçün işçi qrupu assosiasiyası" 1999-cu ildə Almaniyada fəaliyyətə başlayıb və 13 aprel 2000-ci ildə "Soyqırım əleyhdarları" təşkilatı ilə birlikdə "erməni soyqırımı"nın tanınması ilə bağlı Almaniya parlamentinə bəyanat göndərib. Bəyanatda həmçinin, bu "soyqırım"ı tanımaq üçün Türkiyə Respublikasına müraciət etməyə dair çağırış yer alırdı.

 

Təəssüf ki, biz 20 martda keçirilən dırnaqarası tədbirdə fəal iştirak edən təşkilatın rəhbərinin adını tapa bilmədik.  

İkinci təşkilat haqqında məlumat hələlik yoxdur, lakin çox güman ki, onun fəaliyyəti də eyni məqsədlərə xidmət edir.

 

Biz bunun bir növ təbliğat olduğunu yaxşı başa düşürük. Bu təşkilatın və bu qrupun fəaliyyəti sülhməramlı məqsədlər və vətəndaş cəmiyyətinə kömək etmək istəyi arxasında gizlənərək münaqişənin qızışdırılmasına istiqamətlənib və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Bu insanlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı, günahsız insanların qəddarcasına öldürülməsi və milyonlarla azərbaycanlının öz evlərindən zorla çıxarılmasını əsaslandırmağa çalışırlar.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) adından bəyanat verərək biz beynəlxalq strukturları, ATƏT-in Minsk Qrupu həmsədrlərini, Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, həmçinin Türkiyə hökumətini və Almaniya hökumətini bu işi araşdırmaq üçün hər cür səy göstərməyə və bu cür halların təkrarlanmasına imkan verməməyə çağırırıq. Bu insanlar və erməni hökuməti öz hərəkətlərinə görə tam məsuliyyət hiss etməlidirlər.

 

Keçmiş SSRİ-nin Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli maşınları və şəxsi heyətinin səyləri ilə erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən Xocalı şəhərinin və 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımının törədildiyi məkandan bir neçə kilometr məsafədə oturan bu insanlar sözdə "erməni soyqırımı"ndan danışır. Dinc əhaliyə qarşı bu cür soyqırımlar demək olar ki, Azərbaycanın işğal olunmuş hər kəndində törədilib. Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı faktı var. Demək olar ki, otuz ildir ki, erməni silahlı qüvvələri vandallıq törədərək işğal olunmuş ərazilərdə qədim mədəniyyət abidələri, binalar və bütün infrastrukturu dağıtmaqda davam edir. Bundan əlavə, onlar öz fəaliyyətləri ilə Azərbaycanın cəbhə bölgələrində ekoloji fəlakətin yaranmasına səbəb olub. Cəbhə xəttinin yaxınlığında eləcə də işğal altındakı ərazilərdə yerləşən qəbiristanlıqlar  qəsdən və xüsusi qəddarlıqla gülləbaran edilib. Ermənistanın işğalı nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarından didərgin düşüb.  BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırış edən dörd qətnaməsinə baxmayaraq, Ermənistan ərazi bütövlüyü haqqında beynəlxalq hüququn bütün prinsiplərinə əsassız olaraq məhəl qoymamaqda davam edir.

 

Hesab edirik ki, bu məsələdə də beynəlxalq hüququn prinsipləri əsas götürülməli, işğalçı öz adıyla çağırılmalı, vətəndaş cəmiyyəti qurumlarından münaqişənin qızışdırılması üçün silah kimi istifadə edilməməlidir. Ancaq "Soyqırım əleyhdarları" və "Soyqırım qurbanları ilə həmrəylik" təşkilatlarının fəaliyyətləri məhz buna yönəldilib və beynəlxalq ictimaiyyət bu məsələyə xüsusi diqqət yetirməlidir.

Hörmətlə,

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Мətbuat Fondunun Prezidenti

 

Aşihara Karate Federasiyası BAMF-da mətbuat konfransı keçird

Aşihara Karate Federasiyasının prezidenti Maarif Bağırov və digər üzvləri martın 20-dən 24-nə qədər Antalyada keçirilən Avrasiya çempionatında iştirak edən idmançılar və məşqçi heyəti ilə birlikdə BAMF-da mətbuat konfransı keçirib. 

Eurasia Diary xəbər verir ki, tədbirin əvvəlində federasiyanın prezidenti Maarif Bağırov Aşihara karate növünün tarixi və idmançılar haqqında məlumat verib. Tədbirdə həmçinin, Aşihara Karate federasiyasının vitse-prezidenti Umud Mirzəyev və Vüsal Məmmədov, idmançı-müəllim Fərman Rəhimov çıxış etdilər. Yarışda iştirak edən idmançıların nəaliyyətlərini vurğulayan federasiya prezidenti və rəsmiləri bunu çempionatdan əvvəl məşqlərin uğurlu keçməsi ilə əlaqələndirib.

Qeyd edəki ki, yarışda 20 ölkədən 200 idmançı mübarizə aparırdı. Antalyadakı Avrasiya çempionatında Azərbaycanı təmsil edən 11 döyüşçünün hamısı medala layiq görülüb. 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millinin heyətindən heç kim əliboş qayıtmayıb. Beləcə yığmamız komanda hesabında ilk sırada yer alib. 200 idmançı arasında Azərbaycanı təmsil edən, 24 yaşlı karate növü üzrə üçqat dünya çempionu və 2 dəfə Avrasiya çempionu olan Musazadə Musa ardıcıl ikinci dəfə Avrasiya çempionatında "ən yaxşı texniki döyüşçü" adına layiq görülüb. Bundan başqa, yaşca ən kiçik Azərbaycanlı idmançı 7 yaşlı Əsgərov Məhəmməd 27kq çəki dərəcəsində çempion olaraq himnimizi səsləndirən idmançılar sırasına öz adını yazdırmağı bacarıb. 

Daha sonra federasiyanın prezidenti Maarif Bağırov mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, Aşihara karate növünün Avropada geniş yayıldığını bildirib. Federasiya prezidenti qeyd edib ki, yarışda bu idman növünün vətəni Yaponiya iştirak etmirdi. “Qalibiyyətimizin əsas səbəbi idmançılarımızın, federasiyamızın birliyi, məşqçilərimizin bizə diqqəti və qayğısıdır”, deyə Maarif Bağırov qeyd edib.

Sonra Avrasiya Çempionatından bəhs edən video nümayiş olunub.

Tədbirdə çıxış edən idmançılar yarışdakı nəticələri barədə mətbuata məlumat verdilər. 

Tədbirin sonunda Federasiyanın prezidenti Maarif Bağırov, Aşihara Karate federasiyasının vitse-prezidenti Umud Mirzəyev və Vüsal Məmmədov çıxış ediblər. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu fikirləri söyləyib: "Bu təkcə burada iştirak edən idmançıların deyil, bütün Azərbaycan xalqının, millətinin uğurudur".

Federasiyanın prezidenti Maarif Bağırov 2020 -ci il Dünya Çempionatına hazırlıqların başladığını deyib və qarşıdan gələn yarışlarda idmançılara uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Aşihara karate növü üzrə növbəti dünya çempionatı 2020-ci ildə İtaliyada keçiriləcək. 

 

 

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi imtahanların gedişini izləyib

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.

Vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 30.03.2019-cu il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilməkdədir. İmtahan Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.

238 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdur. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunacaqdır ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərha sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunmuş, KİV nümayəndələrinin iştirakı təmin edilmişdir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndəsi imtahanların gedişini izləmişdir.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 70, ən gənc isə 23 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 67%, Respublikanın digər regionları üzrə isə 33%-dir. Sevindirici haldır ki, imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 12%-i xarici, 88%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 52% ilə Bakı Dövlət Universiteti tutur.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu cəbhə bölgəsində

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 30 avqust tarixində Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak edib. Tədbirə həmçinin, Tərtər Rayonu İcra hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəbələrdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.

 

Tədbirdə müxtəlif yaş qruplarından olan təxminən 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkünlərdir. Bununla yanaşı, iştirakçı uşaqlar BAMF-ın UNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində həyata keçirilən və gənclərin inkişafına yönəlmiş AYAP (Azerbaijan Youth Advocacy Program) proqramının iştirakçıları olub.

BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

"Müharibədə ən çox uşaqlar, qadınlar və yaşlılar əziyyət çəkir. Ona görə də layihələrimizdə həmişə əhalinin bu hissəsinə dəstək verilməsinə xüsusi diqqət yetiririk. Biz sizinlə ilk dəfə görüşmürük və bir daha demək istəyirəm ki, təhsil  həyatda mühüm rol oynayır. Britaniya məktəbi ilə birlikdə biz regionda təhsilin, xüsusilə də ingilis dilinin tədrisinin inkişafına diqqət yetiririk. Bu günkü tədbirdə iştirak edən bu uşaqlar ölkəmizin gələcəyidir və biz onların inkişafı üçün mümkün olan hər şeyi edilməlidir " - Umud Mirzəyev qeyd edib.

"Azərbaycanın müharibə bölgəsinə edilən bu səfərdən çox təsirləndim. Burada gördüyüm hər şey çox duyğulandırıcıdır, amma mən ən çox bu uşaqların öz  bacarıqlarını artırmaq, öyrənmək və irəliləmək istəklərini görəndə heyran qaldım və eyni zamanda şad oldum", deyə Filip Roş bildirib.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina öz təcrübəsi, karyerasında təhsilin nə qədər mühüm rol oynadığı barədə danışıb.

"Bu Tərtərə ilk səfərim deyil. Bura gəlməyi sevirəm, çünki sizə baxanda özümü görürəm. Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsində böyümüşəm. Məktəbdə oxuyanda yaxşı təhsil və uğura inamım məni qələbəyə təşviq edirdi. Belə də oldu. Güclü təhsil mənim üçün bir çox qapıları açdı və bu gün əminliklə səylərin boşa getmədiyini deyə bilərəm. Mən sizin uğurlarınıza və nailiyyətlərinizə də inanıram " deyə Anastasiya Lavrina bildirib.

Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Qasımov deyib:

"Bu uşaqların Azərbaycanın müharibədən zərər çəkən bölgəsində, təmas xəttinə yaxın yerdə yaşamasna baxmayaraq, hər dəfə mərmi partlayışlarını eşidəndə titrəyirlər, ancaq sülhə olan ümidlərini itirmirlər. BAMF-ın bu uşaqlara yardım və dəstək göstərmək istiqamətində apardığı iş onların inkişafına əvəzsiz bir töhfə verir."

Sualları cavablandırarkən, uşaqlar ingilis dili öyrənmədə çox maraqlı olduqlarını vurğuladılar. BAMF-ın və Britaniya Məktəbinin təşəbbüsü ilə həyata keçirilən proqramın bir hissəsi olmaqdan məmnun qalacaqlarını bildiriblər.

"Əgər məqsəd və arzu varsa, çətinliklərə fikir verməmək lazımdır, onlar həmişə olur, amma müvəffəqiyyətə aparır", deyən Şıxarx kəndindən bir məktəbli dedi.

BAMF, Bakı Britaniya Məktəbi, ADA Universiteti tələbələrinin və "BISO" Bakı Beynəlxalq Tələbə Klubunun üzvləri tərəfindən toplanmış paltar və oyuncaqlar uşaqlara paylanılıb.

 

BAMF prezidenti Dağıstan turunun Rusiyanın Qırmızı Kitabına salınması üçün keçirilən petisiyanı dəstəkləməyə çağırıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev tanınmış fotojurnalist Səid Məhəmmədovun təşəbbüsü ilə Dağıstan turunun Rusiyanın "Qırmızı kitabı"na salınması ilə bağlı çağırışını dəstəkləyib.

Səid Məhəmmədov bu heyvanların ovçular və brakonyerlər tərəfindən xüsusi vəhşiliklə öldürüldüyünü, onların sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardığını və yaxın gələcəkdə tamamilə yox olmasına gətirib çıxardığını vurğulayıb. Məhəmmədov dəhşətli statistikaya istinad edir və ötən 30 il ərzində onların sayının 60 faiz azaldıldığını və ildən-ilə azalmaqda olduğunu göstərir. Buna görə də, Rusiyada hələ də ovuna icazə verilir.

Umud Mirzəyev deyib ki, Səid Məhəmmədov çox vacib bir işi görür və onu tam dəstəkləyir.

"Dağıstan turlarının qorunması çox vacib və lazımlıdır. Qafqaz bizim ümumi evimizdir və biz təbiətin və heyvanlar aləminin qorunmasına cavabdehik. Bu gün Dağıstanda bu problemi görürük və sabah biz də buna bənzər vəziyyətlə  qarşılaşa bilərik. Buna görə də, bütün bölgənin qorunması və inkişafı üçün bir-birinə dəstək olmağımız vacibdir ", - deyə Umud Mirzəyev bildirib.

 

4 gün ərzində petisiya təxminən 600 səs toplayıb və sosial şəbəkələrdə sürətlə yayılır.

 

Bu əhəmiyyətli ideyanı dəstəkləmək istəyən hər kəs bu keçidə daxil olaraq, petisiyaya qoşula bilər.

 

 

İngilis müəllim Qarabağ həqiqətlərindən danışdı - F. Roş: "Bu təhdid və qırğınlar ona görə olub ki..."

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə British School-ın direktor müavini Filip Roş Azərbaycanın cəbhə bölgəsində olub və xeyriyyə aksiyasında iştirak edib. O, Azərbaycanın müharibə bölgələrində yaşayan uşaqların üzləşdiyi çətinliklər barədə eşitdikdən sonra vəziyyəti öz gözləri ilə görmək istədiyini söyləyib.

BAMF-in prezidenti Umud Mirzəyev Filip Roşu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumatlandırıb. Roş Tərtər rayonunun Həsənqaya kəndinə gələrək yerli sakinlərlə görüşüb. O, həmçinin ermənilər tərəfindən dağıdılan "Marağa 150" abidəsini ziyarət edib. Gördüklərdən təsirlənərən Filip Roş təəssüratlarını Eurasia Diary ilə bölüşüb. O, hekayəsini "Xəyal qurmaq olar, həqiqət isə acı olaraq qalır" adlandırıb.

"Bölgədəki mübarizə bir neçə ildir ki, azərbaycanlılara rahatlıq verməyən atəş və partlayış səsləri ilə davam edir. 1990-cı illərdə təzyiq artdı və tam miqyaslı bir müharibə yalnız soyqırım kimi təsvir edilə bilən sonluqla bitdi. Xocalı

 

və digər regionlar yerlə yeksan olundu. Azərbaycan xalqına qarşı qırğınlar və soyqırımlar törədildi, minlərlə azərbaycanlı qətlə yetirildi".

Vəziyyət dəyişməz olaraq qalır, münaqişə zonası ümidsizliyə uğramış bir bölgə kimidir və burada insanlar ən kiçik şeylərini də itirməyin təzyiqi ilə yaşayırlar.

Araşdırmalar göstərir ki, günahsız kişini, qadını, uşaqları vəhşicəsinə qətlə yetirmək qorxutmağın bir üsuludur. Bu təhdid və qırğınlar ona görə olub ki, sadəcə bunu həyata keçirmək mümkün idi. Dünya isə Azərbaycan xalqına əslində dəstək olsa da passivlik nümayiş etdirir. Belə düşünürlər ki, nəsə edərək zorakılığı artırmış olacaqlar və status-kvonu saxlamaq ən yaxşı çıxış yoludur.

Bu davam edən qarşıdurma, insanların kimlik hüququ kimi torpaqlardan istifadə, gəlir əldə etmək üçün məhsul yetişdirmək hüququnu da əlindən alır.

 

Həyatda artım əvəzində kasıblıqla qarşılaşırlar. Onlara kömək edilir, lakin bu onların əsas ehtiyaclarını əhatə etmir. Onların mədəni ehtiyacı olan kimlik hissi itirilir və bu mövcud olmamağa bərabərdir. Sahib olmaq və mövcud olmaq daimi mübarizədir. Bu insanların necə yaşadığını görmək çox təsirlidir, bombalanmış evin qalıqları arasında  dostlarının, sevdiklərinin və ailələrinin həlak olduğunu bilərək yaşamaq mübarizə aparmalı olduqları ən çətin şeydir. Gənc insanlar gülümsəyir, söhbət edir, digər gənclər daxilindəki bu qaranlıq hiss ilə nə etməli olduğunu gözləyir. 

 

Təhsil və onu əldə etmək imkanları qazanılır, lakin bir çox məsələlər kimi bu da addım atarkən qətiyyət və istəyin olmasını, eləcə də BAMF-in gördüyü işə töhfə vermək üçün hazır olmağı tələb edir. Bu yolla biz gənclərə nəailiyyyət qazanmaları üçün şərait yaradırıq və bilirik ki, qayğıya ehtiyacı olan və kömək etmək istəyən insanlar var.

Mən Ukraynadakı vətəndaş müharibəsində olmuşam, Qahirədə bir sıra çətin anlarla üzləşmişəm, amma bunların heç biri mənimlə əlaqəli olmayıb. Əlbəttə mən təsirləndim, lakin çətin vəziyyətlərin mövcud olduğu ərazilər şəhərin zərər görməməsi üçün xüsusi məkan ilə məhdudlaşdırılır. Qahirədə də vəziyyət eyni idi, mənim gündəlik fəaliyyətim isə öz axarında davam edirdi. 

Tərtər rayonuna və sonra keçid məntəqələri vasitəsilə müharibə izlərinin qaldığı qəsəbəyə səfər mənim üçün çox təsirli oldu. Yalnız iki il əvvəl qəhqəhə və əyləncəli səslər eşidilən bombalanmış evdə indi səssizlik hökm sürür və vəfat edən gənc qızın səssiz qışqırığı həmişəlik cavabsız qalacaq.

Ermənistan-Azərbaycan müharibəsi hələ də həll olunmamış qalır. Ümumilikdə, insanlar Azərbaycanı Formula 1-dən başqa heç nəyə görə tanımırlar. Mənim baxışıma əsasən, bu konflikt bir ölkənin digərinə mənəvi və fiziki ağrılar yaşatmasına səbəb ola biləcək qəddarlıqdır. İstəyirəm ki, danışıqlar daha zəif variant kimi hesab olunmasın, əksinə daha təsirli addım sayılsın. Bu danışıqlar dinləyən və qəbul edən düşüncə və fəaliyyətlərdə dəyişikliyə səbəb olacaq. BAMF sülhün təbliğini istəyir, amma buna təkcə bu günlük və sadəcə passiv fəaliyyətlə deyil, ölümləri, ağrıları, emosional qarışıqlığı dayandıracaq bütov və mənalı yanaşma ilə nail olunmasını istəyir. Sülh tətbiq edilib və izlənilən ən çətin fəaliyyətdir.

Mən qısa səfərim ərzində səyahətimin başlanğıcında soruşdum ki, niyə bu konflikt haqqında məlumat yoxdur. Buna cavab güman ki, utandırıcıdir, amma əsasən doğru cavab sayıla bilməz. Bu unudulub, çünki səbəb çox hallanan və cəlbedici deyil. Halbuki müharibəyə cəlbedici bir məfhum kimi baxıla bilməz, bu termin iğtişaş və dağıntılar nəticəsində digərlərinə fayda verəcək və digər mülki qazanc gətirən termindir.

 

Mən əcnəbi kimi regiona səfər etdim, müharibə sənəti barədə az məlumatlı, diplomatiyada təcrübəsiz, sadəcə kömək etmək istəyi olan və ruhumda düşüncələrimi dəyişmədən ona rəng qatacaq izlərlə və bəzən yaranan fikirlərlə baş-başa qalaraq buranı tərk etdim. Ümid edirəm ki, mən gənclərin inkişaf və təbliğinə səbəb olacaq davamlı, birgə layihə hazırlayacam. 

Bu insanların ayağa qalxıb positivliyi təbliğ etməsi, təsirli fəaliyyət üçün passiv yanaşmalarını yenidən nəzərdən keçirməsi üçün əsl vaxtdır. Regionlar davamlı bombardmana, sular davamlı olaraq çirklənməyə və quraqlığa məruz qalır. Qida və digər ehtiyatlar tükənir və nəaliyyət imkanı üfüqdəki zərrəcik qədər uzaqda olur. 

 

-Bu insanlar daha çoxuna layiqdirlər və daha çoxuna malik olmalıdırlar. Biz bunu o insanlara verən şəxslər ola bilərik.

 -Siz kömək edəcəksiz?

-Birlikdə olanda bizi dayandırmaq mümkün deyil - və ya ən azından belə ola bilərik.

 

BAMF-ın İcma Mina Aksiyası Tərtərdə Mina Təhlükəsinə dair maarifləndirmə işləri həyata keçirir

Bu gün 4 Aprel Mina Təhlükəsi ilə Beynəlxalq Mübarizə günü ilə əlaqədar BAMF-ın İcma Mina Aksiyası komandasının üzvləri Tərtər şəhəri, Tərtər rayonu məcburi köçkünlərin yaşadığı Yeni Qəsəbə eləcə də Düyərli, Əskipara və  təmas xəttinə yaxın  Şıxarx, Həsənqaya kəndlərində Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) işləri həyata keçirir. 

Eurasia Diary-nin verdiyi xəbərə görə, MTM tədbirlərləri əsasən heyvandarlıq və əkinçiliklə təyinatı üzrə istifadə edilən, eləcə də mina və partlamamış hərbi sursatların olması ehtimalı daşıyan ərazilərə yaxın kompakt məskunlaşmış insanlar arasında həyata keçirilir. Maarifləndirməyə cəlb edilənlərdən yaş qrupları üzrə 12- 40 yaşlı insanlar üstünlük təşkil edib. Bu vaxtadək 157 nəfər müxtəlif peşə sahibləri olan vətəndaşlar arasında kütləvi və ya qapı-qapı görüşlərlə izahat işləri keçirilib.     

"Qələbə günümüz uzaqda deyil" - Umud Mirzəyev azad olunmuş torpaqlara səfərdən danışıb

Aprelin 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Horadiz və Cəbrayıla səfər təşkil edib.

Səfərdə tələbələr, millət vəkilləri, akademiklər, media qurumları və digər nümayəndələr iştirak ediblər. Tədbirin məqsədi Aprel müharibəsini xatırlamaq və qəhrəman əsgərlərimizin döyüş yolunu gözümüzlə görməkdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də tədbirdə iştirak edib. Umud Mirzəyev səfərlə bağlı təəssüratlarını Eurasia Diary-ə danışıb.

"Bu, çox vacib bir tədbir idi və qeyd etmək istərdim ki, təşkilatımızın əsas məqsədi müxtəlif ölkələrdən insanları və ölkənin daxilində xüsusilə gənclərin cəbhə bölgəsinə səfərini təşkil etməkdir. Biz buradakı vəziyyətlə bağlı məlumatı məqalələr və videolardan əldə edə bilərik lakin ən yaxşısı, bunu öz gözümüzlə görməkdir", BAMF-in prezidenti bildirib.

"İşğal olunmuş torpaqlarla bağlı geniş məlumatlar yaymaq əsas missiyamızdır, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirirəm", - Umud Mirzəyev bildirib.

Tədbirdə onlar hərbi hissələri ziyarət ediblər və hərbi qulluqçularla görüşüblər. "Biz hərbi hissənin vəziyyətini və əsgərlərin döyüş ruhunu şahidi olduq. Gördüklərimin hamısı məni çox sevindirdi. Bunlar həmçinin, hərbi xidmətə gələcək gəncləri təsirləndirdi", deyə Umud Mirzəyev hərbi hissədə gördüklərindən məmnunluğunu ifadə etdi.

Tədbir iştirakçıları Cocuq Mərcanlıya gəldilər və eyni zamanda Azərbaycan Dillər Universitetindən olan iki təcrübəçi və bir müəllim ilə görüşdülər. "Bu cür adamları orada görməyimiz çox təsirlidir".

"Mən Naxçıvanda yüksək dağlıq ərazilərdə bir hərbi bazada olmuşam, orada müasir istilik sistemi, su sistemi və yataqxanada yüksək standartların olduğunu gördüm. Bunların hamısı bizi sevindirdi və bu, Azərbaycan ordusunun inkişafının göstəricisidir, Azərbaycan Ordusu 10-20 il əvvəlki ilə eyni deyil", Umud Mirzəyev həmçinin, Azərbaycan Ordusunun hərbi vəziyyətinə toxunub.

İştirakçılar xidmətdə olan əsgər və zabitlərlə də görüşdülər.

"Ermənilər öz torpaqlarında olmadığını başa düşürlər, Azərbaycan ordusu hər gün daha da güclənir, bütün bunlar göstərir ki, Azərbaycanın qələbə günü çox uzaqda deyil". BAMF prezidenti əsgərlərin döyüş ruhundan təsirlənərək bildirib.

BAMF və AIESEC Azərbaycanda bir günlük Liderlik Forumu keçirdi

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və AIESEC Azərbaycanda ADA Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İqtisad Universiteti, Texniki Universitet, Bakı Dövlət Universiteti və s. kimi müxtəlif universitetlərdən olan 50-dən çox tələbənin iştirakı ilə bir günlük "LiderSƏN: You wish You had” adlı birgə Forum keçirib. Eurasia Diary xəbər verir ki, tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində keçirilib və əksər gənclərin müvəffəqiyyət yolunda qarşılaşdığı çətinliklərin həlli və onların liderlik xüsusiyyətlərini necə inkişaf etdirmək məqsədi daşıyırdı.

 

BAMF-ın vitse-prezidenti Ramil Əzizov və AIESEC-in Marketinq departamentinin vitse-prezidenti Nigar Pənahova qonaqları salamladı və lider olmaq cəhdlərində onlara uğurlar arzuladı.

Prezidentin köməkçisi Anastasiya Lavrina BAMF-ın əsas iş istiqamətləri barədə danışdı və iştirakçıları təşkilatın təşəbbüsü ilə hazırlanmış gənclərin inkişafına dəstək verən proqrama qoşulmağa dəvət etdi.

İştirakçılara BAMF tərəfindən hazırlanmış Azərbaycanın müharibə bölgələrində yaşayan uşaqlar və onların həyatından bəhs edən qısa film nümayiş olundu.

 

Nüsrət Əliyev AIESEC-in yaranma tarixindən danışdı və AIESEC-in təşəbbüsü ilə başladılan Qlobal Könüllü hərəkatı barədə təqdimatla çıxış etdi.

AIESEC-in üzvü Anar Mustafayev Qlobal Könüllü hərəkatı ilə bağlı şəxsi təcrübəsini bölüşdü.

Tədbir iki hissədən ibarət idi: interaktiv seminar və dəvət olunmuş qonaqların, Bakıda British School-dan Filip Roş və Maksen Uitinqamın iştirakı ilə keçirilən seminar.

Məruzəçilər öz şəxsi liderlik təcrübələri və qarşılaşdıqları çətinlikləri adətən necə həll etdikləri barədə danışdılar. Komanda işində iştirakçılar bir neçə qrupa bölündülər. Filip Roş və Maksen Uitinqam iştirakçılara eyni vaxtda liderlik və komanda bacarıqlarını inkişaf etdirməyə kömək edən bəzi məşqlər keçirdi.

Müzakirələr iştirakçılara bu dünyaya necə təsir göstərə biləcəklərini və qlobal hərəkatların bir hissəsi ola biləcəklərini anlamaq üçün təşkil olunmuşdu. Bununla yanaşı, iştirakçılara Davamlı İnkişaf Məqsədləri (DİM) və gənclərin 2030-cu il Gündəliyinə nail olmaq üçün necə kömək edə biləcəyi barədə məlumat verilib.

 

Forum iki dildə keçirilib: Azərbaycan və İngilis.

 

Tədbirin sonunda dəvət olunmuş iştirakçılardan biri, Cənubi Koreyadan olan Tayvon Seo təəssüratlarını bölüşdü.

"Azərbaycanda olduğum sonuncu gündə bu tədbirdə iştirak etməyim tam bir təsadüf oldu. Liderlik Forumunda Azərbaycanın gələcəyi ilə tanış oldum. Anlayışlı və şən gənclər vasitəsilə mən bu ölkənin parlaq gələcəyini görürəm. Liderlik hakimiyyətdən deyil, təsirdən yaranır. Mən ölkəsini həvəslə idarə edəcək Azərbaycanın gənc nəslindən çox təsirləndim. 

Azərbaycan Avrasiya qitəsinin çox Uzaq Şərqindən olan ilk və ya son Avropa ölkəsidir. Mən burada Avropa və Koreya arasında körpünün qurulmasında iştirak etməyə ümid edirəm".

Bütün iştirakçılar sertifikatlarla təltif olundular. Birgə xatirə şəkilləri çəkildi.

BAMF Beynəlxalq Gerontoloji Şəbəkə AgeNet International-a üzv oldu

Eurasia Diary-nin verdiyi xəbərə görə, Azərbaycanda yaradılmış Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Beynəlxalq Gerontoloji Şəbəkə AgeNet International-ın üzvlərinin yekdil qərarı ilə Şəbəkəyə üzv oldu.

 

Bu qərar ilə BAMF, Ümumi Yığıncağın fəaliyyətində iştirak etmək, şəbəkənin fəaliyyətilə bağlı maliyyə sənədləri daxil olmaqla istənilən məlumatı əldə etmək, maddi-texniki təchizat barədə məlumat almaq, habelə əməkdaşlığı möhkəmləndirmək və şəbəkənin yaşlı vətəndaşları dəstəkləyən birgə layihələri üzərində işləmək hüququ əldə edir.

 

Ötən ilin noyabr ayında Dilarə Əliyeva Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası ilə birgə təşkil edilmiş "Birlikdə layiqli qocalığa doğru" layihəsi çərçivəsində Azərbaycana gələn Qazaxıstan və Qırğızıstan nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edib və digər məsələlərlə yanaşı, ölkənin yaşlı əhalisini dəstəkləməyə xüsusi diqqət yetirən təşkilatın geniş fəaliyyət istiqamətləri ilə tanış olub. 

 

Səfərin məqsədi yaşlı insanlarla iş sahəsində Azərbaycanın təcrübəsini öyrənmək olub. Bu səbəbdən, Fondun prezidenti Umud Mirzəyev, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının direktoru Dilarə Əfəndiyeva və Qazaxıstan və Qırğızıstanın nümayəndələri Bakının Bilgəh qəsəbəsində pensiya yaşına çatmış insanlar üçün olan ictimai təşkilata birgə səfər ediblər.

 

Səfər zamanı nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib. Burada tərəflər bir sıra əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə BAMF-a BMT-nin İqtisadi və Sosial Şurası yanında əsas məşvərətçi statusu olan və humanitar sahədə uzunmüddətli təcrübəyə malik təşkilat kimi AgeNet Beynəlxalq Gerontoloji Şəbəkəsinə üzv olmaq üçün ərizə ilə müraciət etməsi təklif olunub və ərizə yekdil qərarla təsdiqlənib.

 

AgeNet International şəbəkəsi Qırğızıstan, Qazaxıstan və Tacikistanda yaşlanma problemləri ilə məşğul olan 17 təşkilatın təşəbbüsü ilə 2005-ci ildə yaradılıb. O, 10 ölkədən olan 53 qurumdan ibarətdir: Bura Qırğızıstan, Rusiya, Qazaxıstan, Ermənistan, Gürcüstan, Azərbaycan, Türkmənistan, Tacikistan, Özbəkistan və Belarus daxildir. Şəbəkənin missiyası, yaşlı nəslin vəziyyətinin yaxşılaşdırılması üçün dövlətlərin və vətəndaş cəmiyyətinin məsuliyyətinin artırılmasına kömək etməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə Azərbaycanda "Evdə sülh, ölkədə sülh, cahanda sülh" şüarı ilə və uzunmüddətli məqsədlərlə sülh və təhlükəsizliyin təmin olunması ideyalarını dəstəkləmək, obyektiv məlumatların yayılmasını təşviq etmək və davamlı inkişaf üçün əsasların təmin edilməsi məqsədilə yaradılıb. Təşkilat BMT agentlikləri, beynəlxalq təşkilatlar və diplomatik missiyaların nümayəndəlikləri ilə uğurla əməkdaşlıq edir.

 

"Aktyor səhnədə özünü deyil, sənəti sevməlidir" - Tariyel Qasımov və Eldar Məmmədovla MÜSAHİBƏ

 

Özbəkistanla Azərbaycan arasında müştərək film çəkiləcək. Aprelin 9-da görkəmli incəsənət xadimi, teatr və kino aktyoru, Xalq artisti Tariyel Qasımov və Özbəkistanın azərbaycanlı kinorejissoru Eldar Məmmədov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olublar.

Eurasia Diary aktyor Tariyel Qasımov və Özbəkistanda fəaliyyət göstərən kinorejissor Eldar Məmmədovdan müsahibə alıb.   

Tariyel Qasımov müsahibənin əvvəlində sənətə gəlməyi barədə məlumat verib. O, bildirib ki, ilk olaraq təhsil həyatıma Bədən

Tərbiyəsi və İdman Akademiyasında başlasam da, akyorluğa olan həvəsim məni bu sahəyə gətirdi. İş həyatına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına başlayan aktyor bir qədər sonra Gənc Tamaşaçılar teatrında fəaliyyətini davam etdirib. 1966-cı ildə Naxçıvan Dövlət Teatrının təklifi ilə oraya köçən Tariyel Qasımov teatr rəhbərliyinin ona göstərdiyi qayğı və diqqəti xüsusilə vurğulayıb. 1967-ci ildə İrəvan Dövlət  Dram Teatrı "Sevil" tamaşasının səhnəyə qoyulması ilə fəaliyyətə başladı. Balaş obrazını canlandıran akyor 1 il 6 ay orda çıxış edib. 

-Səhnə fəaliyyətinizin kino hissəsi hansı film ilə əlamətdar olub?

-Mən İrəvandan qayıdan kimi, 1969-cu ildə "Tacikfilm" kinostudiyası məni "Rüstəm və Söhrab" adlı 3 seriyalı filmə dəvət etdi. Bu təklifə qədər mən cəmi bir filmə çəkilmişdim ki, bu da 1965-ci ildə lentə alınan "Liftçi qız" qısametrajlı filmi idi. Orda bizim görkəmli aktrisamız Xuraman Qasımova ilə eyni filmdə çəkildik. Daha sonra "Özbəkfilm", "Türkmənfilm", "Mosfilm", və Almaniyanın "DEFA" film kinostudiyalarında filmlərə çəkildim. Kino fəaliyyətimin əlamətdar anları 1979-cu ildə "Əməkdar artist", 1991-ci ildə isə "Xalq artisti" fəxri adlarını almağım oldu. 

-Karyeranız müdddətində hansı mükafatlarla təltif olunmusunuz?

-Düzdür, oynadığım tamaşalarda 2 mükafata namizəd olmuşam. Bununla belə, oynadığım digər rollara görə xalq artisti adını qazandım. Özüm teatrlarda quruluşlar vermişəm. Ən böyük mükafatım isə layiq görüldüyüm "Xalq artisti" fəxri adı olub. Ən son aldığım ən dəyərli mükafat isə 2018-ci il dekabr ayının 10-u möhtərəm cənab Prezidentin məni təltif etdiyi 3-cü dərəcəli Əmək ordeni oldu. 

-Özbəkistanla kino əlaqələri necə başladı?

-Ümumilikdə, Özbəkistanda 7 filmə çəkilmişəm və onlardan biri 17 seriyadan ibarət olan "Alovlu Yollarla" filmi olub. Burada Şöhrət Abbasov, Dəmir Salamov, Hacımurad İbrahimov kimi böyük rejissorlarla işlədim.

-Dünya film mediasının və kinostudiyalarının sizə olan marağı hansı səviyyədədir? Qeyd etdiniz ki, Almaniyada fəaliyyətiniz olub, bəs bu kinostudiya ilə necə tanış oldunuz?

-Almaniyanın "DEFA" film kinostudiyasına mən SSRİ Kinomatoqrafiya İttifaqının üzvü olarkən dəvət olundum. 15 Respublikanın kinostudiyalarında mənim portretim olub. Qorki adına Moskva kinostudiyasında olan portretimi görən alman rejissoru Ştefan Bernxard kinostudiyaya dəvət edilməyim barədə müraciət edib. Moskvadan təklif gəldikdən sonra oraya getdim və mənə geyim verildi. Bu geyimdə olan şəklimi çəkərək Berlinə yollayacaqlarını bildirdilər. Bakıya qayıtdıqdan 20 gün sonra teleqram gəldi ki, Mayor Andrey rolu üçün mən təsdiq olunmuşam. 1983-cü ildə mən Berlində "DEFA" film kinostudiyasının hazırladığı "Sonya raport verir" filmində həmin rola çəkildim.

-Bəs həmin kinostudiyada qalıb fəaliyyətinizi orada davam etdirməyə sizə nə mane oldu?

-Əslində, mənim bu rolu ifa etməyim rejissor və çəkiliş heyətinin çox xoşuna gəlmişdi. Hətta mənə təklif etdi ki, Berlində qalıb filmlərə çəkilim. Mən azərbaycandan gəldiyim üçün tərəddüdlə yanaşdım. O, mənə Yuqoslaviyanın aktyoru Qoyka Metiçi misal göstərdi. Bu aktyorun yuqoslav olmasına baxmayaraq, hal-hazırda Berlində yaşadığını qeyd etdi. Amma mən öz ölkəmi sevdiyim üçün bura qayıtdım. Digər tərəfdən, mənim teatra sevgim var idi, bu amil də məni Bakıya qayıtmağa məcbur etdi. 

-Almaniyada gördüyünüz şərait ilə buranı müqayisə edə bilərsiniz?

-Deyə bilərəm ki, Almaniya ilə Azərbaycanın bu sahədə olan şəraiti əvəzolunmazdır. Çünki orada aktyora qayğı, hörmət və böyük miqdarda qonorar var. Bizdə isə həmin dövr üçün vəziyyət başqa idi. Aktyorlar səhər saat 9-da çağırılırdı və axşam saat 5-ə qədər tamaşalarda rollar ifa edirdi, bunun nəticəsi kimi aktyor yorulub əldən düşürdü. Almaniyada isə dəqiqlik yüksək səviyyədə idi. Məsələn, bir dəfə Potsdamda oteldə qalarkən səhər 9-da almanlar mənimlə görüşəcəklərini bildirdilər və mən 9-a 15 dəqiqə qalmış gəlmişdim. Onlar isə düz saat 9-da gəldilər. Çatandan sonra mənə dedilər ki, ilk dəfə görürük ki, Sovet aktyoru dəqiqdir.

-Ən uğurlu filminiz hansı olub?

-Çəkildiyim filmlər arasında mənə şöhrət gətirən "Özbəkfilm" kinostudiyasının lentə aldığı "Alovlu Yollarla" filmində ifa etdiyim Mahmudəli obrazı olub. Belə baxanda isə özümü tərifləmək kimi çıxmasın, bütün oynadığım rollar uğurlu olub. 

-Bu sahəni seçərkən əsas amil sizin üçün nə oldu?

-Akyorluğu seçərkən heç vaxt düşünməmişdim ki, mənim pulum olacaq, Prezident təqaüdçüsü olacam, fəxri ad alacam. Mənim yeganə arzum o idi ki, akyor olum, filmlərə çəkilim. 

-Rejissorlarla münasibətiniz necə idi?

-Heç bir rejissor ilə problem yaşamamışam. Mənim təəssüfləndiyim məqam odur ki, Azərbaycan rejissorları məndən az istifadə edirlər. Yalnız mən başqa ölkələrdə filmə çəkildikdən sonra onlar məni dəvət etməyə başladılar. 

-Müasir dövrdə ölkəmizdə olan kino və teatrlar barədə fikirləriniz?

-Hal-hazırda bizdə dövlət filmi yoxdur. Filmlərin çəkilməməsi, lentə alınan filmlərdə isə heyətdə qeyri-professional insanların yer alması onların keyfiyyətini xeyli aşağı salır. Mən 5 il ərzində 3 dövlət filminə çəkildim. Son dövrlər cənab Prezidentin bu sahəyə olan diqqəti və film sektoruna ayırdığı 5 milyon manat vəsait qeyd olunmalıdır. Ümid edirəm ki, bundan sonra filmlərin keyfiyyəti keçmişdə olduğu vəziyyətinə qayıdar. 

-İndiki dövrdə sizə hansı rol təklif olunsa ürəklə onu ifa edərsiz?

-Açığını desəm, bütün seriallara dəvət alıram və mənə film təklifləri də olur. Bəzi hallarda ssenarinin zəif olması səbəbilə və ya komanda işinin olmamasına görə mən təkliflərdən imtina edirəm. Bütün rejissorlara ilk olaraq, ssenarini mənə təqdim etmələrini xahiş edirəm. Qonorar mənimçün vacib deyil. İfa etdiyim rol ilk növbədə tamaşaçıların xoşuna gəlməlidir. Pul üçün heç vaxt filmə çəkilməmişəm. 

-Ən çox sevdiyiniz rol hansı olub?

-"Doğma Sahillər" filmində rol aldığım Polkovnik Nəsibov obrazı mənimçün çox əzizdir. Burada mən Rasim Balayev ilə eyni filmdə yer almışam. O, İran tərəfdən polkovnik, mən isə SSRİ tərəfdən polkovnik obrazını canlandırdım. 

-Tamaşalarda ən çox bəyəndiyiniz tərəfdaşınız kim olub?

-Xuraman Hacıyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Yusif Vəliyev, Süleyman Ələsgərov, Yasin Qarayev, Elşən Rüstəmov.

- Teatr və film sahəsində qarşılaşdığınız çətin məqamlar hansılardır?

-1966-cı ildə Naxçıvana gedərkən yeni ailə qurduğum üçün burada mənim həm maaşım az idi, həm də evim yox idi. Naxçıvanda isə məni evlə təmin etdilər və münasib məbləğdə qonorar da ödədilər. 

-Qeyd etdiniz ki, İdman İnstitutunda bir müddət təhsil almısız. İndi sizə idmançı obrazı təklif olunsa qəbul edərdiniz?

-Tacikfilm kinostudiyasında "Rüstəm və Söhrab" filminə çəkilərkən orada bir səhnə var idi. At çapmaq səhnəsi və bu səhnədə at məni yıxmalı idi. Gəlib görəndə ki, mənim ifa edəcəyim obrazın geyimini kimsə geyinib, mənə dedilər ki, bu rolu dublyor ifa edəcək. Mən təkid etdim ki, bu səhnəni özüm oynamaq istəyirəm və rejissor Boris Alekseyeviçə deyəndə cavab verdi ki, sən şəhər adamısan və bu at Rostovdan gətirilib və çox möhkəm qaçırlar. Bununla belə mən səhnəni canlandırdım və 3-cü dublda at məni yıxarkən qolum çıxdı. Amma indiki məqamda o səhnədən qolumda qalan ağrılar səbəbilə idmana aid rolları ifa edə bilmərəm. 

-Gənc aktyorlara məsləhətiniz nə olardı?

-Əsas olan filmə çəkilib tanınmaq deyil, mənimçün əsas peşəyə olan sevgi və hörmətdir. İndiki gənclər tez tanınmaq istəyir, onlar akyorluğu yox, özlərini sevirlər. Ancaq bu sənəti sevib gəlmək lazımdır. Aktyor sənəti çətin sənətdir. İlk olaraq bu sənətdə olan əsas amillər peşəyə olan sevgi və istedaddır.

Özbəkistanla Azərbaycan arasında müştərək film çəkiləcək

Əlavə olaraq, kinorejissor Eldar Məmmədov peşə fəaliyyəti barədə öz fikirlərini bölüşdü. Bildirdi ki, ilk uğurlu filmləri 1969-cu ildə çəkilmiş "2 Görüş" filmi, 1978-ci ildə "Azərbaycanın uzunömürlüləri" filmi, 1977-ci ildə lentə alınan "Aslanovçular" filmidir. Bu filmlər arasında "Aslanovçular" filmi Odisseyada keçirilən dəniz filmləri festivalında gümüş medal, uzunömürlülər haqqında olan dıgər film isə qızıl medal qazanıb. 1979-cu ildə Özbəkistana köçən rejissor kinostudiyada işə başlayıb. Bildirib ki, işə başlamasında Tariyel Qasımovun böyük rolu olub. İki il sonra da Moskvada Kinomateqrofiya İnstitutunun Operatorluq fakültəsinə qəbul olan rejissor indiyə qədər 137 sənədli, 28 bədii filmin müəllifidir. 5 bədii filmdə həm kinorejissor, həm kinooperator vəzifəsini icra edib. Ramsel adlı özünün kinostudiyası Özbəkistanda fəaliyyət göstərir.

-Filmdə bir çox vəzifələri özünüz icra etməyiniz baxımından sizi hansı rejissorlara bənzədirlər?

-Alman bir rejissor idi, Fays Binder. 33 yaşında dünyasını dəyişsə də, o da mənim kimi kinolarında bir çox vəzifələri özü icra edib.

-Keçmişdə və indi Özbəkistan-Azərbaycan kino əlaqələri nə dərəcədə inkişaf edib?

-Keçmişdə çox az filmlər çəkilirdi. Sovetfilm 4-5, Özbəkfilm isə 10-12 film çəkirdi. Bəzi mənbələr Azərbaycan və Özbəkistanı Orta Asiyada körpü olaraq qələmə verirlər. Daşkənddə yerləşən Heydər Əliyev Mədəniyyət Mərkəzinin və Samir Abbasovun köməyilə 3 film çəkildi - "Daşnaklar Fərqanədən Qarabağa qədər"- filmin rejissoru mən, ssenari müəllifi Özbəkistanlı tarixçi-publisist Şöhrət Barlas olub. İkinci filmimiz "Əbədi dostluq rişxələri" oldu, bu filmdə Özbəkistan və Azərbaycan arasında olan dostluq əlaqələrinin qədim zamandan müasir dövrə qədər inkişafından söhbət açılır. Və 4 kinostudiyanın məhsulu olan "Şirəli və Aybəçin" filmidir. Bu filmdə müğənni Aybəniz Haşımova da rol alıb. 

-Özbəkistanın və Azərbaycanın bir-birlərinin film sənayelərinə olan münasibəti necədir?

-Azərbaycanın 3 filmi orda məşhurdur - "Arşın mal alan", "Qaynana" və "Əhməd haradadır?". Yaşadığım 40 illik müddət ərzində bu filmlər demək olar ki, hər ay bütün kanallarda yayımlanır. Özbəklərin isə Basmaçlar haqqında olan filmləri Sovet dövründə Azərbaycanda nümayiş olunurdu. Biz Samir Abbasovla birlikdə qərara aldıq ki, iki filmi, "Bəxt üzüyü" və "Yol Əhvəlatı" filmlərini tərcümə edək. Qarşıdakı illərdə isə "O olmasın, bu olsun" filmini tərcümə edəcəyik. Seriyallarımızdan isə "Vicdan haqqı" serialı daha çox müasir filmlər arasında baxılır və sevilir.

-Özbəkistanda olan fəaliyyətinizə yerli xalqın reaksiyası necə oldu?

-Çox əla, çünki onlarda heç bir paxıllıq hissi yoxdur. Bir misal çəkim, məndən əvvəl film sənayesində Muxtar Ağamirzəyev işləyib. Burada həmin şəxs 7 filmin müəllifi olub. Bir rejissor olaraq onun haqqında sənədli film yaratdım. Ondan sonra Özbəkistan film sənayesində ikinci azərbaycanlıyam. 

-Gələcəkdə Özbəkistanla Azərbaycan arasında müştərək şəkildə çəkiləcək film gözlənilirmi?

-Şöhrət Barlas hal-hazırda ssenari yazır, bu barədə əgər mümkün olarsa filmin çəkilişi gözlənilir. Filmin adı ssenari müəllifinin təklifinə əsasən "Ailə" ola bilər. Amma bu hələ ki, şərti addır.

-Hansı janrda filmlər yaratmısınız?

-Daha çox tibb, astronomiya, sənədli-bioqrafik filmlər üstünlük təşkil edir.

-Avropadan yaxud Amerikadan film təklifi gəlsə qəbul edərsiniz?

-Bu təklifə müsbət yanaşaram, yaratdığım mövzudan kənar olsa belə, istənilən mövzuda öz ustalığımı göstərə bilərəm. 

- Həm Özbəkistanlı, Həm Azərbaycanlı rejissorlara tövsiyyələriniz?

-Hər bir işi başlamazdan öncə ssenarini püxtə öyrənmək lazımdır. Çünki ssenari filmdə əsas rol oynayır. Gənc rejissorlar buna diqqətlə yanaşmalıdırlar. Tamaşaçıya müsbət təsir edəcək ssenarilər əsas götürülməlidir.

"Cocuq Mərcanlıda yaşayan gənclərə dəstək olmaq lazımdır" - BAMF Prezidenti Umud Mirzəyev

16 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasının və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə tədbiri keçirilib. Tədbir Dövlət başçımız Cənab İlham Əliyevin ölkədə aparılan sosial islahatlarla bağlı və bu paketə daxil olan “Vətəndaş məmnunluğunun dərinləşməsinə doğru” mövzusuna həsr olunub.

Eurasia Diary-nin verdiyi xəbərə görə, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Mustafa Abbasbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib.

Tədbiri kollecin direktoru dosent İsrayıl İsgəndərov açaraq qonaqları və iştirakçıları salamlamış, tədbirin mahiyyəti barədə geniş məlumat vermişdir. Sonra sözü gələn qonaqlara verərək onları müəllim və tələbə kollektivi ilə birbaşa ünsiyyət qurmağa və auditoriyadan verilən sualları cavablandırmağa dəvət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Mustafa Abbasbəyli son bir ildə ölkə prezidenti tərəfindən aparılan sosial islahatlar barəsində geniş məlumat verərək bu sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb, tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Milli Məclisin deputatı Əflatun Amaşov sosial islahat paketinə daxil olan fərman və sərəncamlar barədə geniş məlumat verib, tələbələrin və müəllimlərin bu paketə daxil olan bütün sosial məsələlərlə bağlı verilən suallarını cavablandırıb.

“İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə ölkəmizin keçdiyi tarixi yoldan və inkişaf mərhələlərindən geniş söhbət açaraq, sürətlə inkişaf edən Azərbaycanımızın mövqeyindən danışıb, regionda güclü bir dövlət olduğunu qeyd edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev düşmən işğalından azad olan Cocuq Mərcanlı kəndində görülən son işlər barədə məlumat verərək, gənclərimizin həmin torpaqlarda yaşayan və inkişaf edən gənclərə dəstək olmalarını töfsiyə edib. Natiqlər ölkəmizdə 2019-cu ilin əvvəlindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması üçün demək olar ki, mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərman və sərəncamlar barədə tələbə və müəllimlərə geniş məlumatlar veriblər.

Sonda Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələri ölkəmizdə Prezidentimiz Cənab İlham Əliyev tərəfindən sosial sahədə atılan addımlara, üç ayda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlara görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

 

BAMF kollektivi Ayaz Mirzəyevi təbrik etdi

Xəbər verdiyimiz kimi, baş nazir Novruz Məmmədovun əmri ilə tanınmış jurnalist Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.

Ayaz Mirzəyev Space TV-də, ANS TV-də, Baku Media Center-də jurnalist kimi fəaliyyət göstərib. Daha sonra Eurasia Diary saytının baş redaktoru, Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse prezidenti vəzifələrində çalışıb. O, dovlətimizin, xalqımızın mənafeyinə sadiq bir insan və peşəkar jurnalist kimi tanınıb və sevilib. Ayaz Mirzəyev istər BAMF-in, istərsə də Eurasia Diary Analitik İnformasiya Portalının fəaliyyətində iz qoyub, peşə sirrlərinin məharətlə ötürülməsində öz dəstəyini nümayiş etdirib. BAMF kollektivi Ayaz Mirzəyevin yeni vəzifəyə təyinatına çox sevinir və bu məsuliyyətli işdə ona uğurlar diləyir.

Dövlətə, vətənə xeyirli olsun. Təbrik edirik!

 

"Demokratiyanın, Qarabağda sülhə nə aidiyyatı var?" - Anastasia Lavrinadan erməni nümayəndələrə cavab

Aprel ayının 15-dən 17-nə kimi, Fransanın Strasburq şəhərində Aİ-nın (Avropa İttifaqı) “Young political leaders” (Gənc siyasi liderlər) proqramı əsasında sayca III konfransı keçirilib. Konfransda bu dəfə Azərbaycan, Ermənistan, Fələstin və İsrail nümayəndə heyəti iştirak edib. Konfransdakı Azərbaycan nümayəndə heyətinin üzvü olan, BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) prezidentinin köməkçisi, siyasi ekspert Anastasiya Lavrina Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

A.Lavrina qeyd edib ki, bu “Young political leaders” əsasında keçirilən sayca üçüncü  toplantı idi və mən bu toplantıların hər birində iştirak etmişəm. Bu toplantı özündən əvvəlkilərdən sadəcə formatına görə fərqlənirdi. Konfrans əsnasında 4 ölkədən olan gənc siyasi xadimlər və analitiklər öz regionlarındakı münaqişələr barədə məlumat verir və sülh əldə etmək yolları haqda öz təkliflərini irəli sürürdülər. Konfliktlərdən savayı toplantıda insan hüquqları, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu və digər müxtəlif məsələlərlə bağlı da müzakirələr aparıldı.

"Biz bir çox vacib görüşlər keçirdik. Üç gün ərzində Avropa Parlamenti, Avropa Şurası, Avropa Gənclər Mərkəzi və Avropa İnsan hüquqları Məhkəməsi nümayəndələri ilə görüşdük. Avropa Komissiyasının vitse-prezidenti, Xarici İşlər Şurasının rəhbəri, Avropa Təhlükəsizlik və Xarici məsələlərlə bağlı yüksək dərəcəli nümayəndəsi Federika Moderini, Alman siyasətçi və Avropa Parlamentinin üzvü Rebeka Harms və digər Avropa Parlamenti üzvləriylə bir araya gəldik. Həmçinin bir çox avropalı mütəxəssis və ekspertlərlə təmaslar qurduq", siyasi ekspert söyləyib.

"Konfrans ümumilikdə müsbət meyarlarla yadda qaldı, ancaq demək olmaz ki, hər şey ideal idi. Beləki, mən bəzi problemləri müşahidə etdim və istərdim ki, bu məsələyə toxunum. Əvvəla, erməni nümayəndə heyəti yenə də hərdəfə olduğu kimi Azərbaycanın əleyhinə fikirlər söylədilər. Təbii ki, bu gözlənilən idi. Ancaq ermənilərdən savayı Azərbaycan nümayəndə heyəti içərisində bəzi müxalifət və vətəndaş cəmiyyəti üzvləri ölkə daxilindəki problemləri qaldırıb, xüsusən insan hüquqları və söz azadlığı ilə bağlı bəzi tənqidi fikirləri səsləndirirdilər. Ancaq erməni tərəfində belə bir hal baş vermədi. Bəlkə də buna səbəb Azərbaycan nümayəndə heyətindən fərqli olaraq Ermənistan nümayəndə heyətində bir neçə dövlət rəsmilərinin iştirak etməsi idi. Belə ki, konfransda Ermənistan parlamentinin sədr müavini, bir deputat və vətəndaş cəmiyyəti üzvləri iştirak edirdi. Bir faktı da qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti üzvü olan erməni nümayəndələr daha çox sülh barədə danışır və danışıqların uğurlu inkişafı üçün pozitiv fikirlər səsləndirirdilər. Lakin dövlət rəsmisi olan nümayəndələrdə bu hal müşahidə edilmədi".

"Lakin sevindirici hal bundan ibarət idi ki, Dağlıq Qarabağ problemi müzakirə edildiyi zaman Azərbaycan nümayəndə heyəti ortaq açıqlama verdi və Ermənistanın konkret şəkildə Azərbaycan torpaqlarını işğal etdiyini və sülhün təmin edilməsi naminə tez bir zamanda işğalçı ordunun Azərbaycan torpaqlarından çıxarılmasının gərəkdiyini vurğuladı. Mən erməni nümayəndələrinin ard-arda sülh barədə pozitiv açıqlamalarını dinlədikdən dərhal sonra vurğuladım ki, Ermənistan tərəfi sülhdən danışır, ancaq hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün heç bir real iş görmür. Bu açıqlamaya ermənilərin cavabı gülünc idi. Onlar qeyd etdilər ki, guya Ermənistanda ardıq demokratik reformasiya baş tutub və Qarabağ probleminin həlli üçün belə bir demokratik reformun Azərbaycanda da keçirilməsi sülhün təmin olunması baxımından zəruridir. Mən də yenidən qeyd etdim ki, "Demokratiyanın, Qarabağda sülhə nə aidiyyatı var? Sülhün bir dövlətin siyasi sistemi və rejimiylə heç bir bağlılığı yoxdur. Ermənistan sülh istəyirsə Qarabağdan qoşunlarını çıxarmalıdır. Demokratik inqilabın isə ümumiyyətlə bu mövzuya bağlılığı yoxdur".

Bundan savayı Anastasiya Lavrina konfransda Qarabağ ərazisindəki ekoloji durum, Sərsəng su anbarı məsələsi, Azərbaycanda həyata keçirilən islahatlar və uğurlu gənclər siyasəti ilə bağlı məsələləri gündəmə gətirib. Xüsusən son zamanlar gənc kadrlara dövlət qayğısının artırılması və həyata keçirilən hüquqi və sosial islahatların ölkədə vətəndaş cəmiyyətinin inkişafına təkan verdiyini qeyd edib.

 

Azad edilmiş Cocuq Mərcanlı…

Erməni işğalçı qüvvələri 1993-cü ilin oktyabr ayında Cocuq Mərcanlı kəndini işğal edib. Lakin 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində kənd işğaldan azad edilib.

Buna baxmayaraq, kəndin ətrafındakı yüksəkliklərin erməni qüvvələrinin nəzarətində olması əhalinin geri qayıtmasını təhlükə baxımından mümkünsüz etdi.

2016-cı il Aprel döyüşlərində ordumuzun uğurlu əməliyyatları sayəsində Lələtəpə və ətraf ərazilər işğalçılardan təmizlənib. Bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin olundu.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 

Hazırda Cocuq Mərcanlı kəndində 145 ailə məskunlaşıb.

Kəndin təxminən 6000 -ə yaxın sakini var.

Qeyd edək ki, video görüntülər və şəkillər İsraildən gəlmiş jurnalistlərlə birlikdə regiona səfər edən BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) əməkdaşı Nicat Cəlilov tərəfindən çəkilib.

 

Qondarma Qarabağ rejiminin hesabatı ilə bağlı BAMF prezidenti BMT-yə bəyanat ünvanlayıb

Saytda  qondarma “Dağlıq Qarabağ Respublikası"nın hesabatı da yerləşdirilib. Sənəddə saxtalaşdırılmış məlumatlar və təhrif olunmuş tarixi faktlar yer alıb. Bununla əlaqədar olaraq, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev BMT-nin Baş Katibi  Antonio Quterreşə, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza Qarsezə, BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçeletə bəyanat ünvanlayıb. Eurasia Diary bəyanatın tam mətnini təqdim edir:

Hörmətli  Zati-Aliləri!

Beynəlxalq Avrasiya Mətbuat Fondu Sizə dərin hörmət və ehtiramını bildirərək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, qondarma və tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (“Artsax Respublikası”) hazırladığı hesabatın BMT-nin rəsmi səhifəsində yerləşdirilməsinə xüsusi diqqət ayırmağınızı israrla xahiş edir.

14 fevral 2019-cu il tarixdə  Ermənistan Respublikasının Cenevrədəki daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Haqları üzrə Ali Komissarına təqdim edilən hesabat tarixi həqiqətləri, BMT qətnamələrinin mahiyyətini və faktların təhrif edilməsində analoqu olmayan saxta məlumatları üzündə əks etdirir. Hesabat öz növbəsində BMT standartlarına və qəbul edilmiş beynəlxalq norma və prinsiplərə qəti şəkildə ziddir, Cənubi Qafqazda münaqişənin yenidən qızışdırılmasına xidmət edir.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən hazırlanmış hesabatı Ermənistan hökumətinin BMT-dəki status və əlaqələrindən istifadə edərək təqdim etməsindən ciddi narahatlığımızı bildirir və bunu kəskin şəkildə pisləyirik. Biz həmçinin, qondarma sənədin BMT-nin rəsmi səhifəsində dərc edilməsini ciddi şəkildə qınayırıq. 

“Artsax” adında bir dövlətin heç bir zaman mövcud olmadığı, heç bir dövlət tərəfindən tanınmadığı halda “Dağlıq Qarabağ Respublikası” (Artsax) adından belə bir hesabatın dərc edilməsi, BMT kimi qlobal nüfuza malik beynəlxalq dünya institutunun rəsmi səhifəsindən digər sənədlərlə bir yerdə yayımlanması utancverici hadisədir.

Belə bir münasibət ilk növbədə BMT-nin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair rəsmi mövqeyinə, eləcə də Dağlıq Qarabağ münaqişəsi ərəfəsində Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxarılmasına dair  BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin ( 822,853,874 və 884) prinsiplərinə qəti şəkildə ziddidir.

Adından da göründüyü kimi hesabat, mahiyyətcə saxtakarlıq və qərəzli yanaşmalardan ibarətdir. Beləki, hesabatı incələdiyimiz zaman burada həqiqəti əks etdirməyən tamamilə uydurma faktların şahidi oluruq. Hesabatın ilk cümləsində, qondarma Dağlıq Qarabağ Respublikası suveren respublika kimi göstərilir. Maraqlıdır ki, Ermənistan ordusu tərəfindən müdafiə edilən, rəsmi İrəvandan sosial və iqtisadi cəhətdən birbaşa asılılığı olan, hətta özünəməxsus pul vahidi belə olmayan, heç bir beynəlxalq institut və dövlət tərəfindən suverenliyi tanınmayan qondarma rejim necə suveren ola bilər?

Həmçinin burada qeyd edilir ki, qondarma respublika hüququn aliliyi prinsipi ilə idarə edilir. Bu yalandır. Axı, başqa bir dövlətin qanuni ərazisində zor gücünə və işğal yoluyla qondarma bir dövlətcik yaradan bir rejim necə hüququn aliliyinə əsaslana bilər? 1993-cü ildən Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu müxtəlif terror dəstələrin, qanunsuz silah və narkotik ticarətiylə məşğul olan kriminal qrupların, həmçinin heç bir hüquqi imtiyazı olmayan qeyri-qanuni silahlı birləşmələrin daimi məskəninə çevrilib. Burada yerli əhalinin belə primitiv hüququqları müdafiə edilmir. Qarabağdakı silahlı qruplar tez-tez regionda sabitliyi pozur. 

Hesabatda qeyd edilir ki, elan olunmamış qondarma “Artsax respublikası”nın ərazisi 12.493 kv.km sahəni əhatə edir və hal-hazırda onun da 1041 kv.km hissəsi Azərbaycan tərəfindən işğal olunmuşdur.Bu rəqəm Ermənistanın məkrli siyasətinə bir daha əyani nümunədir. Beləki, 80-ci illərin sonundan başlayan və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun işğalı ilə nəticələnən münaqişə “Qarabağ deyil”, rəsmi olaraq “Dağlıq Qarabağ” problemi olaraq qeyd edilir. Bu o deməkdir ki, ermənilərin 1988-ci ildən bu yana irəli sürdükləri ərazi iddiası Qarabağa deyil, sadəcə “Dağlıq Qarabağ”a aidddir. Ona görə də bütün beynəlxalq insitutlar, BMT, ATƏT, Aİ, AŞPA və digərləri münaqişəni “Dağlıq Qarabağ” problemi olaraq tanıyır. O zaman nə üçün Dağlıq Qarabağın ətrafındakı ərazilər də qondarma rejimin torpaqlarına aid edilib? Dağlıq Qarabağın qanuni ərazisi 4,4 min kv.km-dır. Beləliklə Ermənistanın dırnaqarası rejimə aid hesabatı BMT-yə bu şəkildə göndərməsi beynəlxalq müstəvidə həyata keçirilmiş növbəti hüquq pozuntusu, işğala haqq qazandırmaq cəhdi və Azərbaycana qarşı irəli sürülən növbəti ərazi iddiası hesab edilməlidir. Hesabatda “maraqlı” fakt, daha doğrusu gülünc doğuran məqamsa qondarma rejimin ərazisinin təxminən 1,041 kv.km-nin Azərbaycan tərəfindən işğal edildiyinin qeyd edilməsidir. Bu artıq hüquq pozuntusu deyil, birbaşa siyasi həyasızlıqdır. Azərbaycan torpaqlarını işğal etmiş erməni tərəfi utanmadan Azərbaycanı işğalda günahlandırır.

Hesabatdakı məlumatlar mahiyyət etibarı ilə rəsmi İrəvanın mövqeyini və Ermənistanın əsl simasını ifadə edir. Məsələn, qeyd edilir ki, qondarma rejim polietnik və multukultural cəmiyyətə sahibdir. Burada ruslar, ukraynalılar, yezidilər, yunan və gürcülər yaşayır. (Bu etniklərin sayı Qarabağ əhalisinin 1%-dən azdır) Ancaq elə həmin hesabatda Ermənistan Respublikasının 1989-cu ilin statisikasına istinadən 40 mindən çox azərbaycanlıdan bu gün bir nəfərinin belə olsun öz ata-baba torpaqlarında, Dağlıq Qarabağda yaşamaq imkanına sahib olmaması dolayısı ilə təsdiq edilir. Hesabatda qeyd edilən bu fakt bir daha sübut edir ki, Ermənistan məqsədyönlü surətdə 1989-ci ildən başlayaraq Qarabağda və azərbaycanlıların digər tarixi torpaqlarında onlara qarşı etnik təmizləmə siyasəti yürüdüb. Ancaq hesabatda biz yenə tam əksinə, Azərbaycanın ermənilərə qarşı etnik təmizləmədə ittiham edilyini görürük. Amma reallıq budur ki, bu gün təkcə Bakıda 30 mindən yuxarı erməni sərbəst yaşamaqdadır. 

Hesabatda yalnız yaxın siyasi tarixin və statistik məlumatların təhrif edilməsini deyil, son 100 ilik bir dövrdə  baş verən hadisələrin saxtalaşdırımış faktlar şəklində irəli sürüldüyünü görmək mümkündür. Beləki, hesabatda 1918-ci ilin sentyabrında Bakıda Osmanlı İmperiyası tərəfindən 30 minə yaxın erməninin öldürülməsindən danışılır. Təbii ki, bu heç bir tarixi sənədlərə və arqumentlərə əsaslanmadan söylənilmiş fikirdir. Eyni zamanda 1918-ci ilin mart hadisələrində Bakıda, Gəncədə, Qubada, Şamaxıda və.s yerlərdə  50 min azərbaycanlının və yəhudinin erməni hərbi birləşmələri və bolşeviklər tərəfindən soyqırıma məruz qaldığı faktını gizlətmək məqsədi güdən niyyətdən xəbər verir.

Hesabatda Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərliyi dövründə Qarabağda ermənilərə qarşı həyata keçirdiyi iddia edilən demokqrafik siyasətdən də söz açılır. Ancaq məlumdur ki, Heydər Əliyevin hakimiyyəti dövründə Xankəndi universitetinin əsası qoyulmuş, Qarabağa dəmir yolu çəkilmiş, fabrik və zavodlar açılmış, erməni əhalisinin sosial-infrastruktur imkanları daha da yaxşılaşdırılmışdır.

Hesabatda Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələr də təhrif edilib. Belə ki, erməni tərəfi BMT-yə təqdim edilən hesabatda sözü gedən qətnamələri bilərəkdən təhrif edib, onu başqa formada izah etməyə çalışırlar. Beləki, hesabatda qeyd edilir ki, 822 və 853 saylı qətnamələr döyüşlərin qızğın getdyi bir vaxtda qəbul edilmişdi və guya bu qətnamələrin torpaqların qaytarılması ilə heç bir əlaqəsi yoxdur. Həmçinin ermənilər daha bir faktı təhrif edərək 853 saylı BMT qətnaməsində Azərbaycana Dağlıq Qarabağ Muxtar Respublikasındakı qondarma rejimlə danışıqlar aparmağın tövsiyyə edildiyini qeyd edirlər. Halbuki, bu qətnamədə münaqişə tərəflərinə münasibətdə belə bir müddəa qeyd edilməyib, burada münaqişə tərəflərinə ümumi müraciət edilərək, konkret adlar göstərilməyib. Həmçinin yenə BMT-nin qəbul etdiyi 884 saylı qətnamədə qeyd edilir ki, “Ermənistan Qarabağ ermənilərinin üzərindəki nüfuzundan istifadə edərək qətnamənin icrasına yardım etsin və konfliktin daha da genişlənməsinə mane olsun.”

Hesabatda ermənilər qaçqın və məcburi köçkün məsələsinə də toxunaraq yenə Azərbaycanı ittiham ediblər. Hesabada qeyd edilir ki, bu gün hələ də 30 min erməni qaçqın düşüb və onlardan 10000-ə yaxını 2014 və 2016-cı illərdə baş verən müharibələr nəticəsində öz evlərini tərk etməyə məcbur olublar. Ancaq Ermənistan unudur ki, erməni aqressiyası nəticəsində hal-hazırda  Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan 1 milyona yaxın məcburi köçkün azərbaycanlı hələ də öz tarixi torpaqlarına qayıda bilmir. 1989- cu ildə isə 300 mindən çox azərbaycanlı Ermənistandan zorla deportasiya olunub. Bununla yanaşı Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan vurulmuşdur. İşğal edilmiş Azərbaycan ərazilərində 900-dən artıq yaşayış məntəqəsi, ümumi sahəsi 9,1 mln m2 olan 150 minə yaxın yaşayış evi və mənzil, 4366 sosial-mədəni təyinatlı obyekt, 7000 ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-müalicə kompleksi, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti və digərləri dağıdılaraq məhv edilmiş, 40 mindən artıq muzey eksponatı təcavüzün qurbanı olmuşdur.

Çox qəribədir ki, Ermənistan özü qondarma rejimi  müstəqil dövlət kimi tanımadığı halda, dünyanı, BMT-ni bu rejimin müstəqilliyini tanımağa çağırır. Hazırda Ermənistan baş nazirinin oğlu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş digər rayonlarında hərbi xidmət keçir. Qarabağ Ermənistan tərəfindən işğal edilib və bu danılmaz faktdır. Ermənilər bu işğalı BMT-yə göndərdikləri hesabatda pərdələməyə cəhd etsələr də yuxarıda göstərdiyimiz faktlardan bir daha aydın olur ki, buna müyəssər ola bilməyiblər və bilməyəcəklər.

Beləliklə BAMF, BMT qurumlarından, BMT Baş Assambleyasından BMT İnsan Haqları Şurasından Ermənistanın bu mötəbər quruma üzvlüyündən və mövqeyindən digər üzv ölkəyə, Azərbaycana qarşı saxta məlumatlar yaymaq məqsədi ilə istifadə etməsini pisləyir və dərc edilən hesabatın ciddi şəkildə yoxlanılmasını eləcə də BMT-nin rəsmi səhifəsindən silinməsini israrla tələb edir. Belə bir mövqe BMT-nin statusuna uyğun deyildir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin növbəti eskalasiyası üçün provokasiyadır.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

24 Aprel 2019-cu il.                                              

 

BAMF Əflatun Amaşovu təbrik edir

Bugün Azərbaycan Mətbuat Şurasının sədri, tanınmış yazıçı və publisist, Milli Məclisin deputatı Əflatun Amaşovun 62 yaşı tamam olur. 

O, 26 aprel 1957-ci ildə Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Millət vəkili müstəqil Azərbaycan mətbuatının formalaşması və inkişafına böyük töhfələr verib. O jurnalistika sahəsində çox saylı kitabların və dərs vəsaitlərinin müəllifidir. Jurnalistlərin  qarşılaşdığı çətinlikləri daim diqqətdə saxlayan və sosial problemlərinin həllinə dəstək göstərən Əflatun müəllim sözün əsl mənasında onların dostudur.  

Əflatun Amaşov 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. O vaxtdan indiyə kimi keçirilən bütün qurultaylarda dəfələrlə bu vəzifəyə seçilmək hüququ qazanıb. Sonuncu dəfə bu vəzifəyə 2018-ci ildə seçilib.

Əflatun Amaşov Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) kollektivi dəyərli insan, millət vəkili Əflatun Amaşovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı,  mənalı və sağlam ömür yolu, əmək fəaliyyətində uğurlar arzulayır!

   Avropa İttifaqı ilə yeni saziş bizə nə verəcək?... -Ekspert rəyi

« Azərbaycan hökuməti və ölkə başçısı Azərbaycanda islahatların aparılmasına rəvac verir ».

Bugün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənovla "Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında saziş" mövzusunda görüş keçirilib.

 

Əvəz Həsənov sazişin bu ilin ilk yarısında imzalanacağını bildirib. "Saziş imzalandıqdan sonra Avropa şirkətləri Azərbaycanda qeyd-şərtsiz qeydiyyatdan keçiriləcək. Belə ki, 28 ölkənin bütün qanunverici və icraedici strukturlarında bu müqavilə təsdiq olunacaq. Hər bir üzv ölkənin dövlət strukturları onu nəzərdən keçirəcək. Azərbaycan parlamenti sazişi ratifikasiya etdikdən və prezident təsdiqlədikdən sonra isə müqavilə fəaliyyətə başlayacaq. Avropa İttifaqı ilə yeni saziş Azərbaycanın iqtisadi, regional, enerji, informasiya təhlükəsizliyi, müəllif hüquqları, insan hüquqları, media, eləcə də Qarabağ məsələsində dəstəkçi rol oynayacaq. Ermənistanın Aİ ilə hərtərəfli əməkdaşlığa dair razılaşmasında Dağlıq Qarabağla bağlı bənddə qeyd olunur ki, Avropa Birliyi ölkələrin ərazi bütövlüyünü tanıyır. Münaqişəni Cənubi Qafqazın inkişafı üçün maneə hesab edir və onun sülh yolu ilə həll olunmasını dəstəkləyir. Azərbaycanla imzalanacaq sazişdə də təxminən belə bir bənd olacaq", Əvəz Həsənov deyib.

Aİ ilə münasibətlərin siyasi sahədə üstünlərindən danışarkən, ekpert Avropa nümunəsində yaxşı idarəetmə sistemini, Elektron hökumət layihəsini qeyd edib. 

"Avropa İttifaqı Azərbaycana Rusiyanın təcavüzkar meylli siyasətindən müdafiə olunmaq, heç də normal olmayan İran-Azərbaycan münasibətlərində balansı qorumaq üçün lazımdır", deyə o bildirib.

Azərbaycanla Aİ arasında ticari münasibətlərdən danışarkən, Əvəz Həsənov Avropanın neftə olan tələbatının 5%-ni Azərbaycanın ödəməsini və Avropa bazarı Azərbaycanın ən böyük investoru olduğunu vurğulayıb. "Lakin neftdən başqa rəqabətədavamlı məhsulumuz yoxdur", deyə o bildirib. 

Əvəz Həsənov saziş imzalandıqdan sonra qanunvericilikdə dəyişikliklərin olacağını, viza rejiminin getdikcə daha da yumşalacağını qeyd edib. 

"Assosiativ razılaşma"ya toxunan ekspert onun sözügedən sazişlə müqayisədə daha sıx təmasları nəzərdə tutduğunu, viza və investisiya mühiti, iş yerlərinin açılması cəhətdən daha çox əhaliyə, əməkdaşlığa dair sazişin isə strukturun inkişafına xidmət etdiyini söyləyib.  

Ekspert hesab edir ki, Avropa İttifaqı ilə əməkdaşlıq haqqında sazişin indiyədək imzalanmamasının səbəblərindən biri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması ilə bağlıdır. 

"ÜTT üzvü olmayan ölkə ilə Aİ ilə ticari əlaqələri genişləndirə bilməz. Avropa İttifaqı Azərbaycanın ÜTT-yə qəbul olunması üçün istər məsləhət formasında, istərsə də iqtisadi layihələrdə lobbiçiliklə dəstək olur. Azərbaycanda iqtisadi monopoliya çox yüksəkdir. Keyfiyyətsiz xidmət göstərən, məhsulların təhlükəsizliyinə tam qaranti verməyən yüzkərlə marketlər var. ÜTT-yə daxil olduqda bu marketlər bir brend altında fəaliyyət göstərəcək. Bu əl işləri və ekoloji məhsullarda rəqabəti artıracaq, keyfiyyətsiz bazarı öldürəcək. Artıq kasıb təbəqə məhsulu mənşəyi və ya keyfiyyəti bəlli olmayan, ucuz və sistemli marketlərdən, varlı adamlar biomarketlərdən alacaq. Kənd təsərrüfatı inkişaf edəcək, lakin o kasıb təbəqəyə çatmayacaq", deyə o bildirib.

Sazişin imzalanması istiqamətində prosesi şərh edərkən ekspert hökumətin əvvəlcədən planlaşdırılmış şəkildə siyasi islahatlara getdiyini, Azərbaycanın regional siyasətinin strateji baxımdan uğurlu sayıldığını və bunun siyasi islahatların şərtlərindən biri olduğunu vurğulayıb. "Avropa İttifaqına inteqrasiya prosesi uzun prosesdir və gec gedir. Əslində, Azərbaycanın indiyədək apardığı ehtiyatlı və astagəl siyasəti onu bir sıra təhlükələrdən sığortalayıb, deyə Əvəz Həsənov əlavə edib.

 

BAMF Cenevrə Mərkəzi ilə əməkdaşlığa başlayıb

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu BAMF-ın prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzairi imzalayıb. Eurasia Diary xəbər verir ki, memorandumda tərəflər BMT-nin Cenevrə ofisində (UNOG) dinlərarası əməkdaşlıq və anlaşma, insan hüquqlarının qorunması və təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirmək haqda qarşılıqlı razılığa gəliblər. Beynəlxalq Avrasiya Mətbuat Fondu və Cenevrə Mərkəzi həmçinin növbəti təlim proqramlarında nəzərə alınacaq mövzuların birgə müəyyən edilməsi, birgə press-relizlərin yayılması, təlim modullarının və tədris planlarının inkişafına yardım etmək, təlimçi mühazirəçilərin mübadiləsini asanlaşdırmaq, birgə konsepsiya qeydləri hazırlamaq istiqamətində də anlaşıblar. Memorandumda həmçinin Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqqlarının möhkəmləndirilməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Tərəflər beynəlxalq ekspertlərin bəyanatlarını, məqalələrini, fikirlərini, müsahibələrini və digər müvafiq materiallarını dərc etmək üçün BAMF-ın nəzdində fəaliyyət göstərən 5 dildə dərc olunan “Eurasia Diary” analitik informasiya portalından platforma kimi istifadə etmək barədə qərara gəliblər.

Qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandıqdan sonra səfir İdris Cəzairi, köməkçisi Mustafa Blerim, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri BAMF-ın ofisində təşkilatın təşəbbüsü ilə həyata keçirilən “Mənim kəndim, mənim vətənim” layihəsi çərçivəsində hazırlanan sərgi ekspoziyası ilə tanış olublar. Sərgidə Azərbaycanın işğal olunmuş və təmas xəttinə yaxın ərazilərində dağıdılmış tarixi-mədəni abidələri, sosial infrasturkturu, güllələnmiş məzarlıqları, xarabalığa döndərilmiş evləri, kəndləri, yaşayış məskənlərini, ekoloji fəlakəti əks etdirən şəkil-posterlər nümayiş etdirilib. Şəkillərin əksəriyyəti BAMF-ın uzun müddətli fəaliyyəti dövründə çəkilmiş və ilk dəfədir ki,  nümayiş etdirilib.  

Qeyd edək ki, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi (Cenevrə Mərkəzi) Qlobal Şimal və Qlobal Cənub arasında mədəniyyətlərarası, dini və sivilizasiya dialoqu vasitəsilə eləcə də Ərəb bölgəsindəki tərəfdaşların gələcək nəsillərinə təlimlər keçirilməsilə insan hüquqlarının təbliğinə həsr edilmiş beyin mərkəzidir. Təşkilatın icraçı direktoru cənab İdris Cəzairi dünyanın İFAD, CARE, ACORD kimi tanınmış beynəlxalq təşkilatlarının icra orqanlarında yüksək vəzifələrdə çalışıb. BMT İnsan Haqları Şurasının baş komissarının “Birtərəfli məcburedici tədbirlərin mənfi təsirinə dair xüsusi məruzəçisi”dir və insan haqqlarının qorunması sahəsində nüfuzlu şəxslərdən hesab edilir. O, Sivilizasiyalararası 5-ci Bakı Forumu”nun əsas moderatorlarından və məruzəçilərindəndir.

 

Tanınmış siyasi analitik Malik Ayyub Sumbal Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub

Bu gün dünyanın aparıcı jurnalistlərindən olan tanınmış siyasi analitik Malik Ayyub Sumbal Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub, Eurasia-Diary analitik informasiya portalına eksklüziv müsahibə verib, gənc jurnalistlərlə görüşüb.

Malik Ayyub Sumbal BAMF-ın təşəbbüsü ilə yaradılmış Avrasiya Media Şəbəkəsinin ilk redaktoru, “Eurasia-Diary” analitik informasiya portalının, Caspian Times multimedia orqanının baş redaktoru vəzifələrində çalışıb.   O, Amerikanın Sirakuz Universitetinin nüfuzlu “Ayna” Jurnalist Mükafatına layiq görülüb. Onun təhlil və yazıları, müsahibələri CGTN, CNN, BBC, Əl Cəzirə, İRNA, RT və.s televiziyalarda, xəbər məkanlarında geniş yayılıb. Hal-hazırda Çinin məşhur CGTN media qurumunun aparıcı şəxslərindəndir.  

“Sivilizasiyalararası 5-ci Bakı Forumu” çərçivəsində Bakıda səfərdə olan Malik Ayyub Sumbal müasir dünyamızdakı kataklizmlər fonunda tədbirin mövzusunun, panel müzakirələrin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Belə bir önəmli tədbirin BMT egidası altında Bakıda keçirilməsindən məmnun olduğunu qeyd edən Malik Ayyub Sumbal  Prezident İlham Əliyevin təsirli çıxışının xüsusilə yaddaqalan olduğunu və çıxışdan sonra prezidentlə görüşdüyünü və ona xüsusi minnətdarlığını  bildirdiyini qeyd etdi.  “Eurasi-Diary” analitik informasiya portalının qonağı olan Malik Ayyub Sumbalın saytda ilk fəaliyyətinə dair xatirələrini gənc jurnalistlərlə bölüşüb, bu dəyərli vəzifənin icrasında ona dəstək olduğu üçün BAMF prezidentinə xüsusi təşəkkürünü bildirib. 

Türk dövlətləri ilə media sahəsində əməkdaşlıq baxımından böyük perspektiv mövcuddur” - BAMF Prezidenti

Umud Rəhimoğlu: “Ciddi nəticə əldə etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov türkdilli ölkələrlə informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Ölkəmizin türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı olduğunu bildirən Ə.Həsənov, erməni təcavüzü və vəhşiliyinin ifşası baxımından da bunun zəruri olduğunu qeyd edib. 

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Mərbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu belə bir əməkdaşlığın ölkəmizin maraqları baxımından zəruri olduğunu vurğulayıb:

“Hörmətli Əli müəllim ölkəmizin maraq və mənafeyi baxımından son dərəcə aktual bir məsələyə toxunub. Biz türkdilli ölkələrlə bir soydan, bir kökdən olan xalqıq. Əgər biz dünyadakı türk dövlətlərin potensialına, əhali sayına, media institutlarına və s. nəzər salsaq görərik ki, doğrudan da  bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var. Bu resursları hərəkətə gətirmək üçün konkret addımlar atılmalı, fəaliyyətə keçməliyik.

İstər Asiyada, istərsə də Avropanın özündə türk xaqllarına məxsus müxtəlif formatlarda fəaliyyət göstərən dərgilər mövcuddur. Lakin bizim aç-çox faydalandığımız Türkiyə mətbuatıdır. Halbuki, biz eyniylə qazax, qırğız, özbək və s. türk xalqlarının mətbuatından da yararlana bilərik.

Bundan başqa, Azərbaycanla türk dövlətlərinin televiziya sahəsindəki əməkdaşlığı ilə bağlı da ciddi imkanlar var. Bizim telelviziya imkanlarından faydalanmağımız Azərbaycan həqiqətlərinin daha geniş təbliği baxımından olduqca əhəmiyyətli addım olar.

Sevindiricidir ki, bizim Orta Asiya ölkələri ilə müəyyən əlaqələrimiz var. Xüsusilə Özbəkistanla son illər ciddi əməkdaşlıq edirik. Yəqin ki, yaxın gələcəkdə bu ölkələrdəki bir neçə media qurumu ilə bizim aramızda memorandum imzalanacaq. Mətbuat Şursının da bu istiqamətdə aktiv fəaliyyətlə bağlı ciddi planları mövcuddur.

Bir neçə il bundan əvvəl Azərbaycan Mətbuat Şurasının təsisçiliyi ilə türkdilli jurnalistlərin  birliyi də yaradıldı. Hesab edirəm ki, indiki məqamda bu məsələyə də daha çox diqqətin yetirlməsinə ehtiyac var.

Bir sözlə, hesab edirəm ki, hörmətli Əli müəllimin toxunduğu məsələ olduqca əhəmiyyətlidir və biz bu müstəvidə ciddi nəticə əldə etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik ”.

Vətəndaşlıq ləyaqətinin Umud Rəhimoğlu modeli

Bu uzun ömürlü həyatımda yaxşı insanlara çox rast gəlmişəm və onların əksəriyyəti ilə doğmalar kimi səmimi ünsiyyətdə olmuşam, belələri ilə oturub-durmaq, birgə fəaliyyət göstərməkdə qürur duymuşam. 

Tanıdığım və ürəyimdə, diləyimdə qiymətləndirdiyim belə insanlar içində ən çox inam və hörmət bəslədiyim, sevgi ilə yanaşdıqlarım onların Vətənə hər kəsdən çox bağlılığı ilə əlaqədar olub. Tale mənə ömrümün son 20 ilində Umud Rəhimoğlu kimi Vətən qeyrəti çəkən, Azərbaycan sevgisi ilə yaşayan bir dost qismət elədi. Elə bir insan, elə bir dost ki, ondan dünyanın insanı insan edən ən yaxşı keyfiyyətlərini öyrənmək olur.

Bu yerdə onu da qeyd edim ki, Umud müəllimi özünə dost, sirdaş, əqidə qardaşı hesab edən adamlar çoxdur. Bu adamların adlarını sadalayıb vaxt aparmaq istəmirəm. Tək onu demək kifayət edər ki, Umud Rəhimoğlunu yazıçı və şairlərin əksəriyyəti, jurnalistikanın azman nümayəndələri, bütövlükdə ziyalı çevrəsi əziz və ləyaqətli bir insan kimi yüksək qiymətləndirir. Çünki Umud Mirzəyev özü ləyaqət sahibidir. O, kömək əli uzada biləcəyi hər kəsdən bu əli əsirgəmir. Mənim işlədiyim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Jurnalist" adlı bir tələbə qəzeti nəşr olunur. Umud müəllim bu qəzetin hər nömrəsi çapdan çıxan kimi tələbələri yaradıcılığa ruhlandırmaq üçün nömrənin imzalarına qonorar verir. Ümumiyyətlə, Umud Rəhimoğlu bizim fakültənin çox sevdiyi ziyalılardan biridir. O, özünün Əflatun Amaşov, Aqil Abbas, Rəşad Məcid, Akif Aşırlı, Vüqar Rəhimzadə, Aydın Quliyev, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli və başqaları kimi çoxsaylı dostları ilə birlikdə bu fakültənin tələbələrinə həmişə xüsusi diqqət göstərməkdədir.

Umud Rəhim oğlu Mirzəyev bir çox yaradıcılıq istiqamətləri ilə ictimai rəydədir. O, tanınmış ictimai xadimdir, şair və publisistdir və üstəgəl, fəal bir hüquq müdafiəçisidir. Amma bütün bunların əvvəlində böyük hərflərlə yazıla biləcək bir VƏTƏNDAŞ sözü dayanır. Onun vətəndaşlığı Qarabağ hadisələri başlayan andan özünü aydın göstərməkdədir. Azərbaycanda yeni jurnalistikanın formalaşması prosesində yaradıcı bir şəxsiyyət kimi qüvvəsini əsirgəməmiş, yeni medianın əsas istiqamətini Qarabağ həqiqətlərini dünyaya bəyan etməyə yönəltməkdə çox böyük işlər görmüşdür. O, 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) Azərbaycanda meydana qoymuş, onun Prezidenti vəzifəsini yerinə yetirməkdədir. Bu fond onun bir vətəndaş kimi Azərbaycana, millətinə xidmət etməsi üçün bir vasitə rolunu oynamaqdadır. Nədir bu Beynəlxalq Avrasiya Mətbuat Fondu? Bu təşkilat çox ciddi vəzifələri öz üzərinə götürüb. Bu vəzifələr içərisində bizə daha çox aid olanları -Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun üzvlüyünü xüsusi qeyd etməliyik. Umud Rəhimoğlunun rəhbərlik etdiyi bu qurum BMT qurumları, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Sülh Bürosu, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, KİVDF, səfirliklər və dövlət qurumları ilə tərəfdaşlıq formatında fəaliyyət göstərir. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun fəal yaradıcılarındandır. Bu təşkilat dörd mühüm istiqamətdə fəaliyyət göstərir: Media və vətəndaş cəmiyyətinin inkişafı, sülh və münaqişələrin həlli, qaçqın və məcburi köçkünlərin problemləri, icmaların təşkili.

Hələ qısaca göstərdiyimiz bu vəzifələri yerinə yetirmək işində Beynəlxalq Avrasiya Mətbuat Fondunun və onun Azərbaycandakı ofisinin çox ciddi uğurları var. Mən bu Fondun ofisində dünyanın neçə-neçə beynəlxalq təşkilat rəhbərinin ziyarətinin və onların qurumun işinə verdikləri yüksək qiymətin şahidi olmuşam. BMT-nin bir çox qurumlarının rəhbərləri burada jurnalistlərlə görüşlər, təlimlər keçirmişlər. Fondun hər ilin sonunda ictimaiyyətə təqdim etdiyi hesabatın nəşr variantına və bu nəşrdə əksini tapan əyani faktlara - mətn və fotolara nəzər salarkən Umud müəllimin Azərbaycan media mühiti, qaçqın və köçkünlərin problemləri, ölkəmizin inkişafının təbliği və s. sahələrdə necə vətəndaşlıq fəaliyyəti göstərdiyi hər kəsdə qürur hissi doğurur. Mən Fondun illər üzrə gördüyü Azərbaycanı tanıtım fəaliyyəti üzərində artıq dayanmıram, oxucu bu işlərlə qurumun illik hesabatlarını əks etdirən nəşrlərə baxa bilər. Mənim üçün indiki anda Umud Mirzəyevin Qarabağ faciəsi, Ermənistanın işgalçılıq siyasəti və Azərbaycan haqqında obyektiv informasiyanın beynəlxalq miqyasda yayılmasında göstərdiyi xidmətlər maraqlıdır.

Umud müəllim vaxtilə Azərbaycanda hökm sürən fövqəladə vəziyyət dövründə yüzlərlə xarici jurnalist və diplomatlara bizim haqq səsimizi dünyaya çatdırmaq üçün əyani faktlar vermiş, onları cəbhə xətlərinə aparmış, düşmənin viran qoyduğu məkanlarımızın birbaşa şahidinə çevirmişdir. Umud Mirzəyev bu missiyanı özünün ən vacib işi hesab edərək bu gün də xarici jurnalistləri, hətta ziyalı turistləri Cocuq Mərcanlıya qədər aparmaqdadır.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Umud müəllimin öz təşəbbüsü və özünün yaratdığı bir ofisdə yerləşir. Bu ofisdə neçə-neçə əməkdaş fəaliyyət göstərir və mən onların hər birinin üzündə, gözündə həmişə bir Vətən qayğısı, Azərbaycanımıza qürur hissi duyuram. Sanki Umud müəllim yalnız içində Vətən sevgisi olan insanları bir araya toplamışdır. Bu əməkdaşların hər birinin ofisin xaricdən qonaqlarına Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq məktəbi haqqında, Prezident İlham Əliyevin ölkəmizin inkişaf strategiyasının real faktları haqqında necə maraqla və inandırıcı sübutlarla danışdıqlarının şahidi olmaqdayam. Bu işlərə diqqət etdikcə məndə belə bir fikir yaranır: Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu kiçik ofisi, əslində, bir azərbaycançılıq, bir vətəndaşlıq məktəbidir. Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilat, qeyd etdiyimiz kimi, həm rəsmi olaraq, həm də qeyri-rəsmi şəkildə BMT ilə sıx əməkdaşlıq edir. BMT kimi beynəlxalq bir təşkilatın Baş katibi Ban Ki-Mun BAMF-ın Azərbaycan qurumunun gördüyü işlərə diqqət edərkən onu belə qiymətləndirmişdir: "Mən Sizin bəşəriyyət üçün gördüyünüz təmənnasız işləri dəstəkləyirəm". BMT Baş katibinin bu cümləsindəki "təmənnasız" leksemi Umud Mirzəyevin fəaliyyətində ən çox görünən bir detaldır. BMT-nin sayılıb-seçilən digər rəhbərlərindən biri - bu qurumun Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam M.İshakzai  BAMF-ın fəaliyyətini belə qiymətləndirir: "Azərbaycanda Birləşmiş Millətlər Təşkilatı ilə effektiv əməkdaşlıq etdiyiniz üçün sizə təşəkkür edirəm". Avropa İttifaqının rəhbər nümayəndələrindən biri-Jeron Vilyams: "BAMF-a Azərbaycanın cəbhə bölgəsinə  etdiyimiz səfərə görə çox təşəkkür edirəm... Mən BAMF-ın cəbhə bölgələrinə çoxsaylı səfərlərlə bağlı gördüyü işin şahidi oldum və bunu yüksək qiymətləndirirəm"... Eyni təşəkkürləri Britaniya siyasi jurnalisti və Yaxın Şərq üzrə ekspert Adel Dərviş, Yunanıstanın Azərbaycandakı səfiri Dmitris Q.Çunqas, Belçikanın ölkəmizdəki səfiri Bert Şufs, Umud müəllimin qonaqları olmuş neçə-neçə ABŞ tələbəsi və onlarca başqalarının xatirə-yazılarından oxuyuruq.

Avrasiya Fondu bir az bundan əvvəl dünyada öz sülhsevər fəaliyyəti ilə məşhur olan, Nobel mükafatı laureatı Məhəmməd Yunusu  Bakıya dəvət etmişdi. O zaman qurumun geniş həyətində bu insanla Azərbaycan jurnalistlərinin maraqlı bir görüşü oldu. Bu görüşdə akademik İsa Həbibbəyli, Milli Məclisin üzvləri qonağa Qarabağ həqiqətlərindən danışdılar. Və Məhəmməd Yunus bu görüşdən Azərbaycanın haqlı mövqeyini tam mənası ilə dərk etdiyini dilə gətirdi.  

Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilatın hər cür dəstəyi ilə Avropanın tanınmış rejissorları Qarabağ həqiqətlərini bir neçə dildə efirə çıxaran "Atəşkəs" adlı sənədli film çəkdilər. Mən bu filmin Nizami kinoteatrında təqdimatı zamanı baş rejissorun Ermənistanın viran qoyduğu Azərbaycan kəndləri barədə necə duyğulu və təəssüf hissilə danışdığını bu gün də unuda bilmirəm.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun xarici qonaqların və həmçinin, özümüzünkülərin cəbhə xəttinə səyahətini təşkil edən xüsusi layihəsi həyata keçirilir. Mənim yadımdadır ki, bu layihə çərçivəsində Umud müəllim Azərbaycanda təcrübədə olan iki ABŞ tələbəsi - Ceyms Makis və Riçi Henneseyi cəbhə bölgəsinə aparmışdı. Onlar orada gördükləri həqiqəti öz bloqlarında və ABŞ mətbuatında işıqlandırmış və Umud müəllimə xüsusi təşəkkürlərini bildirmişdilər.

Umud müəllim əlinə düşən  xarici qonaqları heç kimdən, heç nədən təmənna güdmədən, yalnız vətəndaşlıq borcu ilə cəbhə xəttinə aparır və bu nöqtələrdə erməni vandalizminin törətdiyi vəhşilikləri əyani şəkildə onlara göstərir. Xarici şahidlərin belə görüşləri isə nəticəsiz qalmır. Bununla bağlı Umud müəllimin özü üçün adi görünən bir fakta diqqət edək: Rusiyanın transmilli "Literaturnaya qazeta"sı ölkəmizdə səfərdə olmuş Rusiya Yazıçılar Birliyinin Volqoqrad şöbəsinin rəhbəri, tanınmış yazıçı Aleksandr Tsukanov özünün "Gəlin Parisdənsə Bakıya gedək" məqaləsində onu Azərbaycanda bir dost kimi müşahidə edən Umud Mirzəyevin məntiqli bir sualını oxucuya çatdırır: "Azərbaycanda yüz mindən çox rus yaşayır. Ermənistanda isə onların sayı heç on nəfər eləmir. Belə olan halda bəs nədən Rusiya Azərbaycandan üz döndərsin? - Umud Mirzəyev səmimi bir çaşqınlıqla soruşur. O, əslən Dağlıq Qarabağdandır, bu məsələ onun üçün çox ağrılı bir mövzudur. Mənim isə dostuma veriləsi bir cavabım yoxdur". Əlbəttə, Umud müəllimin bu sualı çoxları tərəfindən qoyulur. Amma bu anda böyük bir fərq ondadır ki, Umud Mirzəyev hər kəsi inandıra bilir. Və ona görə də məhz onun sualı "Literaturnaya qazeta"ya qədər gedib çıxır. Məsələ bundadır.

Azərbaycanda yeni jurnalistikanın inkişafında Beynəlxalq Avrasiya Mətbuat Fondunun da çox xidməti var. Bu qurumun fəaliyyət xəttinin birinci istiqaməti "Media və vətəndaş cəmiyyətinin inkişafı" kimi təsbit olunur. Odur ki, BAMF öz işini Azərbaycan Mətbuat Şurası ilə, müxtəlif tipoloji xarakterə malik mətbuat və TV aləmi ilə birgə qurur.

Hətta Umud müəllim - bu yerdə "müəllim" sözü ona daha çox yaraşır - media və vətəndaş cəmiyyətinin inkişafı problemi ilə bağlı məsələni gənc jurnalist-tələbələrdən başlamağı vacib sayır. Onu tez-tez Mətbuat Şurası və müxtəlif KİV nümayəndələri ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində görürük. Onun çox yaxın dostları - Aqil Abbas, Əflatun Amaşov, Vüqar Rəhimzadə, Rəşad Məcid, Akif Aşırlı... ən azı ayda bir dəfə tələbələrə baş çəkir, onların nəşr etdirdikləri "Jurnalist" tədris qəzetindəki imzalara qonorar təqdim edirlər.

Ötən ilin sentyabrında Umud Rəhimoğlu Jurnalistika fakültəsinin tələbə və müəllimlərini Cocuq Mərcanlıya səfərə dəvət etdi. Bu səfərdə o, bütün qayğıları şəxsən öz üzərinə götürdü. Səfərdə Umud müəllim əslində, həm də bir gid-bələdçi rolunda çıxış etdi. Tələbələr bu səfərdə Cocuq Mərcanlını, cəbhə xəttindəki əsgərlərimizi, ordumuzun silinməz Aprel qələbəsini sevgi ilə duydular, qayıdan baş mətbuatda çoxsaylı yazılarla çıxış etdilər.

Mən bu yazının hər abzasının sonunda Umud Mirzəyevin vətəndaşlıq ləyaqətini hansı yöndəsə xüsusi qeyd etmək arzusunda oluram. Onlardan biri Cocuq Mərcanlıdan qayıdanda şahid olduğumuz bir hadisənin sonluğuna lap yaraşır: Umud müəllim Füzulinin Aşağı Əbdürrəhmanlı kəndindəndir. Bu kəndi Qarabağ uğrunda savaşın əvvəlində ermənilər zəbt etmişdilər. Sonra bizim ordumuz kəndin bir hissəsini ermənilərdən azad edib. Umud müəllim tələbələri kəndin azad edilmiş hissəsinə gətirdi. Və onlara düşmənin xaraba qoyduğu kəndini göstərib: "Bunu unutmayın!" - dedi. Onun unutmamağı tövsiyə etdiyi bu dağılmış kəndin daşı daş üstündə qalmamışdı. Bəlkə də dünyanın heç bir rejissoru hər hansı bir müharibə filmində bu səhnəni heç vaxt yarada bilməzdi. Umud müəllim necə kövrəldisə, hətta növbə çəkən əsgərlərdən biri onu bağrına basıb təsəlli verdi. Sonra Umud müəllim bizi yarısı bizdə, yarısı ermənilərdə olan həmin kəndin qəbiristanlığına apardı. Növbədə dayanan əsgərlər bizə təpə yuxarı çıxmağın təhlükəli olduğunu bildirdilər və hətta bunu qadağan etdilər. Möcüzə orasındaydı ki, Umud müəllim bir neçə ay bundan əvvəl Bakıda - köçkünlük dövründə dünyasını dəyişmiş atasını bu qəbiristanlıqda - ən təhlükəli nöqtədə dəfn etmişdi. Məqsəd də bəlli idi: qoy düşmən bilsin ki, biz mütləq bu kəndə qayıdacağıq... Bu səhnə də gənc tələbələrin qəlbini duyğulandırdı və onlarda qayıdış inamını birə-beş artırdı.

Yaxud başqa bir misal: Bu yaxınlarda BDU Jurnalistika fakültəsində belə bir ideya səsləndi. Tələbələrimizin fəal bir qrupunu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın Ağcabədi rayonundakı Kəhrizli kəndində yerləşən ev muzeyinə ziyarətə aparaq. Bu ideya C.Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından doğmuşdu. Biz bu ideyanı ilk növbədə Millət vəkili Aqil Abbasa, Umud Rəhimoğluna və Akif Aşırlıya bildirdik. Onların hər üçündən dərhal cavab gəldi: tələbələri öz avtomobillərimizlə Ağcabədiyə - Həmidə xanımın ev muzeyinə aparacağıq.

Əlbəttə, Jurnalistika fakültəsinin belə tələbələrini daimi olaraq dəstəkləyən və səfərin bütün qayğılarını üzərinə götürən Əflatun Amaşovu, Aqil Abbası, Rəşad Məcidi, Akif Aşırlını… bir-birindən fərqləndirə bilmirik. Umud Rəhimoğlu da bu sırada çox fəal və qayğıkeşdir... və belə anlarda onun dilindən heç vaxt "yox" sözü eşitməmişik. Bu da onun vətəndaşlıq ləyaqətindən doğur.

Səhər saat 8-ə qalır və qeyd etdiyim bu media nümayəndələri - hər biri öz avtomobili ilə BDU-nun giriş qapısında tələbələri, müəllimləri gözləyirlər. Bu anda tələbələrin üzündə, gözündə bir Vətən sevgisi, Qarabağ istəyi hiss olunurdu. Umud müəllim bu tələbələri öz doğma balaları kimi bağrına basıb gülümsəyir. "Eşq olsun Vətənə məhəbbət bəsləyənlərə" deyib onları öz avtomobilinə dəvət edir... Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tələbələri öz balaları kimi yüksək qayğı və istəklə qarşılayır. Tələbələr Ağcabədinin müasir inkişaf modelinə bələd olduqca heyrətə gəlirlər.  Əslən Ağcabədinin  Bayat kəndindən olan, magistrant tələbəmiz Günel Mehdizadə tələbələrə izah edir: hələ bu harasıdır - deyir - gəzdikcə regionlarımızın necə inkişaf etdiyini görəcəksiniz!

Həmidə xanımın ev muzeyinə, Ağcabədinin bayraq muzeyinə, Muğam, Şahmat evinə səfərlər edirik, Ağdamın cəbhə xəttinə gedirik, əsgərlər də tələbələrə qucaq açırlar. Ağdamda Şəhidlər Xiyabanını, Seyid Lazım ağanın monumental qəbr evini ziyarət edirik... Və bütün bu anlarda media nümayəndələri, o cümlədən, Umud müəllim tələbələrə  Qarabağın bu bölgəsinin xarakterini, yurd yerinin qiymətini başa salırlar. Mən bu yerdə qəribə bir faktı da qeyd etməyə bilmirəm. Umudun dostu, fakültəmizin dəyərli inam yeri Aqil Abbas bir deputat kimi Ağcabədi bölgəsindən seçilib. Onun bu rayonda gördüyü işlərin misli-bərabəri yoxdur. Aqil Abbasın Ağcabədidə sevgi ilə qarşılanmasının səbəbi aydındır. Ancaq maraqlı orasıdır tələbələrimizin ziyarət etdiyi Ağdamın da bu məkanlarda bizə rast gələn sakinləri Aqil Abbası onların da deputatı kimi qarşılayır, problemlərini deyir və sevgi ilə yola salırlar. Mən bu səhnələrə baxıram və Umud Mirzəyevlə zaman-zaman Füzuliyə ziyarətimizi xatırlayıram. Füzulililər Umud müəllimi özlərinə o qədər doğma və qayğıkeş bir adam kimi qəbul edirlər ki, onun rəsmi deputat statusu olmasa da, həmyerlilərinin problemlərini yerinə çatdırmağı özünün vətəndaşlıq borcu hesab edir.

Umud Mirzəyevin rəhbərlik etdiyi BAMF-ın mükəmməl saytı var: "EURASİA DİARY" - Beynəlxalq Analitik İnformasiya Portalı. Bu sayt dünyanın ingilis, fransız, rus, alman, türk... dillərində fəaliyyət göstərir. Bu sayt cəbhə xətlərində baş verən hadisələrdən tutmuş analitik publisistika materiallarına qədər Qarabağ olaylarını beynəlxalq aləmə çatdırır. Lap bu günlərin bir faktına diqqət edək: Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında erməni hiyləsi ilə yer alan bir yazı- separatçıların bəyanatı yerləşdirilmişdir. Təxribat mahiyyəti daşıyan bu yazı bütün Azərbaycanın təəccübünə səbəb oldu. Azərbaycanın kütləvi informasiya vasitələri ermənilərin yeni xəyanətinə uyan BMT-ni suçladı. Umud müəllimin ofisinin saytında BMT-nin bu "səhvinə" qarşı BAMF məntiqi bir məktub imzaladı. Və biz güman edirik ki, Avrasiya Mətbuat Fondunun fəaliyyətini həmişə dəstəkləyən Birləşmiş Millətlər Təşkilatı erməni məkrindən doğan o yazını öz saytından siləcək.

Haqqında söhbət açdığımız bu saytın yeddi dildə fəaliyyət göstərməsi bizim haqq səsimizin beynəlxalq işlək dillərdə dünyaya çatdırmaq məqsədi güdür. Belə bir saytın özü də Azərbaycan media mühitində bir hadisədir və ona görə də fakültəmizin tələbələrinin bir çoxu daimi olaraq bu saytda peşəkarlıq təcrübəsi keçir. Bu təcrübədə jurnalist tələbələr Umud Rəhimoğlundan həm də Azərbaycan, Vətən, yurd sevgisi ilə bağlı müqəddəs amallar öyrənirlər.

Cenevrə Mərkəzinin icraçı direktoru BAMF prezidentinə məktub ünvanlayıb

İnsan Hüquqları İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin (Qlobal Mərkəz) icraçı direktoru, səfir İdris Cəzairi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə rəsmi məktub göndərib. Məktubda səfir gələcək qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq üçün Mərkəzin öhdəliklərini təsdiqləyib.

Səfir İdris Cəzairi 1-3 May tarixlərində 5-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfəri zamanı xoş qarşılanmaya görə BAMF-a səmimi minnətdarlığını ifadə etmişdir.

 Səfir həmçinin, insanlarla qarşılıqlı anlaşma və əməkdaşlıq, eləcə də beynəlxalq əlaqələrə uyğun olaraq insan hüquqları və ləyaqətinin müdafiə olunması və hörmət göstərilməsi sahəsində verdiyi töhfələrə görə BAMF-in həyata keçirdiyi fəaliyyətlərin vacibliyini vurğulayıb.

 Eurasia Diary məktubun tam mətnini təqdim edir:

 Hörmətli Cənab Mirzəyev,

Fürsətdən istifadə edərək, 1-3 may tarixində Bakıda məni və Cenevrə Mərkəzinin nümayəndə heyətini xoş qarşıladığınıza görə Beynəlxalq Avrasiya Mətbuat Fonduna səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Beynəlxalq Avrasiya Mətbuat Fonduna ziyarətim sizin təşkilatın təşəbbüsü ilə həyata keçirilən Qlobal Şimal və Qlobal Cənub arasında mədəniyyətlərarası, dinlərin və sivilizasiyaların dialoqu vasitəsilə qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edən, beynəlxalq standartlar çərçivəsində insan hüquqlarını və ləyaqətini qoruyan və bu sahədə töhfə verən bir çox fəaliyyətlərilə tanış olmağıma imkan verdi.

Mən bir daha Cenevrə Mərkəzinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə insan hüquqları sisteminin təşviqində birgə imkanlarını tədqiq etmək, Cenevrə Mərkəzinin Şimal və Cənub arasında mədəniyyətlərarası, dinlərin və sivilizasiyaların dialoqu vasitəsilə insan hüquqlarının təşviqinin təşkili məsələsində səylərinə yardım etmək üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun təcrübəsindən yararlanmaq kimi öhdəliklərini təsdiq etmək istəyirəm.

Mən buna görə mədəniyyətlər və dinlərarası dialoq sahəsində qarşılıqlı əməkdaşlıq və Cenevrə Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlığın gücləndirilməsi üçün daha geniş imkanları öyrənməyə ümid edirəm.

Hörmətlə, 

İdris Cəzairi

 

BAMF-in prezidenti Umud Mirzəyev məktub üçün səfir Cəzairiyə minnətdarlığını bildirib və BAMF-in dini və mədəniyyətlərarası dialoq sahəsində gələcək qarşılıqlı əməkdaşlıq və vətəndaş cəmiyyətinin inkişafına yönəldilmiş digər təşəbbüslərin / layihələrin daha da inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində birgə işləmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Cəzairinin Azərbaycana səfəri zamanı mayın 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondu və Cenevrə Mərkəzi arasında rəsmi Anlaşma Memorandumu imzalanmışdır. İmzalanma mərasimində millət vəkilləri, insan haqları üzrə milli komissiyaların üzvləri, vətəndaş cəmiyyəti təşkilatları və media nümayəndələri iştirak etmişlər. Anlaşma Memorandumu Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində qlobal idarəetmə, məcburi köçkünlərin insan hüquqlarının təşviqi və insanlarla əməkdaşlıq əlaqələrinin və cəmiyyətin inkişafı ilə bağlı məsələlər üzrə birgə panel müzakirələrinin keçirilməsinin təməlini qoyur.

Müqavilədə, həmçinin tərəflər öz üzərilərinə Orta Şərq və Şimali Afrika (MENA), həmçinin Asiya-Qafqaz regionunda insan hüquqlarının, sülhün və davamlı inkişafın təşviqi ilə bağlı birgə təlim proqramları təşkil etmək öhdəliyini götürür.

Nə üçün Qarabağ münaqişəsi ilə bağlı forumda Azərbaycanı təmsil edən spiker yoxdur?" - BAMF-ın əməkdaşı Tbilisidə etiraz etdi

Bu gün Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu öz işinə başlayıb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, Forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş sessiyada narazılıq yaşanıb. 

“Eurasianet.org” resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçera moderator kimi, Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və “International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley isə ekspertlər kimi çıxış ediblər.

Tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycanı təmsil edən nümayəndənin dəvət olunmamasına öz etirazını bildirib.

“Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldə Azərbaycanı təmsil edən spiker yoxdur? Sizcə, bu, ədalətli yanaşmadır?”, deyə A. Lavrina etiraz edib.

Moderator bildirib ki, sessiya iştirakçılarını forumun təşkilatçısı Stratpol təşkilatı müəyyən edib və bu məsələyə onlar cavabdehdir.

Stratpol təşkilatının rəsmisi sessiyanın sual-cavab hissəsinə müdaxilə edərək bildirib ki, hər il forumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyasında həm Azərbaycan, həm də Ermənistandan nümayəndələr iştirak edirlər. O qeyd edib ki, bu il bu formata müəyyən dəyişiklik etməyə qərar verilib.

Azərbaycan və Pakistan media qurumları Anlaşma Memorandumu imzaladı 

İnformasiya agentlikləri birlikdə Azərbaycan və Pakistana münasibətlərini inkişaf etdirməyə kömək edəcək

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nəzdində fəaliyyət göstərən Avrasiya Media Şəbəkəsi Pakistanın rus, ingilis və urdu dillərində xəbərlər təqdim edən yeganə media qurumu, Pakistan Hökuməti tərəfindən akkreditə olunmuş “Dispatch News Desk” (DND) informasiya agentliyi əməkdaşlıq haqqında Memorandum imzalamışdır.

Anlaşma Memorandumu BAMF prezidenti Umud Mirzəyev və DND-nin baş redaktoru Agha Iqrar Haroon arasında imzalanıb. İmzalanma mərasimi BAMF-in ofisində keçirilib.

Azərbaycan və Pakistan mətbuat orqanları birgə fəaliyyət üçün əməkdaşlıq etmək niyyətində olduqlarını ifadə ediblər.

İki media orqan, beynəlxalq ictimaiyyətlə daimi əlaqə, qarşılıqlı təlim və təhsil sahəsində tərəfdaşlığın təşkili vasitəsilə şəbəkənin fəaliyyətini dəstəkləmək və təkmilləşdirmək üçün öz mandatları və səlahiyyətləri daxilində əməkdaşlıq etmək niyyətlərini bildirmişdir. Onlar siyasət və strategiyaların təşviqi üçün ümumi maraq doğuran layihələri, habelə sülh, ədalət və bərabərliklə bağlı potensialı inkişaf etdirməyi planlaşdırırlar.

Tərəflər Azərbaycanla Pakistan arasındakı əlaqələrin inkişafını müzakirə etmiş və sülhün bərqərar olunmasında və münaqişələrin həllində KİV-in rolunun vacibliyini vurğulamışlar. Pakistan mətbuatında Azərbaycan xəbərlərinin nəşri və Pakistan xəbərlərinin Azərbaycanda eyni zamanda yayımlanması barədə razılıq əldə olunub.

BAMF prezidenti Pakistanın Azərbaycan üçün çox vacib tərəfdaş olduğunu və bu anlaşma memorandumunun gələcəkdə tərəfdaşlıq üçün daha çox imkanlar aça biləcəyini söylədi.

"Hər iki ölkə, Azərbaycan və Pakistanın əziyyət çəkdiyi münaqişələrdən daha çox vətəndaşlar zərər görür. Təəssüf ki, dünyada əsasən ikili standartlar siyasəti yürüdülür, lakin BAMF xalqlar arasında sülh və birliyi təşviq edir".

"Azərbaycan Pakistan üçün o qədər əhəmiyyət kəsb edir ki, Pakistan hökuməti Ermənistanı dövlət kimi tanımır. Birlikdə regional inkişaf üçün çox yaxşı və effektli işlər görə bilərik", İkrar Harun dedi.

İmzalanma mərasimində DND News-in rus nəşrinin redaktoru Oleksandra Seneşin, BAMF-in vitse-prezidenti Ramil Əzizov, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina və Eurasia Diary-nin baş redaktoru Kamal Əli də daxil olmaqla, hər iki təşkilatın əməkdaşları iştirak ediblər.

Mərasimdən sonra qonaqlar Beynəlxalq Avrasiya Mətbuat Fondunda "Mənim Kəndim, Vətənim" layihəsi çərçivəsində təşkil olunan sərgi ilə tanış oldular.

Avrasiya Media Şəbəkəsinə Eurasia Press, Eurasia Production və onun çərçivəsində fəaliyyət göstərən beynəlxalq analitik informasiya portalı olan Eurasia Diary daxildir. Eurasia Diary qlobal və regional səviyyədə münaqişələrin həllində xüsusilə fikir mübadiləsi, müzakirə platformasının təhlili və yaradılmasını təşviq edir. Portalın əsas məqsədi mətbuat azadlığı hüququ ilə uzlaşaraq ən aktual məsələlər haqqında doğru və obyektiv məlumatların təqdim edilməsidir. Eurasia Diary 5 dildə - İngilis, Rus, Ərəb, Türk və Azərbaycan dillərində dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir.  

DND Xəbər Agentliyi - xəbərləri Rus, İngilis və Urdu dillərində yaymaq üçün Pakistanın İnformasiya və Rabitə Nazirliyi, Pakistan Hökuməti tərəfindən akkreditə olunmuş və təsdiqlənmiş beynəlxalq mükafat qazanan informasiya agentliyidir. DND Xəbər Agentliyi Pakistan Hökumətinin İnformasiya Yayımı və İrsi Nazirliyində qeydiyyatdan keçib. DND Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Asiya və Cənub Şərqi Asiyada peşəkar və təcrübəli jurnalistlər, müxbir və əməkdaşları vasitəsilə fəaliyyət göstərir. DND, demokratiya, insan hüquqları, gender hüquqları, transgender hüquqları, səyahət, terrorizm, turizm, əyləncə, qida və qlobal məsələlərə yönəlmiş televiziya xəbərləri, cari hadisələrlə bağlı xəbərlər, tədbirlər, şirkət xəbərləri, bazar tendensiyaları, siyasi və qanunvericiliklə bağlı dəyişikliklərə diqqət yetirən jurnalistlər qrupu, redaktorlar, yazıçılar, qonaq analitiklər və müxbirlər tərəfindən yazılan xəbərlərlə təmin edir.

 

Ordumuz təlimdə ermənilərə mesaj verdi - "Hədəfimiz Şuşadır, bizi gözləyin"

Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib və tapşırıqların icrası ilə bağlı vəzifəli şəxlərin məruzələrini dinləyib 

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.


Əsas komanda məntəqəsində general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair komandir-rəis heyəti və digər vəzifəli  şəxslərin məruzələri dinlənilib. Eyni zamanda təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında təlim iştirakçıları maket üzərində tapşırıqların dəqiqləşdirilməsi, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Alınmış döyüş tapşırığı əsasında keçirilən bölmələrin məşqlərini izləyən Müdafiə naziri hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Bölmələrin döyüş atışlı taktiki məşğələsində şəxsi heyət müxtəlif maneələri dəf etməyi və düşmən üzərinə  hücumun yerinə yetirilməsini nümayiş edib.


Ərazidə yaradılmış təlim nöqtələrinə, sinif otaqlarına baş çəkən Müdafiə naziri təlimə cəlb edilən döyüş texnikalarını da yoxlayıb, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.


Hərbi hissədə yeni tikilmiş yeməkxanada olan general-polkovnik Zakir Həsənov burada yaradılan şəraitlə tanış olub, ərzaq anbarına baxış keçirib, saxlanılan məhsulların keyfiyyətini yoxlayıb və şəxsi heyətlə birgə nahar edib.

Təlimlərdə həmçinin ordumuzun düşmənə mesajını özündə əks etdirən maraqlı bir foto-şəkil çəkilib. Dronla çəkilmiş şəkildə "Hədəfimiz Şuşadır, bizi gözləyin sözləri əks olunub.

 

Biz Birlikdə Güclüyük" - Bakıda Əcnəbi tələbələrin III forumu keçirilib

23 May tarixində Azərbaycan Tibb Universitetində Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz birlikdə güclüyük” devizi altında Azərbaycanda Əcnəbi Tələbə Gənclərin III Ümumrespublika Forumu keçirilib.

Forumda 30 ölkədən - Turkiyə, İran, İraq, Suriya, Yəmən, İordaniya, Litva, Rusiya, Bolqarıstan, Ukrayna, İngiltərə, Hindistan, Pakistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan,Türkmənistan, Çad, Çin, Peru, Kamerun, Sudan, Əfqanıstan, Nigeriya, Şri-Lanka, İndoneziya, Fələstin və Keniyadan 272 tələbə iştirak edib. Tədbirdə iştirak edən tələbələr Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, Odlar Yurdu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər təhsil ocaqlarında təhsil alan əcnəbi vətəndaşlardır. Ümumilikdə Forumda 10-dan çox universitetdən, müxtəlif ölkələrin 400-ə yaxın vətəndaşı iştirak edib.

Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlanıb. BBTK İctimai birliyinin sədri Aysəba Umutlu çıxış edərək Forumu açıq elan edərək, BBTK-nin fəaliyyətindən söz açıb. O, əvvəlki Forumun nəticələrinə dair məlumat verib. 

Forumda İtaliya, Ukrayna, Türkiyə, İraq, İran, Fələstin, Pakistan, Sudan,Türkmənistan, Mərakeş, İordaniya səfirliklərinin nümayəndələri və Gənclər Fondu, Bakı Britaniya Məktəbi, Mədəniyyət Nazirliyi, Gənclər İdman Nazirliyi, Diaspora ilə iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Təhsil Nazirliyi, Dövlət Miqrasiya İdarəsinin nümayəndələri də daxil olmaqla bir çox səfirlik və dövlət nümayəndələri iştirak edib. Rəsmi qonaqlar tədbirdə səsləndirilən suallara cavab verib, çıxışlar ediblər.

Forumda Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov iştirakçılara təbriklərini çatdırıb, bu forumun hər il ənənə olaraq, davam etdirilməsi istəklərini bildirib. F. Cəfərov bu cür Forumun ölkəmizin təbliğ olunması, əcnəbi və yerli tələbələr arasında dostluq münasibətlərinin qurulmasındakı əhəmiyyətini qeyd edib.

Millət vəkili Şahin İsmayılov hər il keçirilən Forumun iştirakçılar və təqdimatlar baxımından bir-birindən zəngin olduğunu söyləyib. 

Tibb Universitetinin rektoru G.Gəraybəyli hazırda Universitetdə 32 fərqli ölkədən 2000-ə yaxın tələbənin təhsil aldığını deyib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas prioritetlərindən biri də Universitetlərin dünyada reytinqinin artırılmasıdır ki, bu prosesdə ölkəmizdə təhsil əcnəbi tələbələrin sayı önəmli meyarlarından biridir.

BAMF Prezidenti Umud Mirzəyev Forumun Azərbaycan gerçəklərinin dünyaya çatdırılmasında əhəmiyyətindən danışıb. U. Mirzəyev burada təhsil alan hər bir tələbənin öz vətəninə qayıtdıqdan sonra Azərbaycanın bir parçası, bir səfiri olacağına ümid etdiyini bildirib.  

Forum zamanı əcnəbi tələbələr öz milli rəqslərini nümayiş etdiriblər. Bundan əlavə, Azərbaycan dilində şeir və mahnılar da səsləndirilib.

İştirakçılar zalın girişində təşkil edilmiş müxtəlif millətlərin milli-mənəvi dəyərlərini əks etdirən stendlərlərlə tanış olublar. Burada Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Çin, Pakistan və s. xalqlara məxsus milli şirniyyatlar, xörəklər və suvenirlər nümayiş etdirilib.

Forumla bağlı təəsüratlarını bölüşən İtaliya Səfirliyinin nümayəndəsi Elena Leonardi, tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnun olduğunu ifadə edib. O, tələbələrin bir məkanda öz ölkələrini təmsil etmələrinin çox xoş hisslər olduğunu, belə bir tədbirdə ilk dəfə iştirak etdiyi deyib.

Bakı Britaniya Məktəbinin direktor müavini Filip Roşe BAMF-in təşkilatçılığı ilə aparılan fəaliyyətləri yüksək qiymətləndirib. F.Roşe təşkilata olan hörmətini doğma dilində mahnı ifa edərək nümayiş etdirib.

Ukrayna səfirliyinin əməkdaşı Stanislav Koval tədbirdə iştirak etməkdən böyük zövq aldığını deyib. O, növbəti tədbirlərdə Ukraynadan olan tələbələrin daha geniş formada iştirak edəcəyini vurğulayıb.

S.Koval belə tədbirlərin tələbələrin inteqrasiyasına, müxtelif xalqların mədəniyyəti ilə tanişlığına töhfə verdiyini vurğulayıb.

Müxtəlif mədəniyyətlərin nümayəndələrinin toplaşaraq vahid şüar altında həmrəylik nümayiş etdirməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək alqışlanmışdır.

 

Çəkdiyi əzab-əziyyətlərə baxmayaraq, Azərbaycan bütün dinlərə və millətlərə qucaq açır - Yəhudi müxbir

Yəhudi əsillli xüsusi müxbir Nurit Greenger öz həyatını müxtəlif ölkələrə səyahət etməyə və həqiqəti yaymağa sərf edib. 2006-cı ildə İkinci Livan müharibəsi dövründə o, fəallardan olub və müxbir kimi tanınıb.

Mayın 2-3-də Nurit Greenger Azərbaycana səfər edib və 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib, burada o, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb. Onlar gələcək əməkdaşlıq barədə razılığa gəliblər. Greenger öz növbəsində BAMF-in sülh və tolerantlığı təbliğ etmək sahəsindəki fəaliyyətlərini dəstəklədiyini söyləyib. O, dünyada dözümsüzlüyün yayıldığı bir dövrdə Azərbaycanda multikultural ənənələrin qorunub-saxlanmasından məmnunluğunu ifadə edib.

Yəhudi müxbir BAMF ilə əməkdaşlıq çərçivəsində Avstraliya qəzeti "NewsBlaze" də Azərbaycanda multikultarizm haqqında ən son məqaləsini yayımlayıb. Eurasia Diary məqalənin tam mətnini oxucularına təqdim edir:

 

Mən Azərbaycanın paytaxtı Bakıya səfərimdən yenicə qayıtmışam. Orada ayrı-seçkilik və bərabərsizliyin, eləcə də zorakılıqla müşayiət olunan münaqişələrə qarşı iki günlük dialoqun təşkil edildiyi 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmışdım.

Daha öncə yazdığım məqalələrimin arasında axtarış edərkən Azərbaycan haqqında yazdığım bir məqaləmi tapdım. Burada mən Azərbaycanın bütün bəşəriyyətin siyasətinə olan tolerantlığından bəhs etmişəm.

Bu məqaləni Azərbaycana səfər etməzdən öncə qələmə almışdım. Buna görə də, o zamandan etibarən ölkəyə etdiyim səfərlərim əsasında məqaləni yeniləməyə qərar verdim. Təəccüblüdür ki, mənim xəbərim olmadan, məqaləm "Azərbaycan multikulturalizmi dünyanın gözü ilə" adlı kitabda nəşr olunmuşdu.

Bu Los-Ancelesdə Tolerantlıq Muzeyində, Simon Wiesenthal Mərkəzində Azərbaycanın ABŞ-dakı baş konsulu cənab Nəsimi Ağayevin rəhbərliyi altında 2017-ci ilin fevral ayında keçirilən ekümenisizm (dünyadakı xristian kilsələri arasında birliyin təşviqi prinsipi və ya məqsədi) gecəsi tədbirində baş verdi. Mən burada multikulturalizm və mədəniyyətlərarası terminlərinin tətbiqini ilk dəfə öyrəndim. Eyni zamanda bir çox etnik qrupların olduğu bir ölkədə tətbiq edilən tolerantlıq və bir yerdə yaşamaq şərtlərini daha yaxşı başa düşdüm.

Həmin axşam mən dəfələrlə dözümlülük, dinlərarası birlik, bərabərlik sözlərini eşitdim: "Yaxınlarınızı özünüz kimi sevin" ~ Levit 19:9-20.

Həmin axşam yer üzündə tolerantlıq və harmoniyaya nümunə olan yer kimi Azərbaycanın adı vurğulandı.

Azərbaycanın konstitusiya hüququ millətlərin etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq sadəcə insan olduğu üçün bütün insanlara hörmət göstərilməsini tələb edir.

Mən burada, həmçinin əsl vətənpərvər olan fəxri konsul Nəsimi Ağayevlə tanış oldum. O, ölkəsinin milli-mənəvi dəyərləri və tarixinə yaxşı bələddir və bu tarixin geniş ictimaiyyətə çatdırılmasına çalışır. Cənab Ağayev, 10 aprel 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin qərarı ilə Azərbaycanın Kaliforniyada və ABŞ-ın digər 12 ştatında Baş Konsulu təyin olunub.  

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev məqalənin müəllifi ilə

Azərbaycan bu yaxınlarda diplomatik xidmət orqanlarının 100 illik yubileyini qeyd etdi. Cənab Ağayev, son dərəcə aktiv diplomatik fəaliyyəti ilə yanaşı, Nyu-Yorkdan sonra ikinci ən böyük konsulluq korpusu olan 105 ölkənin təmsil olunduğu Los-Anceles Konsulluq Korpusunun Dekanı vəzifəsində çalışır.

Azərbaycanın paytaxtı Bakıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi var. Ölkədə tez-tez tolerantlıq, bir yerdə yaşamaq və multikulturalizm mövzularında konfranslar və forumlar təşkil edilir. Bu mərkəzin ABŞ və İsraildə ofisləri var.

Ancaq Azərbaycanın dözümsüz olduğu bir yarası da var. Bu Dağlıq Qarabağ müharibəsi zamanı etnik erməni silahlı qüvvələri tərəfindən 1992-ci il 25-26 fevralda Xocalı şəhərində 106 qadın və 63 uşaq olmaqla 613 etnik Azərbaycan vətəndaşının öldürüldüyü Xocalı soyqırımıdır. Bitməmiş münaqişə kövrək bir atəşkəs rejimində donmuş vəziyyətdə qalıb.

Azərbaycan hakimiyyətinin iddia etdiyi kimi, təcavüzkar erməni işğalı nəticəsində 20 min dinc azərbaycanlı əhali qətlə yetirilib. Xocalı qırğını bir milyon etnik azərbaycanlıın öz vətənində məcburi köçkünə çevrildiyi Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük hadisə olmuşdur.

Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsində millətin üzləşdiyi əzab və əziyyətlərə baxmayaraq, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələrinə bərabər şəkildə yanaşılır. Əsrlər boyu bir çoxları öz ölkələrindəki təqiblərdən qaçıb Azərbaycana sığınmışlar.

Yuxarıda yazdığım kimi, Tolerantlıq Muzeyindəki tədbirdən sonra mənə bir neçə dəfə Azərbaycana səfər etmək imkanı verildi. Sonradan mən bunu mediada geniş yaydım. İnanıram ki, bəzi insanlarda Azərbaycanı ziyarət etmək istəyi yarandı.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev məqalənin müəllifi ilə

Azərbaycan bu yaxınlarda diplomatik xidmət orqanlarının 100 illik yubileyini qeyd etdi. Cənab Ağayev, son dərəcə aktiv diplomatik fəaliyyəti ilə yanaşı, Nyu-Yorkdan sonra ikinci ən böyük konsulluq korpusu olan 105 ölkənin təmsil olunduğu Los-Anceles Konsulluq Korpusunun Dekanı vəzifəsində çalışır.

Azərbaycanın paytaxtı Bakıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi var. Ölkədə tez-tez tolerantlıq, bir yerdə yaşamaq və multikulturalizm mövzularında konfranslar və forumlar təşkil edilir. Bu mərkəzin ABŞ və İsraildə ofisləri var.

Ancaq Azərbaycanın dözümsüz olduğu bir yarası da var. Bu Dağlıq Qarabağ müharibəsi zamanı etnik erməni silahlı qüvvələri tərəfindən 1992-ci il 25-26 fevralda Xocalı şəhərində 106 qadın və 63 uşaq olmaqla 613 etnik Azərbaycan vətəndaşının öldürüldüyü Xocalı soyqırımıdır. Bitməmiş münaqişə kövrək bir atəşkəs rejimində donmuş vəziyyətdə qalıb.

Azərbaycan hakimiyyətinin iddia etdiyi kimi, təcavüzkar erməni işğalı nəticəsində 20 min dinc azərbaycanlı əhali qətlə yetirilib. Xocalı qırğını bir milyon etnik azərbaycanlıın öz vətənində məcburi köçkünə çevrildiyi Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük hadisə olmuşdur.

Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsində millətin üzləşdiyi əzab və əziyyətlərə baxmayaraq, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələrinə bərabər şəkildə yanaşılır. Əsrlər boyu bir çoxları öz ölkələrindəki təqiblərdən qaçıb Azərbaycana sığınmışlar.

Yuxarıda yazdığım kimi, Tolerantlıq Muzeyindəki tədbirdən sonra mənə bir neçə dəfə Azərbaycana səfər etmək imkanı verildi. Sonradan mən bunu mediada geniş yaydım. İnanıram ki, bəzi insanlarda Azərbaycanı ziyarət etmək istəyi yarandı.

Nurit Greenger

2006-cı il Livan müharibəsi dövründə, xüsusi müxbir olaraq çalışan Nurit Greenger, aktivist olmağa məcbur idi. Nurit, yəhudilər, İsrail, Amerika Birləşmiş Ştatları və bütövlükdə Azad Dünyanın ehtiraslı müdafiəçisi idi. 

       Səmimi insanlar Bakını xüsusi edir" - Britaniyalı turistlər

Bu gün Bakıda Avropa Liqasının final mərhələsi keçiriləcək. Dünyanın hər yerindən bura Çelsi və Arsenal komandalarının azarkeşləri səfər edir. Birləşmiş Krallıqdan olan iki turist Terry Morsman və Ann Dyball Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olublar

BAMF-in prezidenti Umud Mirzəyev onlara Azərbaycan mədəniyyəti və tarixi haqqında məlumat verib. Onlar təşkilatın binasının divarları üzərində Qarabağın işğalı və müharibə bölgəində yaşayanların geniş şəkildə nümayiş etdirildiyi stendə tamaşa ediblər.

Turistlərə Azərbaycanda on minlərlə insanın həlak olması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi barədə məlumatlar verilib. Ancaq Azərbaycan bu şəxslərin əsas ehtiyaclarını təmin etməyə müvəffəq olub.

"Bakının malik olduğu ən dəyərli şey onun səmimi insanlarıdır. Siz dünyanın digər şəhərlərində bunu görə bilməzsiniz", - onlar Bakı haqqında təəssüratlarını Eurasia Diary ilə bölüşərkən deyiblər.

Ann Dyball azərbaycanlıların yüksək səviyyəli arxitekturaya malik binalarda yaşadığını düşünür. "Mən küçələrdə dilənçi və yaxud səyyar satıcı görmədim", Dyball şəhərin zəngin görünüşü ilə bağlı danışarkən bildirdi.

Terri Morsman Azərbaycanın dadlı mətbəxinə heyran olduğunu söylədi. Onlar həmçinin vizanı asanlıqla əldə etdiklərini qeyd etdilər.

Bakıya səfəri zamanı turistlər İçərişəhər və Fəvvarələr meydanını ziyarət etdilər. Ann Dybal hesab edir ki, Azərbaycan böyük potensiala malikdir, çünki bura təhlükəsiz ölkədir. 

"Böyük Britaniyada insanların Azərbaycan haqqında məlumatı azdır. Yalnız onu bilirlər ki, ölkənin paytaxtı Bakıdır. Mən qayıdanda dostuma bura gəlməyi tövsiyyə edəcəyəm", - Dyball deyib.

Türk Hava Yolları oktyabr ayında Bakıya yeni uçuşlar həyata keçirəcək və bu da bura səfər etməyi asanlaşdıracaq ", - deyə Terri Morrison vurğulayıb. 

Turistlər Bakıda növbəti iki gün də qalacaqlar və onlar şəhərdə daha gözəl yerləri görəcəklərinə əmindirlər

Beynəlxalq  tədbirlərin keçirilməsi Azərbaycanı dünyaya tanıdır

Qətərli Sohail Malik və Sinqapurlu Jason Ving Avropa Liqasının final mərhələsi ərəfəsində Bakıya səfər ediblər. Eurasia Diary xəbər verir ki, Arsenalın iki azarkeşi bu axşam sevimli komandasına dəstək olmağa gəlib.

 

Turistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və təşkilatın prezidenti ilə görüşüblər. BAMF-in prezidenti Umud Mirzəyev qonaqlara Azərbaycanın siyasi və tarixi təcrübəsi, eləcə də Bakının görməli yerləri barədə məlumat verib. Qonaqlar BAMF-in ofisində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri və Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində müharibə bölgəsində insanların üzləşdiyi çətinlikləri nümayiş etdirən foto sərgi ilə tanış olublar.

 

Onlar həmçinin Azərbaycanın uğurlu idman siyasəti barədə məlumatlandırılıblar.

Jason Ving hava limanında olarkən müasir hava limanı və səmimi qarşılamanı gördükdə təəccübləndiyini deyib.

"Son illər ərzində beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanı dünyaya tanıdıb", - Jason Ving deyib.

Onlar səfər zamanı heç bir mənfi hal ilə qarşılaşmayıb və vizaların alınması turistlər üçün çox asan başa gəlib.

Jason Ving 30-dan çox ölkəyə səfər edib. Bakı onun üçün xüsusi və fərqli olub. Sakit və təhlükəsiz şəhər ilk baxışdan onlarda dərin təəssürat yaradıb.

 

 

 

 

Bakıda Britaniya Məktəbi BAMF-in qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətini dəstəkləyən Beynəlxalq Yarmarka keçirib

Mayın 31-də Bakıda Britaniya Məktəbi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycanın müharibədən əziyyət çəkmiş regionlarından olan qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətinə dəstək olaraq illik Beynəlxalq Yarmarka keçirib. Bu barədə Eurasia Dairy xəbər verir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (1 iyun) ərəfəsində təşkil olunan bu ilki tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən əziyyət çəkən, Azərbaycanın cəbhə bölgələrində yaşayan uşaqların ehtiyacları və çətinlikləri barədə danışmaq və BAMF ilə Bakıda Britaniya Məktəbi arasında əməkdaşlığı davam etdirmək arzusunu göstərməkdir.

Tədbirdə Bakıda Britaniya Məktəbinin direktoru Maksen Uittinqam, həmçinin Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, səfirlər, korporasiyalar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prof.Vəliyev qonaqları salamlayıb. O, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün görülən işlərin vacibliyini vurğulayıb.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxışında, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin tələbələrini təbrik edib və tədbirin müxtəlif xalqların mədəniyyətlərinin yaxınlaşmasındakı əhəmiyyətini qeyd edib.

Britaniya Məktəbinin direktoru Maksen Uittinqam və direktor müavini Filip Roşe məktəb tərəfindən  humanitar sahədə həyata keçirilən mühüm işlərdən söz açıblar. Filip Roşe, həmçinin BAMF-in fəaliyyəti barədə məlumat verib və Fondla iş təcrübəsindən danışıb.

"Umud Mirzəyevlə (BAMF-in prezidenti) görüşərkən və onu dinləyərkən çox təsirləndim. Münaqişə bölgəsini könüllü olaraq ziyarət etdim. Mən özümdən soruşdum ki, bu insanlar hər gün bombalanmış evlərdə, susuz, elektriksiz necə yaşayırlar. Amma onların gözündə güc və cəsarət gördüm. Onlar uğur qazanmaqda qərarlıdırlar. Məktəblə bağlı çətinlikləri var, lakin təhsil vasitəsilə onları dəstəkləyə bilərik. BBM-nin bu fəaliyyətdə iştirak etməsindən qürur duyuram. Tədbirdə yığılan bütün pullar bu insanların dəstəklənməsinə xərclənəcək", deyə Filip Roşe bildirib.

BAMF-in prezidenti Umud Mirzəyev Filipə belə bir mühüm tədbirin təşkilində verdiyi böyük dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, bu gün dünyada hərbi münaqişələr nəticəsində 65 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və Azərbaycan müharibədən əziyyət çəkən ölkələrdəndir.

Tədbirdə BAMF tərəfindən hazırlanmış Azərbaycanın cəbhə bölgələrindən olan uşaqların həyatına dair qısa video da nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi ibtidai və orta məktəbin şagirdlərinin hazırladığı əyləncə proqramları ilə davam edib. 

Bakıda Britaniya Məktəbinin İdarə Heyətinin üzvü Rohayu Kutep lenti kəsib və 2019-cu il Yarmarkasının rəsmi açılışını elan edib. Burada Azərbaycandakı müxtəlif səfirliklər öz ölkələrinin mədəniyyətinin müxtəlif nümunələrini, qastronomiyanı təqdim edib və öz mədəniyyəti və adət-ənənələri barədə məlumat veriblər.

Qeyd etmək lazımdır ki, Filip Roşe BAMF-in dəvəti ilə Azərbaycanın Tərtər rayonuna səfər etmiş. O, Britaniya Məktəbi və BAMF-in təşəbbüsü ilə keçirilən xeyriyyə kampaniyasında iştirak etmişdir. Bundan əlavə, o, qaçqın və məcburi köçkünlərə dəstəyini nümayiş etdirmək və bölgə əhalisinə (məcburi köçkünlərə) kömək məqsədilə pul toplamaq üçün bir neçə mahnı yazıb.

BAMF 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas Məşvərətçi statusu almış qeyri-hökumət təşkilatıdır. Hazırda Fond 5 əsas istiqamət üzrə fəaliyyət göstərir: Sülhyaratma və münaqişələrin həlli; Qaçqınlar / məcburi köçkünlərlə bağlı məsələlər; Media və vətəndaş cəmiyyətinin inkişafı; İcmanın inkişafı; və Təhsil. BMT-nin müxtəlif qurumları, xarici diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlarla birlikdə əhalinin həssas qruplarının, əsasən qadınlar, uşaqlar və minadan zərər çəkmiş qurbanların dəstəklənməsinə yönəlmiş humanitar, sosial, təhsil və media layihələri üzərində çalışır. Bakıda Britaniya Məktəbi ilə bu ildən əməkdaşlıq etməyə başlayıb.

 

Azərbaycan Respublikasının Cenevrədəki BMT Daimi Nümayəndəliyindən BAMF prezidenti Umud Mirzəyevə təşəkkür məktubu ünvanlanıb

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri cənab Vaqif Sadıqov tərəfindən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti cənab Umud Mirzəyevə məktub ünvanlanıb.

Məktubda Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri cənab Vaqif Sadıqov BAMF prezidentinə 2-3 may 2019-cu il tarixində Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda iştirakına, BMT-dəki fəaliyyətinə,  eləcə də nümayəndəlik tərəfindən Azərbaycana səfəri təşkil edilmiş İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə BMT-nin Cenevrə mərkəzinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkürünü bildirib.

Həmçinin məktubda Daimi nümayəndəliyin BAMF-ın Cenevrədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla da müsbət əməkdaşlıq münasibətlərinin qurulmasına dəstək verəcəyi və ölkəmizin Cenevrədə maraqlarının irəlilədilməsi məsələsində əməkdaşlığa davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bu ilin may ayının 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdı. Memorandumda tərəflər BMT-nin Cenevrə ofisində (UNOG) dinlərarası əməkdaşlıq və anlaşma, insan hüquqlarının qorunması və təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirilməsi haqda qarşılıqlı razılığa gəlib.

Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görüldü

Druskininkay şəhəri Gənclik Mərkəzində ilk dəfə olaraq "Sonsuz Dəhliz" sənədli filminin nümayişi keçirilib və filmin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatı ilə təltif olunub.

Eurasia Diary xəbər verir ki, tədbirdə filmin baş qəhrəmanı Riçardas Lapaytis, baş prodüser və rejissor Aleksandr Brokas, nümayişin təşkilatçıları, qonaqlar, jurnalistlər və tələbələrlə birlikdə ümumilikdə 100 nəfər iştirak edib.

Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Druskininkay şəhər Polisi və Druskininkay Gənclik Mərkəzidir.

BAMF-in Litvadakı nümayəndəsi, hərbi jurnalist Riçardas Lapaytis bütün qonaqları salamlayıb və “Sonsuz Dəhliz” sənədli filminin həsr olunduğu Xocalı faciəsinin qurbanlarını ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edib.

"Sonsuz Dəhliz" filmi bütün dünyada və beynəlxalq kinofestivallarda tanınsa da, film Litvanın cənubunda ilk dəfə nümayiş olunur. Xocalı Soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir. Bütün Xocalı sakinləri doğma evlərindən və əmlaklarından məhrum ediliblər. Şəhərin hələ də işğal altında olmasına baxmayaraq, indiyədək Xocalı əhalisinin qatillərindən heç biri cəzalandırılmayıb və onlar yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyır”.

Səhnədə çıxışı zamanı filmin baş prodüseri və rejissoru Aleksandr Brokas bildirib ki, film Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə və günahsız insanların qətlə yetirilməsindən bəhs edir.

"Filmin əsas süjet xəttini sağ qalmış insanların verdiyi ifadələr, hərbçilərin və hadisə şahidlərinin danışdıqları təşkil edir. 14-dən çox ölkənin operatorları tərəfindən çəkilmiş film, 4 ildən artıq müddətə ərsəyə gətirilib. "Sonsuz Dəhliz" filmini ingilis dilində məşhur britaniyalı aktyor, Oscar mükafatı sahibi Ceremy Ayrons səsləndirib. İnanın ki, Ayrons bu filmə gərgin əmək sərf edib və hətta bir vergülə belə böyük diqqətlə yanaşıb. Bu gün "Sonsuz Dəhliz" filminin Druskininkay şəhərində göstərildiyi üçün çox şadam. Film çəkilişlərinə verdiyi töhfəyə görə Riçardasa bir daha təşəkkür edirəm".

Bir çox respublika müsabiqəsinin qalibləri olan Lazdi "Jingsnyay" (Žingsniai) İncəsənət Məktəbinin akkordionçu və saksafonçularından ibarət ansambl kompozisiya ilə çıxış edib. Daha sonra hamının maraqla gözlədiyi "Sonsuz Dəhliz" filmi nümayiş olunub. Erməni və Sovet silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız azərbaycanlıların acı iztirablarını izləyən tamaşaçılar gözyaşlarına hakim ola bilməyiblər.

Tədbirin təşkilatçılarından biri olan BAMF-in prezidenti Umud Mirzəyev öz çıxışında, hadisələrin canlı şahidi kimi yaşanmışları ekranda yenidən görməyin çox çətin olduğunu bildirib.

"Sonsuz Dəhliz" filmi törədilən vandalizm əməllərinə görə yaranmış vəziyyəti nümayiş etdirir. Mən bu kadrları izləyərkən, dinc əhalinin sadəcə azərbaycanlı olduqları üçün qəddarlıqla öldürüldüyü zaman keçirdiyim hissləri yenidən yaşayıram”. 

Umud Mirzəyev tədbirin iştirakçılarına və onun təşkilinə dəstək göstərənlərə təşəkkür edib. O, sülhün təşviqi ideyasına əvəzsiz bir töhfə verən filmin nümayişinin obyektiv məlumatların yayılmasında əhəmiyyətli rol oynadığı bəyan edib.

Tədbirin sonunda Aleksandras Brokasa və Riçardas Lapaytisə göstərdiyi cəsarətə, Qarabağ münaqişəsi və sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına verdiyi töhfəyə görə Ali Qarabağ Mükafatı təqdim olunub.

Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların yayılmasına və sülh ideyasının təbliğinə töhfə verdiyi üçün Druskininkay Polis Komissarlığının rəisi Gintaras Krasnitskasa, Druskininkay şəhərinin Gənclik Mərkəzinin direktoru Auşra Nedzinskieneyə və Lazdi rayon bələdiyyəsinin meri Ausma Mişkinieneyə fəxri mükafatlar təqdim olunub.

Film ilk dəfə 2015-ci il 1 iyul tarixində Britaniya Film və Televiziya İncəsənət Akademiyasında (BAFTA) nümayiş olunub. "Sonsuz Dəhliz" filmi «Global Film Awards 2015» müsabiqəsində "Böyük nəaliyyətlər" nominasiyasında «Humanitarian Award 2015» mükafatına layiq görülüb. Qeyd edək ki, "Global Film Awards" nüfuzlu Amerika nəşri Accolade Global Film Competition tərəfindən təqdim olunur. Film Madrid və Tenerifedəki beynəlxalq film festivallarında ilin ən yaxşı sənədli filmi və ən yaxşı rejissorluq işi kimi qəbul edilib.

"Sonsuz Dəhliz" filminin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern və  Lüksemburqda keçirilib.

 

ABŞ səfirliyinin nümayəndələri ilə BAMF-in prezidenti Umud Mirzəyev arasında görüş keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Mişel Petersen və səfirliyin qrantlar üzrə koordinatoru Nigar Əliyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisinə baş çəkib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Bu barədə Eurasia Diary xəbər verir.

Qonaqlara BAMF-in yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyi hazırki layihələri barədə məlumat verilib. Bundan əlavə, Umud Mirzəyev 2010-cu ildə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Tərtər rayonunda əsası qoyulmuş peşə hazırlıq mərkəzinin (VTC) müasir avadanlığı, habelə orada keçirilmiş təlimlər barədə danışıb.

BAMF-in prezidenti BAMF ilə ABŞ Dövlət Departamenti, ABŞ-ın Bakıdakı səfirliyi, qeyri-hökumət təşkilatları, KİV və Amerika Birləşmiş Ştatlarının ekspertləri arasında sıx əməkdaşlığın tarixi köklərə malik olduğunu qeyd edib. O, birgə humanitar layihələrin Azərbaycanın müharibə bölgələrində icmanın inkişafına, sülhməramlılığa, davamlı inkişafa, xalqın sosial və iqtisadi rifahının yaxşılaşdırılmasına, müharibədən zərər çəkmiş insanların sosial reinteqrasiyasına, insan hüquqlarının qorunmasına dəstəyi nəzərdə tutduğunu deyib.

Umud Mirzəyev, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Mişel Petersenə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan vəziyyət və cəbhə bölgələrində yaşayan insanların çətinlikləri barədə məlumat verib. Onun sözlərinə görə, bu münaqişənin həlli üçün beynəlxalq səviyyədə daha çox diqqət yönəldilməsi tələb olunur.

Mişel Petersen, dəvətə görə BAMF-in prezidentinə təşəkkür edib və səfirlik ilə birgə fəaliyyətin nəticələrindən məmnun olduğunu bildirib. O, Azərbaycanın müharibə bölgələrindən olan qaçqın və məcburi köçkünlər üçün VTK-da ingilis dilində kursların təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarından danışıb.

Münaqişədən əziyyət çəkən qaçqın və məcburi köçkünlər barədə eşitdikləri məlumatlardan təsirlənən ABŞ səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri regionlarda tətbiq oluna biləcək layihələr üzərində düşünmək fikrini dəstəkləyib.

Görüşdə BAMF-in vitse-prezidenti Ramil Əzizov və BAMF-in prezidentinin köməkçisi Anastasiya Lavrina da iştirak edib.

 

Xocalı Soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir" - Riçardas Lapaytis BAMF-in Ali Qarabağ mükafatına layiq görülüb

Eurasia Diary-nin xəbərinə görə, Litvanın cənubunda Druskininkay şəhəri Gənclik Mərkəzində hərbi jurnalist, "Sonsuz Dəhliz" sənədli filminin filmin baş qəhrəmanı Riçardas Lapaytis Beynəlxalq Avrasiya Mətbuat Fondunun Ali Qarabağ mükafatına layiq görülüb.

Riçardas Lapaytis göstərdiyi cəsarətə, Qarabağ münaqişəsi və sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tərəfindən mükafatlandırılıb.

Təqdimetmə mərasimi "Sonsuz Dəhliz" sənədli filminin Druskininkay şəhərində nümayişi zamanı baş tutub. Tədbirdə filmin baş prodüseri və rejissoru Aleksandr Brokas, nümayişin təşkilatçıları, incəsənət xadimləri, qonaqlar, jurnalistlər və tələbələrlə birlikdə ümumilikdə 100 nəfər iştirak edib.

 

Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Druskininkay şəhər Polisi və Druskininkay Gənclik Mərkəzidir.

 

Riçardas Lapaytis BAMF-in Litvadakı nümayəndəsidir. O, Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində baş verən dəhşətli hadisələrin canlı şahidi olub.

 

Tədbirin əvvəlində Riçardas Lapaytis bütün qonaqları salamlayıb və “Sonsuz Dəhliz” sənədli filminin həsr olunduğu Xocalı faciəsinin qurbanlarını ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edib.

BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas məşvərətçi statusuna malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yazılı bəyanatı BMT-nin Nyu-Yorkda keçiriləcək Davamlı inkişaf üzrə Yüksək səviyyəli Siyasi Forumunun

 

(YSSF 2019) yeddinci sessiyasının gedişində təqdim olunacaq.

YSSF 2019 "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusuna həsr olunacaq. Burada hər il geniş şəkildə müzakirə edilən   DİM 17 (məqsədlər üçün tərəfdaşlıq) ilə yanaşı, (DİM) 4 (keyfiyyətli təhsil), DİM 8 (layiqli əmək və iqtisadi artım), DİM 10 (bərabərsizliyin azaldılması), DİM 13 (iqlim dəyişikliyinə qarşı mübarizə) və DİM 16 (sülh, ədalət və səmərəli institutlar) dərindən araşdırılacaq.

Eurasia Diary xəbər verir ki, hesabat hazırda ECOSOC Vətəndaş Cəmiyyəti Şəbəkəsinin rəsmi internet saytında yerləşdirilib. Hesabatda BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanır. Bəyanatda dünyada baş verən müharibələr, etnik və dini münaqişələr, ərazi mübahisələri və terror hücumları, iqtisadi böhran və ekoloji fəlakətlərin cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsiri nəticəsində yaranmış mövcud vəziyyət əks olunur.

İctimaiyyətə açıq olan bəyanatda Azərbaycan torpaqlarının 20%-nin - Dağlıq Qarabağ və 7 ətraf rayonların işğalı ilə, habelə Azərbaycanda yaşayan 1.2 milyon qaçqın və məcburi köçkün probleminin yaranmasına səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri əhatəli şəkildə göstərilib.  Bundan əlavə, Bəyanatda işğal olunmuş ərazilərdə dağıdılmış əmlaklar, şəhərlər və ekoloji fəlakət haqqında real faktlar yer alır. Nəticə etibarilə Bəyanat münaqişələrin ədalətli həlli, işğal olunmuş ərazilərin azad edilməsi, bütün qaçqın və məcburi köçkünlərə bərabər şəraitin yaradılması, davamlı inkişafın və sülhün bərqərar olması üçün qlobal tərəfdaşlığın qurulmasına çağırır. 

Dərc olunan bəyanatın tam mətnini təqdim edirik:

"İqtisadi və Sosial Şuranın 2019-cu il sessiyası üçün müəyyən edilmiş "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusu bu istiqamətdə əldə olunan inkişafın müəyyən edilməsi üçün “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”-nin  həyata keçirilməsi ilə bağlı inkişaf prosesindən geridə qalan insanların xüsusi ehtiyaclarının təmin edlməsində həll yolarını tapmaq üçün prioritetləri müəyyənləşdirmək istiqamətində aparılan beynəlxalq müzakirələrdə vacib məqamdır. 2015-ci ildə Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə dünya qeyri-bərabər və davamlı olmayan inkişafa gətirib çıxaran və nəticədə qeyri-sabitliyin yaranmasına səbəb olan bərabərsizlik problemini tamamilə həll etmək üçün vaxtın yetişdiyini qəbul etdi. Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsindən təxminən 4 il keçib və dövlətlərin daxilində, eləcə də ölkələr arasında planetimizin davamlı inkişafı üçün yeni təhdidlərin yaranmasına gətirib çıxaran  iqtisadi və sosial bərabərsizliyə dürüst yanaşmaq zamanı gəlib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) - 1992-ci ildə "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə qlobal sülhü, bərabər və davamlı inkişafı dəstəkləyən uzunmüddətli məqsədlə yaradılan beynəlxalq Qeyri-Hökumət Təşkilatıdır. Yarandığı vaxtdan bəri BAMF regional sahədə fəaliyyətini postsovet, Asiya və Avropa ölkələrinə yaymışdır; Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici diplomatik missiyalar və beynəlxalq təşkilatlar, hökumət və qeyri-hökumət qurumları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradıb.

BAMF, müharibədən əziyyət çəkən bölgələrdə yaşayan əhalinin həssas hissəsini, xüsusilə qadın və uşaqların, minadan zərərçəkənlərin, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası, hüquq və imkanlarının genişləndirilməsi, bərabərliyinin təmin edilməsində onları dəstəkləmək məqsədi ilə müxtəlif humanitar, sosial, media və təhsil layihələrinin reallaşdırılması üzərində işləyir. Hal-hazırda BAMF beş əsas istiqamətdə fəaliyyət göstərir: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; Sülhyaratma və münaqişələrin həlli; İcmanın inkişafı; Qaçqınlar / məcburi köçkünlər; və Təhsil.

Biz hesab edirik ki, hər bir insan Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda töhfə verməlidir. Siyasi liderlər, tədqiqatçılar, vətəndaş cəmiyyəti qrupları və gənclər də daxil olmaqla dünyada milyonlarla insan bütün insanların davamlı gələcəyə nail olmaqda birgə fəaliyyət göstərməsi üçün Davamlı İnkişaf Gündəliyi və 17 qlobal məqsədin müəyyənləşdirilməsi üzərində işləyəcəklər.

Qaçqın və məcburi köçkünlərin də bərabər hüquqları daxil olmaqla, bərabərsizlik problemini həll etmək vacibdir. Bu gün cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsir göstərən müharibələrin, etnik və dini münaqişələrin, ərazi mübahisələrinin və terror hücumlarının, iqtisadi böhranın və ekoloji fəlakətlərin ən yüksək həddə çatdığı bir tarixi dövrdür. Dünyanın 50-dən çox ölkəsində baş verən münaqişələr, eləcə də müharibələrin səbəb olduğu ciddi fəlakətlər, iqtisadi və ekoloji risklər nəticəsində 65 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb. Əksər hallarda, bu insanların yaşamaq, təhsil almaq, işləmək hüquqları pozulur və bu da onları inkişaf prosesindən geri qoyur.

Azərbaycan etnik təmizləmələrə məruz qalan və işğaldan əziyyət çəkən ölkələrdən biridir. Nəticədə bu gün Azərbaycanda 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Təkcə 1989-cu ildə Sovet ordusunun köməyi ilə Ermənistandan təxminən 300 min azərbaycanlı deportasiya edilib. Bu gün Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını nəzərə alsaq, qaçqın və məcburi köçkünlərin sayı digər ölkələrə nisbətən daha çoxdur. 1988-1993-cü illərdə erməni qoşunları Azərbaycan torpaqlarının 20%-ni - Dağlıq Qarabağ və ona bitişik 7 ətraf rayonun ərazisini işğal edib. Azərbaycanın işğal olunmuş ərazilərində 900-dən çox yaşayış məntəqəsi və ümumi sahəsi 9,1 mln. m2, 4 376 sosial və mədəniyyət obyekti, 7 min ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya və istirahət kompleksi, 798 tibb müəssisəsi, 927 kitabxana, 1,510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti, 40 mindən çox muzey eksponatı məhv edilib. Mülkiyyət hüququ, bir milyondan artıq insanın dinc və davamlı şəraitdə yaşamaq hüququ ciddi şəkildə pozulub. İşğal olunmuş bölgələrin dağıdılması, əkinçiliyə, infrastruktura, sənayeyə və tarixi irsə zərər verilməsi, qayda-qanunu sülh yolu ilə  bərpa etmək üçün mümkün qədər tez dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət təxminən 30 il davam edən bu vəziyyətə daha çox diqqət yetirməlidir. Müharibə zamanı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqaz regionunun daha da davamlı və bərabər inkişafı üçün vacib olan bu qətnamələrə məhəl qoymur.

Üzv dövlətlərin "heç kim unudulmayıb" prinsipi ilə bağlı öhdəliyi bizdən bərabərsizliyə qarşı mübarizə aparmağı və hər bir insanın səsini eşitmək üçün istənilən ayrı-seçkilik formalarını aydın şəkildə müəyyənləşdirib aradan qaldırmamızı tələb edir. Bütün insanların əsas hüquqlarının, o cümlədən təhsil almaq və işləmək hüququnun bərabər şəkildə təmin olunması vacibdir. Bu mənada vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının rolu çox vacibdir. Bərabərliyin təşviqində qeyri-ənənəvi peşələr üzrə peşə təhsili almaqda, xüsusilə qızlara, qadınlara, qaçqınlara, məcburi köçkünlərə və əlillərə üstünlük verilməlidir. Buna təsir etmək üçün qəbul olunacaq strategiyalar mədəni, coğrafi və ekoloji dəyişiklikləri, eləcə də yoxsulluq və cəhalət kimi problemləri nəzərə almalıdır. Bundan əlavə, gənclərin inkişafı və onların qərarların qəbul edilməsi prosesinə inteqrasiyasını dəstəkləyən layihələr üzərində işləmək lazımdır. Həmçinin, qaçqın və məcburi köçkünlərin bərabər hüquqlarının qorunması üçün daha güclü qurumlara ehtiyacımız var. Əvvəl və yeni yaranmış qaçqın və / və ya məcburi köçkünlər arasında ayrı-seçkilik olmamalıdır. Bu insanların hüquqları milli və beynəlxalq səviyyədə müdafiə olunmalıdır. Nəticə etibarilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu İqtisadi və Sosial Şuranın ""İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək"" adlı sessiyasının əsas məsələlərdə bərabərliyin təşviqində vətəndaş cəmiyyətinin rolu və iştirakına vahid  yanaşmaya əsaslanan konkret təkliflər hazırlamaq və beyin fırtınası üçün yaxşı bir platformdur. "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə yaradılan Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyada qeyri-sabitlik və bərabərsizlik dövründə, iqtisadi, sosial və siyasi davamlı inkişaf ilə əlaqəli olan bərabərsizlik probleminin tamamilə olmasa da, əsasən həll edilməli olduğu zamanın yetişdiyi ilə razılaşır. Dünyada ən çətin şəraitdə yaşayan insanların həqiqətin səsi olması üçün bərabərsizliyi yaradan səbəblərə obyektiv yanaşmaq və hökumətlərlə tərəfdaşlıq quraraq vətəndaş cəmiyyətinin rolunu təşviq etmək üçün birgə işləmək vaxtı çatıb. Buna görə də, biz beynəlxalq ictimaiyyəti, BMT qurumlarını, hökumət və qeyri-hökumət təşkilatlarını münaqişələrin ədalətli həllinə, işğal olunmuş ərazilərin azad edilməsinə daha çox diqqət yetirmək, eləcə də bütün qaçqın və məcburi köçkünlərə bərabər şərait, davamlı inkişafın və dinc mühitin yaradılması üçün qlobal tərəfdaşlıq yaratmağa çağırırıq".

BMT-nin davamlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun (YSSF 2019) yeddinci sessiyası BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) rəhbərliyi altında keçiriləcək. Sessiya, 9 İyul, Çərşənbə axşamından, 15 İyul 2019, Bazar ertəsinə kimi davam edəcək. 16 İyul, Cümə axşamı, 18 İyul 2019 tarixləri arasında ECOSOC-un illik yüksək səviyyəli forumla yanaşı nazirlər səviyyəsində üç günlük toplantı keçiriləcək.

Qırx yeddi ölkə YSSF 2019 üçün Könüllü Milli Hesabatda (KMH-lar) təqdim edəcək. Bu ölkələr 2019-cu ildə ilk dəfə olaraq iştirak edəcək: Vyetnam, Əl-Cəzayir, Bosniya və Herseqovina, Burkina Faso, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Côte d'Ivoire, Xorvatiya, Svazilend, Fici, Qana, Qayana, İslandiya, İraq, İsrail, Qazaxıstan, Küveyt, Lesoto, Lixtenşteyn, Mavritaniya, Mavriki, Monqolustan, Nauru, Yeni Zelandiya, Oman, Pakistan, Palau, Ruanda, Sent Lusiya, Serbiya, Cənubi Afrika, Timor-Leste, Tonqa, Tunis, Türkmənistan, Böyük Britaniya, Tanzaniya və Vanuatu.

Bundan əlavə, Azərbaycan, Çili, Qvatemala, İndoneziya, Filippin, Sierra Leone və Türkiyə KMH-ları ikinci dəfə təqdim edəcək.

Bu gün BAMF-də "Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyəti" mövzusunda elmi seminar keçirilib

Bu gün "Azərbaycan Gənclik Platforması” və “Elmi Araşdırmalar İctimai Birliyi” tərəfindən Beynəlxalq Avrasiya Mətbuat Fondunda Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyətini, iqtisadi zəzurətlərini və əməkdaşlıq potensialının inkişafını gənc nəsilə aşılamaq məqsədi ilə elmi seminar təşkil olunub. Keçirilən tədbirdə Türkiyə səfirliyinin nümayəndəsi Cengiz Güneş, Suraxanı Gənclər Evi, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin tələbələri və QHT nümayəndələri iştirak edib.

Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirin təşkilatçılarından biri, Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev bildirib ki, qarşımızda duran əsas məqsəd Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyətini, iqtisadi zəzurətlərini və əməkdaşlıq potensialının inkişafını gənc nəsilə aşılamaqdır. 

Bakı-Tbilisi-Ərzurum Boru Xətti Xəzər dənizinin Azərbaycan ərazisində yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 

Tədbirin sonunda məruzəçilərə və tələbələrə sertifikatlar təqdim olunub.

 

Prezident Umud Rəhimoğlunu mükafatlandırdı

Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

Eurasia Diary xəbər verir ki, yubiley medalını BAMF prezidentinə Milli Məclisin deputatı,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev təqdim edib.

Umud Rəhimoğlu belə bir anlamlı medalla təltif etməsinə görə ölkə prezidentinə təşəkkür edib:

""Azərbaycan Xalq Cumhuriyyətinin 100 İlliyi (1918 -2018)" yubley medalı ilə təltif edilənlərin sırasında olmaq mənim ücün cox böyük şərəfdir. Təşəkkürlər Cənab Prezident! Mən müstəqil Azərbaycanımıza xidmət etdiyim ücün fəxr edirəm”.

Qeyd edək ki, Umud Rəhim oğlu Mirzəyev 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979-1981-ci illərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan «Ədəbiyyat və incəsənət» qəzeti ilə əməkdaşlıq edib. 1989-1993-cü illərdə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib.

Umud Rəhimoğlu 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və «Marşal» Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür. BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO-nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır. Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “Seçki-2008” Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2017-ci ilədək Fondun Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

 

Azərbaycanı qarış-qarış gəzən kanal: - "Əl-Cəzirə"nin çəkilişləri başa çatdı

Əl-Cəzirə telekanalı Azərbaycandakı çəkilişləri başa çatdırıb.

Bu barədə Eurasia Diary-ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu məlumat verib.

Əl-Cəzirə Media Şəbəkəsi ilə birlikdə Azərbaycanı tanıtım layihəsini həyata keçirdiklərini bildirən U.Rəhimoğlu bildirib ki, BAMF uzun illərdir ki, ölkəmiz haqda həqiqətlərin dünyaya çatdırılması, ölkəmizin tarixi, mədəniyyəti, milli mənəvi dəyərləri, turizm potensialı, münaqişə ilə bağlı informasiyaların daha böyük və fərqli auditoriyalara çıxarılması istiqamətində proqramlar yerinə yetirir, jurnalistlərin, media adamlarının, beynəlxalq təşkilatların nümayəndələrinin regionlarımıza səfərlərini təşkil edir.

“Bu məqsədlə dövlət və beynəlxalq media qurumları ilə sıx əməkdaşlıq edirik. Əl-Cəzirə Media Şəbəkəsi ilə də əməkdaşlığımız uzun müddətdir ki, davam edir. 18 iyun-12 iyul tarixlərində Əl-Cəzirə ilə birlikdə növbəti layihəmiz də ölkəmizin tanıtımı ilə bağlı oldu.

Bu layihənin məqsədi ərəb dünyasında Azərbaycanın füsunkar gözəlliyini nümayiş etdirməkdir. Dörd epizodda çəkilən və hər biri yarım saat olan tanıtım filmində Azərbaycanın tarixi, təbiəti, milli mədəniyyəti, turizm potensialı, milli rəqsləri, memarlığı, musiqisi, həyat tərzi, əyləncə, kənd və şəhər yerləri, bazarlar, tarixi qoruqları, gündəlik həyatın cəlbedici tərəfləri, ölkəmizdə aparılan abadlıq və quruculuş işləri haqda məlumat veriləcək”.

Qeyd edək ki, Əl-Cəzirə çəkiliş qrupu Bakının bir çox yerlərində - Bibiheybət məscidində, ilk neft quyusunda, İçərişəhərdə, Şirvanşahlar sarayında,  Qobustan Milli Parkında, Atəşgah məbədində, Dənizkənarı Milli Parkda və bölgələrimizdə - Quba, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Gəncə, Göygöl və Naxçıvan Muxtar Respublikasında çəkiliş aparıblar.

Xatırladaq ki, Əl-Cəzirə əvvəllər bənzər epizodları Hollandiya, Portuqaliya, Albaniya, Tayland, Filippin, Meksika və Mərakeş kimi ölkələrdə çəkib.

 

Qarabağda güllələnmiş məzar daşları gördüm" - Litvalı journalist

Litvalı hərbi jurnalist, Litva Jurnalistlər Birliyinin üzvü Riçardas Lapaytis Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin qonağı olub.

Onların dostluğu Azərbaycan üçün ağır sınaqların olduğu Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunun Ermənistan tərəfindən işğalı, Xocalı faciəsinin baş verdiyi illərdən başlayıb. Jurnalist Lapaytis 1992-ci ildən 1994-cü ilədək bütün Qarabağ müharibəsini keçib. Dəfələrlə cəbhə xəttində olub. Riçardas Lapaytis bu günə kimi Azərbaycanın işğal olunmuş ərazilərinin yaxınlığında cəbhə zonasına gedərək qaçqınlara kömək edir. O, 1993-cü ildə "Dağlıq Qarabağdakı müharibə ilə bağlı hadisələrin işıqlandırılmasında göstərdiyi cəsarət və obyektivliyə görə" diplomla mükafatlandırılıb. Riçardas Lapaytis "Sonsuz Dəhliz" sənədli filminin baş qəhrəmanıdır. Ekran əsəri onun gündəliyi və şəxsi xatirələri əsasında Umud Mirzəyevin birbaşa iştirakı ilə lentə alınıb.

Eurasia Diary fürsətdən istifadə edərək Riçardas Lapaytisdən müsahibə götürüb. Onu da qeyd edək ki, Riçardas həmçinin BAMF-in Litvadakı nümayəndəsidir.

- Siz 1992-ci ildə Qarabağa öz istəyinizlə gəlmişdiniz. Siz xüsusi təyinatlı dəstənin komandiri İbad Hüseynovu, onun işğalçılara qarşı vuruşan heyətinin fəaliyyətini görən azsaylı adamlardan birisiniz. Siz o qədər şey görmüsünüz ki,  Azərbaycanımızla bağlı roman yaza bilərsiniz. Ümumiyyətlə, Azərbaycan sizin üçün nə deməkdir?

- Mənim üçün Azərbaycan 1992-ci ildən doğma ölkədir. Ruhumla bura bağlıyam. Azərbaycan mənim üçün qan və candır. Bu torpaq, insanlar, onların düşüncələri. Bir azərbaycanlı görəndə onun gözlərinə baxıram. O xoşbəxt və ya kədərli olduğunda hisslərini anlaya bilirəm. Bir azərbaycanlı mənə deyəndə ki, onun vətəni yeddi rayonunu itirib, mən onu yaxşı başa düşürəm. Bir sözlə, Azərbaycan mənim üçün yalnız bir hiss deyil. Bu daha artıq bir şeydir. İlk günlərdən burada hər şey mənə maraqlı gəldi. Azərbaycana akkreditasiyasız, heç bir yardım olmadan getdim. Əvvəlcə adi qatarla Bərdəyə, oradan isə yolüstü maşınla getdim. Ağdama gecə çatdım. Otel, qalmağa yer tapa bilmədim, hər yerdə zərər çəkmiş insanlar yerləşmişdi. Mən məsciddə döşəmədə yatdım, ətrafımda faciədən sağ çıxmış çox sayda adam var idi. Bu dəhşətli gecə idi, amma ertəsi gün baş verənlər daha qorxunc idi. Mən günahsız insanların ilk dəfə gətirilən meyidlərini gördüm. O vaxtdan Qarabağlı oldum. Mənə bax. Mənə elə gəlir ki, sizdən biri olmuşam. 51 yaşım var. Burada qalmaq və bir neçə il burada yaşamaq istəyirəm. Buranın xüsusi bir aurası, xüsusi havası var. Və Azərbaycanın bir hissəsi işğal altında olduğu dövrdə uğurlu iqtisadiyyata malik dövlətlərini qurmuş gözəl insanlar var.

Sizə bir sual verə bilərəm? Umud Mirzəyevlə yaxşı münasibətləriniz var. Sizi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə nə birləşdirir?

- Burada gənc nəsil ilə çox sayda maraqlı işlər aparılır.  Mənim Fond və Umud müəllim ilə bağlı hekayəm uzun illər əvvələ gedib çıxır. Və demək olar ki, bir neçə onilliyi əhatə edir. Bizi, Litvalı jurnalistləri 1992-ci ildə heç kim tanımırdı. Və biz müharibəni necə işıqlandırmağı bilmirdik. Umud müəllim bizə doğru yöndə istiqamətlənməkdə kömək etdi. Beləliklə, Mirzəyev və Fondla dostluğumuzun kökü dərindir. Fond mənim üçün ikinci evə çevrildi. Bu yaxınlarda Litvanın cənubunda Xocalı ilə bağlı tədbir keçirildi. Mən bununla bağlı Umud müəllimə zəng etdim. Onun çox məşğul olduğunu bildiyimdən təsəvvür edə bilməzdim ki, hər şeyi atıb Litvaya gələcək və orada çıxış edəcək. Hesab edirəm ki, Fond çoxlu sayda jurnalist üçün qərargaha çevrilib. Bu təşkilat digərlərindən çox fərqlənir. Yəqin ona görə ki, Fondun rəhbəri Xocalının, Qarabağın nə olduğunu başqasından eşitməyib. Bilmirəm, Umud müəllim bunu istəyir ya yox, amma deyim ki, dostum zəngin bir insan və yaxud yazıçı, şair ola bilərdi. Lakin o, fərqli bir yolu seçdi, ağır, lakin nəcib yolu. Onun üçün həyatda əsas məqsəd doğma Qarabağı azad etməkdir. Bununla yanaşı o, dostlarını da unutmur. Mənə nəsə olsa, bilirəm ki, dostum kömək etmək üçün bir yol tapacaq. Müharibə Litvanın qapısını döyəndə, o, öz jurnalistini materialları toplamaq və həqiqəti yazmaq üçün bizə göndərdi. O, Moskvada, Sankt-Peterburqda insanlara kömək edir. Düşünməyin ki, bizi yalnız Qarabağ birləşdirir. Bu daha artıq bir şeydir. Umud müəllimin valideynlərinə onu düzgün tərbiyə etdikləri üçün təşəkkür edirəm. O, dünyaya baxışını gənclərə ötürür. Bu isə gənclərin siyasətdən kənar olduğu və öz maraqlarına uyğun yaşadığı çətin bir dövrdə az şey deyil.

- Bu cür cavabları eşitmək xoşdur. Hiss olunur ki, onlar boş sözlər deyil, ürəkdən gəlir. Ancaq bir sualım var. BAMF ilə əməkdaşlığınızı necə təsəvvür edirsiniz? Litva ilə hansı layihələri həyata keçirə bilərik? Məsələn, Qarabağ, Özbəkistan ilə bağlı layihəni davam etdirmək.

- Biz "Güllələnmiş qəbiristanlıq" adlı film çəkəcəyik. Mən Qarabağda güllələnmiş məzar daşları gördüm. Bu qorxunc mənzərədir. Təcavüzkarlar hətta ölülərə də rəhm eləməyib. Sonra filmi Litvada təqdim edəcəyik. Amma bunun üzərində işləmək lazımdır. Həmçinin, Azərbaycanın və Litvanın tələbələri haqqında film çəkmək barədə düşünmək lazımdır. Onlar, gənclər nə düşünür, nəyə nail olmaq istəyirlər. Onlar üçün Qarabağ, Vətən, Litva, Azərbaycan kimi sozlər nə məna daşıyır? Biz gələcəyə baxmalıyıq. Dünya irəliləyir. Orta əsrlərdə qalan isə Ermənistandır. Bu gün yaddaşın mədəniyyət, tarixi irs kimi qatlarını üzə çıxarmaq və onu gənclərə aşılamaq lazımdır. Axı, bizdən sonra onlar yaşayacaq və biz bu gün onların həyatda hansı istiqamətləri seçdiklərini bilməliyik. Mənə Füzuli rayonundan Qazaxa qədər olan ərazilərdə yaşayan insanların istəkləri maraqlıdır. Əgər bu ərazidə sülhməramlı plakat aparan bir qrupa seçilsəm, o zaman məni də ora göndərməyinizi xahiş edirəm. Mən 90-cı illərdə orada çox şey etmişəm, amma yarımçıq qalan bitirmək istədiyim şeylər var. Tərtərdə bir məktəbdə rəsm dərsində uşaqların demək olar ki, hamısının müharibə   çəkdiyini görmüşəm. Çünki onlar başqa şey bilmirdilər. Uşaqların faciəsi bunda, onların vaxtından çox tez böyüməsindədir. Onlar dünyanı başqa tərəfdən də görməlidir.

Beynəlxalq Fondumuz "Uşaqlar gələcəyi necə qəbul edir?" adlı müsabiqə təşkil edir. Bu, maraqlı layihədir. Siz xeyirxahlıqdan danışdınız. Uşaqların bugünkü dünyaya baxışını öyrənməyə çalışaq, onların arzularını üzə çıxardaq. Bax siz nə barədə yazmaq istərdiniz?

- Qəfil sualdı. Mən, bir litvalı çətin vəziyyətə düşürəm. Mənə elə gəlir ki, müharibədə gördüyüm hərbi vəziyyətdəyəm. Eh uşaqlar! Bizi tarix birləşdirirdi! Hələ 1920-ci ildə bizim şair Miçkyaviçus şərq nağıllarını oxuyurdu. Yanvar ayının qara günlərində litvalılar yenə burada idilər. Və bizdə, Litvada azərbaycanlılar azadlıq müdafiəçilərinin ön sıralarında durmuşdular. Mənə elə gəlir ki, mən azərbaycanlı ruhunu hiss edirəm. Mən qurdam, amma yaxşı mənada. Biz bu gün Azərbaycan və erməni icmaları üçün kommunikasiya zonasını açmaq üçün toplanmışdıq. Bunun üçün çox şey etmək lazımdır. Ötən illər ərzində ATƏT və Minsk qrupu heç bir şey edə bilmədi. İşğalçıların Qarabağ münaqişəsi zonasından çıxarılması müddətinin dəqiq təyin edildiyi yeni layihələr, yeni real planlar lazımdır. Və Litva bu işdə sizə kömək edəcək. Mənim timsalımda siz Litvanı görürsünüz. Siz nə barədə yazmaq istədiyimi soruşdunuz. Kitab yazacağam… Qarabağdan…Və onu bu cür başlayacağam. 1992-ci ilin gecəsini xatırlayıram…

 

Almaniyada Qarabağ atları üçün törən düzənləndi

Almaniyanın  Odenvald bölgəsi, Erbaç qəsəbəsində Qarabağ atlarına törən düzənlənib. 

Eurasia Diary xəbər verir ki, bu barədə sözügedən tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu məlumat verib.

"Bu törənə Avropanın dörd bir yanından gəlmiş Atçılıq kulublarının nümayəndələri də qatılıb. Qonaqlar qarşısında Qarabağ atları ilə yanaşı Avrasiya məkanında yetişdirilən atlar da nümayiş etdirilir", - deyə U.Rəhimoğlu bildirib.

 

BAMF prezidenti Məhəmməd Yunusun qardaşının vəfatı ilə əlaqədar başsağlığı Verdi

Banqladeşli tanınmış jurnalist Məhəmməd Cahangir vəfat edib.

Eurasia Diary xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev tanınmış jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib: 

"İki gün öncə Frankfurtda səfərdə olarkən Banqladeşin mədəni-ictimai həyatında yaxından iştirak edən tanınmış jurnalist, dəyərli dostumuz Məhəmməd Cahangirin vəfat etməsi ilə bağlı oğlu Apurba Cahangirdən sarsıdıcı xəbər aldım: “Hörmətli cənab Umud, üzülərək sizə atam, sizin dostunuz və Dr. Məhəmməd Yunusun qardaşı Məhəmməd Cahangirin bir neçə gün əvvəl vəfat etməsi xəbərini çatdırıram. Son günlərinə qədər o, planlaşdırdığımız kimi Bakıya gəlmək istəyirdi, amma qismət olmadı. Xahiş edirəm onun ruhu üçün dua edin və bizlə əlaqəni kəsməyin.”"

U.Mirzəyev bildirib ki, Məhəmməd Cahangir ölkəsini, millətini sevən, dostluğa böyük önəm verən bir şəxsiyyət, dinindən və irqindən asılı olmayaraq, bütün bəşəri dəyərləri uca tutan, gözəl ziyalı, tanınmış yazıçı, jurnalist idi: 

"Onun Banqladeş və müxtəlif ölkələrin media cameəsində jurnalistikanın tədrisi, media xəbərlərinin hazırlanması, media idarəçiliyi, tele-radio yayımçılığı sahəsində ciddi dəst-xətti vardı. 1976-cı ildən Banqladeşin tanınmış televiziya proqramlarının aparıcısı və müəllifi, jurnalistika sahəsində 15-dən çox nəşrin müəllifi olan Məhəmməd Cahangirin gənc nəslin formalaşdırılmasındakı əməyi, göstərdiyi səylər heç vaxt unudulmayacaq. Azərbaycana səfər etmək, dostlarla bir arada olmaq istəyini reallaşdırmaq istəsək də, taleyi buna imkan vermədi. Onun yoxluğunu Banqladeş cameəsi, mədəni-ictimai həyatı və onu sevən dostları üçün ciddi itki hesab edirəm. Yaxınlarına, dostlarına, ailəsinə, şəxsən Apurba Cahangirə və dəyərli dostumuz Dr. Məhəmməd Yunusa dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin!".

Türklər yaxın gələcəkdə bunu etməyi bacarsalar..." - Turan qurulacaq

“Turan mütləq qurulacaq. Bu 50 il sonra da ola bilər, 100 il sonra da ola bilər, lakin mütləq baş verəcək. Birlik get-gedə türk xalqları üçün bir zərurətə çevrilir”.

Bu fikirləri Türkiyə Konya Qida ve Kənd Təsərrüfatı Universitetinin siyasi-psixologiya şöbəsinin rəhbəri prof. İsak Özkan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlunun qonağı olarkən, Eurasia Diary-ə verdiyi ekskluziv müsahibədə səsləndirib.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, İsak Özkanın müsahibəsini təqdim edirik.

 - Özkan bəy məlumdur ki, FETÖ terror qruplaşmasının xain çevriliş cəhdindən 3 il ötür və iyulun 15-də həm Türkiyədə, həm də Azərbaycanda bu hadisənin anım günü keçirilib. Ona görə də ilk sualım bu çevriliş cəhdiylə bağlı olacaq. FETÖ-nün çevriliş cəhdi türk vətəndaşlarının siyasi-psixoloji durumunda nələri dəyişdi?

Bu suala konkret bir cavab vermək istərdim. Biz, bir qrup siyasi psixoloqlarla birlikdə bu hadisələrdən sonra türk vətəndaşlarının ictimai və siyasi davranışları ilə bağlı müxtəlif tədqiqatlar həyata keçirdik və müəyyən sorğuları araşdırdıq. Araşdırmalarımıza görə, 1990-cı illərdə türk vətəndaşları başlarına bir iş gəldikləri zaman və ya hər hansısa təhlükə ilə üzləşdikləri zaman övladlarını ilk əmanət etdikləri peşə sahibləri din xadimləri olardı. Lakin FETÖ hadisələrindən sonra aparılan sorğularda verilən cavablara diqqət yetirsək din xadimlərinin bu məsələdə ilk beşliyə düşmədiyini görə bilərik. Bu onu göstərir ki, türk insanının din xadimlərinə inam və etibarı əhəmiyyətli sürətdə azalıb. Bu tətqiqatın nəticəsidir, bir də mənim şəxsi müşahidələrim və fikirlərim var. Məncə, bu hadisələrdən sonra türk vətəndaşlarının sadəcə din xadimlərinə deyil, eyni zamanda siyasətçilərə də əhəmiyyətli dərəcədə inamı azaldı. Bunu FETÖ hadisələri sonrası ardıcıl keçirilən seçkilərdə də görmək mümkün idi. Çox təəssüflər olsun ki, bu olaylar türk vətəndaşlarının Türk Silahlı Qüvvələrinə də etibarını sarsıtdı. Ən təhlükəli olan da elə bu idi. Lakin şükürlər olsun ki, türk vətəndaşlarının daxilində olan vətənpərvərlik bu etibarı yendən bərpa etməyə imkan verdi. Uzun sözün qısası, bu hadisələr türk xalqının ölkədəki siyasətçilərə və dini təriqətlərə inamını sarsıtdı.

Bəs son illərdə Türkiyənin daxili siyasətində yaşanan proseslər, İstandulda bələdiyyə seçkilərinin təkrarlanması, ölkə daxilindəki problemlər və s. türk elektoratın siyasi şüuruna necə təsir göstərdi?

Əslində, baş verən proseslərin, xüsusilə təkrar bələdiyyə seçkisilə bağlı məsələnin türk elektoratının psixologiyasına təsirini iyunun 23-də keçirilən seçkilərin nəticələrinə baxanda görmək mümkündür. Lakin burada bir maraqlı məqam var. 31 mart seçkiləri sonrasında türk vətəndaşlarında bir müqavimət instinkti formalaşdı. Bu intstinkt siyasi görüşündən, dini inancından, etnik kimliyindən, peşəsindən və s. asılı olmayaraq hər vətəndaşda özünü biruzə verdi. Xalq onu idarə edənlərə “mən burdayam” mesajını verdi. Bir daha hər kəs gördü ki, türk elektoratının siyasi iradəsi möhkəmdir. Bütün bunları biz proqnozlaşdırmışdıq, hətta mən ikinci seçkilərdə Əkrəm İmamoğlunun səslərinin 5% artacağını düşünürdüm. Ancaq onun səsləri 10% artdı. Bu bizdə belə böyük çaşqınlıq yaratdı. Cənab İmamoğluna səs verən vətəndaşlara diqqət yetirsək görərik ki, hər kəsimdən insan var. Bəs necə kürd, türk millətçisi, dindar, AKP üzvü və başqa görüşdən olan insanlar bir siyasi mövqedə birləşə bildi? Bunun cavabı çox sadədir. Türk xalqı son seçkilərdə siyasətçilərə deyil, öz iradəsinə səs verdi. Müxtəlif görüşlü insanları birləşdirən amil də məhz bu idi.

- Türk vətəndaşları dövlətin xarici siyasətdə daha çox Yaxın və Orta Şərqə yönəlməsini və xüsusən Suriya məsələsində yaşanan krizisləri necə qarşıladı? Türk ordusunun Suriyada aktiv hərbi əməliyyatlar aparması və iki milyondan çox suriyalının ölkəyə gəlişi vətəndaşların siyasi görüşlərinə necə təsir göstərdi?

Təbii ki, bütün bunlar, xüsusilə də 2 milyondan çox suriyalının ölkədə məskunlaşması müxtəlif təbəqədən olan insanlarda xoş təsir buraxmadı. Türk xalqı müxalifətin də təhriki ilə soruşmağa başladı: “Mənim əsgərimin Suriyada nə işi var? Əsgərim orda can qoyarkən, suriyalı gənclərin ölkəmdə nə işi var?” Bu suallara cavabların tapılmaması siyasi iqtidarın seçkilərdəki uğursuzluğuna öz təsirini göstərdi. Bundan savayı qeyd etmək istərdim ki, tarix boyu bizim vətənimiz, Anadolu müxtəlif dindən, irqdən, kimlikdən olan qaçqınların pənah gətirdiyi yer kimi tanınıb. Anadolu torpağı daim məzlum durumda olan insanlar üçün vətən olub. Mən özüm də Selanik qaçqınıyam, yoldaşım da Azərbaycandan gəlib. Lakin biz illərdir bu məmləkətdə xoşbəxt yaşayırıq. Bu gün də iki milyon suriyalı ölkədə məskunlaşıb. İki yol var, ya bu insanlar Anadolu mədəniyyətinə, türk mədəni dəyərlərinə alışıb, türk ictimaiyyətinə inteqrasiya edəcəklər, ya da çıxıb öz məmləkətlərinə gedəcəklər.

Türk vətəndaşı üçün Türk millətçiliyi bu gün nəyi ifadə edir?

Şəxsən bir türkçü olaraq mən türk millətçiliyini siyasi bir ideologiya kimi nəzərdən keçirmirəm. Türk millətçisi olmaq seçkilərdə MHP-yə səs vermək deyil. Türk millətçisi olmaq türk xalqlarının birliyini arzulamaq, onların keçmişinə nəzər yetirib gələcəyi ilə bağlı düşünmək, dünya türklərinin başına gələn müsibətlərdən narahat olmaq, türklüyü, türkləri və onların vətənini sevməkdir. Bunu siyasiləşdirməyin mənası yoxdur. Bu bir fəlsəfədir. Eyni kültürə və eyni kimliyə malik olan xalqları bir-birinə bağlayan bir fəlsəfədir. Siyasi bir hərəkat deyil. Türkçülüyü ən xalis şəkildə mən sizin məmləkətinizdə, Azərbaycanda anladım. Azərbaycanlı bir dostumun bu sözləri mənə dərindən təsir etdi: “72 il boyunca sovet rejimi hər şeyimizi dəyişdi. Geyimimizi, dünya görüşümüzü, siyasi fikirlərimizi, təhsilimizi, həyat tərzimizi, hər şeyimizi... Lakin bir şeyi dəyişə bilmədi, türkülüyümüzü. Bizi türklükdən, türk təfəkküründən və türk dilindən nə qədər çalışsalar da qopara bilmədilər, bacarmadlılar”. Baxın, dostumdan duyduğum bu sözlər əslində türk millətçiliyinin ən gözəl izahıdır. Türk millətçiliyi özünə qayıdışdır və nə olursa olsun özündən, tarixindən, mədəniyyətindən və kimliyindən dönməməkdir...

 Bəs türk birliyinə inancınız qalıbmı?

Əlbəttə ki, qalıb. Turan mütləq qurulacaq. Bu 50 il sonra da ola bilər, 100 il sonra da ola bilər, lakin mütləq baş verəcək. Birlik get-gedə türk xalqları üçün bir zərurətə çevrilir. Lakin bu yolda ən önəmli ünsür türkdilli xaqlar arasında ortaq dilin və yazının formalaşdırılmasıdır. Ortaq əlifbaya keçid, mütləqdir. Hətta anadolu türkcəsində belə əlifbada cüzi dəyişikliklər edilməlidir. Türklər yaxın gələcəkdə bunu etməyi bacarsalar Turan bir xəyal olmaqdan çıxıb, bir real plana çevrilə bilər...

 

QHT rəhbərləri dövlət başçısı ilə görüşmək istəyir - Rauf Zeyni: "Prezidetinin dəstəyinə ehtiyac duyuruq"

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Forumunun (BAMF) konfrans zalında Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərlərinin iştirakı ilə Azərbaycanda vətəndaş cəmiyyətinin mövcüd vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Tədbirdə öncə Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Eurasia Diary-nin məlumatına görə, BAMF prezidenti Umud Mirzəyev tədbiri açaraq ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün görülən işlərdən danışıb.

O, qısa çıxışından sonra sözü Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyniyə verib.

MQF-nin 700-dən artıq üzvü olduğunu qeyd edən R.Zeyni bildirib ki, onlar son dövrlərdə vətəndaş cəmiyyətinin, QHT-lərin vəziyyəti ilə bağlı dəfələrlə İdarə Heyətində fərdi şəkildə məsələlər qaldırıblar.

“Biz də, bu ictimai müzakirələrin keçirilməsini planlaşdırdıq. İyulun 10-da bir içtimai müzakirəmiz oldu, bir qisim QHT-lər iştirak etdilər. Əsas müzakirələrimiz də ondan ibarətdir ki, bizim yaranmış bu vəziyyətdən çıxmaq üçün hansı təkliflərimiz var? Təkliflərimiz də ondan ibarətdir ki, qanunvericilik bazası təkmilləşməlidir, QHT-lərə maliyə dəstəyi artırılmalıdır. Eyni zamanda, QHT-lərin maddi texniki bazasının gücləndirilmlidir. Dövlət və özəl sektorda bu sahədə inkişaf gedir. Müqayisə ilə götürəndə bu dəqiqə ən zəif vəziyyət qeyri-hökumət təşkilatlarındadı. Ona görə bu vəziyyəti balanslaşdırmaq üçün, vəziyyəti düzəltmək üçün biz təkliflərimizi hazırlayıb ölkə prezidentinə təqdim etmək istəyirik”.

Qeyd edək ki, tədbirdə iştirak edən QHT rəhbərləri bu və ya digər məsələləri müzakirə etmək üçün ölkə prezidenti ilə vətəndaş cəmiyyəti təmsilçilərinin görüşünü təklif ediblər.

“Biz ölkə prezidenti ilə görüşüməkdə maraqlıyıq. İstəyirik ki, cənab Prezidentlə görüşək və vətəndaş cəmiyyətini, QHT-ləri maraqlandıran, düşündürən məsələləri müzakirə edək. QHT-lər ölkə Prezidetinin dəstəyinə ehtiyac duyur. Çünki cənab Prezident bu illər ərzində mediaya da, gənclər təşkilatlarına da, ziyalılara da, digər sahələrə də çox böyük diqqət, qayğı  göstərir. O cümlədən, vətəndaş cəmiyyətinin də inkişafı ilə bağlı 2007-ci ildə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi  konsepsiyası qəbul olundu, 2008-ci ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandı. Bu, bir mərhələ üçün böyük dəstək oldu. Bilirsiniz ki, 2014-cu ildən sonra qanunda əlavə dəyişikliklər oldu. Bununla əlaqədar da, o vaxtdan başlayaraq milli maraqları, milli dövlətçilik maraqlarını mudafiə edən QHT-lərin maliyyə çətinlikləri oldu. QHT-lərin daimi fəaliyyət göstərməsi üçün il ərzində vəsait olmalıdır ki, orda işçi saxlayasan. Uzun illər fəaliyyət göstərən təşkilatlar qrant imkanlarından məhrum olduqlarına görə fəaliyətini dayandırmaq məcburiyyətindədir. Bu həyəcanlı məsələlərlə əlaqədar olaraq, bu içtimai müzakirəni təşkil etdik”.

Qeyd edək ki, çıxış edən QHT rəhbərləri bu məsələlərdə öz münasibətlərini bildirərək, belə qərara gəldilər ki, vətəndaş cəmiyyətinin inkişafı üçün konkret müraciət hazırlanmalı və o müraciət ölkə Prezidentinə göndəriliməlidir.

 

Fərid Şəfiyev BAMF-ni ziyarət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

Eurasia Diary-nin məlumatına görə, görüşün məqsədi iki qurumun fəaliyyəti ilə daha yaxından tanış olmaq və müxtəlif istiqamətlərdə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması olub.

Umud Mirzəyev qonağa qurumun əsas fəaliyyət istiqamətləri, milli və qlobal səviyyədə həyata keçirilən bir sıra layihələri, habelə BAMF-in himayəsi altında fəaliyyət göstərən Eurasia Diary informasiya portalı, Eurasia Production və Eurasia Press-i birləşdirən Eurasia Media Network-un fəaliyyəti barədə söz açıb.

Fərid Şəfiyev isə öz növbəsində, dünyada və regionda baş verən proseslərin təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə fundamental tədqiqatların aparılması ilə məşğul olan yeni yaradılmış Mərkəzin fəaliyyəti barədə məlumat verib. O, həmçinin mərkəzin bir sıra aktual mövzularda seminarlar təşkil etdiyini qeyd edib.

Tərəflər cəmiyyətin inkişafı naminə birgə layihələr üzərində işləmək barədə razılığa gəldilər.

Görüşün sonunda Fərid Şəfiyev Eurasia Diary informasiya portalına eksklüziv müsahibə verib. Müsahibə tezliklə saytımızda yayımlanacaq.

 

Keşikçidağ" məsələsində üçüncü qüvvənin rolu var" - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev - MÜSAHİBƏ

 

"Ermənistanda, Dağlıq Qarabağdakı erməni icmasında hər hansı bir kompromis mühiti görmürük"

Xəbər verdiyimiz kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib və Fondun prezidenti Umud Mirzəyevlə müxtəlif istiqamətlərdə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması barədə müzakirələr aparıb.

Fərid Şəfiyev ziyarəti çərçivəsində BAMF-nin nəzdində fəaliyyət göstərən Eurasia Diary beynəlxalq informasiya portalına müsahibə verib. O, rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycan-Gürcüstan sərhədində yaşanan “Keşikçidağ” problemi ilə bağlı saytımıza maraqlı açıqlamalar verib.

Qısa arayış: Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində təhsil alaraq tarix üzrə elmlər doktoru dərəcəsini alıb.1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işə başlayıb. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb. 22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. Eyni zamanda 26 may 2011-ci ildən 9 iyul 2014-cü ilədək Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

- Cənab Şəfiyev, yeni yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi özündən əvvəlki analitik-araşdırma mərkəzlərindən, həmçinin Strateji Araşdırmalar Mərkəzindən (SAM) hansı xüsusiyyətləri ilə fərqlənir?

-  Yeni yaradılmış təhlil mərkəzini SAM-dan fərqləndirən üç başlıca xüsusiyyət var. Bilirsiniz ki, SAM yalnız xarici siyasət və beynəlxalq münasibətlərlə deyil, eyni zamanda ölkənin daxili siyasəti ilə də bağlı müxtəlif araşdırma və təhlillər həyata keçirirdi. Lakin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ancaq beynəlxalq münasibətlər və xarici siyasətlə bağlı məsələləri analiz edir. Cənab Prezident İlham Əliyevin fevral ayında imzaladığı digər fərmanla ölkə daxilindəki proses və problemlərlə Milli Məclisin deputatı Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi məşğul olur.

İkincisi, SAM mahiyyət üzrə Prezident  yanında formalaşdırılmış bir qurum idi. Ondan fərqli olaraq, BMTM publik-hüquqi şəxs statusundadır. Baxmayaraq ki, BMTM-də prezidentin fərmanı əsasında təsis edilib, onun sədri prezident tərəfindən təyin edilir və bu qurum prezidentin dəsti-xəttini müdafiə edəcək, bununla belə publik-hüquqi şəxs olduğu üçün SAM-a nisbətən daha müstəqil fəaliyyət göstərəcək. Çünki BMTM bir dövlət qurumu deyil və bu ona həm daha müstəqil olmağa, həm də beynəlxalq aləmdə baş verən hadisələrə daha çevik reaksiya verməyə kömək edir. Bu təcrübə bir çox ölkələrdə mövcuddur.

Təbii ki, BMTM fəaliyyət istiqamətlərinə və meyarlarına uyğun olaraq  SAM-ın bəzi gördüyü işləri davam etdirəcək. SAM-da olduğu kimi biz də dövrü jurnal buraxacağıq. Həmçinin hökümətə müəyyən analitik araşdırmalar təqdim edəcəyik. Lakin bundan əlavə biz Azərbaycanda mətbuat, ictimaiyyət və təhsil müəssisələri üçün arayışlar təqdim etməyi düşünürük. Ölkəmizdə bir çox ali məktəblərdə beynəlxalq münasibətlərlə bağlı dərslər keçirilir, lakin onlar daha çox nəzəriyyə xarakterlidir, biz istəyirik ki, onu daha çox praktiki edək, yəni praktiki məlumatlarla tələbələrin biliklərini artıraq. Bu səviyyədə müxtəlif konfranslar və dəyirmi masaları da təşkil etməyi düşünürük.

Biz həmçinin müxtəlif xarici mütəxəssislərlə əlaqələr yaratmağı düşünürük. Xüsusən də Dağlıq Qarabağ problemi ilə əlaqədar xarici ekspertlərin obyektiv analizləri problemin həlli istiqamətinin araşdırılmasına öz töhvəsini verə bilər. Ölkə xaricində Azərbaycanla bağlı məlumatları çatdırmaq da əsas hədəflərimizdən biridir. Eyni zamanda biz 30 ildən çoxdur münaqişədə olduğumuz xalqın - ermənilərin dilini, mədəniyyətini, siyasətini və s. öyrənmək üçün ermənişunaslıq bölməsi açmağı düşünürük. Belə hesab edirik ki, bu xalqla 30 ildir münaqişə vəziyyətindəyiksə, onun mədəniyyətindən tutmuş tarixinə, iqtisadiyyatına qədər bütün sahələri hərtərəfli öyrənməyimiz zəruridir. Təbii ki, bunun üçün də erməni dilini bilən mütəxəssislərə ehtiyacımız var. Biz hər ay mətbuat üçün brifinqlər təşkil etməyi və tez-tez hökumətə təqdim etdiyimiz proqnozlar barədə mətbuata açıqlamalar verməyi planlaşdırırıq. Düşünürəm ki, bu amillər də BMTM-ni SAM-dan fərqləndirən əsas cəhətlərdən biri kimi hesab edilə bilər. Görüləcək işlər çoxdur. Mərkəz fevral ayında yaradılıb və bu günə qədər maliyyə məsələlərini həll etməyə çalışırıq. Düşünürəm ki, bu ilin avqust-sentyabr aylarından Mərkəz tam fəaliyyətə başlayacaq və onun veb saytı fəaliyyət göstərəcək.

 BMTM-nin əsas vəzifəsi nədən ibarətdir?

- Bilirsiniz ki, dünyanın bir çox  dövlətlərində xüsusilə xarici siyasətlə bağlı araşdırmalar həyata keçirən düşüncə mərkəzləri (think thank) fəaliyyət göstərir. Bu mərkəzlər dövlətlərin xarici siyasətinin istiqamətləndirilməsində xüsusi rol oynayır. Azərbaycanda SAM ləğv olunduqdan sonra bu sahədəki boşluğu aradan qaldırmaq üçün bu işləri görmək iqtidarında olan yeni bir qurumun yaranması zəruri idi. Prezidentin fərmanı ilə yaradılan BMTM-nin əsas vəzifələrinə bunlar aid edilə bilər: dövlətlərin xarici siyasət strategiyalarının analiz edilməsi, beynəlxalq münasibətlərdə, dünya siyasətində baş verən yeniliklərin incələnməsi, gələcəkdə baş verə biləcək müxtəlif siyasi proseslərlə bağlı proqnozların hazırlanması, müxtəlif beynəlxalq miqyaslı problemlərlə bağlı hökumətə araşdırma hesabatlarının verilməsi və ən əsası dövlətə qarşı yönələn təhdidlər barədə öncədən məlumatların tərtib edilməsi.

- Mərkəzə mütəxəssislər cəlb edə bilmisinizmi?

- Nazirlər Kabineti iyulun 15-dən bizim ştat cədvəlimizi təsdiq eləyib və ilkin mərləhədə bizə elmi heyətdən ibarət 10 nəfərlik ştat ayırıblar. Biz artıq bu 10 nəfəri işə götürmüşük.

- Necə bilirsiniz, görüləcək işin müqabilində bu say az deyilmi?

- Təbii ki, azdır. Amma biz qərara gəlmişik ki, bizə neçə nəfərlik ştat verilibsə, onunla çox da gecikmədən işə başlayaq. Ümid edirik ki, gələcəkdə bu ştatı artırmalıyıq. Qarşıya qoyulan tələblər, məqsədlər, təlimatlar ondan ibarətdir ki, hərtərəfli iş görək. Təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini deyil, regionda baş verən bütün hadisələri təhlil edək. Regionda bir çox hadisələr baş verir. İran, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstanla bağlı təhlillər aparmalıyıq. Gürcü dilini bilən mütəxəssislərlə bağlı problemlər var. Biz Gürcüstanı bütöv şəkildə öyrənməliyik. Bu məsələdə də zəif nöqtələrimiz var. Təbii ki, bütün istiqamətlər üçün 10 nəfər çatmır.

Düşünürük ki, hazırki durumda, xüsusən Azərbaycan kimi geosiyasi məkanda yerləşən ölkələr üçün - nəzərə alaq ki, Azərbaycan münaqişəyə cəlb olunmuş ölkədir - bu cür mərkəzlərin, araşdırma qurumlarının fəaliyyətinə çox böyük zərurət var və bu mərkəzdə onlarla mütəxəssisin komanda şəklində çalışmasına ehtiyac var...

- Biz müraciət edəcəyik və ümidvarıq ki, genişlənəcəyik. Hələlik bu tərkiblə fəaliyyətimizi davam etdirəcəyik. Bir məqamı da əlavə edim. Misal üçün, xarici siyasətlə, yaxud daxili siyasətlə bağlı ölkənin bir mövqeyi formalaşır və biz müvafiq vasitələrlə onu ictimaiyyətə çatdırırıq. Amma belə deyək, dünyada açıq və qapalı ölkələrdə də düşüncə mərkəzləri fəaliyyət göstərir. Onların fəaliyyəti birinci növbədə ölkə üçün, dövlət orqanları üçün arayışlar hazırlamaq, istiqamətləndirmək, vaxtında məlumat vermək, analiz, təhlil etmək, məsələlərin hansı istiqamətdə baş verəcəyi, ölkə üçün hansı təhdidlərin ola biləcəyini proqnozlaşdırmaqdan ibarətdir. Hazırda sosial şəbəkələrdə müəyyən fəaliyyətlər var. Ona görə də müstəqil ekspertlərə ehtiyac var. Bizim tələbələr gedib xaricdə oxuyub gəlirlər və əksəriyyəti dövlət və özəl qurumlarda işləyir. Niyə? Çünki maaşlar yüksəkdir, müəyyən bir imtiyazlar var və s. Amma  elm sahəsində işçilərin artırılmasına böyük ehtiyac var. Biz istəyirik ki, mütəxəssis alim oldusa, elə alim olaraq da fəaliyyətini davam etdirsin. Təcrübə göstərir ki, kimsə elmi sahəyə gəlir, amma sonra maaş azlığına  və və ya digər səbəblərə görə özəl və ya dövlət sektoruna gedir. Məhz xaricdə Azərbaycanla bağlı bir mövqe formalaşanda onlar müstəqil ekspertlər axtarırlar. Bu müstəqil ekspertlər də mövqeni xaricə ötürə bilmək üçün  bilmək üçün vasitədir.

- ABŞ-da bilirsiniz ki, düşüncə mərkəzlərinin əksrəiyyətinin rəhbərləri həm də birinci dərəcəli dövlət işçiləri, prezidentin müşavirləridir. Bəs BMTM-də ancaq elmi işçilər iştirak edəcək? Keçmiş diplomatların, xarici siyasətlə məşğul olmuş dövlət adamlarının da mütəxəssis kimi Mərkəzə cəlb edilməsi mümkündürmü?

- Hazırda biz sırf xarici siyasətlə məşğul olan elmi işçiləri, mütəxəssisləri cəlb edirik. O ki qaldı, dövlət məmurlarına, bizdə belə bir fikir var ki, xaricdə çalışan və artıq təqaüdə çıxan, yaxud da ölkəyə qayıdan səfirləri bu işə cəlb edək. Təkcə səfir deyil, dövlətin xarici siyasət orqanlarında işləmiş və hazırda təqaüddə olan digər mütəxəssisləri də bu işə cəlb edə bilərik. Bunun formasını düşünürük ki, hansısa şəbəkə yaradaq, yaxud da müqavilə əsasında onları əməkdaşlığa cəlb  edək. Bunu gələcək təcrübə göstərəcək. Müqavilə əsasında SAM da mütəxəssisləri cəlb edirdi, biz də bu təcrübədən istifadə edəcəyik. Bundan başqa, xarici ölkələrdə də araşdırmaçı tapıb bizə təhlillər təqdim etməsini təmin edəcəyik. Məsələn, Latin Amerikasında erməni məsələsini araşdırmaq üçün  mütəxəssislər azdır. Yaxud Çin, Yaponiya. Biz bu cür ölkələrdən olan mütəxəssislərlə razılaşıb onları əməkdaşlığa cəlb edəcəyik. Hər bir ölkə üzrə Mərkəzdə mütəxəssis saxlamaq həm insan resursu , həm də maliyyə baxımından qeyri-mümkündür. Ancaq bunları qeyd etdiyim kimi, müqavilə əsasında həll edə bilərik.

BMTM bir araşdırmalar mərkəzi kimi siyasi proseslərlə bağlı çevik proqnozlar verə biləcəkmi? Çünki hazırda buna böyük ehtiyac var. Bildiyiniz kimi, ABŞ konqresinin son qərarları, Gürcüstanla sərhəddə yaşananlar cəmiyyətdə bir şok effekti yaratdı. Biz sanki siz dediyiniz mərkəzlərin yoxluğunu onda hiss elədik ki, bu proseslərin heç biri proqnozlaşdırılmamışdı...

- Ümidvaram ki, bizim Mərkəz bütün bu kimi məsələlərlə bağlı əvvəlcədən proqnoz verə biləcək. Qeyd etdiyim kimi, Mərkəz rəsmi olaraq bu ilin fevralında yaranıb və tam fəaliyyətə təzə başlamışıq. Ştat və büdcə iyulun 15-dən təsdiq olunub. Təbii ki, siz qeyd etdiyiniz məsələlər düşüncə mərkəzlərinin bilavasitə məşğul olduğu öhdəlikdir. İstər Gürcüstandan, istər Rusiyadan, istər ABŞ-dan və başqa ölkələrdən Azərbaycana qarşı yarana biləcək təhdidləri müəyyən etməliyik, yaxud iqtisadi layihələrlə bağlı öncədən proqnozlaşdırmalıyıq ki, Azərbaycan bu layihələrdə iştirak etməlidir, ya yox, orada fayda nədən ibarətdir, nə qədər mənfəət əldə edə bilərik və s. Açığını deyim, Fars körfəzində baş verən hadisələrlə bağlı biz qabaqcadan müəyyən proqnozlar vermişik və qapalı şəkildə hökumətə təqdim etmişik. Düşünürəm ki, qapalı formada yazdığımız proqnozları zaman keçdikdən sonra redaktə edib müəyyən formada ictimaiyyətə də çatdıra bilərik. Siz düz qeyd edirsiz, yəni Gürcüstandan ediləcək bu addıma ictimaiyyət hazır olmalıdır. Obyektivlik üçün qeyd edim ki, SAM-da bir sıra araşdırmalar aparılmışdı və müəyyən proqnozlar verilmişdi.  Mən indi konkret söhbətin nədən getdiyini demək istəmirəm. Amma belə araşdırmalar var və hazırda bir sıra məsələlərlə bağlı, o cümlədən Gürcüstan məsələsi, ABŞ-İran əlaqələri ilə bağlı proqnozlar təqdim etmişik. Ümumiyyətlə, bəzi təhlillər aparmışıq, ancaq indi bunları açıqlamaq istəmirəm.

- Gürcüstandan söz düşmüşkən, Azərbaycan bu ölkə ilə strateji müttəfiqdir, bizim birgə iştirak etdiyimiz çoxsaylı layihələr var. Buna baxmayaraq, gürcülər Azərbaycan-Gürcüstan sərhədində “Keşikçidağ” insidenti yaradıblar. Siz bu problemin meydana gəlməsində üçüncü bir qüvənin rolunu görürsüzmü?

- Bəli. Təbii ki, burda üçüncü qüvvənin rolu var. Hətta bir ölkədən deyil, iki ölkədən söhbət gedir. Orda təbii ki, Ermənistanın da rolu var. Həm də çox aktiv rol oynayır. Digər ölkələr də istəyir ki, bölgədə yeni bir münaqişə yaransın və Azərbaycanla Gürcüstan arasındakı bu yüksək səviyyəli tərəfdaşlıq zəifləsin. Ona görə də biz Gürcüstan məsələsində ayıq olmalıyıq. Mən hesab edirəm ki, hər iki ölkədə emosional çıxışlar qeyri-konstuktivdir. Hər bir tarixi, dini məsələlərdə emosianalıq var. Ona görə də təmkinli olmaq lazımdır. Xüsusilə də, Gürcüstanda radikal çağırışlar çoxdur. Amma bizdə də var. Hesab edirəm ki, biz Gürcüstan hökuməti ilə birgə işləyib,  sərhədlərin delimitasiyası məsələsini həll etməliyik.

Azərbaycan və Gürcüstan hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edən bir çox məsələlərlə bağlı strateji tərəfdaşlığa malikdir. Tarixən hər iki ölkə 1989-cu ilin 9 aprel və 1990-cı ilin 20 yanvar hadisələri kimi ortaq acılarla da üzləşiblər. Hər iki ölkənin əraziləri işğal edilib və bunlar iki ölkəni bütün bu məsələləri, o cümlədən sərhədlərin delimitasiyası məsələsini həll etmək üçün birgə işləməyə sövq etməlidir.
Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyasının fəlsəfəsi kompleksi bütünlüklə bu və ya digər tərəfə vermək ideyası üzərində qurulmamalıdır. Hər iki tərəf mübahisəli ərazi üzərində mülkiyyət hüququ tələb etmək üçün tarixi və digər sübutlar gətirə bilər. Azərbaycan tərəfində də ərazinin ona məxsus olması ilə bağlı tutarlı hüquqi sübutlar mövcuddur.
Dini ərazilər əməkdaşlıq mərkəzi kimi nəzərdən keçirilməli və sərhədlərin toxunulmazlığı, insanların, məhsulların və ideyaların sərhəd boyu azad axını kimi amillər də daxil olmaqla ortaq keçmişin və bu günün ümumi dəyərlərinin məkanı olmalıdır. 
İki ölkə arasında Cənubi Qafqaz regionunda başqa bir münaqişənin baş verməsindən məmnun olacaq qüvvələr var.  Primitiv milliyyətçiliyin və ya dini fanatizmin qarşısını almaq üçün zəruri tədbirlər irəli sürülməlidir. Bu baxımdan rəsmi dini qurumların bu məsələyə dair bəyanatları müsbət qiymətləndirilməli, lakin eyni zamanda bu istiqamətdə səylər artırılmalıdır. 
Delimitasiya üzrə danışıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı və Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açmalıdır. Hesab edirəm ki, emosional çıxışlar məhdudlaşdırılmalıdır. Bilirsiniz ki, tarixi və emosional məsələlər  vətəndaşlarda emosionallıq yaradır. Lakin təmkinli olmaq lazımdır. 1963-cı ilin sənədinə istinad edərək həll edilməlidi. Yadınızdadırsa, 2012-ci ildə yenə bu məsələ gündəmə gəlmişdi. O dövrdə biz bu məsələnin çox üstünə getmədik, lakin sonra problem daha da dərinləşdi. Ona görə də düşünürəm ki, 2019-20 illərdə bu problem həllini tapmalıdır. Çünki artıq problemdən üçüncü qüvvələr istifadə edir. Qaldı ki, turistlərin əraziyə gəl-getməsinə burada Avropa təcrübəsindən istifadə etmək olar. Biz “Keşikçidağ”dakı məbədə turistlərin sərbəst gediş-gəlişini təmin etməliyik və məbəddən birgə istifadə etməliyik. Lakin mən burada ərazi mübadiləsi və digər amilləri məqbul hesab etmirəm.

Erməni-Azərbaycan münaqişəsinin həlli prosesi ilə nə düşünürsüz?

- Təəsüflər olsun ki, problemin həlli istiqamətində danışıqlar perspektiv vəd etmir. Buna səbəb qarşı tərəfin problemin həllində maraqlı olmamasıdır. Məlumdur ki, bu gün Ermənistanın daxilində hakimiyyət uğrunda ciddi mübarizə gedir və Paşinyan klanı ilə, Qarabağ klanı arasında gərginlik durmadan artır. Ölkənin daxilində sabitliyin olmaması və problemin həllinə dair konkret mövqeyin irəli sürülməməsi danışıqlara mane olan əsas arqumentlərdən biridir. Bununla birlikdə erməni tərəfi bu situasiyadan belə beynəlxaq reputasiyalarını artırmaq üçün istifadə edir. Belə ki, hakimiyyət uğrunda gedən mübarizəni “demokratiya” adıyla Qərbə təqdim edən Ermənistan Qarabağdakı qondarma rejimlə arasındakı problemdən istifadə edərək danışıqlardan yayınır və Azərbaycanı seperatçılarla danışıqlara getməyə səsləyir. Bu situasiyada Azərbaycan danışıqlar yolu ilə problemin həllinə nail olmağa çalışsa da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi rəsmi Bakını başqa yollara əl atmağa vadar edir. Problemin müharibə yolu ilə həlli üçün isə geosiyasi şərait uyğun deyil. Belə bir mərhələdə münaqişədə  vasitəçi  qismində iştirak edən ATƏT tərəfləri “xalq diplomatiyası”na dəvət edir. Bilirsiniz, ümumiyyətlə “xalq diplomatiyası” terminini Qərbdə çox sevirlər. Ona görə də problemin həlli üçün ən əlverişli üsul kimi onlar daha çox tərəfləri “xalq diplomatiyası”na dəvət edirlər. Lakin mən  hesab edirəm ki, problemin həlli üçün “xalq diplomatiyası” ikinci, hətta üçüncü kateqoriyalı rol oynayır. Problemin həlli üçün ən vacib olan amil siyasi iradədir. Təəssüf ki, biz bu iradəni nümayiş etdirsək də, qarşı tərəf bunu etmir, edə bilmir və bunu ölkə daxilindəki problemlərlə əlaqələndirir. “Xalq diplomatiyası” taktikalarındansa 25 ildə dəfələrlə istifadə edilib, lakin heç bir effekti olmayıb. Hazırkı şəraitdə “xalq diplomatiyası” işləməyəcək. Düzdür, ermənilər xüsusilə Qərb fondları ilə çox yaxşı təbliğatla məşğul olurlar. 5-6 alim ortaya çıxır ki, gəlin “xalq diplomatiyası” ilə məşğul olaq. Bizdə də 5-6 alim var ki, onları irəli çıxara bilərik ki, siz də “xalq diplomatiyası” ilə məşğul olun. Zənnimcə, “xalq diplomatiyası” 5-6 alim söhbəti deyil. Ermənistanda, Dağlıq Qarabağdakı erməni icmasında biz hər hansı bir kompromis mühiti görmürük. “Xalq diplomatiyası” üçün irəliləyiş olmalıdır. Düzdür, Qərbdə bəziləri deyirlər ki, gəlin əvvəlcə xırda işlə başlayaq. Ancaq təcrübə göstərir ki, atəşkəsdən keçən 25 ildə bu alınmır. Müxtəlif layihələr var idi. Yadımdadır, 90-cı illərdə Britaniya səfirliyi Azərbaycanda və İrəvanda buna çalışırdı, hətta “Qırmızı körpü”də alış-veriş etməyi təklif edirdi. Ancaq bu 25 il göstərdi ki, kiçik layihələr effekt vermir.

- Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı son dövrlər gündəmi zəbt edən əsas mövzulardan biridir. Ötən aylarda Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı ilə saziş üçün işlərin getdiyini, 90 faiz məsələnin həll edildiyini açıqlamışdı. Sözügedən sazişə mane olan 10 faizə nələr daxildir?

- Bilirsiniz ki, Avropa İttifaqı ilə sözügedən saziş 3 istiqamətdən ibarətdir. Siyasi, iqtisadi və humanitar. Danışıqlar zamanı siyasi və humanitar məsələlərdəki kiçik anlaşılmazlıqlar tamamilə həll edilib. Artıq Qarabağ problemi ilə bağlı Avropa İttifaqı-Azərbaycan arasında bütün anlaşılmazlıqlar həll edilib. Bütün bu məsələlərin həll edilməsini və iki istiqamətdə tərəflərin sözlü razılığa gəlməsini nəzərə alaraq Elmar Məmmədyarov belə bir açıqlama verib. Qeyd etdiyiniz 10%-ə daxil olan məsələlər isə iqtisadi amillərlə bağlı texniki problemlərdir. Avropa İttifaqı Azərbaycanla imzaladığı saziş ilə Azərbaycan bazarına daxil olmağı planlaşdırır, eyni şəkildə biz də Avropa bazarına inteqrasiya edəcəyik. Lakin Avropa İttifaqının tələbləri bizim məhsullar üçün nisbətən yüksəkdir. Orda  problemlər var, buna görə də biz daxili bazarımızı qorumağı bacarmalıyıq. Yenidən qeyd etmək istəyirəm ki, tərəflər arasında yeganə anlaşılmazlıq iqtsiadi-texniki faktorlarla bağlıdır və düşünürəm ki, bunlar həll edilərsə, saziş qısa zamanda imzalanacaq.

Keçmiş səfirə "Azərbaycanın qüruru" ordeni verildi

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Azərbaycan Respublikasının Moldova və Gürcüstandakı sabiq səfiri, hüquq eləmləri namizədi, Qarabağ konflikti ilə bağlı bir çox kitabın müəllifi Namiq Əliyevin təltifetmə mərasimi baş tutub.

Eurasia Diary xəbər verir ki, öncə BAMF prezidenti Umud Mirzəyev tədbiri açaraq bildirib ki, Namiq Əleyevin ölkəmiz üçün saysız-hesabsız xidmətləri var və bunu daim yüksək qiymətləndirilmək lazımdır:

“Bu günkü tədbir ölkəmiz üçün faydalı bir məsələyə həsr edilib. Namiq müəllimin uzun illər boyu gərgin əməyi nəticəsində elmi faktlarla zəngin onlarla kitabı ərsəyə gəlib. O, burada əyləşənlərin hər birinin və mənim dostumdur. Dostumdur, ona görə ki, bizi ortaq niyyət və dəyərlər, vətən sevgisi birləşdirir. Namiq bəy elə işlər görür ki, bu işlərlə məşğul olmağı hər kəs bacarmır. Masada gördüyünüz bu kitabların hər birinin ərsəyə gəlməsinin arxasında gərgin əmək, zəhmət, araşdırma dayanır. Namiq müəllim sadəcə yazdığı kitablarla deyil, həm də diplomatik fəaliyyəti dövründə də ölkəmiz üçün bir çox uğurlara imza atıbdır. Və bu gün o təltif edilir, ona görə də tədbirin adı “Namiq müəllimin günüdür”. Mən bu tədbirin təşkilatçılarından biri olan Emil Nəsirliyə buraya yığışan bütün dostlar adından təşəkkür edirəm”.

“Azərbaycanım” Beynəlxalq Jurnalının baş redaktoru Emil Nəsirli isə bildirib ki, jurnalın Redaksiya Şurasının qərarı ilə Namiq Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif edilib. Onun sözlərinə görə, keçmiş səfir həmçinin “Azərbaycanım” beynəlxalq  jurnalının redaksiya şurasının fəxri üzvü də seçilib:

 “Bugünkü tədbir Namiq müəllimə həsr edilib. O, uzun illər həm ölkənin daxilində, həm də xaricdə, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini inamla müdafiə etmişdir. Onun səfir kimi fəaliyyəti təbii ki, təqdirəlayiqdir, lakin Namiq Əliyev səfirlik fəaliyyəti bitdikdən sonra da vətənə xidməti davam etdirir. Onun Qarabağ konflikti ilə bağlı elmi faktlar əsasında yazdığı onlarla kitab, bu konflikt haqqında doğru və düzgün məlumatların əldə edilməsi və Azərbaycanın haqlı mövqeyinin əsaslandırılması üçün çox önəmlidir. Namiq müəllimin dövlətimiz və vətənimiz üçün xidmətləri göz qarşısındadır. Ona görə də bu gün Redaksiya Şuramızın adından bu medalı ona təqdim etməyi özüm üçün fəxr hesab edirəm”.

Daha sonra “Azərbaycanın qüruru” qızıl ordeni N.Əliyevə təqdim edilib. Qeyd edək ki, o, bu mükafata Azərbaycanın beynəlxalq miqyasda yerinin, rolunun, imicinin və mövqeyinin formalaşdırılmasında və Azərbaycan diplomatiyasının inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.

Namiq Əliyev isə öz növbəsində çıxış edərək ona verilən bu dəyərə görə minnətdarlığını ifadə edib.

“Hər birinizə minnətdaram, çox təşəkkür edirəm. Bu tədbiri təşkil edən hörmətli Umud müəllimə və məni medalla təltif edən Emil müəllimə xüsusi təşəkkür etməyi özümə borc bilirəm. Ümumiyyətlə yaş ötdükcə, zaman keçdikcə insan durmadan düşünməyə başlayır ki, bu həyatda nələr edib, nələrə müvəffəq olub. Bu düşüncələr mənim ağlıma gəldikdə, mən özümü xoşbəxt hiss edirəm, çünki bütün ömrüm boyu sevdiyim peşəylə məşğul olmuşam, harada oluramsa olum, xalqıma, dövlətimə xidmət etməyə çalışmışam. Beləliklə, bir zaman gəlir ki, bu düşüncələr səni etdiklərindən yazmağa vadar edir. Nəticədə bir də baxırsan bu gün masanın üstündə gördüyünüz kimi onlarla kitab ərsəyə gəlib. Bu kitablardan biri 7 dildə və 7 ölkədə nəşr edilib. Ümumiyyətlə, Qarabağ Azərbaycan dövlətinin və xalqının üzləşdiyi ən ağır və ən mürəkkəb problemdir. Ona görə də belə hesab edirəm ki, hər bir vətəndaşın borcudur ki, bu problem barədə düşünsün, problemi daha dərindən araşdırılmasına çalışsın. Mən bir daha bu dəyərli mükafata görə təşəkkür edirəm. Bundan sonra da bu medala layiq olmağa çalışacam”, - deyə keçmiş diplomat bildirib.

Qeyd edək ki, general-mayor Elbrus Orucov, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Bakı Beynəlxalq Siyasət və Təhlükəsizlik Şəbəkəsinin rəhbəri Elxan Ələsgərov və digərləri çıxış edərək Namiq Əliyevi təbrik ediblər.

 

Erməni qəddarlığı xarici tələbələri dəhşətə gətirdi - ...göz yaşlarını saxlaya bilmədi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könüllülük proqramı çərçivəsində Azərbaycana gələn xarici tələbələrlə tanışlıq xarakterli görüş keçirilib.

Eurasia Diary-nin məlumatına görə, görüş zamanı tələbələr Fondun fəaliyyəti və əhalinin həssas təbəqələrinin, xüsusən qadınlar, uşaqlar, Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində yaşayan qaçqın və məcburi köçkünlərin inkişafına yönəlmiş bir sıra layihələrlə daha yaxından tanış olublar. İştirakçılar arasında Avstriya, İtaliya, Mərakeş, Pakistan, Rusiya, Serbiya və Ukraynadan tələbələr olub. Xarici tələbələrin sözlərinə görə, bura çoxdan gəlmək istəyirdilər və bu Azərbaycana ilk səfərləridir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iştirakçıları salamlayıb. O, iştirakçıların Azərbaycana gəlməsinə və sosial layihələrdə iştirak etməsinə imkan verən könüllülük proqramının əhəmiyyətini qeyd edib.

Qeyd etmək lazımdır ki, 6 həftə ərzində tələbələr gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən 2 sosial layihədə iştirak edəcəklər.

Azərbaycanı niyə seçdikləri barədə danışan tələbələr qeyd ediblər ki, ölkəmizin mədəniyyəti və adət-ənənələri, xüsusən də Asiya ilə Avropanın kəsişməsində özünəməxsus coğrafi mövqeyi onlarda maraq oyadıb. Tələbələrdən bəziləri universitet proqramları çərçivəsində Azərbaycan haqqında çox şey eşitmişdilər və indi onlar üçün hər şeyi öz gözləri ilə görmək şansı yaranıb.

“Azərbaycan barədə öyrənməyə başlayanda bu ölkənin mədəniyyəti məni çox təəccübləndirdi və maraqlandırdı. Həmçinin qadın hüquqları və imkanlarının genişləndirilməsinə yönəlmiş layihə ilə də maraqlandım"- Mərakeşdən olan Sara Saakun  deyib.

“Azərbaycana gəldim, çünki buranın necə gözəl olduğu barədə çox danışıblar. Bura gələnlərin hamısı mənə buranı məsləhət gördülər”, - deyə rusiyalı Vera Lavrentyeva bildirib.

Mən Azərbaycanı seçdim, çünki artıq bir çox Avropa ölkəsində olmuşam və bu mənim üçün yeni və maraqlı bir şeydir. Azərbaycan tamamilə fərqli bir mədəniyyətə malik ölkədir, amma mənə elə gəlir ki, vaxtilə Sovet İttifaqının tərkibində olduğumuz üçün  iki ölkə, Ukrayna və Azərbaycanın oxşar problemləri var və mən müəyyən dərəcədə bu ölkəni hiss edirəm ”- Ukraynadan olan tələbə Roksolana Vlasyuk deyib.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina təşkilatın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək təqdimatla çıxış edib. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında Əsas məşvərətçi statusunun əhəmiyyəti və beynəlxalq qurumlarla sıx əməkdaşlığın vacibliyini qeyd edib.

Humanitar sahədə həyata keçirilən bir sıra layihələrə toxunan Umud Mirzəyev, 1992-ci ildə yarandığı gündən bəri bu təşkilatın vətəndaş cəmiyyətinin, medianın inkişafına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə yaranmış qaçqın və məcburi köçkünlərlə iş sahəsində mühüm töhfə verdiyini qeyd edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı necə əziyyət çəkdiyini və bu günə qədər cəbhə bölgələrində insanların, artıq təxminən 30 ildir ki, davamlı atışma vəziyyətində necə yaşadığından danışıb.

Daha sonra iştirakçılara Fond tərəfindən təmas xəttinə yaxın ərazidə yaşayan uşaqların həyatı və onların müharibəsiz yaşamaq istəklərini əks etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, videoçarxda görülənlərə heç kəs biganə qala bilməyib. Bəziləri öz ölkəsindəki oxşar hadisələri xatırladaraq göz yaşlarını saxlaya bilməyiblər.

“Bu gün biz Kosovonun Albaniyanın bir hissəsi və ya ayrı bir ölkə olduğunu dəqiq bilmirik. Məktəbdən tanıdığım rəfiqəm oxşar vəziyyətlə qarşılaşıb. Orada yaşayanların 20% -i (Kosovoda) serblərdir və onlar öz evlərində yaşamaqdan qorxurlar, buna görə də bu video mənim üçün çox təsirlidir", serbiyalı Nataşa Miloşeviç deyib.

Əgər imkan olsa, həmin bölgələrə gedərik. Mən həqiqətən bunu etmək və bu insanları görmək istəyirəm. Bəlkə onların imkanlarını artırmağa kömək edə bilərik, sadəcə bir az motivasiya və ya onlara kömək olacaq bir şey edə bilərik”, - deyə Sara Saakun bildirib.

BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, indi 50-dən çox ölkədə münaqişə yaşanır, 65 milyona yaxın insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb və öz evlərinə qayıda bilmir: «Hərbi münaqişələr barədə danışarkən təkcə Azərbaycan deyil, Serbiya, Suriya, İraq və bir sıra ərəb ölkələri haqqında da çoxlu yanlış məlumatlar var. Təəssüf ki, bu günümüzün reallığıdır, ancaq biz bu dünyanı yalnız birgə səylər ilə inkişaf etdirə bilərik”.

“İtaliyada Qarabağ münaqişəsi və ərlərini itirən qadınlar haqqında bir kitab oxudum. Kitabda Azərbaycanın işğal olunmuş ərazilərini əks etdirən xəritə vardı. Bu qadınlar indi Bakıda yaşayır və öz doğma yurdlarına qayıda bilmirlər. Bunu oxumaq çox kədərlidir, amma bütün bunları öz gözünlə görmək daha betərdir”. Bunu isə, İtaliyadan olan iştirakçı Veronika Forte deyib.

Bütün bu məlumatlar və Dağlıq Qarabağın işğalı ilə bağlı söylənilənlər və düzünü desəm, bu münaqişə haqqında daha çox məlumat almaq Azərbaycana gəlməyimin əsas səbəblərindən biridir. Mən münaqişə barədə yalnız universitetdəki proqramdan və müəllimimizin sözlərindən öyrənmişəm, amma ümumiyyətlə insanlar bu barədə heç nə bilmirlər. Universitetdə bizə öyrədilənlər bu konflikti anlamağa kifayət etmir. Buna görə də bu məlumatları bizimlə paylaşdığınız üçün təşəkkür edirəm", - deyə İtaliyalı Simona Scotti bildirib.

Onu da qeyd edək ki, bütün iştirakçılar Azərbaycanın cəbhə bölgələrinə ziyarət etmək, orada yaşayan insanlarla görüşmək, hər şeyi öz gözləri ilə görmək arzularını bildiriblər.

Görüşün sonunda iştirakçılar Qarabağ münaqişəsinin real nəticələrini əyani şəkildə əks etdirən sərgi ilə tanış olublar. Dağıdılmış memarlıq abidələri və evlər, məzar daşları, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən ekoloji fəlakətin nəticələrinə heç kəs laqeyd qalmayıb.

Yaxın vaxtlarda sosial problemlər və beynəlxalq təcrübənin müzakirə ediləcəyi ictimaiyyətə açıq bir sıra sessiyaların keçirilməsi gözlənilir. 

BAMF “Mədəni İrsimizin səsi” layihəsindəki çəkilişləri başa vurub

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə regionlarımızda "Mədəni İrsimizin Səsi" layihəsinin icrasına başlayıb. 

Eurasia Diary xəbər verir ki, layihədə pilot region kimi ilkin olaraq Füzuli rayonu seçilib. Layihə çərçivəsində rayonun Babı kəndi yaxınlığında yerləşən XII-XIII əsrlərdə tikilmiş Şeyx Babı türbəsi, Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsi, Bəhmənli kəndində XIX əsrə aid  məscid binası, Aşağı Əbdürəhmanlı kəndindəki qədim kənd kəhrizi, işğalçılar tərəfindən güllələnmiş qədim kənd məzarlıqları və sair tarixi–mədəni abidələr haqqında  məlumatları özündə əks etdirən sənədli film hazırlamaq və təşviqat işlərini həyata keçirmək nəzərdə tutulub.  

Aparılan çəkilişlər Azərbaycanın tarixi mədəni abidələrinin həm Sovet dövründə, həm də Qarabağ müharibəsi zamanında başına gətirilənlənlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədini daşıyır. Artıq Füzuli rayonunun Böyük Bəhmənli, Babı, Əhmədalılar və Aşağı Əbdürəhmanlı kəndlərində çəkilişlərə yekun vurulub. Layihənin əsas eksperti Özbəkistanlı tədqiqatçı alim Şöhrət Barlasdır. Qısametrajlı video çarx tezliklə ictimaiyyətə təqdim olunacaq. 

 

Ermənişünas alim BAMF-ın ofisini ziyarət edib

Bu gün Türkiyənin Erciyes Universitetinin Erməni Araşdırmalar Bölümü başqanı, azərbaycanlı alim Qafar Çaxmaqlı Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edərək, təşkilatın prezidenti Umud Mirzəyevlə görüşüb.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, eləcə də Erciyes Universitetinin Erməni Araşdırmalar Bölümü ilə əməkdaşlıq formaları müzakirə edilib. Q.Çaxmaqlı əməkdaşlıq istiqamətində malik olduğu imkanları qeyd edib.

BAMF-ın prezidenti Umud Mirzəyev qonağa Fondun fəaliyyət istiqamətləri, beynəlxalq arenadakı fəaliyyəti və eləcə də müharibədən əziyyət çəkmiş rayonlarda uğurla həyata keçirilən layihələr barədə məlumat verib. 

Q.Çaxmaqlı BAMF-ın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində, o cümlədən beynəlxalq təşkilatlarla uğurlu dialoqun qurulmasında, regional əhəmiyyət daşıyan birgə layihələrin icra olunmasında oynadığı rolu yüksək qiymətləndirib. 

Qeyd edək ki, ermənişünas alimlə BAMF-ın nəzdində fəaliyyət göstərən Eurasia Diary Beynəlxalq Analitik İnformasiya Portalında mütəmadi olaraq Qarabağ mövzusunda ekspert kimi çıxış etməsi barədə də razılıq əldə olunub.

Yeri gəlmişkən, sabah Azərbaycanlı jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlının 63 yaşı tamam olur. BAMF kollektivi onu doğum günü münasibətilə təbrik edir, elmi fəaliyyətində uğurlar diləyir.

Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri BAMF-ın ofisində olublar

Avqustun 15-də Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Siyasi məsələlər üzrə birinci katib Dmitriy Berejnoy və səfirliyin əməkdaşı Stanislav Koval Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və Fondun prezidenti Umud Mirzəyevlə görüşüblər.

Eurasia Diary-nin məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və uzunmüddətli əməkdaşlığın genişləndirilməsi variantları müzakirə edilib.

Umud Mirzəyev, yeni təyin olunmuş 1-ci katib Dmitri Berejnoya təşkilatın tarixi, müxtəlif sahələrdəki fəaliyyəti və BAMF tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında məlumat verib. Təşkilat uzun müddət diplomatik nümayəndəliklər, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyi, BMT agentlikləri və müxtəlif beynəlxalq təşkilatlarla işləmək təcrübəsinə malikdir. Qonaqlara, beş dildə (Azərbaycan, ingilis, rus, türk və ərəb) fəaliyyət göstərən Eurasia Diary beynəlxalq analitik və informasiya portalı haqqında da məlumatlar verilib.

Səfirliyin əməkdaşları tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Onlar təşkilatın Azərbaycanın cəbhə bölgələrində həyata keçirdiyi humanitar və sosial layihələrin əhəmiyyətini vurğulayıblar. Həmçinin qonşu Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində meydana gələn qaçqın və məcburi köçkünlərlə işləmək sahəsində Azərbaycanın unikal təcrübəsi də qeyd edilib.

Görüşün sonunda qonaqlar Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin, dağıdılmış memarlıq abidələrinin, yaşayış binalarının, işğal olunmuş ərazidə ekoloji pozuntuların və güllələnmiş qəbiristanlığın nümayiş olunduğu foto sərgi ilə tanış olublar. Bundan əlavə, Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində yaşayan uşaqların həyatı ilə bağlı BAMF tərəfindən hazırlanan film nümayiş etdirilib.

Sərgidə görülənlər heç kəsi özünə laqeyd qoymayıb.

Dağlıq Qarabağ münaqişəsinə dair kitabın müəllifi vəfat edib - Algimantas Liekisin əziz xatirəsinə

Avqustun 13-də Litvanın məşhur tarixçisi və alimi Algimantas Liekis ağır xəstəlikdən 76 yaşında vəfat edib.

Eurasia Diary xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinə dair kitab müəllifi olan, vicdanlı, çalışqan və məsuliyyətli A.Liekis həmişə həqiqəti ortaya çıxarmağa çalışırdı, kitablarında yalnız həqiqət hallarını göstərirdi.

Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi Algimantas Liekisin xüsusi diqqətini çəkmişdi. Əksər hallarda təhrif olunmuş məlumatlara zərbə vuran litvalı tarixçi münaqişənin təfərrüatları ilə daha dərindən tanış olmağa və ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü barədə həqiqətləri çatdırmağa çalışırdı. 2016-cı ildə Litvada "Xalqların Qafqaza köçürülməsi: XX əsr" kitabının təqdimatı keçirilib. Müəllif iki əsr əvvəl ermənilərin Türkiyə və İrandan Azərbaycan ərazilərinə, həmçinin Cənubi Qafqaza köçürülməsini təsvir edib. Kitabda son yüz ildə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri terror aktları, etnik təmizləmə, qırğın, habelə Azərbaycan torpaqlarının işğalı faktları öz əksini tapıb. "Xalqların Qafqaza köçürülməsi: XX əsr" Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılmış və elmi ictimaiyyətin marağına səbəb olan ilk kitabdır. Qeyd etmək lazımdır ki, kitab rus dilinə tərcümə edilib.

2016-cı ilin oktyabr ayında Algimantas Liekis və Litvanın "slaptai.lt" internet portalının redaktoru Gintaras Visotskas Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak ediblər. Onlar Azərbaycanda olarkən, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət ediblər və BAMF-ın prezidenti Umud Mirzəyevdən müsahibə alıblar. Müsahibə zamanı Algimantas Liekis Umud Mirzəyevdən 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş dəhşətli hadisələrin şahidi kimi Qarabağ münaqişəsi haqqında danışmağı xahiş edib. Məlumat Litva dilinə tərcümə edilib və bir sıra mənbələrdə yayımlanıb. Professor, elmlər doktoru Algimantas Liekis 43 monoqrafiyanın, 1400-dən çox məqalənin müəllifidir, eyni zamanda 79 kitabın müəllifi və ya həmmüəllifidir. A.Liekis "Litva Elmi" və "Litva xalqı" adlı yeddi elmi kitabın redaktorudur. Kitablarının əksəriyyəti Litva xalqının və dövlətinin tarixinə həsr edilib.

Nüfuzlu "Literatura-menas" jurnalında, "Karştas komentaras" həftəlik qəzetinin 8, 9 və 10-cu nömrələrində, habelə "slaptai.lt" internet portalında "Xalqların Qafqaza köçürülməsi: XX əsr" məqalələri dərc edilib. A.Liekis əsl ədalət vətənpərvəri olaraq yaddaşımızda əbədi qalacaqdır.

Algimantas Liekisin yaxınlarına və dostlarına başsağlığı veririk.

Beynəlxalq Avrasiya Mətbuat Fondu

Qeyd: Azərbaycanın Gürcüstan və Moldovadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmi nümayəndəsi Riçardas Lapaitis də parlaq bir alimin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Əcnəbi tələbələr Tərtərdə erməni vandalizmi ilə tanış oldular

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan 16 əcnəbi tələbə ölkəmizin müharibədən zərər çəkmiş bölgələrindən biri olan Tərtərə səfər ediblər.

Eurasia Diary xəbər verir ki, Ukrayna, Rusiya, Türkiyə, İtaliya və digər ölkələrdən olan tələbələr Tərtərin müharibə nəticəsində dağıdılmış Şıxarx və Həsənqaya kəndlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallığı, erməni vandalizmi ilə əyani şəkildə tanış olublar.

Əcnəbi tələbələr Həsənqayada “Marağa-150” abidəsinə də baş çəkiblər.

Qeyd edək ki, "Marağa-150" abidəsi 1978-ci ildə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmalarının ildönümü ilə bağlı özləri tərəfindən ucaldılıb və bu abidə ermənilərin Azərbaycanın bu bölgəsində yad bir millət olduğunu bütün dünyaya sübut edir.

Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar seminar keçirilib

Bu gün Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) akt zalında elmi seminar keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri, Binəqədi Gənclər Evinin nümayəndəsi Nərmin Müşviqzadə, İqtisadçı Tələbələ Dəstək İctimai Birliyinin Sədri Adnan Nəcəfov, İqtisatçı Vətənpərvərlər Təşkilatının sədr müavini Almurad Məmmədzadə, QHT nümayəndələri və əcnəbi tələbələr iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlərin nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısının qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəklilərinin işğaldan azad olması barədə gənclərə məlumat verilib.

Bundan əlavə, tədbirin sonunda aprel döyüşləri zamanı vətən yolunda qəhrəmancasına həlak olan şəhidlərimizdən bəhs edən videoçarx nümayiş etdirilib.

Əcnəbi tələbələr Azərbaycanın cəbhəboyu bölgələrinə yollandı

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 9 ölkədən olan 16 əcnəbi tələbənin müharibədən zərər çəkmiş Tərtər bölgəsinə səfərini təşkil edib. Səfər çərçivəsində tələbələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri və cəbhə bölgələrindəki qaçqın və məcburi köçkünlərin həyatı ilə tanış olmaları nəzərdə tutulub.

Eurasia Diary xəbər verir ki, tələbələr AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könüllü proqramı çərçivəsində Azərbaycana gəliblər. 6 həftə ərzində onlar gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən 2 sosial layihədə iştirak ediblər. Bəzi ictimai iclaslar BAMF və AIESEC tərəfindən birlikdə fondun ofisində keçirilib.

Fondun əsas iş fəaliyyəti ilə daha yaxından tanış olmaq və cəbhə bölgələrində məcburi köçkünlərin həyatını görməklə maraqlanmaq üçün İtaliya, Portuqaliya, Serbiya, Ukrayna, Türkiyə, Rusiya, Avstriya, Litva və Almaniyadan olan tələbələr Fondun prezidenti Umud Mirzəyevin təşəbbüsü və dəstəyi ilə Tərtər səfərinə qoşulmaq istəklərini bildiriblər.

Qonaqları salamlayan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara bölgədə həyata keçirilən sosial-iqtisadi proqramlar və infrastrukturun inkişafı barədə məlumat verib. O, Azərbaycanın Tərtər bölgəsində qaçqın və məcburi köçkünlərə yardım məqsədi ilə hökumət tərəfindən dəstəklənən hazırkı layihələrdən danışıb. İcra Hakimiyyətinin nümayəndəsi Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi və Tərtər çayının bağlanması, çayın partlayıcı maddələrin tullantıları ilə çirkləndirilməsi nəticəsində su götürmə ehtimalı ilə əkin sahələrinin suvarılmasında yaranan problemlər barədə məlumat verib və sadalanan hadisələr nəticəsində çaydan istifadə imkanlarının 30%-ə endiyini bildirib.

Səfər zamanı, tələbələr məcburi köçkünlər üçün nəzərdə tutulan proqramlar ilə bağlı suallar vermək imkanı əldə ediblər. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri alqışlayıblar.

Bu görüşdən sonra tələbələr 1978-ci ildə ermənilər tərəfindən İrandan Qarabağa köçmələrinin 150 illiyini qeyd etmək üçün Şıxarx kəndində ucaltdıqları “Marağa 150” abidəsini ziyarət etməyə yollanıblar. BAMF prezidenti Umud Mirzəyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında ermənilər onların Azərbaycanın qədim Qarabağ torpağına köçürülməsinə dəlil olduğu üçün bu abidəni dağıdıblar. O, eyni zamanda Qarabağda inşa edilən bir çox oxşar abidələrin olduğunu və ermənilərin mənşəyi ilə bağlı həqiqətləri gizlətmək üçün onlar tərəfindən dağıdıldığını bildirib.

Abidəni ziyarət etdikdən sonra tələbələr cəbhəboyu kəndlərin sakinləri ilə görüşmək üçün Azərbaycanın Həsənqaya kəndinə gəldilər. Onların hamısı orada gördüklərindən böyük təsir altına düşdülər, çünki bu kənddə insanlar su qıtlığından, ekoloji fəlakətdən əziyyət çəkirlər və Ermənistan tərəfindən daim atəşə altında yaşayırlar.

Tələbələrə 2016-cı ildə, münaqişənin alovlanması zamanı mərmi düşmüş bir ev göstərildi. Eyni zamanda qızını itirən bir ana ilə də görüşdülər.

“Bu səfər mənim Azərbaycana etdiyim ən yaxşı səyahət idi və mənə Azərbaycanın digər tərəfini göstərdi. Əvvəllər bu problemlə bağlı yalnız siyasi və tarixi faktları bilirdim, ancaq siyasi faktlardan kənara çıxmaq və insanların orada necə əziyyət çəkdiyini görmək üçün gedib müharibənin əsl şahidləri ilə danışmalı idim. Müharibədə 16 yaşlı qızını itirən qadını görmək məni çox üzdü. Ümumiyyətlə, Dağlıq Qarabağ hər kəsin diqqətini və köməyini almaq üçün bütün dünyaya deyilməli və bölüşdürülməli olan çox ciddi bir problemdir "- deyə Türkiyəli tələbə Selin Qyokova bildirib.

"Bir neçə ay əvvəl "Bakıda taksi sürücüsü" kitabını oxumuşam. Kitabın ikinci hissəsi "Kəmalə tarixləri" adlanır. Bu hissədə Qarabağ müharibəsi nəticəsində əziyyət çəkən, torpaqlarından qaçmaq məcburiyyətində qalan və övladlarını tək böyütmək məcburiyyətində qalan qadınlar haqqında oxudum. Mən başa düşdüm ki, Dağlıq Qarabağ ətrafındakı bir çox bölgələr hələ də işğal altındadır, insanların çoxu öz ölkələrində qaçqın kimi yaşayır, bir çoxları hər şeyini itirir, bəziləri keçmişi, kökləri haqqında danışmamağa çalışır, bəziləri isə döyüşmək və torpaqlarını geri qaytarmaq istəyir. Bu çox çətindir ki, 20 il keçdikdən sonra hələ heç kim həqiqəti düzgün söyləmir və beynəlxalq ictimaiyyət isə oradakı vəziyyətin necə olduğunu bilmir "- İtalyan tələbə Veronika Forte bildirib.

"Cəbhə bölgəsinə səfərimiz zamanı müharibənin nəticələrini ilə bağlı ilk təcrübəmi yaşadım. Mən İtaliyada anadan olmuşam və böyümüşəm və müharibə haqqında danışmaq belə bir mücərrəd mövzudur. Davam edən münaqişələr haqqında xəbərləri eşitməyə öyrəşmişik, qaçqınlar haqqında məqalələr oxuyuruq, hətta müharibə zonalarının vəziyyətini göstərən reportajları görürük, amma həqiqət budur ki, siz orada olmayanadək, hər şeyi öz gözlərinizlə görməyənədək başa düşə bilmirsiniz və orda olduqdan, anladıqdan sonra artıq etinasız qala billmirsiniz. Həsənqayada olduğum müddətdə, dağıntıları, insan haqlarının pozulmasını, cəzasız ədalətsizliyin olduğunu gördüm. Hekayələrini bizimlə bölüşən bütün insanlara dərin minnətdarlığımı bildirirəm, çünki müharibənin əsl siması və Azərbaycan xalqının çoxdan bəri üzləşdikləri şiddət barədə məlumatlılığımızı artırdılar" - İtalyan gənc Simona Skotti söyləyib.

Türkiyəli tələbə Ozan isə hər zaman münaqişə ilə bağlı həqiqətləri öyrənmək istədiyini bildirib:

"Mən nə baş verdiyini və iki millət arasında münaqişənin necə başladığını bilmək istəyirdim. Biz yerli camaat ilə danışdıq və buraları birbaşa özümüz müşahidə etdik.Bu, spekulyasiyalardan uzaq durmağım üçün mənə imkan verdi".

Qeyd edək ki, tələbələrin gətirdiyi kiçik hədiyyələr və şirniyyatlar həmin kənddəki uşaqlar arasında paylanılıb.

Bu səfərdən sonra bütün tələbələr BAMF-ın Tərtərdəki regional nümayəndəliyinə baş çəkiblər və burada BAMF və UNİCEF-in həyata keçirdiyi AYAP proqramının azyaşlı üzvləri ilə görüşüblər.

İtalyan tələbə Tərtərdə gördüklərindən dəhşətə gəldi - "Bir evin qarşısında dayandıq, burada 16 yaşlı bir qız ölmüşdü

İyul ayında bir neçə əcnəbi tələbə AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könüllülər proqramı çərçivəsində Azərbaycana səfər edib. 6 həftə ərzində onlar gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən 2 sosial layihədə iştirak ediblər. Bəzi ictimai iclaslar Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və AIESEC tərəfindən birlikdə təşkil edilib və Fondun ofisində keçirilib.

Proqram çərçivəsində BAMF 9 ölkədən (İtaliya, Portuqaliya, Serbiya, Ukrayna, Türkiyə, Rusiya, Avstriya, Litva və Almaniya) 16 əcnəbi tələbənin Azərbaycanın müharibə şəraitində olan Tərtər bölgəsinə səfərini təşkil edib.

İtaliyadan olan Veronika Forte Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və dağıdılan Şıxarx və Həsənqaya kəndlərindəki erməni vandalizmi həqiqətləri ilə məlumatlandırılan tələbələrdən biri idi. Xarici tələbələr, Həsənqayada ucaldılan "Marağa-150" abidəsini də ziyarət ediblər.

Eurasia Diary Veronica Fortenin Azərbaycanla bağlı təssüratlarını ifadə etdiyi yazını təqdim edir:

"Altı həftə əvvəl özümü evdəki kimi hiss etdiyim yerə ikinci dəfə gəldim. Bura beş ay əvvəl gəldiyimdə çox fəqrliliklər gördüm və buraları daha dərindən öyrənmək qərarına gəldim, çünki bir həftə kifayət etmədi.

Bu da mən!

AIESEC dünyasına daxil olmaq və macəramı Azərbaycanda, Bakıda gender bərabərliyi ilə bağlı bir layihə ilə başlamaq qərarına gəldim.

Gəldiyim zaman çox fərqli şeylər baş verdi, layihə həqiqətən, gözlədiyim kimi olmadı, amma həyat həmişə istədiyimizi vermir, həyat bizi təəccübləndirmir, hər dəfə ən yaxşısını almağı və üzərində işləməyi bacarmalıyıq.

Ətrafdakı vəziyyəti daha yaxşı anlamağıma şərait yaradacaq yerli insanların fikirlərini dinləmək təcrübəsini yaşadım. Mən öyrəndim ki, adətlərin nə qədər güclü ola bilər və ailə necə məhdudiyyətlər yarada bilər.

Həmişə bölüşmək istədiyim budur ki, harada olmağınız, harada doğulmağınız fərq etmir, hüquqlarınız uğrunda mübarizə aparmalısınız, hüquqlarınızı öyrənmək üçün mübarizə aparmalısınız.

Gücümüz var, yalnız ondan necə istifadə edəcəyimizi bilməliyik. Bəhs edəcəyim güc başqalarının üzərində deyil, yaxşı enerji, azad olmaq üçün gücdür.

Bir neçə ay əvvəl “Bakıda taksi sürücüsü” kitabını oxumuşam, kitabın ikinci hissəsi “Kəmalə tarixləri” adlanır. Bu hissədə Qarabağ müharibəsi nəticəsində əziyyət çəkən, torpaqlarından qaçmaq məcburiyyətində qalan və övladlarını tək böyütmək məcburiyyətində qalan qadınlar haqqında oxudum.

Mən başa düşdüm ki, Dağlıq Qarabağ ətrafındakı bir çox bölgələr hələ də işğal altındadır, insanların çoxu öz ölkələrində qaçqın kimi yaşayır, bir çoxları hər şeyini itirir, bəziləri keçmişi, kökləri haqqında danışmamağa çalışır, bəziləri isə döyüşmək və torpaqlarını geri qaytarmaq istəyir. Bu çox çətindir ki, 20 il keçdikdən sonra hələ heç kim həqiqəti düzgün söyləmir və beynəlxalq ictimaiyyət isə oradakı vəziyyətin necə olduğunu bilmir.

Bakıdakı təcrübəmin ortasında, layihə menecerimiz sayəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) haqqında məlumat əldə etmək imkanı əldə etdik və Fondun prezidenti Umud Mirzəyevlə görüşdük. Onun gözlərindəki böyük duyğu münaqişəni bizə izah edirdi, şəkillərə və videolara tamaşa etdikdə onun və bu çirkin oyunda günahsız insanların acısını hiss etdik.

Bu bizim hamımıza təsir etdi, hamımız öz gözümüzlə görmək istədik, həqiqətən necə kömək edəcəyimizi, nə edəcəyimizi bilmirdik, ancaq bir şey etməli olduğumuzu hiss etdik.

Bir neçə həftədən sonra BAMF Tərtərdə bir səfər təşkil etdi, biz cəbhə zonasına yaxınlaşa bildik. Bizi nə gözlədiyini həqiqətən bilmirdim, səfərə çox müsbət enerji ilə başladım, pozitivlik və ümid yaymaq istədim.

İlk dayanacaq BAMF-ın Tərtərdəki regional nümayəndəliyində oldu. Yerli hakimiyyət orqanları ilə qısa görüşdən sonra manitorinq keçirilən əraziyə girdik. "Maraga 150" abidəsindən nələrin qaldığını görə bildik, nə baş verdiyini, necə və niyə olduğunu eşitdik.

O an daha az müsbət enerji hiss etməyə başladım, belə dəhşətli vəziyyətdə dayana bilmirdim. Ağlıma çox sual gəldi.

Nəhayət, cəbhə xəttinə yaxın son kəndlərdən birinə gəldik, bir neçə ev və ətrafda xarablıqlar gördük və bir evin qarşısında dayandıq, burada düz üç il əvvəl on altı yaşlı bir qız ölmüşdü. Bu qız ona görə öldü ki, kimsə üç il əvvəl atəşkəsə son qoymaq qərarına gəldi və o zamanlar münaqişənin gücləndiyi və insanların öldüyü günlər başladı. Yenə bu oyunda heç bir rolu olmayan insanlar öldü.

Qarşımızda qızın anası, başqa bir qadın, iki nəfər yaşlı kişi, bir uşaq var idi. Sözlərim bitmişdi, bir neçə dəqiqə onlara verəcək bir təbəssümüm yox idi, "Kəmalə tarixçələrindəki" qadınlar kimi hiss edirdim, nəfəs almadan hiss edirdim.

Mənim suallarım, müsbət enerjim qəzəb və məyusluq yaratmağa qaçırdı. Ancaq qəzəb heç vaxt münaqişələrin həllinə, münaqişənin təsirini yaşayan insanlara kömək etməyəcək. Hamımız orada idik, seyr edirdik, hamımız həmin an eyni ağrıları hiss edirdik.

Biz yenidən BAMF-ın regional nümayəndəliyinə gəldik, Azərbaycan Gənclərinin Vəkil Proqramında iştirak edən uşaqlar ilə inanılmaz söhbətlərimiz oldu, bu mənə ümid verdi. Bu uşaqlar çox gücə sahibdirlər, gənc, ağıllı və pozitivdirlər. Bu uşaqlar gələcəkdir, arzu edirəm ki, onlar davam etsinlər, daima saf olsunlar və mənəviyyatlarını izləsinlər.

Bu ölkənin, bu dünyanın bu uşaqlara ehtiyacı var və vəzifəmiz onların uğur qazanmasına kömək etməkdir.

Əgər insanlar birlikdə həll üzərində işləyəcəyimizi anlasalar, qoy səsəsimiz yayılsın, gəlin hər kəsə nələrin baş verdiyini bilmək imkanı verək".

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu Beynəlxalq Təhsil Akademiyası ilə tərəfdaş oldu

Avrasiya Təhsil Mərkəzinin təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Təhsil Akademiyası ilə rəsmi tərəfdaşlığa başlayır.

Eurasia Diary xəbər verir ki, BAMF prezidenti Umud Mirzəyev Beynəlxalq Təhsil Akademiyasının şirkət direktoru və Gürcüstan Milli Universitetinin professoru Katya Tabutsadze ilə rəsmi görüş keçirib.

BAMF-ın Bakı ofisində baş tutan görüşdə həmçinin Suxumi Dövlət Universitetinin dosenti Maya Ağayeva, Avrasiya Təhsil Mərkəzinin icraçı meneceri Anastasiya Lavrina və Avrasiya Təhsil Mərkəzində ingilis dili müəllimi Esmira Xasumbekova iştirak ediblər.

Görüşdə Avropa İttifaqına (Aİ) üzv və namizəd olan dövlətlərin dillərinə uyğunlaşdırılmış standart test sistemi təqdim edən, beynəlxalq imtahan sistemi olan, Avropa Konsortiumunun  Müasir Dillərdə Müvəffəqiyyət Sertifikatının təbliğatı üçün tərəfdaşlıq müzakirə olunub. U.Mirzəyev məlumat verib ki, BAMF Macarıstandakı Peç Universiteti ilə müqavilə imzalayıb və 2018-ci ildə Azərbaycanda yeganə olan (Avropa Konsortiumunun  Müasir Dillərdə Müvəffəqiyyət Sertifikatının) statusunu alıb. Avrasiya Təhsil Mərkəzi Azərbaycan Respublikasında bu sertifikatı almaq istəyən şəxslərə hazırlıq kursu və imtahan təşkil edən birinci təhsil mərkəzidir.

K.Tabutsadze Gürcüstanda ADK imtahan sistemi haqqında daha çox məlumat əldə etmək və hazırlıq kurslarında iştirak etmək üçün yüksək maraq olduğunu bildirib. Buna görə də, BAMF ilə tərəfdaşlıq bu dil testini yalnız Gürcüstanda deyil, həm digər ölkələrdə tanıtmaq üçün yaxşı bir fürsətdir.

Tərəflər xaricdə işləmək və təhsil almaq üçün ən populyar İngilis dili bilik testinin Azərbaycanda, Gürcüstanda və digər post-sovet ölkələrində təbliği istiqamətində birgə işləmək üçün razılığa gəliblər. Bundan əlavə, bir sıra Yay və Qış məktəblərinin, tələbə və müəllimlərin (yerli və xaricdə) ADK hazırlıq kurslarının və beynəlxalq konfransların təşkili imkanlarını müzakirə ediblər.

ADK imtahan sistemi 1983-1992 illəri arasında beynəlxalq dil test mütəxəssisləri qrupu tərəfindən hazırlanıb. 1999-cu ildən etibarən Beynəlxalq ADK İmtahan Mərkəzi Xarici Dillər Katibliyində, Macarıstanda qurulan ilk universitet olan Peç Universitetinde fəaliyyət göstərir. 

Standartlaşdırmanın birinci mərhələsində müəyyən olunmuş vahid meyarlar əsasında ADK imtahanları ingilis, fransız, alman, macar, italyan, polyak, rumın, bolqar, serb, slovak, rus, ispan, xorvat, çex və ibrani dillərində qəbul edilə bilər.

 

Füzulidə təmas xəttindəki qədim kəhriz bərpa edilir

Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndindəki qədim kəhrizin bərpasına başlanılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev məlumat verib.

"Son bir ildən cox idi ki, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kənd kəhrizini bərpa edə biləcək, kənkan axtarışındaydıq. Bu qədim peşənin daşıyıcıları demək olar ki, bu gun ölkəmizdə qalmayıblar. Biz Naxçıvan da daxil işğal edilmiş raonlarımızla yanaşı bütün bölgələrdə də dostlar vasitəsilə araşdırma aparsaq da, müsbət bir nəticəyə nail olmamışdıq. Bu günlərdə Xocavənd rayonunun icra başçısı, Qarabagın vətənpərvər oğlu Eyvaz Hüseynov zəng edib Agcabədi rayonondan kənkanlıqla məşğul olan Tağı adlı bir nəfərin telefon nömrəsini mənə verdi. Əslən iranlı olduğunu bildirən Tağı dədə-babadan kənkanlıqla məşgul olduqlarini bildirdi və atasının erməni işgalından əvvəl tez-tez Füzuli rayonuna gedərək kəhrizləri təmir etdiklərini xatırladı" - deyən BAMF prezidenti bildirib ki, artıq sentyabrın 7-dən kəhrizin bərpası işlərinə başlayıblar: 

"Bu işlərdə ADA Universiteti və "N" saylı hərbi hissənin əsgərləri də bizə yardım göstərir. Yeri gəlmişkən, kəhrizin bərpasında bizə yardim göstərən hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, Aşağı Əbdurrəhmanlı kəndindəki qədim kəhriz təmas xəttinə yaxın məsafədə yerləşir. Sözügedən kəhriz U.Mirzəyevin təşəbbüsü və dəstəyi ilə bərpa olunur.

 

Beynəlxalq Rotary Klubunun nümayəndələri Umud Mirzəyevlə görüşdülər

Sentyabrın 9-da "Beynəlxalq Rotary Klubu" 2430-cu bölgənin rəhbəri Mehmet Hakan Karaalioğlunun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüblər.

Eurasia Diary məlumat verir ki, Umud Mirzəyev öncə "Beynəlxalq Rotary Klubu"nun nümayəndələrini Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin, dağıdılmış memarlıq abidələrinin, yaşayış binalarının, işğal olunmuş ərazidə ekoloji pozuntuların və güllələnmiş qəbiristanlığın nümayiş olunduğu foto sərgi ilə tanış edib. 

Daha sonra konfrans zalında müzakirələr aparılıb.

 

Umud Mirzəyev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirib ki, BAMF 1992-ci ildə "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə qlobal sülhü, bərabər və davamlı inkişafı dəstəkləyən uzunmüddətli məqsədlə yaradılan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun sözlərinə görə, yarandığı vaxtdan bəri BAMF regional sahədə fəaliyyətini postsovet, Asiya və Avropa ölkələrinə yayıb:

"Təşkilatımız Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici diplomatik missiyalar və beynəlxalq təşkilatlar, hökumət və qeyri-hökumət qurumları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradıb. Təşkilatımız BMT EKOSOC yanında Əsas Məşvərətçi statusunu alıb. Biz müharibədən əziyyət çəkən bölgələrdə yaşayan əhalinin həssas hissəsini, xüsusilə qadın və uşaqların, minadan zərərçəkənlərin, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası, hüquq və imkanlarının genişləndirilməsi, bərabərliyinin təmin edilməsində onları dəstəkləmək məqsədi ilə müxtəlif humanitar, sosial, media və təhsil layihələrinin reallaşdırılması üzərində işləyirik. Hal-hazırda BAMF beş əsas istiqamətdə - Media və Vətəndaş Cəmiyyətinin İnkişafı, Sülhyaratma və münaqişələrin həlli, İcmanın inkişafı, Qaçqınlar və məcburi köçkünlər və Təhsil istiqamətində fəaliyyət göstərir".

"Beynəlxalq Rotary" 2430-cu bölgənin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan üzrə) qubernatoru Mehmet Hakan Karaalioğlu isə öncə səmimi qəbula görə Umud Mirzəyevə öz təşəkkürünü bildirib: "Bu gün Beynəlxalq Rotary 2430-cu bölgə olaraq BAMF-a rəsmi ziyarət etdik. Fonun 1992-ci ildən bu günə kimi həyata keçirdiyi fəaliyyət haqqında eşitdiklərimdən çox şad oldum. Azərbaycana ilk dəfə 1996-cı ildə gəlmişəm. Bakı Aeroportunun bərpa edilməsi zamanı Azərbaycanın keçmiş prezidenti, rəhmətlik Heydər Əliyev ilə müqavilə imzalamışıq. Aeroportun bərpa edilməsi prosesində 2 il müddətində Azərbaycanda olmuşam. Biz Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik. Həm rəhmətlik Heydər Əliyevin, həm də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını görməkdən məmnunluq hiss edirəm. Azərbaycan bütün dünyada seçilən ölkədir. Həm infrastruktur, həm investisiyalar baxımından ölkə böyük nailiyyətlər əldə edib. Azərbaycanın inkişafını görmək məni Türkiyə vətandaşı, "Tək millət, iki dövlət"in bir parçası olaraq çox xoşbəxt edir". 

Hakan Karaalioğlu bildirib ki, "Beynəlxalq Rotary Klubu", dünyada dostluq və xoşniyyətin qurulmasına kömək etmək, bütün peşələrdə yüksək əxlaq standartlarını yaymaq üçün beynəlxalq səviyyədə təşkilatlanmış bir xidmət qurumudur:

 

""Rotary"-nin əsas devizi, “Özündən Əvvəl Xidmət” anlayışıdır. Bu anlayış bütün Rotarianların əsas devizi olub, dünya miqyasında insanları ortaq məqsəd çərçivəsndə bir yerə toplayır. "Rotary" Klubun hər üzvü fərqli bir peşəni təmsil edir. "Rotary"nin təşkilatlanma forması problemlərin həllinə yönələrək düşünülən fikirlərin, cəmiyyətin hər fərdinin qavraya bilməsi və xidmətin cəmiyyətin bütün təbəqələrini əhatə edə bilməsi üçündür. "Rotary" dörd təməl prinsipdən ibarət olmaqla təkilatlanır: Üzvlər arasında dostluğu möhkəmlətmək, Xidmət etmə niyyətini çox yaxından araşdırmaq, Xidmət devizini şəxsi həyatımıza tətbiq etmək, Qarşılıqlı anlayış və beynəlxalq əlaqələri inkişaf etdirmək".

Hakan Karalioğlu qeyd edib ki, "Beynəlxalq Rotary Klubu" da, BAMF-də olduğu kimi "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh", Mustafa Kamal Atatürkün dediyi kimi "Ölkədə Sülh, Cahanda Sülh" şüarına xidmət edir.

 

""Rotary" BMT-də təmsil edilən yeganə ictimai təşkilatdır. Mən, "Rotary" 2430-cu bölgənin qubernatoru olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanda həyata keçirilən fəaliyyətlərə kömək etmək məqsədilə xidmət göstərirəm. İlk səfərimin Azərbaycana olmasına xüsusi diqqət göstərdim. Azərbaycana səfərimiz çərçivəsində ilk növbədə Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, daha sonra, Bakı Türk Şəhidliyini və Mustafa Kamal Atatürkün abidəsini ziyarət etdik", - deyən qonaq BAMF-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

 

U.Mirzəyev də öz növbəsində bildirib ki, hər iki təşkilatın fəaliyyət istiqamətləri, məqsədləri üst-üstə düşür və bu əməkdaşlıq təklifini müsbət dəyərləndirir.

 

Nepal Mətbuat Şurasının sədri BAMF prezidenti ilə görüşüb

Nepal Mətbuat Şurasının sədri Kişor Şresta, həyat yoldaşı Sarasvati Şresta və idarə heyətinin üzvü Qovinda Qaulaqain ilə birlikdə Azərbaycanda səfərdə olub və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev ilə görüşüb. Görüş BAMF-in ofisində keçirilib.

 

Görüş zamanı onlar beynəlxalq və yerli medianın problemləri barədə danışıblar. Eurasia Diary xəbər verir ki, Umud Mirzəyev dünya xəbər mediasında yayılan dezinformasiyanı qınayıb.

BAMF prezidenti qonaqlara Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. O, dinc əhalinin müharibədən və cəbhə bölgəsindəki yaşayışdan necə əziyyət çəkdiyini də vurğulayıb. Umud Mirzəyev məcburi köçkünlərin ailələri və cəbhə bölgəsində yaşayan insanlar üçün BAMF-ın həyata keçirdiyi humanitar layihələrdən danışıb.

 

Qonaqlara, həmçinin BAMF tərəfindən hazırlanmış, ofisin divarlarında qurulmuş stendlər barədə məlumat verilib. Nepallı qonaqlar eşitdiklərindən və stendlərdə gördüklərindən təsirləniblər. Stendlərdə Azərbaycan torpaqlarında erməni vandalizmi nəticəsində kəndlərin və mədəni irsin dağıdılması geniş şəkildə nümayiş edilib.

Xarici qonaqlar belə gözəl və məlumatverici görüşün təşkilinə görə BAMF-a təşəkkürlərini bildiriblər.

 

Boraltan qətliamı barədə film çəkəcək heyət Bakıya gəlib - "Azərbaycanlıların öldürülməsindən təsirlənən türk komandir özünü güllələyir"
Bu gün Bakıda səfərdə olan Türkiyənin Yozgat Bozak Universitetinin texniklər və media bölüm başqanı Batuhan Kalaycının başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb. Görüş BAMF-in ofisində keçirilib.

Eurasia Diary xəbər verir ki, öncə Umud Mirzəyev qonaqlara rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirib ki, BAMF 1992-ci ildə "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə qlobal sülhü, bərabər və davamlı inkişafı dəstəkləyən uzunmüddətli məqsədlə yaradılan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun sözlərinə görə, yarandığı vaxtdan bəri BAMF regional sahədə fəaliyyətini postsovet, Asiya və Avropa ölkələrinə yayıb:

"Təşkilatımız Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici diplomatik missiyalar və beynəlxalq təşkilatlar, hökumət və qeyri-hökumət qurumları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradıb. Təşkilatımız BMT EKOSOC yanında Əsas Məşvərətçi statusunu alıb. Biz müharibədən əziyyət çəkən bölgələrdə yaşayan əhalinin həssas hissəsini, xüsusilə qadın və uşaqların, minadan zərərçəkənlərin, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası, hüquq və imkanlarının genişləndirilməsi, bərabərliyinin təmin edilməsində onları dəstəkləmək məqsədi ilə müxtəlif humanitar, sosial, media və təhsil layihələrinin reallaşdırılması üzərində işləyirik. Hal-hazırda BAMF beş əsas istiqamətdə - Media və Vətəndaş Cəmiyyətinin İnkişafı, Sülhyaratma və münaqişələrin həlli, İcmanın inkişafı, Qaçqınlar və məcburi köçkünlər və Təhsil istiqamətində fəaliyyət göstərir".

BAMF prezidenti qonaqlara Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. O, dinc əhalinin müharibədən və cəbhə bölgəsindəki yaşayışdan necə əziyyət çəkdiyini də vurğulayıb. O, məcburi köçkünlərin ailələri və cəbhə bölgəsində yaşayan insanlar üçün BAMF-ın həyata keçirdiyi humanitar layihələrdən danışıb.

Umud Mirzəyev Türkiyə QHT-lərinin beynəlxalq qurumlarda aktiv rol oynamasının vacibliyini də vurğulayıb: "Təəssüf ki, beynəlxalq təşkilatlarda Türkiyə qeyri-hökumət təşkilatları iştirak etmir. Daha çox ermənilər və PKK tərəfdarı olan kürdlər fəaldırlar. Türkiyə türkləri də bu məsələdə aktiv iştirak etməlidirlər, Türkiyənin, Türk dünyasının mövqeyini müdafiə etməlidirlər".

Batuhan Kalaycı isə Azərbaycana səfərinin məqsədi barədə məlumat verib. O, bildirib ki, Antalya İşıklar İstehsalat Birliyinin dəstəyi ilə 1945-ci ildə baş vermiş “Boraltan” hadisəsi ilə bağlı film çəkmək niyyətindədirlər:

“Bilirsiniz ki, prezidentimiz Rəcəb Tayyib Ərdoğan Boraltan hadisələri barədə məlumat verərək 1945-ci ildə Türk hökumətinin 146 Azərbaycan türkünü sovetlərə təslim etdiyini və onların hamısının elə körpüdəcə güllələndiyini bəyan etdi. Mən o zamandan belə fikrə gəldim ki, bu haqda bir film çəkim. Hətta biz həmin hadisənin şahidi olan 94 yaşlı bir türk əsgərini də tapmışıq. Filmin rejissoru və senaristi olaraq Türkiyədə bir neçə universitetin tarixçi alimləri ilə görüşüb bir sıra məlumatları əldə etmişəm. Biz Azərbaycandan da bu filmin çəkilməsi üçün dəstək almaq istəyirik. Bunun üçün biz "Azərbaycanfilm"in direktor müavini ilə görüşdük, daha sonra Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində müzakirələr apardıq. Qars, İqdır və Naxçıvanda çəkilişlər olacaq və biz istəyirik ki, filmdə azərbaycanlı aktyorlar da rol alsın. Mədəniyyət və İncəsənət Universitetində gənc aktyorlarla bağlı ilkin razılıq əldə etdik. Bundan başqa, biz o dövrün arxivlərini araşdırmaq, yeni məlumatlar almaq istərdik. Azərbaycan tarixçiləri ilə də görüşüb müzakirə aparmaq niyyətindəyik. Filmin ərsəyə gəlməsi və tanıtımı üçün Azərbaycandan dəstək istəyirik”.

Batuhan Kalaycı 1945-ci ildə Boraltanda baş verənlər barədə Türkiyədəki araşdırmaları barədə də ayrıca məlumat verib:

“Bəzi mənbələrə görə o zaman sovet Azərbaycanından Türkiyəyə keçən azərbaycanlıların sayı əslində 600 nəfərdən çox olub. İsmət İnönü hökuməti onların hamısını Stalinə verməyib. Yalnız sonuncu 146 nəfəri SSRİ-yə verməyə qərar verib. Türkiyədə qeyd olunur ki, Stalinin kəskin tələbi olub və Türkiyə hökuməti ölkənin iqtisadi vəziyyətinin çətin olduğunu və sovetlərlə savaşın baş verə biləcəyindən ehtiyat edərək o 146 Azərbaycan türkünü SSRİ-yə təhvil verməyə məcbur olub. Hətta  sərhəddəki Türkiyə əsgərləri onları təhvil verməkdən imtina ediblər. Lakin Ankaradan teleqraf gəlir ki, əgər əmri yerinə yetirməsəz hamınız cəzalandırılacaqsınız. Bundan sonra əsgərlərimiz məcbur qalaraq onları təhvil verirlər. Hətta onların arasında azyaşlı bir qız türk əsgərini qucaqlayıb yalvarır ki, bizi verməyin. Azərbaycanlılar körpüdən keçəndə sovet əsgərləri onları həbs etmək əvəzinə hamısını körpüdəcə güllələyib öldürürlər. Bütün bunlar Türkiyə əsgərlərinin gözü önündə baş verir. Bizim əldə etdiyimiz məlumata görə, Türkiyənin sərhəd komandiri bu dəhşətli səhnəni gördükdən sonra dözməyib özünü güllələyib”.
 

Hər beş gündə bir jurnalist cəmiyyəti məlumatlandırdığı üçün öldürülür" - BAMF prezidenti Umud Mirzəyev 

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı çərçivəsində "Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri" mövzusunda plenar iclas keçirilib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev çıxış edib. Eurasia Diary U.Mirzəyevin çıxışının tam mətnini təqdim edir:

 

"Hörmətli tədbir iştirakçıları, həmkarlar və dostlar, əziz qonaqlar !

Bu mötəbər Forumda müzakirə edilən mövzular medianın və jurnalistikanın ən aktual məsələlərini əhatə edir. Jurnalist fəaliyyəti çox məsuliyyətli olması ilə yanaşı, eyni zamanda ən təhlükəli fəaliyyət sahələrindən biridir. Hər gün yüzlərlə jurnalist, öz həyatlarını təhlükə altına qoyaraq, hücumlara və təqiblərə məruz qalır, qaynar nöqtələrdən reportaj hazırlayır. Kimisi atəşə tutulur, kimisi əsir götürülərək girov saxlanır, kimisi isə şiddət və işgəncələrə məruz qalır və yaxud öldürülür. Müharibə və yaxud münaqişə bölgələrindən məlumatların yayılmasının tarixi qədim dövrlərə aiddir. Herodotun Yunan-İran müharibələrinə dair yazıları qiymətli tarixi mənbə hesab olunur. Bu baş verən hadisələrin şahid ifadələri və sonradan müxtəlif məlumatlar əsasında təsviri idi. Münaqişə və müharibə meydanından məlumatların isti-isti yayılması 1653-cü ildə baş verən holland-ingilis dəniz müharibəsi zamanı  qayıqdan müharibə səhnələrini müşahidə edən rəssam Vilyem van de Vildenin döyüş meydanından hazırlanan eskizləri və qeydləri idi. XIX cu əsrdən Müharibə və münaqişə bölgələrindən hazırlanan yazılar, məlumatlar daha geniş yayılmağa və ictimaiyyəti daha çox maraqlandırmağa başladı. Beləliklə hərbi jurnalistika yarandı. 1854-55 ci illərdə Krım müharibəsini, daha sonra ABŞ-dakı vətəndaş müharibəsini London “Times” da işıqlandıran Uilyam Rassel müasir dövrün ekstremal və hərbi jurnalistikasının ilk nümayəndəsi idi.

Müharibə və münaqişə bölgələrindən məlumatların yayılması 1912-15 ci illlərdə Balkan Müharibələri zamanı aktuallaşmağa başladı. İnformasiya müharibəsi özünün yeni qlobal dövrünə qədəm qoyurdu. 300 dən yuxarı xarici reportyorlar, qəzeticilər, fotoqraflar, Osmanlı və Balkan ölkələri arasında olan müharibələri müxtəlif maraqlardan çıxış edərək işıqlandırırdılar. 20-ci əsrin sonunda O dövrdə dünyanın ən böyük imperiyasının dağılması Qafqazda, Baltikyanı ölkələrdə, Çeçenistanda, Orta Asiyada və bir çox yerlər daxil olmaqla postsovet məkanında çoxsaylı etnik münaqişələrin yaranması ilə müşayiət olunurdu. Bu Qarabağda özünü daha kəskin şəkildə biruzə verirdi. Münaqişələri işıqlandırmaq üçün çətin səfərə çıxan jurnalistlər əsl hədəfə çevrilirdilər.

Qarabağda peşə fəaliyyəti zamanı öldürülən ilk qadın jurnalist Salatın Əsgərova, jurnalistlər Leonid Lazareviç, Valeriy Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və öz yazılarında həqiqəti əks etdirmək və münaqişənin əsl simasını açmaq istəyən bir çox insanlar həlak oldu. Bu hələ son deyildi. Çeçenistanda, Abxaziyada onlarla günahsız jurnalist öz peşəkar vəzifələrini yerinə yetirərkən öldürüldülər. Sintia Elbaum və Viktor Popkov kimi məhşur jurnalistlər Çeçenistanda, George Xanya isə Abxaziyada həlak oldular. Bunlar 80-ci illərin sonu 90-cı illərin əvvəllərində yaranan münaqişələrin ilk qurbanları idi. Daha sonra postsovet məkanındakı münaqişələri işıqlandıran və canlarını tapşıran bir çox jurnalistin adları bu siyahıya əlavə edildi.

YUNESKO-nun məlumatına görə, 1993-cü ildən bəri 1.354 jurnalist qətlə yetirilib. Təkcə 2018-ci ildə “Sərhədsiz Reportyorlar Təşkilatı”nın hesabatına görə, dünyada 80 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. 2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr kimi qeydə alınan ölkələr Əfqanıstan, Suriya, Hindistan, Meksika və Yəmən oldu. Bu gün vəziyyətin heç də yaxşılaşmadığını deyə bilərik. 2019-cu ildə təxminən 35 jurnalist həlak olub.

Müasir dünyamızda 50-dən çox ölkə hərbi münaqişələrə cəlb olunub. Bütün dünyada mövcud və dondurulmuş münaqişələrin sayı, nəzarətsiz və işğal olunmuş ərazilərdə törədilən cinayətlər, beynəlxalq hüquq prinsiplərinin tanınmaması, qeyri-obyektiv məlumatların yayılması, jurnalistikanın əsas prinsiplərinin pozulması, bütün bunlar jurnalistlərin müdafiəsinin təmin edilməsi prosesinə mane olur. Bu gün Mülki əhaliyə qarşı tətbiq olunan Beynəlxalq hüquq və normalar Cenevrə Konvensiyasının 49-cu maddəsinə uyğun olaraq jurnalistlərə də şamil olunur. BMT-nin Baş Assambleyanın 2 noyabr 2013-cü il tarixli "Jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq problemləri" adlı qətnaməsi isə jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün çox vacib sənəd oldu.

Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin təşviqi və onlara hücum edənlərin cəzasız qalmasına qarşı mübarizə YUNESKO-nun bütün media platformalarında mətbuat azadlığını dəstəkləyən əsas elementlərdir. Orta hesabla, hər beş gündə cəmiyyəti məlumatlandırdığı üçün bir jurnalist öldürülür. Media işçilərinə qarşı hücumlar tez-tez münaqişə olmayan vəziyyətlərdə mütəşəkkil cinayətkar dəstələr, təhlükəsizlik işçiləri və hətta yerli polis tərəfindən həyata keçirilir ki, bu da jurnalistləri daha çox müdafiəsiz edir.

Reallıqda təcrübə açıq şəkildə göstərir ki, müharibə şəraitində insan hüquqlarının əsas dəyərləri arxa plana keçir. Ancaq mənim fikrimcə, münaqişələrin gedişində jurnalistlərin beynəlxalq standartlara uyğun qorunması və münaqişə zonalarından obyektiv məlumatların yayılması münaqişələrin həllində zəruri olan beynəlxalq birliyin vahid mövqeyinin olması çox vacibdir.

Bu gün mən sizin qarşınızda təkcə Azərbaycan Mətbuat Şurasının nümayəndəsi kimi deyil, həm də jurnalistlərin təhlükəsizliyi ilə bağlı təlimlərin təşkili, müvafiq ədəbiyyatın hazırlanması və yayılması sahəsində kifayət qədər təcrübəsi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti kimi danışıram. Təşkilatımız 1992-ci ildə ölkəmizin qonşu Ermənistanın təcavüzkar siyasətinə məruz qaldığı bir dövrdə yaradılıb. Həmin dövrdə ki, ərazilərimizin 20 faizi işğal olundu, yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşdü, öldürüldü, işgəncələrə məruz qaldı, Qarabağ və işğal olunmuş ətraf 7 rayonda bütün infrastruktur dağıdlaraq məhv edildi. Biz xarici və yerli jurnalistləri təkcə Azərbaycandakı vəziyyət haqqında deyil, həm də postsovet məkanında obyektiv məlumatların yayılmasında dəstəkləmək üçün hər cür səy göstərdik.

90-cı illərin əvvəllərindən etibarən 100-dən çox xarici jurnalistin qaynar nöqtələrə səfərlərini təşkil etdik. Dəfələrlə atəşə məruz qaldıq və möcüzə nəticəsində sağ qaldıq. Təşkilatımız Azərbaycanın cəbhə xətti ərazilərində humanitar minatəmizləmə əməliyyatlarına qoşulmaqla təhlükəsizlik qaydalarının mənimsənilməsi, ilkin tibbi yardım, texniki standart əməliyyat qaydalarına riayət və.s məsələlərdə ciddi təcrübə toplamışdır. Bizim tərəfimizdən münaqişə vəziyyətində jurnalistika fəaliyyəti üzrə təlimat kitabçası hazırlanıb, tərcümə edilərək yayılıb. Beynəlxalq Sülh İnstitutu və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən hazırlanan “Jurnalistlər Təhlükəli tapşırıqlarda” bu kitablardan biridir. Həmçinin, ayrıca olaraq münaqişə şəraitində davranışla bağlı bir sıra təlimlər və seminarlar təşkil edilib.

Əziz həmkarlar və dostlar!

Jurnalistlərin peşə vəzifələri üçün yaranmış təhlükə, onların həbsi və öldürülməsi dünya mediasının ən ağrılı tərəfidir. Hərbi zonaların öz qanunları var. Bu qanunlar münaqişə tərəfləri və fövqəldövlətlər tərəfindən formalaşır. Digər tərəfdən müasir qloballaşan dünyada, sosial media və rəqəmsal jurnalistika öz müsbət xüsusiyyətləri ilə yanaşı yeni təhlükəli təmayüllərin, qarşıdurmaların tez bir zamanda vüsət almasına şərait yaratmışdır. Bu, jurnalistlərə qarşı yeni təhlükə mənbələrinin yaranması, təhdid və qətllərin motivinin dəyişməsi ilə müşayət olunur. 14 ölkədən olan Mətbuat Şurasının nümayəndələrini bir araya gətirən belə bir mühüm tədbirdə yaranmış fürsətdən istifadə edərək, bütün iştirakçıları qüvvələri birləşdirməyə və jurnalistlərin hüquqlarının qorunması zəruriliyi barədə məlumatlılığı artırmaq, habelə münaqişələr haqqında obyektiv məlumatların yayılması prosesini dəstəkləmək üçün birlikdə çalışmağa, vahid platforma yaratmağa çağırıram.

Fikrimcə obyektiv və qərəzsiz informasiyanın birgə dəstəklənməsi münaqişələrin həlli, təhlükəli tendensiyaların qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması baxımından unkial bir imkandır".

UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb

Sentyabrın 16-da BMT-nin Uşaq Fondunun (UNICEF) ölkə üzrə rəhbəri Edvard Karvardin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə birlikdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşdülər.

Eurasia Diary xəbər verir ki, bir saatdan artıq davam edən görüşdə Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) bu zamana qədər olan fəaliyyəti, uğurları, eləcə də, BAMF və UNICEF-in Goranboy rayonunda bundan sonrakı fəaliyyət imkanları haqqında qarşılıqlı müzakirələr aparılıb. Səfər çərçivəsində qonaqlar Azərbaycan Gənclərinə Dəstək Proqramının Məşvərət Şurası üzvləri üçün Goranboy rayon Gənclər Mərkəzində keçirilən Mina Maarifləndirmə təlimi ilə tanış olaraq, gənclərlə söhbət aparıblar.

Qeyd edək ki, AYAP hal-hazırda UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə BAMF tərəfindən Tərtər, Bərdə və Goranboy rayonlarında həyata keçirilir.

Səfər proqramının tərkib hissəsi olaraq, günün ikinci yarısı UNICEF ölkə üzrə rəhbəri cənab Edvard Karvardin və BAMF prezidenti Umud Mirzəyev hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə birlikdə AYAP modeli, həmçinin, region gənclərinin bacarıqlarının artırılması üçün nəzərdə tutulan yeni ideyalar və yaxın gələcəkdə bu istiqamətdə baş tutacaq real fəaliyyətlər ətrafında müzakirə aparıblar.

 Boraltan faciəsi haqqında film çəkilir - "Məqsədimiz Azərbaycan və Türkiyə arasında ortaq bir yaddaş yaratmaqdır"

Türkiyənin Yozqat Bozok Universitetinin elmi işçisi, universitetin  Radio və Televiziya şöbəsinin rəhbəri rejissor və ssenarist Batuhan Kalaycı ötən həftə Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində BAMF prezidenti Umud Mirzəyevlə görüşüb. Görüş sonrasında B.Kalaycı Azərbaycan və Türkiyənin tarixində silinməz izlər qoyan Boraltan hadisəsi ilə bağlı çəkəcəkləri film haqqında Eurasia Diary-ə eksklüziv açıqlamalar verib.

Filmin rejissoru və ssenaristi olan Kalaycı filmin əsas hissəsinin Türkiyənin Yozqat şəhərində çəkiləcəyini söyləyib və filmin mövzusu haqqında məlumat verib:

“Filmin əsas hissələri Yozqatda çəkiləcək. Filmin adı məşhur Boraltan hadisəsindən götürülüb. Bildiyiniz kimi Boraltan hadisəsi 1945-ci ildə baş verib. Boraltan körpüsündə Türkiyəyə sığınan əslən Azərbaycan türkü olan 145 nəfər Sovet hökumətinə təlvil verilib və yerindəcə güllələnib. Bizim çəkdiyimiz filim də bu hadisənin işıqlandırılması missiyasını həyata keçirir”.

B.Kalaycı filmin çəkilməsindəki məqsədləri belə izah edib:

“Məqsədimiz Azərbaycan və Türkiyə arasında ortaq bir yaddaş yaratmaqdır. Hər iki xalqın tarixi ilə bağlı olan bir hadisənin təfərrüatlarını vətəndaşlara çatdırmaq üçün belə bir layihə hazırlamışıq. Çünki vacib bir mövzudur. Bu mövzuyla bağlı demək olar ki, film çəkilməyib. Yalnız 1975-ci ildə Türkiyədə çəkilmiş bir filim var, o da dövrün şərtləri ilə də bağlı olaraq aşağı büdcələrlə çəkilmiş filmdir. Biz daha əhatəli bir film çəkmək istəyirik. Hədəfimiz iki xalqın tarixi haqqında sənəd kimi göstərilə biləcək bir film çəkməkdir”.

Kalaycı həmçinin filmin layihəsinə böyük dəstək verildiyini bildirib:

“Filmi çəkməyə qərar verdiyimizdə “Antaliya Işıklar Pradakşın Şirkəti” ilə razılaşdıq. Onlar bu filmin layihəsinə böyük diqqət göstərdilər. Şirkətin rəhbəri Hikmət Gülbahar və Fatma Işıklar filmin əsas sponsorları oldular. Türkiyədən filmin layihəsinə bir çox yerlərdən müsbət reaksiyalar gəlib. Qazi, Akdeniz, Hacettepe, İstanbul kimi Türkiyənin köklü universitetləri ilə əlaqədəyik. Bu universitetlərdə çalışan bəzi müəllimlər filmə rəsmi məsləhətçilik edir.  Azərbaycandan da filmə müsbət reaksiyalar gəlib. İki gün ərzində bir çox rəsmilərlə, o cümlədən, BDU jurnalistika dekanı Vüqar bəylə görüşdük. O, bizə filmin Azərbaycan ərazisində çəkiləcək hissələri üçün maddi-texniki yardım edəcəyi sözünü verdi”.

Kalaycı filmin Azərbaycan və Türkiyənin ortaq layihəsi olaraq təqdim etmək niyyətində olduqlarını qeyd edib:

“Boraltan filmi sənədli film olmayacaq. Böyük bütcəli, analoqu olmayan bir film çəkmək istəyirik. Hər şeyi hazırlamışıq. Məqsəd pul qazanmaq deyil, məqsəd tariximizi insanlara nümayiş etdirməkdir. Azərbaycan dövlətindən, Mədəniyyət Nazirliyindən dəstək gözləyirik. Bu filmin iki ölkənin ortaq işi olaraq təqdim etmək istəyirik. Filmin uğurlu olması üçün hər iki hökumətin dəstəyi zəruridir.

“Antalyada ilkin aktyor seçimlərini etdik, azərbaycanlı aktyorların da filmdə çəkilməsini istəyirik. Burada da aktyor seçimlərimiz olacaq. 2020-nin sonlarına qədər filmin tamamlanacağını planlaşdırırıq” – deyə Kalaycı əlavə edib.

 

BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev BMT İnsan Hüquqları Şurasının 42-ci sessiyası çərçivəsində Cenevrədə müxtəlif görüşlər keçirib.

Eurasia Diary xəbər verir ki, İnsan Hüquqları üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Blerim Mustafa ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Azərbaycan ərazilərinin işğalı nəticəsində haqqları pozulmuş məcburi köçkünlərin hüquqlarının bərpasının beynəlxalq ictimaiyyətin diqqətinə gətirilməsi məsələləri müzakirə edilib.

U.Mirzəyev Qlobal Su Təhlükəsizliyi İnstitutunun direktoru Dr. Nidal Salimlə və BMT-nin sabiq məruzəçisi Osman əl Həcclə görüşüb. Görüş zamanı Afrikanın bir sıra nəzarətsiz ərazilərində olduğu kimi işğal olunmuş Qarabağ ərazisinin qanunsuz talanması, təbii resursların bir qrup cinayətkar tərəfindən mənimsənilməsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə mövzusu olub. Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının İnsan Hüquqları Şurasının mexanizmləri vasitəsi ilə təsbit edilməsi, beynəlxalq hüuququn norma və prinsipləri haqda ətraflı fikir mübadiləsi aparılıb. Yanvar ayından etibarən Osman Əl Həccin BAMF-in Cenevrə nümayəndəsi kimi fəaliyyətinə dair razılıq əldə edilib.  

Umud Mirzəyev BMT-nin insan haqqlarının müdafiəsi ilə bağlı sabiq həmməruzəçi, BMT-nin öz nüfuzu ilə seçilən müstəqil ekspertlərindən biri, xalqların öz müqəddəratını müəyyən etməsi üzrə beynəlxalq ekspert Alfred Mourisiya De Zayasla müzakirələr aparıb. U.Mirzəyev xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı mübahisəli fikirləri ilə tanınan De Zayası məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq, Qarabağ haqda həqiqətləri öz gözləri ilə görmək üçün Azərbaycana dəvət edib. BAMF-in vitse prezidenti Ramil Əzizov da görüşlərdə yaxından iştirak edib.   Səfər çərçivəsində U.Mirzəyev Azərbaycanın Cenevrədəki missiyasının nümayəndələri ilə görüşüb, missiyanın vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyi yüksək dəyərləndirdiyini bildirib, beynəlxalq auditoriyada birgə fəaliyyət perspektivlərinin zəruri olduğunu bildirib. 

Qeyd edək ki, BAMF prezidentinin İnsan Hüquqları Şurasının 42-ci sessiyasında Azərbaycanın işğal altındakı torpaqlarından zorla qovulmuş məcburi köçkünlərin hüquqlarına dair çıxışı gözlənilir. Bununla bağlı BAMF-in bəyanatı BMT İnsan Hüquqları Şurasının rəsmi səhifəsində dərc edilib. 

 

 

 

 

Maliyyə texnologiyalarının təşviqi ilə bağlı konfransın təşkilatçıları BAMF-in ofisində olublar

İspaniyanın UNIR - La Rioja Beynəlxalq Universitetinin Strateji İdarəetmə üzrə professoru, Dr. Salvatore Moccia, Paris Universitetinin siyasi elmlər üzrə professoru, Dr. Selin Şenocak və təsviri sənət üzrə müstəqil ekspert Filiz Düpon Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib.

Eurasia Diary xəbər verir ki, görüşdə BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina və BAMF tərəfindən təsis edilmiş beynəlxalq analitik informasiya portalı olan Eurasia Diary-nin baş redaktoru Aqil Aslan iştirak ediblər.

A.Lavrina qonaqları salamlayıb və təşkilatın fəaliyyətinin əsas istiqamətləri barədə danışıb. O, həmçinin qonaqlara yerli və xarici tərəfdaşlar, o cümlədən xarici diplomatik nümayəndəliklər və BMT qurumları ilə birgə həyata keçirilən bir sıra sosial-iqtisadi və humanitar layihələr haqqında məlumat verib.

Aqil Aslan isə qonaqlara Eurasia Diary-nin fəaliyyəti barədə məlumat verib. Baş redaktor bildirib ki, Eurasia Diary, BAMF-in təşəbbüsü ilə mövcud münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların yayılması və sülh ideyasının təşviqi üçün təsis edilib.

Salvatore Moccia, Azərbaycana səfərinin məqsədinin maliyyə sektorlarında texnoloji yenilikləri təbliğ etmək olduğunu söyləyib. Müasir dövrdə dünyanı texnologiyasız təsəvvür etmək olmur və o bir çox sektorlarda, eləcə də maliyyə sektorunda istifadə olunur.

S. Moccia, maliyyə texnologiyalarından istifadənin üstünlüklərini izah etmək üçün Azərbaycanda bir sıra konfranslarda iştirak etməyi planlaşdırır.

 

"Azərbaycan maliyyə texnologiyalarını tətbiq etmək üçün böyük imkana malikdir. Enerji sənayesinin mövcudluğu, iş adamları və istehlakçılar üçün maliyyə əməliyyatlarını asanlaşdıracaq maliyyə texnologiyalarının qurulmasına kömək edəcək. İnanıram ki, təşkil etdiyimiz bu konfranslar Azərbaycanda bu texnologiyanı təşviq etməyə böyük təsir göstərəcək. Çünki bu təşəbbüslərlə digər ölkələrdə çıxış edərək müsbət nəticələr əldə etmişik. Bu maliyyə baxımından bahalı bir platforma deyil, ancaq rahat həyatı təmin etmək üçün çox faydalıdır", - Dr. Moccia deyib.

Selin Şenocak Azərbaycanın Avrasiyada iqtisadiyyatın inkişafında mühüm rol oynadığını və bu konfransların çox faydalı ola biləcəyini vurğulayıb.

 

"Azərbaycan Avrasiyada maliyyə texnologiyasında lider rolunu oynaya bilər", - deyə Selin Şenocak bildirib.

 

 BAMF prezidenti Cenevrədə qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanat verib

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 42-ci növbəti sessiyasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bəyanatı yayılıb.

BAMF prezidenti Umud Mirzəyev bəyanatda Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin hüquqlarının BMT İnsan Hüquqları Şurası tərəfindən təsbit olunmadığını bildirib. O, insan hüquqlarının qorunması mexanizmlərinin qaçqın və məcburi köçkünlərin hüquqlarına şamil olunmadığını və bunun təcavüzkar dövlətin mövqeyini gücləndirdiyini bəyan edib.  

Eurasia Diary BAMF prezidentinin bəyanatının tam mətnini təqdim edir:

 

Hörmətli Cənab katib, xanımlar və cənablar!

Azərbaycan son 27 ildə bir milyon 200 mindən çox qaçqın və məcburi köçkünün hüquqlarının haqsız olaraq məhəl qoyulmadığı və insan hüquqlarına dair mövcud mexanizmlər çərçivəsində nəzərə alınmadığı bir vəziyyətlə üzləşib.

Qonşu Ermənistan tərəfindən Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi nəticəsində insanların zor gücünə öz doğma yurd yuvalarından didərgin düşməsinə gətirib çıxarıb. İndiyə qədər bu insanlar doğma torpaqlarına qayıda bilmirlər. Artıq ikinci bir nəsil məcburi köçkün status ilə yaşamaq məcburiyyəti ilə üzləşib.

Bu, Ermənistanın beynəlxalq hüququn bütün prinsiplərinə və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymamasının nəticəsidir. 

Bu gün sizinlə müzakirə etdiyimiz insan hüquqlarının qorunması mexanizmləri qaçqın və məcburi köçkünlərin hüquqlarından yan keçir və bu da indiki halda təcavüzkar olan Ermənistanın mövqeyini gücləndirir. İnsanların öz doğma torpaqlarına qayıtmaq hüquqlarını dəstəkləmək və təcavüzkara təzyiq göstərmək həqiqətən mümkünsüzdürmü?

Biz BMT-nin İnsan Hüquqları Şurasını zəruri mexanizmləri işə salmaqla təcavüzkara lazımi təzyiq göstərməyə və hüquqları ciddi şəkildə pozulanları müdafiə etməyə çağırırıq. Anlayışa görə sağolun!

 

Kür-Xəzər Xeyriyyə" təşkilatı parça torbaların təbliğatına başlayıb

Kür-Xəzər Xeyriyyə” İctimai Birliyinin sədri Akif Kərimov bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub, Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

Eurasia Diary xəbər verir ki, A.Kərimov BAMF prezidentinə rəhbərlik etdiyi təşkilatın yeni layihəsi barədə məlumat verib.

O, bildirib ki, qlobal istiləşmə, ekologiyanın pozulmasını tənzimləmək üçün Avropada, bütün dünyada işlər gedir.

"O cümlədən bizim Azərbaycanda da bu işlər davam edir. Bilirsiniz ki, Prezident İlham Əliyev bu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” barədə sərəncam imzalayıb. Bizim məqsədimiz də sərəncamdan irəli gələrək, plastik kütlələrin və qabların aradan qaldırılması, yerində kağız və parçadan, pambıq parçalardan ibarət torbaların tikilməsi üzrə təbliğatın və təşviqatın aparılmasıdır. Biz buna görə də lahiyəmizi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasına təqdim etdik və bizim lahiyəmiz keçdi. Layihə çərçivəsində hazırladığımız parça torbaları bütün idarə və müəssisələrə, nazirliklərə təqdim edirik. Üzümüzü xalqa tuturuq ki, salafan torbalar xəstəlik törədir, hətta ekologiyanı pozur. Ətrafa dağılan o torbalar heç vaxt torpaqda həll olunmur. Amma bu pambıq torbalar həll olur və gübrə kimi də istifadə  olunur. Hətta praktiklarda da var ki, dənizdə balinanın başına böyük plastik torba keçib və boğulub. Digər heyvanlar onu yeyərkən həmin salafan mədələrinə düşür və ölürlər. Açıb görürlər ki, həmin salafan torbalardır ki, yeyib və məhv olublar. Bunun qarşısını almaq üçün Azərbaycan vətəndaşları, hər bir cəmiyyətin üzvləri bilməlidirlər ki, plastik torbalardan istifadəni azaltmaq lazımdır və bu torbaları aradan çıxarmaq lazımdır. Bu səbəbdən də biz bu lahiyəni həyata keçirdik. 

Yaxşı olardı ki, bizim biznesmenlər, iş adamları münasib qiymətlərə parçadan torbalar təşkil etsinlər və təbliğ etsinlər. Bunlardan istifadə etsinlər, bizim təbiəti qorusunlar. Hər birimizin məqsədi təbiəti qorumaqdır".

BAMF prezidenti Umud Mirzəyev isə “Kür-Xəzər Xeyriyyə” İctimai Birliyinin sözügedən layihəsini təqdir edərək, ekologiyanın qorunması naminə digər ölkələrdə olduğu kimi Azərbaycanda da plastik torbalardan istifadənin tədricən aradan qaldırılmasının vacibliyini vurğulayıb.  

Sonda A.Kərimov layihə çərçivəsində hazırladıqları pambıq parçadan ibarət torbanı U.Mirzəyevə təqdim edib.

Xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şəhid ailələri, qaçqın və məcburi köçkünlərlə işləyən vətəndaş cəmiyyəti qurumları, icma nümayəndələrinin iştirakı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri (QMƏVŞA) İctimai Birliyinin baş ofisində ictimai müzakirələr keçirilib.

Eurasia Diary xəbər verir ki, müzakirələrdə ƏƏSM nazirliyi yanında Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Mirzəyev, bir sıra nazirliklərdə və hökumət qurumlarında təmsil olunana ictimai şura sədrləri və üzvlər, ekspertlər də iştirak edib.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən qeyri hökumət təşkilatlarının fikirləri dinlənilib, təkliflər səsləndirilib. Tədbiri giriş sözü ilə açan ƏƏSM nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev layihənin məqsədi və gözləntilər haqda məlumat verib, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri sosial islahatların əhəmiyyətindən söz açıb. O, insanların hüquqlarının bilməməsi səbəbindən meydana çıxan haqlı və ya haqsız vətəndaş narazılığından söz açıb və bu baxımdan vətəndaş iştirakçılığının, maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb.

Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də xüsusi qayğıya ehtiyacı olan şəxslərin problemlərinin həlli məsələlərində şəffaflığın və əlçatanlığın təmin olunması üçün yaradılan yeni xidmətlərin, günərzi mərkəzlərinin gördüyü işlərin vacibliyinə toxunub. O, həssas qrupların və xüsusi qayğıya ehtiyacı olanlarla işlərin gücləndirilməsi üçün bu kateqoriya insanların vacib hesab olunan məsələlərinin növbəti ilin büdcəsində nəzərə alınmasının  əhəmiyyətinə toxunub, günərzi mərkəzlərinin ölkəmiqyasında yayılmasının vacibliyini qeyd edib.

Ümid” Sosial Humanitar təşkilatının sədri İsrail İsgəndərov təhsil sahəsində xüsusi qayğıya ehtiyacı olanların 4 kateqoriya üzrə təhsil haqqlarından azad olunduğunu və bu ildən əlilliyi olan şəxslərin də bura əlavə edildiyini bildirib.

“Çernöbıl Əlilləri” İB-nin sədri Mirhəsən Həsənov, “Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev,  “Əfqanıstan Veteranları” İB-nin sədri Məhəmməd Vəliyev də həssas qrupların ən ağır şəraitdə yaşayanlarının növbədənkənar mənzillərlə təmin olunması, pensiya məsələləri zamanı müvafiq həddin  müharibə veteranlarına da şamil olunması və.s təklif edib.

“Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İB –nin sədri Radə Abbas təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların su, qaz təhcizatı zamanı müvafiq limitlərdən yararlanmasının zəruriliyini, “Erməni Təcavüzünün Tanıdılması” İB-nin sədri Səriyyə Müslümqızı isə təmas xətti ərazilərdə məskunlaşan insanlarımıza qayğının artırılması, məmur vətəndaş münasibətlərinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıb.

“Sağlam Inkisaf və Maarifləndirmə” İB-nin sədri ümumiyyətlə bələdiyyələrin də yerlərdə maarifləndirmə işlərinə cəlb olunmasından söz açıb, layihənin maarifləndirici əhəmiyyətinə toxunub. Qeyd edilənlərlə yanaşı tədbirdə milli qəhrəmanların ailə üzvlərinə xüsusi güzəştlərin tətbiq edilməsi, sağlamlıq və bərpa məsələləri, sağlamlıq imkanları məhdud şəxslərin, müharibə əlillərin həkim ekspert komissiyası tərəfindən müvafiq sənədlə təmin edilməsi sahəsində yaranan şətinliklərlə bağlı və müzakirələrin onlayn aparılmasına dair təkliflər səsləndirilib.

Sonda BAMF-ın prezidenti Umud Mirzəyev qeyd olunan təkliflərin, tövsiyyələrin layihə çərçivəsində nəzərdə tutulan ekspertlər vasitəsi ilə çeşidlənərək müvafiq qurumlara təqdim ediləcəyini və vətəndaşların ərizə müraciətlərinin sosial əlaqələndirici vasitəsiylə diqqətə çatdırılacağını bildirib.

Qeyd edək ki, layihə sentyabr ayından başlayıb və əsasən ƏƏSM nazirliyi yanında İctimai Şuranın işçi qruplarının fəaliyyət komponentlərini əhatə edir. Şəhid ailəsi, qaçqın və məcburi köçkünlərlə bağlı işçi qrupun növbəti tədbirinin Bərdə rayonunda keçirilməsi nəzərdə tutulub. 

 

 

Səbailin icra başçısı BAMF-da "Mənim Kəndim, Mənim Vətənim" adlı stendlə tanış olub

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub.

Eurasia Diary-nin verdiyi xəbərə görə, O, BAMF-ın "Mənim Kəndim, Mənim Vətənim" layihəsi çərçivəsində işğal olunmuş ərazilərdəki vəziyyəti əks etdirən şəkil-posterlərlə tanış olub.

BAMF prezidenti Umud Mirzəyev işğal altındakı ərazilərdə yaranmış acınacaqlı ekoloji vəziyyəti, dağıdılmış mədəni-dini abidələri, viran edilmiş evləri, sosial infrastrukturu nümayiş etdirmək üçün hazırlanan şəkil-posterlər haqda məlumatlar verib. O, işğal altında olduğu müddətdə erməni hərbi birləşmələri tərəfindən viran edilmiş Aşağı Əbdürrəhmanlı kəndi və böyüyüb boya-başa çatdığı evinin dağılmış indiki durumunun timsalında Qarabağda məhv edilmiş sivilizasiya haqda məlumatlar sərgiləyib. Umud Mirzəyev Səbail Rayon İcra Hakimiyyəti ilə birgə müxtəlif sərgilərin, təqdimatların, nəşrlərin və sosial layihələrin keçirilməsi haqda danışıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov BAMF-ın gördüyü işlərin əhəmiyyətinə toxunub. Birgə sosial layihələrin icra edilməsi, nəşrlərin hazırlanması istiqamətində mümkün əməkdaşlıq perespektivlərindən söz açıb. 

 

Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən istehsal edilmiş “Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib.

Eurasia Diary xəbər verir ki, Azərbaycan və ingilis dillərində hazırlanan film, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin, kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edillməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatların dünyaya çatdırmaq məqsədi daşıyır. Tədbirdə millət vəkilləri, media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti layihə haqda məlumat verib. O, işğal altındakı ərazilərimizdəki vəziyyəti dünyaya çatdırmağın əhəmiyyətindən danışıb. Bu məqsədlə çəkilən filmlərin önəmli olduğunu qeyd edib. Umud Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətəndaşımızın maarifləndirmə aparmasının zəruri olduğunu bildirib. “Son 10 ildə Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam, və.s ölkələri təmsil edən 100-lərlə media nümayəndəsini, vətəndaş cəmiyyəti təmsilçilərini işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər, güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900 dən yuxarı yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, oblardakı evlərin yalnız iziləri qalmaqdadır ”.  

Umud Mirzəyev son aylar BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT-İnsan Haqqları Şurasında 5 dildə dərc edildiyini bildirib. O, “Güllələnmiş Məzarlıq” sosial filminin Cenevrədə İnsan Haqqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı namayiş olunduğunu qeyd edib.  Nobel Sülh Mükafatını qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən “Avrasiyada Təhlükəsizlik” adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən “Güllələnmiş Məzarlıq” filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının gərəkliliyini söyləyib. Bu işdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyin əhəmiyyətindən söz açıb. Tədbir millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirələri ilə davam etdirilib.   

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Yunus Oğuz, Prezident Admnistrasiyasından Vüqar Səlimov, QHT- lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Fərasət Qurbanov, BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, qazilər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdilər.

 

Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov  bildirdi ki, ermənilər Azərbaycan ərazilərini işğal edərkən orada olan  maddi -mədəni abidələri vandalcasına dağıdıblar və bu abidələrin əksəriyyətinin onlara məxsus olması haqqında beynəlxalq aləmdə fikir yaratmağa çalışırlar: "Təəssüfləndirici haldır ki, ermənilər Azərbaycanın işğal altındakı tarixi ərazilərində beynəlxalq ekspertləri cəlb edərək qazıntı işləri aparırlar. Çox zaman bunu öz mətbuatlarında yayımlayırlar. Orada hər hansı tarixi tapıntı əldə edəndə onun özlərinə məxsus olduqlarını bildirirlər. İşğal altında olan muzeylərimizdəki tarixi əşyalarımızı öz tarixləri kimi dünyada təqdim edirlər. Sirr deyil ki, silahlı münaqişələr zamanı onlar işğal olunmuş ərazilərdə tarixi abidələrimizə odlu silahla atəş açmışdılar. Bizim torpaqlarımız müvəqqəti işğal altındadır. Biz fəaliyyətimiz zamanı onların bu vəhşiliklərini xarici dillərə tərcümə edib, beynəlxalq kitabxanalara göndəririk. Bizlər bu cür təbliğatla ermənilərin tarixi saxtalaşdırmaq məqsədlərinin qarşısını ala bilərik."

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov  bildirdi ki, bu film bir daha sübut edir ki, bizim mübarizə əzmimiz davam edir.Qarabağın hər guşəsində, hər qarışında bu cür dağıdılmış evlər, məzarlıqlar, tarixi yerlər çoxdur. Bu erməni xalqının mahiyyətini ifadə edir. Onların mədəniyyəti göz qarşısındadır. Onlar terror, insanları qətlə yetirmək, tarixi abidələri məhv etməyi ilə nədən ibarət olduqlarını bildirir. Təəssüf ki, bizim belə qonşumuz var. Azərbaycan bu xalqın cavabını qısa zamanda verəcək. Bu gün ölkədə fəaliyyət göstərən  QHT-lər Qarabağ problemi ilə bağlı layihələr təqdim edir. Film bir kəndin ətrafında bütün Qarabağdakı vəziyyəti çox gözəl göstərib.  

Millət vəkili Qənirə Paşayeva bildirdi ki, biz bu filmdə bir milyondan çox insanın acısını görə bilirik. Bu acıları paylaşırıq. Orada dağıdılan evlər bizim evlərimizdi, dağıdılan məzarlıqlar bizim məzarlığımızdır, tarixi abidələr bizim tariximizdir. Harada doğulub, yaşamasından asılı olmayaraq işğal olunmuş ərazilər bizim hamımızın torpağıdı, vətənidir. Umud bəy mütəmadi olaraq xaricdən gələn jurnalistləri, qonaqları tez-tez ora aparıb hadisə ilə onları yerində tanış edir. Bu çox önəmli məsələdi. Eşitmək və görmək fərqli anlayışdır.Görmək erməni cinayətkarlığını əyani göstərməkdir. Qəbirstanlıqlar, məzarlıqlar sadəcə əzizlərimizin uyuduqları yer deyil. Və ermənilər bunu planlı şəkildə dağıdırlar. Ora bizim tarixi yaddaşımızdır. Orada neçə yüz illiklərin tarixi uyuyur. Ali baş komandanımızın rəhbərliyi altında, onun yanında olaraq torpaqlarımızn azad edilməsi üçün çox çalışmalıyıq. Hər kəs öz yerində nələr edə bilərsə və edirsə bu artıq bizim qələbəmizdir. Buradakı insanların hamısı bu vəziyyəti bilir. Amma filmin ingilis dilinə tərcümə olunması, beynəlxalq təşkilatlarda, auditoriyada nümayiş olunması bizim haqq səsimizin dünyaya çatdırılması deməkdir.

Tədbirdə çıxış edən Cahangir Məmmədli bildirdi ki, 10 dəqiqəlik filmdə biz illərlə ermənilərin Azərbaycan mədəniyyətinə  qarşı göstərdiyi  vəhşi münasibəti görürük: "Bu gün təkcə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi belə deyil. Bu gün ermənilər Qarabağın hər yerində  bu cür vəhşiliklər ediblər. Yaxın zamanlarda Ali baş komandamızın rəhbərliyi altında öz doğma torpaqlarımıza qələbə yürüşü edəcəyimiz gün uzaqda deyil."

Tarixi əsərlər müəllifi Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, ən böyük işlər ən xırda işlərdən başlayır.: "Ən xırda işə diqqət etsək, böyük uğurlarımız olacaq. Bu film xırda iş deyil. Azərbaycan və Qarabağ tarixi və həqiqətlərinin dünyaya çatdırılması üçün görülən böyük işlərdən biridi."

Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, qəbir mədəniyyəti dünyanın ən qədim tarixi mədəniyyətidir. Bunu beynəlxalq ictimaiyyət də qəbul edir və qəbirlərin vəhçicəsinə dağıdılmasını düzgün hesab etmir. Qədim bir qəbirlə bütöv bir millətin tarixini yazmaq mümkündür. Təbii ki, ermənilər bunu da məqsədsiz etmirlər. Onlar işğal altındakı ərazilərdə olan məzarlıqları məhv etməklə Azərbaycan tarxini, mədəniyyətini məhv eləmək istəyirlər. Təəssüf ki, bu gün Qarabağda Alban kilsələri, abidələri məhv edilir, dağıdılır. Biz beynəlxalq aləmin diqqətini bu məsələlərə yönəltməliyik.

Tədbirdə çıxış edən israilli politoloq Arye Qut qeyd edib ki, bu cür filmlərin çəkilməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Bu filmin ərsəyə gəlməsində xidmətləri olan hərkəsə, başda Umud Mirzəyev olmaqla təşəkkür edirik. Belə filmlər Azərbaycan xalqına qarşı tətbiq edilən erməni vandalizmini dünyaya nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Belə hesab edirəm ki, Azərbaycanın diaspora ilə məşğul olan və ya ölkə xaricində fəaliyyət göstərən qurumları bu və buna bənzər filmlərin müxtəlif ölkələrdə nümayiş etdirməlidirlər".

 BAMF-da “Əsrin Müqaviləsi və Gələcəyə baxış” adlı maarifləndirici konfrans keçirilib

4 oktyabr 2019-сu il tarixində Azərbaycan Gənclik Platforması’nın və “Suraxanı Gənclər Evi”nin birgə təşkilatçılığı  və Beynəlxalq Avrasiya Mətbuat Fondunun  dəstəyi ilə“Əsrin Müqaviləsi və Gələcəyə baxış” adlı maarifləndirici konfrans keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbirin əsas təşkilatçılarından biri olan Fariz Vəliyev konfransın məqsədi ilə bağlı bildirmişdir ki, tədbiri keçirməkdə əsas məqsədimiz, “Əsrin Müqavləsi”nin iqtisadi zərurətlərini, layihənin icrası və onun yaratdığı əməkdaşlıq potensialının imkanlarını gənc nəsilə çatdırmaqdır”.

Tədbirdə qonaq qismində çıxış edən gənclər çıxış edərkən əsas müzakirə mövzuları növbətilərdən ibarət olub: 

20 sentyabr 1994-cü ildə Bakının Gülüstan sarayında “Əsrin müqaviləsi” kimi tarixi ad almış regionun unikal neft müqaviləsinin imzalanması prosesi və müqavilə tərəflərinin mövqeyi və müqavilədəki payı;

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq, Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi haqqında; Hasil olunan neftin pay şəklində bölüşdürülməsi ilə Azərbaycanın neft sahəsində yeni erasının başlanması təhlil olunub.

Elmi Araşdırmalar İctimai Birliyinin Sədri Qasımov Telman, “Suraxanı Gənclər Evi”nin nümayəndəsi Yaqubov Kamil, Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Sədri Anar Sarıyev, Sosioloq Səfərova Zəminə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı, Avrasiya Təhsi Mərkəzinin nümayəndəsi Qasımbəyova Esmira, İtv-nin nümayəndəsi Şahova Zümrüd ,“Binəqədi Gənclər Evi”nin nümayəndəsi, Azərbaycan  Dövlət İqtisad Universitetı, Bakı Dövlət Universiteti, QHT sədrləri  və bir sıra digər qonaqlar böyük həvəslə iştirak etmişdir.

 

Atəşkəs” filmi "Türk Dünyası mükafatı"na layiq görülüb

Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun birgə istehsalı olan "Atəşkəs" filmi 4-cü Türk Dünyası Belgesel Film Festivalının qalibi olub.

Eurasia Diary xəbər verir ki, Festival "9 ölkə, 9 şəhər, bir festival" sloqanı ilə hər il türk dünyası ölkələri arasında keçirilir. Builki 4-cü Türk Dünyası Belgesel Film Festivalında 172 sənədli film iştirak edib. Türk Dünyası Qazetecilər Dərnəyinin baş ofisində keçirilən dəyərləndirmə zamanı münsiflərin yekdil qərarı ilə final mərhələsinə keçən "Atəşkəs" filmi festivalın qalibləri sırasında yer alıb.  Festivalın mükafatı Macar Turan Fondunun rəhbəri Qabor Szabo adına Fondun İcraçı direktoru Varga Zoltana və Ahmed Barışcıla təqdim edilib.  Bu barədə Ahmed Barışcıl öz Facebook səhifəsində məlumat verib. O, bu mükafata layiq görüldüklərindən qürur duyduğunu ifadə edib və BAMF-ın prezidenti, bu əsərin gizli qəhrəmanı Umud Mirzəyevə təşəkkür etməyi özünə borc bildiyini ifadə edib.    

Filmin mükafatlandırma mərasimində çıxış edən Varga Zoltan “Macar xalqı, Avropanın qəlbində dövlət meydana gətirən və min illərdir orada varlığını sürdürən Turani bir millətdir. Bizlər Avropanın qəlbində turan xalqları üçün çalışırıq. Bu filmi hazırlamağımızda əsas məqsədimiz də Azərbaycanın Qarabağ münaqişəsinin Avropaya daha müfəssəl anlatmaqdır”, - deyə bildirib. 

Daha sonra çıxış edən Əhməd Barışcıl "Qarabağ təkrar türk torpağı olana qədər, sənət çalışmalarımız heç durmadan davam edəcəkdir" deyə qeyd edib. Mükafatlandırma mərasimi TRT və bir çox kanallar vasitəsi ilə canlı yayımlanıb. Qalib filmlərin türk dünyasının hər bir ucqar bölgəsində işıqlandırılması nəzərdə tutulub.

Umud Mirzəyev BAMF-ın Macar Turan Fondu ilə birlikdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə istehsal etdiyi Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs”  filminin ərsəyə gəlməsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənovun və Millət vəkili Azay Quliyevin, eləcə də Macar Turan Fondunun rəhbəri Andras Biroya, o cümlədən çəkilişdə əməyi olan hər kəsə təşəkkür etdiyini bildirib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal olunan “Atəşkəs” sənədli filmi ilk dəfə 2014-cü ilin fevralın 17-də Nizami Kino Mərkəzində, 09 dekabr 2015-ci il tarixdə isə Macarıstanın məşhur Uraniya kino salonunda nümayiş etdirilib

 

Ölkədəki islahatlar qarşısıalınmazdır" - BAMF prezidenti Umud Mirzəyev

Xəbər verdiyimiz kimi, 15 oktyabr 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Dövlət başçısı müşavirədə ölkədə keçirilən islahatlar, ictimai-iqtisadi durum barədə geniş açıqlamalar verib.

Mövzu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Mətbuat Şurasının (MŞ) sədr muavini Umud Mirzəyev öz fikirlərini Eurasia Diary ilə bölüşüb:

“15 oktyabr tarixində keçirilən iqtisadi müşavirə prezidentin son dərəcədə ciddi mesajları ilə yadda qaldı. Ölkə başçısının bu mesajlarla dolu nitqi bəzi dövlət məmurları üçün sonuncu xəbərdarlıq kimi qəbul edilə bilər. Həmçinin, prezident çıxışında ölkədə hər şeyə rəğmən yenilənmə və köklü islahatların həyata keçirilməsi prosesinin davam etdiriləcəyini qeyd edib. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar doğrudan da qarşısıalınmazdır. Sözügedən müşavirədə cənab İlham Əliyevin verdiyi mesajlar, açıqlamalar bir daha ölkə başçısının illərdir uğurla həyata keçirdiyi gənclər siyasətinin bəzi aspektlərini ön plana çıxardı. Belə ki, prezident kadr islahatında gənclərin xüsusi yerinin olduğunu haqlı olaraq bir daha qeyd etdi.

Cənab prezident hər zaman olduğu kimi, bu dəfə də mətbuatın ölkə siyasətindəki vacib rolunu vurğuladı. Dövlətin uğurlarına çamur atmağa çalışan, müxtəlif məmurların əlində oyuncağa çevrilən, bəzi “mətbuat orqanları”nın fəaliyyəti sirr deyil və prezidentin açıqlamalarından bu tip qurumların rəhbərləri və onları maliyyələşdirən məmurlar nəticə çıxarmalıdır”.

U.Mirzəyev, həmçinin qeyd edib ki, Mətbuat Şurası illərdir “Reket jurnalistika” ilə, sarı mətbuatla effektiv mübarizə aparır.

"Mətbuat Şurası bu tip fəaliyyətlə məşğul olan mətbuat orqanlarını özünün “qara siyahısı”na daxil edir. Şura ictimai qurum olduğundan onun “Reket jurnalistika” ünsürləri ilə mübarizə imkanları bundan o tərəfə keçə bilmir. Buna baxmayaraq, Mətbuat Şurası sözügedən ünsürlərlə maarifləndirici tədbirlər keçirmək və ictimai qınaq yaratmaq vasitəsilə mübarizəsini uğurla davam etdirir.

Bununla birlikdə, Azərbaycan mətbuatı, Azərbaycan jurnalistləri dövlət başçısını bu yolda hər zaman dəstəkləyib və dəstəkləyəcək. Azərbaycan jurnalistləri cənab prezidentin mətbuata ayırdığı diqqəti hər zaman yüksək qiymətləndirib və ona minnətdar olub. Prezidentin sonuncu müşavirədə qeyd etdiyi fikirlər cəmiyyətin ürəyindən gələn mesajlardır. İlham Əliyevin islahatlar kampaniyası start götürüb və böyük uğurla davam etdirilir. Azərbaycan media mənsubları da bu prosesə öz töhfəsini verəcək. Bu kampaniya geniş xalq kütlələrinin dəstəyini qazanıb. Ona görə də, mütləq şəkildə ölkə başçısının islahatları öz uğurlu nəticəsini verəcək", - deyə MŞ sədrinin müavini bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Beynəlxalq Təhsil Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı

Avropa Dil Mərkəzinin (ECL) Azərbaycanda, Gürcüstanda, İranda və Orta Asiyada yeganə rəsmi təmsilçisi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ECL İmtahanına hazırlıq və ECL İmtahan Mərkəzi kimi fəaliyyət göstərən "Avrasiya Təhsil Mərkəzi" və Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Təhsil Akademiyası (BTA) arasında əməkdaşlığa dair müqavilə imzalandı. Müqaviləni Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən BAMF-ın prezidenti Umud Mirzəyev və Beynəlxalq Təhsil Akademiyası tərəfindən BTA-nın direktoru Ketevan Tabutsadze imzalayıblar. 

Eurasia Diary xəbər verir ki, imzalanma mərasimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Beynəlxalq Təhsil Akademiyasının təşkilatçılığı ilə “İngilis dilinin tədrisinə müasir və praktik yanaşma” mövzusunda hazırlanmış Pre - ECL təlim çərçivəsində Gürcüstanda ən yeni və ən nüfuzlu təhsil müəssisələrindən biri olan Gürcüstan Milli Universitetində keçirildi. Beynəlxalq Təhsil Akademiyasının əməkdaşları, professorlar, müəllimlər və tələbələr ECL strukturu haqqında daha çox məlumat əldə etmək üçün tədbirdə iştirak etdilər.

Tərəflər Beynəlxalq İmtahan formatı olan ECL İmtahan sisteminin Gürcüstanda təqdimatı və Gürcüstan, İran, Orta Asiyada tələbələr və müəllim hazırlığı üçün nəzərdə tutulmuş təlimlər kimi birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq etmək barədə razılığa gəldilər. Bu əməkdaşlıq təhsildə yüksək nailiyyətlər əldə etmək, ECL imtahanına hazırlıq və məktəblilərin hərtərəfli inkişafı, müəllimlərin peşə bacarıqlarının artırılması və ümumilikdə ECL İmtahanına hazırlıq əsasında digər mədəni və təhsil xidmətlərini əhatə edir.

Mərasim iki ölkənin, Gürcüstanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət olundu.

Beynəlxalq Təhsil Akademiyasının direktoru Ketevan Tabutsadze qonaqları və iştirakçıları salamladı. O, bu müqavilənin Gürcüstan və Azərbaycan tələbələri üçün daha unikal imkanlar açdığını bildirərək əhəmiyyətini vurğuladı.

 

Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev, BMT-nin İqtisadi və Sosial Şurasının Əsas Məşvərətçi statusuna malik olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas iş istiqamətlərindən danışdı. Bildirdi ki, keçən il BAMF sadəcə Azərbaycanda yeganə ECL hazırlıq və imtahan mərkəzi statusuna malik idisə bu il uğurlu işlərinə görə statusunu genişləndirərək Gürcüstan, İran və Orta Asiyada da yeganə səlahiyyətli ECL mərkəzinə çevrilmişdir".

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, Avrasiya Təhsil Mərkəzi, onun beynəlxalq tərəfdaşları, xaricdə təhsil proqramları, qonaq mühazirəçilər, təlimlər və ECL hazırlıq proqramı haqqında danışdı.

ECL təlimçisi və Avrasiya Təhsil Mərkəzinin meneceri Esmira Qasımbəyova ECL İmtahan sisteminin Azərbaycanda, Gürcüstanda, İranda və Orta Asiyada tanıdılmasının vacibliyini vurğuladı. O, təlimin iki günlük proqramı haqqında qısa danışdı.

Rəsmi açılış mərasimindən sonra təlimçi Esmira Qasımbəyova tərəfindən “İngilis dilinin tədrisinə müasir və praktik yanaşma” mövzusunda Pre-ECL təliminin nəzəri və praktik hissəsi təqdim edildi.

Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ƏƏSM Nazirliyi yanında İctimai Şura üzvləri ilə birgə “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin dəstəyi ilə Lənkəran şəhərində seminar keçirib.  

Layihənin məqsədi: Sosial islahatların faydalılıq əmsalının, əlçatanlılığının artırılması, çətin həyat şəraitində yaşayan insanların sosial çağırışlarının düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi, sosial iş prinsiplərinin gücləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələrlə bağlı sosial reabilitasiya və sosial ekspertiza işlərinin aparılmasında davamlılıq prinsiplərinin qorunmasına dair sosial əlaqələndirmə işlərinin yerinə yetirilməsində maarifləndirmənin aparılmasından ibarətdir.

Eurasia Diary-nin verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ƏƏSM Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbiri açıq elan edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, zamanın tələbinə uyğun belə bir layihənin dəstəyi ilə bölgələrdə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılması, onların cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması, sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı vətəndaş cəmiyyəti təmsilçiləri, müvafiq yerli icra strukturlarının nümayəndələri, icma rəhbərlərinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin əhəmiyyətindən söz açdı.

İctimai Şuranın üzvü, Lənkəran şəhəri üzrə tədbirin təşkilatçısı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlilliyi olan uşaq və gənclərə cəmiyyətin qayğısı, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sosial islahatların mahiyyəti, ƏOŞ-in həyatında dəyişikliklərin edilməsi, bölgələrdə sosial yönümlü layihələrə dəstəyin verilməsindən danışdı. Davud Rəhimli öz çıxışında ƏOŞ-in cəmiyyətə inteqrasiya olunmalarının metodlarından məlumatlandırılmanın aparılmasından geniş, əhatəli misallar gətirdi.

Tədbirin iştirakçıları İctimai Şuranın üzvü Məmmədhəsən Həsənov, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Layihənin Lənkəran şəhəri üzrə təşkilatçısı, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin sədri Firuzə Babayeva tərəfindən ƏƏSM Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirilən digər layihələrin ƏOŞ üçün yeni dəyişikliklər yaradacağı barəsində məlumat verdi. Layihənin koordinator köməkçisi Zəminə Səfərova müzakirələrə qoşularaq suallara ətraflı cavablandırmalarla tədbir iştirakçılarında geniş məlumatlar verdi. Tərbirdə Lənkəran şəhər fəallarının çıxışları xüsusi maraq doğurdu. Dövlət, QHT, KİV nümayəndələrinin iştirakı ilə görülən işlər, problemlərin həlli yolları barəsində müzakirələr aparıldı. ƏOŞ-in ailə üzvülərinin sualları cavablandırıldı. İştirakçılar tərəfindən layihənin mahiyyəti yüksək qiymətləndirildi.

Sonda layihə rəhbəri Umud Mirzəyev bu kimi tədbirlərin mahiyyətindən, digər bölgələrdə də keçirilməsindən danışaraq təşkililatçılara təşəkkürünü bildirdi. 

Bu gün BMT günüdür - BAMF da bu təşkilata öz töhfəsini verir

Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür.

Bu il təşkilat özünün 74-cü ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel ayının 25-26-da San-Fransiskoda keçirilən beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırılıb. Sənəd 1945-ci il iyunun 26-da imzalanıb.

Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.

Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.

1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.

2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın qeyri-daimi üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata qeyri-daimi üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.

2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub. Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasına ikiillik qeyri-daimi üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edib.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir. 

Qeyd edək ki, Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvüdür. Təşkilat BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.

BMT-nin yubileyi münasibətilə qlobal diskussiya başlanır

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasının 74-cü ildönümüdür. Təşkilat 2020-ci ildə qeyd edəcəyi 75 illik yubileyi münasibətilə tarixdə ən irimiqyaslı qlobal diskussiyaya start verib. Diskussiyanın mövzusu dünyanın gələcəyi ilə bağlıdır.

BMT-nin yaranması günü münasibətilə təşkilatın Baş katibi Antonio Quterreşin müraciətində deyilir ki, gələn il qeyd olunacaq 75 illik yubileylə bağlı hər kəs üçün açıq olacaq qlobal diskussiya keçiriləcək və beynəlxalq ictimaiyyət bəşəriyyətin gələcəyi ilə əlaqədar problemləri müzakirə edəcək.

Dünyanın ən nüfuzlu təşkilatı olan BMT 1945-ci ildə sülhün, tərəqqinin və insan hüquqlarının təmin edilməsi üzrə kollektiv fəaliyyətin təşkili məqsədilə yaradılıb. “BMT-75” təşəbbüsü planetdə daha yaxşı həyatın necə qurulacağı, mövcud problemlərin həlli yolları və görüləcək tədbirlərin müzakirəsi məqsədilə irəli sürülüb. Bu təşəbbüs çərçivəsində müxtəlif səviyyələrdə - dövlət və hökumət başçıları, parlamentlərin üzvlərindən tutmuş kənd sakinlərinə qədər ən geniş auditoriyanı əhatə edəcək diskussiyaların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, tədbirlərin təşkilində gənclərin və əhalinin beynəlxalq məsələlərin həllində daha az iştirak edən, yaxud ümumiyyətlə bu proseslərə cəlb olunmayan təbəqələrinin iştirakına üstünlük veriləcək.

Eurasia Diary BMT-nin saytına istinadən xəbər verir ki, təşkilatın yubileyinə həsr olunmuş sənədli filmin premyerasında çıxış edən Antonio Quterreş bütün insanları bu kampaniyada fəal iştirak etməyə çağırıb. O deyib: “Bizim bütün dünyadakı insanların arzularını və niyyətlərini həyata keçirməmiz üçün sizin fikrinizi, strategiyanızı və ideyalarınızı öyrənməmiz lazımdır”.

“BMT-75” təşəbbüsü çərçivəsində keçiriləcək diskussiyanın yekunları əsasında 2045-ci ilədək qlobal fəaliyyət planının hazırlanması nəzərdə tutulur. Həmin vaxt təşkilat özünün 100 illik yubileyini qeyd edəcək. İşlənib hazırlanacaq plan 2020-ci ilin sentyabrında keçiriləcək Baş Assambleyanın 75-ci sessiyasında dövlət başçılarının müzakirəsinə təqdim olunacaq. Bütün dünyada qlobal diskussiyada iştirak etmək üçün təşkilatın www.un.org/UN75 saytında geniş informasiya yerləşdirilib.

Qeyd edək ki, Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvüdür. Təşkilat BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.

BAMF və Beynəlxalq Təhsil Akademiyası Tiflisdə ilk dəfə Pre-ECL təlimi keçirdi

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanda, Gürcüstanda, İranda və Mərkəzi Asiyada yeganə rəsmi ECL Hazırlıq və İmtahan Mərkəzi olan "Avrasiya Təhsil Mərkəzi"nin təsisçisidir. Eurasia Diary xəbər verir ki, Tbilisidə Beynəlxalq Təhsil Akademiyası ilə birlikdə “İngilis dilinin tədrisinə müasir və praktik yanaşma" mövzusunda ilk iki günlük Pre-ECL seminarı keçirilib.

Seminar Gürcüstanın ən yeni və nüfuzlu təhsil ocaqlarından biri olan Gürcüstan Milli Universitetində Prezident Umud Mirzəyev tərəfindən təmsil olunan BAMF və direktor Ketevan Tabutsadze tərəfindən təmsil olunan Beynəlxalq Təhsil Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra keçirildi.

ECL təlimçisi və Avrasiya Təhsil Mərkəzinin meneceri Esmira Qasımbəyova seminarı apardı.

İki günlük təlim zamanı ECL İmtahanını uğurla keçmək üçün bütün lazım olan tələblər seminar iştirakçılarına təqdim edildi. Seminarın praktik hissəsi 10 saat davam etməklə imtahanın 4 hissəsinə həsr olunmuş oxumaq, yazmaq, danışmaq və dinləmək hisslələrindən ibarət oldu.

Danışıq hissəsində bütün tələbələr ECL imtahan formatının danışma tələbləri ilə tanış oldular və müxtəlif mövzularda müzakirələrə, debatlara və diskussiyalara cəlb edildilər.

Seminar zamanı iştirakçılar passiv söz ehtiyatlarından necə istifadə edecəklərini öyrəndilər. Şəkilləri izah etmək, şəkil üzrə danışmaqla 3-cü hissə danışıq tapşırıqları ilə də tanış oldular.

Tələbələrin istənilən mövzulara hazır olması üçün yazı hissəsində “beyin fırtınası” təcrübəsi keçirildi və iştirakçılarla birlikdə müxtəlif mövzular üzrə mətnlər yaradıldı.

Dinləmə hissəsində tələbələr ECL İmtahan formatı çərçivəsində A2, B1, B2, C1 kimi müxtəlif səviyyəli dinləmə mətnlərini dinlədilər. Beləliklə, hər hissənin çətinlik səviyyəsi barədə məlumat almaq imkanı əldə etdilər.

Dinlədikdən sonra iştirakçılar dinləmə mətnlərinə uyğun olan müvafiq sualların cavablandırılması kimi məşğələlərə başladılar.

Müxtəlif yazı mətnlərini uyğunlaşdırmaq, sualları cavablandırmaq, boşluqları doldurmaq və cümlələri tamamlamaq kimi müxtəlif tapşırıqları özündə ehtiva edən oxu hissəsi də tələbələrin diqqətini çox çəkdi. Bu tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən texniki qaydalarla tanış olduqdan sonra ən yüksək nəticələrə nail olan tələbələr yalnız bir-iki səhvlə öyrənilən yeni texnikalardan məmnun qaldılar.

Sonda, hazırlanıb onlara təqdim edilən materiallardan çox şey öyrəndiklərini və məmnun qaldıqlarını bildirdilər.

İki günlük seminarda fəal iştirak edən bütün iştirakçılar, tələbə və müəllimlər Pre-ECL seminarının tamamlanmasına dair Sertifikatla təltif olundular.

 

Tərtər rayonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə ictimai müzakirələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən  “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi  çərçivəsində İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupu ilə tərəfdaşlıq çərçivəsində Tərtər rayonunda Regional Peşə Təlim Mərkəzində “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda İctimai Müzakirə təşkil olunub.

Eurasia Diary xəbər verir ki, müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Tərtər Məşğulluq Mərkəzinin əməkdaşları, Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun rəhbəri Zaur Quliyev, Şura üzvləri İradə Rzazadə, Məmmədhəsən Həsənov, layihə iştirakçıları, icma rəhbərləri, özünüməşğulluq proqramına müraciət edənlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan BAMF-ın vitse-prezidenti Ramil Əzizov ölkədə aparılan uğurlu sosial islahatlar və həyata keçirilən layihə barədə iştirakçılara məlumat verib. “Sosial yardım asılılığından kiçik sahibkarlığa doğru” mövzusunda təqdimat edən işçi qrupun rəhbəri Zaur Quliyev özünüməşğulluq proqramı, proqrama müraciət qaydaları, özünüməşğulluq proqramının sosial yardım asılılığına təsiri və fəaliyyət istiqamətləri haqda danışıb.   

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən qeyri-hökumət təşkilatlarının, tədbir iştirakçıların fikirləri dinlənilib, təkliflər səsləndirilib. Müzakirələrdə qeyd olunan təkliflərin, tövsiyyələrin layihə çərçivəsində nəzərdə tutulan ekspertlər vasitəsi ilə çeşidlənərək müvafiq qurumlara təqdim ediləcəyi və vətəndaşların ərizə müraciətlərinin sosial əlaqələndirici vasitəsi ilə diqqətdə saxlanılaraq müşayət olunacağı bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ictimai müzakirələrə  qatılıblar. ƏƏSM Naziri Sahil Babayev aparılan sosial maarifləndirmə işlərinin əhəmiyyətini qeyd etməklə, gələcəkdə bu cür tədbirlərin davamlılığının artırılmasını vurğulayıb, həyata keçirilən mütərəqqi sosial islahatlardan danışıb. Umud Mirzəyev mövcud resurslardan istifadə etməklə regionlarda peşə təhsili və həssas qruplardan olan şəxslər üçün bilik və bacarıqların artırılması istiqamətində fəaliyyətlərin təşkilinin vacibliyini diqqətə çatdırıb və görülən işlərdən danışıb.           

Nazir Sahil Babayev eyni zamanda BAMF-ın Tərtər rayonunda fəaliyyət göstərən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi”ndə də olub. Mərkəzdə 50-dək sağlamlıq imkanları məhdud uşaqlara yarımstasionar şəraitdə göstərilən xidmətlər haqda məlumat verilib. Mərkəzdə funksional qiymətləndirmə aparılmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiqi nazirin diqqətinə çatdırılıb.

Sahil Babayev Tərtər Regional Peşə Təlim Mərkəzində olub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər.

Eurasia Diary xəbər verir ki, tədbir Nazirliyin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən icra edilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində, nazirlik yanında İctimai Şuranın əmək və  sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupu ilə birgə təşkil edilib.

BAMF-ın Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları, özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri və b. iştirak ediblər. İctimai müzakirədən əvvəl tədbir iştirakçıları Regional Peşə Təlim Mərkəzinin fəaliyyəti, burada hazırlanan əl işləri ilə tanış olublar.

İctimai müzakirədə iştirak edən S.Babayev aparılan sosial islahatlar barədə maarifləndirmə işlərinin əhəmiyyətini, bu kimi tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib. O, nazirliyin müvafiq fəaliyyət sahələri üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq həyata keçirdiyini və tez-tez onlarla görüşlərin təşkil edildiyini, bu əməkdaşlıq müstəvisində qeyri-hökumət təşkilatlarından gələn rəy və təkliflərin daim diqqətdə saxlandığını qeyd edib.

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına əsasən aparılan islahatlardan bəhs edən nazir bu islahatlarda əsas məqsədin sosial müdafə tədbirlərinin gücləndirilməsi, dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında vətəndaş məmnunluğunun təminatı prinsipinə uyğun qurulması olduğunu vurğulayıb. O, özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətini, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasında, onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılmasında və sahibkarlığa keçid imkanı əldə etməsində xüsusi rolunu vurğulayıb. Bildirib ki, proqramın ildən-ilə xeyli genişləndirilməsi təmin edilir. 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla 7 mindən artıq insan bu proqrama cəlb edilib, bu il isə 10 minədək insanın proqrama cəlb edilməsi nəzərdə tutulub. Gələn il bu rəqəm yenə də artacaq. Bu ilin ötən dövründə özünüməşğulluq proqramı çərçivəsində artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrütaflarını qurmaları üçün aktivlər verilib və bu proses hazırda davam edir. Xüsusilə proqramın icrasında əliliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, məcburi köçkünlərin, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin iştirak səviyyəsinin daha da artırılması prioritetdir.

Nazir digər aktiv məşğulluq proqramlarının da genişləndirildiyini deyib. O, işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarına yiyələnməsində onların əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığına cəlb edilməsinin əməmiyyətini qeyd edib. Qarşıdakı dövrdə bu sahədə işlərin miqyasının daha da artacağını və peşə tədrisi mərkəzləri şəbəkəsinin genişlənəcəyini bildirib.

U.Mirzəyev həssas qruplardan olan şəxslərin kiçik ailə biznesinə malik olmaları üçün nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramının əhali tərəfindən rəğbətlə qarşılandığını və bu proqramın mühüm sosial-iqtisadi önəm kəsb etdiyini deyib. O, həmçinin həssas qruplardan olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığının təşkilinin əhəmiyyətindən bəhs edib. U.Mirzəyev regionlarda peşə təhsili və həssas qruplardan olan şəxslərin peşə bilik və bacarıqlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Tədbirdə BAMF-ın vitse-prezidenti Ramil Əzizov, İctimai Şuranın işçi qrupunun rəhbəri Zaur Quliyev və digərləri çıxış ediblər. Özünüməşğulluq proqramı, onun əhəmiyyəti, proqramın icrasının müsbət nəticələri, proqrama müraciət qaydaları, özünüməşğulluq proqramının həssas qrupların sosial yardımdan asılılığının aradan qaldırılmasında rolu, proqramın perspektivləri və s. bəhs olunub. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən QHT-lərin, tədbir iştirakçılarının rəy,  təklif və tövsiyələri dinlənilib. Bu təkliflərin, tövsiyələrin aidiyyəti üzrə  təqdim ediləcəyi və diqqətdə saxlanılacağı bildirilib.

Bərdə rayonunda xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində ƏƏSM Nazirliyi yanında İctimai Şura ilə birgə Bərdə rayonunda şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin sosial hüquqlarına dair maarifləndirmə mövzusunda tədbir keçirilib.

Eurasia Diary xəbər verir ki, Bərdə Şəhəri Bələdiyyə evində baş tutan tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri (QMƏVŞA) İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Ağdam, Ağcabədi rayonlarından olan şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər, aztəminatlı şəxsləri iştirak edib. İctimai müzakirələr Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəsi Yunis Məmmədov, ƏƏSM nazirliyinin, Məşğulluq İdarəsinin yerli nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə baş tutub. 

Tədbiri giriş sözü ilə açan ƏƏSM Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev ölkədə aparılan sosial islahatlardan, yeni çağırışların əhəmiyyətindən söz açıb. O, həyata keçirilən layihənin məqsədi və məramı haqda iştirakçılara məlumat verib, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri, Veteranlar İctimai Birliyinin (QMƏVŞA) sədri Mehdi Mehdiyev ölkədə aparılan sosial islahatlara dair cəmiyyətin maarifləndirilməsi sahəsində tədbirlərin əhəmiyyətinə toxunub, müharibə veteranlarının problemlərinin həlli istiqamətində dövlət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edib. 

İctimai Şura üzvləri İradə Rzazadə, Mirhəsən Həsənov, Məmmədhəsən Həsənov, Zaur Quliyev dövlət-vətəndaş münasibətlərində şəffaflığın artırılması, sosial islahatlara əlçatanlığın təmin edilməsi, məşğulluq imkanlarının artırılması üçün görülən tədbirlərdən söz açıblar. Layihə çərçivəsində sosial maarifləndirmə məqsədi ilə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Vətəndaş müraciətlərinin araşdırılması, həssas insanların problemlərinin həlli üçün müvafiq ekspert xidmətlərinin təşkili, eləcə də müvafiq dövlət qurumları ilə sosial əlaqələndirilmə haqda iştirakçılara məlumatlar verilib.

Daha sonra şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlərin qaldırdığı torpaq, sosial müavinət, məşğulluq, mənzil təminatı və.s məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra vacib məsələlər yerli dövlət qurumları, vətəndaş cəmiyyəti qurumları ilə müzakirələrdən sonra, nəzarətə götürülüb və yaxud icrası ilə bağlı yerindəcə tapşırıqlar verilib.

Mədəni irsimizin səsi” sosial filmi təqdim edilib

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilən “Mədəni irsimizin səsi” sosial filminin təqdimatı keçirilib.

Eurasia Diary xəbər verir ki, filmdə Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, vandalcasına məhv edilmiş tarixi-mədəni abidələrimiz nümayiş etdirilib. Füzuli rayonunda qədim dövrlərə aid tarixi-mədəni yerlər eləcə də XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim su kəhrizi haqda məlumatlar yer alıb. Bildirilib ki, hələ Sovetlər dövründə xalqımızın qan yaddaşını təcəssüm etdirən bu mədəni abidələr heç bir əxlaqi dəyərlərə sığmadan müxtəlif təsərrüfat məqsədləri üçün, kimyəvi preparatların saxlanc yeri kimi istifadə edilmiş, bəziləri yandırılmış və ya baxımsız hala gətirilmiş, Böyük Bəhmənli kəndinin yaxınlığındakı qədim şəhəin qalıqları yer üzündən silinərək yerində əkin sahələri salınmışdır.  

Qarabağ müharibəsi dövründə bir neçə ay erməni hərbi birləşmələrinin işğalı altında qalan kəndlərimizdəki tarixi-mədəni abidələrin dağıdıldığını, güllə boran edildiyini, uçurulduğunu bildirən BAMF prezidenti Umud Mirzəyev işğal altında qalan yurdlarımızın səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təxirəsalınmaz işlərin görülməsinin vacib olduğunu bildirib. O, film haqda məlumatların ingilis, rus, türk, ərəb dillərində yayımlanacağını vurğulayıb. Abidələrin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qismən bərpa olunduğu və hal-hazırda əsaslı təmirə ehtiyacı olduğu qeyd edilib.

Tədbirdə çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov işğal altında qalan tarixi-mədəni abidələrimizin Ermənistan tərəfindən saxtalaşdırlaraq dünyaya təqdim edildiyini və bu cür filmlərin saxtakarlığın qarşısını almaq baxımından əhəmiyyətli olduğunu bildirib. O, filmin ərsəyə gəlməsinə dəstək göstərdiyi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Əliyev qısametrajda çəkilmiş filmin təkcə Füzuli rayonunda deyil, bütün Qarabağda törədilən vandalizm aktlarının dünyaya çatdırılmasındakı əhəmiyyətindən danışıb. O, belə filmlərin mətbuat və sosial şəbəkələr vasitəsi ilə dünyaya çıxarılmasının vacibliyindən danışıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva Mədəniyyət Nazirliyinin ölkəmizin tarixi-mədəni keçmişi ilə bağlı layihələrə dəstək olduğunu bildirib. Belə filmlərin gənclərin maarifləndirilməsi baxımından zəruriliyini qeyd edib. O, filmin istehsalında BAMF-a və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu cür filmlərin sistemli şəkildə istehsalının və beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə təqdim edilməsinin əhəmiyyətini qeyd edib. Belə filmlərin erməni vandalizmini dünyaya sübut edən maarifləndirici vasitə olduğunu bildirib.

Azərbaycan Dövlət Pedaqoji Kollecin rəhbəri İsrail İsgəndərov və təhsil işçisi, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova belə filmlərin təhsil müəssisələrində gənc nəsil üçün nümayiş etdirilməsinin tarixi yaddaşın bərpası baxımdan əhəmiyyətini vurğulayıblar.

Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi, hüquqşunas Sahib Məmmədov tarixi-mədəni abidələrin işğaldan əvvəlki və müasir vəziyyətinə dair tədqiqatların aparılması və hesabatların hazırlanmasından danışıb.

Jurnalist Fuad Abbasov filmin əhəmiyyətini vurğulayaraq  həqiqəti əks etdirən belə filmlərin sosial şəbəkələrdə daha aktiv şəkildə yayılması üçün müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edib.

Tarixçi-alim Şuhrat Barlas filmin çəkilişlərində iştirakından qürur duyduğunu və filmin Özbəkistanda, Qırğızıstanda, digər Orta Asiya ölkələrində nümayiş etdirilməsinin vacib olduğunu bildirib. O, filmə baxdıqca daşnakların fitnəkarlığı nəticəsində keçən əsrin əvvəllərində Özbəkistanda 1 milyon 700 min insanın öldürüldüyü, yüzlərlə tarixi-mədəni abidənin məhv edildiyi, 3500 caminin dağıdıldığı gözü önündə canlandığını və bundan təsirləndiyini  diqqətə çatdırıb.

Qeyd edək ki, filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi,  12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli  9 sarayın qarət edilərək  yandırılması, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatın talan olunması eləcə də işğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrilməsi, dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edilməsinə dair məlumatlar yer alıb.

 

General Mayis Bərxudarov regiondakı şəhid ailələrini ordunun diqqət və qayğısı altında saxlayır" - Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev regionlarda səfərdə olub.

Eurasia Diary-nin məlumatına görə, U.Mirzəyev səfər çərçivəsində Beyləqan və Füzuli rayonlarında məskunlaşan şəhid ailələrinə baş çəkib.

"Beyləqan ordu komandanlığı şəhidlərimizin xatirəsinin əbədiləşməsi istiqamətində böyük işlər görür. Bu günlərdə mən bunun bir daha şahidi oldum" - deyən BAMF-ın prezidenti səfərdən məmnunluğunu ifadə edib.

U.Mirzəyev Beyləqan rayonunun Şahsevən kəndində Azəbaycan xalqının böyük oğlu, İkinci Dünya Müharibəsinin əfsanəvi qəhrəmanı, iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun möhtəşəm heykəlinin ucaldığı parkda hərbçilərimiz tərəfindən abadlıq işlərinin aparıldığının şahidi olub.

BAMF prezidenti daha sonra Beyləqanın Qəhrəmanlar kəndinə baş çəkib.

Qeyd edək ki, bu kənd Beyləqanın ən çox şəhid vermiş kəndlərindən biridir. Burda da şəhidlərimizin xatirəsinə ucalldılmış xatirə kompleksi hərbçilərimiz tərəfindən abadlaşdırılıb.

U.Mirzəyev Beyləqan rayonundan sonra Füzuli rayonunun Əhmədbəyli kəndini də ziyarət edib, burada Lələtəpə şəhidi mayor Elnur Əliyevin anası Svetlana xanımla görüşüb.

"Svetlana xanım işğal altında olan Dədəli kəndindən didərgin düşdükdən sonra Əhmədbəylidə məskunlasıb. Yurduna, yuvasına qayıtmaq istəyir. Bunun üçün silaha sarılmağa da hazır olduğunu dilə gətirir. Füzulinin Əhmədalılar kəndində yaşayan Lələtəpə şəhidi Orxan Həmidovun anası Tamella xanım da Svetlana xanım kimi düşünür", - deyə o bildirib.

U.Mirzəyev şəhid analarının mərdliyi və mətinliyindən təəsirlənərək öz heyranlığını ifadə edib:

"Mən bu xanımları ziyarət edərkən itki vermiş analarımızın necə böyük dəyanət sahibi olduğunun, onların necə də mətinləşdiyinin əyani şahidi oldum. Həm də onun şahidi oldum ki, korpus komandiri hörmətli general Mayis Bərxudarov regionda olan bütün şəhid ailələrinin ordunun diqqət və qayğısı altında olmasına xüsusi önəm verir. Boyük qələbələrimiz də məhz ordu ilə xalqımızın birliyindən kecir!"

 

BAMF-da "Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” adlı elmi seminar keçirilib

7 noyabr 2019-сu il tarixində "Azərbaycan Gənclik Platforması"nın və "Beynəlxalq Avrasiya Mətbuat Fondu"nun (BAMF) birgə təşkilatçılığı, Suraxanı Gənclər Evinin Dəstəyi ilə "Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramı ilə bağlı maarifləndirici konfrans keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbirin əsas təşkilatçılarından biri olan Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev ölkə rəhbərliyinin gənclərlə bağlı apardığı uğurlu siyasətə görə minnətdarlığını ifadə edib.

"Ölkə rəhbərliyi tərəfindən bu qayğı və diqqət həmişə hiss olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz, TRACECA layihəsinin iqtisadi zərurətlərini, layihənin icrası və onun yaratdığı əməkdaşlıq potensialının imkanlarını gənc nəsilə çatdırmaqdır”, deyə o bildirib.

Tədbirdə çıxış edən siyasi-analitik Nicat İsmayılov TRACECA-nın əhəmiyyətindən və TRACECA-nın Azərbaycanın geosiyasi statusuna təsirindən danışıb.

Qeyd edək ki, tədbirdə sosioloq Zəminə Səfərova, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin sədri Anar Sarıyev, IELTS Coaching Təhsil Mərkəzinin direktoru Xumar Kərimova, siyasi-analitik Nicat İsmayılov, Suraxanı Gənclər Evinin metodisti Kamil Yaqubov, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, QHT nümayəndələri, əcnəbi tələbələr və media nümayəndələri iştirak edib.

 

Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib

Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu məqsədlə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Akerin başçılıq etdiyi, Assosiasiyanın üzvlərindən  Ali Hancerlinin, Nurhan Günsevin, Nik Nvolisanın daxil olduğu nümayəndə heyəti noyabrın 30-dan dekabrın 2-dək Muxtar Respublikada səfərdə olublar.

Eurasia Diary xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Şuranın sədr müavini Umud Rəhimoğlunun, İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin də qatıldıqları tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.

Sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara muzeydəki eksponatlar, Heydər Əliyevin həyat yolunun müxtəlif istiqamətlərinə dair ətraflı məlumat verilib. muzeydə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən dəyərli eksponatlar sərgilənir. Qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə xüsusi maraqlanıblar. Bildirilib ki, muzeyin kitabxanasında 538 adda 1100-dən çox ədəbiyyat nümayiş etdirilir.

Ulu öndər Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi vaxtlara aid eksponatlar diqqəti cəlb edib.  Ali Məclisin mətbuat xidmətinin həmin dövrə aid məlumatları, “Şərq qapısı” qəzetinin nüsxələri də  muzeydə qorunub saxlanılır.

Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından tanış olmuş konfrans iştirakçıları universitet televiziyasına müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə isə gənclərə müasir dövrdə medianın fəaliyyət tərəflərindən ətraflı söhbət açılıb, dünyada Mətbuat Şurası institutunun missiyasının önəmli cəhətlərinə nəzər salınıb. Burada həmçinin Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid özünün yeni çapdan çıxan “Qələmsiz yazılanlar” kitabını gənc jurnalistlərə bağışlayıb.

Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları və Elektron Təhsil Şöbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, universitet ərazisində elektron imtahanların keçirilməsi mərkəzi burada yerləşir. Ali təhsil ocağının sosial şəbəkə hesabları, saytı, elektron sənəd dövriyyəsi buradan idarə olunur.

Universitetin media mərkəzi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, mərkəzin maddi texniki bazası möhkəmlənib, bütün lazımi avadanlıqlar, ötürücülər istifadəyə verilib. Tələbələrin iştirakı ilə  burada verilişlər,  xəbər, videoçarx və sənədli  filmlər hazırlanaraq təqdim olunur. Qonaqlar universitet televiziyasında veriliş aparıblar.  

Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilmiş “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusundakı beynəlxalq konfransı Muxtar Respublika Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli açaraq bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ötən illər ərzində mediaya göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikada peşəkar jurnalist ordusu formalaşıb. O bildirib ki, bir əsrə yaxın tarixi olan Naxçıvan mətbuatı bu gün əsl inkişaf dövrünü yaşayır. Muxtar respublika mediası ən müasir avadanlıqlarla təmin olunub. Burada Universitet televiziyası və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, 9 qəzet, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyət göstərir. Son illərdə media qurumlarının saytları yenilənib, onlar geniş oxucu və izləyici kütləsi qazanıblar. Bu gün Muxtar Respublika barədə ölkə mətbuatı ilə yanaşı, eyni zamanda Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Çili, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İspaniya, Pakistan, Yaponiya, Malayziya və digər ölkələrin kütləvi informasiya vasitələrində, sosial şəbəkə hesablarında məqalələr verilir, fotoşəkillər və videolar paylaşılır. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, Assosiasiya 1992-ci ildə ABŞ-ın müxtəlif ştatlarının, Türkiyənin, Hindistanın, Pakistanın, Banqladeşin, Nigeriyanın, Nepalın, Tanzaniyanın və digər ölkələrin jurnalistlərinin birgə yaratdıqları təşkilatdır. 2003-cü ildə təsis edilmiş Azərbaycan Mətbuat Şurası 2005-ci ildən həmin qurumun üzvüdür. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının məqsədi üzv ölkələrdə, habelə dünyada söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqətdə saxlamaqdan, bununla əlaqədar hökumətlərə tövsiyələr ünvanlamaqdan ibarətdir. Qurum həmçinin jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini də təhlil edir, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olur. Ə.Amaşov çıxışında həmçinin vurğulayıb ki, 2019-cu il üçün Assosiasiyanın toplantısı Bakıda keçirilib. Həmin tədbirdə ümumilikdə 40-dan çox nümayəndə iştirak edib. Toplantı çərçivəsindəki müzakirələrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Mətbuat Şurasının da assosiasiyaya inteqrasiyası ilə əlaqədar ideya yaranıb. “Çox şadam ki, biz bu gün bu ideyanı keçirdiyimiz konfransla gerçəkləşdiririk. Tədbirin təşkilinə göstərdəiyi dəstəyə, həssas münasibətə görə Naxçıvan Muxtar Respublikasının ali rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - deyən Ə.Amaşov konfransın qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. MŞ sədri Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı qeyd edib ki, yeni memorondumun imzalanması ölkəmizin media mühitində əlamətdar hadisədir. Bu, həm də Naxçıvan mediasının müasir durumunu əks etdirməklə yanaşı onun beynəlxalq müstəviyə çıxarılma səviyyəsini də təsdiqləyir.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəbəri Melek Sule Aker bildirib ki, informasiyanın getdikcə daha qlobal mahiyyət daşıdığı dünyamızda söz və ifadə azadlığı kimi dəyərlərin qorunması çətin prosesə çevrilməkdədir. Çətinlik bir tərəfdən internetin verdiyi imkanlardan sui-istifadə ilə bağlıdırsa, digər yandan sahənin özünün dinamik xarakteri nəzərə çarpır. mövzunun aktuallığını diqqətə çatdıraraq qeyd edib ki, sosial şəbəkələr və sosial media ictimai fikri formalaşdırır. Bu gün ən önəmli problemlərdən biri sosial medianın tənzimlənə bilməməsi və müəllif hüquqlarının pozulmasıdır. Bu problemin aradan qaldırılması üçün tənzimləyici hüquqi bazasının formalaşması bütün dünyada öndə duran məsələlərdəndir. Belə durumlarda müəyyən birliklərin bu kimi məsələləri gündəmə gətirməsi, beynəlxalq ictimaiyyətin diqqətini çəkməsi son dərəcə vacibdir. Ümumdünya Mətbuat Şuraları Assosiasiyası da məhz bu mərama xidmət edən qurumdur. M.S.Aker rəhbərlik etdiyi assosiasiyanın gələcəkdə Naxçıvan Mətbuat Şurası ilə sıx əməkdaşlıq şəraitində çalışması üçün konfansın mühüm zəmin yaratdığını dilə gətirib.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü, Nigeriyadan olan beynəlxalq media eksperti Nick Nvolisa Nigeriyada və Orta Afrikada sosial medianın tənzimlənməsi və bu sahədə olan problemlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxışına rəhbərlik etdiyi media qurumunun texniki imkanları barədə geniş məlumat verməklə başlayıb. O bildirib ki, Naxçıvan teleradiosu 19 saat televiziya, 19 saat radio verilişləri yayımlayır və gələcəkdə mövcud göstəricinin artırılması planladırılır. Bunun üçün hər cür texniki imkanların olduğunu vurğulayan S.Tahirli çıxışında telekanalın təqdimat xüsusiyyətlərinə nəzər salıb. Rəngarəngliyin media peşəkarlığı ilə çulğalaşmasının Muxtar Respublikada jurnalist fəaliyyətinə verilən dəyərin nümunəsi kimi dəyərləndirib. S.Tahirli əlavə edib ki, bu gün Muxtar Respublikanın informasiya blokadası tam yarılıb. Naxçıvan televiziyası və radiosu dünyaya açılıb və hər bir nöqtədə izlənilir. Mətbuat orqanlarının, “Nuhçıxan” İnformasiya Agentliyinin saytları və sosial şəbəkə hesabları dünyanın 140 ölkəsində oxunur. Onlar ingilis və rus dillərində əhəmiyyətli xəbər və məqalələr  hazırlayaraq yayırlar. Bu da müstəqillik illərində əldə olunan ən böyük uğurlardan biridir. Sahil Tahirli onu da deyib ki, Naxçıvan mediası sürətlə gəncləşir, gənc jurnalistlər onlayn media üzərindən Naxçıvan həqiqətlərinin yayılmasında yaxından iştirak edirlər. Təkcə son 5 ildə Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası üzrə  bitirən 20 nəfər gənc Naxçıvan teleradiosunda işlə təmin edilib.

Naxçıvandakı “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki, media  qurumlarının sosial şəbəkələrdəki çoxminlik səhifələrinin yaradılması Muxtar Respublika barədə operativ, dəqiq və qərəssiz informasiyaların yayılmasını təmin edir.

Naxçıvan Muxtar Respublikasının Mətbuat Şurasının sədri Rövşən Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açaraq diqqəti təşkil olunan müxtəlif yaradıcılıq müsabiqələrinə, jurnalistika və söz sənəti ilə əlaqədar hazırlanmış nəşrlərə yönəldib. O, jurnalistika sahəsindəki tendensiyaların öyrənilməsi və tətbiqi baxımdan Ümumdünya Mətbuat Şuraları Assosiasiyası ilə əməkdaşlığın önəmini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, MŞ sədrinin müavini Umud Rəhimoğlunun və toplantıdakı ayrı-ayrı şəxslərin çıxışlarında bildirilib ki, Naxçıvanda maddi-texniki bazanın gündən-günə gücləndirilməsi buradakı KİV-lərin fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulması üçün geniş imkanlar açıb. Nəticədə Naxçıvan media qurumlarının saytları fəaliyyətə başlayıb və qısa zamanda geniş oxucu və izləyici kütləsi qazanıb. Hazırda Muxtar Respublikanın günün tələbləri səviyyəsində yenilənən onlayn media orqanları sosial şəbəkələr üzərindən geniş təbliğat qurur. Belə yanaşma Naxçıvan barədə operativ, dəqiq və qərəzsiz informasiyaların sürətlə yayılmasını təmin edir.

Konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb. 

Dekabrın 1-də Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvləri Naxçıvanın tarixi ənənələrə malik "Şərq qapısı" qəzetinin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin, həmçinin Naxçıvan Dövlət Televiziyasının və "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyəti ilə tanış olublar. “Şərq qapısı” qəzetinin redaksiyasında olan qonaqlara məlumat verilib ki, 2010-cu ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib. Burada müasir şərait yaradılıb, yeni çap avadanlıqları quraşdırılıb.

Qeyd olunub ki, 2012-ci ildən istifadəyə verilən “Şərq qapısı” qəzetinin internet saytı bu ilin sentyabr ayında yenilənib. Qonaqlar qəzetin əməkdaşları ilə söhbət edib, burada yaradılan iş şəraiti ilə daha yaxından tanış olublar.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində qonaqlara məlumat verilib ki, 1997-ci ildə yaradılan nəşriyyat 2010-cu ildə yeni binada yerləşdirilib və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlıqları quraşdırılıb. Görüşlərdə əsas diqqət sözügedən media qurumlarının kadr potensialı ilə təminatına yönəlib. Məlumat verilib ki, Naxçıvan MR Ali Məclisi sədrinin göstərişinə əsasən Naxçıvan Dövlət Universitetinin məzunlarının konkret sahələr üzrə işə götürülməsi həyata keçirilir. Mövcud prosedur jurnalistika sahəsi üzrə də tətbiq olunur və effektiv nəticələr verir. Görüşlərdə habelə sözügedən KİV-lərin maddi-texniki imkanları, yayım keyfiyyəti, iş strukturu barədə qonaqlara ətraflı məlumat verirlib, praktikada rast gəlinməkdə olan məqamlar qabardılıb. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvləri Naxçıvan TV-də proqrama qatılaraq səfərləri ilə bağlı məlumat verib, təəssüratlarını bölüşüblər.

Zəngin səfər proqramı ilə yadda qalan konfrans çərçivəsində qonaqlar həmçinin Muxtar Respublikanın tarixi-mədəni abidələri, görməli yerləri ilə də tanış olublar.

Hindistan Səfirliyi BAMF-la əməkdaşlığa başlayır

Noyabrın 19-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun(BAMF) prezidenti cənab Umud Mirzəyev Hindistan səfirinin ikinci katibi cənab Sujeş Çandra Sinhanı qəbul edib. Görüş Eurasia Diary-nin redaktoru və tərəfdaş qonaqların iştirakı ilə keçib.

BAMF prezidenti cənab Umud Mirzəyev Səfirliyin rəsmisinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranması və son 27 ildə gördüyü işlər barədə məlumat verib. BAMF-ın rəsmi təşkilatlar tərəfindən dəstəklənən və 131000 QHT arasında Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edən 140 QHT-dən biri olduğunu qeyd edib.

BAMF prezidenti ilkin tanışlıqdan sonra diqqəti əsas məsələyə, Azərbaycanın diqqət mərkəzində saxlanılması vacib olan probleminə, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq doğma yurdunun erməni təcavüzkarlarının işğalı altında olduğunu bildirib.

Sujeş Çandra da dəvət üçün təşəkkürünü bilirdirərək hər iki tərəf arasında mümkün olan əməkdaşlığın inkişafından bəhs edib.

Görüş zamanı ikinci katib Sujeş Çandra, həmçinin Azərbaycanla Hindistan arasında mövcud olan mədəni və təhsil əlaqələrindən də danışıb. O, həmçinin özünün də mədəniyyət və təhsil sahəsində çalışdığını, eyni zamanda Azərbaycanda bu sahədə bir çox layihələrin həyata keçirildiyini bildirib.

“Bizim Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığımız var. Bakıda 17-ə yaxın tələbə hind dilini Hindistandan dəvət olunan müəllim sayəsində öyrənir. Bizim bir çox təhsil və təlim proqramlarımız var ki, bunu xüsusilə Azərbaycan vətəndaşları üçün tərəfdaşlıq məqsədilə həyata keçiririk. Biz, həmçinin Bakı Mühəndislər İnstitutu və Lənkəran Dövlət Universiteti ilə tezliklə qarşılıqlı memorandum imzalamağa hazırlaşırıq. Azərbaycan Dövlət Universitetləri və xüsusən Lənkəran Dövlət Universiteti ilə tərəfdaşlıq və əməkdaşlıq yolu ilə həyata keçirdiyimiz təhsil-təlim proqramlarımız var. Bu təlimlər ICR (Hindistan Mədəni Əlaqələri) proqramı çərçivəsində həyata keçirilməklə yanaşı Hindistan hökuməti tərəfindən maliyyələşdirilir". O, həmçinin BAMF-ın nəzdində fəaliyyət göstərən Avrasiya Təhsil Mərkəzinin əməkdaşlığa cəlb olunmasını təklif edib.

Cənab Sujeş Çandra Sinha Hindistan və Azərbaycan arasında media mübadiləsi programına da toxunub.

Hindistan səfirliyi, həmçinin peşəkar jurnalistlər arasında bilik və təcrübə mübadiləsi üçün Azərbaycan və Hindistan jurnalistlərini dəvət etmək istəyir. Xəbərlərimiz və layihələrimizin veb saytınızda yayımlamaq və media orqanı ilə sıx əməkdaşlıq etməkdə çox maraqlıyıq", deyə o bildirib. 

Görüşün sonunda qonağa Azərbaycanın işğal olunmuş əraziləri və məcburi köçkün uşaqların ağır həyatı haqqında qısametrajlı video film təqdim olunub.

BAMF prezidenti Umud Mirzəyev, həmçinin qonağı Qarabağda erməni işğalçılarının törətdikləri vandalizmə aid görüntülərdən hazırlanmış vizual məlumat lövhəsi ilə də tanış edib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı Qubada ictimai müzakirələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində ƏƏSM nazirliyi yanında İctimai Şura ilə birgə Quba  rayonunda “Sağlam Nəsil Sağlam Gələcəkdir, Sağlam Gələcək Naminə” mövzusunda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, sosial reabilitasiyasına dair maarifləndirmə mövzusunda tədbir keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə ƏƏSM Nazirliyi yanında İctimai Şuranın üzvləri Umud Mirzəyev, Rauf Zeyni, layihə üzrə ekspert Nüşabə Məmmədova, sosioloqlar Zəminə Səfərova, Ramil Əzizov dövlət və vətəndaş cəmiyyəti nümayəndələri, xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə üzvləri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan ƏƏSM Nazirliyi yanında İctimai Şuranın sədri, BAMF prezidenti Umud Mirzəyev ölkədə aparılan sosial islahatlar, pensiya təminatı, aztəminatlı ailələr üçün nəzərdə tutulan müavinətlər, uşaq pulu məsələsi ilə bağlı ətraflı məlumat verib, yeni çağırışların əhəmiyyətindən danışıb. O, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb, gənclərin yeni innovativ fikir və yanaşmalara dair təşəbbüslərinin əhəmiyyətini qeyd edib. Umud Mirzəyev ƏƏSM nazirliyi yanında İctimai Şuranın fəaliyyətinə dair məlumat verib, nazirliklə birgə əməkdaşlıq çərçivəsində görülən işlərdən ətraflı söz açıb.     

Azərbaycan QHT Forumunun prezidenti ƏƏSM nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Zeyni də ölkədə aparılan sosial islahatların gerçəkləşdirilməsində şəffaflığın təmin edilməsi üçün tətbiq edilən elektron qaydaların əhəmiyyətindən, xüsusi qayğıya ehtiyacı olan uşaqların, gənclərin müvafiq xidmətlərə çıxışından, məşğulluğunun təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərindən söz açıb.

Daha sonra Quba rayon icra hakimiyyəti nümayəndəsi Əhməd Nurullayev və ƏƏSM nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon şöbəsinin müdiri Mikayıl İbrahimov görülən işlərə dair məlumat verib, sakinlərin suallarını cavablandırıblar.

Müzakirələr zamanı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xidmətlərin gücləndirilməsi məqsədi ilə regional bərpa və sosial reabilitasiya mərkəzinin yaradılması, regionda günərzi mərkəzlərinin işinin gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib. Müxtəlif kateqoriyadan olan 100-dən yuxarı vətəndaşı bir araya gətirən müzakirələr zamanı görülən işlərlə yanaşı, problemlərin açıq səsləndirilməsi üçün imkanlar yaradılıb. Tədbirdə xüsusi qayğıya ehtiyacı olanlara xidmətlərin göstərilməsi, elektron müraciətlər, əlliliyin təyin edilməsindən sonra müavinətlərin müəyyənləşdirilməsi və məşğulluq imkanlarının şəffaf şəkildə yerinə yetirilməsinə dair dinləmələr keçirilib. Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə üzvlərinin müraciətləri sosial əlaqələndirici tərəfindən qeydə alınıb.

 

Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımına başladı

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımına başlanılıb.

Eurasia Diary xəbər verir ki, filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz  təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir.

20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan Əl Cəzirə Musafir proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə “Musafir” proqramı vasitəsi ilə göstərilməklə bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək. 

BAMF-ın prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib. “Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram.

Əl Cəzirə Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir.

BAMF, Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. “Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim” deyə bildirən Umud Mirzəyev Azərbaycana həsr edilmiş bu möhtəşəm ekran əsərinin təqdimatının planlaşdırıldığını və azərbaycancaya tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb.   

Xalq öz müqəddəratını özü həll etməlidir" - BAMF prezidentindən seçki çağırışı

Bu gün Azərbaycan tarixində bir ilk baş tutub. Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

Milli Məclisin buraxılması Azərbaycanda yeni bir siyasi eranın başlanğıcını qoya, yeni siyasi münasibətlər sistemini ərsəyə gətirə bilər.

Bu sözləri Eurasia Diary-ə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev deyib.

“Prezident İlham Əliyevin islahatları sürətlə davam edir. Dövlət başçısı 2018-ci il prezident seçkilərində xalqa verdiyi “bütün sahələrdə köklü islahat” vədini yerinə yetirir. İcra strukturlarında və parlamentdə həyata keçirilən islahatlar da bu vədin siyasi tərəfinə şamil edilə bilər.

İnanıram ki, islahatlar dövlətimizin daxili sabitliyini, inkişafını daha da gücləndirəcək, ən əsası isə ölkədə mövcud olan problemlərin həllini təmin edəcək.

Təəssüflər olsun ki, qanunverici orqanımız artıq uzun müddət idi ki, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmirdi. Qanunlar müzakirə edilir, qəbul edilir, lakin qanunların icra edilib-edilmədiyinə nəzarət həyata keçirilmirdi. Ümumiyyətlə, parlament hökumətin fəaliyyətinə nəzarət etmək kimi bir missiyası olduğunu unutmuşdu. Millət vəkillərinin 60%-ə yaxını ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə uzaq idi. Bütün bunlar Milli Məclisin bir qurum olaraq siyasi sistemdəki çəkisini xəfiflədirdi. Ona görə də parlamentin bu islahata ehtiyacı var idi. Lakin bu islahata parlamentin daxilindən dəstək verilməsi, parlament üzvlərinin bu gün növbədənkənar seçkilərlə bağlı prezidentə müraciət etməsi təqdirəlayiq haldır və Azərbaycandakı siyasi etikanın bir göstəricisdir”.

BAMF prezidenti, həmçinin vətəndaşları növbədənkənar seçkilərə hazırlaşmağa və seçkidə aktiv iştirak etməyə çağırıb: “Seçki sandığı demokratik dövlətlərdə siyasi və ictimai problemlərin təməl həllidir. Demokratiya isə seçkidə təzahür edir. Ona görə mən bütün Azərbaycan xalqını indidən, növbədənkənar seçkilərdə iştirak etməyə dəvət edirəm. Azərbaycan xalqı bu seçkilərdə maksimum fəallıq göstərməli və tarixdə heç vaxt görülməyən bir seçici aktivliyi müşahidə edilməlidir. Parlamentin tərkibinin xalqın böyük əksəriyyətinin etimadını qazanmış, təcrübəli və etibarlı kadrlardan formalaşması xalqın maraqlarının təmin edilməsi və hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeni parlamentdə yeni kadrlara, gənclərə və mandatı olmadan bu xalqa qarşılıqsız xidmət edən ziyalılara böyük ehtiyac olacaq. Seçkinin taleyini Azərbaycan xalqı müəyyən edəcək. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq erkən parlament seçkilərində aktiv və passiv seçki hüququndan istifadə etməli, öz müqəddəratını həll etməlidir".

Əlillərin möhtəşəm Qala konsert gecəsi baş tutdu - "Əlillik istedada əngəl deyil

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə “Bərabərlik” adlı Qala konsert proqramı təqdim olunub.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə S.Babayev əlilliyi olan istedadlı insanların iştirakı ilə keçirilən bu konsert proqramının çox maraqlı, unudulmaz bir tədbir olduğunu, bu gözəl konsert proqramının iştirakçılarına və tədbirin təşkiində əməyi olanlara öz təşəkkürün bildirib. O vurğulayıb ki, 3 Dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar hər il həmin şəxslərlə bağlı müxtəlif formatlarda tədbirlər keçirilir. Hələ 1990-cı illərdə Ulu öndərimiz Heydər Əliyev tərəfindən bu istiqamətdə tədbirlərin əsası qoyulub, həmin vaxtlardan da  əlilliyi olan şəxslərin ümumrespublika səviyyəli bədii yaradıcılıq sərgi və baxış-müsabiqələrinin keçirilməsi artıq ənənəyə çevrilib.

Nazir Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərin sosial müdafiəsini, reabilitasiyasını daim diqqət mərkəzində saxladığını vurğulayıb. Elə 2019-cu ildə də dövlət başçısının fərman və sərəncamları ilə əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsində, müavinət və təqaüdlərinin artırılmasında, müharibə əlillərinin mənzillə, avtomobillə təminatı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. S.Babayev əlilliyi olan şəxslərlə bağlı sosial proqramların icra olunduğunu və ildən-ilə genişləndirildiyini deyib. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, eyni zamanda, sosial müəssisələrin sakinlərinə xüsusi diqqət və qayğısından bəhs edib. Bu diqqət və qayğının əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara münasibətdə həm də bir nümunə olduğunu vurğulayıb.

S.Babayev qeyd edib ki, bu tədbirdə əlilliyi olan şəxslər bir daha istedad və qabiliyyətlərini nümayiş etdirdilər. Bir daha sübut etdilər ki, əlillik qüsur deyil, öz üzərində çalışaraq, əzmini toplayaraq fiziki məhdudiyyət üzərindən daim irəliyə, uğurlara doğru irəliləyən insanlar üçün, əksinə, bir stimuldur. Onların hər birinin həyatı, güclü özünəinam hissi ilə daim uğurlar qazanmaq üçün əzmkarlıq göstərmələri neçə-neçə əlilliyi olan insanlar üçün bir örnəkdir.

Qeyd edək ki,  muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsində 341 nəfər iştirak edib və münsiflər heyətinin qərarına əsasən onlardan 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb, 25 nəfər isə baxış-müsabiqənin qalibləri olub.

Gözdən I dərəcəli əlilliyi olan Elman Süleymanovun fortopianoda ifası ilə başlayan, əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın aparıcılıq etdiyi konsert proqramı Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslərin tanınmış incəsənət ustaları ilə eyni səhnəni bölüşərək duetlər ifa etmələri əsasında təşkil olunub.  Bəhlul Əliyevin və Elnarə Xəlilovanın, Ayşən Padarova və Pərviz Qasımovun, Mehman Çingizoğlu və əməkdar artist Nuriyyə Hüseynovanın, Gülnar Novruzova və Sənan Əliyevin,  Qəndaf Əkbərli və İbrahim Məmmədovun, Sadiq Həsənov və xalq artisti Gülyaz Məmmədovanın, Aysel Əlizadə və xalq artisti Samir Cəfərovun, Gülnar Rəhimova və Elvin Abdullayevin, Fatimə Savalanova və əməkdar artist Gülüstan Əliyevanın, Mətanət Quliyeva və əməkdar artist Nicat Kazımovun, Seymur Əliyev və Elnur Məmmədovun, Suma Tapdıqova və xalq artisti Gülyanaq Məmmədovanın ifasında duet formatında təqdim edilən mahnı və rəqslər, bədii yaradıcılıq numunələri  tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qala konsertinin sonunda baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar təqdim edilib.   Baxış-müsabiqəsinin digər iştirakçılarına da həvəsləndirici təşəkkürnamə və mükafatlar verilməsi nəzərdə tutulub. 

Tədbir bütün əlilliyi olan şəxslərin ifasında “Yaşa Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb.

Tədbirdə tamaşaçı qismində iştirak edən bəzi ictiamiyyət nümayəndələri təəsüratlarını Eurasia Diary ilə bölüşüblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev:

Ümumiyyətlə, əlil olmağı, əlil omadan başa düşmək, onların qayğı və problemlərini anlamaq çətindir. Çünki əlillərin problemləri sadəcə fiziki qüsurlarından ibarət deyil. Əlillərin əsas problemi onların cəmiyyət həyatında aktiv iştirak edə bilməməsi və onların cəmiyyətdən təcrid olunmasının yaratdığı ağır sosio-psixoloji durumdur. Dünənki tədbir qeyd etdiyim bu problemin həll edilmə yollarının göstərilməsi, əlil olmuş vətəndaşlarımızın cəmiyyətə yenidən qazandırılması, əlilliyin heç də həyatın sonu olmaması və əlilliyin istedadların nümayiş etdirilməsinə əngəl ola bilməyəcəyini təbliğ etmək baxımından mükəmməl idi. Mən belə hesab edirəm ki, bu tədbir əlillər üçün ciddi motivasiya mənbəyi, əlilliyi başa düşmək adına cəmiyyət üçün əhəmiyyətli maarifləndirici təlim idi.

Tədbirə Faiq Sücəddinov, Fikrət Qoca, Cəmilə Bayramova, Mənsum İbrahimov, İntiqam Soltanov kimi dəyərli və xalq tərəfindən tanınan, sevilən simaların münsiflər heyətinin üzvü kimi qatılması konsertin professional təşkilini təmin etdi. Yalnız münsiflər deyil, iştirakçılar da professional idi. Muğam ifaçısı Rübabə Mahmudovun ifası məni və elə bilirəm bütün tamaşaçıları valeh etdi, kövrəltdi. Həmçinin konsertdə əlil iştirakçılarla təşkil edilən duetlər bizi valeh etdi. Sadəcə möhtəşəm, duyğulu bir konsert idi.

 Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə,  başda ƏƏSM naziri Sahil Babayev olmaqla dərin minnətdarlığımı bildirirəm.

Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri İradə Rızazadə:

Əvvəla, onu deyim ki, son zamanlarda izlədiyim ən möhtəşəm konsertlərdən biri idi. Münsiflər iştirakçı əlillərlə məşqlər etmişdi və bu nəticədə belə mükəmməl konsert ərsəyə gəlməsinə səbəb oldu.

Məncə, konsetdə çıxışlar edən, bizə möhtəşəm anlar yaşadan bu insanlar nümunədir, utanan, özünə qapanan əlillər üçün bir sadəcə nümunə...

 Belə istedadlı əlillərimiz cəmiyyətdən uzaqlaşmış bütün əlillərdə stimul yaratmalıdır. Tədbirdə keçirdiyim hisləri sözlə ifadə etmək mümkün deyil.

Əlillərə qayğı günü gündən artır. Prezidentin, ƏƏSM nazirliyinin dəstəyi, vətəndaş cəmiyyəti insitutlarını da hərəkətə keçirib və bu gün əlillərin cəmiyyətə inteqrasiyası işi böyük bir uğurla həyata keçirilir. Bu məncə ən əsas məsələdir.

Konsertdə əlillərimiz mükəmməl performans sərgilədilər. Onların əlil olduğunu müəyyən etməm mümkün deyildi.

Əlillərimizin bundan sonra da maarifləndirilməsi intensivləşməlidir, bu işlər görülür, lakin dah da genişləndirilməlidir. Əlillərimizə işləyə biləcəklərini, öz bacarıqlarını üzə çıxara biləcəklərini başa salmalıyıq. Biz onlara bu marifləndirmə işində dəstək olmalıyıq.

 

Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev:

Qala konserti çox maraqlı tədbir idi. 3 dekabr əlilliyi olan şəxslər günündə konsertin iştirakçıları bir daha sübt etdilər ki, onların əlilliyi onlar üçün heç də məhdudiyyət təşkil etmir. Əksinə onlar öz üzərində intensiv çalışanda çox böyük nəticələr əldə edə bilirlər.

Xüsusilə də məşhur simaların tədbirə qatılması, dəstək verməsi tədbirin  ictimailəşməsinə kömək etdi. Tədbirdə də qeyd edildiyi kimi 3 dekabr əlil şəxslər üçün bayram günü deyil, bu gün, əlilliyə və əlil şəxslərin problemlərinə diqqətin artırılması günüdür.

Dünənki tədbirdə əlilliyi olan şəxslər birdaha mesaj verdilər ki, onlar cəmiyyətin bir parçasıdır, cəmiyyətin tərkib hissəsidir və onlar da öz istedadlarını üzər çıxarmaq imkanlarına sahibdirlər.

Bu il daha çox sosial islahatlar ilidir. Əlillərin həm evlə, avtomabillə təmin edilməsi, 1 iyunda prezidentin sağlamlıq imkanları məhdud olan uşaqlara və digər şəxslərə ünvanlanan sosial xidmətlərin genişlənidirilməsi ilə bağlı əlavə vəsait ayrıması, sosial xidmət mərkəzlərinin sayının artırılması və s. bütün bunlar ölkədə əlillərə dövlət qayğısının daha da genişləndiyini, əlillərin günü-gündən daha çox cəmiyyətə inteqrasiya olunduğunu sübut edir.

Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov:

Dünənki konsertin əlilliyi olan şəxslərin konserti olduğunu demək çətindir. Respublikada ən məşhur müğənnilərin, incəsənət xadimlərinin konseti bu cür professional təşkil edilmir. Bu konsertin ərsəyə gəlməsində və bu səviyyədə həyata keçirilməsində ƏƏSM naziri Sahil Babayevin xüsusi rolu olub.

Bu inanılmaz bir konsert idi, heç kim ayrılmaq istəmirdi, hamı çox duyğulanmışdı. Xüsusilə gözündən əlil xanım, Rübabə Mahmudovanın muğam ifasında hər kəs, hətta cənab nazir belə kövrəldi. Bu konsert ölkə tarixində ən mükəmməl tədbirlərdən biri oldu, tarixə düşdü...

Qarabağ Qazisi, jurnalist Rey kərimoğlu

Dünənki tədbir sözün həqiqi mənasında mükəmməl idi. Mən illərdir həm əlillərlə çalışan bir təşkilatın nümayəndəsi, həm də bir əlil kimi müxtəlif tədbirlərdə iştirak etmişdim, lakin bu tədbir qədər möhdəşəm və hədəfə çatan, lazımlı mesajları cəmiyyətə çatdıran başqa bir tədbir görməmişdim, bu ən gözəli idi.

Əlil deyəndə insanlarda yazıqlıq, məyusluq təəsüratı yaranırdı, buna səbəb əlilliklə bağlı keçirilən əksər tədbnirlərin bu şəkildə baş tutması idi. Çox maraqlı proqram hazırlamışdılar, hər proqram bir mesaj idi. Məsələn orada əlil arabasından istifadə edən şəxslərin şəhərdə hərəkət edərəkən üzləşdikləri problemləri əks etdirən bir proqram oldu ki, onu çox bəyəndim. Əlillərin musiqi yarışmaları oldu, xüsusən duetlər çox gözəl təşkil olunmuşdu.

Əlillərin maarifləndirilməsi, onlarla bağlı problemlərin, qayğıların cəmiyyətə çatdırılması baxımından çox maraqlı və gərəkli bir tədbir idi. Bu tədbirdə əyani şəkildə göstərilirdi ki, əlil olmaq qüsurlu olmaq, cəmiyyətə yararsız olmaq anlamına gəlmir. Əksinə əlillərin də istedadlarını nümayiş etdirmək, inkişaf etdirmək şansları var. Mən çox arzu edərdim ki, bu və bunun kimi tədbirlər ölkədək televiziyalarda nümayiş etdirilsin. Beynəlxalq ictimaiyyətə çatdırılacaq bir tədbir idi. Başda Sahil Babayev olmaqla dünənki tədbirin bütün təşkilatçılarına təşəkkür edirəm. Nəhayət ki, azərbaycanda da dünya səviyyəli muasir dövrün tələbatlarına cavab verən bir proqram təşkil edildi.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Qətərdə simpozium keçirilir - BAMF prezidenti Umud Mirzəyev iştirakçı heyət arasında

8-9 dekabr tarixlərində Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil edilən "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda simpoziumun keçirilməsinə start verdi.

 

Eurasia Diary xəbər verir ki, tədbirə mətbuat azadlığının qorunması və jurnalistlərin müdafiəsi ilə məşğul olan mütəxəssislər, redaktorlar heyəti, regional və beynəlxalq institutların nümayəndələri də qatılıbdır.

 

Tədbirdə Əl-Cəzirə Media Şəbəkəsi, UNESCO-nun Söz Azadlığı və Medianın İnkişafı şöbəsi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalistləri Müdafiə Komitəsi, İctimai Media Şəbəkəsinin nümayəndələri; İnsan Hüquqları Medafiəsinin Ön Cəbhəsi, BMT-nin məhkəmədənkənar işlər üzrə xüsusi məruzəçisi və digərləri iştirak edir.

 

Bu gün iştirakçı heyətin nümayəndəsi kimi tədbirə qatılan, Azərbaycanda beynəlxalq təşkilat kimi fəaliyyət göstərən, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə çıxış edəcək.

 

Çıxışda xüsusən qaynar nöqtələrdə jurnalistlərin təhlükəsizliyi üçün əsas maneələr  dinləyicilərin nəzərinə çatdırılacaq, həmçinin media qurumları ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq prosesində yaranacaq çətinliklər və perspektivlər auditoriyanın nəzərinə çatdırılacaq.

 

Simpozium, mətbuat azadlığının möhkəmlənməsi, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və peşə fəaliyyətinə görə üzləşə biləcəkləri təhlükələrdən qorumaq məqsədi daşıyır. Bu, öz icmalarına, eləcə də qlobal və regional azad mediaya ayrı-ayrı şəxslərin, xalqların narahatlıqlarının çatdırmaasında müəyyən nüfuza malik olan bütün jurnalistlərin fəaliyyətlərini zənginləşdirmək və inkişaf etdirmək, eyni zamanda istəyini ifadə etmə imkanı yaradacaq.

 

Simpozium, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin nəzarəti ilə ölkələr arasında tərəfdaşlıq və həmrəyliyin inkişafını müzakirə etmək üçün effektli bir dialoqun başlamasının təmin olunmasına səy göstərəcək. İnformasiya azadlığı sahəsindəki ciddi pozuntular və media mütəxəssislərinin təhlükəsizliyi ilə bağlı faktlar araşdırılacaq, BMT və müvafiq beynəlxalq təşkilatların müxtəlif müdafiə səyləri nəzərdən keçirilərək qiymətləndirəcək. Digər tərəfdən, Forum Jurnalistlərin Müdafiəsi üçün Ümumdünya Bəyannaməsinin təşəbbüsünün informasiya azadlığı və jurnalistlərin müdafiəsini təşviq edən vahid beynəlxalq sistemin qurulmasının təməl daşı kimi göstərilməsinə xidmət edəcək.

BAMF prezidenti Umud Mirzəyev Qətərdə keçirilən simpoziumda çıxış edib

Beynəlxalq Avrasiya Fondunun Prezidenti Umud Mirzəyev 8-9 dekabr tarixlərində Qətərin paytaxtı Dohada "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda çıxış edib.

Eurasia Diary xəbər verir ki, “Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə çıxış edən Umud Mirzəyev xüsusən qaynar nöqtələrdə jurnalistlərin təhlükəsizliyi üçün əsas maneələri  dinləyicilərin nəzərinə çatdırıb. O, həmçinin medianın beynəlxalq təşkilatlarla əməkdaşlığına mənfi təsir göstərən müxtəlif amilləri səsləndirib.

 

Jurnalistlərin hüquq və azadlıqlarının müdafiəsinin zəruriliyindən danışan U.Mirzəyev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ölkəmizin ərazisinin 20 faizinin işğalı dövründə 7 xarici və yerli jurnalistin öldürüldüyü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. U.Mirzəyev, həmçinin bu cinayətlərin təşkilatçılarının cəzasız qaldığını və hətta rəhbər vəzifələr tutduğunu qeyd edib. 

 

BAMF prezidenti eləcə də bildirib ki, beynəlxalq təşkilatlar hər bir ölkəyə ədalətli və qərəzsiz bir yanaşma formalaşdırmalıdır, əks təqdirdə bu müəyyən problemlərə yol açacaq.

"Dünya mediası və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını, o cümlədən jurnalistlərin öldürülməsini qınamaq üçün vahid bir yanaşmanın olmaması əməkdaşlığın səmərəliliyinə inamı sarsıdır".

Çıxışın tam mətni qısa zamanda dərc olunacaq.

BAMF prezidenti Umud Mirzəyev Qətərdə keçirilən simpoziumda Qarabağdan danışdı

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin 8-9 dekabr tarixlərində Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak etmişdir.

 

Eurasia Diary-nin verdiyi məlumata görə, “Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə geniş auditoriya qarşısında məruzəçi qismində çıxış edən U.Mirzəyev, bütün ölkələrə ədalətli və qərəzsiz yanaşma əsasında media və beynəlxalq təşkilatların inteqrasiyasını inkişaf etdirmək məsələsini qaldırıb. U.Mirzəyev bildirib ki, dünya mediası və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin timsalında Azərbaycana qarşı təcavüzü, o cümlədən jurnalistlərin qətl edilmısini pisləyən vahid yanaşma işləyib-hazırlamalıdırlar.

 

Eurasia Diary çıxışın tam mətnini sizlərə təqdim edir:

 

"Hörmətli iştirakçılar, həmkarlar və dostlar,

 

Hazırda media qurumlarının və beynəlxalq təşkilatların mətbuat azadlığının və əsasən də insan hüquqlarının qorunmasına dəstək olmaq üçün bir araya gəlməsinə həmişəkindən daha çox ehtiyac var.

 

Jurnalistlər, onların hüquqlarının qorunmasına yönəlmiş mövcud bəyannamə, qətnamə və sənədlərə baxmayaraq, həqiqət axtarışında olmaqla daima həyatlarını riskə atırlar. Ölkələrin inkişafını dəstəkləməli olan beynəlxalq təşkilatlar, media təşkilatı ilə oxşar problemləri olmasa da təzyiqlərlə üzləşirlər.

 

Bu kimi hadisələrin 20-ci əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində Qafqazda, Baltikyanı ölkələrdə, Çeçenistanda, Orta Asiyada və bir neçə postsovet ölkəsində çoxsaylı etnik qarşıdurmaların meydana gəlməsi ilə və əsasən də Qarabağda şahidi olduq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ölkəmizin ərazisinin 20 faizinin işğalı dövründə 7 xarici və yerli jurnalist öldürüldü. Bu cinayətlərin təşkilatçıları cəzasız qaldı və hətta rəhbər vəzifələr tutdular. Bu gün biz Suriya, Pakistan, Meksika, Filippin, Əfqanıstan, Afrika və digər ölkələrdə də jurnalistlərin və hətta humanitar işçilərin belə hədəfə alındığını görürük.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, media, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq və həmrəyliyin inkişafı media işçilərinin və informasiya azadlığının qorunmasını təmin edəcək. Mən bu məsələni ilk mənbədən bilirəm, ona görə ki, bu həm də Beynəlxalq Avrasiya Mətbuat Fondunun modelidir. Biz bu modeli hələ 30 il əvvəl bir neçə xarici media həmkarlarımla BAMF-ın təməlini qurarkən tətbiq etmişdik.  

 

90-cı illərin əvvəllərindən etibarən 100-dən çox xarici jurnalistin qaynar nöqtələrə səfərlərini təşkil etmişik. Bu təcrübə bu gün də davam edir. Yalnız bu il cəbhə bölgələrinə Qətər, ABŞ, İsrail, Özbəkistan, Pakistan, Ukrayna və bir sıra digər ölkələrdən olan jurnalistlər səfər edib. Dəfələrlə atəşə məruz qalmışıq. BAMF ilk tibbi yardımın göstərilməsi,  təhlükəsizlik qaydalarının işlənib hazırlanması, texniki standart prosedurlarına riayət edilməsi eləcə də, humanitar əməliyyatlarda iştirakla bağlı yaxşı təcrübəyə malikdir. Biz davamlı olaraq jurnalistlərin müdafiəsi üçün müxtəlif kampaniyalar formalaşdırır və orada iştirak edirik. Bunlardan biri həmçinin 2017-ci ilin noyabr ayında Əl-Cəzirə tərəfindən təşkil olunan kampaniya olmuşdur. 

 

BMT agentlikləri, İqtisadi Sosial Şura, Beynəlxalq Sülh Bürosu və Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi, xüsusilə Beynəlxalq Mətbuat İnstitutunun nümayəndəsi ilə bugün bu tədbirdə iştirak etmək şərəfinə nail olan bir təşkilat olaraq bütün bu məsələlərə həmişə məsuliyyətlə yanaşırıq.

 

Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırğızıstanda Beynəlxalq Mətbuat İnstitutunun milli komitələrinin yaradılmasına töhfə vermək imkanımız oldu. Bütün bunlara baxmayaraq, proses irəliləmədi, çünki beynəlxalq qurumlar tərəfindən dəstək olmadı.

 

Medianın beynəlxalq təşkilatlarla əməkdaşlığına mənfi təsir göstərən müxtəlif amillər var:

 

- Ölkələrə qeyri-bərabər yanaşma

- Müəyyən təşkilatlara ictimai etimadsızlıq

- Dəqiqlik, qərəzsizlik və şəffaflıq məsələlərinin mövcud olmaması

 

Bəzi ölkələrdə medianın inkişafı və jurnalistlərin hüquqlarının qorunması ilə bağlı problemlər mövcuddur. Ancaq bəzən beynəlxalq qurumların bu problemləri aradan qaldırmağa çalışan ölkələri necə qınadıqlarını da görürük.

 

Beynəlxalq təşkilatlar hər bir ölkəyə ədalətli və qərəzsiz bir yanaşma formalaşdıra bilmirsə, bu müəyyən problemlərə yol açır.

 

Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalı ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq təşkilatların yanaşması ictimaiyyəti məyus etdi. Dünya mediası və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını, o cümlədən jurnalistlərin öldürülməsini qınamaq üçün vahid bir yanaşmanın olmaması əməkdaşlığın səmərəliliyinə inamı sarsıdır.

 

Əziz həmkarlar və dostlar!

 

Mühüm beynəlxalq strukturların nümayəndələrinin də iştirak etdiyi belə bir tədbirdə iştirak fürsətindən istifadə edərək, beynəlxalq təşkilatlarla media qurumları arasında əməkdaşlığın ədalətli və bütün ölkələrə qərəzsiz yanaşma şəklində idarə olunmasının zəruriliyinə dair məlumatlılığı artırmaq üçün bütün iştirakçıları qüvvələri birləşməyə və birgə çalışmağa çağırıram.

 

Diqqətinizə görə təşəkkür edirəm!"

 

Qeyd edək ki, simpozium Beynəlxalq İnsan Hüquqları Gününün qeyd olunması münasibətilə təşkil olunub.

Simpoziumda Əl-Cəzirə Media Şəbəkəsi, UNESCO-nun Söz Azadlığı və Medianın İnkişafı şöbəsi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalistləri Müdafiə Komitəsi, İctimai Media Şəbəkəsinin nümayəndələri; İnsan Hüquqları Müdafiəsinin Ön Cəbhəsi, BMT-nin məhkəmədənkənar işlər üzrə xüsusi məruzəçisi və digərləri iştirak edib.

Simpozium, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin nəzarəti ilə ölkələr arasında tərəfdaşlıq və həmrəyliyin inkişafını müzakirə etmək üçün effektli bir dialoqun başlamasının təmin olunmasına istiqamətlənib. Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin nəzarəti altında ölkələr arasında tərəfdaşlıq və həmrəyliyin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün səmərəli dialoq təşkil edilib. BMT və müvafiq beynəlxalq təşkilatların müxtəlif müdafiə səyləri nəzərdən keçirilib. Digər tərəfdən, Forum Jurnalistlərin Müdafiəsi üçün Ümumdünya Bəyannaməsinin təşəbbüsünün informasiya azadlığı və jurnalistlərin müdafiəsini təşviq edən vahid beynəlxalq sistemin qurulmasının təməl daşı kimi göstərilməsinə xidmət edəcək.

BAMF prezidenti Əl-Cəzirə TV-nin rəhbəri ilə görüşüb - TV-nin çəkdiyi filimlər Azərbaycanca dublaj ediləcək

Xəbər verdiyimiz kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin 8-9 dekabr tarixlərində Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak edib.

Səfər çərçivəsində U.Mirzəyev bu gün Əl-Cəzirə TV-nin rəhbəri Mustafa Souj ilə görüşüb. BAMF prezidenti görüşün təfərüatları barədə Eurasia Diary-ə eksklüziv açıqlama verib:

"Məlumdur ki, dünyanın ən məşhur media qurumlarından olan Əl-Cəzirə TV-nin ana hədəflərindən biri də söz azadlığı və insan haqlarının qorunmasıdır. Mövzu ilə ilgili bu möhtəşəm media qurumunun təşkilatçılığı ilə son günlər Dohada keçirilən simpoziumda xüsusi qonaqlar sırasında iştirak etmək mənə də nəsib oldu.Simpoziumda bir çox məsələrdən danışıldı. Mən də özümüzdən danışdım. Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Soujla da özəl görüşümüz oldu. Bir saatdan çox onun ofisində əməkdaşlıq prespektivlərimiz barədə davam edən görüşümüz zamanı mən Azərbaycanla bağlı BAMF-ın dəstəyi ilə Əl-Cəzirə TV-nin çəkdiyi beş ədəd, hər biri iyirmi beş dəqiqə olan filmlərə görə də dərin təşəkkür etdim. Bu yöndə əməkdaşlığımızın davam etdirilməsi və filmlərin Azərbaycan dilinə də dublaj edilməsi məsələlərində razılığa gəldik.

 Umud Mirzəyev: - “Mən hər yerdə Qarabağ haqqında danışıram

Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti 8-9 dekabr tarixlərində Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən seminarda iştirak etmək üçün Qatarın Doha şəhərinə səfər etmişdir. 2 gün davam edən tədbirdə Əl-Cəzirə Media Şəbəkəsinin Baş Direktoru Dr.Mustafa Suag, UNESCO-nun İfadə Azadlığı və Media Inkişafı üzrə bölmə direktoru Qay berqer, BMT-nin məhkəmədən kənar edamlar üzrə xüsusi məruzəçisi Dr.Agnes Kallamard, Beynəlxalq Mətbuat İnstitutunun İcraçı Direktoru Barbara Trionfi, Azərbaycanda yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti cənab Umud Mirzəyev və başqaları iştirak ediblər.

Eurasia Diary-yə danışan BAMF prezidenti simpozium barədə təəssüratlarını, tədbirdə görüşdüyü beynəlxalq təşkilatların nümayəndələrini də qeyd edib: 

“Ümumiyyətlə, bu simpozium hamımız üçün çox məhsuldar oldu. Mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və peşə fəaliyyətindən dolayı üzləşə biləcəkləri təhlükələrdən qorumaqla bağlı məsələlər qaldırdıq. Simpoziumda UNESCO-nun İfadə Azadlığı və Media İnkişafı üzrə bölmə direktoru Qay berqer, Beynəlxalq Mətbuat İnstitutundan olan yaxın dostumuz və tərəfdaşımız Barabara Trionfi, eləcə də BMT-dən Dr.Agnes Kallamard, İnsan Hüquqları Müdafiəsinin Ön Cəbhəsindən Endryu Anderson və digər təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşmək və danışmaq imkanına nail oldum. Simpozium əslində bizə təcrübə mübadiləsi aparmaq və həmin beynəlxalq təşkilatların nümayəndələri ilə yeni əlaqələr qurmaq imkanı verdi. Biz, həmçinin insan hüquqları və mətbuat azadlığı ilə əlaqəli problemlərin aradan qaldırılması üçün bir platformada həmrəy olma perspektivlərini də müzakirə etdik".

 Simpoziumda daha çox hansı məsələlər müzakirə olunub?

- "Əvvəla, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin hər il təşkil etdiyi tədbirləri yüksək qiymətləndirirəm. Hər dəfə bu cür tədbirdə Əl-Cəzirə söz azadlığı, insan haqları ilə bağlı bir çox problemləri müzakirəyə çıxarır.

Bundan əlavə, Əl-Cəzirə insan hüquqları və söz azadlığı ilə bağlı bir sıra kampaniyaların təşkilatçısı olmuşdur. Təşkilatımız Beynəlxalq Avrasiya Mətbuat Fondu 2017-ci ildə keçirilmiş tədbirdə fəal iştirak etmişdir. Qeyd etmək istərdim ki, təşkilatımız Əl-Cəzirənin bir çox digər layihələrində də çox əhəmiyyətli rol oynamışdır. Buna ən bariz nümunə kimi Əl-Cəzirənin söz azadlığı ilə bağlı hazırladığı video çarxı göstərmək olar. Xatırladım ki, həmin video çarxda digər təşkilatlarla birgə bizim təşkilatın da loqosu yer alıb. 

Əslində, paneldə mən əsasən yerli medianın və beynəlxalq təşkilatların insan hüquqları, həmçinin informasiya azadlığının inkişafındakı rolu və əməkdaşlığı haqqında danışdım. Təşkilat yarandığı gündən bəri əldə etdiyimiz təcrübəni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təcrübəsini onlarla bölüşdüm”.

- Simpoziumda Qarabağ münaqişəsinə də toxundunuz. Ümumiyyətlə barəsində danışdığınız Qarabağdakı cinayət faktlarına auditoriyanın münasibəti necə oldu?

- “Mən hər yerdə Qarabağ münaqişəsi barədə danışıram. Bu, bizim mənəvi haqqımız və mövcud problemlərimizdən ən ağrılısıdır. Hətta deyərdim ki, Azərbaycanda hər kiçik problem Qarabağ münaqişəsindən qaynaqlanır.

İnsan hüquqları və ya media ilə bağlı məsələlərdən danışırıqsa, bunlar da Qarabağ problemi ilə əlaqələndirilir.

Bu problemə sərf olunan vaxtı və enerjini  Azərbaycanda ən vacib və faydalı sahələrə yönəldə bilərdik. İnanıram ki, Azərbaycan regionda ən uğurlu inkişaf etmiş ölkə ola bilər.

İnsan hüquqları ilə bağlı məsələyə gəldikdə isə, Qarabağ münaqişəsi zamanı hüquqları pozulmuş 1.200.000 nəfərdən və ya 7 yerli və xarici jurnalistin öldürülməsindən danışmalıyıq. Təəssüflə deyirəm ki, Qarabağda jurnalistlərə qətlə yetirənlər hələ də cəzasız qalır. Ən pis tərəfi də budur ki, həmin cinayətkərlar Ermənistanın hökumət strukturlarında yüksək vəzifələr tutur. Xüsusilə çıxışım zamanı təcavüzkar və bu cinayətləri törədən Ermənistanı dəstəkləməyə çalışan beynəlxalq təşkilatları tənqid etdim.

Düşünürəm ki, belə beynəlxalq platformalarda sözümüzü demək və Qarabağ problemi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu, əlbəttə ki, soyqırımdan və işğaldan əziyyət çəkmiş bir insan kimi mənim əsas vəzifəmdir. Buna görə beynəlxalq tədbirlərdə iştirak etdiyim müddətdə bütün diqqəti Qarabağ münaqişəsinə yönəltməyə çalışıram. Baxmayaraq ki, beynəlxalq aləmdə Qarabağda törədilmiş qırğınların carçısı olmağım mənim bir çox beynəlxalq layihə və tədbirlərdən kənarda qalmağıma səbəb olur. Buna baxmayaraq, beynəlxalq əməkdaşlığımızı inkişaf etdiririk və bu görüşdən də əliboş qayıtmadıq.”

- Simpoziumdan sonra Əl-Cəzirə TV-nin bir çöx rəhbər şəxsləri ilə görüşləriniz oldu. Bu görüşlər hansı əməkdşlıq imkanları yaratdı?

- Bəli, simpozium başa çatan kimi, Əl-Cəzirə TV-nin baş direktoru cənab Mustafa Suag ilə ofisində görüşdüm. Bu yaxınlarda Əl Cəzirə TV-nin Müsafir proqramında yayımlanan 5 hissədən ibarət və hər biri 25 dəqiqə olan, eləcə də Azərbaycanın zəngin tarixini, mədəniyyətini və əsrarəngiz təbiətini əks etdirmək üçün çəkilmiş sənədli filmləri müzakirə etdik. Əl-Cəzirə komandasının Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə sərf etdiyi gərgin əməyin nəticəsində ərsəyə gəlmiş bu filmərə görə təşəkkürümü bildirdim və filmlərin Azərbaycan dilinə dublyaj olunmasına razılıq verilməsini istədim. Cənab Suag bu məsələnin müsbət həll olunması üçün qurumlara göstəriş verəcəyini söz verdi. İnanırıq ki, yaxın gələcəkdə bu filmlər Azərbaycanda yayımlanacaq.

Səfərimiz zamanı Əl-Cəzirə TV-nin İnsan Haqları, “Documentary”, Xəbər və digər şöbələrin rəhbərləri ilə də görüşüm oldu. Onlarla əməkdaşlıq imkanlarını müzakirə etdik və hətta növbəti ildə bir sıra layihələrin birgə icrası üçün ilkin razılığa gəldik. İnanırıq ki, bundan sonra BAMF ilə Əl-Cəzirə arasında daha sıx və əhatəli əməkdaşlıq qurulacaq və gələn ildən Əl-Cəzirə TV ilə daha çox ortaq layihələrimiz olacaq. Əl-Cəzirə bir vaxtlar əlçatmaz bir qurum idi, amma indi bizim üçün çox yaxın bir platformadır. Bu platformanın təcrübəsindən və imkanlarından istifadə etməklə, ölkəmizin bundan sonra daha çox faydalanmasına çalışacağıq.

Bələdiyyə üzvlüyünə namizədlərin debatı baş tutub - Maraqlı təkliflər, tənqidlər, layihələr

Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) bələdiyyə üzvlüyünə gənc namizədlərlə görüş keçirilib. Debat və sual-cavab formatında keçirilən görüşdə Xətai rayonundan iki, Abşeron rayonundan isə bir namizəd qatılıb.

Görüş zamanı gənc namizədlər, hədəflərini və öz seçki platformalarını açıqlayıb, həmçinin görüşdə iştirak edən media nümayəndələrinin suallarını cavablandırıblar.

Xətai rayonundan namizədliyini irəli sürən (müstəqil namizəd) jurnalist, “Türksevdası” portalının baş redaktoru Sevda Zülfiqarlı  namizədliyini irəli sürmə səbəblərini və seçki platformasını belə izah edib:

Gənclər üçün hazırda çox münbit şərait yaranıb. Bu Cənab Prezident İlham Əliyev sayəsində mümkün olub. Mən də bu şəraitdən istifadə etmək, yerli idarəetmə orqanlarındakı problemləri həll etmək və sözün həqiqi mənasında xalqa xidmət etmək üçün namizədliyimi irəli sürmüşəm. Mən seçilsəm də, seçilməsəm də xalq üçün bu xidməti həyata keçirməyə çalışacam. Vətəndaşlar üçün yeni xidməti məkanların, istirahət üçün mərkəzlərin, oyun parklarının açılmasını dəstəkləyirəm.

S.Zülfiqarlı bildirib ki, namizədliyini irəli sürdüyü Xətai rayonunda xüsusilə, uşaq və yaşlıların asudə vaxtlarını keçirəcəyi sosial obyektlər mövcud deyil. Ən önəmli problemsə işsizlik və yoxsulluqdur. Buna görə də, o bələdiyyə nəzdində fəaliyyət göstərən müxtəlif kiçik müəssisələrin açılmasını təklif edir.

“300-400 nəfərdən çox vətəndaşla görüşüm olub. Onların əksrəriyyəti evlərin sənədləşməsi ilə bağlı problemlərdən, xeyir-şər evlərinin mövcud olmamasından, yoxsulluq və işsizlikdən şikayətlənib. Bir çox vətəndaş ümumiyyətlə, bələdiyyələrin statusundan xəbərsizdir. Vətəndaşlar xidmət tələb edir, bu xidməti göstərmək isə biz gənclərin üzərinə düşən vəzifədir”-deyə gənc namizəd əlavə edib.

“Atlas” Araşdırmalar  Mərkəzinin siyasi eksperti Rusif Məmmədov isə namizədliyi və seçki platformasını belə izah edib:

Mənim namizədliyimi irəli sürmə səbəbim daha çox Xətai rayonundakı mövcud problemlərlə əlaqədardır. Mən belə düşünürəm ki, hazırkı şəraitdə bələdiyyələrdə qan dəyişimi zəruridir. Mənim seçki platformam da daha çox gənclərə yönəlib. Hətta deyə bilərəm ki, seçkilərdə mən qalib gəlməsəm belə, gənclərin ön plana çıxmasını, zəfər çalmasını arzu edirəm. Əliyar Əliyev bizim 20 illik bələdiyyə sədrimizdir. Lakin 20 ildir bələdiyyə rəhbəri olsa da, biz onun fəaliyyətini görməmişik. Bu çox ciddi problemdir. Bələdiyyə işi xidmət işidir, lakin Xətai rayonunda illərdir bu xidmət unudulub”.

“Nə üçün bizim bələdiyyəyə ayrılan pullar kimlərinsə cibinə getməlidir? Mən hətta razıyam ki, maaşsız çalışım, lakin öz rayonum üçün iş görüm. Bizim problemlərimiz çoxdur. İlk növbədə bələdiyyə səlahiyyətləri artırılmalıdır. Biz bu təklifləri parlamentə çıxarmalıyıq. Mənzil İstismar Dairələri ləğv edilməlidir. Onun səahiyyətləri bələdiyyələrə keçməlidir. Nigah və natarius məsələləri də bələdiyyə səlahiyyətinə verilməlidir. Bələdiyyə səlahiyyətləri artırılmadan verdiyimiz vədləri reallaşdıra bilməyəcəyik. Bələdiyyə vergi toplayan orqan deyil, bələdiyyə xidmət edən orqandır. Vətəndaşların böyük əksəriyyətinin bələdiyyə qurumlarına inamları itib. İnamları qaytarmaq üçün biz lazımıq. Ona görə də biz çalışacağıq ki, səlahiyyətlər artırılsın. Həmçinin bələdiyyələrə investorların cəlbi zəruridir”- deyə o əlavə edib.

R.Məmmədovun öz elektoratına verdiyi əsas vədlərdən biri də bələdiyyə nəznində yeni və müasir standartlara cavab verən kitabxananın açılmasıdır:

“Xətai rayonu bütünlükdə kafe, bar və çay evləri ilə əhatələnib. Mən bələdiyyə büdcəsilə gənclərin səmərəli asudə vaxt keçirə biləcəyi kitabxana tikilməsini irəli sürəcəm. Mən vətəndaşlarla görüşümdə də deyirəm ki, istəyirsinizsə övladınız çay evinə yox, kitabxanaya getsin, bizə səs verin. Biz bunun təbliğat işini də formalaşdıracayıq”.

Tarixçi, YAP-ın Abşeron rayonu üzrə bələdiyyə üzvlüyünə namizədi Coşqun Hidayətov isə öz platformasını belə izah edib:

Bələdiyyələrdə olan problemlər məni çox düşündürdü. Xüsusilə prezidentin gənclərə olan dəstəyi məni olduqca həvəsləndirdi və namizədliyimi irəli sürməyi qərara aldım.

 Mən vətəndaşlarla görüşüm zamanı onların 3 əsas problemdən narazı olduqlarını müşahidə etdim. Bunlar, Nəqliyyat problemi, yollların bərbad vəziyyətdə olması və məşğulluq problemidir. Ona görə də seçki platformam daha çox bu üç problemin həllinə istiqamətlənib.

Bizim qəsəbəmizdə 10-dan çox zavod fəaliyyət göstərir. Lakin bu zavodlarda qəsəbə əhalisinin çox az hissəsi çalışır. Mən bələdiyyə üzvü seçilsəm bu məsələni gündəmə gətirəcəm və təklif edəcəm ki, bu zavodlarda çalışan işçilərlə bağlı müəyyən limit qoyulsun. Bu limitə qədər zavodda çalışan insanlar qəsəbə sakinləri olmalıdır. İşsizliklə bağlı digər bir təklifim də kərpic istehsalı ilə məşğul olan zavodlarımızla əlqədardır. Təklif edirəm ki, bələdiyyə nəzdində zavod yaradılsın, kənd sakinləri həmin zavodlarda çalışsın, bununla həm qəsəbə sakinləri işlə təmin olunacaq, həm də zavodun gəlirləri bələdiyyə büdcəsinə daxil olacaq. Bu pullar da qəsəbə yollarına və s. xərclənəcək”.

“Təhsillə bağlı layihəmizdə var. Aztəminatlı ailələrin təhsil problemini həll etmək üçün bələdiyyə nəzdində təhsil xərclərinin ödənilməsi üçün bütcə formalaşdırılsın,  bu bütcə ilə bələdiyyə kursları təşkil edilsin”- deyə C.Hidayətov qeyd edib.

C.Hidayətov həmçinin bələdiyyə namizədliyini irəli sürdüyü Aşağı Güzdəkin nəqliyyat problemi ilə əlaqədar dövlət başçısına müraciət edəcəyini bildirib:

“Mən həmçinin nəqliyyat problemini aradan qaldırmaq üçün bir təklif irəli sürəcəm. Qəsəbədə marşrut yarım saatdan bir çalışır. Bakı-Sumqayıt qatarının bir hissəsi bizim Aşağı Güzdək qəsəbəsindən keçir. Keçmişdə dəmiryolu Aşağı Güzdək stansiyası olub. Sonradan bağlanıb. Hazırda Bakı-Sumqayıt qatarında Aşağı Güzdək stansiyası bildirilir, lakin qatar bu stansiyada saxlanılmır. Bununla bağlı prezidentə müraciətimiz olacaq”.

 

Avrasiya Təhsil Mərkəzi BAMF-ın dəstəyilə açıq dərs modeli təşkil etdi

Dekabrın 19-u Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Avrasiya Təhsil Mərkəzinin təşəbbüsü ilə “İngilis dilinin tədrisinə praktik və müasir yanaşma” mövzusunda tanıtım – təqdimat açıq dərs modeli təşkil edilib.

Eurasia Diary xəbər verir ki, bu təqdimat – dərs Beynəlxalq Avrasiya Mətbuat fondunun nəzdində fondun dəstəyi ilə yaradılmış Avrasiya Təhsil Mərkəzinin peşəkar tərcüməçi – müəllim kollektivi tərəfindən xarici dillərin keyfiyyətli tədrisini təmin etmək məqsədilə həyata keçirilib.

Avrasiya Təhsil Mərkəzi Azərbaycan, Gürcüstan, İran və Orta Asiya ölkələri üzrə ECL Beynəlxalq İmtahan Mərkəzinin yeganə tərəfdaşıdır.

Açıq dərs - modeli Esmira xanım Qasımbəyova tərəfindən keçirildi. Təqdimatda kollecimizin müəllim – tələbə kollektivi iştirak edirdi. Tanıtım dərs – modeli interaktiv formada, tələbələrin fəal iştirakı ilə keçdi. Peşəkar təşkil edilmiş bu maraqlı təqdimata görə Esmira xanıma və onun kollektivinə eyni zamanda tədbirin təşkili üçün ingilis dili fənn komissiyasının sədri İlhamə Əsgərovaya Azərbaycan Dövlət Pedaqoji Kolleci və Beynəlxalq Avrasiya Mətbuat Fondu rəhbərlik və heyət adından öz təşəkkrlərini bildirir.

 

BAMF Əl Cəzirə TV-nin Azərbaycanla bağlı yayımladığı filmlərin təqdimatını keçirib

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Əl Cəzirə TV-nin Azərbaycanla bağlı çəkdiyi filmlər haqqında mətbuat konfransı keçirilib.

Qeyd edək ki, Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımını davam etdirir. Filmlər, Azərbaycanın zəngin tarixini, mədəniyyətini, əsrarəngiz  təbiətini, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan Əl Cəzirə Musafir proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər 26 noyabr tarixindən başlayaraq hər şənbə günündən ard ıcıl olaraq Əl Cəzirə “Musafir” proqramı vasitəsi ilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir. Artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq ciddi marağa səbəb olub. Filmin Naxçıvanla bağlı növbəti bölümü Bakı vaxtı ilə 21 dekabr, saat 20:30-da nümayiş

Konfransda çıxış edən BAMF prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib:

“Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm, bəlkə də, yanılmaram. Əl Cəzirə Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir".

BAMF, Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Suag, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”, - deyə Umud Mirzəyev əlavə edib.

BAMF rəhbəri Azərbaycan gözəlliklərini Ərəb dünyasına öz dili vasitəsilə çatdıran aparıcı Hazim Abulvaftanın ifadələrini belə şərh edib:

“Abdülvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən  bu yerlərdən olması məni təəccübləndirmir” - ifadələrindən istifadə edərək tamaşaçıları belə bir mötəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır”.

U.Mirzəyev, həmçinin filmlərin ərsəyə gəlməsinə çəkilən məsrəflərin yalnlız Əl Cəzirə TV tərəfindən qarşılandığını qeyd edib.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva BAMF rəhbərliyi və kollektivinə Azərbaycanın zəngin mədəni irsinin dünyaya təbliğ edilməsindəki səylərinə görə təşəkkür edib:

"Bu gün nümayiş etdirilən BAMF-ın təşkilatçılığı ilə Əl Cəzirə TV tərəfindən çəkilən filmlər çox maraqlı və təqdirəlayiqdir. BAMF bu tipli layihələri ilə Azərbaycan mədəniyyətinə böyük xidmət göstərir. Biz bu xidmətlərə görə təşəkkürümüzü bildirir, uğurlar diləyir və bu kimi filmlərin davamlı olmasını arzu edirik”, - deyə Mədəniyyət Nazirliyinin nümayəndəsi əlavə edib.

 

 

 

 

 

Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ƏƏSM Nazirliyi yanında İctimai Şura üzvləri ilə birgə “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin dəstəyi ilə Bakı şəhərində seminar keçirmişdir.

Layihənin məqsədi: Sosial islahatların faydalılıq əmsalının, əlçatanlılığının artırılması, çətin həyat şəraitində yaşayan insanların sosial çağırışlarının düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi, sosial iş prinsiplərinin gücləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələrlə bağlı sosial reabilitasiya və sosial ekspertiza işlərinin aparılmasında davamlılıq prinsiplərinin qorunmasına dair sosial əlaqələndirmə işlərinin yerinə yetirilməsindən maarifləndirmənin aparılmasından ibarətdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, ƏƏSM Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbiri açıq elan edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən zamanın tələbinə uyğun belə bir layihənin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılması, onların cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması, sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı vətəndaş cəmiyyəti təmsilçiləri, ƏƏSMNazirliyi yanında İctimai Şura üzvüləri nümayəndələri, Əlil Təşkilatlarının rəhbərlərinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin əhəmiyyətindən söz açdı. İctimai Şuranın üzvü Bakı şəhəri üzrə tədbirin təşkilatçısı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Əlil Təşkilatlarının sədrlərinin əlilliyi olan insanlara, uşaq və gənclərə cəmiyyətin qayğısı, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sosila islahatların mahiyyəti, ƏOŞ-in həyatında dəyişikliklərin edilməsi, sosial layihələrdə iştiraklarını xüsusi vurğuladı. Davud Rəhimli öz çıxışında ƏT-nın bu gün İŞ-da təmsil olunan QHT əməkdaşlıq əlaqələri ƏOŞ-in cəmiyyətə inteqrasiya olunmalarının metodlarından məlumatlandırılmanın aparılmasından geniş, əhatəli misallar gətirdi.

Tədbirin iştirakçıları İctimai Şuranın üzvü İradə Rzazadə, Məmmədhəsən Həsənov, Mehdi Mehdiyev, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Layihənin Bakı şəhəri üzrə təşkilatçısı, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyinin sədri Firuzə Babayeva tərəfindən ƏƏSM Nazirliyinin dəstəyi ilə həyata keçirilən digər layihələrin ƏOŞ üçün yeni dəyişikliklər yaradacağı barəsində məlumat verdi. Layihənin koordinator köməkçisi Zəminə Səfərova müzakirələrə qoşularaq suallara ətraflı cavablandırmalarla tədbir iştirakçılarında geniş məlumatlar verdi. Tərbirdə İctimai Şuranın üzvüləri ilə ƏT-nın fəallarının çıxışları xüsusi maraq doğurdu. QHT nümayəndələrinin geniş iştirakı ilə görülən işlər, problemlərin həlli yolları barəsində müzakirələr aparıldı. ƏT-nın rəhbərlərinin İctimai Şura Üzvülərinə ünvanlanan sualları cavablandırıldı. İştirakçılar tərəfindən layihənin mahiyyəti yüksək qiymətləndirildi. Sonda layihə rəhbəri Ümüd Mirzəyev bu kimi tədbirlərin mahiyyətindən, digər bölgələrdə də keçirilməsindən danışaraq təşkililatçılara təşəkkürünü bildirdi.

Əl-Cəzirə Naxçıvanla bağlı 5-ci filmi nümayiş etdirdi

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımına başlanılıb.

(Videonu həmçinin bu linkdən izləyin)

Eurasia Diary xəbər verir ki, filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyətini, əsrarəngiz təbiətini, insanların qədim ənənələrini, yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Bu dəfə Əl Cəzirə kanalının "əl Musafir” proqramının yaradıcı heyəti sizi Naxçıvandan salamlayır.

20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan Əl Cəzirə Musafir proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli-görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı və Azərbaycanın digər bölgələrindən olan Şəki, Xınalıq, Gəncə və s. rayonları əks etdiən 4 hissəli film ərəb dünyasına təqdim edilib. Filmlər noyabrın sonlarından etibarən Əl Cəzirə “Musafir” proqramı vasitəsi ilə beş həftə ərzində nümayiş etdirilməkdədir. 

Naxçıvan haqqında çəkilən filmdə Möminə Xatun, Gülüstan və Nuh məqbərələri, Xan Saray, Duz Dağ, İlan Dağ və Batabat gölünə xüsusi diqqət ayrılıb.

BAMF-ın prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib:

“Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram. Əl Cəzirə Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir". 

BAMF, Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Suag, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”, - deyə bildirən Umud Mirzəyev Azərbaycana həsr edilmiş bu möhtəşəm ekran əsərinin azərbaycancaya tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb. 

BAMF prezidenti Umud Mirzəyev APA TV-yə eksklüziv müsahibə Verdi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev APA TV-də yayımlanan “Yerində” proqramının qonağı olub.

Eurasia Diary-nin məlumatına görə, proqramda U.Mirzəyev BAMF-in texniki dəstəyi ilə Əl Cəzirə TV tərəfindən Azərbaycan haqqında çəkilən filmlər, eləcə də Əl Cəzirə və BAMF əməkdaşlığının pespektivləri barədə ətraflı məlumat verib.

Tədqiqatçı Helen Trembli Azərbaycan ailəsindən bəhs etdi

Umud Mirzəyev ona Qarabağ münaqişəsi barədə danışdı

Azərbaycan ailəsi ilə bir yerdə olmaq mənə çox müsbət bir aura bəxş etdi. Xüsusilə də ailədəki uşaqların istilik və əmin-amanlıq bəxş edən səsləri ənənəvi Azərbaycan ailəsinin təbii mənzərəsini yaradır”.

Tədqiqatçı, müəllif, fotoqraf və beynəlxalq miqyasda tanınan məruzəçi Helen Trembli, 111 ölkədə 140-dan çox ailə ilə birlikdə yaşayıb. O, 25 günlük səyahətdən sonra yuxarıdakı sözləri qələmə alıb. Dünyanın müxtəlif yerlərindəki gündəlik həyatın gizli qalan tərəfinin portretini əks etdirən 15 kitabın müəllifidir. Kitabları Kanada, ABŞ, Avstraliya və Fransada çap olunaraq yayımlanmışdır.

Helen, dünyanın hər yerində yerli əhalinin əksəriyyətinin yaşayış şərtlərini təmsil edən ailələr barədə geniş təssüratlarını qələmə almaq üçün onlarla birlikdə yaşayır, eyni zamanda fotolar çəkərək dünya sakinlərini bir-birləri ilə tanış edir. Müəllif dünyada günəşin doğuşundan batışına qədər saatbasaat insan həyatını əhatə edən kiçik hadisələrdə iştirak edir. O, uzun və maraqlı sərgüzəştləri barədə Eurasia Diary-yə danışarkən bizi otuz il bundan əvvələ apardı. Helen, bu layihəni reallaşdırmaq fikri yaranana qədər Parisdəki bir reklam agentliyində televiziya prodüseri kimi çalışdığını söylədi. İnsan həyatının hər bir anını təsvir edərək və qələmə alaraq dünyanı gəzib, insanlığı bir-birinə tanıtmağın çox çətin bir iş olduğunu bilirdi. Nəhayət, ağır çalışmalardan sonra Helenin layihəsi CIDA, UNICEF, UNFPA və UNESCO kimi qurumlardan və "Olympus" və "Body Shop International" kimi şirkətlərdən dəstək gördü.

Bu dəfə Helen paytaxt Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonanğı oldu. Redaksiyanın kollektivi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev onu səmimi qarşıladı. Helen özünün də vurğuladığı kimi, Qafqazın ecazkar ölkələrindən biri olan Azərbaycana səyahəti onda zəngin təəssüratlar oyadıb.

“Dünyada Qafqaz adlanan sevimli və füsunkar bir yerin olduğunu heç vaxt təsəvvür etməzdim. Mən Abitibidə, Kanadada, Kvebekin şimalında yerləşən bir bölgədə anadan olmuşam. Evim meşəyə, az sayda əhalinin yaşadığı əraziyə yaxın idi. İnsanları birləşdirməyə, onların həyat tərzini öyrənməyə, mədəniyyətləri və icmaların adət-ənənələrini dərindən araşdırmağa və bu işin dərinliklərinə baş vurmağa can atırdım. Azərbaycana gəlişimin ilk günündən bu ölkədəki sakitlik və əmin-amanlıq məni heyran etdi. Bakıda yerləşməyimdə mənə yardımçı olduğu üçün Umud Mirzəyevə və onun mehriban komandasına təşəkkür edirəm”.

Helenin macəra dolu hekayəsi Bakı ilə bitməyib. O, Azərbaycanın şimal-qərbində yerləşən, ölkənin ikinci böyük şəhəri sayılan Gəncəyə səyahətindən bəhs etdi. Onun əsas planı beş ailədən minimum əmək haqqı ilə dövlət işində çalışan bir ailəni seçmək idi. O, sadəcə gedib qapını döyür və həmin ailədə bir neçə gün qonaq olmağı xahiş edir. Helen Gəncədə azərbaycanlı ailələrindən birinin evində qalarkən bu insanların qonaqpərvərliyinə heyran olur.

Həqiqətən bu ailənin bütün üzvlərini çox sevdim. Ana, ata, iki gözəl qızları və heyrətamiz nənə. Gündəlik həyatımı onlarla birgə keçirmək və hər gün bu ailə ilə masa ətrafında oturmaqdan çox məmnun idim. Bilirsinizmi, mən indi ev şəraitində giləmeyvədən hazırlanmış yeddi banka mürəbbə ilə səyahət edirəm. Bu hədiyyə mənim üçün Azərbaycanın qonaqpərvərliyini sözlərdən daha yaxşı ifadə edir.

 

Qızların işləməsi və ananın müəllimə kimi çalışması ilə ailəyə dörd yerdən maaş gəlirdi və beləcə bir-birlərinə kömək edə bilirdilər. Bu, onlara 92 yaşındakı nənənin qayğısına qalmaları üçün bina evindən həyət evinə köçməyə imkan vermişdi.

Ailədəki uşaqlar da diqqətimi çəkdi. Qızlarla uzun söhbət etdim, gələcək planlarını soruşdum. Birinin 24, digərinin 28 yaşı vardı. Ata qızının hələ də ailə qurmaması ilə bağlı narahatlığını dilə gətirdi. Böyük qız karyerasını və öyrəndiyi şeyləri sevir, kiçik qız isə çox şey öyrənməli və özünü inkişaf etdirməli olduğunu anlayır. Hər ikisi valideynləri ilə gələcək həyat, evlilik barədə müzakirələr aparıblar və anaları onları dəstəkləyib, günlərin birində isə qızlarının gələcəyi və cəmiyyətdəki dəyişikliklərlə bağlı onda yenidən suallar yaranır.

Helen ofisdə bizimlə söhbət edərkən Azərbaycan cəmiyyətini əsasən müsbət xarakterizə etdi. Ölkə dünyəvi olduğu üçün əhali arasında və xüsusilə ailələrdə sülh və birlik var. O əlavə etdi ki, insanlar onun Kanadadakı şəhərindəki kimi daha tolerant və mehribandırlar. Eyni zamanda, o gənc nəslin gələcək inkişafı üçün öz həyatlarında seçim etmələrinə mane olan səbəbi soruşmaqla bəzi problemlərə toxundu. Helenin sualına cavab olaraq, BAMF prezidenti Umud Mirzəyev Qarabağ münaqişəsinin gənc nəslin inkişafdan qalmasında əsas səbəb olduğunu vurğuladı.

Qarabağ münaqişəsi öz həllini tapsaydı, Azərbaycan dünyanın ən yaxşı inkişaf etmiş ölkəsi ola bilərdi. Münaqişənin sülh yolu ilə həlli ilə bağlı BMT tərəfindən qəbul edilmiş 4 qətnaməyə baxmayaraq, biz və xüsusən gənc nəslimiz bu problemdən hələ də əziyyət çəkir. Mən münaqişənin canlı şahidiyəm və müharibədən əziyyət çəkmiş bölgənin sakiniyəm. Viran qalmış evimdə, təxminən 30 ildir ki, ərazimizin 20 faizini işğal edən Ermənistan hərbçiləri yerləşiblər. Cəbhə bölgəsinə yaxın yaşayan məcburi köçkünlərin övladları ən ağır şəraitdə məktəblərə gedir. Ağ lövhədən yarım metr məsafədə kiçik bir sinif otağında 60 şagird oturur ... Heç təsəvvür edirsiniz, həmin uşaqlar parlaq gələcəyə ümid edərək necə təhsil alırlar ..?

Əminəm ki, Azərbaycan işğal olunmuş ərazilərini geri alsaydı, övladlarımızın gələcəkdə professor, akademik, həkim və idmançı olmaq üçün daha çox imkanları olardı.

Yeri gəlmişkən, idmançı sözünü qeyd etdim. Turnirdə futbol matçında oynamağa hazırlaşan gənc bir oğlanın qısa hekayəsini danışmaq istəyirəm. O, komandaya qoşulmaq üçün futbol formasının nömrəsini seçəcəkmiş və birdən 23 nömrəsini deyib. Atası ondan bu nömrəni niyə seçdiyini soruşub, deyib ki, sonra cavab verəcək. Oyun bitib və komandası qalib gəlib. Birinci yeri tutub və üzünə atasına tutub oyundan əvvəl verdiyi suala cavabında deyib: "Bilirsən niyə bu nömrəni seçdim? Çünki bu nömrə mənə Ağdam, Füzuli və Cəbrayılın 23 iyul və avqust tarixlərində işğalını xatırlatdı”.

Oradakı hər kəsin gözləri yaşardı və bu işğal olunmuş vətənini geri qaytaracağına və qələbəyə ümid edən gənc oğlanın əzm və cəsarətini nümayiş etdirirdi".

Tərtərdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtərdə yerləşən Peşə Təlim Mərkəzində Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Gününün qeyd olunmasına həsr olunmuş tədbir keçirilib. Tədbir BAMF-in, Qızıl Aypara Cəmiyyəti Tərtər rayon bölməsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi "Əlilliyi olan uşaqlar üçün icma reabilitasiya mərkəzlərinin təşkili" layihəsi çərçivəsində təşkil edilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rəhbərin müavini Elvin Umudov və Qızıl Aypara Cəmiyyətinin sədri Etibar Heydərov və digər rəsmilər, ƏƏSMN-nin dəstəyi ilə yaradılmış Əlilliyi olan uşaqlar üçün İcma Reabilitasiya Mərkəzi təmsilçiləri, uşaqlar və valideynlər iştirak edib. Tədbirə, eyni zamanda Azərbaycan Gənclərinə Dəstək Proqramı (AYAP) və Qızıl Aypara Cəmiyyətinin könüllüləri də qatılıblar.  

Tərtər rayon icra hakimi, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və layihənin pedaqoqu Qumru Səlimova çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Onlar layihə sayəsində əlilliyi olan uşaqların bilik və bacarıqlarının inkişaf etdirilməsində böyük uğur qazandıqlarını vurğulayıblar. Tədbir çərçivəsində həmin uşaqlar da iştirak ediblər. Şənliyi giriş sözü ilə açan layihənin pedaqoqu Qumru Səlimova  məlumat verərək bildirib ki, layihənin əsas məqsədi fiziki məhdudiyyətli uşaqları cəmiyyətə inteqrasiya etmək və onların cəmiyyətdə yer tutması üçün səylərin artırılmasından ibarətdir. «Onlar da hiss etməlidirlər ki, cəmiyyətin bir parçasıdırlar. Bizim cəmiyyətdə onların hər birinin ayrı yeri var. O qeyd edib ki, bu layihə uşaqlara çox müsbət təsir edib. Əvvələr qələm tuta bilməyən uşaqlar hal-hazırda şəkil çəkə bilir, bir neçə ay bundan qabaq danışmaqdan əziyyət çəkən uşaqlar hal-hazırda şeir deyə bilirlər. Bizim bu layihəmiz uşaqlar üçün çox böyük əhəmiyyət daşıyır»,-  deyə Səlimova bildirib.

Bütün əyləncə proqramı rahat bir atmosferdə keçirildi və şeirlər, rəqslər, təbriklər və şirniyyatlarla müşayiət olundu.

Şənlik zamanı Azərbaycanın Tərtər bölgəsindən olan uşaqlar üçün keçirilən xeyriyyə aksiyası çərçivəsində Bakı Britaniya məktəbinin tələbələrinin də hazırladığı və BAMF nümayəndələri tərəfindən çatdırılan hədiyyələr təqdim olundu. Hər bir hədiyyə ayrıca seçilib və göndərən tərəfindən şəxsən imzalanıb.

Bu, BAMF və Bakı Britaniya məktəbinin birgə təşkil etdiyi ilk xeyriyyə aksiyası deyil. Martın 30-da Fond məktəbi təmsil edən xüsusi dəvət olunmuş qonaq Filip Roşenin iştirakı ilə Azərbaycanın Tərtər bölgəsində uşaqlar üçün geniş xeyriyyə tədbiri təşkil etmişdi. 

BAMF prezidenti Umud Mirzəyevin təşəbbüsü ilə təşkil olunan bu səfərdə münaqişə və onun nəticələri barədə Filip Roşenə məlumat verilib. Görülən işlər F.Roşeyə çox böyük təsir bağışlayıb. O, təmas xəttində dağıdılmış evləri görəndə və qaçqınların övladları ilə görüşən zaman onların erkən yaşlarında qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, bacarıqlarını artırmaq, öyrənmək və irəli getmək istədiklərini müşahidə etdikdə bu mənzərəyə heyran qaldığını ifadə edib.

Bundan əvvəl, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, 100-dən çox yerli və xarici tələbənin, eləcə də məktəb işçilərinin iştirakı ilə Britaniya Məktəbində Fondun fəaliyyəti ilə bağlı təqdimat edib.

Belə bir əməkdaşlıq çərçivəsində 31 may tarixində Bakı Britaniya məktəbi, BAMF-in dəstəyilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 3-cü beynəlxalq yarmarka keçirib və bununla müharibədən əziyyət çəkən bölgələrdəki qaçqın və məcburi köçkünlərə dəstək olub.

Bu dəfə Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Gününün qeyd olunmasına həsr olunmuş tədbirin təşkilatçıları Azərbaycanın müharibədən əziyyət çəkən Tərtər rayonundan olan uşaqlar üçün kiçik bir sürpriz təşkil etmək qərarına gəliblər. Bununla onları unutmadıqlarını, xoşbəxt bir tətil arzuladıqlarını nümayiş etdirib və onlarla faliyyətin aktiv şəkildə davam etdiriləcəyini bildiriblər.