R

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) artıq ikinci dəfədir ki, QHT-lərlə bağlı məsələlər üzrə dəyirmi masa müzakirələrində iştirak edib. Danışıqlar ildə iki dəfə, BMT-nin Cenevrədəki Avropa bölməsində BMT-nin Cenevrədəki baş direktoru Maykl Müllerin iştirakı ilə keçirilir.

QHT-nin BMT-də təmsil olunan yenilənmiş heyətinə gəlincə isə, Maykl Müller QHT-nin böyük təcrübə və texniki biliklər qazandığı Birləşmiş Millətlər Təşkilatındakı rolunun əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin Cenevrə ofisinin builki inkişaf planı BMT Davamlı inkişaf məqsədləri labaratoriyasının genişləndirilməsi, davamlı inkişaf məqsədlərinə nail olmaqda “təcrübə və bilikləri tətbiq etmək” üçün Cenevrədəki vətəndaş cəmiyyəti, BMT-ə üzv dövlətlər və özəl şirkətlər də daxil olmaqla bir çox maraqlı tərəflərin birgə təşəbbüslərini nəzərdə tutur.

“Həmçinin, BMT-nin Cenevrə ofisinin inkişaf planları BMT-nin Bankok və Nayrobidəki qərargahlarında onlayn-konfransların yeni idarəolunması sisteminin genişləndirilməsini daxil edir.

2017-ci ildə yaradılmış yeni system QHT-ə tədbirdə tez və asanlıqla qeydiyyatdan keçməyə icazə verir, konfrans zalından istifadə etməklə qonaqlar üçün müvəqqəti giriş əldə etmək imkanı verir”.

BAMF 2017-ci ilin mart ayında Şuranın insan hüquqları üzrə keçirilən növbəti sessiyası zamanı yeni sistemdən istifadə edən ilk QHT-lərdəndir. Qeyd edək ki, Fond sessiya çərçivəsində BMT-nin Cenevrə ofisində uşaqların silahlı münaqişələrə cəlb olunması mövzusunda parallel uğurlu tədbir keçirib. Tədbirdə müxtəlif səfirliklərin nümayəndələri, BMT agentlikləri və vətəndaş cəmiyyəti təşkilatları iştirak edib.

Dəyirmi masa müzakirələrinin sonunda BAMF-ın Cenevrədəki təmsilçisi Maykl Montafi təmsil etdiyi təşkilatın rolu və gələcəkdə keçiriləcək tədbirlər barədə Maykl Müllerlə müzakirələr aparıb.