R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb. 

Bu barədə qərar BAMF-ın baş ofisində keçirilən iclasında qəbul edilib. 

İclasda BAMF-ın prezidenti Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının üzvlərindən Rəşad Məcid, Rey Kərimoğlu, Vaqif Bəhmənli, bundan başqa Fuad Abbasov, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov, Əməkdar jurnalist, yazıçı Akif Əli, ANAMA-nın əməliyyat meneceri Şahin Allahverdiyev, Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirak ediblər. 

Açıq səsvermə yolu ilə keçirilən iclasda BAMF-ın Müstəqil Həmkarlar İttifaqının idarə heyəti, o cümlədən nəzarət təftiş komissiyası seçilərək yeni tərkibi formalaşıb. 

Səsvermə nəticəsində Akif Əli BAMF-ın Müstəqil Həmkarlar İttifaqının sədri seçilib. 

A.Əlinin sədr seçilməyi ilə bağlı iştirakçılar onu təbrik edib və işlərində uğurlar arzu ediblər. O, sədr seçilməyinə görə fəxr etdiyini, etimadları doğrultmağa çalışacağını vurğulayıb. 

İclasın sonunda Umud Mirzəyev seçilən bütün heyəti təbrik edib, Akif Əli başda olmaqla onlara müvəffəqiyyətlər diləyib.  

Qeyd edək ki, BAMF Azərbaycanda ilk Qeyri-Hökumət təşkilatı olaraq Müstəqil Həmkarlar İttifaqı yaradıb. 

2T5A9845.jpg

2T5A9854.jpg

2T5A9851.jpg

2T5A9862.jpg

2T5A9865.jpg

2T5A9877.jpg

2T5A9909.jpg

2T5A9911.jpg

2T5A9919.jpg

2T5A9923.jpg

2T5A9926.jpg

2T5A9930.jpg

2T5A9957.jpg