Rusiyalı jurnalist Mixail Qusman Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevi və EDnews-un kollektivini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.
O, Mətbuat Gününün jurnalistika sahəsində çalışan insanlar üçün ortaq bayram olduğunu bildirib və Umud Mirzəyevə səmimi arzularını çatdırıb.
Umud Mirzəyev də öz növbəsində təbrikə görə minnətdarlığını ifadə edərək, diqqət və səmimiyyəti üçün Mixail Qusmana təşəkkür edib.
