Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
İclasda Fondun 2026-cı ilin ilk doqquz ayı ərzindəki fəaliyyəti, BMT çərçivəsində təşəbbüslər, beynəlxalq forumlarda iştirak, yeni layihələr və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin Türksoy və türk dünyası ilə beynəlxalq əməkdaşlıq perspektivləri, qarşıda duran vəzifələr və BAMF-ın gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
