R

Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində “Su qıtlığı, insan hüquqları və transsərhəd su idarəçiliyi” mövzusunda əlavə tədbir keçirilib.

Tədbir Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu (GIWEH), Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənclər Parlamenti və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə baş tutub.

Müzakirələrdə su qıtlığı, transsərhəd su ehtiyatlarının idarə olunması, insan hüquqları, ekoloji təhlükəsizlik və dövlətlərarası əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Sessiyalarda BAMF prezidenti Umud Mirzəyev, Fondun əməkdaşları, o cümlədən John Ayomide, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov da iştirak ediblər.

Tədbirin yekununda su ehtiyatlarının ədalətli bölüşdürülməsi, məlumat mübadiləsi, birgə monitorinq və transsərhəd suların əməkdaşlıq yolu ilə idarə olunmasının vacibliyi vurğulanıb.