Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə “K254 Media Conglomerate Africa Ltd” arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi şirkətin direktoru və marketinq üzrə rəhbəri Muhoro Pius W. və BAMF prezidenti Umud Mirzəyev imzalayıblar.
Memorandum media və jurnalistika, iqlim və ətraf mühit kommunikasiyası, sülh və humanitar maarifləndirmə, eləcə də icmaların inkişafı sahələrində əməkdaşlığı, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.



