World Linkup şirkətinin Analitika və Maliyyə direktoru Nişat Xandakar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə əməkdaşlıq təklifi ilə bağlı məktub göndərib.
Məktubda Nişat Xandakar BMT-nin Dünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən görüşdən məmnunluğunu ifadə edərək, BAMF-ın sosial-iqtisadi inkişaf təşəbbüsləri ilə World Linkup şirkətinin "Tullantıdan Sərvətə" (Waste to Wealth) modeli arasında mümkün əməkdaşlıq perspektivlərinə toxunub.
Sözügedən məktubu təqdim edirik:
"Hörmətli cənab Mirzəyev,
WUF13 çərçivəsində Sizinlə görüşməkdən böyük məmnunluq duydum. World Linkup şirkətinin Analitika və Maliyyə direktoru kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sosial-iqtisadi inkişaf təşəbbüsləri ilə bizim "Tullantıdan Sərvətə" (Waste to Wealth) modelimiz arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Sizə müraciət edirəm.
World Linkup-un "Tullantıdan Sərvətə" modeli məişət və icma tullantılarını dəyərli məhsullara çevirərək yeni "yaşıl" iş yerlərinin yaradılmasına və yerli iqtisadiyyatın gücləndirilməsinə xidmət edir. BAMF-ın, xüsusilə Azərbaycanda sosial və iqtisadi inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyətləri nəzərə alaraq hesab edirəm ki, bu model icmaların gücləndirilməsi, sahibkarlığın təşviqi və regionda ekoloji dayanıqlılığın artırılması baxımından praktik həll yolu təqdim edə bilər.
Bu təşəbbüslərimizin pilot layihələr və ya daha geniş tətbiq strategiyaları çərçivəsində necə uyğunlaşdırıla biləcəyini müzakirə etməkdən məmnun olaram. Əgər belə bir müzakirəyə açıq olsanız, zəhmət olmasa, mənə bildirin."
