R
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu gün ad gününü qeyd edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevi təbrik edib.
 
Icraçı direktor ürək sözlərini və təbriklərini sosial media hesabından Umud Mirzayevə çatdırıb.
 
Təbrikdə deyilir:
 
"Bu gün vətəndaş cəmiyyətinin tanınmış üzvlərindən biri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin ad günüdür. Umud müəllimin Azərbaycanda QHT sektorunun formalaşmasında xidmətləri əvəzsizdir.
Umud müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq tribunalarda müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafında daha böyük uğurlar arzulayıram".
 
Qeyd edək ki, Umud Mirzəyev 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 30 ildir Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və təşkilatın prezidentidir.
 
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır.
 
Qurum 2014 - cü ildə BMT-nin QHT bölməsinin "İqtisadi Sosial Şurasının General statuslu üzvü" statusunu qazanıb. 
BAMF BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
 
Qurum əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində çalışır.
 
Bu il 30 illiyini qeyd edəcək təşkilat ölkədə və regionda öz fəaliyyət dairəsinə görə, ciddi bir brendə çevrilib.