Nigar Rəhim qızı Ramazanova 1994-cü il 24 may tarixində Zaqatala rayonunda anadan olub. 2001-2006-ci illər arasında Bakı şəhərində yerləşən 162 saylı tam orta məktəbində orta təhsil alıb. 2006-cı ildən 2012-ci ilə dək 2 saylı Texniki Humanitar Litseyində təhsil alıb. 2013-2017-ci illər arasında Memarlıq və İnşaat Universitetində memarlıq fakultəsində ali təhsil alıb.
2018-ci ildən etibarən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşünaslıq fakultəsində “ Təsviri İncəsənət Tarixi və Nəzəriyyəsi” ixtisasında təhsil alıb
2019-cu ildən etibarən Azərbaycan respublikası Milli Elmlər Akademiyası Memarlıq Abidələrinin Qorunması və Bərpası Problemləri Şöbəsində İşləyir.
2017-ci ildə TEC-ORACLE Şirkətinin GOLD PARTNER “AKİM Mühandislik” Şirkətinin təlimində iştirak etmişdir.
2019-cu ildə Heydər Əliyev Mərkəzində təşkil edilən “Mass Tourism in Historic Cities” tədbirində iştirak etmişdir.
2019-cu ildə VIII Beynəlxalq “Tullantıdan Sənətə” sərgisində iştirak etmişdir.
2020-ci ildə Xocalı Soyqırımına həsr olunmuş “Zamanın Donduğu An” sərgisində iştirak etmişdir.
2020-ci ildən etibarən “Beynəlxalq Avrasiya Mətbuat Fondu”-nun fəal könüllüsüdür.