R

Lalə Məhəmməd qızı  Şirinzadə 24 dekabr 2001-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. 2007-2016-cı illər arasında Mingəçevir şəhəri  Ruslan Muradov adına Texniki-humanitar litseyində orta təhsil almışdır. 2018-ci ildə Mingəçevir şəhəri 3 saylı tam orta məktəbindən məzun olmuşdur. 15 avqust 2018-ci il tarixindən etibarən  Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alır.Hal- hazırda 3cü kurs tələbəsidir. Ilk  könüllülük fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatından başladı. Daha sonra  IOK speaker, sədr koməkçisi, fakültə sədr-müavini və fakültə üzrə  sədr əvəzedicisi vəzifələrini icra edib. Azərbaycan Dövlət Pedaqoji Universiteti  Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədr koməkçisi vəzifəsini icra etmişdir.

2018-2019-cu illər arasında peşəkar  və uğurlu fəaliyyətinə görə Universitet rəhbərliyi tərəfindən təltif edilmişdir.

8 avqust 2019-cu il tarixində Kaspi litseyində keçirilən “Avropa Gəcnlər Parlamenti” yarışlarında 50 nəfər arasında  İnsanlarla əla münasibət quran nümayəndə  seçilmişdir  və  bunun qarşılığında  AGP tərəfindən təmənnasız olaraq İnglis Dili kursları təklif olunub və bu kursu uğurla başa vurmuşdur.

2019-cu il avqust ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəbul olmuşdur  könüllülərin təşkilatçısı kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin fevral ayında isə Ədliyyə Akademiyası Hüquq Klinikası və Ədliyyə Nazirliyinin  Təşkilat-Nəzarət Şöbəsində könüllü fəaliyyət göstərmişdir və fəaliyyətinə görə fərqlənmişdir.

Beynəxalq Könüllülər Təşkilatında və “Akbarly Group”-da İdarə  Heyətinin Üzvüdür.

UNESCO Üzvü.

2019-cu ildə Nərimanov rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərmişdir.

2019-cu ildə Əhalinin Siyahıya Alınmasında könüllü kimi fəaliyyət göstərmişdir.

Covid-19 Pandemiyası dövründə Nərimanov rayon  Operativ Qərargahda könüllü kimi fəaliyyət göstərmişdir.

2020-ci ildə  “GUYS”-da könüllü kimi fəaliyyət göstərmişdir.

2020-ci ildə “İlin Könüllüsü” nominasiyasının qalibidir.

2021-ci ildən etibarən “Azərbaycan Gənclik Platforması” İB-nin Ekspertlər Şurasının  Üzvü seçilmişdir.