İnci Allahverdiyeva 1999-cu il 18 sentyabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur.Orta təhsilinə 2006-cı ildə Sumqayıt şəhərində Qubadlı rayon B.Əsgərov adına tam orta məktəbində başlamışdır və 2017-ci ildə təhsilini başa vurmuşdur.2017-ci ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin "Mamalıq işi" fakultəsinə qəbul olmuş və 2020-ci ildə məzun olmuşdur.
2019-cu ildə Sumqayıt Gənclər Klubunun "Gənc Jurnalistlər"departamentinin sədri seçilmişdir.
2019-cu ildə Sumqayıt şəhəri üzrə keçirilən Bayraq Gününə həsr edilmiş "Bayraqdar" bilik yarışmasında şəhər 1-cisi olmuşdur
2019-cu ildə Gənclər və İdman Nazirliyinin Sumqayıt üzrə baş idarəsində könüllü vəzifəsinə seçilmişdir.
2019-cu ildə Sumqayıt şəhər "70 illik" yubileyinin təşkil olunmasında yaxından iştirak etmişdir.
2020-ci ildə Beynəlxalq lahiyə olan "Social Business School" lahiyəsində iştirak etmişdir.
2020-ci ildə Sumqayıt şəhər icra başcısı tərəfindən "İlin Gənc Könüllüsü" adı ilə mükafatlandırılmışdır.
2020-ci ildə Sumqayıt regional "Asan xidmət" mərkəzinin könüllülük üzrə Master 1 pilləsində fəaliyyət göstərmiş və "Əsgərə məktub"lahiyəsinin koordinatoru seçilmişdir.