R

Layihənin həyata keçirildiyi tarix: 15 may 2006-cı il- 15 may 2007-ci il

Donor: ABŞ Dövlət Departamentinin Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-siyasi İşlər İdarəsi

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Azərbaycanın Tərtər və digər qonşu rayonları

Layihənin məqsədi: Minadan zərər çəkmiş şəxslərin daha sıx yaşadığı Tərtər rayonunda və ətraf qonşu rayonlarda onların tibbi, fiziki, psixoloji reabilitasiyasına, təhsil almasına, onlara bir sıra peşə vərdişlərinin aşılanmasına, iqtisadi və maliyyə dəstəyi ilə bağlı ehtiyaclarının ödənilməsi üçün yaşadıqları icmanın daxili ehtiyatlarının səfərbər edilməsinə nail olmaqdan ibarətdir. Eyni zamanda layihə çərçivəsində Tərtər rayonunda minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi məqsədilə həmin şəxslərin assosiasiyasının yaradılması və onun lazımi imkan, vasitə və biliklərlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Əldə olunan nəticə: Layihə çərçivəsindən minadan zərərçəkənlərdən formalaşmış 10 nəfərdən ibarət təşəbbüs qrupuna hüquq, biznes, kompüter, mina təhlükəsi üzrə maarifləndirmə, idarəetmə və s. istiqamətlər üzrə təlmlər keçirilmiş, bilik və bacarıqları artırılmışdır. Layihənin yekununda Azərbayjanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.