Layihənin keçirildiyi tarix: 1992-1993-cü illər.
Donor: Layihə BAMF-ın daxili imkanları hesabına həyata keçirilmişdir
Layihənin əhatə dairəsi: Azərbaycanın erməni işğalına məruz qalan regionu
Layihənin məqsədi: Xarici jurnalistlərin, xalq diplomatlarının, ziyalıların münaqişə bölgələrinə səfərlərini təşkil etmək və Azərbaycan barədə obyektiv informasiya toplanmasında onlara yardımçı olmaq, qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrdə iş aparmaq, onların ehtiyaclarının ödənmişinə yardımçı olmaq
Əldə edilən nəticə: Proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanın erməni hərbi birləşmələrinin hücumlarına məruz qalan ərazilərinə onlarla xarici jurnalistin, xalq diplomatının və ziyalıların səfərləri təşkil edilmiş, Qarabağ problemi barədə onların obyektiv informasiya toplamasına hər cür şərait yaradılmış və bu informasiyaların dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində onlara lazımi dəstək verilmişdir. Qaçqınların və məcburi köçkünlərin uyğunlaşdırılmış yaşayış məntəqələrində müvəqqəti məskunlaşmasına yardım göstərilmişdir.