Regionlarda Məcburi köçkün gənclərinin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi layihəsi BAMF-ın Amerika Hökumətinin dəstəyi ilə həyata keçirdiyi növbəti layihələrdəndir.
BAMF, 2006-cı ildən regionlarda vətəndaş cəmiyyəti qurumlarının imkanlarının gücləndirilməsi, aztəminatlı insanların sosial-iqtisadi reinteqrasiyasının təmin edilməsi üçün onların məşğulluğunun yaradılması, məcburi köçkünlərin sosial-hüquqi problemlərinin həlli, qadınların, xüsusilə, ərləri başqa şəhər və ölkələrə miqrasiya etmiş, aztəminatlı qadınların peşə vərdişlərinin və bacarıqlarının artırılması ilə onların ailə gəlirlərinin çoxaldılması istiqamətində əhəmiyyətli işlər görmüşdür.
Layihələr 2010-ci ildə Amerika Hökumətinin dəstəyi ilə Tərtər rayonunda əsası qoyulmuş Tərtər Peşə Təlim Mərkəzindən idarə edilmiş, mərkəzin təcrübə sahələrindən, metodoloji vasitələrindən istifadə olunmuşdur. ABŞ Dövlət Departamentinin Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən dəstəklənən “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq üçün yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialınım gücləndirilməsi” layihəsi müharibədən zərərçəkmiş regionlarda qadınların sosial-iqtisadi imkanlarının gücləndirilməsi, peşə bacarıqlarının artırılması üçün vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün geniş imkanlar yaratmışdır.
Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən “Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın həlli” layihəsi 01 Mart tarixindən fəaliyyətə başlamışdır. Layihənin əsas məqsədi qadınları öz hüquqları haqda bilgiləndirmək, erkən nigah və gender bərabərliyinin ictimai müzakirəsi, qadınlara qarşı gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.
AGDM (yaş, cins və müxtəlifliyə əsaslanan sorğu) layihə çərçivəsində həyata keçirilmişdir.
Ətraflı informasiyanı aşağıdakı linkdən əldə edə bilərsiz: