R

Qaçqın və məcburi köçkünlərin Böyük Qayıdışına hazırlıq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)  tərəfindən ANAMA və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının birgə əməkdaşlığı nəticəsində həyata keçirilən Ağcabədi, Ağdam, Tərtər və Goranboy rayonlarında “Partlayıcı SursatlarınTəhlükəsinə dair Marifləndirilmə” (PSTM) layihəsinə  start verildi. 

Ağcəbədi, Ağdam, Tərtər və Goranboy rayonlarının Məcburi Köçkün  icmalarında Partlayıcı Sursatların Təhlükəsinə dair Marifləndirmə ( PSTM ) layihəsi uğurla başa çatdırıldı. Köçkünlərimizin əksər hissəsi mina marifləndirməsinə cəlb olundu. İcra Hakimiyyəti strukturları bu işdə bizlərə tam dəstək oldular. Dörd rayon üzrə otuz üç icmada maarifləndirmə işləri aparıldı. Otuz üç icmadan seçilmiş 200 icma fəalı 27627 sakinin maarifləndirilməsində bizə dəstək oldular. Otuz üç icmanın hər birində bir neçə dəfə görüşlər keçirildi. Maarifləndirmə layihəsinin nəticəsi olaraq 27627 mina təhlükəsi barədə məlumatı olan köçkünümüz oldu. Köçkünlərimiz üçün 3 qızıl qayda aydın oldu: 1.Tanımadığımız əraziyə girmək olmaz. 2.Bizə aid olmayan əşyaya əl vurmaq olmaz. 3.Mina gördükdə 102 və 112-yə zəng etmək. İcma fəalları gələcək layihələrdə bizlərə yenə də dəstək olmaq istədiklərini bildirdilər.