R

 

Layihənin həyata keçirildiyi tarix: 09 sentyabr 2000- ci il. Layihə başa çatıb: 31 avqust 2001-ci il.

Donor: BMT-nin İnkişaf Proqramı.

Layihəni həyata keçirildiyi əhatə dairəsi: Azərbaycanın erməni işğalından azad olunmuş və müharibədən zərər çəkmiş 11 rayonunun – Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xanlar, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ərazisi.

Layihənin məqsədi: Azərbaycanın erməni işğalından azad olunmuş və müharibədən zərər çəkmiş yaşayış məntəqələrində mina qurbanlarının aşkara çıxarılması və təhlükəli ərazilərin (mina və partlamamış hərbi sursatlarla çirklənmiş sahələrin) müəyyənləşdirilməsi.

Əldə edilən nəticə: Tədqiqat dövründə Azərbaycanın 11 rayonunda yerləşən 629 kənddə və 23 yataqda 74809 nəfərlə sorğu aparılmışdır. Əhalinin verdiyi informasiyalar nəticəsində ümumi sahəsi 49.808.806 kvadratmetr olan 84 mina sahəsi və 830280 m2 olan 85 döyüş sahəsi aşkar edilmişdir. Ən böyük mina təhlükəsi olan ərazilər Ağdam (1824000 kvadratmetr) və Goranboy (11615600 kvadratmetr) rayonlarında aşkar edilmişdir. Aparılan sorğular nəticəsində 11 rayonda 1222 mina qurbanı müəyyən edilmişdir. Onlardan 364 nəfəri həlak olmuşdur. Proqramın həyata keçirilməsi ilə fondun bazasında gələcək mina aksiyalarında iştirak etmək üçün mobil bir komanda formalaşmışdır.