Layihənin həyata keçirildiyi tarix: 01 iyun - 01 oktyabr 2004-cü il.
Tərəfdaş – Ərazilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyi (ANAMA)
Donor – Avropa Komissiyası.
Layihənin həyata keçirildiyi əhatə dairəsi – Azərbaycanın bütün şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikası.
Layihəni məqsədi: Azərbaycanda yaşayan minadan zərərçəkənləri aşkara çıxarmaq və onların ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarını öyrənmək.
Əldə olunan nəticə: Layihənin icrası dövründə Azərbaycanda 1900 nəfərə yaxın minadan zərərçəkənlə sorğu aparılmış və onların tibbi qayğıdan tutmuş iqtisadi köməyə qədər ehtiyacları öyrənilmişdir.
Layihənin icrası göstərmişdir ki, bu gün Azərbaycanda kifayət qədər minadan zərərçəkən insan çətin problemlərlə üz-üzə qalmış, yüzlərlə mina qurbanı öz hüquqlarını bilmədiyindən bu günə qədər əlillik dərəcəsini ya ala, ya da dəyişdirə bilməmişdir. Minadan zərərçəkənlərin mənzillə, işsizliklə, müalicə və müayinə məsələləri ilə, dərmanla təminatla və digər vacib ehtiyacların təminatı ilə bağlı xeyli problemləri olduğu aşkara çıxarıldı.
“Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi” layihəsi


Xəbərlər
15.05.2023
BAMF Azərbaycandakı QHT-ləri BMT yanında məşvərətçi statusu almaq üçün müraciət etməyə çağırır
12.05.2023
Heidi Kühnün mina təhlükəsinə həsr etdiyi “Canlanan Torpaq” kitabının təqdimatı keçirilib
10.05.2023
“Sülhün Kökləri” təşkilatının təsisçisi Heidi Kühnün işğaldan azad edilmiş ərazilərdə səfərdədir