BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDU
(BAMF)
2012
GİRİŞ
Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərəfindən qeydiyyata alımışdır. Təşkilat bir qrup jurnalist tərəfindən yaradıldığına görə “Mətbuat” sözü təşkilatın adında yer almaqdadır.. Bu jurnalistlər regional və qlobal sülhün təmin edilməsində maraqlı idilər. Dağlıq-Qarabağ əraziləri üzrə Azərbaycan-Erməni münaqişəsi başda olmaqla bütün regional münaqişələrə son qoymaq və bütün müharibələrə dair balanslaşdırılmış məlumatların yayılmasının, eləcə də tətqiqatlar sayəsində münaqişələrin sülh yönümlü həllinə dair tövsiyələrin verilməsi jurnalistlərin əsas qayəsi idi. BAMF-ın həyata keçirdiyi missiyasının devizi “ Evdə sülh, Ölkədə Sülh, Cahanda Sülh” kimi səslənir.
Ümumi Xülasə
2012-ci ildə BAMF-ın QHT olaraq yaradılışının 20 ili tamam oldu. BAMF fəaliyyətlərində əldə etdiyi nailiyyətlər baxımından bu il çox simvolik il idi. Təşkilat olaraq atılmış ən vacib addımlardan bəzilərinə BAMF-ın Azərbaycandan, yəqin ki, Cənubi Qafqazdan olan ilk QHT kimi 2 sənədinin BMT sənədi olaraq təsdiqlənib, 6 rəsmi BMT dilinə tərcümə edilərək, ECOSOC-un Yüksək Səviyyəli Seqmentində ölkə nümayəndələrinə və iştirakçılara paylanılması, və ilk QHT olaraq Nyu-Yorkda, BMT qərərgahında bir sıra strateji BMT agentliklərinin əsas heyyətinin işştirakı ilə tədbir keçirməsi, bundan başqa BAMF-ın regionda Neft-Qaz və Mətbuatla bağlı keçirdiyi ən böyük konfrans aiddir. BAMF-ın 2012- ci ildəki naliyyətlərinin nəticəsi olaraq, BAMF sədri Umud Rəhimoğlu Beynəlxaq Mətbuat İnstitutunun nüfuzlu idarə heyyətinə üzv seçildi. Dünyanın bu hissəsindən olan birisi kimi onun idarə heyətinə üzv seçilməsi, onu ilk öncə azad mətbuat və azad dünyanın təbliği prosesində dünyanın digər tanınmış journalist və media mənsubları sırasına qoşulmaq imkanı yaratdı.
Bütün bu məqamlar təşkilatın gücünü həmçinin missiyasını mükəmməlləşdirməyə və genişləndirməyə olan qabiliyyətindən xəbər verir. BAMF 20 ildir vətəndaş cəmiyyətininin hökumət və müxtəlif maraqlı təfərlərlərlə bərabər əməkdaşlığı sayəsində inkişaf yönümlü fəaliyyətin əsas göstəricisi olaraq qalmaqdadır. BAMF beynəlxalq və ölkədaxili təşkilatlarla əməkdaşlıq sayəsində yerli potensialın artırılması və təşəbbüslərin dəstəklənməsi sahəsində əhəmiyyətli işlər görnüş təşkilat, həmçinin, təbliğat və siyasi əhəmiyyətli metodik kurs sənədlərinin işlənib hazırlanmasından da kənarda qalmamışdır. Azərbaycan, Rusiya, Belarusiya və Latvialı şəxslərin köməyi ilə fəaliyyətə başlyan təşkilatın hal-hazırda müxtəlif işlərə cəlb olunmuş işçi heyətinin sayı 100-ü keçmişdir. BAMF bu ili məhtəşəm bitirdi. 04 Dekabr tarixində BAMF 20 ilik yubileyini qeyd etdi. BAMF-ın 20 illik fəaliyyətinə həsr olunmuş filmin təqdimatı tədbirin apogeyi oldu; Film “BAMF-ın bəşəriyyətə töhvəsi” adlanırdı. Tədbir iştirakçıları sırasına səfirlər, diplomatlar, BMT qrumlarından olan əsas nümayəndələr, yeri və beynəlxalq təşkilat nümayəndələri, yerli QHT-lər, dövlər rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri daxil idi.
Beynəlxalq Avrasiya Mətbuat Fondu haqqında
Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə qeydiyyatdan keçmiş, 2007- cil ildən etibarən BMT Sosial İqtisadi Şurasının xüsusi məşvərətçisi statuslu üzvü olan müstəqil qeyri-kommersiya təşkilatdır. BAMF aşağıdakı şəbəkələrin üzvüdür: Qaçqın və Sığınacaq axtaralar üzrə Avropa Şurası (ECRE); Siyasi və Hərbi İşlər Bürosu ilə əməkdaşlığa əsaslanan ABŞ Dövlət Departamentinin Özəl Əməkdaşlıq Proqramı, Silahların ləğvi idarəsi, Beynəlxalq Sülh Bürosu (BSB) və Beynəlxalq Mətbuat İnstitutu (BMİ). BAMF Azərbaycan Mətbuat Şurası və Azərbaycan Milli QHT Formunun yaradıcılarından biridir. BAMF Azərbaycanda Dünya Bankı, Avropa Komissiyası, Beynəlxalq Jurnalist Federasiyası, Azərbaycandakı Xarici Missiyalar, regionda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lər də daxil omaqla BMT-nin agentlikləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Fond 4 əsas istiqamətdə fəaliyyət göstərir. Mətbuat və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcmaların İnkişafı; Qaçqın və Məcburi köçkünlərin məsələləri; Sülh quruculuğu və Münaqişələrin Həlli.
Yarandığı ildən bəri digər fəaliyyətlərə yanaşı BAMF Qafqaz regionlarında münaqişəyə dair bir sıra tədqiqatlar və sülh quruculuğu proqramları həyata keçirmişdir. Yaxın keçmişdə, BAMF-ın demək olar ki bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirmiş olduğu əsas nəzərə çarpan layihələrinin bəziləri bunlardır: “Ailədə Sülh, Ölkədə Sülh, Cahanda Sülh” (1992); “ Birinci səviyyəli Mina Tədqiqatı” (2000-2001); “Mina Təsiri Tədqiqatı” (2002-2003); “NATO və Regional Təhlükəsizlik” (2002); “İcma Mina Aksiyası Komandası” (2002-ci ildən davam edir); “ Mina Qurbanları Ehtiyaclarının Qiymətləndirilməsi” (AŞ/2004); “ Azərbaycanın 3 bölgəsində Azərbaycan Mina Qurbanları Assosiyasıyasının yaradılması və fəaliyyətə başlaması”.( ABŞ DD WRA /2006-2008); “ Prezident Şurası Tərəfindən milli QHT-lərə Vətəndaş Cəmiyyəti İnkişafına ayrılmış Grantların Monitorinqi” (Az Döv QHT Dəstəyi Fondu /2008-2009); “Qaçqın, məcburi köçkün və yerli uşaqlarının birgə təhsil aldığı məktəblərdə sülhün təbliği” (WB/2009-2011); “Mina və müharibə qalıqları qurbanları və təqaüddə olanlar üçün Peşə Təlim Mərkəzinin yaradılması” (ABŞ Döv.Dep. S.L.Q/2009-2010); “PTM-in artırılması və genişləndirilməsi” (ABŞ Döv.Dep, WRA/2010-2011).
BAMF, humanitar yardımdan inkişafa keçid dövründə, əlillərə yaxud məhdud imkanlı şəxslərə gəlir əldə etmələri üçün imkanlar yaradılmasına böyük üstünlük verir.
Bu məqsədlə Azərbaycanda mikro kredit ayırmaq üçün 2007-ci ildə Azərbaycanın Milli Bankı Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit”-ə Azərbaycanda kredit verməsi üçün lisenziya verdi. Avrasiya Kredit MMC ABŞ hökumətinin Dövlət Departamentinin maliyə dəstəyi ilə BAMF tərəfindən yaradıldı və rəhbərlik həyata keçirildi. Bugün BAMF kasıb əhaliyə yardımın göstərilməsi, eləcə də Azərbaycanın müharibə təsirinə məruz qalmış ərazilərində münaqişə sonrası qruculuğa dəstək məqsədi ilə regiondakı digər aparıcı mikro-kredit qurumları ilə fəaliyyətə qoşulub. BAMF-ın bu fəaliyyətləri nəticəsində, işlə, bərabər inkişafa köməklə yaşayış səviyyəsini yaxşılaşdıracaq xırda və orta sahibkarlar yaranıb.
BİZİM FƏALİYYƏTLƏR
A. MEDIA VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI
2012-ci ildə BAMF media və vətəndaş cəmiyyəti sahəsində gördüyü işlərdə bir sıra nailiyyətlər əldə etmişdir. BAMF daha çox ərazini əhatə etmək məqsədi ilə yeni fəaliyyət istiqamətində media fəaliyyətlərimizi genişləndirmişdir. Təşkilatın fəaliyyətinin böyük aspektinin mətbuatla bağlı olduğunu nəzərə alaraq, BAMF Azərbaycanda güclü media və vətəndaş cəmiyyətinin yaradılmasına nail olmaq prosesinə dəstək verməyə çalışdı. Ölkə olaraq Azərbaycan söz azadlığı və medianın inkişafında artıq bir çox irəliləyişə nail olub. Azərbaycan vətəndaş cəmiyyətinə təşkilatlarına yönəlik bir sıra media və digər konfraslara ev sahibliyi edib. Azərbaycan höküməti QHT-lərə və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu vasitəsilə inkişaf prosesinə təminatı davam etdirir. BAMF dövlət orqanı təşəbbüsünə dəstək verərək, ümumilikdə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrininin peşəkarlığında irəliləyişə daha böyük uğurlara nail olmaq üçün bu yöndə olan inkişaf prosesində yaxından iştirak edir.
Əsasən Beynəlxalq Mətbuat İnstitutu və BMT-nin Sosial-İqtisadi Şurası olmaqla 2 təşkilat BAMF-ın media və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı illik fəaliyyətlərində daha qabarıq yer alır. BAMF BMİ və BMT-nin Sosial-İqtisadi Şurasının üzvü kimi Azərbaycana yönəlmiş fəaliyyətlər həyata keçirmək üçün olan platformadan istifadə edir. Bir çox hallarda BAMF bu böyük qurumlar tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün səfərlər edib.
1. BMT-nin Sosial-İqtisadi Şurası: BAMF öz 4 illik hesabatını və reklassifikasiya müraciətini təqdim edir; əlavə olaraq BAMF BMT agentlikərini və vətəndaş cəmiyyəti təşkilatlarını BMT Baş Qərargahında qəbul edir, eləcə də Yüksək Səviyyəli Seqment tədbiri çərçivəsində də öz tövsiyə sənədini də təqdim edir.
2012-ci ildə BAMF nümayəndələri Azərbycanda və regionda bərabər və davamlı inkişafın təbliğinə dair fəaliyyətlərimizi davam etdirmək məqsədi ilə ABŞ-a 2 səfər edib. Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq BAMF-ın əsas prioriteti olub. Bu məqsədlə təşkilat Azərbaycanda digər milli və regional QHT-lərə Minilliyin İnkişaf Məqsədlərinin təbliği sahəsində rəhbərlik etmişdir; BAMF RİO+20-yə hazırlıq prosesi dövründə onlayn forumların təşkilində köməklik edib, həmçinin Azərbaycanda BMT qrumları ilə müxtəlif görüşlərin təşkili vasitəsiylə, BAMF Minilliyin İnkişaf Məqsədlərinini əks etdirən ifrat yoxsulluğun azaldılması və bərabər inkişaf kimi məsələlərdə Vətəndaş Cəmiyyəti Təşkilatları mövqeyinin müdafiə etməkdə davam edir. ECOSOC-la yaxşı əlaqə QHT-lər üçün zəruri olduğudan, BAMF quruma 4 illik hesabatlarını göndərmişdir. Fevral ayında BAMF nümayəndələri ECOSOC-un BAMF hesabatının da müzakirə olunduğu QHT Komitəsinin sessiyasında iştirak etdi. Hesabat təsdiqləndi və qəbul edildi.
Həmçinin BAMF 2012-ci il 1-10 fevral tarixlərində BMT-nin Sosial-İqtisadi bölməsinin Soial İnkişaf Komissiyasının 15-ci sessiyasında iştirak imkanı da qazanmışdır. Görüş Dünya Sammitinə Sosial İnkişaf və Afrika İnkişafı uğrunda sosial əməkdaşlığın yeni boyutları barədə Baş Katibin hesabatını nəzərdə tutan Baş Asambleyanın 24-cü xüsusi sessiyasında müzakirə edilən mətləblərin davamı xarakteri daşıyırdı; yoxsuluğun aradan qaldırılması; 2014-cü il Beynəlxalq Ailə İlinin 20 illiyinin və əlilliyin inkişaf gündəliyinə salınaraq qabardılması. Sessiyada BAMF nümayəndələri “Gənclər-Yoxsulluq və İşsizlik: Köçkünlük, Azərbaycan Gəncləri Arasında Qeyri-Bərabər İmkanların və Gənclərin İşsizliyinin Yüksək Həddinin Əsas Səbəbi kimi ” adlı şifahi təqimat etdilər.
Eyni təşkilati yanaşma xəttində olan BAMF, 2012-ci il Yüksək Səviyyəli Seqment sessiyasında nəzərə alınması üçün ECOSOC-a şifahi bəyanat göndərdi: 2012-ci il, 2-27 İyul tarixlərində Nyu-Yorkda planlaşmış 2012-ci il sessiyasına yüksək səviyyəli illik işçi hesabatı. Bəyənat Baş Assambleya tərəfindən təsdiqləndi və BMT sənədi kimi qəbul edilərək, BMT-nin 6 rəsmi dilinə tərcümə edildi. Sənəddə İfrat yoxsulluğu azaltmaq yönümündə icmaları təmin etmənin ən səmərəli yolu kimi, kooperativ və kommunal kənd təsərrüfatının təbliği vasitəsiylə müharibə qurbanları arasında ifrat yoxsulluğun və səfalətin azaldılmasına dair təşkilatın fəaliyyətləri göstərilir.
Öz potensialını daim genişləndirən, eləcə də regionu uğurla təmsil edən BAMF, həmçinin Avrasiya və Mərkəzi Asiya regionlarında ECOSOC brendini genişləndirmək məqsədilə BAMF məşvərətçi statusunun reklassifikasiyası üçün müraciət etdi. Statusundakı yeniləmə BAMF-a BMT qərarlarına tövsiyələri ilə töhvəsi sayəsində daha geniş təsir imkanları verəcəkdir. Həmçinin BAMF öz yeni statusundan mandate kimi istifadə regiondakı digər QHT-lər və Vətəndaş Cəmiyyəti Təşkilatıarını BMT strateji planında daha fəal iştirak istiqamətində səfərbər etmək niyyətindədir. Müraciətə hal-hazırda QHT Komitəsinin verəcəyi yekun rəy mərhələsində baxılmaqdadır.
BAMF 3 İyul 2012-ci il tarixində Yüksək Səviyyəli Seqment ərzində mötəbər bir tədbir təşkil etmişdir. Ümumi mövzu olan “Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə bərabər, sabit və obyektiv iqtisadi inkişaf mühitində yoxsulluğun aradan qaldırılması üçün məhsuldarlığın artmasına və müvafiq işlərin görülməsinə yardım etmək” ilə əlaqəli olan “Donor və əməkdaşların davamlı və dayanıqlı inkişafa dair görüşləri” tədbirin mövzusu idi. Tədbirə BMT agentlikləri olan UNCHR,UNDPİ,UNİCEF,UNDP öz əsas nümayəndələri səviyyəsində təmsil olunmuşdular, eləcə də Nigeriya, Qırğızıstan, Azərbaycan, ABŞ və Özbəkistandan ölkə missiyaları nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları da tədbirdə iştirak edirdilər. Tədbir icma inkişafı problemlərinə dair şəbəkənin təbliği ilə məşğul olan qlobal tərəfdaşları bir araya gətirdi və icmalar arasında ən yaxşı təcrübələrin bölüşdürülməsi vasitəsi ilə yoxsulluğun aradan azaldlmasına diqqət çəkmək üçün prioritet sahələrin müəyyənləşdirilməsi işini davam etdirdi. Nəticədə BAMF sonradan bütün müvafiq maraqlı tərəflərlə bölüşdüyü sənədi də hazırladı.
1. BMİ: Təbliğat işi, yüksək səviyyəli görüşlərdə iştirak, təlim, seminar və konfransların təşkili; mətbuat azadlığı fəaliyyətinə dəstək.
BAMF BMİ ilə əlaqə vasitəsi ilə Azərbaycan jurnalistləri üçün olan təbliğat işini davam etdirir. BMİ-nin internet saytında Azərbaycandakı medianin vəziyyətini əks etdirən bir neçə bəyənat yer alıb ki, həmin bəyənatların hər birində BAMF sədri Umud Rahimoğlu vəzifəsini peşəkarcasına yerinə yetirən bütün jurnalistlərin ifadə azadlığı haqqının olduğu barədə hər zaman açıq mövqe nümayiş etdirib. BMİ katibliyi Mərkəzi Asiya, Şərqi Avropa və Azərbaycanda medianın vəziyətinin monitorinqində BAMF-la işini davam etdirir.
BMİ-ni Mərkəzi Asiya və Post-Sovet Respublikaları regionundakı təsirini genişləndirmək məqsədi ilə, 2011-ci ilin 4 noyabrında BMİ Milli Komitələrinin başçıları tərəfindən yaradılmış razılaşdırılmış Bakı Bəyənnnmasinə əsasən, Azərbaycan Milli Komitəsinə tapşırılmış BMİ Bakı Regional Təşəbbüs Mərkəzinə Milli Komitənin aparıcı təşkilatı olan BAMF başçılıq etməkdədir. BAMF sədri cənab Umud Mirzəyev Milli Komitənin üzvü, eyni zamanda da Mərkəzi Asiya və Cənubi Qafqazın İfadə Azadlığı Şəbəkəsinin sədri, olan cənab Azər Həsrət ilə birgə Qazaxıstan və Qırğızıstanda da Milli Komitə yaratmaq niyyəti ilə 2 səfər etdi
2012-ci ildə BAMF regionda 3 Milli Komitənin yaradılmasını uğurla heyata keçirdi: həmin ölkələr Gürcüstan, Qazağıstan, və Qırğızıstandır. Bu Milli Komitələr 2013-cü ildə təsdiqlənib fəaliyyətə başlamalıdır; BAMF-ın əsas Bakı ofisində yerləşən BMİ Bakı Regional Təşəbbüs Mərkəzi bütün Milli Komitələri əlaqələndirməklə, nəticədə regionda ifadə azadlığına təşviq, jurnalist peşəkarlığının inkişafı, medianın daha çox inkişafı təbliğ etmiş olar.
BAMF Azərbaycanda media islahatı həyata keçirmək üçün Milli və Beynəlxalq Media təşkilatları ilə işini davam etdirmişdir. Belə islahatlar, diffamasiyanın dekriminallaşdırılması (Azərbaycan Mətbuat Şurası və ATƏT ilə), yeni davranış və jurnalistika etikasının inkişafı (Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən QHT koalisiyasında) sahələrində idi. BMİ-nin İcraçı Direktoru jurnalistlərin həbsdən azad olunması və diffamasiyanın ləğvinin qanuniləşdirilməsi ilə bağlı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə şəxsi məktubla müraciət etmişdir. Sentyabr ayında bu məsələyə dəstək məqsədi ilə BAMF BMİ-nin İcraçı Direktoru, xanım, Alison Betel MakKenzinin prezident ofisi ilə görüşünü təşkil etmişdir. Qanunvericilikdə bənzər təcrübəni hələ də saxlamaqda olan ölkələrin bu sahədə yeni islahatlar həyata keçirməsi BMİ-nin marağındadır və 2012-ci ildə BMİ Karib hövzəsi ölkələrində bu sahədə uğur əldə etmişdir. Belə ki, Qrenada bu qanunu ləğv etmiş, Yamayka və Trinidadın isə eyni addımı atacağı gözlənilir. Bütün bunları, eləcə də digər məqamları nəzərə alan BAMF ümid edir ki, Azərbaycan hökuməti 2013-cü ildə media qanununa təklif olunmuş əlavələri təsdiq edəcəkdir.
BAMF sədri Umud Mirzəyev Proqram Departamentinin Direktoru Nik Nvolisa ilə 2012-ci il, 22-24 İyun tarixlərində Trinidad və Tabagoda keçirilən BMİ-nin Dünya Konqresi və Baş Assambleyasında iştirak etmişdir. Baş Assambleyada BAMF sədri BMİ İdarə Heyətinə 28-ci üzv kimi seçildi. Həmçinin Baş Assambleyada nümayəndə heyəti BMİ-nin Neft-Qaz və Media üzrə ilk konfransına Bakının namizədliyini irəli sürdü.
BMİ 2012 Neft-Qaz və Media Konfrası neft-qaz sənayesi ilə əlaqəli bütün sosial media və media əlaqələri, informasiya azadlığı araşdırmaları məqsədi ilə aparıcı neft-qaz jurnalistlərini, maliyə və biznes reportyorlarını və əsas neft qaz sənayesi ekspertləri, analitikləri, digər maraqlı tərəfləri ictimai fikrin, informasiya azadlığının, media münasibətlərinin və sosial medianın neft və qaz sənayesi ilə qarşılıqlı əlaqələrini müzakirə etmək üçün 2012-ci il, 17-19 Sentyabr tarixlərində 3 günlük konfransda bir araya gətirdi. Aşağıdakı mövzuları əhatə edən konfransda 27 ölkədən olan 150 –dən çox jurnalist iştirak etdi: “ Neft və Mətbuat Azadlığı-Problemli Sularda Neft?",” Risk və Mükafat”, “Hökümət sizə nəyi deməlidir-məsələnin izlənməsi”, “Tədqiqat, Hasilat, Təhlükəsizlik”, “Ölkəm neftlə zəngindir, bəs mən niyə kasıbam”, “Bakı Qara Qızılın Paytaxtı” və “Neft kompaniyaları tərəfindən sosial medianın ictimai fikirlə mübarizədə istifadəsi”. BAMF potensial sponsorların, eləcə də gələcək iştirakçıların müəyyən olunmasında və əksər yerli media və hökümət nümayəndələrinin iştirakının təmin edilməsində fəal rol oynaydı. Konfransın uğuru yerli və beynəlxalq jurnalistlər üçün Azərbaycan dövlət rəsmiləri, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin məsul şəxslərinə sualla birbaşa müraciət edə bilməsi üçün şans yaratması oldu. Konfrans həm iştirakçılar həm də müşahidəçilər tərəfindən bəyənildi.
BAMF-ın media şöbəsinin “Avrasiya Mətbuat” bölməsi 2012-ci ildə bir sıra kitablar nəşr etdirdi, bir neçə sənədin redaktəsi və tamamlanması ilə bağlı yardımçı oldu, yerli və beynəlxalq kitab yarmarkalarında iştirak etdi. Avrasiya Mətbuat Fondu tərəfindən edilmiş nəşrlərə aiddir:
1. “ Donor və tərəfdaşların dayanıqlı və bərabər inkişafa dair görüşü” tədbirinin xülasəsi
2. Neft-Qaz və Media Konfransına dair broşur
3. BAMF-ın 2011-ci il üçün illik hesabatı
4. Azərbaycan Gənclərinə Dəstək Proqramı “Sağlam Həyat Tərzi”
5. XXXXXXXXXXXX
B. İCMALARIN İNKİŞAFI
Şöbənin icma inkişafına dair əsas məşğul olduğu sahə müharibə təsirinə məruz qalmış icmaların münaqişə sonrası yenidən qurmasına aid məsələlərdir. Artıq 20 ildir ki, BAMF yenidənqurma prosesini təmin edən layihələr həyata keçirməklə müharibə dağıdıcı təsirinə məruz qalmış icmaların reinteqrasiyasında çox fəal olmuşdur.
Azərbaycan hökümətinin regional inkişaf planını genişləndirməsinə və regionlarda, icmalarda artıq uğurlu struktur inkişaf yaşanmasına baxmayaraq, BAMF regionlarda yaşayan əhalinin insan potensialının inkişafında rol oynamaqda davam edir.
1. UNICEF: Azərbaycan Gənclərinə Dəstək Proqramı
2012-ci ildə BAMF UNİCEF-lə əməkdaşlığını genişləndirdi. BAMF-la UNICEF Azərbaycan Gənclərinə Dəstək Proqramının icrasında əməkdaşlıq etdi (AGDP). Layihə Azərbaycanın 7 regionunda həyata keçirildi: Tərtər, Agdam, Goranboy, Ağcabədi, Beyləqan, Yevlax, və Bərdə. Proqram çərçivəsində BAMF sadalanan hər regiondan 20 gənc olmaqla 140 gənci təlimləndirə bildi, bu təlimlər sayəsində gənclər sağlam həyat tərzi, erkən nigah, narkomaniya, gənclərin iştirakı, eləcədə təbliğatda yeni media vasitələrindən istifadəyə dair biliklər qazanmış oldular. Proqram çərçivəsində gənclərə təxminən 28 təlim keçirildi. Fəaliyyətin icrası zamanı BAMF təlim broşuru eləcədə səmərəli ünsiyyət metodologiyasına dair nəşrlər etdi; Təbliğat işlərini həyata keçirmək üçün 140 gənc bu vəsaitlərdən yaralana bildi; icmalarındakı digər gənclərə kiçik şəbəkələr yaratmaqla rəhbərlik etmək; eləcə də həmyaşıd gənclər arasında maarifləndirmə.
Layihə sayəsində BAMF-ın nail olmağı hədəflədiyi bəzi uğurlar:
I. Regionda dəyişikliyi təbliğ etməklə yanaşı gənclərin qarşılaşdığı problemləri həllində fəal gənclər şəbəkəsi yaratmaq;
II. Azərbaycanın kənd regionlarında gənclərin dinamik inkişaf sxemini yaratmaq
III. İctimai görüşlər sayəsində gənclərin dövlət rəsmiləri və yerli hökümət işçiləri ilə birbaşa dialoqa cəlb edildikləri platforma yaratmaq
Layihə çərçivəsində UNİCEF-in əsas nümayəndəsi, cənab Mark Hereward görüşlərdə iştirak etmək üçün 7 iyun 2012-ci ildə Tərtərə, 30 oktyabr 2012-ci ildə isə Ağcəbədiyə səfərlər etmişdir. Həmçinin UNİCEF-in ölkə üzrə nümayəndə müavini cənab Rəşid Mustafa, gənclərdən ibarət Təbliğat Qrupunun yaranması və orientasiya prosesi zamanı, eləcə də Ağcəbədidəki görüş zamanı regiona iki səfər etmişdir. Tərtər və Ağcəbədi rayon yerli hakimiyyət orqanı rəhbərləri müvafiq regionlarda keçirilmiş ictimai görüşlərdə iştirak edərək gənclərin sağlam həyat və işsizliklə bağlı üzləşdikləri problemlərin aradan qaldırılmasına müsbət reaksiya göstərdilər.
2. Yaponiya Səfirliyi: Tərtər PTM Təsərüfatının Çoxşahəli Təsərrüfata Çevrilməsi və Təkmilləşdirilməsi
BAMF 2012-ci ildə kənd yerlərində yaşayan insanları yoxsulluqdan uzaqlaşdırmaq məqsədinə əsaslanan icma təsərrüfatına dəstək təşəbbüslərinə yenə də diqqətdə saxlamışdır. Belə təşəbbüslərdən biri də 2010-cu ildə ABŞ dövlət departamentinin dəstəyi ilə BAMF tərəfindən inşa edilmiş Tərtər Peşə Təlim Mərkəzinin Kooperativ Fermasıdır. PTM Fermasının icma inkişafına dəstəyinin təsirini nəzərə alaraq, Yaponiya Səfirliyi “Öt Kökləri İnkişaf Proqramı” çərçivəsində fermanın genişləndirilməsinə dəstək göstərməyə razı oldu.
15 fevral 2012-ci il tarixində səfirliyin maliyə dəstəyi ilə BAMF tərəfindən icra ediləcək və özündə 2 layihə fəaliyyətin başlanmasını ehtiva edən imzalama mərasimi üçün Yaponiya səfiri Tərtərdə olmuşdur. Bunlardan birincisi artesian quyusu qazdırmaqla BAMF-ın inşa etdirdiyi suvarma sistemi, ikincisi isə ət və süd məhsulları əldə etmək məqsədi ilə inəklərin saxlanılacağı heyvan tövləsinin inşası da daxil olmaqla, PTM-də mexaniki təsərrüfata dəstək məqsədi ilə ağır ferma texnikasının alınması idi. 2012-ci ilin noyabrınadək BAMF layihəni uğurla yekunlaşdırdı və açılış mərasimində Yaponiya səfiri də Tərtərdə oldu. Yerli hakimiyət orqanı başçısının iştirakı ilə layihə icmaya xidmət məqsədi ilə istismara verildi.
Layihənin təsir dairəsi bunlardır:
I. PTM və PTM təsərrüfatının yerləşdiyi ərazilərdəki ferma və evlərdə suvarma problemi həl onundu.
II. Ağır texnikanın idarə edilməsi də daxil olmaqla, PTM fermadaxili işləri görmək üçün icmadan şəxsləri işlə təmin edir.
III. Mərkəzin və Fermanın təqdim etdiyi sxemə əsasən Tərtərdə yaşayan müharibədən zərər çəkmiş ailələrin gündəlik ərzaqlar və ətlə daha sərfəli qiymətlərdən faydalanmaları
IV. Mərkəz iştirakçılarının əsaslı təliminə dəstək məqsədi ilə PTM müvafiq avadanlıqlarla təchiz edilmişdir.
3. Mikro-kredit: Kiçik və Orta Miqyaslı Bizneslər
Əsasən məcburi köçkünlər və ümumilikdə müharibə qurbanlarının yaşadığı müharibə təcavüzünə məruz qalmış icmalara xidmət məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı Avrasiya Kredit öz fəaliyyətini genişləndirməkdə davam etmişdir. FINCA Azərbaycanın Avrasiya Kredit təşkilatının maliyyə portfelinin artmasında müstəsna xidmətləri olmuşdur. Bundan əlavə, Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə yaxından əməkdaşlıq edən Avrasiya Kredit 2012-ci ildə Bakıda keçirilmiş İnvestorların Yarmarkasının əsas sponsorlarından olmuşdur.
Tanınmasını genişləndirərək, 2010-2011-ci illərdə Ford Fondu və CGAP tərəfindən “Sosial göstəricilərə dair hesabat”- a görə MİX Gümüş Sertifikatı, və 2012-ci ildə “ Sosial missiyasını ən yaxşı icra edən üzv təşkilat” kimi AMFA-nın xüsusi mükafatını alan BAMF öz missiyasına uyğun olaraq göstərdiyi xidmətlərdən daha çox hədəf benefisiarın faydalanması üçün səy göstərdiyinə əminliyi davam etdirir. Həmçinin təşkilat 150-dən çox irimiqyaslı mikro maliyə qurumlarının seminarlarına qoşulmaq üçün 2 nümayəndəsini xaricə təlimə göndərib: AvroGrant idarə heyyəti tərəfindən keçirilən “Mikromaliyədə aşkar və gizli risklərin idarə olunması”, və MFC tərəfindən keçirilən “Seçmək zamanıdır, Biznes yoxsa İnkişaf”. Hər iki seminar təşkilatın inkişaf mövqeyi və mikro-maliyə idarəçiliyi üçün uyğun seminarlar idi.
2012-ci ildə Avrasiya Kredit daha çox təsirə məruz qalmış və aşağı gəlirli vətəndaşlara xidmət etmək məqsədilə beynəlxalq maliyə qurumları ilə tərəfdaşlıq yaratdı və kredit portfelini artırdı. Bu istiqamətdə ilk cəhd KİVA mikromaliyə qurumuna edilmiş müraciət oldu. 2012-ci ilin Mayında San Fransiskodan, KİVA baş ofisindən olan nümayəndələr gələcəkdə mümkün əməkdaşıq üçün Bank Olmayan Kredit Təşkilatı Avrasiya Kreditin daha böyük portfellə işləmək üçün mövqeyini dəyərləndirmək və qiymətləndirmək məqsədi ilə sahəyə səfər etmişdir. Aparılmış incələmələrdən sonra Bank Olmayan Kredit Təşkilatı Avrasiya Kredit qənaətbəxş qiymətləndirilmişdir və Bank Olmayan Kredit Təşkilatı Avrasiya Kredit 2013-cü ilin əvvəlində KIVA ilə əməkdaşlıq razılaşmasını imzalamağı gözləyir.
4. İcma Ağac Əkmə
2012-ci il 4 mart tarixində BAMF Azərbaycanın Fizuli rayonundakı Zobcuq məcburi köçkün qəsəbəsində 1000 ağac əkdi. FİNCA Azərbaycan tərəfindən maliyələşən tədbir simvolik xarakter daşıyaraq məcburi köçkünləri ətraf mühitə münasibətdə duyarlı davranmağa həvəsləndirmək və məhv olmuş ağacları yeniləri ilə əvəz etmək məqsədi daşımışdır. Zobcuq qəsəbəsi Azərbaycan höküməti tərəfindən məcburi köçkünlərin reinteqrasiyası məqsədi ilə salınmışdı; Fizuli rayonunun bir sıra bölgələri müharibə təsirinə məruz qaldığından, qəsəbələr demək olarki təcrid olub və bu ərazilərdə çox az ağac vardır. BAMF-ın “Yeni qəsəbələrimizin inkişafına dəstək göstərmək üçün bir ağac ək” təşəbbüsünün də əsas səbəbi bu idi. Əsas ideya məcburi köçkünlərə mülkiyyət hissini aşılamaq və müvəqqəti işğal durumunu unutdurmaqdan daha çox, onları daimi reinteqrasiyaya ruhlandırmaq idi.
FİNCA-nın Ölkə Üzrə Direktoru cənab Maniş Sen və Fizuli rayon icra hakimi də ağac əkmədə iştirak edərək əkin prosesinə qoşuldular; BAMF sədri bu qəsəbələrdə yaşayan məcburi köçkünlərə qoşularaq prosesi dəstəklədi.
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSƏLƏLƏRİ
Azərbaycandan olan məcburi köçkünlər, eləcə də qaçqın və sığınacaq axtaranlarla işləyən BAMF öz fəaliyyətində UNCHR, Avropa Qaçqın və Sığınacaq Axtaranlar Şurası (ECRE) ilə əməşdaşlıq etməkdədir. BAMF ofisi, əsas nümayəndə, müdafiə əməkdaşları və digər proqram əməkdaşları ilə görüşmək məqsədi ilə Azərbaycandakı UNHCR dəfələrlə əlaqə saxlayıb və təşkilatın ofisinə baş çəkib. İl ərzində BAMF, UNHCR ümumdünya qaçqınlar gününü qeyd etməyə, eləcə də ECRE tərəfindən İllik Yekun Tədbirə dəvət olunub.
1. Məcburi Köçkünlərin Yaşayışına dair UNCHR İşçi Qrupu
BAMF UNCHR ofisi tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini Məcburi Köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları sayəsində nümayiş etdirdi. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqlarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcəklər şəxslər BAMF tərəfindən müəyyən olundu. Seçilmiş məcburi köçkünlər məqsəd üzrə hazırlanmış tədris planından istifadə edilməklə peşə bacarıqlarına dair təlimləndirildilər. 2010-cu ildə Tərtərdə inşa edilmiş BAMF Peşə Təlim Mərkəzi məxsusi təlimlər keçilən müharibə qurbanlarını və məcburi köçkünləri xalçaçılıq, kompyuter, reklam dizaynı, kənd təsərrüfatı təcrübəsi və çörək bişirməyə dair xüsusi təlimlər və müvafiq xidmətlərlə təchiz etmək məqsədilə yaradılmışıdır. Bu istiqamətlər kişilərin qadınların və gənclərin mərkəz xidmətlərindən yararlanmalarını mümkünləşdirib.
2012-ci il, 18 Aprel tarixində mərkəzin göstərdiyi xidmətlərlə tanışlıq və məkanı qiymətləndirmək məqsədi ilə UNHCR-ın əsas nümayəndəsi cənab Dag Siqurdson Tərtər Peşə Təlim Mərkəzinə səfər etdi. Səfər zamanı əsas nümayəndə BAMF-ın bilavasitə məcburi köçkünlərin yaşayışına dəstəklə bağlı fəaliyyətlərini, həmçinin məkanda BAMF-ın məcburi köçkünlər üçün müxtəlif peşə bacarıqları təlimindən başlayaraq sonra onların ya iş tapmaları ya da öz kiçik bizneslərinə başlamaları üçün maliyə kreditləri ilə təmin edilməsi kimi müxtəlif mexanizmlərini müşahidə etdi. BAMF 2012 –ci ildə bu proseslər sayəsində 30-dan çox şəxsi işlə təmin edə bildi. Mikro-kreditlərdən yararlananlar ilk öncə kiçik biznes və maliyə idarəçiliyi niyyətində idilər; səbəb kreditorların mövcud vəsaitləri maksimal həddə necə çatdırmağı bilmələrini təmin etmək idi.
2. İnkişafda olan sığınacaq və miqrasiyaya dair ECRE dialoqu
BAMF-ın proqramlar departamentinin rəhbəri ECRE-nin “İnkişafda olan sığınacaq və miqrasiyaya dialoqu” adlı layihəsində iştirak etmək üçün ilk dəfə 3-4 Oktyabr, sonra 18 Noyabr 2012-ci il tarixlərində 2 dəfə olmaqla Brüsselə səfər etdi.
Avropadan kənarda aktiv ECRE üzvü olan Avropa QHT-ləri, eləcə də 3-cü ölkədə yerli Vətəndaş Cəmiyyəti Təşkilatları və Avropa QHT-ləri arasında əməkdaşlıq və himayədarlığın təbliğini artırmaq, layihənin əsaslarından biri idi. BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni müntəzəm olaraq təmin edir. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR və Qaçqın Qadın Mərkəzi kimi müxtəlif QHT-qurumlarla görüşür.
BAMF, qaçqın və sığınacaq axtaranlara dair problemlərinin qabardılması yaxud təbliğində medianın rolunu və mühümlüyünü vurğulamaqda davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunmuş maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlığını təmin etmək BAMF-ın strategiyası olubdur.
C. SÜLH QURUCULUĞU VƏ MÜNAQİŞƏ HƏLLİ.
BAMF İcma Mina Aksiyası Komandası Azərbaycanın Göygöl və Tərtər regionlarında mina təmizləmə əməliyyatını davam etdirir. BAMF Mina Təmizləmə Əməliyyatı birbaşa Azərbaycan Milli Mina Hərəkatı Agentliyi (ANAMA) tərəfindən monitorinq olunur və koordinasiya edilir. Təmizləmə komandasının missiyasına əhalinin öz doğma yurduna qayıtmasına, eləcə də regionun sosial-iqtisadi intişafına kömək edəcək dərəcədə minadan azad mühitlə təmin vəzifələri daxildir. Bu il MİAK ümumilikdə xxxxxx milyon kvadrat metr ərazini təmizləmiş, xxxx sayda mina və Partlayıcı Müharibə Qalıqları aşkar etmişdir
İcma Mina Hərəkatı Komandası Azərbaycanın Tərtər regionundakı əməliyyatlarına əsaslansa da, qonşu regionlar olan Göygöl və Goranboyda da əməliyyatları genişləndirilib.
2012-ci ildə İcma Mina Hərəkatı Komandası ümumilikdə prosesdə 6.563.000 milyon kvadrat metr ərazini təmizlədi, 17 mina və partlayıcı müharibə qalığı müəyyən etdi.
Həmişə olduğu kimi 2012-ci ildə də BAMF sair günlərdə Mina Riski Təhsilini həyata keçirdi. Mina Riski Təhsili mütəxəssisləri və İcma Mina Aksiyası Komandası Tərtər və Goranboyun 20-dən çox kəndində Mina Riski Maarifləndirməsini həyata keçirdilər. Mina Riski Təhsili 30 mina və partlayıcı müharibə qalığının aşkarlanmasına kömək etdi.
Azərbaycanın mina qurbanları üçün BAMF tərəfindən yaradılmış qrum olan Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyası (AMZA) 2012-ci ildə üzvlərinə köməyi davam etdirdi. Təxminən 15 mina qurbanına hüquqi, tibbi, və maliyə yardımı kimi müxtəlif əhatəli problemlərində yardım edildi. AMZA icraçıları fəal şöbələrin olduğu regionlara bir neçə səfər etdi; həmçinin Ağdamda təbliğat görüşləri keçirildi. Artıq qeyd edildiyi kimi PTM Korperativ təsərrüfatının genişləndirilməsi və çoxşaxəli təsərrüfata çevrilməsi üzrə layihənin icrasının gedişində AMZA birbaşa ANAMA-nın qurbanlara yardım proqramına müraciət etdi və ANAMA-dan olan dəstək sayəsində PTM Ferması üçün inəklər alındı. PTM Fermasının heyvan sektorunda çalışanların hamısı assosiasiya üzvu olduğuna görə bütün fəaliyyətlər birbaşa mina qurbanlarına fayda verir.
KÖNÜLLÜLÜK:
BAMF təşkilatın fəaliyyət istiqamətləri üzrə iş təcrübəsi əldə etmək istəyən könüllülər üçün açıqdır. 2012- ci ildə BAMF-ın müxtəlif şöbələrində bir neçə şəxs könüllülük etdi. BAMF heyəti könüllülər üçün bir neçə potensial inkişaf yönümlü təlimlərin keçirilməsinə cəlb olundu.
Asiya və Şərqşünaslıq İnstitutunun Mədəniyyət və Sosial Antropologiya Şöbəsi, Eberhard Karls Tübengen Universiteti ilə BAMF arasında olan Anlaşma Meromandumuna əsasən şöbənin tələbələri tədqiqatları üçün tələb olunan internanı BAMF-da keçdilər.
Əlavə olaraq könüllülük səviyyəsinə dair aşağıdakı qurumlarda təlim həyata keçirildi.
Bakı Slavyan Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi
Bakı Dövlət Universitetinin Regionşünaslıq şöbəsi
Azərbaycanda milli QHT kimi qeydiyyatdan keçmiş Bakı Beynəlxalq Tələbə Klubunun üzvləri
BAMF İLLİK HESABAT: 2012-ci il
Xəbərlər