R
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 58-ci Sessiyası çərçivəsində təşkil etdiyi yan tədbirlə bağlı rəsmi hesabatını dərc edib. 27 mart 2025-ci il tarixində keçirilmiş tədbir zamanı münaqişədən təsirlənmiş bölgələrdə insan hüquqları ilə bağlı əsas çağırışlar müzakirə olunub. Tədbirdə beynəlxalq ekspertlər, diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
 
Hesabatda çıxış edənlərin əsas fikirləri, müzakirələr və irəli sürülən tövsiyələr ətraflı şəkildə təqdim olunub. Sənəddə inklüziv dialoqun, medianın fəal iştirakının və çoxtərəfli əməkdaşlığın insan hüquqları və dayanıqlı sülhün təşviqindəki əhəmiyyəti vurğulanır.
 
Bu nəşr vasitəsilə BAMF insan hüquqlarının qlobal səviyyədə müdafiəsinə dair maarifləndirmə, dialoq və dəstək təşəbbüslərinə sadiqliyini bir daha təsdiqləyir.