R

Təşkilat bölməsi: Proqram departamenti

 

Məkan: Bakı şəhəri, Mehdi Hüseyn küç. 1A

 

Müddət: 3 ay

 

Ümumi məlumat/Təşkilati kontekst: Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə yaradılmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və BMT-nin Əsas məşvərətçi statuslu üzvüdür. BAMF UNDP, UNHCR, UNICEF kimi BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, NATO, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BAMF Sülh quruculuğu və münaqişələrin həlli; İctimai inkişaf; Qaçqın və məcburi köçkünlərin problemləri; Mətbuatın və Vətəndaş Cəmiyyətinin inkişafı; və Təhsil istiqamətlərində müxtəlif layihələr həyata keçirir.

 

Məqsəd: Proqramın məqsədi gənclərə ixtisasları və ya gələcək karyeraları ilə bağlı praktiki iş təcrübəsi əldə etmək şansı yaratmaqdır. Proqramda siz yeni tapşırıqlarla qarşılaşa və bu tapşırıqları yerinə yetirərək uyğun bacarıqlara yiyələnə bilərsiniz. Həmçinin bu təcrübə proqramı sizə müxtəlif mühitlərdə səmərəli işləmək, insanlarla ünsiyyət, qarşılıqlı əlaqə, rəqəmsal bacarıqları qazanmaq və ixtisas istiqamətlərinə uyğun layihələrdə özünüzü sınamaq imkanları verəcək.

 

İş saatı: yarımştat / tamştat

 

Yaş: 17-25

 

Vəzifə və Məsuliyyətlər:

  • Layihə və təlimlərin təşkilində dəstək göstərmək;
  • Sənədləri və yazışmaları ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə etmək;
  • İclaslarda iştirak etmək və iclasların faylı üçün protokollar/qeydlər hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən hər hansı digər tapşırıqlar.

 

Tələb olunan minimum keyfiyyətlər:

  • Ali təhsil müəssisəsindən yeni məzun olmuş və ya hal-hazırda tələbə olmaq
  • Əla ingilis və azərbaycan dili biliyi (rus və digər dilləri bilmək üstünlük sayılacaq)
  • Kompüter bilikləri
  • Fikirlərini aydın ifadəetmə bacarığı
  • Təcrübədən səmərəli faydalanmaq üçün təşəbbüskarlıq, müstəqil işləmək və çeviklik nümayiş etdirmək bacarığı

 

Status: Təcrübə bitdikdən sonra bütün təcrübəçilərə sertifikat veriləcək və uyğun namizədlər işlə təmin olunacaqlar. Təcrübə müddətində əmək haqqı nəzərdə tutulmur. 

 

Necə müraciət etməli: Tərcümeyi-hal və ya CV [email protected] ünvanına “TECRUBE” başlığı ilə göndərilməlidir. Müraciətinizlə bağlı sizə geridönüş ediləcək.