Tenderin adı: “Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər və Bərdə rayonlarında Məcburi Köçkün İcmalarında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsi çərçivəsində kamera, noutbuk və proyektor satın alınması
Tenderin elan tarixi: 01.03.2023
Məhsul və xarakteriskası:
1. Canon DSLR EOS-5D IV (1483C027-N)
CMOS, 36х24 mm, Bluetooth, CF, SD, Micro USB, DIGIC 6+, 6720 x 4480, JPEG, RAW
2. Lenovo IdeaPad 3 15ABA7 82RN00ETRK
Gray, 512 GB SSD, 15.6", IPS, 1920x1080 FHD, HDMI, 16 GB SSD, AMD Ryzen™ 7 5825U, AMD Radeon™, Touchpad, USB, Veb-kamera.
3. ACER PROJECTOR K137İ Wİ-Fİ (MR.JKX11.001)
4G, 3D DLP, 280 x 800 / 700 ANSI lumens, 16:10, Kamera (əsas), Megapiksel, 10,000:1, Kamera (frontal), Megapiksel, Lamp LED 20000 up to 30000 Hours, Wi-Fi, Bluetooth, USB, 2 GB, 128 GB, 1960 mAh, 138.3 x 67.1 x 7.1
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (12 aprel 2023-cü il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 30 may 2023-cü il tarixinədək) qüvvədə olmalıdır;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- iddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış elan verilən tarixdən sonra alınaraq əsli pdf formatında yüklənməlidir);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış 2021-ci ili əhatə etməlidir və Dövlət Statistika Komitəsindən alınmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük) haqqında arayış
Tender iştirakçılarından təkliflərini imzalı və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmək, aidiyyatı tenderin adını qeyd etmək tələb olunur. Təkliflərin 30.03.2023-cü il tarixi saat 18:00 kimi “Beynəlxalq Avrasiya Mətbuat Fondunun Mühasibatlıq departamentinin rəhbəri Ramin Nəcəfzadəyə” adına, Bakı şəh., Mehdi Huseyn 1A, AZ1006 ünvanına göndərilməsi xahiş olunur.
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 1 (bir) il iş fəaliyyəti olması tələb olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti: satınalma müqaviləsi imzalandığı gündən etibarən 30 (otuz) iş günü müddətində.
Tenderin nəticəsi 10 aprel 2023-cü il elan olunacaq.
Mühasibatlıq departamenti