R
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev aprelin 24-də EdVenture Partners (EVP) tərəfindən seçilmiş, P2P Challenge-da 50 fərqli ölkədə Azərbaycanı təmsil edən “The Same”  komandasının  üç  üzvü ilə görüş keçirib. Komanda üzvləri P2P-nin məqsədləri barədə danışıblar.
 
Facebook Global Digital Challenge P2P Challenge-in bir hissəsi olaraq, öz sosial media kompaniyasını yaratmaq, cəmiyyətin qarşısında duran ən aktual problemləri seçmək, yerli və ya dünya ictimaiyyətinin qarşısında duran onlayn sözlərlə mübarizə aparmaq lazımdır.
 
Sorğu keçirildikdən sonra, "The Same" komandası irqçiliyi ( rasizm) problem kimi seçib. Beləliklə, "The Same"-in məqsədi  fərqli strategiyalardan çıxış etməklə irqindən, milliyətindən, dinindən və mədəniyyətidən asılı olmayaraq, bütün insanların eyni olduğunu göstərməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev komanda üzvlərinə bu sahədə  təşəbbüs göstərdiyinə görə minnətdarlığını bildirdi və BAMF-ın həmişə sosial inkişafa yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd etdi. Gənclərlə uzun və üstün təcrübəyə malik olan təşkilat kimi BAMF-ın onlara yardım etməyə hazır olduğunu dedi.
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1