R
Ukrayna Xarici İşlər Nazirinin müavini Vasiliy Bodnar Azərbaycana rəsmi səfəri çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri hökumət təşkilatının prezidenti Umud Mirzəyevləgörüşüb. Görüşdə həmçinin “Atlas” Araşdırmalar Mərkəzinin sədri, Qərb Universitetində Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da iştirak edib. 
 
Ukrayna xarici İşlər Naziri müavininin Bakıya rəsmi səfərinin məqsədi Ukrayna-Azərbaycan siyasi məsləhətləşmələrin nazir müavinləri səviyyəsində keçirilməsi olub. 
 
Əvvəlcə o, GUAM-da Azərbaycanın milli koordinatoru, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyevlə və Azərbaycan Xarici İşlər Nazirinin müavini ilə danışıqlar aparıb.
 
Siyasi məsələlərin müzakirəsindən sonra Vasiliy Bodnar Azərbaycanda qeyri-hökumət sektoru olan vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün BAMF-ın ofisini ziyarət edib.
 
Görüşdə Umud Mirzəyev qonağa qeyri-hökumət təşkilatı olan BAMF-ın yaranması və fəaliyyəti, beynəlxalq əməkdaşlıq, həmçinin, ölkənin Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş rayonlarında uğurla həyata keçirilən layihələr barədə məlumat verib.
 
Vasiliy Bodnarı xüsusilə, strukturun humanitar layihələrdəki təcrübəsi maraqlandırıb. Onun sözlərinə görə, Ukrayna eləcə də, Azərbaycan uzun sürən münaqişədən əziyyət çəkdiyi üçün bu ölkələr müharibənin mənfi nəticələri - qaçqın və məcburi köçkünlər, minadan təmizlənmə və ekoloji fəlakətlərlə üzləşməli olur. 
 
Beləliklə, Ukrayna 25 il ərzində ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altında olan, müharibəyə təhrik olunmuş dost Azərbaycanın humanitar problemlərin həllində qazandığı təcrübəsindən faydalanır.
 
Məsələn, ötən il Ukrayna Sosial Siyasət Naziri Andrey Reva, Ukrayna Xarici İşlər Naziri Pavlo Klimkin, Ukraynanın Müvəqqəti işğal olunmuş ərazilər və Məcburi köçkünlərlə bağlı məsələlər üzrə Nazirin müavini Georgiy Tuka Azərbaycana rəsmi səfər ediblər. 
 
Azərbaycan müharibəyə səbəb olan separatizmlə üzləşmiş ilk keçmiş sovet respublikası oldu. Tərəflər Ukrayna daxil olmaqla, beynəlxalq ictimaiyyət və qonşu ölkələr torpaqlar zəbt olunan zaman Azərbaycanı dəstəkləsəydi bütün post-sovet məkanının süründüyü bu cür münaqişələrdən yayına biəcəyi nəticəsinə gəliblər. 
 
Umud Mirzəyev xəritədə Dağlıq Qarabağ münaqişəsinin miqyasını göstərdi və işğal olunmuş ərazilərində infrastruktur və mədəniyyət obyektlərinin məhv edilməsinə dair fotofaktları nümayiş etdirdi.
 
Ukrayna Xarici İşlər nazirinin müavini BAMF-ın xüsusilə də, müharibə zonasına yaxın ərazilərdə fəaliyyətinin böyük miqyasa malik olduğunu vurğuladı. O, regiondakı digər QHT-lər arasında təşkilatın lider mövqe tutduğunu qeyd etdi.
 
Vasiliy Bodnar Beynəlxalq Analitik və İnformasiya Portalının işi ilə tanış olub. Müsahibə ilə yaxın zamanda tanış ola biləcəksiniz. 
 
Qeyd etmək lazımdır ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (EKOSOC) yanında Əsas məşvərətçi statusa malik Azərbaycanda yeganə təşkilatdır. Fəaliyyətinin əsas istiqamətləri: media və vətəndaş cəmiyyətinin inkişafı; Böhranların idarə olunması, sülhməramlılıq tədbirləri; Qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək; Cəmiyyətin inkişafıdır. BAMF beynəlxalq və yerli strukturlarla əməkdaşlıq çərçivəsində xüsusilə də, Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində qaçqınlara və məcburi köçkünləri, habelə icmanın inkişafı prosesini dəstəkləyən müxtəlif humanitar layihələri müvəffəqiyyətlə həyata keçirir.
 
1
 
1
 
1
 
1
 
1