R

 

Rusiyanın məşhur "Ria Novosti" xəbər agentliyi Dağlıq Qarabağda davam edən döyüşlərdə mülki əhali və yaşayış məntəqələrinin hədəfə alınmasını işiqlandırıb.

Məlumatda Azərbaycanın Gəncə, Beyləqan, Tərtər və Bərdə şəhərlərinə Ermənistan ərazisindən zərbələr endirilməsi qeyd edilib.

"Ria Novosti" ərazidə qiymətləndirmə aparan zaman Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də hadisə yerində olub.

Onun sözlərinə görə, şəhərin infrastukturuna ciddi ziyan dəyib və zərbələr nəticəsində ölən və yaralananlar var.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına əsasən bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulub.