R

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlim proqramının sonuncu günü başlayıb.

 Seminar silsiləsinin 5-ci günündə beynəlxalq təlimçi Bevan David Risin rəhbərliyində “Bu gün iğtişaşların işıqlandırılmasında jurnalistlərin qarşılaşa biləcəyi risklər” mövzusunda təlim keçirilib.

Həmçinin, təlimdən sonra sertifatların verilməsindən öncə kursu keçən jurnalistlər test imtahanı verib.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti beş gündür Bakıdadır. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc rəhbərlik edir. Səfər çərcivəsində Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən bir qrup Azərbaycan media mənsublarına Konflikt Jurnalistikası ilə bağlı təlimlər keçmək, işgaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajların hazırlanması nəzərdə tutulur. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edən təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edib.