Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Dorogeyev Oleksandr Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı olub və fondun prezidenti Umud Mirzəyevlə görüşüb.
BAMF prezidenti Umud Mirzəyev qonağa qurumun yaranması və fəaliyyətindən danışıb, son illər həyata keçirdikləri layihələr barədə geniş məlumat verib. O, BAMF-ın Qarabağ münaqişəsi başlayan gündən fəaliyyət göstərdiyini və yarandığı gündən təşkilatın qarşısında duran əsas məqsədlərdən birinin Azərbaycan və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduğunu bildirib.
O.Dorogeyev öz növbəsində Qarabağ münaqişəsindən sonra Ağdama və Şuşaya baş tutan səfərindən danışıb.
Görüşdə yeni ildə hər iki tərəf üçün maraqlı olan müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsini müzakirə ediblər. Həmçinin, 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz, eləcə də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
BAMF-ın beynəlxalq statuslu bir təşkilat kimi xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub. BAMF ilə Ukrayna Səfirliyi arasında uzun müddətdir əməkdaşlıq əlaqələri mövcuddur.