Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin İnkişaf hüququ üzrə Hökumətlərarası İşçi Qrupunun 22-ci Sessiyası öz işinə başlayıb.
Hibrid formada keçirilən tədbirdə müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və o cümlədən ən yüksək məşvərətçi statusa sahib QHT-lərin nümayəndələri təmsil olunurlar. 26 noyabra qədər davam edəcək sessiyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də online formada iştirak edir və növbəti sessiyalarda çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin Cenevrə ofisində davam edən bu sessiyada yalnız öncədən akkreditasiya olunmuş təşkilatlar iştirak edə bilərlər.