R

Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Niderland Krallığında fəaliyyət göstərən “Stichting Strong Together” Assosiasiyasının təsisçisi İlkanə Qoca və hollandiyalı yazıçı, naşır Henri van Rens Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib. 

 Fondun Prezidenti Umud Mirzəyevlə görüşdə qonaqlara BAMF-ın fəaliyyəti ilə bağlı məlumat verilib.  

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 1992-ci ildə əsası qoyulan BAMF BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan dünyada 136 beynəlxalq dərəcəli QHT-dən biridir. BAMF beş əsas sahədə çalışır: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcmanın inkişafı; Qaçqın və Məcburi Köçkünlərlə bağlı məsələlər; Sülhyaratma və Münaqişələrin həlli; Təhsil. BAMF müntəzəm şəkildə BMT-nin BMTİP, UNICEF, YUNESKO, BMT QAK kimi qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.