"Sülhün Kökləri", BAMF və ANAMA-nın birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda həyata keçiriləcək "Minalardan Üzümlüklərə" ("Mines to Vines") layihəsinin icrasına başlamaqla bağlı ərazi seçimi üçün Füzuliyə səfər etdik. Bizi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzümçülük İnstutunun direktoru Vüqar Səlimov və eləcə də ANAMA-nın region üzrə əməliyyat meneceri Mədət Məmmədov müşaiyət etdi. Biz Füzuli rayonunun AşağıƏbdülrahmanlı və YuxarıƏbdülrahmanlı kəndləri arasında vadidə yerləşən torpağa baxış keçirdik. Əvvəllər üzümçülük bağları olan ərazi Çərəkən çayı boyunca vadidə yerləşir və minalarla ciddi şəkildə çirkləndirilmişdir. Təqribən 500 hektara yaxın sahəsi olan ərazi ilə bağlı yaxın vaxtlarda Nazirlik tərəfindən qərar qəbul olunacaq. Daha sonra biz beynəlxalq donorların, xarici investorların layihənin icrasına dəstək göstərmələri ilə bağlı kampaniyaya start verəcəyik. Həqiqətən də, sözü gedən ərazinin minalardan təmizlənməsi üçün çox böyük vəsait tələb olunur.
İnanıram ki, Qarabağın yenidən gülüstana çevrilməsində bu layihənin önəmli rolu olacaq. Xeyirli, uğurlu olsun!