Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi PSTM layihəsi davam edir. Layihə çərçivəsində Füzuli rayonunda uşaqlar üçün təhlükəsiz oyun meydançası salınıb. Əsas məqsəd mina və müharibədən əziyyət çəkən regionlarda məskunlaşan uşaqların asudə vaxtlarını dostları ilə birlikdə təhlükəsiz və maraqlı şəkildə keçirmələrinə dəstək olmaqdır. Regional koordinatorlar Vüqar Yusifli və Cavanşir Həsənzadə meydançının hazırlanmasında yaxından iştirak etdilər. Layihə Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə həyata keçirilir.