R
Avqustun 31-i  Beynəlxalq Avrasiya Mətbuat Fondu Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb. 
 
1
 
Ednews xəbər verir ki, təlimlərin açılış mərasimində BAMF prezidenti Umud Mirzəyev, Medianın İnkişaf Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid və Əməkdar jurnalist Qulu Məhərrəmli və Rey Kərimoğlu iştirak ediblər.
 
Təlimlər BAMF-ın baş ofisində Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba tərəfindən keçiriləcək. Təlimçi xüsusi olaraq, BAMF-ın və “Ednews.net” analitik informasiya portalının ərəbdilli əməkdaşlarına təlim keçmək üçün Bakıya səfər edib. Əl-Cəzirə Media Şəbəkəsinin təlimçisi M. Bouba eyni zamanda Beynəlxalq Mətbuat İnstitunun müxbir üzvü, tanınmış beynəlxalq media ekspertidir.
 
İki tərəfdaş təşkilatın qarşılıqlı anlaşmasına əsasən Əl-Cəzirə Media Şəbəkəsi elektron və yeni media sahəsində qazandığı təcrübəsini və öz standartlarını regionda əsas partnyoru olan BAMF ilə paylaşacaq. 31 avqust – 11sentyabr tarixlərində keçiriləcək təlimlər nəzəri və praktik hissələrdən ibarət olacaq. Bakıda BAMF-ın ofisində baş tutacaq beş günlük nəzəri təlimlərdən sonra Məhəmməd Qulam Bouba “Ednews.net”-in əməkdaşları ilə birlikdə Əl-Cəzirə Media Şəbəkəsi və onlayn xəbər saytı üçün Azərbaycanın mina problemi haqqında hesabat hazırlayacaq. Təlimlərdən sonra anlaşmaya əsasən iki qurum arasında davamlı informasiya mübadiləsinin həyata keçirilməsi planlaşdırılır. 
 
Qeyd edək ki, cari ilin mart ayında əməkdaşlıq memorandumu imzalayan BAMF ilə Əl Cəzirə Media Şəbəkəsinin 10 ildən çoxdur ki, uğurlu əməkdaşlıq təcrübəsi vardır.
 
1
1
1
1
1
1